Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 52 - At-Tur
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah At-Tur 52:1
And olsun Tur dağına
Verse 2 — Surah At-Tur 52:2
And olsun yazılmış Kitaba –
Verse 3 — Surah At-Tur 52:3
nazik dəri üzərində olan Kitaba
Verse 4 — Surah At-Tur 52:4
And olsun Beytulməmura
Verse 5 — Surah At-Tur 52:5
And olsun yüksək tavana
Verse 6 — Surah At-Tur 52:6
And olsun alovlanan dənizə
Verse 7 — Surah At-Tur 52:7
Rəbbinin əzabı hökmən vaqe olacaq
Verse 8 — Surah At-Tur 52:8
Heç nə onun qarşısını ala bilməz
Verse 9 — Surah At-Tur 52:9
O gün göy şiddətlə sarsılacaq
Verse 10 — Surah At-Tur 52:10
dağlar da hərəkətə gələcək
Verse 11 — Surah At-Tur 52:11
O gün vay halına haqqı yalan sayanların
Verse 12 — Surah At-Tur 52:12
O kəslər ki, yalan bataqlığında əylənirlər
Verse 13 — Surah At-Tur 52:13
O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar
Verse 14 — Surah At-Tur 52:14
Onlara deyiləcək: “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur
Verse 15 — Surah At-Tur 52:15
Bəlkə bu da sehrdir, yoxsa görmürsünüz
Verse 16 — Surah At-Tur 52:16
Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”
Verse 17 — Surah At-Tur 52:17
Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində yaşayacaqlar
Verse 18 — Surah At-Tur 52:18
Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir
Verse 19 — Surah At-Tur 52:19
Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
Verse 20 — Surah At-Tur 52:20
Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik
Verse 21 — Surah At-Tur 52:21
Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur
Verse 22 — Surah At-Tur 52:22
Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik
Verse 23 — Surah At-Tur 52:23
Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik edəcək
Verse 24 — Surah At-Tur 52:24
Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar
Verse 25 — Surah At-Tur 52:25
Onlar bir-birinə üz tutub soruşacaqlar
Verse 26 — Surah At-Tur 52:26
Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq
Verse 27 — Surah At-Tur 52:27
Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu
Verse 28 — Surah At-Tur 52:28
Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
Verse 29 — Surah At-Tur 52:29
Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli
Verse 30 — Surah At-Tur 52:30
Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər
Verse 31 — Surah At-Tur 52:31
De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Verse 32 — Surah At-Tur 52:32
Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır
Verse 33 — Surah At-Tur 52:33
Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər
Verse 34 — Surah At-Tur 52:34
Əgər doğru söyləyirlərsə, qoy Qurana bənzər bir kəlam gətirsinlər
Verse 35 — Surah At-Tur 52:35
Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır
Verse 36 — Surah At-Tur 52:36
Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar
Verse 37 — Surah At-Tur 52:37
Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər
Verse 38 — Surah At-Tur 52:38
Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı var? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər
Verse 39 — Surah At-Tur 52:39
Yoxsa qızlar Onun, oğlanlar isə sizindir
Verse 40 — Surah At-Tur 52:40
Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar
Verse 41 — Surah At-Tur 52:41
Yoxsa onlar qeybi bilir və onu yazırlar
Verse 42 — Surah At-Tur 52:42
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar
Verse 43 — Surah At-Tur 52:43
Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır
Verse 44 — Surah At-Tur 52:44
Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər
Verse 45 — Surah At-Tur 52:45
Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et
Verse 46 — Surah At-Tur 52:46
O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcək
Verse 47 — Surah At-Tur 52:47
Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir
Verse 48 — Surah At-Tur 52:48
Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et
Verse 49 — Surah At-Tur 52:49
Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de