Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 86 - At-Tariq
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah At-Tariq 86:1
And olsun səmaya və gecə yolçusuna
Verse 2 — Surah At-Tariq 86:2
Sən nə bilirsən ki, gecə yolçusu nədir
Verse 3 — Surah At-Tariq 86:3
Bu, qaranlıqları dəlib keçən ulduzdur
Verse 4 — Surah At-Tariq 86:4
Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın
Verse 5 — Surah At-Tariq 86:5
Qoy insan nədən yaradıldığına bir baxsın
Verse 6 — Surah At-Tariq 86:6
İnsan axıdılan nütfədən yaradılmışdır
Verse 7 — Surah At-Tariq 86:7
Bu nütfə bel və köks sümükləri arasından çıxır
Verse 8 — Surah At-Tariq 86:8
Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir
Verse 9 — Surah At-Tariq 86:9
Sirlərin sınaqdan keçiriləcəyi gün
Verse 10 — Surah At-Tariq 86:10
onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar
Verse 11 — Surah At-Tariq 86:11
And olsun yağmurla qayıdan göyə
Verse 12 — Surah At-Tariq 86:12
And olsun növbənöv bitkilərlə yarılan yerə
Verse 13 — Surah At-Tariq 86:13
Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır
Verse 14 — Surah At-Tariq 86:14
O, əyləncə də deyil
Verse 15 — Surah At-Tariq 86:15
Həqiqətən, kafirlər hiylə qururlar
Verse 16 — Surah At-Tariq 86:16
Mən də hiylə qururam
Verse 17 — Surah At-Tariq 86:17
Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver