Back to Languages

Azerbaijani - Chapter 83 - Al-Mutaffifin

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Mutaffifin 83:1

Çəkidə və ölçüdə alda­dan­ların vay halına

Verse 2 — Surah Al-Mutaffifin 83:2

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər

Verse 3 — Surah Al-Mutaffifin 83:3

onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar

Verse 4 — Surah Al-Mutaffifin 83:4

Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi

Verse 5 — Surah Al-Mutaffifin 83:5

Özü də əzəmətli bir gün­də

Verse 6 — Surah Al-Mutaffifin 83:6

O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar

Verse 7 — Surah Al-Mutaffifin 83:7

Xeyr! Həqiqətən, günah­karların kitabı Siccin­dədir

Verse 8 — Surah Al-Mutaffifin 83:8

Sən haradan biləsən ki, Siccin nədir

Verse 9 — Surah Al-Mutaffifin 83:9

O, yazılı bir kitabdır

Verse 10 — Surah Al-Mutaffifin 83:10

O gün haqqı yalan hesab edən­lərin vay halına

Verse 11 — Surah Al-Mutaffifin 83:11

O kəslər ki, Din gü­nünü yalan hesab edir­lər

Verse 12 — Surah Al-Mutaffifin 83:12

Amma bunu, həddini aşan gü­nahkardan başqa, heç kəs ya­lan hesab etməz

Verse 13 — Surah Al-Mutaffifin 83:13

Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdə­kilə­rin uy­dur­duğu əfsanə­lər­dir!”– deyir

Verse 14 — Surah Al-Mutaffifin 83:14

Xeyr! Onların qəlbini qa­zan­dıq­ları günahlar bürü­müş­dür

Verse 15 — Surah Al-Mutaffifin 83:15

Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək

Verse 16 — Surah Al-Mutaffifin 83:16

Sonra onlar Cəhənnəmə girə­cəklər

Verse 17 — Surah Al-Mutaffifin 83:17

Sonra onlara deyiləcək: “Bu­dur sizin yalan hesab et­di­yi­niz Cə­hən­nəm!”

Verse 18 — Surah Al-Mutaffifin 83:18

Xeyr! Həqiqətən, yaxşıların ki­tabı İlliyyun­dadır

Verse 19 — Surah Al-Mutaffifin 83:19

Sən haradan biləsən ki, İlliyyun nədir

Verse 20 — Surah Al-Mutaffifin 83:20

O, elə bir yazılı kitabdır ki

Verse 21 — Surah Al-Mutaffifin 83:21

onu yalnız Allaha yaxın olanlar görürlər

Verse 22 — Surah Al-Mutaffifin 83:22

Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar

Verse 23 — Surah Al-Mutaffifin 83:23

Onlar taxtlar üstündə sey­rə dala­caqlar

Verse 24 — Surah Al-Mutaffifin 83:24

Sən onların üzündə səadət parlaqlığı görəcəksən

Verse 25 — Surah Al-Mutaffifin 83:25

Onlara möhürlü şərab­dan içirdi­ləcək

Verse 26 — Surah Al-Mutaffifin 83:26

Onun möhürü müşk­dür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar

Verse 27 — Surah Al-Mutaffifin 83:27

Onun qatışığı təsnim bula­ğın­dandır

Verse 28 — Surah Al-Mutaffifin 83:28

O təsnim elə bir bulaqdır ki, on­dan Allaha ya­xın olanlar içər­lər

Verse 29 — Surah Al-Mutaffifin 83:29

Doğrudan da, günahkarlar iman gətirənlərə gü­lür­dülər

Verse 30 — Surah Al-Mutaffifin 83:30

onların yanından keç­dik­də bir-birinə qaş-göz edirdilər

Verse 31 — Surah Al-Mutaffifin 83:31

öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar

Verse 32 — Surah Al-Mutaffifin 83:32

möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar az­mış­­lardır!”

Verse 33 — Surah Al-Mutaffifin 83:33

Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər

Verse 34 — Surah Al-Mutaffifin 83:34

Bu gün isə iman gə­ti­rənlər ka­firlərə güləcəklər

Verse 35 — Surah Al-Mutaffifin 83:35

Onlar taxtlar üstündə baxa­caqlar

Verse 36 — Surah Al-Mutaffifin 83:36

Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı