Back to Languages

Azerbaijani - Chapter 59 - Al-Hashr

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Hashr 59:1

Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrət­lidir, Hikmət sahibidir

Verse 2 — Surah Al-Hashr 59:2

Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri

Verse 3 — Surah Al-Hashr 59:3

Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır

Verse 4 — Surah Al-Hashr 59:4

Bu, onların Allaha və Onun Rəsuluna qarşı çıxmala­rına gö­rə­dir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şid­dətli cəza ve­rən­dir

Verse 5 — Surah Al-Hashr 59:5

Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür

Verse 6 — Surah Al-Hashr 59:6

Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir

Verse 7 — Surah Al-Hashr 59:7

Allahın Öz Peyğəmbəri­nə kəndlə­rin əhalisindən ver­diyi qə­ni­mətlər Alla­ha, Pey­ğəmbə­rə, onun əqrəbasına, ye­tim­lərə, yox­sul­lara və mü­sa­fir­lərə məx­sus edil­mişdir ki, o mallar ara­nızdakı zən­gin­lə­rin var-döv­lə­ti olub qal­ma­sın. Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir

Verse 8 — Surah Al-Hashr 59:8

Qənimət həmçinin yurd­la­rından qo­­vulmuş və malla­rın­­dan məh­rum olun­muş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mər­hə­mətini və razı­lı­ğı­nı qazanmağa can atır, Alla­ha və Onun Rəsuluna kö­mək edirlər. Doğru olanlar da məhz onlardır

Verse 9 — Surah Al-Hashr 59:9

Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır

Verse 10 — Surah Al-Hashr 59:10

Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!”

Verse 11 — Surah Al-Hashr 59:11

Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir

Verse 12 — Surah Al-Hashr 59:12

Əgər onlar yurdlarından qovul­salar, münafiqlər onlarla birlik­də çıxıb get­məz, müsəl­manlar onlara qarşı vu­ruşsalar, onlara kö­mək­lik göstərməzlər. Əgər onlara yardım etmiş ol­salar, geri dö­nüb qaçar, sonra da onlara heç bir kömək edilməz

Verse 13 — Surah Al-Hashr 59:13

Doğrusu, onlar ürəklə­rində Allah­dan çox sizdən qor­xurlar. Çün­ki onlar anla­mayan adamlardır

Verse 14 — Surah Al-Hashr 59:14

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır

Verse 15 — Surah Al-Hashr 59:15

Onlar özlərindən bir az əvvəl əməl­lərinin cəzasını dad­mış, öz­ləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kim­sələrə bən­zə­yir­lər

Verse 16 — Surah Al-Hashr 59:16

Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– de­yir. İnsan kafir olan ki­mi: “Mən səndən uzağam. Mən aləmlərin Rəb­bi olan Allah­dan qorxuram!”– deyir

Verse 17 — Surah Al-Hashr 59:17

Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Za­lım­la­rın cəzası budur

Verse 18 — Surah Al-Hashr 59:18

Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə et­dik­lə­ri­nizdən xəbər­dar­dır

Verse 19 — Surah Al-Hashr 59:19

Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir

Verse 20 — Surah Al-Hashr 59:20

Cəhənnəm əhli ilə Cən­nət əhli eyni deyillər. Cənnət əhli uğur qaza­nan­lardır

Verse 21 — Surah Al-Hashr 59:21

Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr

Verse 22 — Surah Al-Hashr 59:22

O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir

Verse 23 — Surah Al-Hashr 59:23

O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır

Verse 24 — Surah Al-Hashr 59:24

O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir