Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 51 - Adh-Dhariyat
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Adh-Dhariyat 51:1
And olsun toz-torpağı ətrafa səpələyənlərə
Verse 2 — Surah Adh-Dhariyat 51:2
And olsun yağmur yükü daşıyanlara
Verse 3 — Surah Adh-Dhariyat 51:3
And olsun asanlıqla üzüb gedənlərə
Verse 4 — Surah Adh-Dhariyat 51:4
And olsun işləri paylaşdıranlara
Verse 5 — Surah Adh-Dhariyat 51:5
Sizə vəd olunanlar həqiqətdir
Verse 6 — Surah Adh-Dhariyat 51:6
Haqq-hesab da, mütləq çəkiləcəkdir
Verse 7 — Surah Adh-Dhariyat 51:7
And olsun gözəl görünüşü olan səmaya
Verse 8 — Surah Adh-Dhariyat 51:8
Sizin sözləriniz ziddiyyətlidir
Verse 9 — Surah Adh-Dhariyat 51:9
Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər
Verse 10 — Surah Adh-Dhariyat 51:10
Məhv olsun yalançılar
Verse 11 — Surah Adh-Dhariyat 51:11
O kəslər ki, cəhalət içində olan qafillərdir
Verse 12 — Surah Adh-Dhariyat 51:12
Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar
Verse 13 — Surah Adh-Dhariyat 51:13
O gün onlara odda əzab veriləcək
Verse 14 — Surah Adh-Dhariyat 51:14
Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
Verse 15 — Surah Adh-Dhariyat 51:15
Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar
Verse 16 — Surah Adh-Dhariyat 51:16
öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular
Verse 17 — Surah Adh-Dhariyat 51:17
Onlar gecələr ibadət edib az yatırdılar
Verse 18 — Surah Adh-Dhariyat 51:18
Sübh çağı isə bağışlanma diləyirdilər
Verse 19 — Surah Adh-Dhariyat 51:19
Onların mal-dövlətində dilənçinin və yoxsulun payı var
Verse 20 — Surah Adh-Dhariyat 51:20
Qəti inananlar üçün yer üzündə dəlillər var
Verse 21 — Surah Adh-Dhariyat 51:21
Sizin özünüzdə də dəlillər var. Məgər görmürsünüz
Verse 22 — Surah Adh-Dhariyat 51:22
Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir
Verse 23 — Surah Adh-Dhariyat 51:23
Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir
Verse 24 — Surah Adh-Dhariyat 51:24
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı
Verse 25 — Surah Adh-Dhariyat 51:25
Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi
Verse 26 — Surah Adh-Dhariyat 51:26
O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi
Verse 27 — Surah Adh-Dhariyat 51:27
Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi
Verse 28 — Surah Adh-Dhariyat 51:28
O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər
Verse 29 — Surah Adh-Dhariyat 51:29
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
Verse 30 — Surah Adh-Dhariyat 51:30
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!”
Verse 31 — Surah Adh-Dhariyat 51:31
İbrahim dedi: “Sizin vəzifəniz nədir, ey elçilər?”
Verse 32 — Surah Adh-Dhariyat 51:32
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki
Verse 33 — Surah Adh-Dhariyat 51:33
onların üstünə gildən daşlar yağdıraq –
Verse 34 — Surah Adh-Dhariyat 51:34
həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
Verse 35 — Surah Adh-Dhariyat 51:35
Biz orada olan möminləri o kənddən çıxartdıq
Verse 36 — Surah Adh-Dhariyat 51:36
Amma orada bir evdən başqa müsəlman tapmadıq
Verse 37 — Surah Adh-Dhariyat 51:37
Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq
Verse 38 — Surah Adh-Dhariyat 51:38
Musanın əhvalatında da ibrət var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik
Verse 39 — Surah Adh-Dhariyat 51:39
Firon öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi
Verse 40 — Surah Adh-Dhariyat 51:40
Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi
Verse 41 — Surah Adh-Dhariyat 51:41
Ad qövmünün hekayətində də ibrət var. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik
Verse 42 — Surah Adh-Dhariyat 51:42
O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi
Verse 43 — Surah Adh-Dhariyat 51:43
Səmud qövmünün hekayətində də ibrət var. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi
Verse 44 — Surah Adh-Dhariyat 51:44
Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu
Verse 45 — Surah Adh-Dhariyat 51:45
Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı
Verse 46 — Surah Adh-Dhariyat 51:46
Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər
Verse 47 — Surah Adh-Dhariyat 51:47
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk
Verse 48 — Surah Adh-Dhariyat 51:48
Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz
Verse 49 — Surah Adh-Dhariyat 51:49
Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız
Verse 50 — Surah Adh-Dhariyat 51:50
De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm
Verse 51 — Surah Adh-Dhariyat 51:51
Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!”
Verse 52 — Surah Adh-Dhariyat 51:52
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər
Verse 53 — Surah Adh-Dhariyat 51:53
Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır
Verse 54 — Surah Adh-Dhariyat 51:54
Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan
Verse 55 — Surah Adh-Dhariyat 51:55
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir
Verse 56 — Surah Adh-Dhariyat 51:56
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım
Verse 57 — Surah Adh-Dhariyat 51:57
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm
Verse 58 — Surah Adh-Dhariyat 51:58
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir
Verse 59 — Surah Adh-Dhariyat 51:59
Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər
Verse 60 — Surah Adh-Dhariyat 51:60
Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına