Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 68 - Al-Qalam
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Qalam 68:1
Nun. And olsun qələmə və qələmə alınanlara
Verse 2 — Surah Al-Qalam 68:2
Məhz Rəbbinin mərhəməti sayəsində sən dəli deyilsən
Verse 3 — Surah Al-Qalam 68:3
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır
Verse 4 — Surah Al-Qalam 68:4
Həqiqətən də, sən böyük əxlaq sahibisən
Verse 5 — Surah Al-Qalam 68:5
Sən də görəcəksən, onlar da –
Verse 6 — Surah Al-Qalam 68:6
hansınızın dəli olduğunu
Verse 7 — Surah Al-Qalam 68:7
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır
Verse 8 — Surah Al-Qalam 68:8
Elə isə haqqı yalan sayanlara güzəştə getmə
Verse 9 — Surah Al-Qalam 68:9
Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər
Verse 10 — Surah Al-Qalam 68:10
İtaət etmə hər tez-tez and içənə, alçağa
Verse 11 — Surah Al-Qalam 68:11
qeybət edənə, dedi-qodu yayana
Verse 12 — Surah Al-Qalam 68:12
xeyrə mane olana, həddi aşana, günahkara
Verse 13 — Surah Al-Qalam 68:13
daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
Verse 14 — Surah Al-Qalam 68:14
o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə
Verse 15 — Surah Al-Qalam 68:15
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər
Verse 16 — Surah Al-Qalam 68:16
Biz onun burnuna damğa vuracağıq
Verse 17 — Surah Al-Qalam 68:17
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
Verse 18 — Surah Al-Qalam 68:18
və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər)
Verse 19 — Surah Al-Qalam 68:19
Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü
Verse 20 — Surah Al-Qalam 68:20
Bağ yanıb zülmət gecə kimi qapqara oldu
Verse 21 — Surah Al-Qalam 68:21
Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar
Verse 22 — Surah Al-Qalam 68:22
“Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
Verse 23 — Surah Al-Qalam 68:23
Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar
Verse 24 — Surah Al-Qalam 68:24
“Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
Verse 25 — Surah Al-Qalam 68:25
Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər
Verse 26 — Surah Al-Qalam 68:26
Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik
Verse 27 — Surah Al-Qalam 68:27
Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
Verse 28 — Surah Al-Qalam 68:28
Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin demədimmi?”
Verse 29 — Surah Al-Qalam 68:29
Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
Verse 30 — Surah Al-Qalam 68:30
Onlar dönüb bir-birlərini qınamağa başladılar
Verse 31 — Surah Al-Qalam 68:31
və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq
Verse 32 — Surah Al-Qalam 68:32
Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”
Verse 33 — Surah Al-Qalam 68:33
Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər
Verse 34 — Surah Al-Qalam 68:34
Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri hazırlanmışdır
Verse 35 — Surah Al-Qalam 68:35
Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı
Verse 36 — Surah Al-Qalam 68:36
Sizə nə olub, necə hökm verirsiniz
Verse 37 — Surah Al-Qalam 68:37
Yoxsa sizin elə bir kitabınız var ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz
Verse 38 — Surah Al-Qalam 68:38
Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır
Verse 39 — Surah Al-Qalam 68:39
Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaq
Verse 40 — Surah Al-Qalam 68:40
Onlardan soruş ki, kim buna zamin duracaq
Verse 41 — Surah Al-Qalam 68:41
Yoxsa onların şərikləri var? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər
Verse 42 — Surah Al-Qalam 68:42
Baldır açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
Verse 43 — Surah Al-Qalam 68:43
onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcək. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular
Verse 44 — Surah Al-Qalam 68:44
Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik
Verse 45 — Surah Al-Qalam 68:45
Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür
Verse 46 — Surah Al-Qalam 68:46
Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər
Verse 47 — Surah Al-Qalam 68:47
Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar
Verse 48 — Surah Al-Qalam 68:48
Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi
Verse 49 — Surah Al-Qalam 68:49
Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı
Verse 50 — Surah Al-Qalam 68:50
Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi
Verse 51 — Surah Al-Qalam 68:51
Həqiqətən, kafirlər bu Zikri eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər
Verse 52 — Surah Al-Qalam 68:52
Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyil