Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 44 - Ad-Dukhan
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Ad-Dukhan 44:1
Verse 2 — Surah Ad-Dukhan 44:2
And olsun bu aydın Kitaba
Verse 3 — Surah Ad-Dukhan 44:3
Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik
Verse 4 — Surah Ad-Dukhan 44:4
Hər bir hikmətli iş o gecədə ayırd edilir –
Verse 5 — Surah Ad-Dukhan 44:5
dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
Verse 6 — Surah Ad-Dukhan 44:6
sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir
Verse 7 — Surah Ad-Dukhan 44:7
Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir
Verse 8 — Surah Ad-Dukhan 44:8
Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir
Verse 9 — Surah Ad-Dukhan 44:9
Lakin onlar şəkkə qapılıb əylənirlər
Verse 10 — Surah Ad-Dukhan 44:10
Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə
Verse 11 — Surah Ad-Dukhan 44:11
O tüstü ki, insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır
Verse 12 — Surah Ad-Dukhan 44:12
Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər
Verse 13 — Surah Ad-Dukhan 44:13
Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də
Verse 14 — Surah Ad-Dukhan 44:14
onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər
Verse 15 — Surah Ad-Dukhan 44:15
Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız
Verse 16 — Surah Ad-Dukhan 44:16
Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq
Verse 17 — Surah Ad-Dukhan 44:17
Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi
Verse 18 — Surah Ad-Dukhan 44:18
O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm
Verse 19 — Surah Ad-Dukhan 44:19
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm
Verse 20 — Surah Ad-Dukhan 44:20
Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram
Verse 21 — Surah Ad-Dukhan 44:21
Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
Verse 22 — Surah Ad-Dukhan 44:22
Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
Verse 23 — Surah Ad-Dukhan 44:23
Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız
Verse 24 — Surah Ad-Dukhan 44:24
Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
Verse 25 — Surah Ad-Dukhan 44:25
Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər
Verse 26 — Surah Ad-Dukhan 44:26
habelə əkinlər, möhtəşəm yerlər
Verse 27 — Surah Ad-Dukhan 44:27
və içində həzz aldıqları nemətləri də qoyub getdilər
Verse 28 — Surah Ad-Dukhan 44:28
Bax belə! Biz o nemətlərə başqalarını varis etdik
Verse 29 — Surah Ad-Dukhan 44:29
Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi
Verse 30 — Surah Ad-Dukhan 44:30
Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
Verse 31 — Surah Ad-Dukhan 44:31
Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi
Verse 32 — Surah Ad-Dukhan 44:32
Biz İsrail oğullarını Öz elmimizlə aləmlərdən üstün etdik
Verse 33 — Surah Ad-Dukhan 44:33
Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik
Verse 34 — Surah Ad-Dukhan 44:34
Bunlar mütləq deyəcəklər
Verse 35 — Surah Ad-Dukhan 44:35
“Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik
Verse 36 — Surah Ad-Dukhan 44:36
Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
Verse 37 — Surah Ad-Dukhan 44:37
Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi
Verse 38 — Surah Ad-Dukhan 44:38
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq
Verse 39 — Surah Ad-Dukhan 44:39
Biz onları haqq olaraq yaratdıq, lakin çoxları bunu bilmir
Verse 40 — Surah Ad-Dukhan 44:40
Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır
Verse 41 — Surah Ad-Dukhan 44:41
O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək
Verse 42 — Surah Ad-Dukhan 44:42
Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir
Verse 43 — Surah Ad-Dukhan 44:43
Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı
Verse 44 — Surah Ad-Dukhan 44:44
günahkar adamın yeməyidir
Verse 45 — Surah Ad-Dukhan 44:45
Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
Verse 46 — Surah Ad-Dukhan 44:46
qaynar su qaynayan kimi
Verse 47 — Surah Ad-Dukhan 44:47
Onu tutub Cəhənnəmin ortasına sürüyün
Verse 48 — Surah Ad-Dukhan 44:48
Sonra əzab vermək üçün başına qaynar su tökün
Verse 49 — Surah Ad-Dukhan 44:49
Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin
Verse 50 — Surah Ad-Dukhan 44:50
Sizin şübhə etdiyiniz əzab budur
Verse 51 — Surah Ad-Dukhan 44:51
Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
Verse 52 — Surah Ad-Dukhan 44:52
bağçalarda və çeşmələr başında olacaqlar
Verse 53 — Surah Ad-Dukhan 44:53
Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər
Verse 54 — Surah Ad-Dukhan 44:54
Bax belə! Üstəlik, onları iri qara gözlü hurilərlə də evləndirəcəyik
Verse 55 — Surah Ad-Dukhan 44:55
Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər
Verse 56 — Surah Ad-Dukhan 44:56
Onlar ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
Verse 57 — Surah Ad-Dukhan 44:57
sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur
Verse 58 — Surah Ad-Dukhan 44:58
Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər
Verse 59 — Surah Ad-Dukhan 44:59
Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər