Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 70 - Al-Maarij
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Maarij 70:1
İstəyən kimsə baş verəcək əzabı istədi –
Verse 2 — Surah Al-Maarij 70:2
bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq
Verse 3 — Surah Al-Maarij 70:3
O, dərəcələr sahibi olan Allahdandır
Verse 4 — Surah Al-Maarij 70:4
Mələklər və Ruh Cəbrail Allaha doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar
Verse 5 — Surah Al-Maarij 70:5
Sən təmkinlə səbir et
Verse 6 — Surah Al-Maarij 70:6
Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər
Verse 7 — Surah Al-Maarij 70:7
Biz isə onun yaxın olduğunu görürük
Verse 8 — Surah Al-Maarij 70:8
O gün göy əridilmiş metal kimi olacaq
Verse 9 — Surah Al-Maarij 70:9
Dağlar da didilmiş yuna bənzəyəcək
Verse 10 — Surah Al-Maarij 70:10
Dost dostun halını xəbər almayacaq
Verse 11 — Surah Al-Maarij 70:11
Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını
Verse 12 — Surah Al-Maarij 70:12
həyat yoldaşını və qardaşını
Verse 13 — Surah Al-Maarij 70:13
ona sığınacaq vermiş nəslini
Verse 14 — Surah Al-Maarij 70:14
və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin
Verse 15 — Surah Al-Maarij 70:15
Xeyr! Bu, alovu şölələnən Oddur –
Verse 16 — Surah Al-Maarij 70:16
başın dərisini sıyırıb çıxaran bir od
Verse 17 — Surah Al-Maarij 70:17
O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
Verse 18 — Surah Al-Maarij 70:18
və mal-dövlət yığıb saxlayanı
Verse 19 — Surah Al-Maarij 70:19
Həqiqətən, insan kəmhövsələ yaradılmışdır
Verse 20 — Surah Al-Maarij 70:20
Ona bir pislik toxunduqda özündən çıxır
Verse 21 — Surah Al-Maarij 70:21
bir xeyir nəsib olduqda isə xəsislik edir
Verse 22 — Surah Al-Maarij 70:22
Namaz qılanlar istisnadır
Verse 23 — Surah Al-Maarij 70:23
O kəslər ki, namazlarını həmişə qılırlar
Verse 24 — Surah Al-Maarij 70:24
O kəslər ki, onların mallarında bəlli bir haqq var –
Verse 25 — Surah Al-Maarij 70:25
dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün
Verse 26 — Surah Al-Maarij 70:26
O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər
Verse 27 — Surah Al-Maarij 70:27
O kəslər ki, Rəbbinin əzabından qorxurlar
Verse 28 — Surah Al-Maarij 70:28
Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil
Verse 29 — Surah Al-Maarij 70:29
O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
Verse 30 — Surah Al-Maarij 70:30
zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar
Verse 31 — Surah Al-Maarij 70:31
Bundan artığını istəyənlər isə həddi aşanlardır
Verse 32 — Surah Al-Maarij 70:32
O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar
Verse 33 — Surah Al-Maarij 70:33
O kəslər ki, şahidliklərində mətindirlər
Verse 34 — Surah Al-Maarij 70:34
Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar
Verse 35 — Surah Al-Maarij 70:35
Cənnətlərdə hörmət göstəriləcək insanlar da elə onlar olacaq
Verse 36 — Surah Al-Maarij 70:36
Sənə doğru tələsən kafirlərə nə olub belə –
Verse 37 — Surah Al-Maarij 70:37
sağdan-soldan dəstələrlə ətrafına yığışırlar
Verse 38 — Surah Al-Maarij 70:38
Yoxsa onların hər biri Nəim cənnətinə girə biləcəyinə ümid edir
Verse 39 — Surah Al-Maarij 70:39
Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik
Verse 40 — Surah Al-Maarij 70:40
And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
Verse 41 — Surah Al-Maarij 70:41
onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz
Verse 42 — Surah Al-Maarij 70:42
Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər
Verse 43 — Surah Al-Maarij 70:43
O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar
Verse 44 — Surah Al-Maarij 70:44
O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcək. Budur onların xəbərdar edildikləri gün