Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 91 - Ash-Shams
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Ash-Shams 91:1
And olsun günəşə və onun saçdığı şəfəqə
Verse 2 — Surah Ash-Shams 91:2
And olsun ondan sonra zühur edən aya
Verse 3 — Surah Ash-Shams 91:3
And olsun günəşi açıqlığa çıxardan gündüzə
Verse 4 — Surah Ash-Shams 91:4
And olsun günəşi bürüyən gecəyə
Verse 5 — Surah Ash-Shams 91:5
And olsun göyə və onu qurana
Verse 6 — Surah Ash-Shams 91:6
And olsun yerə və onu döşəyənə
Verse 7 — Surah Ash-Shams 91:7
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə
Verse 8 — Surah Ash-Shams 91:8
ona günahları və Allahdan qorxmağı təlqin edənə
Verse 9 — Surah Ash-Shams 91:9
Nəfsini günahdan təmizləyən uğur qazanmışdır
Verse 10 — Surah Ash-Shams 91:10
Onu günaha batıran isə ziyana uğramışdır
Verse 11 — Surah Ash-Shams 91:11
Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini inkar etdi
Verse 12 — Surah Ash-Shams 91:12
Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
Verse 13 — Surah Ash-Shams 91:13
Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
Verse 14 — Surah Ash-Shams 91:14
Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi
Verse 15 — Surah Ash-Shams 91:15
Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz