Back to Languages

Azerbaijani - Chapter 68 - Al-Qalam

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Qalam 68:1

Nun. And olsun qələmə və qələ­mə alınanlara

Verse 2 — Surah Al-Qalam 68:2

Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən

Verse 3 — Surah Al-Qalam 68:3

Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır

Verse 4 — Surah Al-Qalam 68:4

Həqiqətən də, sən böyük əxlaq sa­hibisən

Verse 5 — Surah Al-Qalam 68:5

Sən də görəcəksən, onlar da –

Verse 6 — Surah Al-Qalam 68:6

hansınızın dəli olduğunu

Verse 7 — Surah Al-Qalam 68:7

Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır

Verse 8 — Surah Al-Qalam 68:8

Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə

Verse 9 — Surah Al-Qalam 68:9

Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər

Verse 10 — Surah Al-Qalam 68:10

İtaət etmə hər tez-tez and içənə, alçağa

Verse 11 — Surah Al-Qalam 68:11

qeybət edənə, dedi-qo­du yayana

Verse 12 — Surah Al-Qalam 68:12

xeyrə mane olana, həddi aşana, günahkara

Verse 13 — Surah Al-Qalam 68:13

daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya –

Verse 14 — Surah Al-Qalam 68:14

o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə

Verse 15 — Surah Al-Qalam 68:15

Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər

Verse 16 — Surah Al-Qalam 68:16

Biz onun burnuna dam­ğa vura­cağıq

Verse 17 — Surah Al-Qalam 68:17

Həqiqətən, Biz bağ sa­hib­lərini sı­nağa çəkdiyimiz kimi on­la­rı da sınağa çəkdik. O za­man bağ sahibləri səhər açı­lan­da bağda olan mey­vələri mütləq dərə­cəklərinə and içmişdilər

Verse 18 — Surah Al-Qalam 68:18

və heç bir istisna da et­məmiş­di­lər (“inşallah” demə­miş­di­lər)

Verse 19 — Surah Al-Qalam 68:19

Onlar yuxuda ikən Rəb­binin əzabı o bağı bürüdü

Verse 20 — Surah Al-Qalam 68:20

Bağ yanıb zülmət gecə kimi qap­qara oldu

Verse 21 — Surah Al-Qalam 68:21

Onlar səhər qalxdıqda bir-birlə­rini çağırdılar

Verse 22 — Surah Al-Qalam 68:22

“Əgər meyvə dərəcək­si­nizsə, ba­ğınıza erkən gedin!”

Verse 23 — Surah Al-Qalam 68:23

Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pı­çıl­da­yır­dılar

Verse 24 — Surah Al-Qalam 68:24

“Bu gün oraya – yanı­nı­za heç bir kasıb girməsin!”

Verse 25 — Surah Al-Qalam 68:25

Onlar bu məqsədlə ka­sıb­­ları bağa buraxmamağa qa­dir ola­caq­la­rını zənn edib erkən getdi­lər

Verse 26 — Surah Al-Qalam 68:26

Bağı görəndə isə belə de­dilər: “De­yəsən, biz düz gəl­mə­mi­şik

Verse 27 — Surah Al-Qalam 68:27

Xeyr! Biz bu bağın xey­rindən məh­rum olmuşuq!”

Verse 28 — Surah Al-Qalam 68:28

Onların ən insaflısı de­di: “Məgər mən sizə Allahın şə­ninə tə­rif­lər söyləyin demədimmi?”

Verse 29 — Surah Al-Qalam 68:29

Onlar dedilər: “Rəbbi­miz pakdır, müqəddəsdir! Hə­qi­qə­tən də, biz özü­müzə zülm et­mişik!”

Verse 30 — Surah Al-Qalam 68:30

Onlar dönüb bir-birləri­ni qına­mağa başladılar

Verse 31 — Surah Al-Qalam 68:31

və dedilər: “Vay halı­mı­za! Biz həddi aşanlarıq

Verse 32 — Surah Al-Qalam 68:32

Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yax­şısını ver­sin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”

Verse 33 — Surah Al-Qalam 68:33

Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyük­dür! Kaş biləy­dilər

Verse 34 — Surah Al-Qalam 68:34

Şübhəsiz ki, müttəqilər üçün Rəb­bi yanında Nə­im cən­nətləri hazırlan­mışdır

Verse 35 — Surah Al-Qalam 68:35

Biz heç müsəlmanları gü­nah­kar­lara tay tutarıqmı

Verse 36 — Surah Al-Qalam 68:36

Sizə nə olub, necə hökm verir­siniz

Verse 37 — Surah Al-Qalam 68:37

Yoxsa sizin elə bir kita­bı­nız var­ ki, üsyankarla itaət­karın ey­ni oldu­ğunu ondan oxu­yursunuz

Verse 38 — Surah Al-Qalam 68:38

Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı ya­zıl­mış­dır

Verse 39 — Surah Al-Qalam 68:39

Yaxud Bizimlə Qiyamət günü­nə­dək əhd bağlamısınız ki, is­tə­diyiniz hər şey sizin ola­caq

Verse 40 — Surah Al-Qalam 68:40

Onlardan soruş ki, kim buna za­min duracaq

Verse 41 — Surah Al-Qalam 68:41

Yoxsa onların şərikləri var? Əgər doğru danışır­lar­sa, on­da qoy şə­riklərini gətir­sinlər

Verse 42 — Surah Al-Qalam 68:42

Baldır açılacağı və on­lar səcdə­yə çağırılacaqları, la­kin buna qa­dir ola bilməyə­cək­ləri gün –

Verse 43 — Surah Al-Qalam 68:43

onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular

Verse 44 — Surah Al-Qalam 68:44

Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik

Verse 45 — Surah Al-Qalam 68:45

Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür

Verse 46 — Surah Al-Qalam 68:46

Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər

Verse 47 — Surah Al-Qalam 68:47

Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar

Verse 48 — Surah Al-Qalam 68:48

Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi

Verse 49 — Surah Al-Qalam 68:49

Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı

Verse 50 — Surah Al-Qalam 68:50

Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi

Verse 51 — Surah Al-Qalam 68:51

Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər

Verse 52 — Surah Al-Qalam 68:52

Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil