Back to Languages

Azerbaijani - Chapter 54 - Al-Qamar

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Qamar 54:1

Qiyamət yaxınlaşdı və ay yarıldı

Verse 2 — Surah Al-Qamar 54:2

Onlar bir möcüzə gör­dük­də üz döndərib: “Bu, davam e­dən bir sehrdir” deyirlər

Verse 3 — Surah Al-Qamar 54:3

Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin is­tək­lə­ri­nə tabe oldu­lar. Halbuki hər bir iş bərqərar olacaq

Verse 4 — Surah Al-Qamar 54:4

Onlara küfrdən çəkin­di­rən neçə-ne­çə xəbər gəlmiş­dir

Verse 5 — Surah Al-Qamar 54:5

Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər

Verse 6 — Surah Al-Qamar 54:6

Sən də onları tərk et! Car­çının on­ları xoşagəlməz bir şe­yə ça­ğı­ra­cağı gün

Verse 7 — Surah Al-Qamar 54:7

onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxacaqlar

Verse 8 — Surah Al-Qamar 54:8

Kafirlər carçıya tərəf tə­lə­sərək: “Bu nə çətin bir gün­dür!”– de­yəcəklər

Verse 9 — Surah Al-Qamar 54:9

Onlardan əvvəl Nuh qöv­mü el­çi­lə­ri yalançı hesab et­miş­di. On­lar qu­lu­mu­zu yalançı sa­yıb: “O, dəlidir!”– dedilər və ona hədə-qor­xu gəldi­lər

Verse 10 — Surah Al-Qamar 54:10

O, Rəbbinə yalvarıb: “Mə­ni üs­tə­lədilər! Mənə kö­mək et!”– de­di

Verse 11 — Surah Al-Qamar 54:11

Biz göyün qapılarını ley­san yağışı ilə açdıq

Verse 12 — Surah Al-Qamar 54:12

Yeri yarıb bulaqlar qay­natdıq. Göydən tökülən və yer­dən çıxan su­lar əzəl­dən yazıl­mış bir iş üçün bir-birinə qo­vuşdu

Verse 13 — Surah Al-Qamar 54:13

Biz onu taxtalardan pər­çimlənib mismarlanmış gəmi­də da­şı­dıq

Verse 14 — Surah Al-Qamar 54:14

İnkar edilmiş peyğəm­bə­rə mükafat olaraq o gəmi Göz­ləri­miz önün­də üzüb gedirdi

Verse 15 — Surah Al-Qamar 54:15

Biz həmin hadisə­ni nəsillə­rə ibrət üçün saxla­dıq. Amma heç bir ya­da salan varmı

Verse 16 — Surah Al-Qamar 54:16

Görəydin Mənim əzabım və qor­xut­mağım necə oldu

Verse 17 — Surah Al-Qamar 54:17

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

Verse 18 — Surah Al-Qamar 54:18

Ad qövmü də elçiləri ya­lançı saydı. Görəydin Mənim əzabım və qorxut­ma­ğım necə oldu

Verse 19 — Surah Al-Qamar 54:19

Biz uzun sürən uğursuz bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik

Verse 20 — Surah Al-Qamar 54:20

O, insanları kökündən çıxar­dıl­mış xurma kötükləri kimi qo­par­dıb atırdı

Verse 21 — Surah Al-Qamar 54:21

Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu

Verse 22 — Surah Al-Qamar 54:22

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

Verse 23 — Surah Al-Qamar 54:23

Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı

Verse 24 — Surah Al-Qamar 54:24

Onlar dedilər: “Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq? On­da biz az­ğınlığa dü­şər və ağılsız iş görmüş ola­rıq

Verse 25 — Surah Al-Qamar 54:25

Zikr aramızdan təkcə onamı ve­rildi? Xeyr, o, yalan­çıdır, lov­ğa­dır!”

Verse 26 — Surah Al-Qamar 54:26

Sabah onlar kimin ya­lan­çı və lovğa olduğunu müt­ləq bi­lə­cək­lər

Verse 27 — Surah Al-Qamar 54:27

Biz onları sınağa çək­mək üçün bir dişi dəvə göndə­rə­cə­yik. On­ların nə edəcək­lərini göz­lə və əziyyətlərinə səbir et

Verse 28 — Surah Al-Qamar 54:28

Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!”

Verse 29 — Surah Al-Qamar 54:29

Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi

Verse 30 — Surah Al-Qamar 54:30

Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu

Verse 31 — Surah Al-Qamar 54:31

Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular

Verse 32 — Surah Al-Qamar 54:32

Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

Verse 33 — Surah Al-Qamar 54:33

Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı

Verse 34 — Surah Al-Qamar 54:34

Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik –

Verse 35 — Surah Al-Qamar 54:35

Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq

Verse 36 — Surah Al-Qamar 54:36

Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar

Verse 37 — Surah Al-Qamar 54:37

Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!”

Verse 38 — Surah Al-Qamar 54:38

Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di

Verse 39 — Surah Al-Qamar 54:39

Elə isə əzabımı və təh­did­lərimi dadın

Verse 40 — Surah Al-Qamar 54:40

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

Verse 41 — Surah Al-Qamar 54:41

Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi

Verse 42 — Surah Al-Qamar 54:42

Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq

Verse 43 — Surah Al-Qamar 54:43

Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir

Verse 44 — Surah Al-Qamar 54:44

Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər

Verse 45 — Surah Al-Qamar 54:45

Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq

Verse 46 — Surah Al-Qamar 54:46

Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır

Verse 47 — Surah Al-Qamar 54:47

Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər

Verse 48 — Surah Al-Qamar 54:48

O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək

Verse 49 — Surah Al-Qamar 54:49

Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq

Verse 50 — Surah Al-Qamar 54:50

Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir

Verse 51 — Surah Al-Qamar 54:51

Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı

Verse 52 — Surah Al-Qamar 54:52

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır

Verse 53 — Surah Al-Qamar 54:53

Hər bir kiçik və böyük əməl ya­zılmışdır

Verse 54 — Surah Al-Qamar 54:54

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da

Verse 55 — Surah Al-Qamar 54:55

qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar