Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 82 - Al-Infitar
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Infitar 82:1
Göy parçalanacağı zaman
Verse 2 — Surah Al-Infitar 82:2
ulduzlar səpələnəcəyi zaman
Verse 3 — Surah Al-Infitar 82:3
dənizlər daşıb bir-birinə qarışacağı zaman
Verse 4 — Surah Al-Infitar 82:4
qəbirlər çevriləcəyi zaman
Verse 5 — Surah Al-Infitar 82:5
hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcək
Verse 6 — Surah Al-Infitar 82:6
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir
Verse 7 — Surah Al-Infitar 82:7
O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi
Verse 8 — Surah Al-Infitar 82:8
Səni istədiyi şəklə saldı
Verse 9 — Surah Al-Infitar 82:9
Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz
Verse 10 — Surah Al-Infitar 82:10
Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var –
Verse 11 — Surah Al-Infitar 82:11
çox möhtərəm, əməllərinizi yazanlar
Verse 12 — Surah Al-Infitar 82:12
Onlar sizin nə etdiklərinizi bilirlər
Verse 13 — Surah Al-Infitar 82:13
Həqiqətən, yaxşılar nemət içində olacaqlar
Verse 14 — Surah Al-Infitar 82:14
Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar
Verse 15 — Surah Al-Infitar 82:15
Onlar ora Haqq-hesab günü girəcəklər
Verse 16 — Surah Al-Infitar 82:16
Onlar əsla ondan yayına bilməyəcəklər
Verse 17 — Surah Al-Infitar 82:17
Sən haradan biləydin ki, Haqq-hesab günü nədir
Verse 18 — Surah Al-Infitar 82:18
Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir
Verse 19 — Surah Al-Infitar 82:19
O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaq