Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 85 - Al-Buruj
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Buruj 85:1
And olsun bürclü göyə
Verse 2 — Surah Al-Buruj 85:2
And olsun vədə verilmiş günə
Verse 3 — Surah Al-Buruj 85:3
And olsun şahidlik edənə və edilənə
Verse 4 — Surah Al-Buruj 85:4
Məhv olsun xəndək sahibləri
Verse 5 — Surah Al-Buruj 85:5
Odunla alovlandırılmış xəndəklər
Verse 6 — Surah Al-Buruj 85:6
Onlar o xəndəklərin başında oturub
Verse 7 — Surah Al-Buruj 85:7
möminlərə verdikləri işgəncələri seyr edirdilər
Verse 8 — Surah Al-Buruj 85:8
Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar
Verse 9 — Surah Al-Buruj 85:9
Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir
Verse 10 — Surah Al-Buruj 85:10
O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır
Verse 11 — Surah Al-Buruj 85:11
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan cənnətlər var. Bu, böyük müvəffəqiyyətdir
Verse 12 — Surah Al-Buruj 85:12
Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir
Verse 13 — Surah Al-Buruj 85:13
Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir
Verse 14 — Surah Al-Buruj 85:14
Bağışlayan da, Sevən də Odur
Verse 15 — Surah Al-Buruj 85:15
Ərşin sahibidir, Şan-şöhrətlidir
Verse 16 — Surah Al-Buruj 85:16
İstədiyini edəndir
Verse 17 — Surah Al-Buruj 85:17
Qoşunlar haqqında əhvalat sənə gəlib çatıbmı
Verse 18 — Surah Al-Buruj 85:18
Firon və Səmud qoşunlarının
Verse 19 — Surah Al-Buruj 85:19
Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar
Verse 20 — Surah Al-Buruj 85:20
Allah onları arxadan əhatə etmişdir
Verse 21 — Surah Al-Buruj 85:21
Bəli, bu şanlı Qurandır
Verse 22 — Surah Al-Buruj 85:22
O, mühafizə edilən lövhədədir