Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 75 - Al-Qiyamah
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Qiyamah 75:1
And içirəm Qiyamət gününə
Verse 2 — Surah Al-Qiyamah 75:2
And içirəm peşmançılıq çəkən nəfsə
Verse 3 — Surah Al-Qiyamah 75:3
İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik
Verse 4 — Surah Al-Qiyamah 75:4
Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik
Verse 5 — Surah Al-Qiyamah 75:5
Lakin insan bundan sonra da günah etmək fikrindədir
Verse 6 — Surah Al-Qiyamah 75:6
O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur
Verse 7 — Surah Al-Qiyamah 75:7
Gözlər bərələ qalacağı
Verse 8 — Surah Al-Qiyamah 75:8
ay tutulacağı
Verse 9 — Surah Al-Qiyamah 75:9
və günəşlə ayın qovuşacağı zaman –
Verse 10 — Surah Al-Qiyamah 75:10
o gün insan deyəcək: “Hara qaçaq?”
Verse 11 — Surah Al-Qiyamah 75:11
Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq
Verse 12 — Surah Al-Qiyamah 75:12
O gün qayıdış ancaq sənin Rəbbinə olacaq
Verse 13 — Surah Al-Qiyamah 75:13
O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcək
Verse 14 — Surah Al-Qiyamah 75:14
Əslində, insan öz əleyhinə şahidlik edəcək –
Verse 15 — Surah Al-Qiyamah 75:15
üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da
Verse 16 — Surah Al-Qiyamah 75:16
Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə
Verse 17 — Surah Al-Qiyamah 75:17
Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir
Verse 18 — Surah Al-Qiyamah 75:18
Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə
Verse 19 — Surah Al-Qiyamah 75:19
Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir
Verse 20 — Surah Al-Qiyamah 75:20
Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir
Verse 21 — Surah Al-Qiyamah 75:21
Axirətdən isə uzaqlaşırsınız
Verse 22 — Surah Al-Qiyamah 75:22
O gün bir çox üzlər parlayacaq
Verse 23 — Surah Al-Qiyamah 75:23
və öz Rəbbinə baxacaqdır
Verse 24 — Surah Al-Qiyamah 75:24
O gün bir çox üzlər də tutulub qaralacaq
Verse 25 — Surah Al-Qiyamah 75:25
və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir
Verse 26 — Surah Al-Qiyamah 75:26
Xeyr, ruh körpücük sümüklərinə yetişəcəyi zaman
Verse 27 — Surah Al-Qiyamah 75:27
“Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək
Verse 28 — Surah Al-Qiyamah 75:28
Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi
Verse 29 — Surah Al-Qiyamah 75:29
və ayaq ayağa dolaşacağı zaman –
Verse 30 — Surah Al-Qiyamah 75:30
o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək
Verse 31 — Surah Al-Qiyamah 75:31
O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı
Verse 32 — Surah Al-Qiyamah 75:32
Haqqı da yalan saydı və üz döndərdi
Verse 33 — Surah Al-Qiyamah 75:33
Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi
Verse 34 — Surah Al-Qiyamah 75:34
Vay sənin halına, vay
Verse 35 — Surah Al-Qiyamah 75:35
Yenə də vay sənin halına, vay
Verse 36 — Surah Al-Qiyamah 75:36
Bəlkə insan özbaşına qoyulacağını güman edir
Verse 37 — Surah Al-Qiyamah 75:37
Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi
Verse 38 — Surah Al-Qiyamah 75:38
Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı
Verse 39 — Surah Al-Qiyamah 75:39
Ondan da bir cüt kişi və qadın yaratdı
Verse 40 — Surah Al-Qiyamah 75:40
Məgər O, ölüləri diriltməyə qadir deyilmi