Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 83 - Al-Mutaffifin
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Mutaffifin 83:1
Çəkidə və ölçüdə aldadanların vay halına
Verse 2 — Surah Al-Mutaffifin 83:2
O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər
Verse 3 — Surah Al-Mutaffifin 83:3
onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar
Verse 4 — Surah Al-Mutaffifin 83:4
Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi
Verse 5 — Surah Al-Mutaffifin 83:5
Özü də əzəmətli bir gündə
Verse 6 — Surah Al-Mutaffifin 83:6
O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında duracaqlar
Verse 7 — Surah Al-Mutaffifin 83:7
Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir
Verse 8 — Surah Al-Mutaffifin 83:8
Sən haradan biləsən ki, Siccin nədir
Verse 9 — Surah Al-Mutaffifin 83:9
O, yazılı bir kitabdır
Verse 10 — Surah Al-Mutaffifin 83:10
O gün haqqı yalan hesab edənlərin vay halına
Verse 11 — Surah Al-Mutaffifin 83:11
O kəslər ki, Din gününü yalan hesab edirlər
Verse 12 — Surah Al-Mutaffifin 83:12
Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz
Verse 13 — Surah Al-Mutaffifin 83:13
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir
Verse 14 — Surah Al-Mutaffifin 83:14
Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür
Verse 15 — Surah Al-Mutaffifin 83:15
Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək
Verse 16 — Surah Al-Mutaffifin 83:16
Sonra onlar Cəhənnəmə girəcəklər
Verse 17 — Surah Al-Mutaffifin 83:17
Sonra onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
Verse 18 — Surah Al-Mutaffifin 83:18
Xeyr! Həqiqətən, yaxşıların kitabı İlliyyundadır
Verse 19 — Surah Al-Mutaffifin 83:19
Sən haradan biləsən ki, İlliyyun nədir
Verse 20 — Surah Al-Mutaffifin 83:20
O, elə bir yazılı kitabdır ki
Verse 21 — Surah Al-Mutaffifin 83:21
onu yalnız Allaha yaxın olanlar görürlər
Verse 22 — Surah Al-Mutaffifin 83:22
Həqiqətən, yaxşılar nemət içində olacaqlar
Verse 23 — Surah Al-Mutaffifin 83:23
Onlar taxtlar üstündə seyrə dalacaqlar
Verse 24 — Surah Al-Mutaffifin 83:24
Sən onların üzündə səadət parlaqlığı görəcəksən
Verse 25 — Surah Al-Mutaffifin 83:25
Onlara möhürlü şərabdan içirdiləcək
Verse 26 — Surah Al-Mutaffifin 83:26
Onun möhürü müşkdür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar
Verse 27 — Surah Al-Mutaffifin 83:27
Onun qatışığı təsnim bulağındandır
Verse 28 — Surah Al-Mutaffifin 83:28
O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər
Verse 29 — Surah Al-Mutaffifin 83:29
Doğrudan da, günahkarlar iman gətirənlərə gülürdülər
Verse 30 — Surah Al-Mutaffifin 83:30
onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər
Verse 31 — Surah Al-Mutaffifin 83:31
öz ailələrinin yanına fərəhlə qayıdırdılar
Verse 32 — Surah Al-Mutaffifin 83:32
möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
Verse 33 — Surah Al-Mutaffifin 83:33
Halbuki bu günahkarlar onlara gözətçi göndərilməmişdilər
Verse 34 — Surah Al-Mutaffifin 83:34
Bu gün isə iman gətirənlər kafirlərə güləcəklər
Verse 35 — Surah Al-Mutaffifin 83:35
Onlar taxtlar üstündə baxacaqlar
Verse 36 — Surah Al-Mutaffifin 83:36
Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı