Back to Languages

Azerbaijani - Chapter 81 - At-Takwir

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah At-Takwir 81:1

Günəş sarınacağı zaman

Verse 2 — Surah At-Takwir 81:2

ulduzlar soluxub sönəcə­yi zaman

Verse 3 — Surah At-Takwir 81:3

dağlar hərəkətə gətirilə­cə­yi zaman

Verse 4 — Surah At-Takwir 81:4

boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman

Verse 5 — Surah At-Takwir 81:5

vəhşi heyvanlar bir yerə toplanacağı zaman

Verse 6 — Surah At-Takwir 81:6

dənizlər alovlanacağı za­man

Verse 7 — Surah At-Takwir 81:7

hər kəs öz tayına qo­vuş­durulacağı zaman

Verse 8 — Surah At-Takwir 81:8

diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man –

Verse 9 — Surah At-Takwir 81:9

hansı günaha görə öldü­rül­müş­dür

Verse 10 — Surah At-Takwir 81:10

səhifələr açılacağı zaman

Verse 11 — Surah At-Takwir 81:11

göy qopardılacağı zaman

Verse 12 — Surah At-Takwir 81:12

Cəhənnəm alovlandırı­la­cağı za­man

Verse 13 — Surah At-Takwir 81:13

və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman

Verse 14 — Surah At-Takwir 81:14

hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir

Verse 15 — Surah At-Takwir 81:15

And içirəm gecə çıxıb gün­düz batan ulduzlara

Verse 16 — Surah At-Takwir 81:16

seyrə çıxıb gizlənən səy­yarələrə

Verse 17 — Surah At-Takwir 81:17

qaralmaqda olan gecəyə

Verse 18 — Surah At-Takwir 81:18

və açılmaqda olan səhə­rə

Verse 19 — Surah At-Takwir 81:19

Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür

Verse 20 — Surah At-Takwir 81:20

O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir

Verse 21 — Surah At-Takwir 81:21

orada itaət ediləndir, eti­barlı­dır

Verse 22 — Surah At-Takwir 81:22

Sizin dostunuz Muhəm­məd di­vanə deyil

Verse 23 — Surah At-Takwir 81:23

O, Cəbraili aydın üfüqdə gördü

Verse 24 — Surah At-Takwir 81:24

O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil

Verse 25 — Surah At-Takwir 81:25

Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir

Verse 26 — Surah At-Takwir 81:26

Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz

Verse 27 — Surah At-Takwir 81:27

Bu, aləmlərə yalnız bir nəsihətdir –

Verse 28 — Surah At-Takwir 81:28

sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün

Verse 29 — Surah At-Takwir 81:29

Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz