Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 78 - An-Naba
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah An-Naba 78:1
Onlar nə barədə bir-birindən soruşurlar
Verse 2 — Surah An-Naba 78:2
Böyük bir xəbər barəsində –
Verse 3 — Surah An-Naba 78:3
elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər
Verse 4 — Surah An-Naba 78:4
Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər
Verse 5 — Surah An-Naba 78:5
Bir daha xeyr! Onlar hökmən biləcəklər
Verse 6 — Surah An-Naba 78:6
Məgər Biz yeri yataq etmədikmi
Verse 7 — Surah An-Naba 78:7
Dağları da payalar
Verse 8 — Surah An-Naba 78:8
Biz sizi cüt yaratdıq
Verse 9 — Surah An-Naba 78:9
Yuxunuzu da sizin üçün rahatlıq etdik
Verse 10 — Surah An-Naba 78:10
Gecəni örtük etdik
Verse 11 — Surah An-Naba 78:11
gündüzü isə ruzi qazanmaq vaxtı
Verse 12 — Surah An-Naba 78:12
Üstünüzdə yeddi möhkəm göy qurduq
Verse 13 — Surah An-Naba 78:13
və çox parlaq bir çıraq yaratdıq
Verse 14 — Surah An-Naba 78:14
Biz buludlardan şırıl-şırıl axan yağmur endirdik ki
Verse 15 — Surah An-Naba 78:15
onunla toxum və digər bitkilər yetişdirək
Verse 16 — Surah An-Naba 78:16
habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq
Verse 17 — Surah An-Naba 78:17
Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir
Verse 18 — Surah An-Naba 78:18
Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz
Verse 19 — Surah An-Naba 78:19
O gün göyün qapıları açılacaq
Verse 20 — Surah An-Naba 78:20
Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək
Verse 21 — Surah An-Naba 78:21
Həqiqətən, Cəhənnəm pusquda dayanıb kafirləri gözləyir
Verse 22 — Surah An-Naba 78:22
O, həddi aşanların qayıdacağı yerdir
Verse 23 — Surah An-Naba 78:23
Onlar orada əsrlər boyu qalacaqlar
Verse 24 — Surah An-Naba 78:24
Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar
Verse 25 — Surah An-Naba 78:25
İçdikləri yalnız qaynar su və irin olacaq –
Verse 26 — Surah An-Naba 78:26
törətdikləri əməllərinə uyğun bir cəza kimi
Verse 27 — Surah An-Naba 78:27
Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər
Verse 28 — Surah An-Naba 78:28
Ayələrimizi də qətiyyətlə təkzib edirdilər
Verse 29 — Surah An-Naba 78:29
Biz hər bir şeyi hesablayıb yazmışıq
Verse 30 — Surah An-Naba 78:30
Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq
Verse 31 — Surah An-Naba 78:31
Həqiqətən, müttəqilər üçün nicat yeri vardır
Verse 32 — Surah An-Naba 78:32
Həmçinin bağlar və üzümlüklər
Verse 33 — Surah An-Naba 78:33
dolğun döşlü həmyaşıd qızlar
Verse 34 — Surah An-Naba 78:34
və ləbələb doldurulmuş qədəhlər də vardır
Verse 35 — Surah An-Naba 78:35
Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər
Verse 36 — Surah An-Naba 78:36
Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir
Verse 37 — Surah An-Naba 78:37
Göylərin, yerin və onların arasında olanların Rəbbi ər-Rəhmanın mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar
Verse 38 — Surah An-Naba 78:38
Ruh Cəbrail və mələklər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq
Verse 39 — Surah An-Naba 78:39
O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar
Verse 40 — Surah An-Naba 78:40
Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”