Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 87 - Al-Ala
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Ala 87:1
Ən Uca Rəbbinin adına təriflər de
Verse 2 — Surah Al-Ala 87:2
O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi
Verse 3 — Surah Al-Ala 87:3
O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi
Verse 4 — Surah Al-Ala 87:4
O Rəbbin ki, otlağı cücərtdi
Verse 5 — Surah Al-Ala 87:5
sonra da onu qaralmış samana çevirdi
Verse 6 — Surah Al-Ala 87:6
Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan
Verse 7 — Surah Al-Ala 87:7
Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir
Verse 8 — Surah Al-Ala 87:8
Səni ən asan olana müvəffəq edərik
Verse 9 — Surah Al-Ala 87:9
Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat
Verse 10 — Surah Al-Ala 87:10
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər
Verse 11 — Surah Al-Ala 87:11
Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar
Verse 12 — Surah Al-Ala 87:12
O kimsə ki, Cəhənnəmə atılacaq
Verse 13 — Surah Al-Ala 87:13
O orada nə öləcək, nə də yaşaya biləcək
Verse 14 — Surah Al-Ala 87:14
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır
Verse 15 — Surah Al-Ala 87:15
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır
Verse 16 — Surah Al-Ala 87:16
Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz
Verse 17 — Surah Al-Ala 87:17
Axirət isə daha xeyirli və daha sürəklidir
Verse 18 — Surah Al-Ala 87:18
Həqiqətən də, bu, əvvəlki səhifələrdə bildirilmişdir –
Verse 19 — Surah Al-Ala 87:19
İbrahimin və Musanın səhifələrində