Verse 1 — Surah Abasa 80:1
Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –
Verse 2 — Surah Abasa 80:2
yanına korun gəldiyinə görə
Verse 3 — Surah Abasa 80:3
Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
Verse 4 — Surah Abasa 80:4
və yaxud nəsihət dinləyib faydalanacaqdı
Verse 5 — Surah Abasa 80:5
Nəsihətə ehtiyacı olmayana gəlincə isə
Verse 6 — Surah Abasa 80:6
sən ona diqqət yetirirsən
Verse 7 — Surah Abasa 80:7
Onun təmizlənməməyinin sənə bir aidiyyəti yoxdur
Verse 8 — Surah Abasa 80:8
Səy göstərib sənin yanına gələn
Verse 9 — Surah Abasa 80:9
Allahdan qorxan kimsəyə gəlincə
Verse 10 — Surah Abasa 80:10
sən ona məhəl qoymursan
Verse 11 — Surah Abasa 80:11
Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir
Verse 12 — Surah Abasa 80:12
Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın
Verse 13 — Surah Abasa 80:13
Bu Quran kəramətli səhifələrdə
Verse 14 — Surah Abasa 80:14
yüksək və pak səhifələrdədir
Verse 15 — Surah Abasa 80:15
Bu səhifələr elçilərin əllərində –
Verse 16 — Surah Abasa 80:16
möhtərəm və müti olan mələklərin əllərindədir
Verse 17 — Surah Abasa 80:17
Qoy ölsün kafir insan! O necə də nankordur
Verse 18 — Surah Abasa 80:18
Qoy baxıb görsün, Allah onu nədən yaradıb
Verse 19 — Surah Abasa 80:19
Allah onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı
Verse 20 — Surah Abasa 80:20
Sonra da onun yolunu asanlaşdırdı
Verse 21 — Surah Abasa 80:21
Sonra onu öldürüb qəbirə yerləşdirdi
Verse 22 — Surah Abasa 80:22
Sonra da istədiyi vaxt onu yenidən dirildəcək
Verse 23 — Surah Abasa 80:23
Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir
Verse 24 — Surah Abasa 80:24
Qoy insan yediyinə diqqət yetirsin
Verse 25 — Surah Abasa 80:25
Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq
Verse 26 — Surah Abasa 80:26
Sonra da yeri çat-çat yarıb
Verse 27 — Surah Abasa 80:27
orada taxıl yetişdiririk
Verse 28 — Surah Abasa 80:28
Habelə üzüm və yonca
Verse 29 — Surah Abasa 80:29
zeytun və xurma ağacları
Verse 30 — Surah Abasa 80:30
sıx-sıx bağlar
Verse 31 — Surah Abasa 80:31
meyvələr və otlar da bitiririk
Verse 32 — Surah Abasa 80:32
Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür
Verse 33 — Surah Abasa 80:33
Qulaqbatırıcı bir səs gələndə –
Verse 34 — Surah Abasa 80:34
o gün insan qaçacaq öz qardaşından
Verse 35 — Surah Abasa 80:35
anasından, atasından
Verse 36 — Surah Abasa 80:36
həyat yoldaşından və övladlarından
Verse 37 — Surah Abasa 80:37
O gün onlardan hər birinin yetərincə işi olacaq
Verse 38 — Surah Abasa 80:38
O gün neçə-neçə üzlər parlayacaq
Verse 39 — Surah Abasa 80:39
güləcək və fərəhlənəcək
Verse 40 — Surah Abasa 80:40
O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq
Verse 41 — Surah Abasa 80:41
onları zülmət bürüyəcək
Verse 42 — Surah Abasa 80:42
Məhz onlar kafirlər, günahkarlardır