Back to Languages

Azerbaijani - Chapter 85 - Al-Buruj

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Buruj 85:1

And olsun bürclü göyə

Verse 2 — Surah Al-Buruj 85:2

And olsun vədə verilmiş günə

Verse 3 — Surah Al-Buruj 85:3

And olsun şahidlik edənə və edi­lənə

Verse 4 — Surah Al-Buruj 85:4

Məhv olsun xəndək sahibləri

Verse 5 — Surah Al-Buruj 85:5

Odunla alovlandırılmış xəndəklər

Verse 6 — Surah Al-Buruj 85:6

Onlar o xəndəklərin başında otu­rub

Verse 7 — Surah Al-Buruj 85:7

möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər

Verse 8 — Surah Al-Buruj 85:8

Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar

Verse 9 — Surah Al-Buruj 85:9

Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir

Verse 10 — Surah Al-Buruj 85:10

O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır

Verse 11 — Surah Al-Buruj 85:11

Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir

Verse 12 — Surah Al-Buruj 85:12

Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir

Verse 13 — Surah Al-Buruj 85:13

Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir

Verse 14 — Surah Al-Buruj 85:14

Bağışlayan da, Sevən də Odur

Verse 15 — Surah Al-Buruj 85:15

Ərşin sahibidir, Şan-şöh­rətlidir

Verse 16 — Surah Al-Buruj 85:16

İstədiyini edəndir

Verse 17 — Surah Al-Buruj 85:17

Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı

Verse 18 — Surah Al-Buruj 85:18

Firon və Səmud qoşun­la­rının

Verse 19 — Surah Al-Buruj 85:19

Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar

Verse 20 — Surah Al-Buruj 85:20

Allah onları arxadan əha­tə et­mişdir

Verse 21 — Surah Al-Buruj 85:21

Bəli, bu şanlı Qurandır

Verse 22 — Surah Al-Buruj 85:22

O, mühafizə edilən löv­hədədir