Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 81 - At-Takwir
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah At-Takwir 81:1
Günəş sarınacağı zaman
Verse 2 — Surah At-Takwir 81:2
ulduzlar soluxub sönəcəyi zaman
Verse 3 — Surah At-Takwir 81:3
dağlar hərəkətə gətiriləcəyi zaman
Verse 4 — Surah At-Takwir 81:4
boğaz dəvələr başlı-başına qalacaqları zaman
Verse 5 — Surah At-Takwir 81:5
vəhşi heyvanlar bir yerə toplanacağı zaman
Verse 6 — Surah At-Takwir 81:6
dənizlər alovlanacağı zaman
Verse 7 — Surah At-Takwir 81:7
hər kəs öz tayına qovuşdurulacağı zaman
Verse 8 — Surah At-Takwir 81:8
diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
Verse 9 — Surah At-Takwir 81:9
hansı günaha görə öldürülmüşdür
Verse 10 — Surah At-Takwir 81:10
səhifələr açılacağı zaman
Verse 11 — Surah At-Takwir 81:11
göy qopardılacağı zaman
Verse 12 — Surah At-Takwir 81:12
Cəhənnəm alovlandırılacağı zaman
Verse 13 — Surah At-Takwir 81:13
və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman
Verse 14 — Surah At-Takwir 81:14
hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir
Verse 15 — Surah At-Takwir 81:15
And içirəm gecə çıxıb gündüz batan ulduzlara
Verse 16 — Surah At-Takwir 81:16
seyrə çıxıb gizlənən səyyarələrə
Verse 17 — Surah At-Takwir 81:17
qaralmaqda olan gecəyə
Verse 18 — Surah At-Takwir 81:18
və açılmaqda olan səhərə
Verse 19 — Surah At-Takwir 81:19
Həqiqətən, bu, göndərdiyimiz möhtərəm bir elçinin sözüdür
Verse 20 — Surah At-Takwir 81:20
O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir
Verse 21 — Surah At-Takwir 81:21
orada itaət ediləndir, etibarlıdır
Verse 22 — Surah At-Takwir 81:22
Sizin dostunuz Muhəmməd divanə deyil
Verse 23 — Surah At-Takwir 81:23
O, Cəbraili aydın üfüqdə gördü
Verse 24 — Surah At-Takwir 81:24
O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən deyil
Verse 25 — Surah At-Takwir 81:25
Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir
Verse 26 — Surah At-Takwir 81:26
Elə isə ondan üz döndərib hara gedirsiniz
Verse 27 — Surah At-Takwir 81:27
Bu, aləmlərə yalnız bir nəsihətdir –
Verse 28 — Surah At-Takwir 81:28
sizlərdən doğru yolda olmaq istəyənlər üçün
Verse 29 — Surah At-Takwir 81:29
Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz