Back to Languages

Azerbaijani - Chapter 70 - Al-Maarij

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Maarij 70:1

İstəyən kimsə baş verə­cək əzabı istədi –

Verse 2 — Surah Al-Maarij 70:2

bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq

Verse 3 — Surah Al-Maarij 70:3

O, dərəcələr sahibi olan Allah­dandır

Verse 4 — Surah Al-Maarij 70:4

Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar

Verse 5 — Surah Al-Maarij 70:5

Sən təmkinlə səbir et

Verse 6 — Surah Al-Maarij 70:6

Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər

Verse 7 — Surah Al-Maarij 70:7

Biz isə onun yaxın oldu­ğunu gö­rürük

Verse 8 — Surah Al-Maarij 70:8

O gün göy əridilmiş me­tal kimi olacaq

Verse 9 — Surah Al-Maarij 70:9

Dağlar da didilmiş yuna bənzəyə­cək

Verse 10 — Surah Al-Maarij 70:10

Dost dostun halını xə­bər almaya­caq

Verse 11 — Surah Al-Maarij 70:11

Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını

Verse 12 — Surah Al-Maarij 70:12

həyat yoldaşını və qar­daşını

Verse 13 — Surah Al-Maarij 70:13

ona sığınacaq vermiş nəs­lini

Verse 14 — Surah Al-Maarij 70:14

və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin

Verse 15 — Surah Al-Maarij 70:15

Xeyr! Bu, alovu şölələ­nən Oddur –

Verse 16 — Surah Al-Maarij 70:16

başın dərisini sıyırıb çı­xaran bir od

Verse 17 — Surah Al-Maarij 70:17

O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

Verse 18 — Surah Al-Maarij 70:18

və mal-dövlət yığıb sax­la­yanı

Verse 19 — Surah Al-Maarij 70:19

Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır

Verse 20 — Surah Al-Maarij 70:20

Ona bir pislik toxun­duqda özün­dən çıxır

Verse 21 — Surah Al-Maarij 70:21

bir xeyir nəsib olduqda isə xəsis­lik edir

Verse 22 — Surah Al-Maarij 70:22

Namaz qılanlar istis­na­dır

Verse 23 — Surah Al-Maarij 70:23

O kəslər ki, namazlarını həmişə qılırlar

Verse 24 — Surah Al-Maarij 70:24

O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ –

Verse 25 — Surah Al-Maarij 70:25

dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün

Verse 26 — Surah Al-Maarij 70:26

O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər

Verse 27 — Surah Al-Maarij 70:27

O kəslər ki, Rəbbinin əza­bından qorxurlar

Verse 28 — Surah Al-Maarij 70:28

Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil

Verse 29 — Surah Al-Maarij 70:29

O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar –

Verse 30 — Surah Al-Maarij 70:30

zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar

Verse 31 — Surah Al-Maarij 70:31

Bundan artığını istəyən­lər isə həddi aşanlardır

Verse 32 — Surah Al-Maarij 70:32

O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar

Verse 33 — Surah Al-Maarij 70:33

O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər

Verse 34 — Surah Al-Maarij 70:34

Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar

Verse 35 — Surah Al-Maarij 70:35

Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq

Verse 36 — Surah Al-Maarij 70:36

Sənə doğru tələsən ka­firlərə nə olub belə –

Verse 37 — Surah Al-Maarij 70:37

sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar

Verse 38 — Surah Al-Maarij 70:38

Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir

Verse 39 — Surah Al-Maarij 70:39

Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik

Verse 40 — Surah Al-Maarij 70:40

And içirəm məşriqlərin və məğ­riblərin Rəbbinə! Biz doğ­ru­dan da, elə bir qüdrətə malikik ki, –

Verse 41 — Surah Al-Maarij 70:41

onları daha yaxşıları ilə əvəz edə bi­lərik. Bunda qarşı­mıza çı­xa bilən ta­pılmaz

Verse 42 — Surah Al-Maarij 70:42

Vədə verilmiş günə ça­tanadək on­larla daha işin ol­masın, qoy boş-boş da­nışsınlar və əylənsinlər

Verse 43 — Surah Al-Maarij 70:43

O gün, məbudlarına iba­­dətə can atırmışlar kimi onlar qə­bir­lər­dən çıxa­caqlar

Verse 44 — Surah Al-Maarij 70:44

O gün onların baxışları yerə diki­ləcək, özlərini də zil­lət bü­rü­yəcək. Budur onla­rın xəbərdar edildikləri gün