Back to Languages

Azerbaijani - Chapter 44 - Ad-Dukhan

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ad-Dukhan 44:1

Verse 2 — Surah Ad-Dukhan 44:2

And olsun bu aydın Ki­taba

Verse 3 — Surah Ad-Dukhan 44:3

Biz onu mübarək bir ge­cədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik

Verse 4 — Surah Ad-Dukhan 44:4

Hər bir hikmətli iş o ge­cədə ayırd edilir –

Verse 5 — Surah Ad-Dukhan 44:5

dərgahımızdan vəhy edi­lən əmr ilə. Həqiqətən, kitab­ları və el­çi­ləri Biz göndəririk –

Verse 6 — Surah Ad-Dukhan 44:6

sənin Rəbbindən mərhə­mət olaraq. Şübhəsiz ki, O, Eşidən­dir, Biləndir

Verse 7 — Surah Ad-Dukhan 44:7

Əgər yəqinliklə inanırsı­nızsa, bilin ki, Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir

Verse 8 — Surah Ad-Dukhan 44:8

Ondan başqa ibadətə layiq olan mə­bud yoxdur. O həm di­ril­dir, həm də öl­dü­rür. O həm sizin Rəbbiniz, həm də əcdad­larınızın Rəb­bi­dir

Verse 9 — Surah Ad-Dukhan 44:9

Lakin onlar şəkkə qapılıb əylə­nir­lər

Verse 10 — Surah Ad-Dukhan 44:10

Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə

Verse 11 — Surah Ad-Dukhan 44:11

O tüstü ki, insanları bü­rüyəcək­. Bu, ağrılı-acılı bir əzab­dır

Verse 12 — Surah Ad-Dukhan 44:12

Onlar: “Ey Rəbbimiz! Bi­zi bu əzab­dan qurtar, biz də iman gə­tirək”– deyəcəklər

Verse 13 — Surah Ad-Dukhan 44:13

Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aş­kar bir peyğəmbər gəl­sə də

Verse 14 — Surah Ad-Dukhan 44:14

onlar ondan üz çevirib: “Öyrə­dilmiş bir dəlidir!”– de­dilər

Verse 15 — Surah Ad-Dukhan 44:15

Biz əzabı bir az sizdən uzaq­laş­dı­rarıq, amma siz yenə az­ğın­lı­ğa qayıda­caqsınız

Verse 16 — Surah Ad-Dukhan 44:16

Kafirləri böyük bir mü­si­bətlə ya­xalayacağımız gün, Biz on­lar­dan inti­qam alacağıq

Verse 17 — Surah Ad-Dukhan 44:17

Biz onlardan əvvəl Firo­nun xal­qını da sınadıq. Onlara möh­tə­rəm bir elçi gəldi

Verse 18 — Surah Ad-Dukhan 44:18

O dedi: “Allahın qulla­rı­nı mənə qaytarın. Həqiqətən, mən si­zin üçün etibarlı bir el­çiyəm

Verse 19 — Surah Ad-Dukhan 44:19

Allaha qarşı təkəbbür gös­tər­mə­yin. Həqiqətən, mən sizə ay­dın bir sü­but gətir­mişəm

Verse 20 — Surah Ad-Dukhan 44:20

Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəb­biniz olan Alla­ha sığınıram

Verse 21 — Surah Ad-Dukhan 44:21

Əgər mənə inanmırsı­nız­sa, onda məndən uzaq olun!”

Verse 22 — Surah Ad-Dukhan 44:22

Sonra o, Rəbbinə yalva­rıb dedi: “Həqiqətən, bunlar gü­nah­kar adamlar­dır!”

Verse 23 — Surah Ad-Dukhan 44:23

Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şüb­hə­siz ki, siz təqib olu­nacaqsınız

Verse 24 — Surah Ad-Dukhan 44:24

Dənizi də sakit burax! Onlar su­da batırılacaq əsgər­lərdir!”

Verse 25 — Surah Ad-Dukhan 44:25

Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər

Verse 26 — Surah Ad-Dukhan 44:26

habelə əkinlər, möhtə­şəm yerlər

Verse 27 — Surah Ad-Dukhan 44:27

və içində həzz aldıqları nemət­lə­ri də qoyub getdilər

Verse 28 — Surah Ad-Dukhan 44:28

Bax belə! Biz o nemət­lərə başqa­la­rını varis etdik

Verse 29 — Surah Ad-Dukhan 44:29

Nə göy, nə də yer on­lar­dan ötrü ağlamadı. Onlara möh­lət də verilmədi

Verse 30 — Surah Ad-Dukhan 44:30

Artıq İsrail oğullarını al­çaldıcı əzabdan qurtardıq –

Verse 31 — Surah Ad-Dukhan 44:31

Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşan­lar­dan idi

Verse 32 — Surah Ad-Dukhan 44:32

Biz İsrail oğulla­rını Öz el­mimizlə aləmlərdən üstün etdik

Verse 33 — Surah Ad-Dukhan 44:33

Onlara içində açıq-ay­dın imtahan olan dəlillər verdik

Verse 34 — Surah Ad-Dukhan 44:34

Bunlar mütləq deyəcək­lər

Verse 35 — Surah Ad-Dukhan 44:35

“Bizim ancaq bircə ölü­mümüz var. Biz bir daha diril­dil­mə­yə­­cəyik

Verse 36 — Surah Ad-Dukhan 44:36

Əgər doğru deyir­siniz­sə, onda atalarımızı dirildib gəti­rin!”

Verse 37 — Surah Ad-Dukhan 44:37

Bunlar yaxşıdır, yoxsa Tubba tay­fası və onlardan əv­vəl­ki­lər? Biz onları məhv et­dik. Çünki onlar günahkar adam­lar idi

Verse 38 — Surah Ad-Dukhan 44:38

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə ya­rat­madıq

Verse 39 — Surah Ad-Dukhan 44:39

Biz onları haqq olaraq ya­rat­dıq, lakin çoxları bunu bil­mir

Verse 40 — Surah Ad-Dukhan 44:40

Şübhəsiz ki, ayırd etmə günü on­ların hamısı üçün mü­əy­yən olun­muş vaxtdır

Verse 41 — Surah Ad-Dukhan 44:41

O gün dost dosta heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­

Verse 42 — Surah Ad-Dukhan 44:42

Allahın rəhm etdiyi kim­sələrdən başqa! Həqiqətən, O, Qüd­rət­li­dir, Rəhm­lidir

Verse 43 — Surah Ad-Dukhan 44:43

Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı

Verse 44 — Surah Ad-Dukhan 44:44

günahkar adamın yemə­yidir

Verse 45 — Surah Ad-Dukhan 44:45

Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –

Verse 46 — Surah Ad-Dukhan 44:46

qaynar su qaynayan ki­mi

Verse 47 — Surah Ad-Dukhan 44:47

Onu tutub Cəhənnəmin ortasına sürüyün

Verse 48 — Surah Ad-Dukhan 44:48

Sonra əzab vermək üçün başına qaynar su tökün

Verse 49 — Surah Ad-Dukhan 44:49

Dad bu əzabı! Sən ki qüd­rətli və şərəfli idin

Verse 50 — Surah Ad-Dukhan 44:50

Sizin şübhə etdiyiniz əzab budur

Verse 51 — Surah Ad-Dukhan 44:51

Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə –

Verse 52 — Surah Ad-Dukhan 44:52

bağçalarda və çeşmələr başında olacaqlar

Verse 53 — Surah Ad-Dukhan 44:53

Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər

Verse 54 — Surah Ad-Dukhan 44:54

Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik

Verse 55 — Surah Ad-Dukhan 44:55

Onlar orada əmin-aman­lıq içində hər meyvədən istə­yə­cək­lər

Verse 56 — Surah Ad-Dukhan 44:56

Onlar ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Allah on­ları Cəhənnəm əzabından qorumuşdur –

Verse 57 — Surah Ad-Dukhan 44:57

sənin Rəbbinin lütfkar­lı­ğı sayə­sində. Məhz bu, bö­yük uğur­dur

Verse 58 — Surah Ad-Dukhan 44:58

Biz Quranı sənin dilində asan­laş­dırdıq ki, onlar öyüd-nə­si­hət ala bilsin­lər

Verse 59 — Surah Ad-Dukhan 44:59

Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər