Back to Languages

Azerbaijani - Chapter 39 - Az-Zumar

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Az-Zumar 39:1

Bu Kitab Qüdrətli və Müd­rik Allah­dan nazil edilmişdir

Verse 2 — Surah Az-Zumar 39:2

Biz Kitabı sənə bir həqi­qət kimi nazil etmişik. Sən də, dinin yal­nız Alla­ha məxsus ol­duğuna iman gətirərək Ona iba­dət et

Verse 3 — Surah Az-Zumar 39:3

Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz

Verse 4 — Surah Az-Zumar 39:4

Allah övlad götürmək fik­rində ol­saydı, xəlq etdiklərin­dən hər hansı bi­ri­ni seçərdi. O, pak­dır, müqəd­dəs­dir. O, Tək olan, hər şe­yə Qalib gələn Allah­dır

Verse 5 — Surah Az-Zumar 39:5

O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxta­dək hərəkət edir. O, Qüdrət­lidir, Bağışlayandır

Verse 6 — Surah Az-Zumar 39:6

Allah sizi tək bir nə­fər­dən yaratdı. Sonra onun özündən zöv­cə­sini yaratdı. O sizdən öt­rü səkkiz cüt heyvan endir­di. O sizi ana­la­rınızın bətnlərində üç zülmət içərisində yaranış ar­dından ya­ra­nı­şa salaraq yara­dır. Bu sizin Rəb­bi­niz olan Allah­dır. Mülk Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə də haqdan döndəri­lir­siniz

Verse 7 — Surah Az-Zumar 39:7

Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qulla­rı­nın kafirlik etməsinə razı ol­maz. Əgər şükür et­sə­niz, buna görə siz­dən razı qalar. Heç bir gü­nah­kar başqasının günah yü­kü­nü da­şı­maz. Son­ra Rəbbi­ni­zin yanına qayıdacaq­sınız. O sizə nə etdik­lə­ri­nizi bildirə­cək­. Həqi­qə­tən, O, kökslərdə olanları bilir

Verse 8 — Surah Az-Zumar 39:8

İnsana bir zərər toxun­duq­da Rəb­binə üz tutub təkcə Ona yal­va­rır. Sonra Allah Özün­dən insana bir nemət ve­rən­də o, əv­vəl­cə kimə yalvardı­ğını unu­dur və insanları Allahın yolundan çı­xart­maq məqsədilə Ona şə­rik­lər qoşur. De: “Küf­­rünlə bu dün­ya­da bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərin­dən­sən!”

Verse 9 — Surah Az-Zumar 39:9

Məgər gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq iba­dət içində ke­çirən, axi­rət­dən həzər edən və Rəbbinin rəh­­mətinə ümid bəs­ləyən kimsə kafirlə eynidirmi? De: “Heç bi­lənlərlə bil­mə­yən­lər ey­ni ola bilər­mi? Bundan ancaq ağıl sa­hibləri düşünüb ibrət alar­lar”

Verse 10 — Surah Az-Zumar 39:10

Qullarıma Mənim bu Sö­zü­mü de: “Ey Mənim iman gəti­rən qul­larım! Rəb­binizdən qor­xun! Bu dün­yada yaxşılıq edən­ləri yax­şı­lıq (Cənnət) göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Yal­nız səbir edənlərə mü­kafatları hesabsız verilə­cək­dir”

Verse 11 — Surah Az-Zumar 39:11

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona iba­dət et­mək əmr olunmuşdur

Verse 12 — Surah Az-Zumar 39:12

Mənə həm də müsəl­man­ların bi­rincisi olmaq əmr olun­muş­dur”

Verse 13 — Surah Az-Zumar 39:13

De: “Rəbbimə asi olsam, o əzə­mətli günün əzabından qor­xa­­ram”

Verse 14 — Surah Az-Zumar 39:14

De: “Mən dinimi məhz Allaha məx­sus edərək yalnız Ona iba­dət edi­rəm

Verse 15 — Surah Az-Zumar 39:15

Siz də Ondan başqa istə­diyinizə ibadət edin”. De: “Şüb­hə­siz ki, ziyan çə­kənlər Qiya­mət günü özlərini və ailə­lə­rini ziyana uğ­radanlardır. Açıq-aş­kar zi­yan da elə budur!”

Verse 16 — Surah Az-Zumar 39:16

Onların üstündə də od­dan tə­bə­qələr, altında da oddan təbə­qə­lər ola­caqdır. Allah Öz qullarını bununla qor­xudur. Ey qul­la­rım! Məndən qorxun

Verse 17 — Surah Az-Zumar 39:17

Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müj­də var­dır. Qul­larımı müj­dələ

Verse 18 — Surah Az-Zumar 39:18

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. On­lar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz on­lardır

Verse 19 — Surah Az-Zumar 39:19

Haqqında əzab sözü ger­çəkləşmiş kimsəni və Cəhən­nəmdə ola­caq kəsi sənmi xilas edəcəksən

Verse 20 — Surah Az-Zumar 39:20

Lakin Rəbbindən qor­xan­ları üst-üstə tikilmiş, altından çay­lar axan otaq­lar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıx­maz

Verse 21 — Surah Az-Zumar 39:21

Məgər Allahın göydən yağmur en­dirib onu yer üzün­dəki çeş­mə­lərə axıtdığını gör­mürsənmi? Sonra Allah onunla müxtəlif rəng­li əkinlər yetiş­di­rir. Sonra onlar quruyur və sən on­ları sa­ral­mış görür­sən. Son­ra da Allah on­ları çör-çöpə dön­dərir. Həqiqətən, bun­da ağıl sahibləri üçün ibrət var

Verse 22 — Surah Az-Zumar 39:22

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nu­ra yö­nəlt­di­yi şəxs kafirlə ey­ni ola bilərmi? Qəlbi Alla­hın Zik­rinə qar­şı sərt olanların vay ha­lı­na! Onlar həqiqətən azğınlıq içində­dir­lər

Verse 23 — Surah Az-Zumar 39:23

Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və tək­rar­lanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan də­ri­lə­ri ür­pəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yum­şa­lır. Bu, Alla­hın hidayətidir. Onun­la istədi­yini doğru yola yö­nəl­dir. Alla­hın zə­lalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz

Verse 24 — Surah Az-Zumar 39:24

Qiyamət gününün dəh­şətli əza­bın­dan üzü ilə qoru­nan kəs mö­minlə ey­nidirmi? Zalım­lara: “Qazandığı­nızı da­dın!”– deyilər

Verse 25 — Surah Az-Zumar 39:25

Onlardan əvvəlkilər də peyğəm­bər­ləri yalançı saymış­dı­lar və bu­na görə əzab on­lara gözləmədikləri yerdən gəldi

Verse 26 — Surah Az-Zumar 39:26

Allah onlara dünya hə­ya­tında rüs­vayçılığı daddırdı. Axirət əza­bı isə daha böyük­dür. Kaş ki, biləydilər

Verse 27 — Surah Az-Zumar 39:27

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəl­kə, dü­şü­nüb dərk edələr

Verse 28 — Surah Az-Zumar 39:28

Biz onlara heç bir qü­suru ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorx­sunlar

Verse 29 — Surah Az-Zumar 39:29

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini mə­səl çəkir. Onlar məsəlcə eyni ola bi­lər­mi? Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir

Verse 30 — Surah Az-Zumar 39:30

Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər

Verse 31 — Surah Az-Zumar 39:31

Sonra siz Qiyamət günü Rəb­bi­ni­zin yanında mübahisə edə­cək­si­niz

Verse 32 — Surah Az-Zumar 39:32

Allaha qarşı yalan uy­du­ran və həqiqət ona bəyan edil­dikdə onu yalan sayan kimsə­dən daha zalım kim ola bi­lər? Məgər Cə­hən­nəmdə kafirlər üçün yer yoxdur

Verse 33 — Surah Az-Zumar 39:33

Haqqı gətirən və onu təs­diq edən­lər isə əsl müttə­qi­lər­dir

Verse 34 — Surah Az-Zumar 39:34

Onlar üçün Rəbbinin ya­nında di­lədikləri hər şey var­dır. Yax­şı işlər gö­rənlərin mükafatı budur

Verse 35 — Surah Az-Zumar 39:35

Beləcə, Allah onların et­dikləri ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını ve­rə­cək­

Verse 36 — Surah Az-Zumar 39:36

Məgər Allah Öz qulunu qane et­mirmi? Onlar isə səni On­dan başqaları ilə qorxu­dur­lar. Allahın zəlalətə sal­dı­ğı kim­səyə isə doğ­ru yol göstərən ol­maz

Verse 37 — Surah Az-Zumar 39:37

Allahın doğru yola yö­nəltdiyi kim­səni də azdıran ol­maz. Mə­gər Allah Qüdrətli, in­tiqam almağa qadir deyilmi

Verse 38 — Surah Az-Zumar 39:38

Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”

Verse 39 — Surah Az-Zumar 39:39

De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin, mən də edə­cə­yəm. Siz tezliklə biləcəksi­niz ki

Verse 40 — Surah Az-Zumar 39:40

kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar ola­caq­dır”

Verse 41 — Surah Az-Zumar 39:41

Biz Kitabı sənə, insanlar üçün zə­ruri olan bir həqiqət ki­mi na­zil etdik. Kim doğru yol­la getsə, xeyri onun özü­nə olar, kim az­ğın­lığa düşsə, zi­yanı onun öz əleyhinə olar. Sən onların müdafiə­çi­si deyilsən

Verse 42 — Surah Az-Zumar 39:42

Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə mü­əyyən olunmuş vaxtadək bu­ra­xır. Hə­qiqətən, bun­da ağıl sa­hibləri üçün də­lillər vardır

Verse 43 — Surah Az-Zumar 39:43

Yoxsa onlar Allahdan qeyrilə­ri­nimi özlərinə şəfaətçi et­di­lər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey an­lamırlarsa, bəs necə ol­sun?”

Verse 44 — Surah Az-Zumar 39:44

De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və ye­rin hökm­ranlığı da Ona məx­susdur. Sonra siz Ona qaytarı­la­caq­sı­nız”

Verse 45 — Surah Az-Zumar 39:45

Allah tək olaraq xa­tır­lan­dığı za­man Axirətə inan­ma­yan­ların qəl­bini nif­rət bürü­yür. On­dan qeyriləri yad edil­diyi za­man isə on­lar sevinirlər

Verse 46 — Surah Az-Zumar 39:46

De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Alla­hım! Qul­la­rı­nın arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yal­nız Sən ve­rəcəksən!”

Verse 47 — Surah Az-Zumar 39:47

Yer üzündə olanların ha­mısı, üstəlik bir o qədər də əla­və, zalımlara məxsus ol­say­dı, onlar mütləq hamısını Qi­yamət gü­nü­nün dəhşətli əza­bından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah­dan on­lara güman etmədikləri bir əzab üz verəcəkdir

Verse 48 — Surah Az-Zumar 39:48

Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və is­tehza etdik­ləri əzab onları bürüyəcək

Verse 49 — Surah Az-Zumar 39:49

İnsana bir zərər toxun­du­ğu za­man Bizə yalvarır. Sonra Biz ona Özü­müzdən bir nemət verdikdə deyir: “Bu mənə yal­nız özüm­də olan biliyə görə ve­rilmişdir!” Xeyr, bu, bir im­ta­handır, la­kin on­la­rın çoxu bu­nu bilmir

Verse 50 — Surah Az-Zumar 39:50

Bunu onlardan əvvəlki­lər də de­mişdilər. Amma qa­zan­dıq­la­rı şey­lər on­lara heç bir fayda vermədi

Verse 51 — Surah Az-Zumar 39:51

Onlar etdikləri pis əməl­lərin cəzasına çatdılar. Bun­lar­dan za­lım olan­lara da qazan­dıqları günahların cəzası yeti­şəcək və on­lar qaçıb canla­rını qur­ta­ra bilməyəcəklər

Verse 52 — Surah Az-Zumar 39:52

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istə­diyininkini də azal­dır? Həqiqətən, bunda iman gə­tirən qövm üçün ibrətlər vardır

Verse 53 — Surah Az-Zumar 39:53

Qullarıma mənim bu sö­zü­mü de: “Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!”

Verse 54 — Surah Az-Zumar 39:54

Əzab sizə gəlməmişdən öncə Rəb­binizə üz tutun və Ona ita­ət edin. Sonra sizə heç bir kömək olunmaz

Verse 55 — Surah Az-Zumar 39:55

Əzab sizə fərqinə var­ma­dığınız bir halda qəflətən gəl­mə­miş­dən əv­vəl Rəbbiniz­dən sizə nazil edilən ən gözəl Sözə tabe olun

Verse 56 — Surah Az-Zumar 39:56

Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etina­sız­lıq­la­ra görə vay mənim halı­ma! Həqiqətən, mən dinə və dində olan­lara riş­xənd edənlərdən idim!”

Verse 57 — Surah Az-Zumar 39:57

Yaxud deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən mütləq müttəqi­lər­dən olardım!”

Verse 58 — Surah Az-Zumar 39:58

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dün­ya­ya qayı­daydım, yaxşı işlər görənlərdən olar­dım!”

Verse 59 — Surah Az-Zumar 39:59

Xeyr! Ayələrim sənə gəl­mişdi, sən isə onları yalan say­dın, tə­kəbbür gös­tərdin və ka­firlərdən oldun”

Verse 60 — Surah Az-Zumar 39:60

Sən Qiyamət günü Alla­ha qarşı yalan uyduranların üzlə­rini qap­qara gö­rəcəksən. Məgər Cəhənnəmdə təkəb­bür­lülər üçün yer yox­­dur

Verse 61 — Surah Az-Zumar 39:61

Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər

Verse 62 — Surah Az-Zumar 39:62

Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır

Verse 63 — Surah Az-Zumar 39:63

Göylərin və yerin açar­ları Onda­dır. Məhz Allahın ayələrini in­kar edən­lər ziyana uğrayanlardır

Verse 64 — Surah Az-Zumar 39:64

De: “Mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edir­si­niz, ey ca­hil­lər?”

Verse 65 — Surah Az-Zumar 39:65

Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san

Verse 66 — Surah Az-Zumar 39:66

Sən yalnız Allaha ibadət et və şü­kür edənlərdən ol!”

Verse 67 — Surah Az-Zumar 39:67

Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır

Verse 68 — Surah Az-Zumar 39:68

Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcək. Sonra bir da­ha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar

Verse 69 — Surah Az-Zumar 39:69

Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək

Verse 70 — Surah Az-Zumar 39:70

Hər kəsə öz əməlinin əvə­zi tam veriləcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir

Verse 71 — Surah Az-Zumar 39:71

Kafirlər dəstə-dəstə Cə­hənnəmə sürüklənəcəklər. Nə­hayət, ora çatdıqda onun qapı­ları açılacaq və onun gö­zətçi­lə­ri onlara de­yə­cək­lər: “Məgər öz içə­ri­nizdən Rəbbinizin ayə­lə­ri­ni sizə oxu­yan və sizi bu gü­nü­nüzə qovuşa­ca­ğınızla xə­­bərdar edən elçilər gəlmə­miş­di?” On­lar: “Əlbəttə, gəl­mişdi!”– deyə­cəklər. Lakin əzab Sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi

Verse 72 — Surah Az-Zumar 39:72

Onlara: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapı­la­rına gi­rin!”– deyi­lə­cək. Tə­kəb­bürlülərin yeri necə də pis­dir

Verse 73 — Surah Az-Zumar 39:73

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”

Verse 74 — Surah Az-Zumar 39:74

Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”

Verse 75 — Surah Az-Zumar 39:75

Sən mələklərin, Ərşi əha­tə edərək, Rəbbinə həmd ilə tə­rif­lər de­diklərini gö­rəcək­sən. On­ların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– de­yiləcəkdir