Back to Languages

Azerbaijani - Chapter 52 - At-Tur

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah At-Tur 52:1

And olsun Tur dağına

Verse 2 — Surah At-Tur 52:2

And olsun yazılmış Ki­ta­ba –

Verse 3 — Surah At-Tur 52:3

nazik dəri üzərində olan Kitaba

Verse 4 — Surah At-Tur 52:4

And olsun Beytulmə­mura

Verse 5 — Surah At-Tur 52:5

And olsun yüksək tavana

Verse 6 — Surah At-Tur 52:6

And olsun alovlanan də­nizə

Verse 7 — Surah At-Tur 52:7

Rəbbinin əzabı hökmən vaqe ola­caq

Verse 8 — Surah At-Tur 52:8

Heç nə onun qarşısını ala bilməz

Verse 9 — Surah At-Tur 52:9

O gün göy şiddətlə sarsı­lacaq

Verse 10 — Surah At-Tur 52:10

dağlar da hərəkətə gələ­cək

Verse 11 — Surah At-Tur 52:11

O gün vay halına haqqı yalan sa­yanların

Verse 12 — Surah At-Tur 52:12

O kəslər ki, yalan ba­taq­lığında əylənirlər

Verse 13 — Surah At-Tur 52:13

O gün onlar amansız­ca­sına sürü­dülərək Cəhənnəm odu­na atı­lacaqlar

Verse 14 — Surah At-Tur 52:14

Onlara deyiləcək: “Bu, si­zin yalan saydığınız Cəhən­nəm odu­dur

Verse 15 — Surah At-Tur 52:15

Bəlkə bu da sehrdir, yoxsa görmür­sünüz

Verse 16 — Surah At-Tur 52:16

Yanın orada! Dözsəniz də, döz­məsəniz də sizin üçün ey­ni­dir. Sizə an­caq etdiyiniz əməllərin cəzası verilir”

Verse 17 — Surah At-Tur 52:17

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar

Verse 18 — Surah At-Tur 52:18

Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir

Verse 19 — Surah At-Tur 52:19

Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”

Verse 20 — Surah At-Tur 52:20

Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik

Verse 21 — Surah At-Tur 52:21

Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur

Verse 22 — Surah At-Tur 52:22

Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik

Verse 23 — Surah At-Tur 52:23

Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək

Verse 24 — Surah At-Tur 52:24

Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar

Verse 25 — Surah At-Tur 52:25

Onlar bir-birinə üz tu­tub soru­şa­caqlar

Verse 26 — Surah At-Tur 52:26

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq

Verse 27 — Surah At-Tur 52:27

Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du

Verse 28 — Surah At-Tur 52:28

Biz əvvəllər Ona dua edirdik. Hə­qiqətən, O, yaxşılıq edən­dir, Rəhmli­dir!”

Verse 29 — Surah At-Tur 52:29

Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə ka­hin­sən, nə də dəli

Verse 30 — Surah At-Tur 52:30

Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər

Verse 31 — Surah At-Tur 52:31

De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”

Verse 32 — Surah At-Tur 52:32

Yoxsa onların ağılları bu­nu onla­ra əmr edir? Yaxud on­lar az­ğın adam­lardır

Verse 33 — Surah At-Tur 52:33

Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər

Verse 34 — Surah At-Tur 52:34

Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər

Verse 35 — Surah At-Tur 52:35

Bəlkə onlar öz-özünə ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır

Verse 36 — Surah At-Tur 52:36

Yoxsa onlar göyləri və yeri yara­dıblar? Xeyr, onlar qətiyyən inan­mır­lar

Verse 37 — Surah At-Tur 52:37

Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır? Yaxud on­lar hökm sahibi­dirlər

Verse 38 — Surah At-Tur 52:38

Yoxsa onların, üstünə çı­xıb mə­lək­lərin söhbətlərini din­lə­dik­lə­ri bir nərdi­va­nı var­? Onda qoy onların mələk­ləri din­ləyənləri an­la­şıqlı bir dəlil gə­tirsin­lər

Verse 39 — Surah At-Tur 52:39

Yoxsa qızlar Onun, oğ­lanlar isə sizindir

Verse 40 — Surah At-Tur 52:40

Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borc­lu qaldıq­la­rı­na görə ağır yük altındadırlar

Verse 41 — Surah At-Tur 52:41

Yoxsa onlar qeybi bilir və onu ya­zırlar

Verse 42 — Surah At-Tur 52:42

Yoxsa bir hiylə qurmaq istəyir­lər? Amma kafirlər öz­lə­ri o hiy­lənin qurba­nı olacaqlar

Verse 43 — Surah At-Tur 52:43

Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah on­la­rın qoşduqları şəriklərdən uzaqdır

Verse 44 — Surah At-Tur 52:44

Əgər onlar göy parçala­rının düş­düyünü görsələr: “Bu­lud to­pası­dır!”– deyərlər

Verse 45 — Surah At-Tur 52:45

Sən onları sarsılacaqları günə qo­vuşana qədər tərk et

Verse 46 — Surah At-Tur 52:46

O gün hiylələri onlara heç bir fay­da verməyəcək və on­la­ra kö­mək gös­tə­rilməyə­cək­

Verse 47 — Surah At-Tur 52:47

Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazır­lan­mış­dır. Lakin on­ların çoxu bunu bilmir

Verse 48 — Surah At-Tur 52:48

Sən öz Rəbbinin hök­mü­nə səbir et! Həqiqətən, sən Bi­zim Göz­ləri­miz önündəsən. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et

Verse 49 — Surah At-Tur 52:49

Gecənin bir vaxtında, bir də ul­duzlar batandan sonra Onun şəninə tə­riflər de