Back to Languages

Azerbaijani - Chapter 87 - Al-Ala

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Ala 87:1

Ən Uca Rəbbinin adına təriflər de

Verse 2 — Surah Al-Ala 87:2

O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi

Verse 3 — Surah Al-Ala 87:3

O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi

Verse 4 — Surah Al-Ala 87:4

O Rəbbin ki, otlağı cü­cərt­di

Verse 5 — Surah Al-Ala 87:5

sonra da onu qaralmış sa­ma­na çevirdi

Verse 6 — Surah Al-Ala 87:6

Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan

Verse 7 — Surah Al-Ala 87:7

Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir

Verse 8 — Surah Al-Ala 87:8

Səni ən asan olana mü­vəf­fəq edə­rik

Verse 9 — Surah Al-Ala 87:9

Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat

Verse 10 — Surah Al-Ala 87:10

Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər

Verse 11 — Surah Al-Ala 87:11

Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar

Verse 12 — Surah Al-Ala 87:12

O kimsə ki, Cəhənnəmə atılacaq

Verse 13 — Surah Al-Ala 87:13

O orada nə öləcək, nə də yaşaya bil­əcək

Verse 14 — Surah Al-Ala 87:14

Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır

Verse 15 — Surah Al-Ala 87:15

O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır

Verse 16 — Surah Al-Ala 87:16

Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz

Verse 17 — Surah Al-Ala 87:17

Axirət isə daha xeyirli və daha sürəklidir

Verse 18 — Surah Al-Ala 87:18

Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir –

Verse 19 — Surah Al-Ala 87:19

İbrahimin və Musanın sə­hifələ­rində