Back to Languages

Azerbaijani - Chapter 78 - An-Naba

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah An-Naba 78:1

Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar

Verse 2 — Surah An-Naba 78:2

Böyük bir xəbər barə­sin­də –

Verse 3 — Surah An-Naba 78:3

elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər

Verse 4 — Surah An-Naba 78:4

Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər

Verse 5 — Surah An-Naba 78:5

Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər

Verse 6 — Surah An-Naba 78:6

Məgər Biz yeri yataq et­mədikmi

Verse 7 — Surah An-Naba 78:7

Dağları da payalar

Verse 8 — Surah An-Naba 78:8

Biz sizi cüt yaratdıq

Verse 9 — Surah An-Naba 78:9

Yuxunuzu da sizin üçün rahatlıq etdik

Verse 10 — Surah An-Naba 78:10

Gecəni örtük etdik

Verse 11 — Surah An-Naba 78:11

gündüzü isə ruzi qazan­maq vaxtı

Verse 12 — Surah An-Naba 78:12

Üstünüzdə yeddi möh­kəm göy qurduq

Verse 13 — Surah An-Naba 78:13

və çox parlaq bir çıraq ya­ratdıq

Verse 14 — Surah An-Naba 78:14

Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki

Verse 15 — Surah An-Naba 78:15

onunla toxum və digər bit­kilər ye­tiş­dirək

Verse 16 — Surah An-Naba 78:16

habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq

Verse 17 — Surah An-Naba 78:17

Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir

Verse 18 — Surah An-Naba 78:18

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksi­niz

Verse 19 — Surah An-Naba 78:19

O gün göyün qapıları açılacaq

Verse 20 — Surah An-Naba 78:20

Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək

Verse 21 — Surah An-Naba 78:21

Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir

Verse 22 — Surah An-Naba 78:22

O, həddi aşanların qayı­dacağı yerdir

Verse 23 — Surah An-Naba 78:23

Onlar orada əsrlər boyu qala­caq­lar

Verse 24 — Surah An-Naba 78:24

Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar

Verse 25 — Surah An-Naba 78:25

İçdikləri yalnız qaynar su və irin olacaq –

Verse 26 — Surah An-Naba 78:26

törətdikləri əməllərinə uy­ğun bir cəza kimi

Verse 27 — Surah An-Naba 78:27

Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər

Verse 28 — Surah An-Naba 78:28

Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər

Verse 29 — Surah An-Naba 78:29

Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq

Verse 30 — Surah An-Naba 78:30

Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq

Verse 31 — Surah An-Naba 78:31

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır

Verse 32 — Surah An-Naba 78:32

Həmçinin bağlar və üzüm­lüklər

Verse 33 — Surah An-Naba 78:33

dolğun döşlü həmyaşıd qızlar

Verse 34 — Surah An-Naba 78:34

və ləbələb doldurulmuş qədəhlər də vardır

Verse 35 — Surah An-Naba 78:35

Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər

Verse 36 — Surah An-Naba 78:36

Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir

Verse 37 — Surah An-Naba 78:37

Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar

Verse 38 — Surah An-Naba 78:38

Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq

Verse 39 — Surah An-Naba 78:39

O gün, gerçək bir gün­dür. Kim is­təsə öz Rəbbi yanında sı­ğı­na­caq ta­par

Verse 40 — Surah An-Naba 78:40

Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”