Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 54 - Al-Qamar
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Qamar 54:1
Qiyamət yaxınlaşdı və ay yarıldı
Verse 2 — Surah Al-Qamar 54:2
Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, davam edən bir sehrdir” deyirlər
Verse 3 — Surah Al-Qamar 54:3
Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaq
Verse 4 — Surah Al-Qamar 54:4
Onlara küfrdən çəkindirən neçə-neçə xəbər gəlmişdir
Verse 5 — Surah Al-Qamar 54:5
Bu, böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər
Verse 6 — Surah Al-Qamar 54:6
Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
Verse 7 — Surah Al-Qamar 54:7
onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar
Verse 8 — Surah Al-Qamar 54:8
Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər
Verse 9 — Surah Al-Qamar 54:9
Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər
Verse 10 — Surah Al-Qamar 54:10
O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi
Verse 11 — Surah Al-Qamar 54:11
Biz göyün qapılarını leysan yağışı ilə açdıq
Verse 12 — Surah Al-Qamar 54:12
Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu
Verse 13 — Surah Al-Qamar 54:13
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq
Verse 14 — Surah Al-Qamar 54:14
İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi
Verse 15 — Surah Al-Qamar 54:15
Biz həmin hadisəni nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı
Verse 16 — Surah Al-Qamar 54:16
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu
Verse 17 — Surah Al-Qamar 54:17
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı
Verse 18 — Surah Al-Qamar 54:18
Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu
Verse 19 — Surah Al-Qamar 54:19
Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik
Verse 20 — Surah Al-Qamar 54:20
O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı
Verse 21 — Surah Al-Qamar 54:21
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu
Verse 22 — Surah Al-Qamar 54:22
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı
Verse 23 — Surah Al-Qamar 54:23
Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı
Verse 24 — Surah Al-Qamar 54:24
Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq
Verse 25 — Surah Al-Qamar 54:25
Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
Verse 26 — Surah Al-Qamar 54:26
Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər
Verse 27 — Surah Al-Qamar 54:27
Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəklərini gözlə və əziyyətlərinə səbir et
Verse 28 — Surah Al-Qamar 54:28
Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
Verse 29 — Surah Al-Qamar 54:29
Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi
Verse 30 — Surah Al-Qamar 54:30
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu
Verse 31 — Surah Al-Qamar 54:31
Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular
Verse 32 — Surah Al-Qamar 54:32
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı
Verse 33 — Surah Al-Qamar 54:33
Lut qövmü də qorxudan peyğəmbərləri yalan saydı
Verse 34 — Surah Al-Qamar 54:34
Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
Verse 35 — Surah Al-Qamar 54:35
Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq
Verse 36 — Surah Al-Qamar 54:36
Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar
Verse 37 — Surah Al-Qamar 54:37
Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
Verse 38 — Surah Al-Qamar 54:38
Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi
Verse 39 — Surah Al-Qamar 54:39
Elə isə əzabımı və təhdidlərimi dadın
Verse 40 — Surah Al-Qamar 54:40
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı
Verse 41 — Surah Al-Qamar 54:41
Xəbərdarlıqlar Firon nəslinə də göndərildi
Verse 42 — Surah Al-Qamar 54:42
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq
Verse 43 — Surah Al-Qamar 54:43
Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir
Verse 44 — Surah Al-Qamar 54:44
Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər
Verse 45 — Surah Al-Qamar 54:45
Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaq
Verse 46 — Surah Al-Qamar 54:46
Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acıdır
Verse 47 — Surah Al-Qamar 54:47
Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər
Verse 48 — Surah Al-Qamar 54:48
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcək
Verse 49 — Surah Al-Qamar 54:49
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq
Verse 50 — Surah Al-Qamar 54:50
Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir
Verse 51 — Surah Al-Qamar 54:51
Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı
Verse 52 — Surah Al-Qamar 54:52
Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır
Verse 53 — Surah Al-Qamar 54:53
Hər bir kiçik və böyük əməl yazılmışdır
Verse 54 — Surah Al-Qamar 54:54
Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında
Verse 55 — Surah Al-Qamar 54:55
qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar