Back to Languages

Azerbaijani - Chapter 75 - Al-Qiyamah

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Qiyamah 75:1

And içirəm Qiyamət gü­nünə

Verse 2 — Surah Al-Qiyamah 75:2

And içirəm peşmançılıq çə­kən nəfsə

Verse 3 — Surah Al-Qiyamah 75:3

İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik

Verse 4 — Surah Al-Qiyamah 75:4

Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik

Verse 5 — Surah Al-Qiyamah 75:5

Lakin insan bundan sonra da günah etmək fikrindədir

Verse 6 — Surah Al-Qiyamah 75:6

O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur

Verse 7 — Surah Al-Qiyamah 75:7

Gözlər bərələ qalacağı

Verse 8 — Surah Al-Qiyamah 75:8

Verse 9 — Surah Al-Qiyamah 75:9

və günəşlə ayın qovuşa­cağı zaman –

Verse 10 — Surah Al-Qiyamah 75:10

o gün insan deyəcək: “Hara qaçaq?”

Verse 11 — Surah Al-Qiyamah 75:11

Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq

Verse 12 — Surah Al-Qiyamah 75:12

O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq

Verse 13 — Surah Al-Qiyamah 75:13

O gün insana əvvəllər et­diyi və sonraya saxladığı əməl­ləri ba­rədə xəbər veriləcək

Verse 14 — Surah Al-Qiyamah 75:14

Əslində, insan öz əley­hi­nə şahid­lik edəcək –

Verse 15 — Surah Al-Qiyamah 75:15

üzrlü olub-olmadığı bü­tün hal­ları ortaya qoysa da

Verse 16 — Surah Al-Qiyamah 75:16

Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə

Verse 17 — Surah Al-Qiyamah 75:17

Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir

Verse 18 — Surah Al-Qiyamah 75:18

Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə

Verse 19 — Surah Al-Qiyamah 75:19

Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir

Verse 20 — Surah Al-Qiyamah 75:20

Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir

Verse 21 — Surah Al-Qiyamah 75:21

Axirətdən isə uzaqlaşır­sınız

Verse 22 — Surah Al-Qiyamah 75:22

O gün bir çox üzlər parlayacaq

Verse 23 — Surah Al-Qiyamah 75:23

və öz Rəbbinə baxa­caq­dır

Verse 24 — Surah Al-Qiyamah 75:24

O gün bir çox üzlər də tutulub qaralacaq

Verse 25 — Surah Al-Qiyamah 75:25

və yəqin edəcək ki, on­la­ra müsi­bət artıq üz vermişdir

Verse 26 — Surah Al-Qiyamah 75:26

Xeyr, ruh körpücük sü­­müklə­rinə yetişəcəyi zaman

Verse 27 — Surah Al-Qiyamah 75:27

“Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək

Verse 28 — Surah Al-Qiyamah 75:28

Can verən adam dünya hə­yatından ayrıldığını yəqin edə­cəyi

Verse 29 — Surah Al-Qiyamah 75:29

və ayaq ayağa dolaşa­ca­ğı za­man –

Verse 30 — Surah Al-Qiyamah 75:30

o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək

Verse 31 — Surah Al-Qiyamah 75:31

O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı

Verse 32 — Surah Al-Qiyamah 75:32

Haqqı da yalan saydı və üz dön­dərdi

Verse 33 — Surah Al-Qiyamah 75:33

Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi

Verse 34 — Surah Al-Qiyamah 75:34

Vay sənin halına, vay

Verse 35 — Surah Al-Qiyamah 75:35

Yenə də vay sənin halı­na, vay

Verse 36 — Surah Al-Qiyamah 75:36

Bəlkə insan özbaşına qo­yulaca­ğını güman edir

Verse 37 — Surah Al-Qiyamah 75:37

Məgər o, kişi toxumun­dan axıdı­lan bir damla nütfə de­yil­di­mi

Verse 38 — Surah Al-Qiyamah 75:38

Sonra laxtalanmış qan ol­du. Allah onu yaradıb kamil bir gör­kəmə saldı

Verse 39 — Surah Al-Qiyamah 75:39

Ondan da bir cüt kişi və qadın yaratdı

Verse 40 — Surah Al-Qiyamah 75:40

Məgər O, ölüləri dirilt­məyə qadir deyilmi