Azerbaijani

Translation: aze-khanmusayev

Author: Khan Musayev

əl-Fatihə

Surah 1

[1] Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə

[2] Həmd, aləmlərin Rəb­bi Allaha məxsudur –

[3] Mərhəmətli və Rəhmliyə

[4] Din gününün Hökm­da­rına

[5] Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək dilə­yi­rik

[6] Bizi doğru yola yönəlt –

[7] nemət bəxş etdiyin şəxs­lə­rin yolu­na, qəzəbə uğramış­la­rın və az­mışların yoluna yox

əl-Bəqərə

Surah 2

[1] Əlif. Ləm. Mim

[2] Bu, qətiyyən şübhə do­ğur­ma­­yan, müttəqilərə doğru yol gös­tə­rən bir Ki­tabdır

[3] O kəslər ki, qeybə iman gə­­tirir, namaz qılır və Bizim on­­lara ver­diyi­miz ruzidən Allah yolunda xərcləyir­lər

[4] O kəslər ki, sənə nazil ola­na və səndən əvvəl nazil olan­lara iman gəti­rir, axirətə də yə­qin­lik­lə inanır­lar

[5] Onlar öz Rəbbindən gələn doğru yol üzərindədirlər. Məhz onlar ni­cat tapan­lar­dır

[6] Həqiqətən, kafirləri qor­xut­san da, qorxutmasan da, on­­lar üçün fərqi yox­dur, iman gə­tir­məzlər

[7] Allah onların qəlblərini və qu­­laqla­rını möhürləmişdir. Göz­lə­ri­ndə də pərdə vardır. Üstəlik, on­ları böyük bir əzab gözləyir

[8] İnsanlar arasında elələri də vardır ki, mömin olmadıq­la­rı hal­­da: “Allaha və Axirət gü­nünə inanı­rıq”– deyirlər

[9] Onlar Allahı və iman gə­ti­rənləri aldatmağa çalışır­lar. Hal­bu­ki, yalnız öz­lərini aldadır və bunu anlamırlar

[10] Onların qəlblərində xəs­tə­lik var­dır, üstəlik, Allah on­la­rın xəs­­tə­­li­yi­ni artır­mışdır. Ya­lan danışdıqlarına görə onlar üçün ağ­rılı-acılı bir əzab vardır

[11] Onlara: “Yer üzündə fə­sad törət­məyin!”– deyildiyi za­­man: “Biz ki, ancaq islah edən­lərik!”– deyirlər

[12] Əslində, elə onların özləri fəsad tö­­rə­dən­lərdir, lakin bunu başa düş­­mür­lər

[13] Onlara: “İnsanlar iman gə­tir­diyi kimi siz də iman gə­ti­rin!”– de­yil­diyi zaman: “Biz də səfehlərin iman gə­tirdikləri kimi iman gəti­rək?”– deyirlər. Əslində, səfeh elə onların öz­lə­ri­dir, lakin bu­nu bilmirlər

[14] Onlar möminlərlə rast­laş­­dıqda: “Biz iman gətirdik!”– de­­yir­lər, öz şey­tanları ilə təklik­də qal­dıqda isə: “Biz si­zin­ləyik. Biz mö­min­lərə ancaq istehza edirik!”– de­yir­lər

[15] Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artı­rar ki, sərgər­dan gəzərlər

[16] Onlar doğru yolu verib az­ğın­lığı satın almış kimsə­lər­dir. On­ların ticarəti qa­zanc gə­tir­mədi, özləri də doğ­ru yola yö­nəl­mədilər

[17] Onların misalı zülmət ge­­cədə od qalayan kimsənin misalına bənzər. Alov onun ət­ra­fın­da­kıları işıqlandırdı­ğı za­man Allah on­la­rın nurunu apa­rar, öz­lərini də heç bir şey görə bil­məyə­cəkləri zül­mətlər içəri­sin­də bura­xar

[18] Onlar kar, lal və kordurlar. Odur ki, doğru yola qa­yıt­maz­­lar

[19] Yaxud onların misalı zül­­­mətlər için­də göy gurultusu və şim­şəklə göydən yağan leysana düşən­lə­rin misalına bənzəyir ki, il­dı­rım­dan öl­mək qor­xu­su ilə bar­maq­larını qulaqla­rına tıxa­yır­lar. Şüb­həsiz ki, Allah ka­fir­ləri hər tərəf­dən əhatəyə al­mışdır

[20] Şimşək az qalır ki, onla­rın gözlə­rini çıxartsın. Şimşək hər dəfə onların yo­lunu işıq­lan­dır­dıq­da onun­ işığında gedirlər, zül­mət on­ları bü­rü­dükdə isə da­ya­­nıb du­rur­lar. Əgər Allah is­tə­səydi, on­ları eşit­mək­dən və gör­məkdən məh­rum edərdi. Şübhəsiz ki, Allah hər şe­yə qa­dirdir

[21] Ey insanlar! Sizi və siz­dən əvvəlkiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə On­dan qorxasınız

[22] O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla si­zin üçün növbə­növ məhsullar­dan ruzi ye­tiş­di­rdi. Siz də bu­nu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın

[23] Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsinizsə, on­da ona bən­zər bir surə gətirin və əgər doğru de­yirsiniz­sə, Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın

[24] Əgər siz bunu edə bil­mir­siniz­sə, – heç edə də bil­məz­­si­niz – onda yanacağı insanlar­dan və daşlardan olan, kafirlər üçün ha­­zır­lanmış oddan çəki­nin

[25] İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün al­tından çaylar axan cən­nətlər var­dır. Hər dəfə onun mey­və­lə­rindən on­lara ruzi veril­dikdə: “Bu ki, əv­vəllər bizə ve­rilən ruzilərdəndir!”– de­yə­cək­lər. Hal­bu­ki on­lara onun oxşarı verilə­cəkdir. On­lar üçün orada pak zöv­cə­lər vardır və onlar ora­da əbədi qala­caq­lar

[26] Heç şübhəsiz ki, Allah ağca­qa­nadı və on­dan da kiçik olanı məsəl çəkmək­dən utan­maz. İman gə­tirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haq­dır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səl­lə Allah nə de­mək istəyir?” Hal­buki Allah bu­nun­la bir çox­larını sap­dırır, bir çox­la­rı­nı da haqq yoluna yö­nəl­dir. O, bu­nunla məhz fasiqləri sapdırır

[27] O kəsləri ki, Allahla əhd-pey­man bağladıqdan sonra onu po­zur, Allahın birləşdirilməsini əmr etdi­yini kə­sir və yer üzündə fit­nə-fəsad törə­dirlər. Məhz on­lar ziyana uğ­rayan­lardır

[28] Allaha necə küfr edir­si­niz ki, siz ölü idiniz, O sizi di­riltdi?! Sonra O sizi öldürə­cək, sonra di­rildəcək, sonra da siz Ona qaytarı­la­caq­­sınız

[29] Yer üzündə olanların ha­­­mısını sizin üçün xəlq edən, son­ra gö­yə ucalıb onu yed­di qat göy edən Odur. O, hər şeyi bilir

[30] Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bər­qə­rar edə­cə­yəm!”– de­dik­də, on­lar: “Biz Səni həmd-səna ilə tə­rif­lə­di­yimiz və Səni müqəd­dəs tut­du­ğumuz halda, Sən ora­da, fəsad tö­rədib qan tökəcək kəsmi bərqərar edəcək­sən?”– dedilər. O buyurdu: “Şüb­­həsiz ki, Mən sizin bil­mədik­lərinizi bi­lirəm!”

[31] Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra on­ları mə­lək­lərə gös­tərib dedi: “Doğru deyirsinizsə, bun­­ların adla­rını Mənə bildirin!”

[32] Onlar dedilər: “Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bi­lənsən, Müdrik­sən!”

[33] Allah buyurdu: “Ey Adəm, bun­­la­rın adlarını onlara bil­dir!” O, bun­la­rın adla­rını onlara bil­dir­dikdə Allah buyurdu: “Mən sizə de­mə­dimmi ki, göy­lərdə və yer­də olan qeybi, aşkara çıxart­dı­ğı­nızı və gizli saxladığınızı bi­li­rəm?!”

[34] Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu

[35] Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.”

[36] Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: “Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.”

[37] Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir

[38] Biz dedik: “Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər.”

[39] Kafir olub ayələrimizi ya­lan sa­yanlar isə Od sakinlə­ridir­lər. Onlar ora­da əbədi qa­lacaq­lar

[40] Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə ye­ti­rin ki, Mən də si­zə verdiyim əhdi yerinə ye­ti­rim. Və yalnız Mən­dən qorxun

[41] Sizdə olanı təsdiqləyici ki­mi na­zil etdiyim Qurana iman gə­ti­rin və ona küfr edən­lərin birin­cisi olma­yın! Mənim ayələ­rimi ucuz qiymətə sat­ma­yın və yalnız Mən­dən qorxun

[42] Özünüz də bilə-bilə haq­­qa batil donu geyindirmə­yin və haq­qı giz­lət­məyin

[43] Namaz qılın, zəkat ve­rin və rüku edənlərlə birlikdə rüku edin

[44] Siz Kitab oxuduğunuz halda, insan­la­ra yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursu­nuz?! Mə­gər anlamır­sı­nız

[45] Səbir etmək və namaz qıl­­maqla Allahdan kömək di­lə­yin! Hə­qiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir

[46] O müti kəslər ki, öz Rəbbi ilə qar­şıla­şacaqlarını və Ona qayı­da­caq­la­rını yəqin bilirlər

[47] Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi və sizi aləm­lər­­­dən üstün etdiyimi xa­tır­layın

[48] Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­yəcək, heç kəsdən şə­faət qə­bul olun­mayacaq, heç kəsdən bir fid­yə alın­mayacaq və onlara kömək göstə­rilməyəcək­

[49] Bir zaman Biz sizi Firo­nun tə­rəf­dar­larından xilas et­dik. O vaxt onlar sizə ağır əzab­lar verir, oğlan uşaq­ları­nı­zı öl­dürür, qa­dın­­larınızı isə sağ bu­ra­xırdılar. Bun­da Rəbbi­niz tə­rəfindən sizin üçün bö­yük bir sınaq var idi

[50] O zaman Biz sizin üçün də­nizi yardıq, sizi xilas etdik və Fi­ro­nun tə­rəf­dar­larını gö­zü­­nüzün qabağın­da dənizdə ba­tırdıq

[51] O zaman Biz Musa ilə qırx gecəlik görüşməyə vədələşdik. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz

[52] Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edə­si­niz

[53] O zaman Biz Musaya Ki­tab və haqqı batildən ayıran Fur­qan verdik ki, bəlkə doğru yolla ge­də­siniz

[54] O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­va ibadət etməklə özü­nü­zə zülm et­diniz. Odur ki, Ya­ra­da­nı­nıza töv­bə edin və özü­nüzü öl­dürün. Bu, Yara­da­nını­zın yanında sizin üçün xe­yir­lidir.” O, sizin töv­bə­ni­zi qə­bul etdi. Həqiqətən də, O, töv­bələri qə­bul edən­dir, Rəhm­li­dir

[55] O zaman siz: “Ey Musa! Biz Alla­hı açıq-aşkar gör­mə­yincə sənə iman gətirməyə­cə­yik!”– de­diniz və gözünüz gö­rə-görə sizi il­dı­rım vurdu

[56] Ölümünüzdən sonra Biz sizi di­riltdik ki, bəlkə şükür edə­siniz

[57] Biz sizin üs­tünüzə bu­ludla kölgə saldıq, sizə manna və bil­dirçin endirdik və: “Sizə ruzi ola­raq ver­diyimiz pak şey­­lərdən ye­yin!”– dedik. Onlar Bi­zə yox, an­caq özlərinə zülm etdilər

[58] O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istə­di­yi­niz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq.” Biz yaxşı işlər gö­rənlərə müka­fat­larını artırarıq

[59] Zülm edənlər özlərinə de­yilən sözü başqası ilə dəyiş­dilər. Biz də zülm edənlərə, et­dikləri günaha görə göydən əzab gön­dər­dik

[60] O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsan­la da­şa vur!”– de­dik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbi­lə su içə­cəyi yeri ta­nıdı. Onlara de­dik: “Allahın si­zə verdiyi ruzi­dən ye­yin-için və yer üzün­də fəsad yaymağa səy göstərməyin!”

[61] Onda siz dediniz: “Ey Mu­­sa! Biz eyni cür yeməklərə döz­mə­yəcə­yik. Elə buna görə də, bizim üçün Rəbbi­nə dua et ki, bizə yerin bitir­dik­lə­rin­­dən – tərə­vəzin­dən, xi­ya­rın­dan, sa­rım­sağın­dan, mər­ciməyin­dən və so­ğa­nından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şey­lərin da­ha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­si­niz?! Şəhərə enin! Şübhəsiz ki, ora­da sizin üçün istə­dikləriniz var­dır!” On­la­ra zə­lil­lik və düş­gün­lük üz ver­di, üstəlik, onlar Allahın qəzəbinə dü­çar ol­du­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayə­lərinə küfr edir­dilər və pey­ğəm­bər­ləri haq­sız yerə öl­dü­rür­dü­lər. Bu həm də on­ların asi ol­duq­la­rına və həddi aşdıq­la­rına görə idi

[62] Şübhəsiz ki, möminlə­rin, yə­­hudilərdən, nəsranilərdən və sabiilər­dən Al­laha və Axirət gününə iman gə­ti­rənlərin və yaxşı iş gö­rən­lə­rin mü­kafatı öz Rəbbi yanın­da­dır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­mə­yəcəklər

[63] Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Si­zə ver­diyi­mizdən möh­kəm ya­pışın və onun için­dəkiləri ya­da salın ki, bəlkə Allahdan qor­xasınız!”

[64] Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Alla­hın lütfü və rəhmi olma­say­dı, əlbəttə, ziyana uğra­yan­lardan olar­dınız

[65] Siz artıq içərinizdən şən­bə günü həddi aşanları tanı­yırsınız. Biz də on­la­ra: “Mən­fur mey­mun­­lar olun!”– dedik

[66] Biz bunu onlarla bir dövr­­də olanlar və onlardan sonra gə­lən­lər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik

[67] Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəs­mə­nizi əmr edir!” Onlar: “Sən bi­zi ələ salırsan?!”– dedi­lər. Musa: “Ca­hillərdən ol­maqdan Alla­­ha sığı­nı­ram!”– dedi

[68] Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bun­ların iki­si­nin arasın­da olan or­ta yaşlı bir inək­dir. Sizə nə əmr edilirsə, onu ye­rinə yeti­rin!”

[69] Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bil­dir­sin!” Musa dedi: “Allah bu­yurur ki, o, sarı rəngli par­laq, həm də baxan­ların xoşuna gələn bir inək­dir.”

[70] Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bil­dirsin! Çünki bu inəklər bizə bən­zər gö­rü­nür. Əgər Allah istəsə, biz düz yola yönələrik.”

[71] Musa dedi: “Allah bu­yu­rur ki, o, nə yer şumlamağa, nə də əkin su­var­ma­ğa ram edil­miş, üstəlik, sağ­lam­ və heç bir ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqi­qəti bil­dir­din!”– dedilər və onu kəsdi­lər. Hal­buki az qala bunu yeri­nə ye­tir­mə­yə­cək­di­lər

[72] O zaman siz bir nəfəri öl­dür­müş­dünüz və onun qatili ba­rə­sin­də müba­hisə edirdiniz. Halbuki Allah gizlətdik­lərinizi aşkara çı­xarandır

[73] Biz dedik: “İnəyin bir par­çası­nı ölüyə vurun!” Allah ölü­ləri bu cür diril­dir və Öz ayə­lərini si­zə göstərir ki, bəl­kə an­la­yasınız

[74] Sonra bunun ardınca qəlb­ləriniz sərtləşib daş ki­mi, hət­­ta ondan da sərt oldu. Həqi­qə­­tən, daş­lardan eləsi var ki, içə­ri­sin­dən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içə­ri­sindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb ye­rə dü­şər. Allah sizin et­diklərinizdən qafil de­yil­dir

[75] Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan elə bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər

[76] Onlar möminlərlə rast­la­­şan­da: “Biz iman gətirdik!”– de­yir, bir-birləri ilə xəlvətdə qalan­da isə: “Allahın sizə bil­dirdiyini on­la­ra danışırsınız ki, Rəb­bi­nizin yanında bunu sizə qarşı dəlil gə­tir­sin­lər?! Məgər başa düşmürsü­nüz?!”– deyir­lər

[77] Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıq­la­rını və aşka­ra çıxartdıqlarını bilir

[78] Onların arasında Kitabı bil­­mə­yən elə savadsızlar var­dır ki, onlar an­caq xülyalara dalar və ancaq zənnə uyarlar

[79] Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, son­ra da: “Bu, Allah tərəfin­dən­dir!”– deyir­lər ki, bunun­ sayəsində bir az pul əldə et­sin­lər. Öz əlləri ilə yaz­dıq­la­rı­na görə vay on­la­rın halına! Qa­­zan­dıq­ları şeyə görə də vay on­la­rın halına

[80] Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxuna­caq!” De: “Məgər siz Allahdan əhd al­mısı­nız? Bilin ki, Allah ver­diyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Alla­ha qarşı bilmədi­yi­nizi danışırsı­nız?!”

[81] Xeyr! Günah qazanan və xə­taları özlərini bürüyən kim­sə­lər – məhz onlar Od sakinlə­ridirlər. Onlar ora­da əbədi qalacaq­lar

[82] İman gətirib saleh əməllər edənlərə gəlincə, onlar Cənnət sa­kinləri­dirlər­. On­lar orada əbə­di qala­caq­lar

[83] Bir zaman Biz İsrail oğul­ları ilə: “Allah­dan qeyrisinə iba­dət et­məyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xe­yirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zə­kat ve­rəcək­siniz!”– deyə əhd bağ­­ladıq. Son­ra az bir qismi­niz is­tis­na ol­maq­la, üz çe­vi­rib dön­dü­nüz

[84] O zaman Biz sizinlə: “Bir-biri­ni­zin qanını tökməyə­cək­si­niz, bir-birinizi yurd­ları­nızdan çı­xarmaya­caqsınız!”– deyə əhd kəs­dik. Sonra da siz özünüz şa­hidlik edə­rək bu əhdi təsdiq­lə­di­niz

[85] Bu əhddən sonra siz yenə də bir-bi­rini­zi öldürür, özü­nüz­­dən olan bir dəs­təni öz yurd­undan çı­­xarır, onlara qar­şı pislik və düş­mən­çi­lik et­mək­də bir-biri­ni­zə kömək edir­si­niz. Onlar əsir tu­tu­­lub ya­nı­nı­za gə­tiriləndə, fidyə ve­rib on­ları azad edirsiniz. Hal­bu­ki on­ları yurdların­dan çıxart­maq si­zə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­minə küfr edirsi­niz?! Siz­lər­dən bunu edənin cəzası dünya hə­­yatında ancaq rüsvay ol­maq, Qi­ya­mət gü­nü isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah sizin et­dik­lə­riniz­dən qafil de­yil­dir

[86] Onlar axirət qarşılığında dün­ya hə­ya­tını satın alan kimsə­lər­dir. Ona görə də on­ların nə əzabı yün­gülləş­di­rilə­cək, nə də on­lara kö­mək gös­təri­lə­cək­dir

[87] Biz Musaya Kitab ver­dik və on­dan sonra bir-birinin ar­dın­ca elçi­lər gön­dərdik. Biz Mər­yəm oğlu İsa­ya da açıq-ay­dın dəlillər ver­dik və onu mü­qəddəs ruhla qüv­vət­ləndir­dik. Hər dəfə sizə göndərilən elçi ürəyi­nizə yat­ma­yan bir şey gəti­rəndə, siz tə­kəbbür gös­tər­mə­di­niz­mi?! Siz on­ların bir qismini ya­lançı hesab etdiniz, bir qis­mini isə öldürdünüz

[88] Onlar dedilər: “Qəlblə­ri­miz örtüldür!” Xeyr, Allah on­la­rı küfr­lərinə görə lə­nət­­lə­miş­dir. Odur ki, on­lar ol­duq­ca az ina­nır­lar

[89] Onlara Allah tərəfindən özlə­rin­də olanı təsdiqləyən bir Ki­tab gəldikdə onu inkar etdi­lər. Halbuki əv­vəl­lər ka­firlər üzə­rin­də qə­lə­bə dilə­yir­di­lər. On­lara ta­nıdıq­ları pey­ğəm­bər gəl­dik­də isə onu in­kar et­di­lər. Allahın lənəti olsun kafirlərə

[90] Allahın Öz qullarından is­tədi­yi kimsəyə Öz lütfündən bəxş etmə­sinə həsəd aparmaq və Onun nazil etdiyini inkar et­mək­lə nəfs­­­lərini satıb əvə­zin­də al­dıq­ları şey necə də pisdir! Beləcə, on­lar qə­zə­b üstündən qəzəbə uğradılar. Ka­fir­lər üçün al­çal­dıcı bir əzab vardır

[91] Onlara: “Allahın nazil et­diyi­nə iman gətirin!”– deyildikdə, on­lar: “Biz sadəcə özü­müzə nazil edi­lənə ina­nırıq!”– deyib ondan başqasını inkar edirlər. Hal­buki bu Quran on­ların özlərində olanı təs­diq­lə­yən haqqdır. De: “Əgər siz inanan idi­nizsə, bəs nə üçün əv­vəllər Al­lahın pey­ğəmbərlərini öldü­rür­­dü­nüz?”

[92] Musa sizə açıq-aydın də­­lil­lər gə­tirmişdi. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz

[93] Bir zaman sizdən əhd-pey­­man aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Sizə verdi­yimiz­dən möh­kəm yapışın və eşi­din!” Küfr­lə­rinə görə bu­zo­va olan məhəb­bət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi ol­duq!”– de­dilər. De: “Əgər siz mö­min­sinizsə, ima­nınızın sizə əmr etdiyi şey necə də pisdir!”

[94] De: “Əgər Allah yanın­da Axi­rət yurdu digər in­san­la­ra de­yil, məxsusi si­zin üçün ha­zır­la­nıb­sa və iddianızda doğrusunuzsa, onda özü­nüzə ölüm dilə­yin!”

[95] Onlar öz əlləri ilə etdi­kləri əməllərə görə heç vaxt ölüm dilə­məyəcəklər. Allah zalım­ları tanıyır

[96] Sən onların yaşamağa bü­tün insan­lardan, hətta müşrik­lər­dən də daha çox həris olduqla­rını görə­r­sən. Onlardan hər biri min il yaşamağını is­tər. Halbuki uzun ömür belə onu əzabdan uzaq­laşdırmaz. Allah onla­rın nə et­diklə­rini görür

[97] De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Qu­ranı özün­dən əvvəlkiləri təs­diq­ləyən, möminlərə doğru yol gös­tə­rən və müjdə verən bir kitab ki­mi sənin qəlbinə o nazil etmiş­dir.”

[98] Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da kafirlərə düş­mən­dir

[99] Biz sənə açıq-aydın ayələr nazil etdik, on­ları yalnız fa­siqlər inkar edərlər

[100] Onlar hər dəfə əhd bağ­la­dıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, on­ların ço­xu buna iman gətirmir

[101] Onlara Allah tərəfin­dən öz­lə­rində olanı təsdiqləyən bir elçi gəl­dik­də, Kitab verilən­lər­dən bir dəstə guya həqiqəti bil­mirmiş ki­mi Allahın Kita­bına arxa çevir­di

[102] Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqları­na uydular. Halbuki Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. O iki mələk: “Biz ancaq bir sınağıq, sən gəl kafir ol­ma!”– de­məmiş, onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. La­kin on­lar Alla­hın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zə­rər verən və fay­da­sı olmayan şey­i öyrənir­di­lər. On­lar bilirdilər ki, bunu satın alan kimsələrin axi­rətdə heç bir payı yox­dur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş bunu bi­ləy­di­lər

[103] Onlar iman gətirib Al­lah­dan qorxsaydılar, Allahın verdiyi müka­fat onlar üçün da­ha xeyirli olardı. Kaş bunu bi­ləy­dilər

[104] Ey iman gətirənlər! Pey­­ğəm­bərə: “Raina!”– de­mə­yin; “Un­zur­na!”– de­yin və Allahın əmrini eşi­din! Ka­firlər üçün ağ­rılı-acılı bir əzab vardır

[105] Nə Kitab əhlinin kafir olan­ları, nə də müşriklər sizə Rəb­­bi­niz­dən bir xeyir nazil ol­ma­sını istəmir­lər. Allah isə Öz mər­həməti­ni istədiyi şəxsə məx­sus edər. Allah böyük lütf sahibi­dir

[106] Biz hər hansı bir ayəni nəsx edir və ya onu unut­du­ru­ruq­sa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Mə­gər bil­­mir­sən ki, Allah hər şeyə qa­dir­dir

[107] Bilmirsənmi ki, göy­lər­də və yerdə hökmranlıq təkcə Alla­ha məx­sus­dur?! Sizin Allah­dan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır

[108] Yoxsa bundan əvvəl Mu­­sa­dan tələb edildiyi kimi siz də Pey­ğəm­bə­rinizdən tə­ləb etmək istəyir­si­niz?! İmanı küf­rə də­yişən kəs, əl­bəttə, doğ­ru yol­dan sapmışdır

[109] Kitab əhlindən bir ço­xu həqi­qət özlərinə bəlli olduqdan sonra, içlərindəki hə­səd üzün­dən sizi, imanınızdan sonra ka­fir­liyə qay­tar­maq istərlər. Allah Öz əmrini verin­cəyə qədər onları əfv edin və onlardan vaz keçin! Hə­qi­qətən, Allah hər şeyə qa­dirdir

[110] Namaz qılın, zəkat ve­rin! Qa­baqcadan özünüz üçün nə xe­yir hazır­lasanız, onun əvə­zini Alla­h yanında tapa­caq­sanız. Şüb­hə­siz ki, Allah nə et­dik­lə­ri­ni­zi görür

[111] Onlar dedilər: “Yəhu­di­­lər­­dən və ya xaçpərəstlərdən baş­qa­ heç kəs Cən­nətə daxil olma­ya­caq!” Bu onla­rın xam xə­yal­la­rı­dır. De: “Əgər doğ­ru deyir­si­niz­sə, dəlilinizi gəti­rin!”

[112] Xeyr! Kim muhsin olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi ya­nında onun mü­kafatı olar. On­lara heç bir qorxu yox­dur və on­lar kə­dərlənmə­yə­cəklər

[113] Yəhudilər dedilər: “Xaçpərəst­lər doğru yolda deyillər!” Xaç­­pərəstlər də dedilər: “Yəhu­dilər doğru yolda deyillər!” Hal­buki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danı­şır­lar. Allah ix­ti­lafa düş­dük­ləri şey barəsində Qi­ya­mət günü on­la­rın arasında hökm verə­cəkdir

[114] Allahın məscidlərində Onun adının zikr edilməsinə ma­­ne­çilik törə­dənlərdən və on­­ların viranə qal­masına çalışan­lardan da­ha zalım kim ola bi­lər?! Əs­lin­də, onlar oraya qor­xa-qorxa daxil ol­ma­lı idilər. On­lar üçün dün­ya­da rüs­vayçılıq, axi­­rətdə isə bö­yük bir əzab var­dır

[115] Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır. Həqiqə­tən, Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir

[116] Onlar dedilər: “Allah Özü­­nə öv­lad götürmüşdür!” Hal­­buki O, pakdır, müqəddəs­dir! Hə­qi­qə­tən, göylərdə və yer­də nə var­sa, Ona məxsus­dur. Hər şey Ona baş əyir

[117] Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdik­də ona ancaq: “Ol!”– de­yər, o da olar

[118] Kitabı bilməyənlər dedi­lər: “Nə üçün Allah bizi danışdır­mır, ya­xud bizə bir ayə gəlmir?” On­la­rdan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlb­­ləri bir-biri­nə bən­zəyir. Biz yəqinliklə ina­nan bir qövmə dəlil­lərimizi bə­yan et­dik

[119] Biz səni haqq ilə müj­də­lə­yən və xəbərdarlıq edən bir pey­ğəmbər göndər­dik. Cə­hən­nəm sa­kinləri ba­rəsində isə sən sorğu-sual olunma­yacaqsan

[120] Sən yəhudilərin və xaç­pərəstlərin dinlərinə tabe olmayın­ca, onlar səndən razı qal­ma­yacaq­lar. De: “Yalnız Alla­hın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəkləri­nə uysan, səni Allahdan qo­ru­yacaq nə bir dost, nə də bir yardımçı olar

[121] Kitab verdiyimiz kəs­lər onu layi­qincə oxuyurlar. On­lar ona iman gəti­rirlər. Onu inkar edən­lər – məhz onlar ziyana uğra­yan­lar­dır

[122] Ey İsrail oğulları! Sizə bəxş et­diyim ne­mətimi və sizi aləm­lərdən üstün et­di­yimi xatırla­yın

[123] Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­­yəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şə­fa­ət fayda ver­mə­yə­cək və onlara kömək göstə­ril­məyəcək

[124] Rəbbi İbrahimi bəzi kəl­­mə­lərlə sı­nağa çəkdiyi zaman o, bun­­ları tamamilə yeri­nə yetirdi. Allah buyurdu: “Mən səni in­san­la­ra imam edəcə­yəm!” İb­ra­him dedi: “Nəs­lim­dən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”

[125] Bir zaman Biz müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”

[126] Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Buranı təh­lü­kə­siz bir şəhər et, onun əha­li­sinə, – on­lar­dan Alla­ha və Axi­rət gü­nünə iman gətirən­lərə – hər növ məh­sullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan­lara bir qədər zövq al­mağa izin ve­rər, sonra isə on­ları Cə­hən­nəm əzabına gi­riftar edə­rəm. Ora necə də pis dönüş ye­ri­dir!”

[127] İbrahim və İs­mail müqəddəs Evin bünöv­rəsini qal­dı­rarkən belə dua etmişdi­lər: “Ey Rəbbimiz! Bu əməli biz­dən qəbul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bilən­sən

[128] Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəsli­mizdən də Sənə təslim olacaq bir üm­mət et. Bizə ibadət qaydala­rını gös­tər və tövbə­mizi qəbul et! Həqi­qətən, Sən töv­bələri qəbul edənsən, Rəhm­­li­sən

[129] Ey Rəbbimiz! Onların içə­ri­sin­dən özlərinə elə bir elçi gön­dər ki, Sənin ayələrini on­lara oxu­sun, Kitabı və hikməti onlara öy­rətsin və onları gü­nah­lardan tə­mizləsin! Həqi­qə­tən, Sən Qüd­rət­li­sən, Müdrik­sən!”

[130] Səfehlik edən kəsdən başqa kim İb­rahimin dinindən üz çe­vi­rər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axi­rətdə də, əmə­li­sa­lehlərdəndir

[131] Çünki Rəbbi ona: “Müsəlman ol!”– de­dik­də, o: “Aləm­lərin Rəbbi­nə təs­­lim oldum!”– demişdi

[132] İbrahim də, Yaqub da, bu­nu oğullarına vəsiyyət etdi­lər: “Ey oğulla­rım! Həqiqətən, Allah bu dini sizin üçün seç­mişdir. Siz də ancaq müsəl­man olaraq öl­məli­siniz!”

[133] Yoxsa siz Yaquba ölüm gəl­diyi zaman onun yanında idi­niz? O zaman o, öz oğullarına demişdi: “Mən­dən sonra nəyə iba­dət edə­cək­si­niz?” Onlar dedilər: “Sə­nin İla­­hına, ataları­n – İbrahi­min, İs­ma­i­lin və İshaqın İlahı olan Tək İlaha ibadət edə­cəyik. Biz yalnız Ona təslim olanlarıq!”

[134] Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazan­dıq­­la­rı özlə­ri­nə, sizin qazan­dı­ğınız isə sizə aid­dir. Siz onla­rın etdik­lə­ri əməllər barədə sorğu-sual olun­mayacaq­sınız

[135] Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­si­nə, biz hə­nif İbra­himin dininə tabeyik. O, müş­riklərdən deyil­di.”

[136] Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”

[137] Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir

[138] De: “Allahın boyasına (di­ninə) sarılın! Allahdan da­ha gözəl boyası olan kimdir? Biz yal­nız Ona iba­dət edənlərik!”

[139] De: “Allah barəsində bi­zimlə mübahisəmi edirsiniz? Hal­bu­ki, O, bi­zim də Rəbbi­miz, sizin də Rəbbi­nizdir! Bi­zim əməlləri­miz bizə, sizin əməl­ləri­niz isə si­zə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olan­la­rıq!”

[140] Yoxsa siz İbrahimin, İs­mai­lin, İshaqın, Yaqubun və onun nəs­linin yə­hudi ya­xud xaç­pərəst olduğunu de­yir­si­niz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Alla­hın onlara na­zil et­di­yi şə­ha­­dəti gizlədən kim­sələr­dən daha zalım kim ola bi­lər?! Allah sizin et­­dik­lə­rinizdən qafil deyildir­

[141] Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqla­rı öz­ləri­nə, sizin qazandığı­nız isə sizə aid­dir. Siz onların et­dikləri əməllər ba­rə­də sorğu-sual olun­mayacaq­sınız

[142] Səfeh adamlar deyə­cək­­­lər: “Müsəlmanları üz tut­duqları qib­lədən dön­dərən nədir?” De: “Məşriq də, məğrib də Alla­hın­dır. O, istə­di­yi kəsi doğru yola yönəldir!”

[143] Beləliklə, siz insan­lara şa­hid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutdu­ğun qib­ləni ancaq ona gö­rə təyin etdik ki, Allah rəsulunun ardın­ca ge­­dənləri üz dön­də­rən­lərdən fərq­lən­dirə bilək. Bu, Alla­hın doğru yola yönəltdiyi kimsələr­dən başqa ha­mı­ya ağır gəldi. Allah sizin ima­nı­nızı puç et­məz. Həqi­qətən də, Allah in­sanlara qarşı çox şəfqət­lidir, rəhm­­lidir

[144] Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, sə­ni razı qala­cağın qibləyə tə­rəf döndərəcəyik. Sən üzünü Məsci­dul­harama tərəf çevir! Ha­­rada olursu­nuzsa, olun, üzü­nü­zü ona tərəf çe­­virin! Şübhə­siz ki, Kitab verilən­lər bunun özlərinin Rəbbi tərə­findən ger­çək ol­du­ğunu bilirlər. Allah on­la­rın et­dik­lərin­dən qafil de­yil­­dir

[145] Kitab verilənlərə hər cür dəlil gə­tirsən də, onlar sənin qib­lənə üz tut­maz­lar. Sən də, onla­rın qibləsinə üz tu­tan de­yilsən. On­ların özləri də bir-bir­ləri­nin qib­­lə­sinə üz tutan de­yil­lər. Əgər sənə gə­lən elmdən sonra onların is­tək­­lərinə uy­san, onda sən də, heç şübhə­siz ki, zalımlar­dan olar­san

[146] Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğul­la­rını tanıdıqla­rı kimi ta­nı­yırlar. Buna rəğmən on­lar­dan bir dəs­tə bilə-bilə haqqı giz­lə­dir

[147] Haqq sənin Rəbbin­dən­­dir! Odur ki, şübhə edən­lər­dən ol­ma

[148] Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər gör­mək­də bir-biri­nizlə yarışın. Hara­da olursunuzsa olun, Allah sizin ha­mı­nızı bir yerə topla­ya­caq­dır. Şüb­hə­siz ki, Allah hər şeyə qa­dirdir

[149] Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəb­bindən gələn haq­dır! Allah sizin etdiklərinizdən qafil deyil­dir

[150] Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tə­rəf çevir! Harada olur­sunuzsa olun, üzünüzü ona tə­rəf çevirin ki, zalım­lar­dan baş­qa heç kəsin sizə qarşı bir dəlili olmasın. On­lar­­dan qorx­mayın, Mən­dən qor­xun ki, Mən də, sizə olan ne­mə­timi ta­mam­la­yım və bəlkə, siz doğru yola yönələsi­niz

[151] Həmçinin, öz içəriniz­dən ayələ­rimizi sizə oxuyan, sizi gü­nah­lar­dan tə­mizləyən, Ki­tabı və hikməti sizə öyrə­dən, habelə, bil­mədik­lərinizi sizə öy­rədən bir rəsul göndərdik

[152] Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şü­kür edin, Mənə küfr etməyin

[153] Ey iman gətirənlər! Sə­bir etmək və namaz qılmaqla Allah­dan kömək di­ləyin. Həqi­qətən, Allah səbir edənlərlə­dir

[154] Allah yolunda öldürülənlərə: “Ölü­dürlər!” deməyin. Əksi­nə, on­lar diridir­lər, lakin siz bunu hiss etmirsiniz

[155] Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq. Səbir edən­ləri müjdələ

[156] O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­­susuq və biz yalnız Ona qayı­da­ca­ğıq!”– deyirlər

[157] Onlara öz Rəbbi tərə­fin­­dən təriflər və mərhəmət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır

[158] Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir. Kim mü­qəddəs Evi həcc və ya ümrə məqsədi ilə zi­yarət edər­sə, bu iki dağ arasında səy etmə­sin­də ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verən­dir, hər şeyi biləndir

[159] Kitabda insanlara bə­yan etdiyi­miz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri na­zil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bi­lənlər lənət oxu­yar­lar

[160] Yalnız tövbə edənlər, əməl­­lərini islah edənlər və haqqı bə­yan edənlər is­tisnadır. Mən on­la­rın tövbəsini qəbul edə­rəm. Mən töv­bələri qəbul edənəm, Rəhmli­yəm

[161] Küfr edib kafir olaraq ölənlərə Allahın, mə­lək­lə­rin və bü­tün insanların lənəti olsun

[162] Onlar bu lənətin içəri­sin­də hə­mişəlik qalarlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz

[163] Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir

[164] Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır

[165] İnsanlardan elələri də var­­ ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da, Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür. Kaş zülm edən­lər əzabı görəcəkləri za­man bü­tün qüdrət və qüv­vətin Alla­ha məx­sus ol­du­ğu­nu və Alla­hın şid­dət­li əzab verdi­yini biləy­di­lər

[166] Tabe olun­muş başçılar tabe olanlardan uzaq­­la­­şa­caqları za­man, hamısı əza­bı görəcək və ara­larındakı əlaqələr kəsilə­cək­dir

[167] Tabe olanlar deyəcək­lər: “Kaş, bizim üçün dünyaya dö­nüş olaydı, indi onlar biz­dən uzaq­­laşdıqları kimi, biz də on­lar­dan uzaq­­la­şardıq!” Belə­cə, peş­man ol­sunlar deyə, Allah on­lara özləri­nin əməllərini gös­tərəcək və on­lar heç vaxt Cə­hən­nəm odun­dan çıxa bilməyəcəklər

[168] Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan ye­yin, şeytanın addım izləri ilə getmə­yin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­niz­dir

[169] O sizə yalnız pis və iyrənc iş­lər görməyi, üstəlik, Allaha qarşı bil­mədi­yiniz şeyləri söyləmənizi əmr edir

[170] Onlara: “Allahın nazil et­diyinə tabe olun!”– deyildik­də, on­­lar: “Xeyr, biz atalarımı­zın tut­duğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey an­la­mamış və doğ­ru yolda olmamışlarsa, onda necə

[171] Kafirlərin misalı çığırtı və bağır­tıdan başqa bir şey an­la­ma­­yan heyvan­ları hayla­yan çobanın misalına bən­zəyir. On­lar kar, lal və kor­dur­lar. Odur ki, haqqı anla­mazlar

[172] Ey iman gətirənlər! Si­zə ruzi kimi ver­diyimiz pak şey­lər­dən yeyin və əgər yalnız Alla­ha ibadət edirsinizsə, Ona şü­kür edin

[173] O sizə ancaq ölmüş heyvanı, qa­nı, donuz ətini və Allahdan baş­qa­sı üçün kəsiləni haram et­miş­dir. Hər kim təcavüz et­mə­dən və həd­di aşmadan bun­lardan yemə­yə məcbur olar­sa, bu ona günah sayılmaz. Həqiqə­tən, Allah çox bağış­la­yan­dır, rəhm­lidir

[174] Şübhəsiz ki, Allahın na­­zil etdiyi kitabdan bir şey gizlədib onun müqabilində cüzi miq­dar­da pul əldə edənlər öz qarın­larına od­dan başqa bir şey dol­durmur­lar. Qiyamət gü­­nü Allah onları da­nış­dırmayacaq və onları tə­mizə çı­xarmayacaqdır. Onlar üçün ağrı­lı-acılı bir əzab vardır

[175] Onlar doğru yol qarşılığında az­ğınlığı, bağışlanma qar­şılı­ğında da əzabı satın alan kəs­lər­dir. Onlar Cəhənnəm odu­na necə də sə­bir­lidirlər

[176] Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil et­miş­dir. Kitab barə­sində ixti­laf edən­lər isə, əlbəttə, haqdan uzaq bir zid­diy­yət içindədirlər

[177] Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axirət gü­nünə, mə­lək­lərə, kitablara və pey­ğəm­bər­lərə iman gətirən, sev­diyi malı qo­hum-əqrəbaya, ye­timlərə, yoxsullara, müsafir­lərə, dilənənlərə və kö­lələrin azad edilməsinə xərcləyən, na­maz qılıb zəkat verən, əhd bağ­la­dıqda əhdlərini yerinə yeti­rən, sıxıntı və xəstəlik üz ver­dik­də, habelə, döyüş zamanı səbir edən şəxs­lərdir. Onlar imanla­rında doğ­ru olanlardır. Müttəqi olan­lar da, məhz onlardır

[178] Ey iman gətirənlər! Öl­dü­­rülən­lərə görə qisas almaq sizə va­­cib edildi. Odur ki, azad kəsə gö­rə azad olandan, köləyə görə kö­­lədən, qa­dına görə qadın­dan qi­sas alın! Əgər qatil öldürdüyü qar­daşının varis­lə­ri tərəfindən qan­­bahası müqa­bilində bir şeylə əfv edil­sə, on­da varislər onunla in­saf­la dav­ran­ma­lı, qatil də, qanbahasını gö­zəl tərzdə ödə­mə­li­dir. Bu, Rəb­bi­niz tərə­findən bir yün­güllük və mərhə­mət­dir. Bun­dan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab var­dır

[179] Qisasda sizin üçün hə­yat vardır, ey ağıl sa­hibləri! Bəlkə Allahdan qorxa­sı­nız

[180] Sizlərdən birinə ölüm gəl­­diyi zaman qoyub gedəcəyi mal­dan mü­vafiq qay­da­da va­li­deyn­lərə və ya­xın qo­hum­lara və­siy­yət etməsi ona va­­cib edil­miş­dir. Bu, müt­tə­qi­lər üçün bir borc­dur

[181] Kim ölənin vəsiyyətini eşit­­dikdən sonra onu dəyiş­dir­sə, gü­nahı ancaq onu dəyişdi­rənlərin üzərinə düşər. Şüb­hə­siz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir

[182] Kim də vəsiyyət edə­nin haqsız­lıq etməsindən və ya gü­nah işlətmə­sin­dən ehtiyat edib tə­rəflə­rin arasını düzəl­dərsə, ona heç bir günah ol­maz. Şübhə­siz ki, Allah çox bağış­layan­dır, rəhm­li­dir

[183] Ey iman gətirənlər! Siz­­dən əvvəl­kilərə vacib edil­diyi kimi, sizə də oruc tutmaq va­cib edildi ki, bəlkə Allahdan qorxasınız

[184] Müəyyən sayda olan gün­ləri oruc tutmalısınız. Siz­lər­dən xəs­tə və ya səfərdə olan­lar başqa günlərdə eyni sayda oruc tutma­lı­dır­lar. Buna taqəti ol­ma­yanlar isə buraxdığı hər günü­nün əvə­zinə bir kasıbı ye­dirt­məklə fidyə vermə­lidir­lər. Kim könüllü olaraq yax­şı­lıq etsə, bu onun üçün daha xe­yirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyir­lidir

[185] İnsan­lara doğru yolu gös­­tərən, bu yolun və haqqı ba­tildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran rama­zan ayında na­zil edilmişdir. Qoy sizlər­dən bu aya yetişən kəslər həmin ayı oruc tut­sun. Xəstə və ya səfərdə olanlar isə başqa gün­lərdə eyni sayda oruc tutmalıdırlar. Allah si­zin üçün çə­tin­lik istəmir, əksinə, asanlıq istə­yir. Allah istəyir ki, siz müd­dəti (burax­dığınız gün­lərin orucu­nu) ta­­mam­la­ya­sınız və sizi doğru yola yö­nəlt­diyinə görə Onu uca tutasınız. Bəl­kə şükür edə­siniz

[186] Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mə­nim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər

[187] Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə ha­lal edil­di. On­lar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecə­lə­rində qadınlarınızla yaxın­lıq etməklə özü­nüzə xəya­nət etdiyinizi bildi və töv­bə­nizi qəbul edib sizi ba­ğış­ladı. Artıq on­lara ya­xınlaşın və Allahın si­zin üçün əzəldən müəyyən et­di­yini­ istəyin. Dan ye­ri sö­küləndə, ağ sapın qara sap­dan se­çi­ldiyi sizə aydın ola­na­dək yeyin-için. Sonra gecəyə­dək oru­cunuzu ta­­mam­layın. Məs­cid­lərdə eti­kaf­da ol­du­ğunuz zaman on­larla ya­xın­lıq etmə­yin. Bun­lar Allahın qoy­du­ğu hüdud­lardır, onlara yaxınlaş­mayın! Allah Öz ayə­lərini in­san­lara belə bəyan edir ki, bəlkə On­dan qorxalar

[188] Mallarınızı öz aranızda haqsız­lıqla yeməyin və camaa­tın ma­lının bir qismini bilə-bi­lə gü­nah yolu ilə ye­yə­siniz de­yə, ha­kim­lə­ri ələ almağa çalış­mayın

[189] Səndən yeni doğan ay­lar barə­sində soruşurlar. De: “Bun­lar insanlar və həcc üçün vaxt öl­çü­lə­ridir.” Evlərə arxa tə­rəfindən da­xil olmağınız yaxşı əməl de­yil­dir. Lakin yaxşı əməl sahibi Allah­dan qorxan kəsdir. Evlərə qapı­ların­dan daxil olun! Allahdan qor­xun ki, bəlkə ni­cat tapasınız

[190] Sizinlə vuruşanlara qar­şı Allah yolunda siz də vu­ru­şun və həddi aş­mayın! Həqi­qətən, Allah həddi aşanları sev­mir

[191] Müşrikləri harada yaxa­la­sanız öldürün və sizi çıxart­dıq­la­rı yerdən siz də onları çı­xa­rdın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidul­hara­mın ya­nın­da vuruşmayın­ca, siz də on­la­ra qarşı ora­da vuruş­mayın. Əgər si­zinlə vu­ruş­salar, siz də onları öl­dürün. Kafir­lərin cəzası belədir

[192] Əgər onlar bu savaşa son qoy­salar, əlbəttə ki, Allah çox ba­ğış­layandır, rəhmlidir

[193] Fitnə aradan qalxana qə­dər və din ancaq Allaha məx­­sus edilənədək on­lara qarşı vu­ru­şun! Əgər bu savaşa son qoysalar, bilin ki, düş­mənçi­lik ancaq zalım­la­ra qarşı olur

[194] Haram ay haram ay qarşılığındadır. Toxunulmazlığı poz­ma­ğın cə­za­sı qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müt­təqilər­lədir

[195] Malınızdan Allah yo­lun­da xərc­ləyin və öz əlləri­nizlə özü­nü­zü təhlü­kəyə atma­yın. Yaxşı­lıq edin! Həqiqə­tən, Allah yaxşı­lıq edənləri sevir

[196] Allah üçün həcc və üm­rə­ni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəs­sələr, mü­yəs­­sər olan bir qurban kəsin. Qur­banlıq hey­van öz yerinə çatana qə­dər başınızı qırx­mayın. Siz­lər­dən kim xəstə olarsa və ya başın­da­ ona əziyyət verən bir şey var­sa, fid­yə olaraq, ya oruc tut­ma­­lı, ya sə­dəqə verməli, ya da qur­ban kəs­məli­dir. Əminlik içində oldu­ğu­nuz təqdirdə isə həcc vaxtına qədər üm­rədən faydalanan kəs müyəssər olan bir qurban kəsməli­dir. Qur­ban­lıq heyvan tap­ma­yan­lar isə həcc əsna­sında üç gün, və­tə­ni­nə qa­yıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulha­ram­da yaşamayan­lara aid­dir. Allah­dan qor­xun və bilin ki, Allah şiddətli cəza verəndir

[197] Həcc ziyarəti məlum olan aylar­dadır. Bu aylarda həcci ye­ri­nə yetirmə­yi niyyət edən kəs həcc ziyarəti əsnasın­da qadınıyla ya­xın­lıq etmə­məli, günah işlər görmə­məli və mü­bahisələrə qo­şul­ma­ma­lıdır. Si­zin etdiyiniz yax­şılıqları Allah bilir. Özünüzlə azu­qə gö­tü­rün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qor­xun, ey ağıl sa­hib­ləri

[198] Rəbbinizdən lütf dilə­mək (həcc vaxtı ticarət etmək) sizə gü­­­­nah deyil­dir. Ərəfatdan axışıb gəl­dikdə, Məşərul­ha­ram­da Allahı zikr edin! Sizi doğ­ru yola yö­nəltdi­yinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz az­mışlar­dan idiniz

[199] Sonra insanların axışıb gəl­­diyi yerdən siz də gəlin. Allah­dan bağışlan­manızı dilə­yin. Şüb­həsiz ki, Allah çox ba­ğış­layandır, rəhm­­li­dir

[200] Həcc ibadətlərinizi bi­tir­­dikdə, vaxtilə atalarınızı yad et­di­yi­niz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar ara­sın­da: “Ey Rəbbimiz! Bizə verə­cəyini elə bu dünya­da ver!”– de­yən­lər var­dır. Belə şəxs­lərin axi­rətdə heç bir payı yoxdur

[201] Onlardan: “Ey Rəb­bi­miz! Bizə həm bu dünya­da, həm də axi­rət­də gözəl nemət­lər ver və bizi Cəhənnəm odunun əzabın­dan qoru!”– de­yən­lə­r də vardır

[202] Onlar üçün qazan­dıq­la­rı əməl­lərə görə bir pay var­dır. Allah tez haqq-hesab çə­kəndir

[203] Sayı müəyyən olan gün­lərdə Allahı yad edin. Kim iki gün ərzində ayinləri yerinə yetirib Minadan tez çıxarsa, ona heç bir gü­nah ol­maz. Kim yu­ba­nar­sa, ona da heç bir günah olmaz. Bu, Allah­­dan qor­xanlara aid­dir. Allah­dan qor­xun və bilin ki, Onun hü­zuru­na toplanacaq­sı­nız

[204] İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında da­nış­dı­ğı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid gös­­tə­rər. Halbuki, o, ən qatı mübahi­səçi­dir

[205] O, dönüb getdikdə, yer üzün­də fitnə-fəsad törətməyə, əkinlə­ri və nəsil­ləri məhv et­mə­yə çalışar. Allah isə fit­nə-fə­sadı sevmir

[206] Ona: “Allahdan qorx!”– de­yil­dikdə, lovğalıq onu gü­naha sürükləyər. Ona Cəhən­nəm kifayət edər. Ora nə pis ya­taq­dır

[207] İnsanlardan eləsi də var ki, Alla­hın razılığını qazanmaq üçün canını da ve­rər. Allah Öz qulla­rına qarşı çox şəfqətli­dir

[208] Ey iman gətirənlər! İs­la­mı bü­tövlüklə qə­bul edin və şey­ta­nın addım izləri ilə getmə­yin. Şübhə­siz ki, o sizə açıq-aydın düş­mən­dir

[209] Sizə açıq-aydın dəlillər gəl­dik­dən sonra haqq yoldan çıxsa­nız, bilin ki, Allah qüd­rət­lidir, hikmət sahibidir

[210] Yoxsa onlar Allahın bulud köl­gələri içində, üstəlik, mələk­lərin də gəlməsini və işin bitmiş olmasını göz­lə­yir­lər?! Bü­tün işlər Alla­ha qaytarılacaqdır

[211] İsrail oğullarından so­ruş ki, Biz onlara nə qədər ay­dın də­lil­lər göndər­dik. Kim özünə Allahın ne­mə­ti­ gəldikdən sonra onu də­yiş­dirərsə, bilsin ki, Allah şid­dətli cəza verəndir

[212] Dünya həyatı kafirlər üçün gö­zəlləşdirildi. Onlar iman gə­ti­­rənləri məs­xərəyə qoyurlar. Halbuki müttəqilər qi­ya­­mət gü­nü on­lardan üstün ola­caq­lar. Allah istədiyi kəsə he­sabsız ruzi verər

[213] İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər gön­dər­­di, onlarla bir­likdə haqq olan ki­tab nazil etdi ki, insan­ların ixtilafa düş­dük­ləri şey­­lə­­rə dair onların ara­sın­da hökm ver­sin. Hal­buki ki­tab ve­rilmiş şəxs­lər öz­lə­rinə açıq-ay­dın də­lil­lər gəl­­dik­dən sonra ara­ların­dakı ədavət üzündən ix­ti­la­fa düş­dü­lər. Allah isə Öz izni ilə iman gəti­rən­ləri ixtilafda ol­duq­ları məsələ­lər­də haqqa yö­nəltdi. Allah istə­di­yini düz yola yö­nəldər

[214] Yoxsa siz elə güman edir­diniz ki, sizdən əvvəlki­lə­rin ba­şı­na gələnlər sizin başı­nıza gəl­mə­dən Cənnətə daxil olacaq­sı­nız? On­­­­la­ra elə kasıb­lıq və xəs­tə­lik üz ver­miş, elə sar­sıl­mışdı­lar ki, hət­ta, Pey­ğəmbər və onun­la birlikdə olan mö­min­lər: “Alla­hın kö­mə­yi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Alla­hın kö­məyi ya­xın­­dır

[215] Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Xərcləyəcəyiniz hər bir xeyir va­li­deyn­lərə, qohum-əq­rəbaya, ye­­timlərə, kasıblara və müsa­fir­lərə aiddir. Siz nə yaxşılıq edir­­sinizsə, şüb­hə­siz ki, Allah onu bilir.”

[216] Döyüş xoşunuza gəlmə­diyi halda, o, sizə vacib edildi. Ola bil­sin ki, sev­mədiyiniz bir şey si­zin üçün xeyirli, sevdi­yi­niz bir şey isə sizin üçün zə­rərli olsun. Allah bilir, siz isə bunu bilmir­si­niz

[217] Səndən haram ayında vu­ruş­maq barəsində so­ru­şur­lar. De: “Bu ayda vu­ruşmaq böyük gü­nah­dır. Lakin insan­ları Allah yo­lun­dan sapdır­maq, Ona küfr etmək, müsəlmanları Məs­ci­dulha­ra­m­a bu­raxmamaq və onun sa­kin­lərini ora­dan çı­xart­maq Allah ya­nında daha bö­yük günahdır. Fitnə isə qətl­dən də bö­yük gü­nahdır.” Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər. Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölərsə, onların əməlləri dünyada və axi­rətdə puça çı­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və onlar orada əbədi qala­caq­lar

[218] Həqiqətən də, iman gə­ti­rənlər, hicrət edənlər və Allah yo­lun­da cihad edənlər, Alla­hın mərhəmətinə ümid edir­lər. Allah çox ba­ğış­layandır, rəhmli­dir

[219] Səndən sərxoşedici içki və qu­mar barəsində soru­şur­lar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günah­ları mən­fə­ətlə­rindən daha bö­yük­dür.” Sən­dən Allah yolunda nə xərcləyəcək­lə­rini soruşur­lar. De: “Eh­tiyacınız­dan artıq qa­la­nını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fi­kir­ləşə­siniz –

[220] dünya və axirət barə­sin­də. Sən­dən yetimlər haq­qın­da so­ru­­şurlar. De: “Onlara yax­şı­lıq et­mək daha xeyirlidir. Əgər on­ları öz işi­ni­zə qatırsınızsa, bilin ki, onlar sizin qardaşları­nız­dır.” Allah fə­sad tö­rə­dəni yax­şı­lıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, si­zi çə­tin və­ziyyətə salar­dı. Şübhəsiz ki, Allah qüd­rətli­dir, hikmət sahibidir

[221] Müşrik qadınlar iman gə­­tir­mə­yincə onlarla evlənmə­yin. Əl­bəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qa­dın­dan daha xeyir­lidir. Müşrik kişilər iman gətirmə­yin­cə mö­min qa­dın­ları onlara ərə verməyin. Əl­­bəttə, iman gətir­miş bir kölə, sizi hey­ran edən müşrik bir kişidən daha xe­yir­lidir. Onlar Oda çağırır­lar. Allah isə Öz izni ilə Cən­nətə və ba­ğışlan­mağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsın­lar

[222] Səndən heyz barəsində soruşur­lar. De: “Bu, əziy­yət­ve­ri­ci bir haldır. Heyz vaxtı qa­dın­larla cinsi əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə on­larla yaxın­lıq et­məyin. Təmiz­lən­dik­dən son­ra isə Allahın si­zə buyur­du­ğu yerdən onlara yaxınla­şın!” Şüb­hə­­siz ki, Allah tövbə edənləri də sevir, pak olanları da

[223] Qadınlarınız sizin tar­la­­nız­dır. Tarlanıza nə təhər is­tə­yir­si­niz­sə, yaxın­laşın. Özünüz üçün qabaqcadan yaxşı işlər ha­zırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşa­caq­sınız. Mö­min­ləri müjdələ

[224] Andlarınızdan dolayı Alla­hın adını, yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və in­san­lar ara­sında sülh yaratmanı­za dair bir ma­neəyə çevirməyin. Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir

[225] Allah sizi qərəzsiz iç­di­yi­niz and­lara görə cəzalan­dır­maz, la­kin O, sizi qəlbinizin qə­rəzinə – qəsdən içdiyi­niz and­lara görə cə­za­landıracaqdır. Allah çox bağışla­yandır, həlimdir

[226] Qadınları ilə yaxınlıq et­məməyi and içənlər üçün göz­lə­mə müddəti dörd aydır. Əgər bu müddət içində qadınlarına dönsələr, şübhəsiz ki, Allah çox bağışla­yandır, rəhm­li­dir

[227] Əgər onlar boşanmağa qə­rar versələr, şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir

[228] Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlə­nincəyə qədər göz­ləməlidirlər. Əgər Allaha və Axi­rət gününə iman gətirmişlər­sə, Alla­hın onla­rın bət­nin­də yaratdığını gizlət­mək on­lara halal olmaz. Əgər bu müd­dət ər­zin­də onların ər­lə­ri barışmaq is­tə­sələr, onları qay­­tarmağa daha çox haq­lı­dır­lar. Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür. Allah qüd­rət­lidir, hikmət sahibidir

[229] Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə sax­lamaq, ya­xud xoşluqla buraxmaq gə­rək­dir. On­lara ver­diklərinizdən bir şey gö­türmək sizə halal ol­maz. Yalnız hər iki­si­nin Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­məyə­cəklə­rin­dən qorx­ması is­tis­na­dır. Əgər siz onların Allahın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­mə­yəcək­lə­rin­dən qorx­sa­nız, qadının boşanmaq üçün bir şey əvəz ver­məsində iki­si­nə də heç bir günah yox­dur. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır, on­la­rı aşma­yın! Allahın qoy­du­ğu hüdud­lar­ı aşanlar – məhz onlar za­lım­lar­dır

[230] Əgər onu üçüncü dəfə bo­şayarsa, bundan sonra o qa­dın baş­qa bir kişiyə ərə getmə­yincə əvvəlki ərinə ha­lal ol­maz. Əgər sonrakı əri onu boşa­sa, Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­ri­nə yetirə­cək­lə­rini gü­man et­dik­ləri təqdirdə, qadının birinci əri ilə ye­nidən nikaha gir­məsində, iki­sinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın qoy­du­ğu hüdud­lar­dır, onla­rı anlayan adam­la­ra bə­yan edir

[231] Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir

[232] Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti ba­şa çatdığı zaman keçmiş ərləri ilə öz ara­ların­da xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yeni­dən əv­vəlki ər­lə­rinə ərə get­mə­yə mane ol­ma­yın. Bu, siz­lər­dən Allaha və Axi­rət günü­nə iman gə­tirən­lərə verilən bir öyüd-nə­si­hət­dir. Bu, sizin üçün daha yaxşı və daha pak­dır. Allah bilir, siz isə bil­mir­siniz

[233] Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür

[234] Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün göz­ləmə­lidirlər. Onla­rın gözlə­mə müddəti­ bi­tdikdə öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah nə etdiklərinizdən xə­bər­dardır

[235] Qadınlara elçi göndər­mək istə­yi­nizi üstüörtülü bildirmək­də və ya ürəyi­nizdə giz­lət­­məkdə si­zə heç bir günah yox­dur. Allah bi­lir ki, siz on­ları xatır­la­ya­caq­sı­nız. Lakin on­lar­la gizlicə sözləşmə­yin, onlara yal­nız şəriətə müva­fiq qay­da üzrə söz deyin. Göz­lə­mə vaxtı başa çatanadək ni­kah bağlamayın. Bi­lin ki, Allah sizin kön­lünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışla­yandır, rəhmli­dir

[236] Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qa­dın­ları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz im­ka­nı­na görə, şə­riətə müvafiq qay­da üzrə pay versin. Bu, yax­şılıq edən­lər üçün bir borcdur

[237] Qadınlar üçün mehr tə­­yin et­dikdən sonra, yaxınlıq et­məz­dən əvvəl onları boşasa­nız, təyin etdiyinizin yarı­sını on­lara ver­mə­li­siniz. Qadınla­rın bu­nu ər­lə­rinə bağışlaması və ya əlində ni­kah müqa­viləsi ola­nın bunu qadına ba­ğışla­ması isə is­tisnadır. Sizin ba­ğışla­manız təqvaya da­ha ya­xındır. Bir-bi­rinizə güzəşt etməyi unut­ma­yın. Allah sizin nə etdik­lərinizi görür

[238] Namazları, xüsisilə orta namazı qo­ruyun və Allah qarşısın­da müti­liklə du­run

[239] Əgər nədənsə qorxsa­nız, namazı­nızı ayaq üstə və ya mi­nik üzərində qı­lın. Təhlükə so­vuş­duq­da isə Allahı, si­zə bil­mədik­ləri­ni­zi necə öyrədibsə, o cür yad edin

[240] Sizlərdən ölüb özün­dən sonra zövcələr qoyub ge­dən kəslər sağlığında ikən, zövcə­lərinə bir ilin tamamı­nadək evlərindən çıxa­rıl­ma­maq şər­tilə baxılma­sını vəsiy­yət et­mə­­lidirlər. Əgər o qadın­lar öz istəkləri ilə çıxıb get­sələr, öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah qüd­rətlidir, hikmət sahibidir

[241] Boşanmış qadınlara şə­riə­tə mü­vafiq qayda üzrə yax­şılıq et­mək lazım­dır. Bu, müt­təqilər üçün bir borcdur

[242] Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız

[243] Sayları minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurd­la­rından çı­xanları gör­mə­dinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğru­dan da, Allah in­san­lara qarşı lütfkar­dır, la­kin insan­la­rın çoxu buna şükür etmir

[244] Allah yolunda vuru­şun və bilin ki, Allah hər şeyi eşidən­dir, hər şeyi bi­lən­dir

[245] Kim Allaha gözəl bir borc versə (malından Allah yo­lunda xərcləsə), Allah onun üçün bunu qat-qat artır­ar. Allah ki­misinin ru­zi­sini azal­dar, kimi­si­nin ruzisini də artırar. Siz Ona qaytarı­la­caq­sı­nız

[246] Musadan sonra İsrail oğul­­ların­dan olan əyanların ba­­şına gə­lən­ləri bil­mirsən­mi? O za­man onlar özlərinə göndərilmiş pey­ğəm­bər­ə dedilər: “Bizə bir hökm­dar tə­yin et ki, Allah yo­lunda döyü­şək!” O dedi: “Si­zə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədi­niz?” On­lar de­di­lər: “Niyə Allah yo­lunda döyüşməyək ki, biz yur­du­muz­dan çı­xarıldıq, öv­lad­ları­mız­dan ayrıldıq?!” Döyüşmək on­lara vacib edildikdə isə on­lar­dan az bir qis­mi is­tisna ol­maq­la hamı­sı dö­yüş­dən üz çevir­di. Allah za­lımları yaxşı tanıyır

[247] Pey­ğəmbərləri onlara de­di: “Allah Talutu sizə hökm­dar göndərdi!” Onlar dedilər: “O, ne­cə bizə hökmdar ola bi­lər ki, biz hökmdarlığa ondan daha la­yiqik və ona çoxlu sərvət verilməmiş­dir?” O dedi: “Allah onu sizə hökm­dar seç­di, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mül­kü­nü istədi­yi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”

[248] Pey­ğəmbərləri onlara de­di: “Onun hökmdarlığının əla­məti sizə bir sandığın gəl­məsidir. Onun içində, Rəb­bi­nizdən bir təs­kin­lik, Musa­ və Haru­n ailə­sin­dən qalan bəzi şey­lər vardır. Onu mə­lək­lər gəti­rə­cək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.”

[249] Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir

[250] Onlar Calutun və onun qoşunu­nun qarşısına çıxdıqda, de­dilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmləri­mi­zi möhkəm­lət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

[251] Möminlər Allahın izni ilə onları məğlub etdilər. Da­vud da Calutu öl­dürdü. Allah ona hökm­ranlıq və hik­mət ver­di, ona istə­di­yini öyrətdi. Əgər Allah in­san­ların bəzilə­rini di­gərləri ilə dəf et­məsəydi, yer üzü fəsada uğ­ra­yardı. Lakin Allah aləmlərə qarşı lütfkardır

[252] Bunlar Allahın ayələri­dir. Biz onları sənə haqq ola­raq oxu­yuruq. Şüb­həsiz ki, sən göndəri­lən elçilərdən­sən

[253] Biz o elçilərin bəzisini di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan bəzisi ilə danış­mış, bə­zisini isə dərəcələrlə yük­səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-ay­dın möcüzələr ver­dik və onu mü­qəd­dəs Ruh Cəb­rail ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, on­lar­dan son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər. Onlar­dan ki­mi­si iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər

[254] Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin ol­mayacağı gün gəlməmişdən ön­cə, sizə verdiyimiz ru­zidən Allah yo­lunda xərcləyin! Kafir­lər, əlbəttə ki, za­lımdırlar

[255] Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir

[256] Dində məcburiyyət yox­dur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapış­mış olar. Allah hər şeyi eşi­dəndir, hər şeyi bi­ləndir

[257] Allah iman gətirənlərin dostudur, onları zülmət­lər­dən nu­ra çı­xarar. Kafirlərin dost­ları isə tağutdur, onları nurdan zülmətlə­rə çıxarar. On­lar Od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar

[258] Allahın verdiyi haki­miy­yətə gö­rə, İbrahim ilə Rəbbi barə­sin­də höcət­lə­şən kəsi görmədinmi? İb­ra­him: “Mənim Rəb­bim həm dirildir, həm də öl­dürür!”– dedikdə, Nəmrud: “Mən də, həm diril­dir, həm də öldürü­rəm!”– de­miş­di. İbrahim: “Allah gü­nə­şi məş­riq­dən gətirir. Sən də, onu məğ­rib­dən gə­tir!”– dedikdə, o ka­fir ça­şıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəlt­məz

[259] Və ya damları uçulub xa­rabalığa çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni görmədinmi? O de­miş­di: “Görəsən, Allah bu kəndi ölü­mündən sonra necə dirildə­cək?” Allah onu öl­dürüb yüz il saxladı, sonra dirildib: “Nə qə­dər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və iç­diyinə bax, hələ də xarab ol­mayıb. Uzun­qu­la­ğına da bax! Səni belə etdik ki, insan­lar üçün bir dəlil olasan. Sü­mük­lə­rə bax, gör Biz onları ne­cə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən ar­tıq bilirəm ki, Allah hər şeyə qa­dir­dir!”– dedi

[260] Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– demişdi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­yə buyurdu. İb­rahim dedi: “Əlbəttə, ina­nıram! Lakin istəyirəm ki, qəlbim ra­hat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”

[261] Mallarını Allah yolun­da xərclə­yənlərin misalı yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi kimsənin müka­fatını ar­tı­rar. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir

[262] Mallarını Allah yolun­da xərclə­yənlərin və xərclə­dik­lə­ri­nin ardından minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin Rəbbi ya­nında mükafatları var­dır. On­lara heç bir qorxu yox­dur və onlar kə­dərlən­mə­yə­cəklər

[263] Xoş söz demək və xəta­ları bağış­lamaq, ardından əziyyət gələn sə­də­qədən da­ha yaxşıdır. Allah zən­gindir, həlimdir

[264] Ey iman gətirənlər! Sə­də­qələ­ri­nizi, özünü camaata gös­tər­mək məqsə­dilə xərclə­yən, Alla­ha və Axirət gününə inan­mayan şəxs kimi minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzə­rində torpaq olan ha­mar qaya­nın misalına bənzə­yir ki, şid­dətli bir yağış onu çılpaq hala sal­mışdır. Onlar qazan­dıq­larından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğ­ru yo­la yönəltməz

[265] Mallarını Allahın razı­lığı­nı qa­zanmaq və nəfslərini möh­kəm­lən­dir­mək üçün xərc­ləyənlə­rin misalı təpə üzərin­dəki bağın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, narın ya­ğış da bəs edər. Allah sizin nə etdiklə­ri­nizi görür

[266] Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma ağac­ların­dan və üzüm­lüklərdən iba­rət, ağac­ları altından çay­lar axan və için­də onun üçün hər cür mey­vələr olan bir bağı olsun, sonra ona qo­ca­lıq üz verdiyi zaman, özü­nün də, o bağa möh­tac olan uşaq­ları ol­duğu halda, bu bağa odlu bir qasırğa düşüb onu yan­dır­sın? Allah ayələri sizə belə bə­yan edir ki, bəlkə fikirləşə­siniz

[267] Ey iman gətirənlər! Qa­zan­­dığı­nız və sizin üçün tor­paq­dan çıxartdığımız şeylə­rin yax­şısın­dan Allah yolunda xərc­ləyin. Özü­nü­zə verildiyi təq­dirdə, an­caq göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Bilin ki, Allah zəngin­dir, tərifə­la­yiq­dir

[268] Şeytan sizi yoxsulluqla qor­xu­dur və sizə yaramaz işlər gör­­mə­­yi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlan­ma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir

[269] Allah hik­məti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri dü­şü­nüb ibrət alarlar

[270] Xərclədiyiniz hər bir sə­dəqəni və verdiyiniz hər bir nə­ziri şüb­həsiz ki, Allah bilir. Za­lımların isə köməkçiləri ol­maz

[271] Sədəqələri aşkarda ve­rsəniz, bu çox gözəl olar. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün daha xeyirli olar. Allah si­zin bə­zi günahla­rınızdan keçər. Allah nə etdik­lərinizdən xəbər­dardır

[272] Onların hidayətə gəlmə­si sənə aid deyildir. Lakin Allah is­tədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özü­nüz üçündür. Siz möminlər onu ancaq Alla­hın Üzünü di­lədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolun­da nə xərclə­səniz, əvəzi si­zə tam ve­rilər və sizə zülm edil­məz

[273] Verəcəyiniz sədəqələr Allah yolunda ci­had edib yer üzündə qazanc dalınca səfərə şıxa bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı he­sab edir. Sən isə onları simalarından ta­nı­yırsan. Onlar üzə salıb in­sanlar­dan bir şey is­tə­məz­lər. Malınızdan Allah yolun­da nə xərclə­səniz, şübhəsiz ki, Allah onu bilir

[274] Mallarını gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin öz Rəbbi yanın­da müka­fatı vardır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­məyə­cəklər

[275] Sələm yeyənlər qəbir­lə­rin­dən, şey­­tan vurmuş dəlinin qalx­dığı kimi qalxar­lar. Bu onların: “Alış-ve­riş də sələm­çi­lik kimi­dir!”– de­mə­lə­rinə görə­dir. Halbuki, Allah alış-ve­ri­şi ha­lal, sələm­çiliyi isə haram et­mişdir. Hər kim özü­nə Rəbbin­dən xəbərdarlıq gəl­dikdən sonra sələm­çiliyə son qoyar­sa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qa­lar. Kim yenə sələmçiliyə qayı­darsa, məhz onlar cəhənnəmlik olar və ora­da sürəkli qalarlar

[276] Allah sələmi puç edər, sə­dəqə­ləri isə artırar. Allah küfr və gü­nah işlərdə israr edən kimsələri sev­məz

[277] Həqiqətən, iman gəti­rib saleh əməllər edən, na­maz qılan və zəkat ve­rənlərin Rəbbi­ ya­nında mükafatları vardır. On­la­ra heç bir qorxu yox­dur və onlar kədərlənməyə­cək­lər

[278] Ey iman gətirənlər! Allah­­dan qorxun və əgər mö­min­si­niz­sə, sələmdən qalan məbləğdən vaz keçin

[279] Belə etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin. Yox, əgər töv­bə etsəniz, sər­mayəniz sizin­dir. Nə siz zülm edər­si­niz, nə də sizə zülm olunar

[280] Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziy­yəti dü­zələ­nə qədər ona möh­lət verin. Bilsəniz borcu sədəqə olaraq ona bağış­lamağınız si­zin üçün nə qədər xe­yir­lidir

[281] Allahın hüzuruna qay­ta­rılacağı­nız gündən qorxun! Sonra hər kəsə qa­zandığının əvəzi büs­bütün veriləcək və onlara zülm edilməyəcəkdir

[282] Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir

[283] Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyə­si yanında sax­lanılmış girov yetərlidir. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, qoy etibar olun­muş kəs ona verilmiş əmanəti qay­tar­sın və Rəbbi olan Allahdan qorx­sun. Şahidliyi giz­lət­mə­yin! Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir

[284] Göylərdə və yerdə nə varsa, Alla­ha məxsusdur. Siz içiniz­də ola­nı üzə çı­xarsanız da, giz­lət­sə­niz də, Allah buna görə si­zi he­saba çə­kə­cək. O, istə­diyi­ni ba­ğış­layar, istədiyinə də, əzab verər. Allah hər şe­yə qadirdir

[285] Allahın rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!” Həmçinin, de­dilər: “Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!”

[286] Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”

Ali-İmran

Surah 3

[1] Əlif. Ləm. Mim

[2] Allah Özündən başqa haqq məbud olmayandır, əbə­di Ya­şa­yandır, bü­tün yara­dı­lanların Qəy­­yu­mudur

[3] O bu Kitabı sənə özündən əvvəlkiləri təsdiq­ləyən, həm də, haqq ola­raq nazil et­di. Tövratı və İncili də, O nazil etdi –

[4] daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir

[5] Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz

[6] Bətnlərdə sizə istədiyi su­rəti ve­rən Odur. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Qüd­rət­lidir, Hikmət sahibidir

[7] Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Ki­ta­bın ana­sıdır. Digərləri isə mutəşabih ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad tö­rətmək və is­tə­dikləri kimi yoz­maq məq­sə­dilə, mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki onun yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olan­lar isə deyərlər: “Biz ona iman gətir­dik, hamısı Rəb­bi­miz tərəfindən­dir.” Ağıl sa­hib­lərindən başqa heç kəs bunu dərk edə bilməz

[8] Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi sap­dırma. Bizə Öz tə­rə­fin­dən bir mərhəmət bəxş et. Hə­qi­qə­tən, Sən Bəxşedənsən

[9] Ey Rəbbimiz! Həqiqətən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları bir yerə cəm edən Sənsən. Həqiqə­tən, Allah və­dinə əsla xilaf çıxmaz

[10] Kafir olanların nə mal­ları, nə də övladları onlara Alla­hın hüzurun­da heç bir şeylə fayda verə bilməz. Onlar Cə­hən­nəmin ya­nacağıdırlar

[11] Onların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Bizim ayələ­ri­mi­zi yalan hesab et­di­lər, Allah da, onları günahlarına görə yaxa­ladı. Allah şiddətli cəza verəndir

[12] Kafirlərə de: “Siz məğ­lub olacaq və Cəhən­nəmə top­lana­caqsınız! Ora nə pis ya­taqdır!”

[13] Qarşı-qarşıya gələn iki dəs­­tədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yo­lun­da vuruşurdu, digəri isə ka­­firlər idi. Möminlər kafirlərin sayca onlardan iki qat ar­tıq olduqlarını öz göz­ləri ilə gö­rür­dülər. Allah istə­diyi kəsi Öz kö­məyi ilə qüv­vətləndi­rir. Həqi­qə­tən, bun­da bəsi­rət sahibləri üçün bir ibrət vardır

[14] Qadınların, uşaqların, yı­ğın-yığın qızıl-gümüşün, yaxşı cins at­la­rın, mal-qaranın və əkin yerlə­rinin ver­diyi zövq­lərə olan istək insanlara gözəl gös­təril­mişdir. Bun­lar, dünya hə­ya­tının ke­çici zöv­qüdür. Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır

[15] De: “Sizə bunlardan da­ha xeyirlisini xəbər verim­mi? Allah­dan qor­xanlar üçün Rəbbi yanında, al­tın­dan çay­lar axan, içində əbədi qala­caq­la­rı cən­nətlər, pak zövcə­lər və Alla­hın rizası var­dır.” Allah qul­larını görəndir

[16] O kəslər ki, deyir­lər: “Ey Rəbbi­miz! Həqi­qətən, biz iman gə­tir­dik, bi­zim günah­larımızı ba­ğışla və bi­zi Od əzabından qo­ru!”

[17] Onlar səbir edən, dürüst olan, müti olan, ma­lın­dan Allah yo­lun­da xərc­ləyən və sübh çağına yaxın Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir

[18] Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir

[19] Həqiqətən, Allah yanın­da haqq din, İslam­dır! Kitab verilən­lər ancaq öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı ədavət üzün­dən ixtilafa düş­dülər. Kim Alla­hın ayələrinə küfr edərsə, bil­sin ki, Allah tez haqq-hesab çəkəndir

[20] Əgər onlar səninlə mü­ba­­hi­sə edər­lərsə, de: “Mən özü­mü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Ki­tab veri­lən­lə­rə və savadsızlara de: “Siz də, təslim oldu­nuz­mu?” Əgər təs­lim ol­salar, doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq haqqı təbliğ et­məkdir. Allah qullarını görəndir

[21] Allahın ayələrinə küfr edən­ləri, peyğəmbər­ləri haq­sız yerə öl­dürənləri və ədalətə ça­ğı­ran in­sanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ

[22] Onlar dün­ya­da da, axirətdə də, əməlləri puç olan kimsələr­dir. Onların yardımçıları da olmaz

[23] Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? On­­lar, aralarında hökm etməsi üçün Allahın Kitabına də­vət olu­nur­lar. Sonra onlardan bir dəs­tə üz çe­vi­rib geri dön­ür

[24] Bu, onların: “Od bizə an­caq bir neçə gün toxunar!”– de­mə­lə­rinə görə­dir. Onları uy­dur­duqları şeylər öz din­lərin­də al­da­dıb yoldan çıxartmışdır

[25] Baş verəcəyinə şübhə edil­məyən bir gündə onları top­la­dığı­mız və hər kə­sə qazandı­ğı­nın əvəzi ödəniləcəyi, öz­lə­rinə də, heç bir haqsızlıq edil­məyə­cəyi zaman onların halı necə olacaq

[26] De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən

[27] Sən gecəni gündüzə qatır, gün­düzü isə gecəyə qatır­san. Ölü­­dən diri çı­xarır, di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kəsə he­sab­sız ruzi ve­rir­sən.”

[28] Möminlər möminləri qo­yub ka­firləri dost tutmasın­lar! Bu­nu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yox­dur. An­caq kafirlərdən gə­lə biləcək təh­lükədən çəkinməyiniz istisnadır. Allah si­zi Özün­dən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allaha­dır

[29] De: “Kökslərinizdə ola­nı giz­lətsə­niz də, üzə çı­xar­sa­nız da, Allah onu bilir. O, göy­lərdə və yerdə olanları da bi­lir. Allah hər şe­yə qadirdir.”

[30] Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşı­sın­da ha­zır görə­cəyi gün, özü ilə pis əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Allah sizi Özündən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Allah qulla­rına qarşı çox şəfqət­­lidir

[31] De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da, sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah çox bağışla­yandır, rəhmlidir.”

[32] De: “Allaha və Onun göndər­di­yi Rəsula itaət edin!” Əgər üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, ka­firləri sevməz

[33] Doğrusu, Allah Adəmi, Nuhu, İb­ra­­him nəs­lini və İm­ran ailəsini seçib aləm­lər­dən üstün et­di

[34] Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir

[35] Bir zaman İmranın zövcəsi demiş­di: “Ey Rəbbim! Mən bət­nim­dəkini Sə­nə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bi­lən­sən.”

[36] Nəhayət, bari-həmlini yerə qoyduğu zaman de­di: “Ey Rəb­bim! Mə­n qı­z doğdum” – halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi, – “axı oğlan qız kimi de­yildir. Mən onun adını Mər­yəm qoy­dum, onu və onun nəs­lini lənətlənmiş şey­tandan qo­rumağı Sə­nə həvalə edi­rəm.”

[37] Rəbbi Məryəmi gözəl tərzdə qə­bul et­di, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkə­riy­yaya tapşırdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına mehraba daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?”– deyə soruşduqda, Mər­yəm de­di: “Bu, Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir.”

[38] Elə oradaca Zəkəriyya Rəb­­binə dua edib dedi: “Ey Rəb­bim! Öz tə­rəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən du­aları eşidənsən.”

[39] Zəkəriyya mehrabda durub na­maz qılar­kən mələklər ona belə xitab etdilər: “Allah sə­ni, Allah tə­rəfindən olan Kəlməni təs­diq edən, qöv­mü­nün ağası, nəfsinə ha­kim və əməli­salehlərdən bir peyğəm­bər ola­caq Yəhya ilə müjdələyir.”

[40] O dedi: “Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”

[41] O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamə­tin, üç gün, – işarə ilə danışmaq istisna ol­maqla, – insanlarla danış­mamağındır. Həmin vaxt­ Rəbbini çox yad et və səhər-ax­şam Onun şə­ninə təriflər de!”

[42] Bir zaman mələklər de­mişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləm­lərin qadınla­rından üstün etdi

[43] Ey Məryəm, Rəbbinə ita­ət et, səcdə qıl və rüku e­dən­lər­lə bir­­likdə rüku et!”

[44] Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edə­cəyi ba­rədə qələm­lərini püşk at­dıq­la­rı za­man sən on­la­rın yanında de­yildin. Bir-biri­lərilə mübahisə et­dik­də də, sən onla­rın yanında de­yildin

[45] O zaman mələklər demişdi­lər: “Ey Məryəm, həqiqətən, Allah Öz tə­rəfindən bir kəlmə ilə səni müj­dələyir. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Alla­ha ya­xın­­ olanlardandır

[46] O, həm beşikdə ikən, həm də yetkin çağında insan­larla da­nı­şa­caq və sa­lehlərdən ola­caqdır.”

[47] Məryəm dedi: “Ey Rəb­bim! Mənə bir insan toxunma­dığı hal­da necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istə­di­yi­ni yaradır. O, bir işin ol­masını istədikdə, ona an­caq “Ol!”– de­yər, o da olar.”

[48] Allah ona yazmağı, hik­məti, Töv­ratı və İncili öyrə­də­cək

[49] Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir. O deyə­cək­dir: “Mən sizə Rəb­binizdən bir möcüzə gətirmişəm. Sizin üçün pal­çıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ru, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldar və ölüləri diril­də­rəm. Evlərinizdə yedi­yiniz və yığıb sax­la­dığınız şeyləri sizə xəbər ve­rə­rəm. Əgər möminsi­nizsə, bilin ki, bunda sizin üçün bir də­lil var­dır

[50] Məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyən olaraq və sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Mən sizə Rəbbiniz­dən bir dəlil gətir­dim. Allah­dan qor­xun və mənə itaət edin

[51] Həqiqətən, Allah mənim də Rəb­bim, sizin də Rəbbi­niz­dir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”

[52] İsa onlardakı küfrü hiss et­dikdə, dedi: “Allah yolunda kim­lər mənə yar­dımçı olacaq?” Həva­rilər dedilər: “Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz mü­səlmanıq

[53] Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bizi də, şahidlərlə bir yer­də yaz!”

[54] Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir

[55] O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin hə­yatına son qoyub Özümə tərəf qaldıraca­q, səni kafirlərdən təmiz­lə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qədər kafir­lərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda hökm ve­rə­cə­yəm

[56] Kafirlərə gəlincə, onlara həm bu dün­ya­da, həm də axi­rətdə şiddətli əzab verə­cə­yəm. Onların kömək­çi­lə­ri də, ol­maya­caqdır.”

[57] O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafat­la­rı­nı tam verə­cək­dir. Allah zalım­la­rı sevməz

[58] Bunlar sənə oxuduğu­muz ayələr­dən və hikmətli Zikr­dən­dir

[59] Həqiqətən, Allah yanın­da İsanın misalı Adəmin misalına bənzəyir. Allah Adəmi tor­paq­dan ya­rat­dı, sonra ona “Ol!”– dedi, o da oldu

[60] Haqq sənin Rəbbin­dən­dir. Elə isə şübhə edən­lər­dən olma

[61] Sənə elm gəl­dikdən son­­ra kim səninlə İsanın barə­sində mü­bahisə edər­sə, de: “Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib ya­lançılara Allahın lənət et­məsini diləyək.”

[62] Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa iba­dətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüd­rətlidir, Hikmət sahibidir

[63] Əgər onlar üz çevirsə­lər, şüb­həsiz ki, Allah fitnə-fəsad tö­rədən­ləri tanıyır

[64] De: “Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.” Əgər onlar yenə üz çevirsələr, de­yin: “Şahid olun ki, biz müsəl­man­larıq!”

[65] Ey Kitab əhli! Nə üçün İb­rahim barəsində höcətlə­şir­si­­niz? Halbuki, Töv­rat və İncil ancaq on­dan son­ra nazil edilmiş­dir. Mə­gər an­la­mır­sınız

[66] Bax, siz o kəslərsiniz ki, bildi­yi­niz şeylər barədə höcətləşdi­niz. Bəs nə üçün bil­mə­diyiniz şeylər barə­də hö­cətlə­şirsi­niz? Allah bilir, siz isə bil­­məzsiniz

[67] İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir mü­səl­man idi və müşrik­lər­dən deyil­di

[68] Həqiqətən, insanlardan İb­ra­himə ən yaxın olanı, onun ar­dın­ca gedənlər, bu Peyğəm­bər və ona iman gətirənlərdir. Allah mö­min­lərin dostudur

[69] Kitab əhlindən bir züm­rə sizi az­dırmaq istər. Hal­bu­ki, yalnız öz­lərini azdırır və bunu anlamırlar

[70] Ey Kitab əhli, haqqa şa­hid oldu­ğunuz halda, nə üçün Alla­hın ayələrinə küfr edir­siniz

[71] Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyin­di­rir və haqqı gizlədir­si­niz

[72] Kitab əhlindən bir züm­rə bir-birinə dedi: “Möminlərə nazil edi­lənə günün əvvə­lində iman gə­tirin, günün sonunda isə onu in­kar edin ki, bəl­­kə onlar öz din­lə­rin­dən dönə­lər

[73] Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Alla­hın yo­lu­dur!” Onlar yenə bir-biri­lə­rinə dedilər: “Si­zə verilənin bənzərinin başqa bir ki­msəyə verildiyi­nə və ya Rəb­bi­niz ya­nın­da müsəlmanların sizə dəlil gə­ti­rə­cəyinə inanmayın.” De: “Şüb­hə­siz ki, lütf Allahın əlindədir və onu istə­diyi­nə verir! Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”

[74] Allah Öz mərhəmətini istə­di­yi kəsə məxsus edər. Allah bö­yük lütf sahibi­dir

[75] Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət et­sən, onu sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona bir dinar ver­sən belə, başının üs­tündə durub tələb etməyincə onu sənə qay­tar­maz. Bu, ona görədir ki, onlar: “Avam­lar­dan ötrü bizə günah ol­maz!”– de­yirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər

[76] Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şüb­­hə­siz ki, Allah müttəqiləri se­vir

[77] Allah ilə olan əhd­lərini və andlarını ucuz qiy­mətə satan kim­sələrə gəlincə, onlara axi­rət­də heç bir pay yox­dur. Allah on­la­rı danışdır­mayacaq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır

[78] Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Ki­tab­dan hesab edəsi­niz deyə, Kitabı oxu­yarkən dillərini əyib bü­kürlər. Halbuki, bu, Kitab­dan deyildir. Onlar: “Bu, Allah tərəfindən­dir!”– de­yir­lər. Hal­buki bu, Allah tərə­findən də de­yildir. On­lar bilə-bilə Alla­ha qarşı yalan danışırlar

[79] Heç bir kəsin, Allah ona Kitab, hikmət və pey­­ğəm­bər­lik ver­dik­dən sonra in­sanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Öy­rətdiyiniz Kitabın və on­dan öyrəndi­yi­niz şeyin sayəsində rəbbani olun!”

[80] O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə rəbb qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra küfr etməyi əmr edər­mi

[81] Bir zaman Allah pey­ğəm­­bər­lər­dən: “Sizə Kitab və hik­mət ver­dikdən sonra, özü­nüz­dəkini təsdiqləyən bir elçi gəl­dikdə, ona müt­ləq iman gətirib yar­dım edəcəksi­niz”– deyə əhd al­mış və onla­ra: “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?”– de­miş­­di. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. Allah da belə buyurmuş­du: “Elə isə şa­hid olun, Mən də sizinlə bə­ra­bər şahid olanlardanam.”

[82] Kim bundan sonra üz dön­də­rərsə, məhz onlar fasiq­lər­dir

[83] Yoxsa onlar Allahın di­nin­dən başqasınımı ax­tarır­lar? Halbu­ki, göy­lərdə və yerdə olanlar is­tər-istə­məz Ona təs­lim olmuş və Ona da qay­tarı­la­caqlar

[84] De: “Biz Allaha, bizə na­zil olana, İbrahimə, İsmailə, İsha­qa, Yaquba və onun nəs­linə nazil olanlara, Mu­saya, İsaya və pey­­ğəm­bərlərə öz Rəb­bi tə­rə­findən verilənlərə iman gətirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”

[85] Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə zi­ya­na uğrayanlardan olar

[86] İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq ol­duğu­na şahidlik etdikdən və öz­lərinə ay­dın dəlillər gəl­dikdən sonra ka­fir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adam­la­rı doğru yola yö­nəltməz

[87] Onların cəzası, həqiqətən də, Alla­hın, mələklərin və bü­tün in­sanların lənətinə uğramaqdır

[88] Onlar bu lənətin içində hə­­mişə­lik qalacaqlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz

[89] Bundan sonra tövbə edib əməl­lərini islah edənlər isə istis­nadır. Şübhə­siz ki, Allah bağış­layandır, rəhmlidir

[90] Sözsüz ki, iman gətir­dik­dən son­ra kafir olan və küfr­lə­rini daha da artı­ran kimsələ­rin töv­bəsi əsla qəbul edilməyəcək. Məhz on­lar doğru yoldan azan­­lardır

[91] Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fid­yə ver­sələr belə, bu onların heç bi­rin­dən qəbul edilməyəcək. On­lar üçün ağrılı-acılı bir əzab vardır. On­ların heç kö­mək­çiləri də yoxdur

[92] Sevdiyiniz şeylər­dən Allah yo­lunda xərcləməyin­cə xeyrə nail olmazsınız. Malınızdan nə xərclə­səniz, əlbəttə ki, Allah onu bilir

[93] Tövrat nazil olmamış­dan əvvəl İsrailin (Yəqubun) özünə ha­ram etdiklərindən savayı bü­tün yeməklər İsrail oğul­la­rı­na halal idi. De: “Əgər doğru danı­şanlarsınızsa, Töv­ratı gəti­rin və onu oxu­yun!”

[94] Artıq kim bundan sonra Allaha qar­şı yalan uydurarsa, məhz on­lar zalımlardır

[95] De: “Allah doğru söy­lə­mişdir. Elə isə İbrahimin hənif di­ninə tabe olun. O, müş­riklərdən deyildi.”

[96] Həqiqətən, aləmlərə bə­rəkət və hidayət qaynağı kimi in­sanlar üçün ilk qu­rulan ev Bəkkə­dədir

[97] Orada aydın nişanələr – İb­rahi­mın məqamı vardır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. Yolu­na gücü ça­tan hər kəsin müqəddəs Evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim bu­nu inkar edər­sə, bilsin ki, Alla­hın aləmlərə eh­ti­ya­cı yoxdur

[98] De: “Ey Kitab əhli! Allah si­zin et­dik­lərinizə şahid ol­du­ğu hal­da, nə üçün siz Allahın ayə­lərini inkar edir­si­niz?!”

[99] De: “Ey Kitab əhli! Siz haq­qa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri gös­tər­məyə çalışaraq iman gəti­rən­ləri Allah yo­lundan sapdırır­sı­nız?!” Halbuki, Allah sizin et­dik­lə­ri­nizdən qafil deyil­dir

[100] Ey iman gətirənlər! Əgər Kitab ve­rilənlərdən bir dəs­tə­yə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndə­rib ka­fir edərlər

[101] Sizə Allahın ayələri oxun­­duğu halda, Onun Rəsulu da ara­nızda ikən, siz ne­cə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağ­la­nar­sa, həqi­qə­tən, doğru yola yönəlmiş olar

[102] Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğu­nuz halda ölün

[103] Hamınız Allahın ipin­dən möh­kəm yapışın və par­ça­lanma­yın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-bi­rinizə düş­mən idiniz, O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də bir-birinizlə qardaş oldu­nuz. Siz odlu bir çuxurun lap kə­na­rında ikən O, sizi on­dan xilas etdi. Allah Öz ayələrini sizə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönələsiniz

[104] Qoy içinizdən xey­rə ça­ğıran, yaxşı işlər gör­məyi bu­yuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz on­lar ni­cat tapanlar­dır

[105] Özlərinə aydın dəlillər gəl­­dik­dən sonra firqələrə ayrı­lıb ix­ti­laf edən­lər kimi olma­yın. On­ları böyük bir əzab göz­ləyir

[106] O gün neçə-neçə üzlər ağa­racaq, neçə-neçə üzlər də, qa­­ra­la­caq­dır. Üzləri qaralan kəs­lərə: “İman gətirdikdən sonra ka­firmi ol­du­nuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– de­yilə­cəkdir

[107] Üzləri ağ olan kəslər isə Allahın mər­həməti içərisində ola­caq­ və onlar orada əbə­di qala­caqlar

[108] Bunlar Allahın ayələridir ki, onları sənə haqq ola­raq oxu­yuruq. Allah aləmlərə zülm etmək istəməz

[109] Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Bütün iş­lər sonda Allaha qay­tarı­lacaq­dır

[110] Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz. Ki­tab əhli də iman gətir­səydi, əl­bəttə, on­lar üçün yaxşı olardı. On­ların ara­sın­da iman gətirənlər də var­dır. Ək­səriy­yəti isə haqq yolu­nu az­mış fa­siqlərdir

[111] Onlar sizə əziyyətdən baş­qa bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, arxa çevirib qaçarlar. Sonra isə onlara kö­mək də edil­məz

[112] Harada olursa ol­sun­lar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya in­san­ların ipinə sarılan kimsələr müs­təsnadır. Onlar Alla­­hın qəzə­bi­nə uğramış, onlara yox­sul­luq üz ver­­mişdir. Bu cə­za ona görədir ki, onlar Allahın ayə­lə­rinə küfr et­miş və bəzi pey­ğəmbər­ləri haqsız yerə öldür­müş­­lər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aş­mışlar

[113] Onların hamısı eyni deyil­. Kitab əhli içərisində dinində sa­bit­qədəm bir toplum vardır ki, onlar gecələri səc­də­yə qa­pa­nıb Allahın ayə­lə­rini oxu­yur­lar

[114] Onlar Allaha və Axirət gü­nünə iman gətirir, yaxşı iş­lər gör­məyi buyu­rur, pis əməl­ləri qa­da­ğan edir və xeyir­xah işlər gör­mə­yə tələsirlər. Məhz on­lar əməlisaleh insanlardandırlar

[115] Onların etdiyi yaxşı­lıqların heç biri inkar edilməz. Allah müt­­təqi­ləri yaxşı tanıyır

[116] Kafirlərin nə malları, nə də öv­ladları, onlara Allah ya­nın­da heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləri­dir­lər və onlar ora­da əbədi qalacaqlar

[117] Onların bu dünya hə­ya­tında sərf etdiklərinin misalı, öz­lə­ri­nə zülm edən adamların tar­lasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Allah on­la­ra zülm etmə­di, lakin onlar öz­ləri özlə­ri­nə zülm edirdirlər

[118] Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik

[119] Bax, siz o kəslərsiniz ki, on­lar sizi sev­mədiyi halda siz on­ları sevirsiniz. Siz nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. On­lar sizinlə rast­la­şan­da: “Biz də, iman gətirdik!”– deyir, tək­lik­də qa­lan­­da isə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. De: “Qəzəbiniz­dən ölün!” Şübhə­siz ki, Allah kökslər­də olanları bi­lir

[120] Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır

[121] Bir zaman sən Uhud­dakı döyüş­dən ötrü möminləri möv­qe­lə­rə yerləş­dirmək üçün sə­hər tezdən ailəndən ay­rılıb getmiş­din. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir

[122] O zaman sizlərdən iki dəstə ruh­dan düşməyə hazır idi­­lər. Allah isə onların yar­dım­çısı idi. Qoy mö­min­lər yalnız Alla­ha tə­vəkkül etsinlər

[123] Siz zəif olduğunuz hal­da Allah, Bədrdə sizə yar­dım etdi. Elə isə Allah­dan qor­xun ki, bəlkə şükür edəsiniz

[124] O zaman sən möminlərə de­yir­din: “Rəbbinizin üç min mə­­lə­k endirərək köməyi­ni­zə çat­ması, sizə yet­məzmi?”

[125] Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər

[126] Allah bunu sizə sırf bir müj­də olsun və bunun sayəsində qəlbləriniz rahatlansın de­yə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdan­dır

[127] Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldür­sün ya­xud on­ları alçaltsın və beləcə, mə­yus halda geri dön­sünlər, –

[128] Bu işin sənə aidiyyəti yox­dur, – mü­səl­man olsalar onların töv­bə­sini qə­bul etsin və ya inkar etsələr onlara əzab ve­rsin. Çünki onlar za­lım­dırlar

[129] Göylərdə və yerdə nə var­­sa, Allaha məxsusdur. O, istədi­yini ba­ğış­layar, is­tədiyinə də əzab ve­rər. Allah bağış­la­yandır, rəhmli­dir

[130] Ey iman gətirənlər! Qat-qat ar­tırılmış sələmi ye­mə­yin! Allah­­dan qorxun ki, bəl­kə, nicat tapasınız

[131] Kafirlər üçün hazır­lan­mış Od­dan çəkinin

[132] Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun

[133] Rəbbinizin məğfirətinə və müttəqilər üçün ha­zır­lan­mış, ge­nişliyi göy­lər və yer qədər olan Cən­nətə tələ­sin

[134] O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər

[135] O kəslər ki, bir pis iş gör­dükdə, yaxud özlərinə zülm et­dik­­də, Allahı xa­tırlayıb gü­nah­la­rının bağışlanmasını di­ləyər­lər. Axı gü­nahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gör­dük­ləri pis işlərdə bilə-bilə israr etməzlər

[136] Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir

[137] Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gə­zib haqqı ya­lan sa­yanların aqi­bətinin necə oldu­ğunu görün

[138] Bu Quran insanlar üçün bir açıq­­lama, müt­tə­qilər üçün isə doğru yol göstə­rici­si və öyüd-nə­sihət­dir

[139] Zəiflik göstərməyin və kədər­lən­məyin. Əgər mömin­siniz­sə, bilin ki, üs­tün olan­ kəslər sizsiniz

[140] Əgər siz Uhud döyü­şün­də yara al­mışsınızsa, əlbəttə, düşmə­niniz olan o qövm də bu cür yara al­mışdı. Biz bu gün­ləri – qalibiy­yəti və məğlu­biy­yəti, in­sanlar ara­sında növbə ilə dəyiş­diririk ki, Allah iman gə­tirən­ləri üzə çı­xarsın və ara­nız­dan şəhidlər seçsin. Allah zalım­ları sevməz

[141] Həm də ona görə belə edi­rik ki, Allah möminləri tə­mizə çıxar­sın və ka­firləri məhv et­sin

[142] Yoxsa Allah içərinizdən ci­had edənləri və səbir edən­lə­ri bəlli etmə­dən Cənnə­tə da­xil ola­cağı­nızımı güman edir­si­niz

[143] Siz düşmənlə qarşılaşma­dan öncə, Allah yolunda ölməyi ar­­zu­layırdı­nız. İn­di isə siz onu gör­düyünüz halda baxıb durur­su­nuz

[144] Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar

[145] Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəl­dən müəyyən edil­miş bir yazıdır. Kim dünya müka­fatını istəsə, ona bundan ve­rə­rik. Kim də axirət mü­kafatını istəsə, ona da on­dan verərik. Biz şükür edənləri mütləq mükafat­lan­dıra­cağıq

[146] Neçə-neçə peyğəmbər ol­muşdur ki, bir çox dindar­larla­ bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ müsibət­lərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə bo­yun əymiş­lər. Allah səbir edən­ləri sevər

[147] Onların sözü an­caq: “Ey Rəbbimiz, günah­la­rı­mızı və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, qə­dəmlə­rimizi sabit et və kafir qövmə qələbə çalmaq­da bizə yardım et!”– ol­muşdur

[148] Beləcə, Allah onlara həm dün­ya mükafatını, həm də axirət mü­kafatının ən gö­zəlini ver­di. Allah yaxşı iş görənləri se­vər

[149] Ey iman gətirənlər! Əgər ka­fir­lərə itaət etsəniz, onlar si­zi dininizdən geri döndərər və beləliklə də, siz zi­yana uğramış hal­da geri dönərsiniz

[150] Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edən­lə­rin ən yax­şısıdır

[151] Haqqında heç bir dəlil na­­zil et­mədiyi şeyi Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə qorxu salacağıq. On­ların gedəcəkləri yer Od­dur. Zalım­la­rın məskunlaşacağı yer nə pisdir

[152] Siz Allahın izni ilə düş­­mənlərinizi qı­rıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini ye­ri­nə yetir­di. Nəhayət, Allah sizə istədi­yiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Pey­ğəmbərin əmri ba­­rəsində bir-bi­rinizlə mü­bahisə etdi­niz və asi oldunuz. İçə­riniz­dən kimisi dün­yanı, kimisi də axi­rəti istə­yirdi. Sonra Allah sizi sı­na­maq üçün üzünüzü onlardan dön­dər­di. O, artıq sizi əfv etdi. Allah mö­minlərə qarşı lütf­kar­dır

[153] O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır

[154] Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”

[155] Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir

[156] Ey iman gətirənlər! Yer üzündə sə­fə­rə çıxmış və ya döyüşə get­miş qardaş­ları barəsində: “Əgər onlar bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər”– deyən kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində bir həsrət ol­sun deyə yaratdı. Halbuki, Dirildən də, öl­dürən də, Allah­dır. Allah nə etdiklə­ri­nizi görür

[157] Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şey­lər­dən da­ha xeyirlidir

[158] Ölsəniz də, öldürülsə­niz də, müt­ləq Allahın hüzu­ru­na top­lanacaq­sınız

[159] Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar et­din. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rı əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə onlarla məs­ləhət­ləş, qəti qərara gəldikdə isə Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevir

[160] Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bil­məz. Yox, əgər sizi zəlil edər­sə, Ondan sonra kim sizə yar­dım edə bi­lər?! Qoy möminlər Allaha təvək­kül etsinlər

[161] Peyğəmbərə əmanətə xə­­­ya­nət etmək yaraşmaz. Əma­nətə xə­yanət edən kimsə Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələr. Son­ra isə hər kəsə əməl­lə­rinin əvəzi tam verilər və onlara zülm edil­mə­­z

[162] Allahın rizasını qazanmağa can atan kəs, Alla­hın qəzə­binə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bi­lər­mi? Ora nə pis qayıdış yeri­dir

[163] Onlar Allah yanında ayrı-ayrı də­rəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür

[164] Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayə­lə­ri­ni oxu­yan, on­ları günahlar­dan tə­miz­ləyən, onlara Ki­tabı və hik­məti öy­rədən bir Elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bun­dan öncə onlar açıq-ay­dın azğınlıq içərisində idilər

[165] Siz onların başına iki­qat müsibət gətirmiş olduğu­nuz hal­da, başınıza bir mü­sibət gəl­­diyi za­man: “Bu, haradan gəl­di?”– söy­lə­di­niz. De: “Bu, si­zin özü­nüz­­dəndir!” Həqiqə­tən, Allah hər şeyə qa­dirdir

[166] Uhudda iki qoşunun üz-üzə gəl­di­yi gün sizə üz ver­miş mü­si­bət Alla­hın izni ilə ol­du ki, möminləri aşkara çı­xart­sın

[167] və münafiqləri bəlli et­sin. Münafiqlərə: “Gəlin, Allah yo­lun­da döyüşün, ya­xud heç ol­masa mü­da­fiədə durun!”– de­yildi. On­­­lar: “Dö­yüş olacağını bilsəy­dik, sizin ardınızca gələrdik”– de­di­lər. On­­lar o gün iman­dan çox küfrə ya­xın idi­lər. On­lar qəlb­lə­rin­də ol­ma­ya­nı ağız­ları ilə deyirlər. Hal­buki, Allah onların nəyi giz­lət­­dik­lə­rini çox yaxşı bilir

[168] Evlərində oturub öz qar­­daşları ba­rəsində: “Əgər on­lar bi­zə itaət etsəydilər, öl­dü­rül­məzdi­lər”– söylə­yənlərə de: “Əgər doğru danı­şırsı­nız­sa, on­da ölümü özünüzdən uzaq­laş­dı­rın!”

[169] Allah yolunda öldürü­lən­ləri əsla ölü sanma. Ək­sinə, on­lar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi ve­rilir

[170] Onlar Allahın Öz lüt­fün­dən on­lara verdiyi nemətə ­fərəhlə­nir, ar­xala­rınca gəlib hələ on­la­ra çatmamış kəs­lərin heç bir qor­xu ilə qar­şılaşmaya­caq­ları və kədərlən­mə­yə­cəklə­ri müjdəsinə se­vi­nir­lər

[171] Onlar Allahın nemə­ti və lütfünə görə, həm də Alla­hın mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağı müjdəsinə se­vinirlər

[172] Yara aldıqdan son­ra belə Allahın və Onun Rəsulunun də­vətini qə­bul edən kimsələrdən yaxşı işlər gö­rən­lər və Allah­dan qorxanlar üçün bö­yük bir mükafat vardır

[173] O kəslər ki, bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­, onlardan qor­xun!”– de­di­kdə, bu söz onların imanını da­ha da ar­tırdı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər

[174] Beləcə, özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və lütfü sayəsində ge­ri dön­dülər və beləliklə də, Alla­hın rizasına uydular. Allah bö­yük lütf sahibidir

[175] Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun

[176] Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır

[177] Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır

[178] Kafirlər elə güman et­mə­sinlər ki, onlara möh­lət ver­məyi­miz onların xe­yrinədir. Biz onlara ancaq gü­nah­larını ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün alçaldıcı bir əzab vardır

[179] Allah möminləri sizin hazırda ol­du­ğu­nuz vəziyyət­də tərk edən de­yil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bil­dirən de­yil­dir. La­kin, Allah Öz elçi­lə­rin­dən istə­diyini seçər. Elə isə Alla­­ha və Onun elçi­lərinə iman gə­ti­rin! Əgər iman gətirib Allahdan qorx­sa­nız, sizin üçün böyük bir mü­ka­fat vardır

[180] Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­ kimsə­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Ək­sinə, bu, onların zərərinədir. On­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü bo­yun­larına do­la­nacaqdır. Göy­lə­rin və yerin mi­rası Allaha məx­sus­dur. Allah nə etdiklərinizdən xəbər­dar­dır

[181] “Allah kasıbdır, biz isə varlı­yıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dedik­lə­rini və haqsız olaraq pey­ğəmbər­ləri öldürdüklərini ya­za­caq və on­lara deyəcəyik: “Da­­dın o yandırıb-ya­xan əza­bı

[182] Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir.” Yoxsa Allah qullarına zülm edən de­yildir

[183] “Doğrusu, Allah biz­dən əhd almışdı ki, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə heç bir el­çi­yə inan­ma­yaq”– deyən­lə­rə de: “Mən­dən əvvəl sizə el­çilər açıq-aydın dəlil­lər­lə və dediyiniz qur­banla gəl­miş­dilər. Əgər doğru danı­şır­sı­nızsa, onda nə üçün on­ları öl­dü­r­dünüz?”

[184] Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əv­vəl açıq-aydın dəlillər, səhifələr və nur sa­çan kitab­ gətirmiş elçiləri də yalançı hesab etmiş­dilər

[185] Hər kəs ölümü da­da­caq. Sözsüz ki, Qiyamət günü mü­kafat­larınız si­zə tam verilə­cək­dir. Kim Oddan uzaq­laşdı­rılıb, Cən­nətə daxil edilərsə, o, əlbəttə, uğur qazan­mış olar. Dünya həyatı isə al­da­dıcı ləzzətdən başqa bir şey de­yildir

[186] Siz hökmən malınız və canı­nız­la sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl kitab veri­lən­­lərdən və Allaha şərik qoşanlardan bir çox əziy­yət­ve­rici sözlər eşidə­cək­si­niz. Əgər səbir edib Allah­­dan qorx­sanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir

[187] Allah Kitab ve­ri­lən­lərdən: “Siz o ki­ta­bı mütləq insanlara açıqlayacaqsınız və onu giz­lət­məyə­cək­si­niz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qu­laq­ardına vurub onu ucuz qiy­mətə satdılar. On­la­rın bu al­ış-ve­rişi necə də pisdir

[188] Etdikləri əməllər­ə görə sevi­nən və etmədikləri iş­lə­rə gö­­rə tərif olun­mağı xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır

[189] Göylərin və yerin hökm­­­ran­lığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir

[190] Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır

[191] O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru

[192] Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz

[193] Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al

[194] Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

[195] Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər gö­rən – istər kişi, istərsə də qa­dın olsun, – heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır”

[196] Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın

[197] Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır

[198] Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir

[199] Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir

[200] Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız

ən-Nisa

Surah 4

[1] Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, ondan zöv­cəsini ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şey­lər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir

[2] Yetimlərin mallarını öz­lə­ri­nə ve­rin və yaxşını pis ilə də­yiş­mə­­yin. Onla­rın mallarını öz mal­ları­nıza qatıb ye­mə­­yin. Şüb­hə­siz ki, bu, böyük gü­nah­dır

[3] Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə əda­lət­lə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­­larla ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxarsınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin. Bu, haqsızlıq et­­mə­məyiniz üçün ən uyğun olanıdır

[4] Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin

[5] Alla­hın sizin üçün dolanışıq vasitəsi etdiyi malları­nı­zı səfeh­lərə ver­məyin. On­ları o mal­dan yedirdib ge­yin­dirin və on­la­ra xoş söz söyləyin

[6] Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər

[7] Valideynlərin və yaxın qo­humla­rın qoyub getdikləri mal­dan kişilərə pay vardır; va­li­deyn­lərin və yaxın qohum­la­rın qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu malın istər azından, is­tər çoxundan müəyyən bir pay ayrılmışdır

[8] Əgər bölgü vaxtı orada, mirasdan payı olmayan qo­humlar, yetimlər və kasıblar işti­rak edərlərsə, on­lara da o mal­dan bir şey verin, özlərinə də xoş söz de­yin

[9] Özlərindən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dir­də onlardan ötrü qorxan kəs­lər, qoy yetimlərə haqsızlıq etməkdən qorx­­sun­­lar, Allahdan çəkinsinlər və doğru söz söy­lə­sin­lər

[10] Şübhəsiz ki, yetimlərin mal­ları­nı haqsızlıqla yeyənlər öz qa­rın­larına ancaq od doldu­rurlar və beləcə, onlar alovlu atəşə gi­rə­­cəklər

[11] Allah sizə övladlarınız haq­qın­da, ki­şiyə iki qadının pa­yı qə­dər pay verilməsini buyurur. Əgər övladlar iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin öv­ladı olduğu təqdirdə, onun vali­deyn­­ləri­ndən hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­­ləri­dirsə, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına mirası­n altıda bir hissəsi dü­şür. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu siz bil­məzsiniz. Bun­lar Allah tərəfin­dən fərz buy­rul­muş paylardır. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[12] Əgər vəfat etmiş zövcə­lə­ri­nizin öv­ladı yoxdursa, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Əgər sizin öv­­la­­dı­nız yox­dursa, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda on­la­rın hər birinə mi­rasın altıda bir his­səsi düşür. Əgər on­lar sayca bun­­dan artıq olsalar, mi­rasın üçdə bi­rinə şərik­dir­lər. Bu bölgü, va­ris­lərə zərər ye­tir­məmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra apa­rılır. Bun­lar Allah tərə­fin­dən bir buyruqdur. Allah hər şeyi bi­lən­dir, hə­limdir

[13] Bunlar Allahın qoyduğu hü­dud­la­rdır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çay­lar axan, için­də əbədi qalacağı cən­nətlərə da­xil edər. Bu, böyük uğurdur

[14] Kim Allaha və Onun rəsuluna asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na va­sil edər. Onun üçün al­çaldıcı bir əzab vardır

[15] Qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd şahid gətirin! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­ya­tına son qoyana­dək, ya­xud Allah onlar üçün bir yol aça­na­dək evlərdə həbs edin

[16] Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir

[17] Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[18] Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərlə ka­fir kimi ölən­lərin tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq

[19] Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun

[20] Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsə­niz, on­lardan birinə yı­ğın-yı­ğın mal vermiş olsanız belə, bundan heç bir şey geri al­mayın! Mə­gər ver­di­yi­nizi böhtan atmaq və açıq-aş­kar gü­nah iş­lət­mək­lə geri ala­caqsı­nız

[21] Onu necə geri ala bilər­si­niz ki, siz bir-birinizlə yaxın­lıq et­miş­­diniz və onlar siz­dən möh­kəm əhd-peyman al­­mışdılar

[22] Olub-keçənlər istisna ol­­maq­la bun­dan sonra atalarını­zın ev­lənmiş ol­du­ğu qa­dın­lar­la evlən­məyin. Çünki bu, iyrənc və qə­zəb doğuran bir əməl, həm də pis bir yoldur

[23] Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onların qız­la­rı­ ilə ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir

[24] Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[25] Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir

[26] Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək is­tə­yir. Allah hər şeyi biləndir, hikmət sahibidir

[27] Allah sizin tövbələrinizi qə­bul etmək istəyir. Eh­ti­ras­la­rına uyan­lar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər

[28] Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­yir, çün­ki in­san zəif yaradıl­mışdır

[29] Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir

[30] Kim düş­mən­­çi­lik və zülm etməklə bu işləri görər­sə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asan­dır

[31] Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz sizin kiçik günahlarınızdan keçər və si­zi şərəfli bir yerə – Cən­nətə da­xil edərik

[32] Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Kişi­lə­rin qazan­dıqla­rın­dan öz nəsibi, qadın­la­rın da qa­zan­dıq­larından öz nə­sibi var­dır. Allah­dan, Onun lüt­fünü diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir

[33] Hər kəs üçün valideyn­lə­rin və ya­xın qohumların qo­yub get­dikləri mal­dan öz pay­larını ala­caq varislər təyin et­dik. Əhd bağladı­ğı­nız kəs­lə­rə də öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir

[34] Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Öz­ba­şı­na­lıq etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra nəsihət edin, bunun fay­dası olmadığı təqdirdə, ya­taqda onları tərk edin, bu da fayda ver­məzsə, onları dö­yün! Əgər sizə itaət etsələr, on­lara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah ucadır, bö­yükdür

[35] Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda ki­şinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xə­bərdardır

[36] Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrə­ba­ya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kö­lə və kənizlərə yax­şı­lıq edin! Həqi­qə­tən, Allah lov­ğalıq edən­­ləri və özü­nü öyən­ləri sevmir

[37] O kəslər ki, xəsislik edir və in­san­ları da xəsisliyə sövq edir­lər, Alla­hın Öz lüt­fün­dən on­lara verdiyini giz­lə­dir­lər. Biz ka­fir­lər üçün alçaldıcı bir əzab ha­zırlamışıq

[38] Və o kəslər ki, öz mal­la­rını in­san­lara göstərmək məq­sədi­lə xərcləyir, Alla­ha və Axi­rət günü­nə inanmırlar. Şey­tan kimin dos­tu­dursa, necə də pis dostdur o

[39] Onlar Allaha və Axi­­rət gü­nünə iman gətirib, Allahın onlara verdi­yi ruzidən Onun yo­lunda xərcləsəydilər, nə itirər­di­lər? Allah onların hər bir işini bi­lir

[40] Şübhəsiz ki, Allah zərrə qə­dər haqsızlıq etməz. Əgər qu­lun gördü­yü iş yaxşı əməl olar­sa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər

[41] Hər ümmətdən bir şa­hid gə­ti­rəcəyimiz və səni də on­lara şa­hid gəti­rə­cəyimiz za­man onla­rın halı necə ola­caq

[42] Küfr edib Peyğəmbərə asi olan­lar o gün yerlə bir olmalarını təmənna edə­r və heç bir sözü Allahdan giz­lədə bilməzələr

[43] Ey iman gətirənlər! Sər­xoş ikən nə dediyinizi anla­ya­na qə­dər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər is­tisna ol­maqla – qüsl edənə­dək nama­za yaxın­laş­mayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah əfv edən­­dir, bağış­la­yan­dır

[44] Kitabdan özlərinə pay ve­rilmiş kəslərin azğınlığı satın al­dıq­larını və si­zi doğru yoldan az­dır­maq is­tədiklərini görmürsən­mi

[45] Allah sizin düşmənləri­nizi daha yaxşı tanıyır. Dost ola­raq Allah ki­fayət edər! Yardımçı olaraq Allah yetər

[46] Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir, dillə­ri­ni əyə­rək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər on­lar: “Eşit­dik və ita­ət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– de­səydilər, əlbəttə, onlar üçün da­ha xe­yirli və daha doğru olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi. Onlar olduqca az ina­nırlar

[47] Ey Kitab verilmişlər! Üz­ləri sıyı­rıb dümdüz edərək ar­xa­la­rına çe­vir­mə­mişdən, ya­xud şən­bə əhlini lənətlədi­yi­miz ki­mi on­ları da lə­nətlə­mə­miş­dən öncə, ya­nınızda olanları təs­diq­lə­yici kimi na­­zil etdi­yi­­miz Qu­rana iman gə­tirin! Allahın əmri mütləq ye­rinə yetə­cək­dir

[48] Allah Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə bağışla­yar. Alla­ha şərik qoşan kəs böyük bir günah etməklə if­tira at­mış olur

[49] Özlərini təmizə çıxaranları gör­mür­sənmi? Xeyr, Allah istə­di­yini təmizə çıxardar və on­lara xurma çər­də­yindəki lif qədər haq­­sız­lıq edil­məz

[50] Bax, necə də Allaha qar­şı ya­lan uy­dururlar. Bu, açıq-aşkar gü­nah olaraq onlara ki­fayət edər

[51] Kitabdan pay verilmişləri görmədinmi? Özləri bütə və ta­ğuta inan­maqla yanaşı, hələ bir kafirlər üçün də: “Bun­lar mö­min­­lərdən daha doğru yol­dadırlar”– deyirlər

[52] Onlar Allahın lənətlə­di­yi kimsə­lər­dir. Allah kimi lənət­lə­yər­sə, ona heç bir yardımçı tapa bilməz­sən

[53] Yoxsa on­ların hökmranlıqdan bir payı vardır? Elə ol­say­dı, on­lar in­sanlara xurma çər­dəyi­ndəki oyuq qədər bir şey verməzdi­lər

[54] Yoxsa onlar Allahın Öz lüt­fün­dən insanlara verdiyi şe­yə görə on­la­ra həsəd aparır­lar?! Biz İbrahim nəs­li­nə Kitab və hik­mət bəxş etmiş və on­la­ra bö­yük bir səltənət vermiş­dik

[55] Onlardan kimisi Muhəm­mə­də iman gətirdi, kimisi də on­dan üz çevirdi. Yan­dırıb-ya­xan od olaraq Cəhənnəm on­lara ye­tər

[56] Şübhəsiz ki, ayələrimizi in­kar edən­ləri oda ata­ca­ğıq. Hər də­fə on­ların dəriləri yan­dıq­ca, əzabı daim dadsınlar deyə, Biz o də­ri­ləri başqa də­ri­lərlə əvəz edəcəyik. Həqi­qə­tən, Allah qüd­rət­li­dir, hikmət sahibidir

[57] İman gətirib saleh əməl­lər edən­ləri isə al­tın­dan çay­lar axan, içində əbədi qalacaqları cən­nətlərə da­xil edə­cə­yik. Orada onlar üçün pak zövcələr var­dır. Biz on­la­rı sıx köl­gəlik­də yer­ləş­di­rə­­cə­yik

[58] Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi əmr edir. Allahın si­zə ver­di­yi bu öyüd-nəsihət ne­cə də gözəldir! Şüb­hə­siz ki, Allah eşidəndir, gö­rəndir

[59] Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə ina­­nır­­sı­nız­sa, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır

[60] Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gə­tir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğın­lığa sal­maq istəyir

[61] Onlara: “Allahın nazil et­diyinə və Rəsuluna tərəf gə­lin!”– de­yil­dikdə, mü­nafiqlərin sən­dən tamamilə üz çevir­dik­­lə­rini gö­rər­­sən

[62] Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz ver­dikdən son­ra sənin ya­nına gə­lib: “Biz ancaq yax­şı­lıq etmək və mü­bahisə edənləri ba­rış­dır­maq is­tədik!”– deyə Alla­ha and içdik­də, onla­rın halı ne­cə olacaq

[63] Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində olanı bilir. Elə isə on­lardan üz dön­dər, on­la­ra öyüd-nəsihət ver və onlara öz­ləri ba­rə­sində təsirli söz söylə

[64] Biz hər bir elçini, – Alla­hın iz­ni ilə, – məhz itaət edilsin de­yə gön­dərdik. Əgər onlar öz­lə­ri­nə zülm etdikləri za­man sə­nin ya­nı­­na gəlib Allah­dan ba­ğış­lan­ma di­ləsəy­dilər və Pey­ğəmbər də on­lar üçün ba­ğış­lanma di­ləsəy­di, əl­bət­tə ki, Alla­hın tövbələri qəbul edən və rəhmli oldu­ğunu görərdilər

[65] Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə içlə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar

[66] Əgər onlara: “Özü­nü­zü öldü­rün, ya­xud yurdlarınız­dan çı­xın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna ol­maqla, bunu yerinə yeti­rməzdilər. Əgər on­lar öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, əl­bət­tə, bu, onlar üçün da­ha xe­yir­li və sa­bitlik baxımından da­ha güclü olardı

[67] Onda Biz də onlara Öz tə­rə­fi­miz­dən böyük bir müka­fat ve­rər

[68] və onları doğru yola yö­nəl­dər­dik

[69] Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın ne­mət bəxş et­di­yi pey­ğəm­bər­lər­, siddiqlər, şə­hid­lər və əməli­sa­leh­lərlə bir­likdə olarlar. Onlar necə də gözəl dost­lardır

[70] Bu lütf Allahdandır. Hər şeyi bi­lən olaraq Allah yetər

[71] Ey iman gətirənlər! Eh­ti­yatınızı əldən verməyin və düş­mənə qar­şı ya bö­lük­-bölük, ya da hamı­nız birgə çıxın

[72] İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə: “Allah mə­nə lütf etdi ki, mən on­larla birlikdə bəlaya düçar ol­madım”– deyər

[73] Əgər Allahdan sizə bir lütf yeti­şərsə, sanki si­zin­lə onun ara­sında heç bir dostluq yox­muş kimi: “Kaş mən də on­lar­la birlik­də olub böyük bir uğur qa­zanaydım!”– deyər

[74] Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yo­­lun­da vuruş­sun­lar. Kim Allah yo­lunda vuruşub öl­dü­rülərsə və ya qalib gə­lərsə, Biz ona bö­yük bir müka­fat verərik

[75] Sizə nə olub ki, Allah yo­lunda və: “Ey Rəbbimiz! Bi­zi əha­li­si zalım olan bu şəhər­dən çı­xart, bizə Öz tərəfindən bir hi­mayəçi yolla, bizə Öz tərəfin­dən bir yardımçı göndər!”– deyən zəif ki­şi­lər, qadın­lar və uşaqlar uğ­runda vu­ruş­­mursunuz

[76] İman gətirənlər Allah yo­lun­da, kafir olanlar isə tağut yo­lunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­ta­nın hiyləsi zəifdir

[77] Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin!”– deyilən kəs­ləri gör­mədinmi? On­lara vu­ruşmaq fərz buyrulduqda, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!”– dedi­lər. De: “Dün­yanın ləz­zəti az­dır. Müttəqilər üçün isə axi­rət daha xeyirlidir. Sizə xur­ma çər­də­yin­dəki lif qədər belə haqsız­lıq edil­məz”

[78] Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə. On­la­ra bir yaxşılıq üz ver­dik­də: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, sən­dən­dir!”– deyərlər. De: “Ha­mısı Allahdan­dır!” Bu adam­la­ra nə olub ki, az qala söz də anlamırlar

[79] Sənə gələn yaxşılıq Allah­­­dan­dır, sənə üz vermiş bə­la isə sənin özün­dəndir. Biz sə­ni in­san­lara elçi gön­dərdik. Şa­hid ola­raq Allah yetər

[80] Kim Peyğəmbərə itaət edər­sə, Alla­ha itaət etmiş olar, kim üz çevi­rər­sə, bil ki, Biz sə­ni on­lara gözətçi gön­dər­mə­mi­şik

[81] Onlar: “İtaət edirik!”– de­yirlər. Sənin yanından çıxıb get­dik­də isə, on­la­rın bir qismi gecələr sə­nin de­diyinin ək­­sinə tədbir görər­. Allah on­ların gecələr nə tədbir gördük­lə­ri­ni ya­zır. Onlar­dan üz döndər və Allaha tə­vəkkül et! Qoruyan ola­raq Allah yetər

[82] Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar

[83] Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, dərhal onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan əmr sahib­lərinə çatdırsaydılar, içə­rilərin­dən o xəbərin mahiy­yətinə va­ran kəslər onu bi­lərdilər. Əgər sizə Alla­hın lüt­fü və rəhmi ol­ma­say­dı, əl­bət­tə, az bir qis­miniz istisna ol­maq­la, şeytana uyar­­­dı­nız

[84] Sən Allah yolunda vu­ruş! Sən an­caq özünə cavab­dehsən. Mö­min­ləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah ka­firlərin qüv­və­sinin qarşısını alsın. Alla­­hın qüv­vəsi daha çox, cəzası daha şid­dət­lidir

[85] Kim yaxşı bir işə vasitə­çi­lik edərsə, ona onun savab­ın­dan bir pay düşər, kim də pis bir işə va­sitəçilik edərsə, ona da onun gü­nahın­dan bir pay düşər. Allah hər şeyin qarşılığını verəndir

[86] Sizə salam verildiyi za­man onu daha gö­zəl şəkildə alın və ya ve­ri­lən sa­lamı olduğu kimi qay­ta­rın! Hə­qi­qətən, Allah hər şeyin he­sabını çəkəndir

[87] Özündən başqa məbud ol­ma­yan Allah, baş verəcəyinə şübhə edilməyən Qi­yamət gü­nü sizi mütləq bir yerə top­la­ya­caqdır. Ver­di­yi xəbərdə Allah­dan da­ha doğ­ru danışan kim ola bilər

[88] Sizə nə oldu ki, müna­fiq­lər barə­sin­də iki dəstəyə ay­rıl­dı­nız? Halbuki Allah onları et­dik­ləri əməllərə görə küfrə qay­tar­maqla başı­aşağı etmişdir. Alla­hın sapdır­dı­ğı kim­səni doğru yola gətirməkmi­ is­tə­yir­si­niz? Allahın asapdırdığı kim­sə üçün əsla doğru yol ta­pa bil­məz­sən

[89] Onlar özləri küfr etdik­ləri kimi, sizin də küfr edib on­larla ey­ni ol­manızı is­təyər­lər. Onlar Allah yolunda hicrət et­məyincə, on­­lar­dan heç birini özünüzə dost tut­ma­yın. Əgər üz çevir­sələr, on­ları hara­da gör­səniz, tutub öldürün. Onlar­dan nə bir dost, nə də bir kö­mək­çi tutun

[90] Ancaq sizinlə aralarında mü­qa­vi­lə olan bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaqdan köks­­ləri sıxıldığı üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­rı sizə qarşı qal­dı­rardı və onlar da sizinlə vu­ru­­şar­dı­lar. Əgər onlar sizdən ara­­lanıb geri çə­kil­sə­lər, sizinlə vu­ruş­ma­sa­lar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vu­ruş­ma­nıza yol verməz

[91] Siz bir başqalarına da rast gə­lə­cəksiniz ki, onlar həm siz­dən, həm də öz cama­atın­dan ar­xayın olmaq istə­yər­lər. Onlar hər dəfə fitnəyə qay­ta­rıl­dıq­da başıaşağı ona dalarlar. Əgər on­lar siz­dən ara­­lanıb geri çəkil­məsələr, sizə sülh təklif etmə­sələr və siz­dən əl çək­mə­­sələr, onlara harada rast gəl­səniz, tu­tub öl­dürün. Biz on­la­ra qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik

[92] Heç bir mö­minin başqa bir mömini öldürməyə haqqı yox­dur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səh­vən bir mö­mi­ni öl­dü­rərsə, onda mö­min bir kölə azad etməli və ölə­nin ailə­sinə qan­bahası ver­məli­dir. Ölənin ailəsinin qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizə düş­­mən olan bir qövmdəndirsə, onda qatil mö­min bir kölə azad et­mə­li­dir. Əgər ölən adam si­zinlə arala­rın­da müqavilə olan bir qövmdəndir­sə, onda qatil onun ailə­sinə qan­­ba­ha­sı verməli və mö­­min bir kölə azad et­məlidir. Bun­ları et­mə­yə imkan tapa bil­məyən kəs Allah tərəfindən töv­bə­si­nin qəbul ol­ma­sı üçün iki ay ar­dıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir

[93] Kim bir mö­mi­ni qəsdən öldü­rərsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəm olar. Allah ona qəzəb­lə­nər, onu lənət­lə­yər və onun üçün bö­yük bir əzab hazırlayar

[94] Ey iman gətirənlər! Allah yolun­da cihada çıxdığınız za­man kimə qarşı vu­ruşacağınızı müəyyən edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­­fə­əti­nə can ataraq: “Sən mömin de­yil­sən!”– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır. Əvvəl­lər siz də belə idi­­niz, Allah sizə mərhəmət gös­tərdi. Elə isə kimə qarşı vu­ruşacağınızı müəyyən edin! Şüb­həsiz ki, Allah nə etdikləri­niz­dən xə­bər­dardır

[95] Möminlərdən, – üzrlü­ olanlar müstəsna olmaqla, – evdə otu­ran­larla Allah yolun­da öz mal­ları və can­ları ilə cihad edən­lər eyni olmaz­lar. Allah öz mal­la­rı və canları ilə cihad edənləri evdə otu­ran­­lar­­dan dərəcə eti­ba­rilə üstün etmişdir. Allah on­ların hamısı­na ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah müca­hidləri ev­də otu­ran­lardan böyük bir mü­ka­fatla üstün et­mişdir

[96] Bu, Onun tərəfindən mö­minlərə nə­­sib olan dərəcələr, ba­ğış­lan­ma və mər­həmət­dir. Allah bağışlayandır, rəhmli­dir

[97] Mələklər özlərinə zülm edənlə­rin canlarını alarkən on­la­ra: “Siz nə hal­da idiniz?”– de­yə­cəklər. Onlar: “Biz yer üzün­də zəif in­san­lar idik!”– de­yə cavab verə­cəklər. Mələklər də onlara: “Mə­gər Alla­hın yeri o qə­dər ge­niş deyil­dimi ki, siz də orada hic­rət edəy­di­niz?”– deyə­cək­lər. On­ların gedəcəkləri yer Cə­hən­nəm­dir. Ora nə pis dö­nüş yeridir

[98] Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır

[99] Ola bilsin ki, Allah on­la­rı əfv et­sin. Həqiqətən, Allah əfv edən­dir, ba­ğış­layandır

[100] Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu gözəl yer və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tə­rəf hicrət edərək evindən çıxdıq­dan sonra ölüm onu haq­la­yarsa, onun mü­ka­fa­tı­nı Allah verər. Allah bağış­layandır, rəhm­lidir

[101] Yer üzündə səfərə çıx­dı­ğınız za­man kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanızda sizə gü­­nah yoxdur. Şüb­həsiz ki, ka­firlər sizin açıq-ay­dın düşmən­i­niz­dir

[102] Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır

[103] Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir

[104] Kafir qövmü təqib et­mək­də zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir

[105] Doğrusu, Allahın sənə göstərdiyi kimi in­san­lar arasında hökm ve­rə­sən deyə, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma

[106] Allahdan bağışlanma di­lə! Şüb­həsiz ki, Allah bağış­la­yan­dır, rəhm­li­dir

[107] Özlərinə xəyanət edən­ləri müdafiə etmə. Şüb­hə­siz ki, Allah xain gü­nah­karı sevməz

[108] Onlar Alla­hın razı qal­madığı söz­ləri gecələr xəl­vət­də söylə­yərkən, onu in­sanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah on­­la­rın nə etdik­lə­rini əha­tə edir

[109] Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan öt­rü mü­­bahisə etdiniz, bəs Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq

[110] Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyər­sə, Allahın bağışla­yan, rəhmli ol­du­ğunu görər­

[111] Kim günah qazanarsa, onu an­caq öz əleyhinə qa­zan­mış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir

[112] Kim xəta edər və ya gü­nah qaza­nar, sonra da onu təq­siri ol­mayanın boynuna atar­sa, özü özü­nə böhtan atmış və açıq aydın gü­naha batmış olar

[113] Əgər sənə Allahın lüt­fü və rəhmi olmasaydı, əlbət­tə, on­la­rın bir qismi sə­ni doğru yol­­dan az­dır­maq istəyəcəkdi. Halbuki on­lar özlərin­dən baş­qasını azdıra bil­məz və sənə də heç bir zərər verə bilməz­lər. Allah sənə Ki­tabı və hikməti nazil etdi və sənə bil­mə­diklərini öyrətdi. Alla­­hın sənə olan lütfü bö­yükdür

[114] Onların pıçıdaşmalarının ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi ya­xud da insanlar ara­sında sülh ya­rat­mağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük mükafat ve­rə­rik

[115] Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir

[116] Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür

[117] Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər

[118] Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam

[119] Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır

[120] Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir

[121] Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər

[122] İman gətirib saleh əməl­­lər edən­ləri isə altın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları cən­nətlərə daxil edə­cə­yik. Bu, Allahın ger­­çək və­di sayəsində olacaqdır. Sözün­də Allah­dan da­ha doğ­ruçu kim ola bilər

[123] Bu nemətə nail olmaq nə si­zin ar­zunuzla, nə də Kitab əh­li­nin arzusu ilə­dir. Pislik edən kəs, onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə nə bir dost, nə də bir yar­dımçı tapa­caqdır

[124] Həm kişilərdən, həm də qa­dın­lar­dan mömin olaraq yaxşı işlər görənlər Cənnətə gi­rərlər və onlara xurma çər­də­yindəki oyuq qədər haqsızlıq edil­məz

[125] Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur

[126] Göylərdə və yerdə nə var­sa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir

[127] Səndən qadınlar haqqında fitva istəyir­lər. De: “Onlar haq­qında fitvanı sizə Allah verir: “Ki­tabda sizə oxu­nan ayə­lərdə öz­lə­ri­nə müəyyən edil­miş mi­rası ver­mə­yərək evlən­mək istədiyiniz ye­tim qızlarla, zəif uşaqlarla və ye­timlərlə əda­lətlə rəftar edin.” Siz nə yaxşılıq edir­sinizsə, şüb­həsiz ki, Allah onu bi­lir

[128] Əgər bir qadın öz əri­nin onu yola verməməsindən, yaxud ondan üz döndər­məsindən qor­­xarsa, ər-arvadın öz ara­la­rında an­laş­masında onlara günah gəlməz. Çünki bir-biri ilə anlaşmaq da­ha xeyirlidir. Doğ­rusu, nəfslər qısqanclığa meyillidir. Əgər qa­dınlarla yaxşı dav­ra­nıb Allah­dan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır

[129] Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir

[130] Əgər ər-arvad ayrılsa­lar, Allah hər birini Öz lütfün­dən zən­gin edər. Allah geniş lütf və hikmət sahibidir

[131] Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir

[132] Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər

[133] Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir

[134] Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir

[135] Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz, yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır

[136] Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, dərin bir az­ğınlığa düş­müşdür

[137] Doğrusu, iman gə­ti­rib sonra kafir olan, yenə iman gə­ti­­rib sonra ka­fir olan, sonra da küfrlərini artıranları Allah bağış­lama­ya­caq və doğru yola yö­nəlt­məyəcəkdir

[138] Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab var­dır

[139] O kəslər ki, möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə dost tutur­lar. Onlar kafirlərin yanında izzətmi axtarır­lar? Hal­buki izzət ta­ma­mi­lə Allaha məxsusdur

[140] Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır

[141] Sizə göz qoyan münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də: “Məgər biz sizinlə de­yil­dik­mi?”– deyər, ka­fir­lə­rin qələbədən bir nə­sibi olduqda isə: “Mə­gər biz mö­min­lər­lə birlikdə sizə qalib gələ bilə­cəyimiz halda, si­zi mö­min­lər­dən qoru­ma­dıq­mı?”– söy­lə­yər­lər. Qi­ya­mət gü­­nü Allah sizin aranızda hökm verə­cəkdir. Allah kafir­lərə mö­minlərin əleyhinə əsla bir yol ver­mə­yə­cək­dir

[142] Doğrusu, münafiqlər Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Onlar namaza durarkən kö­nül­­süz qal­xar, öz­lə­rini camaata gös­tərər və Allahı olduqca az yad edərlər

[143] Onlar mömin­lə­rlə kafir­lər ara­­sında tə­rəddüd edir; nə bun­la­ra, nə də onlara tərəf olur­lar. Alla­hın az­dır­dığı kəs üçün heç bir yol tapa bilməzsən

[144] Ey iman gətirənlər! Mö­min­ləri qoyub kafirləri özü­nü­zə dost tut­mayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi ver­mək istəyirsiniz

[145] Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində ola­­caq­lar. Sən on­lar üçün heç bir yardımçı tapa bilməzsən

[146] Tövbə edənlər, özlə­ri­ni islah edənlər, Allahdan möh­­kəm ya­pı­şanlar və öz din­lərini Allaha məxsus edənlər is­tis­na­dır. Bun­lar möminlərlə bərabərdirlər. Allah mö­minlərə tezliklə böyük mü­ka­fat verə­cəkdir

[147] Şükür etsəniz və iman gə­­tir­sə­niz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verən­dir, hər şeyi bi­lən­dir

[148] Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Yalnız zülmə mə­­ruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, bi­ləndir

[149] Əgər bir xeyri aşkara çı­xar­sanız və ya onu giz­lət­sə­niz, ya­xud bir pisliyi bağış­la­sa­nız, bilin ki, Allah əfv edəndir, hər şeyə qa­dir­dir

[150] Allaha və Onun elçilə­ri­nə küfr edənlər­, Allahla el­çi­lə­rini bir-birindən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tutmaq is­tə­yən­lər –

[151] məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazır­la­mışıq

[152] Allaha və Onun elçilə­rinə iman gətirən və onlardan heç bi­rini digərindən ayırmayan­lara gəlincə, Allah onlara öz müka­fat­la­rı­nı verə­cək­­dir. Allah bağış­la­yan­dır, rəhm­li­dir

[153] Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik

[154] Biz onlardan aldığımız əh­də gö­rə, Tur dağını baş­ları üzə­ri­nə qal­dır­dıq və on­la­ra: “Qapı­dan səcdə edərək daxil olun!”– de­dik. Biz on­lara: “Şənbə günü üçün qo­yul­muş qadağanı poz­ma­yın!”– de­dik. Biz onlardan möh­kəm bir əhd a­dıq

[155] Onlar əhdlərini poz­duqlarına, Alla­hın ayə­lə­rinə küfr et­dik­­lərinə, pey­­ğəm­bər­ləri haq­sız yerə öl­dür­dük­­lə­ri­nə və: “Qəlb­lə­ri­miz qa­pa­lı­dır!”– demələ­rinə görə lə­nə­tə dü­çar edil­­dilər. Xeyr, küfrləri üzün­dən Allah on­ların qəlblə­rini mö­hür­lə­miş­dir. Onlar ol­duqca az ina­nırlar

[156] Onlar həm də küfr et­dik­lə­rinə və Məryəmə qarşı böyük bir böh­tan dediklərinə görə

[157] bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər

[158] Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir

[159] Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır

[160] Yəhudilərin etdikləri zül­mə gö­rə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram et­dik. Həm də bir çox­larını, elə­cə də özlərini Allah yolun­dan dön­dərdiklərinə

[161] qadağan olunmasına baxmaya­raq, sələm aldıqlarına və haq­sız yerə in­sanların mal­la­rını yediklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq

[162] Lakin onlardan elmdə qüv­vətli olanlar və möminlər sənə na­zil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gə­ti­­rirlər. Biz on­la­­ra bö­yük mükafat ve­rəcəyik

[163] Biz Nuha və ondan son­ra­kı pey­ğəmbərlərə vəhy etdi­yi­miz kimi, sənə də vəhy etdik. Biz İb­rahimə, İsmailə, İs­ha­qa, Yaquba və onun nəslinə, İsa­ya, Əy­yuba, Yunusa, Haruna və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik

[164] Elçilərin bir qisimi ba­rə­sində daha öncə sənə xəbər verdik, digərləri barə­sin­də isə sənə heç nə söyləmədik. Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı

[165] Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah qüd­­rətlidir, hikmət sahibidir

[166] Fəqət Allah sənə nazil et­diyinə şahidlik edər. O, bu Qura­nı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid ola­raq Allah yetər

[167] Küfr edən və insanları Allah yolun­dan sapdı­ran kim­sələr, şübhəsiz ki, də­rin bir azğın­lı­ğa düş­müşlər

[168] Kafirləri və zalımları Allah əsla ba­ğışlamaz və doğ­ru yola yönəlt­mə­z

[169] İçərisində əbədi qala­ca­q­ları Cə­hən­nəm yolundan baş­qa. Bu isə Allah üçün çox asandır

[170] Ey insanlar! Pey­ğəm­bər sizə Rəb­binizdən haq­qı gətirdi. Elə isə ona iman gə­ti­rin! Bu si­zin üçün xeyirli olar. Əgər küfr et­sə­niz, şübhəsiz ki, göylər­də və yerdə nə varsa, Allaha məxsus­dur. Allah hər şeyi bi­lən­­dir, hikmət sahibidir

[171] Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər

[172] Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlə­rinə ar bi­lənlərin və təkəbbür­lük gös­tə­rən­lərin hamısını Öz hüzuruna top­laya­caqdır

[173] İman gətirib xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların mü­ka­fatlarını tam olaraq ve­rə­cək və Öz lütfündən on­lar üçün is­tə­diyi qədər artıracaq­dır. Alla­ha iba­dət etməyi özlə­rinə ar bilənlərə və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yar­dımçı tapa­ bilərlər

[174] Ey insanlar! Rəb­bi­niz­dən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) na­zil etdik

[175] Allaha iman gətirən və On­dan möhkəm yapışan şəxslərə gəlincə, Allah onları Öz rəhmətinə və lüt­fünə qo­vuşduracaq və on­ları Özünə tə­rəf gedən düz yola yö­nəldə­cək­dir

[176] Səndən fitva istəyirlər. De: “Va­li­­deyni və övladı ol­ma­yan kə­sin mirası ba­­rəsində fit­vanı sizə Allah verir: “Öv­ladı ol­ma­yan şəxs öldükdə onun bacı­sı varsa, qoyub get­diyinin ya­rı­sı ba­cı­ya ça­tır. Əgər ölmüş bacının öv­ladı yox­dur­sa, qar­daşı ona varis olur. Əgər va­ris­lər iki bacıdırsa, ölən qardaşın qo­­yub getdiyi­nin üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər qardaş və bacılar­dır­sa, ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür.” Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir

əl-Maidə

Surah 5

[1] Ey iman gətirənlər! Əhd­ləri­nizi ye­rinə yetirin. İh­ram­da ikən ov ovlamaq qadağan edilməklə yanaşı, adları sizə bil­di­ri­lə­cək hey­vanlar da istisna olmaqla, di­gər hey­van­lar si­zə halal edildi. Həqi­qətən, Allah is­tədiyi hök­mü verir

[2] Ey iman gətirənlər! Alla­hın nişa­nə­lərinə, haram aya, qurban­lıq heyvana, boynuna nişan ta­xılmış qurbanlıq hey­van­lara, Rəbbi­nin lüt­fünü və razı­lı­ğını di­lə­yə­rək Bey­tulha­ra­ma gələnlərə qarşı hör­mət­siz­lik et­məyin. İh­ramdan çıxdığınız za­man ov edə bilərsi­niz. Sizi Məs­ci­dul­ha­rama da­xil ol­­mağa qoy­ma­yan camaata qarşı olan kin-küdu­rət sizi təca­vüz etməyə sövq et­mə­sin. Yaxşılıq et­mək­də və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-biri­nizə yar­­­dım edin. Günah iş­lər görmək­də və düşmənçilik et­mək­də bir-bi­ri­nizə yardım etməyin. Allah­dan qor­xun. Hə­qiqətən, Allah cəzası şid­­dət­lidir

[3] Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir

[4] Səndən özlərinə nəyin ha­lal edildi­yi­ni soruşurlar. De: “Tə­miz ne­mətlər və Allahın si­zə öyrət­di­yindən təlim edib əh­li­ləş­dir­di­­yiniz yır­tıcı heyvan­la­rın ovla­dıq­ları sizə halal edildi. On­­ların si­zin üçün tutub gətirdiklərin­dən yeyin və ova gön­dərərkən onların üzərinə Alla­hın adını çəkin. Allahdan qor­­xun! Şüb­həsiz ki, Allah tez haqq-hesab çəkən­dir.”

[5] Bu gün pak ne­mətlər sizə ha­lal edildi. Kitab verilənlərin ye­mək­ləri sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır. Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, axi­rət­də ziyana uğrayan­lar­dan olar

[6] Ey iman gətirənlər! Na­ma­za qalxdığınız zaman üzünüzü və dir­­sək­lərə qə­dər əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və topuq­lara qə­dər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah sizi çə­tinliyə sal­maq is­təməz, fəqət O sizi pak etmək və sizə olan ne­mətini ta­mam­la­maq istər ki, bəlkə şü­kür edə­siniz

[7] Allahın sizə olan nemətini və: “Eşitdik və ita­ət etdik!”– de­diyiniz za­man si­zin­lə bağladığı əhdi xa­tırlayın. Allah­­dan qor­xun! Şüb­hə­siz ki, O, köks­­lərdə olan­ları bilir

[8] Ey iman gətirənlər! Allah üçün haqqı qoru­yan, ədalətlə şa­hid­lik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdu­rət sizi əda­lət­siz­li­yə sövq etmə­sin. Əda­lətli olun! Bu, təqvaya daha ya­xındır. Allah­dan qorxun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdar­dır

[9] Allah iman gətirib saleh əməl­lər edənlərə vəd etmişdir ki, on­lar üçün bağışlanma və böyük mü­kafat vardır

[10] Kafir olanlara və ayələrimizi ya­lan sa­yanlara gəlincə, onlar Cəhənnəm sa­kin­­­ləridirlər

[11] Ey iman gətirənlər! Alla­­hın sizə olan nemətini xatırla­yın. Bir zaman bir toplum sizə əl qal­dır­maq fikrinə düşmüşdü, Allah isə on­ların əllərini siz­dən çəkmişdi. Allahdan qor­xun! Qoy mö­min­lər Allaha tə­vəkkül etsinlər

[12] Allah İsrail oğullarından əhd a­la­mışdı. Biz onlardan on iki başçı təyin etmiş­dik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsa­nız, zəkat versə­niz, peyğəmbərlərimə iman gətirib on­la­rı dəstəklə­sə­niz və ka­sıb­lara könüllü yardım et­məklə Alla­ha gözəl bir borc ver­sə­niz, əl­bət­tə, təqsir­ləri­nizdən ke­çər və sizi al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bun­dan sonra siz­lərdən kim küfr edərsə, artıq doğru yoldan az­mış­ olar.”

[13] İsrail oğulları verdikləri əh­di poz­duqlarına görə, Biz on­­ları lənətlədik və qəlblərini sərt­ləş­dir­dik. Onlar kitabda olan kəlmə­lə­rin yerlərini də­yişdi­rir­­lər. Onlar özlərinə öyrə­dilmiş şeylərin bir his­səsini unut­du­lar. İçərilərin­dən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcək­sən. On­ları əfv et və təqsirlərin­dən keç. Şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir

[14] “Biz xaçpərəstik!”– de­yən­lərdən də əhd a­la­mışdıq. Onlar da özlərinə öy­rə­dilmiş şeylərin bir hissə­sini unutdular. Buna görə də on­ların arasına Qiya­mət günü­nə qə­dər ədavət və kin saldıq. Allah on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir

[15] Ey Kitab əhli! Sizə ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən rəsulumuz gəl­di. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir ki­tab gəl­di

[16] Allah, Onun rizasını ara­­yan kəs­ləri bu kitabla əmin-aman­lıq yol­larına yönəldər, on­­ları Öz izni ilə zülmət­lər­dən nura çıxarar və düz yola yö­nəl­dər

[17] “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir

[18] Yəhudilər və xaçpərəst­lər: “Biz Allahın oğulları və se­vimli­ləri­yik”– dedilər. De: “On­da nə üçün Allah sizə günah­la­rı­nı­za görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşər­si­niz.” O, istədiyi­ni ba­ğışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və on­la­rın ara­sında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Ona­dır

[19] Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövr­də: “Bizə müjdələyən və qor­­xudan kimsə gəlmədi”– de­mə­yə­si­niz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müj­dələyən və qor­xudan bir pey­ğəmbər gəldi. Allah hər şeyə qadirdir

[20] Bir zaman Musa öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Alla­hın sizə olan nemətini xa­tırlayın. O, sizin aranızdan pey­ğəmbərlər seçdi, sizi hökm­dar­lar təyin etdi və aləm­lər­dən heç kəsə vermədi­yi­ni sizə ver­di

[21] Ey qövmüm! Allahın si­zin üçün müəyyən etdiyi mü­qəddəs torpağa da­xil olun və geri dön­məyin, yoxsa ziyana uğ­ra­yaraq geri dönərsiniz.”

[22] Onlar dedilər: “Ey Mu­sa! Ora­da çox qüvvətli adam­lar var­dır. Onlar oradan çıx­ma­yınca, biz əsla oraya­ da­xil ol­ma­yaca­ğıq. Əgər onlar ora­dan çıx­salar, biz daxil olarıq”

[23] Allahdan qorxanlar arasından Alla­hın nemət verdiyi iki kişi de­di: “Onların üzərinə şəhər qa­pı­sın­dan daxil olun. Əgər siz ora­dan da­xil ol­sanız, mütləq qalib gələr­si­niz. Əgər mömin­siniz­sə, Allaha tə­vək­kül edin!”

[24] Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə on­lara qarşı vuruş. Biz isə burada oturacağıq”

[25] O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qarda­şıma hökm edə bilə­rəm. Odur ki, Sən bizi bu günahkar tay­fa­dan ayır!”

[26] Allah dedi: “Elə isə o yer onlara qırx il müd­dətinə ha­ram edildi. Onlar yer üzündə sərgərdan gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa­ üçün heyifsi­lənmə”

[27] Onlara Adəmin iki oğ­lu­­nun əhvalatını gerçək olaraq danış. O za­man ikisi də qurban vermiş, onların bi­rindən qəbul edil­miş, digə­rin­dən isə qəbul edilmə­miş­di. Qur­ba­nı qəbul olmayan qardaş öz qar­da­şı­na demişdi: “Səni hökmən öldü­rəcə­­yəm!” Qarda­şı da ona belə de­mişdi: “Allah saleh əməlləri ancaq müttəqi­lər­­dən qə­bul edər

[28] Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən sə­ni öl­­dürmək üçün sənə əl qal­dı­ran deyiləm. Çünki mən aləm­lə­rin Rəbbi olan Allahdan qor­xu­ram

[29] Mən istəyirəm ki, sən, həm mə­nim günahımı, həm də öz gü­nahını üzə­rinə götürəsən və Cəhənnəm əhlindən ola­san. Zalım­ların cəzası bu­dur”

[30] Nəhayət, nəfsi onu qardaşını qət­lə ye­tirmə­yə vadar etdi və o onu öl­dürdü, beləliklə də, ziyana uğrayan­lar­dan oldu

[31] Allah, qar­da­şı­nın cəsədini necə bas­dır­mağı ona gös­tər­mək üçün yeri eşən bir qar­ğa göndərdi. O dedi: “Vay ha­lıma! Yəni mən qar­daşı­mın cə­sə­dini basdırmaqda, bu qarğa qədər ol­maqdan da aci­zəm?” Beləliklə, o, peş­man­çılıq çəkənlərdən oldu

[32] Buna görə də İsrail oğul­la­rı­na ya­zıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzün­də fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, bü­tün insanları öl­dürmüş kimi olar. Kim də onu ölüm­­dən xilas edərsə, sanki bütün in­sanları xilas etmiş kimi olar. Pey­ğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bun­dan sonra da onla­rın çoxu yer üzündə həddi aşdılar

[33] Allaha və Onun rəsuluna qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir

[34] Sizin əlinizə keçməmiş­dən öncə tövbə edənləri müstəsna­dır. Bilin ki, Allah bağışla­yan­dır, rəhmlidir

[35] Ey iman gətirənlər! Allah­dan qor­xun, Ona yaxınlaş­maq üçün vasitə axta­rın və Onun yo­lunda cihad edin ki, bəl­kə nicat ta­pa­sı­nız

[36] Əgər yer üzündə olan hər şey, üs­­təlik bir o qədəri də ka­fir­lərin ol­sa və on­lar bu­nu Qiyamət gü­nü­nün əza­bından qur­tulmaq üçün fidyə ver­sə­lər, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır

[37] Kafirlər Oddan çıxmaq is­tərlər, la­kin onlar oradan çıxan de­yil­lər. Onlar üçün davamlı bir əzab vardır

[38] Oğru kişi­nin və oğru qa­dı­nın, etdikləri əməlin cəzası və Alla­hdan bir ibrət olaraq əllə­ri­ni kəsin! Allah qüdrətli­dir, hikmət sahibidir

[39] Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Hə­qi­qətən, Allah bağışlayan­dır, rəhm­li­dir

[40] Məgər bilmirsən ki, göy­lə­rin və yerin mülkü Alla­ha məx­susdur? O, istədiyinə əzab verər, istədiyini də ba­ğış­layar. Allah hər şeyə qadirdir

[41] Ey Rəsul! Qəlbləri iman gə­tir­mədi­yi halda ağızları ilə: “İman gətirdik!”– deyən kim­sələrdən və yəhu­dilərdən küfrə can atanların halı səni kədər­lən­dirməsin. Onlar yalanı həvəslə dinlə­yir, həm də sənin ya­nı­na gəlməyən başqa bir ca­ma­ata həvəslə qu­laq asırlar. Bunlar haqqı bildik­dən sonra kəl­mələrin yerlərini də­yiş­dirib onlara deyirlər: “Əgər sizə bu də­yişdirilən hökm verilsə, onu gö­tü­rün. Yox əgər o ve­rilməsə, ondan çə­kinin!” Allah kimi fitnəyə salmaq is­tərsə, sən ondan ötrü heç bir şey­lə Allaha ma­ne ola bilməz­sən. Onlar o kəs­lər­dir ki, Allah on­la­rın qəl­bini tə­miz­lə­mək istə­mə­miş­dir. Onlar üçün dün­yada rəzillik, axi­rət­də isə bö­yük bir əzab vardır

[42] Onlar yalana həvəslə qu­laq asır və daima haram ye­yirlər. Əgər onlar sənin ya­nına gəlsələr, aralarında hökm ver, və ya on­lardan üz çevir. Əgər onlar­dan üz çevirsən, sə­nə heç bir şey­lə zə­rər verə bil­məzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, ədalətlə hökm ver. Şübhə­siz ki, Allah ədalətli olanları sevir

[43] İçində Allahın hökmü olan Töv­rat özlərində olduğu halda, onlar səni necə hakim təyin edir­lər? Hələ bir bun­dan sonra da ver­diyin hökmdən üz çevi­rirlər. On­­lar iman gətirmiş kimsələr de­yil­lər

[44] Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı na­­zil etdik. Özlərini Alla­ha təslim edən pey­ğəm­bərlər bu­nun­la yəhudi­lə­r arasında hökm edərdi­lər. Din xadimləri və elm adamları isə Allahın kitabından qoru­nub sax­lanılanlarla hökm verərdi­lər. On­lar buna şahiddirlər. Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun! Ayə­lərimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firdirlər

[45] Biz Tövratda onlara ya­zıb buyur­duq ki, cana can, gözə göz, buruna bu­run, qulağa qu­laq, di­şə diş, ya­ralara da misli ilə qisas alınmalıdır. Kim bu­ qi­sası bağışlayarsa, bu onun üçün kəffarə olar. Alla­hın na­zil etdiyi ilə hökm ver­mə­yən­lər – məhz onlar zalımdır­dır

[46] Onların ardınca Mər­yəm oğ­lu İsa­nı özündən əvvəlki Töv­ratı təsdiqləyici olaraq gön­dər­dik. Ona içərisində hida­yət və nur olan, özündən əvvəlki Töv­ratı təs­diqləyən, müttəqi­lər üçün doğ­ru yol göstərən və öyüd-nəsihət olan İncili verdik

[47] Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanun­ları ilə hökm ver­sin. Allahın na­zil etdiyi ilə hökm ver­­məyənlər – məhz onlar fa­siqdirlər

[48] Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah is­təsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir

[49] Onların arasında Alla­hın na­zil etdiyi ilə hökm ver və onla­rın is­tək­ləri­nə uyma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil et­diyi hökm­lərin bəzi­sindən səni sap­dırma­sınlar. Əgər on­lar üz dön­dər­sələr, bil ki, Allah onla­rı bəzi günahlarına gö­rə mü­si­bə­tə dü­çar etmək istəyir. Hə­qi­qə­tən, insanların çoxu fa­siq­lər­dir

[50] Yoxsa onlar cahiliyyət dövrü­nün hök­mü­nü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan da­ha yaxşı hökm ve­rən kim­ ola bi­lər

[51] Ey iman gətirənlər! Yə­hudi və xaç­pərəstləri özünüzə dost tut­mayın! Onlar bir-biri­nin dostu­dur­lar. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü doğru yo­la yö­nəlt­məz

[52] Qəlblərində xəstəlik olan­ların: “Başı­mıza bir fə­lakət gəlmə­sindən qorxuruq”– deyə­rək ki­tab əhli arasın­da olmağa can atdıqla­rını görərsən. Ola bil­sin ki, Allah bir fəth nəsib et­sin və ya Öz tərə­fin­dən bir əmr versin və onlar ürək­lə­rin­də giz­lətdik­lərindən dola­yı peş­man ol­sun­lar

[53] İman gətirənlər isə de­yə­­cək­lər: “Sizinlə bir yerdə ola­caq­la­rı­na dair Alla­hın adı ilə möh­kəm and içənlər bun­lar­dırmı?” On­la­rın əməlləri puça çıxdı, öz­ləri də ziyana uğ­ra­yan­lardan oldu­lar

[54] Ey iman gətirənlər! Siz­lər­dən kim dinindən dön­ərsə, bilsin ki, Allah onun əvəzinə Özünün sev­­diyi və Onu sevən, mömin­lərə qar­şı mü­la­yim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. On­lar Allah yo­lunda ci­had edər və tə­nə edə­nin tənə­sindən qorx­maz­lar. Bu, Alla­hın lüt­­füdür, onu istədi­yinə verər. Allahın lütfü geniş­dir, O hər şeyi bi­lən­dir

[55] Sizin dostunuz ancaq Allah, Onun rəsulu və iman gə­tirən­lər­dir. O kəslər ki, Allaha bo­yun əyə­rək namaz qılır və zə­kat verir­lər

[56] Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə dost tu­tarsa, bil­sin ki, qələbə çalanlar məhz Allahın fir­qəsidir

[57] Ey iman gətirənlər! Siz­dən əvvəl Kitab verilənlərdən di­ni­ni­zi ələ salıb oyun-oyun­caq hesab edənləri və ka­fir­ləri özü­nüzə dost tut­mayın. Əgər mö­min­sinizsə, Allah­dan qorxun

[58] Siz namaza çağırdığınız za­man onlar onu məsxərəyə qo­yub oyun-oyuncaq sayarlar. Bu, on­ların dü­şüncəsiz bir toplum olmala­rına görədir

[59] De: “Ey Kitab əhli! Yal­nız Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimizə və si­zin əksəriyyə­ti­ni­zin fasiq ol­duğu­na görə­mi bizdən xoşunuz gəlmir?!”

[60] De: “Allah yanında cəza eti­barilə bundan daha pisini sizə xə­bər verim­mi? Bu, Alla­hın lə­nətlədiyi, qə­zəb­lən­diyi, içərilərin­dən bəzilərini meymunlara, do­nuz­la­ra və tağuta ibadət edənlərə çe­virdiyi kəs­lərdir. Onlar, yeri daha pis olan və doğru yol­dan da­ha çox azanlardır!”

[61] Onlar sizin yanınıza gəl­dikdə: “Biz iman gətirdik!”– de­yir­lər. Halbuki sizin ya­nı­nıza küfrlə girmiş, küfrlə də çıxıb get­miş­lər. Allah onların giz­lətdik­lə­rini daha yaxşı bilir

[62] Onlardan bir çoxunu gü­naha, düşmənçiliyə və ha­ram ye­mə­yə tələsən görərsən. On­ların tö­rət­dik­ləri əməllər ne­cə də pis­dir

[63] Məgər din xadimləri və elm adamları on­lara günah sözlər danışmağı və haram ye­məyi qada­ğan etməli diyildilərmi?! Onla­rın tö­rət­dik­ləri əməllər necə də pisdir

[64] Yəhudilər dedilər: “Alla­hın əli bağlıdır!” De­dikləri bu sö­zə görə onların öz əlləri bağ­lansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəb­bindən sənə nazil edilən kitab onlardan çoxunun az­ğın­lı­ğı­nı və küf­rü­nü artırar. Biz on­ların ara­­sı­na Qiya­mət gü­nünə qə­dər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo­­­vunu yan­dır­dıqda, Allah onu söndü­rər. On­lar yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy gös­tərərlər. Allah isə fitnə­kar­ları sevməz

[65] Əgər Kitab əhli iman gə­­ti­rib Allah­dan qorxsaydı, əlbət­tə, Biz, onların təq­sirlərindən keçər və onları Nəim cən­nətlərinə daxil edərdik

[66] Əgər onlar Tövrata, İn­ci­lə və Rəb­bindən özlərinə na­zil edi­lənə düz­gün əməl etsəy­di­lər, başları üs­tün­­də və ayaqları al­tında olan nemət­lər­dən ye­yərdi­lər. Onların ara­sın­da orta yol tutan bir züm­rə vardır. Fəqət on­la­rın çoxu­nun etdiyi əməllər necə də pis­dir

[67] Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni təbliğ et! Əgər bunu et­məsən, Onun risalətini ye­ri­nə ye­tir­miş olmazsan. Allah sə­ni in­san­lardan qoru­yacaq. Şüb­həsiz ki, Allah kafir toplumu doğru yola yönəlt­məz

[68] De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəb­bi­niz­dən sizə na­zil edilənə düz­gün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyil­siniz.” Əl­bəttə, Rəb­bin­dən sə­nə nazil edi­lən Qu­ran onlardan bir çoxunun az­ğınlı­ğını və küf­rünü artı­racaq­dır. Sən isə kafir top­lum üçün heyifsi­lənmə

[69] Şübhəsiz ki, iman gətirənlərin, habelə, yə­hudilərdən, sabii­lərdən və nəsra­ni­lər­dən Allaha və Axi­rət gü­nünə iman gətirib yax­şı iş gö­rən­lə­rin heç bir qorxusu yox­dur və onlar kə­dərlənmə­yəcəklər

[70] Biz İsrail oğullarından əhd-pey­man aldıq və onlara el­çilər göndərdik. Hər dəfə bir elçi on­lara könüllərinə yat­ma­yan bir şey gətirəndə o elçilə­rin bir qis­mini ya­lançı hesab edər, bir qismini də öldürər­dilər

[71] Onlar müsibət gəl­məyə­cə­yini gü­man etdilər, beləliklə də kor və kar ol­dular. Sonra Allah on­ların tövbələrini qə­bul etdi. Da­ha sonra isə onlardan bir ço­xu yenə kor və kar oldular. Allah onların nə et­diklərini görür

[72] “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldu­lar. Məsih isə de­mişdir: “Ey İsrail oğul­ları! Rəb­bim və Rəbbiniz olan Alla­ha iba­dət edin! Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmişdir və onun gedəcəyi yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır”

[73] “Allah üç­lü­yün üçün­cü­sü­dür!”– deyən­lər ar­tıq kafir ol­du­lar. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Əgər onlar de­dik­lərinə son qoy­masalar, on­lar­dan kafir olan­lara mütləq ağ­rılı-acılı bir əzab toxuna­caqdır

[74] Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir

[75] Məryəm oğlu Məsih an­caq bir el­çidir, ondan əvvəl də el­çi­lər gəlib get­mişlər. Onun anası isə Allaha sidq ürək­dən inanan bir qa­dın idi. Hər ikisi də yemək ye­yirdi. Bax gör ayə­lərimizi on­lara necə bəyan edi­rik, sonra da gör onlar haq­dan necə döndərilirlər

[76] De: “Allahı qoyub sizə nə bir zə­rər, nə də bir fayda ve­rə bil­­məyən şey­lə­rəmi iba­dət edirsi­niz?” Allah Eşidən­dir, Bi­ləndir

[77] De: “Ey Kitab əhli! Dini­­niz­də haq­sız yerə ifrata var­ma­yın. Ön­cə azmış, bir çoxlarını da az­dırmış və doğru yol­dan çıxmış bir dəstənin istəklərinə tabe ol­mayın”

[78] İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Mər­yəm oğlu İsanın dili ilə lə­nət­ləndilər. Bu, onların asi ol­duq­­­la­rı­na və Allahın qoyduğu həd­ləri aşdıqlarına görə idi

[79] Onlar bir-birlərini etdik­lə­ri pis əməllərdən çəkindir­mir­di­lər. Onların et­dikləri ne­cə də pis­dir

[80] Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini gö­rür­­sən. Nəfslərinin onlar üçün ha­zır­ladığı şey necə də pis­dir! Buna gö­rə də Allah onlara qə­zəb­lən­miş­dir və onlar əzab içində əbədi qa­la­caqlar

[81] Əgər onlar Allaha, Pey­ğəm­bərə və ona nazil olana iman gə­tir­səydilər, müşrikləri özlə­rinə dost tutmazdılar. La­kin onların ço­xu günah­karlar­dır

[82] Yəhudiləri və müşrikləri iman gə­tirənlərə qarşı düş­mən­çi­lik edən in­sanların ən pisi ol­du­ğunu görəcəksən. “Biz xaç­pərəs­tik!”– de­yənləri isə dost­luq baxı­mından iman gətirən­lərə ən ya­xın ol­du­ğunu görə­cəksən. Çünki on­la­rın arasın­da keşişlər və ra­hiblər var­dır və onlar təkəb­bür­lük gös­tərmir­lər

[83] Allahın elçisinə nazil edi­lə­ni din­lədikləri zaman haqqı bil­dik­lə­ri­nə görə onların göz­lə­rinin yaşla dolduğunu gö­rər­sən. On­lar de­yər­lər: “Ey Rəb­bimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir ye­rə yaz

[84] Nə üçün biz Allaha və bi­zə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməli­saleh ca­maatla birlikdə Cən­nə­tə daxil edə­­cə­yi­nə ümid edi­rik”

[85] Belə dediklərinə görə də Allah on­ları ağacları altından çay­lar axan, için­də əbədi qala­caq­ları cən­nətlərlə mü­kafat­lan­dır­dı. Yaxşı iş görən­lərin mü­ka­fatı budur

[86] Kafir olub ayələrimizi ya­lan sa­yan­lar Cəhənnəm sakin­­lə­ri­dir­lər

[87] Ey iman gətirənlər! Alla­hın sizə ha­lal buyurduğu tə­miz ru­zi­­ləri haram etməyin və həd­di aş­mayın. Həqiqətən, Allah həddi aşan­ları sevmir

[88] Allahın sizə ruzi olaraq ver­diyi ha­lal, təmiz nemətlər­dən ye­yin və iman gətirmiş olduğunuz Allahdan qorxun

[89] Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz

[90] Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız

[91] Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istəyər. Siz bu­na son qoyacaqsınızmı

[92] Allaha itaət edin, Onun El­çisinə ita­ət edin və asi ol­maq­dan çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin öh­də­si­nə düşən an­caq açıq-aydın təb­liğ et­mək­dir

[93] İman gətirib yaxşı işlər gö­rən­lə­rə, Allahdan qorxaraq iman gə­tirib yaxşı işlər gör­dük­ləri, son­ra yenə Allahdan qor­­xa­raq iman gə­tir­dikləri, sonra ye­nə də Allah­dan qorxa­raq yaxşı işlər gör­dük­lə­ri təq­dirdə, ha­ram edil­məmişdən əv­vəl dad­­dıqları şey­lərə görə heç bir gü­nah gəl­məz. Allah yaxşı iş görənləri se­vir

[94] Ey iman gətirənlər! Allah sizi əllə­ri­nizin və nizələrinizin ça­ta biləcəyi bir ovla imtahan edə­cək ki, Allah, gizlində (ya­xud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxar­sın. Bun­dan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab ha­zırlan­mış­dır

[95] Ey iman gətirənlər! İh­ram­da ikən ovu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, kəffarəsi öldür­düyünün mislində bir qur­banlıq heyvanı əvəz ödə­mək­dir. Buna sizlər­dən iki ədalət­li kişi qərar ver­məli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə çat­dı­rıl­ma­lı­­dır. Yaxud kəf­farə ola­raq kasıbları yedirtməli, ya­xud da buna bə­rabər oruc tutmalıdır ki, öz işi­nin zərərini dadsın. Allah olub-ke­çən­ləri ba­ğışlamışdır. Hər kim yenə bu günaha qa­yıtsa, Allah on­dan in­ti­qam alar. Allah Qüd­rətlidir, inti­qam al­mağa qa­dirdir

[96] Həm sizin, həm də sə­fər­də olan­ların faydalanması üçün də­niz ovu və onu yemək sizə halal edildi. İhramda oldu­ğu­nuz müd­dətdə isə quruda ov et­mək sizə haram edildi. Hü­zu­runa top­la­na­ca­ğınız Allah­dan qorxun!­

[97] Allah Kəbəni – müqəd­dəs evi, haram ayı, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Bu ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi Bilən olduğunu an­laya­sınız

[98] Agah olun ki, Allah şid­dət­li cəza verəndir, həmçinin də Allah Bağış­la­yan­dır, Rəhm­lidir

[99] Allahın elçisinin vəzi­fə­si an­caq təbliğ etməkdir. Allah sizin aş­kara çı­xar­dı­ğınızı da, gizlində saxladığınızı da bilir

[100] De: “Murdar şeyin çox ol­ması sənin xoşuna gəlsə be­lə, mur­darla təmiz eyni ola bil­məz”. Ey ağıl sahibləri! Allah­dan qor­xun ki, bəl­kə nicat ta­pa­sınız

[101] Ey iman gətirənlər! Si­zə agah olun­ca xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Quran nazil edil­diyi za­man onlar haqqında so­ruş­sa­nız, sizə aydın olar. Allah bunları – indi­yə qədər verdiyi­niz bu cür sualları əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir

[102] Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu sə­bəbdən kafir olmuşdu

[103] Allah müşriklərin bə­hi­rə, saibə, və­silə və ham ad­lan­dırıb büt­lərə nəzir et­di­yi hey­van­lar ba­rəsində heç bir gös­təriş ver­mə­mişdir. La­kin kafir olan­lar Alla­ha qarşı ya­lan uy­du­rurlar. Onların çoxu isə bunu anlamır

[104] Onlara: “Allahın nazil et­diyinə və göndərdiyi Elçiyə tə­rəf gəlin”– deyil­dikdə: “Ata­la­rı­mı­zın tutduğu yol bizə bəs­ edər”– de­yirlər. Əgər ataları bir şey bil­mə­yib, doğru yola yö­nəl­­məyiblərsə, on­da necə olsun

[105] Ey iman gətirənlər! Öz qeydini­zə qalın! Siz doğru yol­da ol­sanız, haqq yoldan azmış­lar sizə zərər yetirə bilməz­lər. Ha­mı­­nı­zın dönüşü Allaha ola­caq və O, et­di­yiniz əməllər ba­rədə sizə xə­bər verəcəkdir

[106] Ey iman gətirənlər! Siz­lərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içi­niz­dən iki ədalətli kişi, bir yerə səfərə çıx­­dığınız zaman başı­nı­za ölüm mü­sibəti gəldikdə isə özünüzdən ol­ma­yan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şa­hidlərə şüb­hə etsə­niz, namaz­dan sonra hər ikisini sax­layın və qoy onlar: “Biz bu andımızı lap ya­xın qo­humlara belə heç bir qiy­mətə satma­rıq və Allahın şahid­li­yi­ni giz­lət­mə­rik. Əks halda biz, şüb­həsiz ki, gü­nah­­karlardan olarıq”– deyə and içsinlər

[107] Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər

[108] Bu, onların olduğu ki­mi şahidlik etmələri və ya and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sibdir. Allahdan qor­xun və qulaq asın! Allah gü­nahkar tayfanı doğru yo­la yö­nəltməz

[109] Allah elçilərini topla­ya­­cağı gün deyəcək: “Sizə nə ca­vab verildi?” Onlar isə: “Bi­zim el­mimiz yoxdur. Şüb­həsiz ki, qeyb­ləri bilən Sənsən!”– de­yə­cəklər

[110] Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”

[111] Bir zaman Mən həvari­lə­rə: “Mə­nə və elçimə iman gə­­ti­rin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlman­la­rıq!”– de­miş­dilər

[112] Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun”

[113] Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq”

[114] Məryəm oğlu İsa dedi: “Ey Alla­hım! Ey bizim Rəbbi­miz! Bi­zə göy­dən bir süfrə en­dir ki, bi­zim həm birin­ci­miz, həm də axı­rıncımız üçün bir bay­ram və Sən­dən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yax­şı­sı­san!”

[115] Allah dedi: “Mən onu si­zə endi­rəcəyəm. Amma bun­dan son­­ra ara­nız­dan kafir olan­­lara aləm­­lərdən heç kəsə ver­mədi­yim bir əzabı verəcə­yəm”

[116] Allah deyəcək: “Ey Mər­­yəm oğlu İsa! Sənmi in­san­­la­ra: “Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!”– demiş­din?” İsa deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım olma­yan bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybləri bilən Sən­sən

[117] Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: “Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə Şahidsən

[118] Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Müd­rik­sən!”

[119] Allah dedi: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları cən­nətlər hazırlan­mışdır”. Allah on­­lardan razı­dır, onlar da On­dan razıdır­lar. Bu, böyük uğur­dur

[120] Göylərin, yerin və on­la­rın ara­sında olanların hökm­ranlığı Allaha məx­susdur və O, hər şeyə qadirdir

əl-Ənam

Surah 6

[1] Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar

[2] Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz

[3] O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir

[4] Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çe­vir­məsinlər

[5] Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza et­dik­lə­ri şe­yin xəbəri onlara tezliklə ça­ta­caqdır

[6] Məgər onlar özlərindən əv­vəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­­mi­zi gör­mədilərmi? Biz onlara yer üzündə sizə ver­mə­diyimiz im­kan­ları vermiş­dik. On­ların üzə­rinə göydən bol-bol yağış yağ­dır­mış və ev­lərinin al­tından çaylar axıt­mışdıq. Biz onları günahlarına görə hə­lak etdik və onlardan sonra başqa nə­sil­lər yaratdıq

[7] Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey de­yil­!”– deyərdilər

[8] Onlar: “Nə üçün ona mə­lək endi­ril­məyib?”– dedilər. Əgər biz mələk en­dirsəydik, iş bit­miş olar­dı, onlara isə möh­lət ve­ril­məz­di

[9] Əgər biz onu mələk et­səy­­­dik, əl­bət­tə, onu kişi edərdik və on­la­rı bir daha düşdükləri şüb­hə­yə salardıq

[10] Əlbəttə, səndən əvvəlki el­çilərə də istehza edilmişdi. Am­ma istehza edən­­ləri, məsxə­rə­yə qoy­duqları şey hər tərəf­dən bürüdü

[11] De: “Yer üzündə gəzib do­laşın və görün haqqı yalan sayan­la­rın aqibəti ne­cə oldu”

[12] De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Alla­ha məx­sus­dur!” Allah Özü­­nə rəhmli olmağı yaz­mış­­­dır. Gə­­lə­cə­yinə şübhə edilməyən Qiya­mət günündə sizi O top­la­­yacaqdır. Öz­lə­ri­ni zi­yana uğ­ra­danlar iman gətir­məz­lər

[13] Gecə və gündüzdə sü­kunət için­də olanların ha­mısı Ona məx­susdur. O, Eşidəndir, Bi­ləndir

[14] De: “Mən göyləri və ye­ri Yara­dan Allahdan başqa­sı­nımı dost tuta­ca­ğam? O, ha­mı­nı yedi­rir, Özünü isə heç kəs ye­dirmir”. De: “Mənə Allaha təs­lim olanla­rın birincisi olmaq əmr edildi”. Odur ki, sən müş­riklər­dən olma

[15] De: “Əzəmətli günün əza­bın­dan qorx­duğum üçün Rəb­bimə asi ol­ma­ram”

[16] O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm et­miş­dir. Bu, açıq-aydın uğur­dur

[17] Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir

[18] O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O, Hikmət sahibidir, hər şeydən Xə­bərdardır

[19] De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınızdan uza­ğam”

[20] Özlərinə Kitab verdiyi­miz kəslər Muhəmmədi öz oğul­larını tanı­dıq­ları ki­mi tanı­yır­lar. Özlərini ziyana uğradan­lar iman gə­tir­məzlər

[21] Allaha qarşı yalan uy­du­­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, zalımlar nicat tapmaya­caq­lar

[22] O gün onların hamısını bir yerə top­layacaq, sonra isə şə­rik qo­şanlara deyə­cəyik: “İd­dia etdi­yiniz şərikləriniz hara­dadır?”

[23] Sonra onların: “Allaha – Rəb­bi­mi­zə and olsun ki, biz müş­rik olma­mış­dıq!”– demə­lərindən başqa bir bəhanə­ləri qal­ma­ya­caq

[24] Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydur­duq­ları bütlər isə onlar­dan uzaqlaşıb yox olacaqlar

[25] Aralarında səni dinlə­yənlər də vardır. Quranı anla­masın­lar deyə onla­rın qəlblə­rinə pərdə çək­dik, qulaq­la­rı­na da tıxac vurduq. Onlar istə­ni­lən ayə­ni görsələr belə, yenə də ona inan­maz­lar. Hətta sə­nin ya­nına gəldikdə sə­ninlə mü­ba­hisə edir­lər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əf­sanələ­rin­dən baş­­qa bir şey deyildir”– de­yər­lər

[26] Onlar həm insanları haq­­dan uzaq­laşdırır, həm də öz­lə­ri on­dan uzaq­la­şır­lar. Onlar ancaq özlərini həlak edir və bunu hiss et­mirlər

[27] Odun üzərində dayan­dı­­rıl­dıqları vaxt onların: “Kaş ki, bizi dünya­ya qay­taraydılar! Onda biz Rəbbimizin ayə­lə­rini yalan say­mayıb möminlərdən olar­dıq”– dediklərini görəy­din

[28] Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar

[29] Onlar dedilər: “Dünya hə­ya­tı­mızdan başqa bir həyat yox­dur və biz diril­dilmə­yə­cə­yik!”

[30] Onları Rəbbinin qarşı­sın­da da­yan­dırılarkən bircə gö­rəydin! Allah on­lara de­yəcək­: “Məgər bu dirilmə həqi­qət de­yil­mi?” On­lar: “Əlbəttə, Rəb­­bi­mizə and olsun ki, bu həqi­qət­dir!”– deyə­­cək­lər. O buyu­ra­caq­: “Elə isə inkar etdi­yi­nizə görə dadın əzabı!”

[31] Allah ilə qarşılaşmağı ya­­lan sa­yanlar artıq ziyana uğ­ramış­lar. O Saat onları qəf­lə­tən haqla­dıqda onlar öz gü­nah yükləri­ni bel­lərində daşıyaraq de­yəcəklər: “Dünyada burax­dığımız əməl­lərə gö­rə vay ha­lımıza!” Onların daşı­dıqları şey necə də pisdir

[32] Dünya həyatı oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Müt­təqilər üçün isə axi­rət yurdu daha xeyirlidir. Mə­gər anlamır­sı­nız

[33] Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər

[34] Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bi­zim köməyimiz on­lara gələ­nə­dək ya­lançı sayılmalarına və on­lara əziy­yət verilməsinə sə­bir et­dilər. Heç kəs Allahın kəl­mələrini də­yi­şə bil­məz. Artıq peyğəmbərlərə aid bə­zi xə­bər­lər sənə gəlib çatdı

[35] Əgər onların haqdan üz döndər­məsi sənə ağır gəlirsə, on­da ba­carır­san­sa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcə­yin bir nərdivan tap ki, onlara bir möcüzə gətirə­sən. Əgər Allah istə­səy­di on­ları top­layıb doğru yola yö­nəl­dərdi. Elə isə cahillər­dən ol­ma

[36] Sənin çağırışını ancaq sə­mimi qəlb­dən din­­ləyənlər qəbul edər. Ölü­lərə gəl­dik­də isə, Allah onları di­rildəcək, son­ra da on­lar Onun hü­zuruna qayta­rıla­caqlar

[37] Kafirlər dedilər: “Niyə ona Rəb­bin­dən bir möcüzə en­diril­mə­yib?” De: “Şüb­hə­siz ki, Allah möcüzə endirməyə qa­­dir­dir. La­­kin onların çoxu bunu bil­mir”

[38] Yer üzündə gəzən hey­van­ların və göydə uçan ikiqa­nadlı quşların ha­mısı sizin ki­mi üm­mətlərdir. Biz Kitab­da heç bir şeyi nəzərdən qaçır­ma­dıq. Sonra on­lar Rəbbinin hü­zuruna top­la­na­caq­lar

[39] Ayələrimizi yalan sa­yan­lar qa­ran­lıqlar içində qalmış kar­lar və lallardır. Allah istədi­yini az­dırar, istədiyini isə düz yola yö­nəl­dər

[40] De: “Doğru danı­şan­lar­sı­­nızsa, de­yin görüm, əgər sizə Alla­hın əzabı gəlsə və ya hə­min Saat sizi haqlasa, Allah­dan baş­qa­sı­nı­mı çağıra­caqsı­nız?”

[41] Xeyr! Siz yalnız Onu ça­ğı­racaq­sı­nız. Əgər Allah istəsə, Ona uzaqlaşdır­ması haqqında yal­var­dığınız bəlanı ara­dan qal­dı­rar və şə­rik qoşduğunuz şey­lə­ri unu­dar­sınız

[42] Səndən əvvəl də üm­mət­lərə elçilər göndərmişdik. Biz o üm­mətləri sıxın­tıya və xəs­təliyə dü­çar etdik ki, bəlkə boyun əyə­lər

[43] Nə üçün əzabımız on­la­ra gəldiyi zaman boyun əy­mə­dilər? On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ gösdərdi

[44] Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar

[45] Beləliklə də zalım qöv­mün kökü kə­sildi. Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsudur

[46] De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən al­sa, qəlb­­lərinizə mö­hür vur­sa, Allah­dan başqa hansı məbud on­ları si­zə qay­tara bilər?” Bax gör, Biz ayələri ne­cə izah edi­rik, sonra onlar ye­nə üz çe­vi­rirlər

[47] De: “Bir deyin görək, əgər Alla­hın əzabı sizə qəflə­tən və ya açıq-açığı­na gəlsə, zalım qövmdən başqası hə­lak edi­lər­mi?”

[48] Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi gön­dəririk. İman gətirib əməllə­rini islah edənlərin heç bir qorxu­su yoxdur və onlar kə­dər­lənməyə­cəklər

[49] Ayələrimizi yalan sa­yan­­lara isə günah işlətdiklərinə gö­rə əzab toxu­na­caqdır

[50] De: “Mən sizə demirəm ki, Alla­hın xəzinələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm. Mən sizə demirəm ki, mən mə­lə­­yəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram”. De: “Mə­gər korla görən eyni ola bilərmi? Məgər düşün­mür­sünüz?”

[51] Rəbbinin hüzuruna top­la­na­caq­larından qorxanları xə­bər­dar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməl­­lərdən çə­kinələr

[52] Rəbbinin Üzünü diləyə­rək səhər və axşam çağı Ona dua edən­ləri ya­nın­dan qovma. Nə sən onların verəcəkləri he­sa­bata az­ca da olsa cavab­deh­sən, nə də onlar sənin verə­cəyin hesabatına az­ca da olsa ca­vab­dehdirlər. On­ları qov­san, za­lım­lardan olarsan

[53] Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar de­sinlər: “Mə­gər Allah bizim ara­mızdan ancaq bun­la­ra lütf gös­tər­mişdir?” Allah şü­­kür edən­ləri daha yaxşı tanı­yan de­yil­­mi

[54] Ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara de: “Sizə sa­lam olsun! Rəbbiniz Özünə rəhmli ol­mağı əzəldən yaz­mış­dır; sizlərdən hər kəs avam­lığı üzündən pis iş görsə, son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onu ba­ğış­layar. Həqiqətən, O, Ba­ğış­la­yan­dır, Rəhmlidir”

[55] Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik

[56] De: “Allahdan başqa yal­var­dıq­larınıza ibadət etmək mə­nə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin is­təklə­rinə uy­ma­ram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəl­miş­­lər­dən olmaram”

[57] De: “Mən Rəbbimdən na­zil olan açıq-aydın bir dəlilə əsasla­nı­ram. Siz isə onu yalan saydınız. Sizin səbir­siz­lik­lə can atdığınız əzab məndə deyildir. Hökm yal­nız Allaha məxsus­dur. Allah haqqı söy­ləyir və O, ayırd edənlərin ən yaxşısıdır”

[58] De: “Əgər səbirsizliklə can atdı­ğı­nız əzab mənim əlim­də ol­saydı, əlbət­tə, mənimlə si­zin ara­nızda iş bitmiş olar­dı. Allah za­lımları daha yaxşı ta­nıyır”

[59] Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur. Yerin qaranlıq­la­rında elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuzda) olmasın

[60] Gecələr sizi yatızdıran, gün­düz­lər isə nələr etdiyinizi bilən Odur. Son­ra O, sizi sə­hər­lər oya­dır ki, müəyyən olun­muş əcə­liniz gəlib çatsın. Son­ra isə dönü­şünüz Ona ola­caq. O, nə etdiklə­ri­niz ba­rədə sizə xəbər verəcək­dir

[61] O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir. Nəha­yət sizlərdən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər

[62] Sonra onlar öz­lə­rinin hə­qiqi Hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Hökm yalnız Ona məx­susdur və O, ən tez haqq-hesab çəkən­dir

[63] De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əl­bət­tə ki, şü­kür edənlərdən olarıq”– deyə yal­var­dı­ğınız za­man sizi qu­runun və dənizin zülmətlərindən xilas edən kim­dir?”

[64] De: “Ondan və bütün başqa sıxın­tılardan sizi Allah xilas edir. Sonra siz yenə də Ona şərik qoşur­sunuz”

[65] De: “Allah başınızın üs­tün­dən və ya ayaqlarınızın al­tından sizə əzab gön­dər­məyə, ya da sizi qarışıqlığa sa­lıb dəs­tə-dəstə et­məyə və birinizə di­gəri­nin gü­cünü dad­dırmağa qa­dirdir”. Gör ayə­lərimizi necə izah edirik ki, bəl­kə başa düş­sünlər

[66] Quran həqiqət ola-ola sə­nin qöv­mün onu yalan saydı. De: “Mən sizi qo­ru­yan deyi­ləm”

[67] Hər bir xəbərin gerçəklə­şə­cəyi mü­əyyən vaxtı var və siz onu biləcəksiniz

[68] Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma

[69] Müttəqilər onların törət­dik­lərinə görə azca da olsa məsuliy­yət daşı­mır­lar. Lakin xatırlatmaq lazımdır ki, bəl­kə Allahdan qor­xalar

[70] Dinlərini oyun və əy­ləncə sa­yan­ları və dünya hə­ya­tının al­datdığı şəxs­lə­ri tərk et. Bununla xatırlat ki, heç kəs qa­zandıq­larına görə özünü məh­və məh­­kum etmə­sin. Allah­dan baş­qa onun nə bir hamisi, nə də bir havadarı olacaq­dır. O nə cür fidyə versə də, on­dan qə­bul olun­maya­caq. Onlar qa­zan­dıqları gü­nahlara görə məhvə məhkum olan­lar­dır. Kafir ol­duq­larına görə onlar üçün qay­nar içki və ağrılı-acılı bir əzab hazır­lan­mış­dır

[71] De: “Biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey­­lərəmi iba­dət edəcə­yik? Allah bizi doğ­ru yola yönəlt­dikdən sonra, şey­tan­la­rın yer üzün­də azdır­dığı, mömin dost­ları­nın isə: “Bizə tə­rəf gəl!”– deyib doğru yola ça­­ğır­dıqları çaşbaş qa­lan kim­sə ki­mi ge­ri­yəmi döndə­riləcəyik?” De: “An­caq Alla­­hın haqq yolu doğru yoldur! Bizə əmr edil­mişdir ki, aləm­lərin Rəb­binə təs­lim olaq

[72] Namaz qılın, Allahdan qor­­xun, məhz Onun hüzuruna top­lana­caqsınız”

[73] Göyləri və yeri haqq ola­­raq xəlq edən Odur. O: “Ol!”– de­di­yi gün hər şey olar. Onun Sözü haq­dır. Sur üfürü­lə­cə­yi gün hökm yalnız Ona məxsus ola­caq­dır. Qeybi və aşkarı Bi­lən də Odur. O, Hikmət sahibidir, hər şeydən Xəbər­dardır

[74] Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri mə­bud­lar­mı qə­bul edirsən? Mən səni və sənin qövmü­nü açıq-aydın azğın­lıq için­də görü­rəm”

[75] Beləcə, Biz, İbrahimə göy­­lərin və yerin səltənətini gös­tərdik ki, yəqin­lik­lə inanan­lar­dan olsun

[76] Gecənin qaranlığı onu bü­rü­dük­də o, ulduz görüb: “Bu mə­nim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Mən ba­tanları sevmi­rəm!”– dedi

[77] Doğan ayı gördükdə: “Bu mənim Rəbbim­dir!”– dedi. O bat­dıqda isə: “Əgər Rəbbim məni doğru yola yö­nəlt­mə­səy­di, mən az­mış adamlardan olar­dım”– dedi

[78] Doğan günəşi gördük­də: “Bu mə­nim Rəbbim­dir, bu da­ha bö­yükdür!”– dedi. O bat­dıq­da isə dedi: “Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam

[79] Doğrudan da mən, hə­nif olaraq üzümü göyləri və yeri ya­radana çe­vir­dim. Mən müş­riklər­dən deyiləm”

[80] Qövmü onunla höcət­ləş­di. O de­di: “Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız

[81] Siz, Allahın sizə, haq­qın­da heç bir dəlil nazil etmə­diyi şey­lə­ri Ona şə­rik qoşmaqdan qorxmursu­nuz­sa, mən sizin şə­rik qoş­duq­ları­nızdan necə qor­xa bilə­rəm? Əgər bilirsinizsə, deyin gö­rüm iki dəstədən hansı əmin-aman­lıq­da olmağa daha haq­lıdır?”

[82] İman gətirdikdən sonra iman­la­rına zülm qatışdırma­yan­ları əmin-aman­­lıq gözləyir. Doğ­ru yola yönəl­mişlər də məhz on­lardır

[83] Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə verdiyimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb­­həsiz ki, Rəb­bin hikmət sahibidir, hər şeyi bi­lən­dir

[84] Biz ona İshaqı və Ya­qubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yö­nəltmişdik. Onun nəslindən olan Da­vudu, Süley­manı, Əy­yubu, Yusufu, Mu­­sanı və Ha­runu da. Biz yaxşı əməl sa­hib­lərini belə mükafatlandırırıq

[85] Zəkəriyyanı, Yəhyanı, İsa­nı və İl­yası da. Hamısı əməli­saleh­lər­dən idilər

[86] İsmaili, Əlyəsəni, Yunu­su və Lu­tu da. Hamısını aləm­lərdən üstün et­dik

[87] Onların atalarından, nə­sil­lərin­dən və qardaşlarından bəzilə­ri­ni də. On­ları seçdik və düz yola yönəltdik

[88] Bu, Allahın hidayətidir. Bununla O, qullarından is­tə­di­yi şəx­si doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əl­bəttə, et­dik­ləri əməllər puç olar­dı

[89] Bunlar, Kitab, hikmət və pey­ğəm­bərlik verdiyimiz kəs­lər­dir. Əgər ka­fir­lər ayələri in­kar etsələr, Biz onları inkar et­məyən bir qövmə həvalə edə­rik

[90] Bunlar Allahın doğru yo­la yö­nəlt­diyi kəslərdir. Sən də on­la­rın haqq yo­lu­na yönəl. De: “Mən bunun əvəzinə siz­dən heç bir mü­kafat istəmirəm. Bu Ki­tab aləmlər üçün yalnız bir xatırlat­ma­dır”

[91] Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da onları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər

[92] Bu, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları qor­xut­maq üçün nazil etdiyi­miz, özündən əvvəlkiləri təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rətə inananlar ona da inanı­rlar. Onlar na­maz­larını doğru-düzgün qılırlar

[93] Allaha qarşı yalan uy­du­­randan və ya özünə vəhy olun­ma­dı­ğı halda: “Mə­nə də vəhy olun­muşdur”– söylə­yəndən və: “Mən də Allahın nazil et­di­yi­nin bənzə­rini endirəcəyəm”– deyən­dən da­ha zalım kim ola bilər? Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: “Canları­nızı çı­xarın! Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!”– dediklərini bircə gö­rəy­din

[94] Hüzurumuza ilk dəfə si­zi xəlq etdiyimiz kimi tək-tən­ha, həm də sizə verdiyimiz ne­mətləri arxanızda qoyub gəl­di­niz. Öz ara­nızda Allaha şərik say­dığınız şə­faət­çilərinizi də ya­nı­nızda gör­mü­rük. Artıq ara­nız­da əlaqə qırıl­mış, iddia et­di­yi­niz məbudlar isə sizdən uzaq­laşmışdır

[95] Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz

[96] Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün he­sablama ölçüsü etdi. Bu, Qüdrətli və Bi­lən Alla­hın mü­əyyən etdiyi hökmdür

[97] Qurunun və dənizin qa­ran­lıq­la­rında yolu tapa bilə­si­niz de­yə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayə­ləri bilən bir qövmə izah etdik

[98] Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik

[99] Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır

[100] Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır

[101] O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olma­dığı hal­da övladı necə ola bi­lər? Hər şeyi O xəlq etmiş­dir. O, hər şeyi bi­lir

[102] Budur sizin Rəb­bi­niz olan Allah. On­dan başqa iba­də­tə layiq olan məbud yoxdur. Hər şeyin Ya­ra­dıcısı Allahdır! Elə isə Ona iba­dət edin! O, hər şeyi Qo­ruyandır

[103] Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lə­tifdir, hər şeydən Xəbərdardır

[104] De: “Rəbbinizdən sizə göz qa­ba­ğında olan dəlillər gəl­miş­dir. Kim on­la­rı görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstü­nüzdə gözətçi deyiləm”

[105] Biz ayələri beləcə izah edi­rik ki, onlar: “Sən dərs al­mı­san”– de­sinlər və Biz də Qu­ra­nı bilən adamlara izah edək

[106] Rəbbindən sənə vəhy olu­nana tabe ol! Ondan başqa ibadətə layiq olan mə­bud yox­dur. Müş­riklərdən isə üz çevir

[107] Əgər Allah istəsəydi, on­lar şə­rik qoşmazdılar. Biz səni on­la­rın üs­tündə gözətçi qoy­ma­mışıq və sən on­ları qo­ru­yan da de­yil­sən

[108] Müşriklərin Allahdan baş­qa­la­rı­na tapındıqlarını söy­mə­yin. Yox­sa onlar da elmsiz ola­raq düş­məncəsinə Allahı sö­yərlər. Biz hər bir ümmətə öz əməl­lə­ri­ni be­ləcə gözəl­ləş­dir­dik. Sonra isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə et­dikləri barədə onlara xə­bər ve­rə­cək­dir

[109] Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər on­lara bir ayə gəlsə, mütləq ona ina­nacaqlar. De: “Ayələr an­caq Alla­hın ya­nındadır. Siz hara­dan bilə­siniz ki, o ayələr gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər?”

[110] Biz onların ürəklərini və göz­lə­rini ilk dəfə ona iman gə­tir­mədikləri ki­mi tərsinə çe­vi­rər və onları öz azğınlıq­ları içə­risində sərgərdan dola­şan və­ziy­yətdə tərk edərik

[111] Əgər Biz onlara mələk­ləri gön­dərsəydik, ölülər də onlarla danış­saydı və hər şeyi onların qarşısına top­la­say­dıq, Allah istə­mə­yincə, onlar iman gə­tir­məz­dilər. Lakin onların çoxu bunu bilmir

[112] Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəy­di, onlar bunu etməz­di­lər. Onları uydurduqları şey­lər­lə birlik­də tərk et

[113] Bu ona görədir ki, axi­rə­tə inanma­yanların ürəkləri təm­­tə­raqlı sözlərə meyl etsin, bun­dan razı qalsınlar və gör­dük­lə­ri pis işləri bir daha gör­sünlər

[114] De: “Allah bu Kitabı si­zə təfər­rü­atı ilə nazil etdiyi hal­da, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Ki­tab verdik­lə­rimiz bilirlər ki, o, həqi­qə­tən, sənin Rəbbin tərə­findən nazil edil­mişdir. Odur ki, şübhə edənlərdən olma

[115] Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir

[116] Əgər sən yer üzündə olan­ların ək­səriyyətinə itaət et­­sən, on­lar səni Allah yolun­dan azdı­rarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydu­rur­lar

[117] Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yax­şı tanıyır. O, doğru yolda olan­ları da yaxşı tanı­yır

[118] Əgər Allahın ayələrinə ima­n gətirmişsinizsə, üstündə Onun adı çə­kilmiş – “bis­milləh” de­yi­lib kə­silmiş heyvanlardan ye­yin

[119] Allah, – məcburiyyət qar­şısında yeyəcəyiniz şeylər istisna ol­maqla – ha­ram buyu­rulanları təfsilatı ilə sizə bil­­dirdiyi halda, üstündə Onun adı çəki­lənlərdən nə üçün ye­məyəsi­niz? Şüb­həsiz ki, çox­la­rı elmsiz olduqları üçün öz is­təklərinə uyub insanları doğ­ru yol­dan azdırırlar. Həqiqə­tən, sə­nin Rəb­bin, həddi aşan­ları da­ha yaxşı tanıyır

[120] Günahın aşkarından da, gizli­sin­dən də əl çəkin! Şübhə­siz ki, günah qa­zananlar etdik­ləri əməllərə görə cəza­lan­dı­rı­lacaqlar

[121] Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız

[122] Məgər ölü ikən dirilt­di­yi­miz və özünə də insanlar ara­sın­da gəzmək üçün nur ver­di­yi­miz şəxs qaranlıqlar için­də qa­lıb ora­dan çıxa bilməyən kəs ki­mi ola bi­lərmi? Kafirlərə gör­dük­­lə­ri işlər be­ləcə gözəl­ləş­di­rildi

[123] Beləliklə hər bir ölkə­də oranın günahkarlarını başçı­lar tə­yin etdik ki, onlar orada müm­kün qədər yaramaz iş­lər gör­sün­lər. Hal­buki onlar o yaramaz işləri yalnız öz­lərinə qarşı edir­lər və bu­nu da hiss etmirlər

[124] Onlara bir ayə gəldik­də: “Alla­hın elçilərinə verilə­nin bən­zə­ri bizə də verilmə­yincə iman gətirməyəcəyik”– de­di­lər. Allah pey­ğəmbərliyini kimə ve­rəcəyini daha yaxşı bilir. Gü­nahkar­lar, qur­duqları hiylələrə görə Allahın hüzurun­da rəzil ola­caq və şid­dət­li əzab çə­kə­cəklər

[125] Allah kimi doğru yola yönəlt­mək istəsə, onun köksü­nü İs­lam üçün açar, kimi az­dır­maq istəsə, onun kök­sü­nü, san­ki o, göyə çı­xırmış kimi daral­dar və sıxın­tılı edər. Allah iman gətir­məyənləri be­ləcə cəza­lan­dırar

[126] Rəbbinin doğru yolu bu­dur. Ar­tıq Biz ayələri düşü­nən bir qövmə izah etdik

[127] Onlar üçün Rəbbi ya­nın­da əmin-amanlıq yurdu ha­­zır­lan­mış­dır. Gördükləri yaxşı işlərə görə onların Hi­mayəçisi Odur

[128] Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir

[129] Beləliklə, qazandıqları gü­nahlara görə zalımların bir qis­mi­ni digərinə ha­kim təyin edərik

[130] Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içə­ri­niz­dən ayə­lə­rimi xəbər ve­rən və bu günü­nüzlə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edən elçilər gəl­mə­dimi?” Onlar de­yə­cək­lər: “Biz öz əley­hi­mizə şa­hidlik edi­rik!” Onları dünya hə­­yatı aldat­dı və onlar kafir ol­duqları ba­rədə özlərinə qarşı şəhadət ver­dilər

[131] Bu ona görədir ki, sənin Rəb­bin əhalisi qa­fil olan kəndləri haq­sız­casına məhv etməz

[132] Hər kəsin etdiyi əməl­lə­rə görə dərəcələri vardır. Rəb­bin on­ların etdik­lərindən qafil deyil­dir

[133] Rəbbin Zəngindir, mər­­hə­mət sa­hibidir. İstəsə, sizi məhv edər və sizi baş­qa bir qövmün nəslindən yaratdığı ki­mi siz­dən son­ra da yerinizə istə­di­yi­ni gə­tirər

[134] Həqiqətən, sizə vəd olu­nan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bil­məyəcəksiniz

[135] De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin. Mən də edə­cə­yəm. Axirət Yurdunun aqi­bə­ti­nin kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, za­lım­lar nicat tapmazlar”

[136] Onlar Allah üçün Onun yarat­dı­ğı əkindən və mal-qa­ra­dan pay ayırıb öz batil id­dia­la­rına əsasən: “Bu, Allah üçün­dür, bu da şə­rik qoşduq­ları­mız bütlər üçündür”– deyirlər. Şə­rikləri üçün ayır­dıqları pay Alla­ha çatmır, Allah üçün ayır­dıq­ları pay isə şərik­lə­ri­nə çatır. On­ların verdik­ləri hökm necə də pisdir

[137] Beləliklə, müşriklərin bir çoxu­na övladlarını öldür­məyi öz şərikləri gözəl göstər­dilər ki, həm onları məhv et­sinlər, həm də din­lərinə qarma­qarı­şıq­lıq salsınlar. Əgər Allah istə­səy­di, onlar bu­nu etməz­dilər. Elə isə onları uydur­duqları ilə birlikdə tərk et

[138] Onlar öz batil iddiala­rına görə: “Bu mal-qara və əkin­lər ha­ram­dır. Bun­ları bizim is­tədikləri­mizdən başqa heç kəs yeyə bil­məz”– deyirlər. Müş­rik­lər mal-qaradan bəzisinə min­məyi haram edir, bəzisini də kəsərkən üstündə Alla­hın adını çək­mirlər. Onlar bu­nu Allaha iftira ataraq edirlər. O da on­la­rı atdıq­la­rı iftiraya görə cəza­landıracaqdır

[139] Onlar: “Bu mal-qara­nın qarın­la­rın­dakı balalar kişiləri­mi­zə halal, qadın­larımıza isə haram­dır”– deyirlər. Əgər o bala ölü do­ğu­larsa, hamısı onu yeməyə şə­rik olurlar. Allah on­ları bu vəsf­lə­rinə görə cəza­lan­dıracaqdır. Hə­qiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir

[140] Axmaqlıqları üzündən dərk et­mə­dən öz övladlarını öldü­rən və Alla­hın onlara ver­diyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramış­lar. Onlar azdılar və doğru yo­la yönəl­mədilər

[141] Talvar üzərində olan və tal­var­sız öz gövdəsi üzə­rində du­ran bağları, dad­ları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzə­mə­yən zeytunu və narı yaradan Odur. Bar ver­di­yi za­man onla­rın mey­vəsin­dən yeyin, yığım günü zəka­tını ve­rin, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir

[142] Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir

[143] Allah, o heyvanlardan sək­kiz cift yaratdı; qoyundan iki­sini və keçidən iki­sini. De: “O, iki erkəyi haram buyurdu, yox­sa iki di­şi­ni, yaxud iki dişinin qar­nındakı balaları? Əgər doğ­ru danı­şan­lar­sı­nızsa, elmə əsas­lanıb bu haqda mə­nə xəbər ve­rin”

[144] Dəvədən də ikisini, inək­­dən də ikisini. De: “O, iki er­kəyi ha­ram bu­yur­du, yoxsa iki dişini, yaxud iki dişinin qar­nındakı ba­laları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi za­man şahid idi­niz?” Elmsiz olaraq in­sanları az­dırmaq üçün Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, Allah zalım qövmü doğru yola yö­nəltməz

[145] De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir

[146] Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunla­rına və ya bağırsaqlarına ya­pı­şan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də ha­ram etdik. Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq

[147] Əgər onlar səni yalançı hesab et­sələr, de: “Rəbbiniz ge­niş mər­həmət sa­hibidir. La­kin Onun əzabı günahkar tayfa­dan uzaq­laş­dırılmaz”

[148] Müşriklər deyəcəklər: “Allah is­təsəydi, nə biz, nə də ata­la­rı­mız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bi­lərdik”. On­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab et­miş­di­lər. Axırda əza­bımızı dad­dılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq zənnə qapılır və an­caq yalan danı­şır­sı­nız”

[149] De: “Tutarlı dəlillər Alla­ha məx­susdur. Əgər O istə­səy­di, si­zin ha­mınızı doğru yola yönəl­dərdi”

[150] De: “Şahidlərinizi gəti­rin şəha­dət versinlər ki, bunu Allah haram bu­yurmuşdur”. Əgər onlar şəhadət ver­sə­lər, sən onlarla bir­likdə şəhadət ver­mə. Ayələrimizi yalan sa­yanların və axirətə inan­­mayan­ların is­təklə­rinə uyma. On­lar baş­qa­la­rını öz Rəbbinə tay tuturlar

[151] De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız

[152] Yetim həddi-buluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ru­yub sax­lamaq və ar­tırmaq məq­sədilə istifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laş­mayın! Öl­çüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik. Söz söy­lə­di­yi­niz zaman, qohumu­nuz olsa be­lə, əda­lətli olun. Allah qarşısındakı əhdə sa­diq qalın. Allah bunları sizə töv­siyə et­mişdir ki, bəlkə, düşü­nüb ib­rət alasınız

[153] Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Baş­qa yol­la­ra uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları si­zə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz

[154] Sonra Biz Musaya – yax­şı iş gö­rən kimsəyə nemə­timizi ta­mam­lamaq məqsədilə, hər şe­yi müfəssəl izah edən, doğru yol gös­tə­ricisi və mər­həmət ola­raq Kitab verdik ki, bəlkə on­lar öz Rəbbi ilə qar­şılaşa­caq­la­rına iman gə­tirələr

[155] Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır. Ona tabe olun və Allah­dan qorxun ki, bəlkə sizə rəhm oluna­

[156] Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yal­nız biz­dən əv­vəl­ki iki tay­­faya – yəhu­dilərə və xaçpərəstlərə nazil edil­mişdir. Biz isə onla­rın oxu­duq­la­rın­dan xəbərsi­zik”

[157] və ya: “Əgər bizə Kitab nazil edil­səydi, onlardan daha çox doğru yol­da olar­dıq”– de­məyə­si­niz. Artıq sizə Rəb­bi­niz­dən açıq-ay­dın bir dəlil, doğru yol göstəricisi və mər­həmət gəl­mişdir. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kim ola bilər? Ayələrimizdən üz çevi­rənləri üz çevir­dik­lə­ri­nə görə pis əzab­la cəza­lan­dıra­cağıq

[158] Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”

[159] Dinlərini parçalayıb fir­qə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Alla­ha aiddir. Sonra Allah onlara etdik­ləri əməllər barədə xəbər verə­cəkdir

[160] Kim yax­şı əməl gə­tirərsə, ona gətir­diyinin on qat əvəzi ve­ri­lər. Kim pis əməl gə­tirərsə, ona ancaq gə­tirdi­yi­nin misli qədər cəza ve­rilər. On­lara haq­sızlıq edilməz

[161] De: “Həqiqətən, Rəb­bim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yö­nəlt­di. O heç vaxt müşrik­lər­dən ol­ma­mış­dı”

[162] De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür

[163] Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm”

[164] De: “Allah hər şeyin Rəbbi ol­duğu halda, mən On­dan baş­qa məbud­mu axtaraca­ğam?” Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir. Heç bir gü­nahkar baş­qasının güna­hını daşı­maz. Son­ra isə dönü­şünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz mə­sə­lələr barədə sizə xəbər verəcəkdir

[165] Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir

əl-Əraf

Surah 7

[1] Əlif. Ləm. Mim. Sad

[2] Bu, insanları qorxutmaq və mö­minlərə öyüd-nəsihət ver­mək üçün sə­nə nazil edilən Ki­tabdır. Ona görə qəl­bin heç narahat ol­ma­sın

[3] Rəbbinizdən sizə nazil edi­lənə ta­be olun. Onu qoyub baş­qa dostlara uy­mayın. Siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz

[4] Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya gü­nor­­ta çağı ya­tıb istirahət etdikləri vaxt gəl­di

[5] Əzabımız onları haqla­dı­ğı zaman onların çağırışları: “Həqi­qə­tən, biz za­lım olmu­şuq!”– de­məkdən başqa bir şey olmadı

[6] Biz, mütləq elçi göndəri­lən üm­mə­ti və göndərilmiş el­çiləri sor­ğu-suala tutacağıq

[7] Onlara etdikləri əməlləri ba­­rədə Öz elmimizlə bildirə­cəyik. Axı Biz qaib de­yildik

[8] O gün əməllərin tərəzidə çə­kilməsi bir həqiqətdir. Tərə­zi­ləri ağır gələnlər – məhz onlar nicat ta­panlardır

[9] Tərəziləri yüngül gələn­lər isə ayə­lərimizə qarşı haq­sızlıq et­diklərinə gö­rə özlərini ziyana uğradanlardır

[10] Biz sizi yer üzündə yer­ləşdirdik və orada sizin üçün do­la­nı­şıq vasitələri yaratdıq. Ne­cə də az şükür edirsiniz

[11] Sizi xəlq etdik, sonra si­zə surət verdik, sonra da mə­lək­lərə: “Adəmə səc­də edin!”– dedik. İb­lisdən başqa ha­mı­sı səc­də etdi. O, səcdə edənlər­dən ol­madı

[12] Allah dedi: “Mən sənə əmr etdik­də sənə səcdə etməyə nə ma­ne oldu?” İblis dedi: “Mən on­dan daha üstünəm. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan!”

[13] Allah buyurdu: “Oradan aşa­ğı en! Orada təkəbbür­lük gös­tər­mək sənə ya­ramaz. Çıx get, çünki sən alçaldılmış­lar­dan­san”

[14] İblis dedi: “Onların diril­diləcəyi günə qədər mənə möh­lət ver”

[15] Allah dedi: “Şübhəsiz ki, sən möh­lət verilənlərdənsən”

[16] İblis dedi: “Sən məni yol­dan çı­xart­dığına görə mən də Sə­nin düz yo­lu­nun üstündə oturub insanları tov­la­ya­ca­ğam

[17] Sonra onların yanına ön­lə­rindən və arxalarından, sağ­la­rın­dan və sol­la­rın­dan gələcə­yəm və Sən onların ək­sə­riy­yə­ti­ni şükür edən görməyə­cək­sən”

[18] Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! On­lardan hər kəs sənin ar­dın­ca getsə, əlbəttə, Cə­hən­nəmi si­zin ha­mınızla doldu­raca­ğam

[19] Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bə­yən­diyiniz yer­lər­də yeyin, an­caq bu ağaca yaxın­laş­ma­yın! Yox­sa öz­lə­ri­nə zülm edənlər­dən olar­­sı­nız”

[20] Şeytan onların bir-birin­dən gizli qalan ayıb yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara pıçıldayıb dedi: “Rəbbi­niz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbə­di qalan­lar­dan olmayasınız”

[21] Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi

[22] Beləliklə, şeytan onları tov­layaraq Cənnətdən aşağı en­dirdi. Hər ikisi ağac­dan dad­dıq­da ayıb yerləri özlərinə gö­ründü və on­lar Cənnət ağac­la­rının yarpaq­ların­dan ayıb yer­lərinin üstünə ört­mə­yə baş­la­dılar. Rəbbi onlara be­lə mü­ra­ciət etdi: “Mən sizə o ağacı qa­­da­ğan etmədimmi və şey­tan si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?”

[23] Hər ikisi: “Ey Rəbbi­miz! Biz özü­müzə zülm etdik. Əgər bizi ba­ğış­la­ma­san və bizə rəhm etməsən, əlbəttə, zi­yana uğ­ra­yan­lar­dan olarıq”– dedilər

[24] Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yer­də si­zin üçün mü­əyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır”

[25] Allah dedi: “Siz orada ya­şayacaq, orada öləcək və ora­dan çı­xa­rıla­caq­sı­nız”

[26] Ey Adəm oğulları! Sizə ayıb yer­lə­rinizi örtəcək libas və bə­zək-düzək nazil etdik. Təq­va libası isə daha xeyir­li­dir. Bu, Allahın dəlillərindən­dir. Bəl­kə düşünüb onlardan ibrət alası­nız

[27] Ey Adəm oğulları! Şey­tan, əc­da­dı­nızın ayıb yerlərini özlə­ri­nə gös­tər­mək məqsədilə aldada­raq libaslarını so­yundu­rub Cən­nət­dən çıxartdığı kimi, sizi də al­datmasın. Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər. Hə­qi­­qə­tən, Biz, şeytanları iman gətirməyən­lə­rin dostları etdik

[28] Onlar yaramaz əməl et­dik­ləri za­man: “Atalarımızı be­lə gör­dük. Allah da bizə bunu əmr et­mişdir”– deyir­lər. De: “Allah ya­ra­maz əməlləri əmr et­məz. Yoxsa Allaha qarşı bil­mədiyinizi danı­şır­sı­nız?”

[29] De: “Rəbbim ədalətli ol­mağı əmr etdi. Hər səcdə etdi­yiniz yer­də üzü­nü­zü Ona tu­tun və Allaha dini məhz Ona məxsus edə­rək dua edin. Sizi ilk dəfə yaratdığı kimi dirilə­cəksiniz”

[30] Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, di­gər­lə­rinə isə haqq yoldan az­maq layiq görüldü. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğ­ru yol­dadırlar

[31] Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin. Yeyin-için, lakin is­raf et­mə­yin. Şübhəsiz ki, Allah israf edən­ləri sevmir

[32] De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və tə­miz ru­ziləri kim haram et­miş­dir?” De: “Bunlar dünya həya­tında ha­mı­ya, Qiyamət günü isə yalnız mömin­lərə məxsus­dur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik

[33] De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur”

[34] Hər ümmətin bir əcəli var­dır. On­ların əcəli gəldiyi za­man bir­cə saat belə nə yuba­nar, nə də qabağa keçə bi­lərlər

[35] Ey Adəm oğulları! Sizə aranız­dan elçilər gəlib ayələ­ri­mi bə­yan edər­kən Məndən qor­xub öz əməllərini islah edən şəxs­lə­rin heç bir qorxusu yox­dur və onlar kədərlənməyə­cəklər

[36] Ayələrimizi yalan sayıb on­lara tə­kəbbürlüklə yanaşan­lar isə Od sakin­lə­ridirlər. On­lar orada əbədi qalacaqlar

[37] Allaha qarşı yalan uy­du­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Yaz­ıda olan qis­mət­lə­ri onlara nə­sib ola­caq­dır. Nəhayət, elçilə­ri­­miz onla­rın canını al­maq üçün yan­la­rı­na gəldikdə: “Allah­­dan savayı çağırdıqlarınız ha­rada­dır?”– de­yəcək­lər. Onlar: “Bizi qoyub qaçıb­lar!”– deyəcək və ka­fir ol­duqlarına dair öz əleyh­ləri­nə şahidlik edəcəklər

[38] Allah deyəcək: “Sizdən əvvəl gə­lib-getmiş günahkar cin və in­san tay­fa­la­rı ilə bir­likdə Oda girin!” Hər bir tay­fa Oda gir­dikcə di­gərini lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada top­lan­dığı zaman sonra­kılar əv­vəlkilər barə­sində deyə­cəklər: “Ey Rəbbimiz! Bun­lar­­dır bizi azdıran! Elə isə Odda bun­la­ra iki­qat əzab ver!” Allah deyə­cək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bil­mirsiniz!”

[39] Əvvəlkilər sonrakılara de­­yə­cək­lər: “Sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Elə isə qazandıq­ları­nıza görə da­dın əzabı!”

[40] Şübhəsiz ki, ayələrimizi yalan sa­yanlara və onlara tə­kəb­bür­lüklə ya­na­şanlara gö­yün qapı­ları açılmayacaq və dəvə iynənin gözün­dən keçməyincə on­lar Cən­nətə girməyəcəklər. Biz günah­kar­ları belə cəzalan­dırırıq

[41] Onların Cəhənnəm odun­­dan yata­ğı və yorğanları ola­caq­dır. Biz zalımları belə cəza­lan­dı­rırıq

[42] İman gətirib yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüv­vəsi çat­dı­ğı qədər yükləyirik

[43] Biz onların kökslərin­də­ki kin-kü­durəti çıxaracağıq. On­ların ayaqları al­tından çay­lar axacaq. Onlar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sayəsində va­ris oldu­ğu­nuz Cən­nət budur!”

[44] Cənnət əhli Od sakin­lə­rini səs­lə­yib deyəcəklər: “Biz Rəb­bi­mi­zin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəb­bi­ni­zin sizə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?” Onlar: “Bə­li!”– deyə­cəklər. Bu zaman onların ara­sında bir car­çı səs­ləyib de­yə­cəkdir: “Alla­hın lə­nəti olsun zalımlara

[45] O kəslərə ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və axi­rəti inkar edirdilər”

[46] Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi si­masından ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib: “Sizə salam ol­sun!” deyə­cəklər. Halbuki öz­ləri çox is­tə­dik­lə­ri halda hələ Cənnətə gir­məyə­cəklər

[47] Onların gözləri Od sa­kinlərinə tərəf çevrildikdə isə deyə­cək­lər: “Ey Rəbbimiz, bizi zalım­lara tay tutma!”

[48] Sədd əhli əlamət­lərin­dən ta­nı­dıq­la­rı adamları səsləyib de­yə­cək­lər: “Sizə nə yığdıqla­rı­nız, nə də təkəbbür­lük gös­tər­məyiniz fayda vermədi”

[49] “Allah onlara mərhəmət nəsib et­məyəcək”– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?” Sədd əhlinə deyi­lə­cək­dir: “Cən­nə­tə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlən­məyəcək­si­niz”

[50] Od sakinləri Cənnət əh­lini səs­lə­yib deyəcəklər: “Bi­zim üs­tü­müzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafir­lərə haram etmişdir”

[51] O kəslərə ki, dinlərini əy­­lən­cə və oyun etmişdilər və dünya hə­yatı onları aldat­mış­dı. Onlar bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları və ayə­lə­ri­mizi in­kar etdikləri kimi, Biz də onları bu gün unu­darıq

[52] Biz onlara biliyimizlə izah etdi­yi­miz, iman gətirən qövm üçün hidayət və mərhə­mət olan bir Kitab göndərdik

[53] Yoxsa kafirlər yalnız Qu­randa veri­lən xəbər­lərin aqi­bəti­ni göz­lə­yir­lər? Onun aqibəti gəl­diyi gün əv­vəl­lər onu unu­dan kəslər de­yə­­cəklər: “Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri haqqı gətir­miş­dilər. İndi bizim tərəfimizi sax­layan şəfaət­çilər varmı? Yaxud geri qay­ta­rı­la­ca­ğıqmı ki, əvvəl­lər etdi­yimiz əməl­­lərdən qeyrisini edək?” On­lar özlərini ziyana uğratdı­lar. Uy­dur­duq­ları bütlər isə onlardan uzaq­la­şıb qeyb olacaqlar

[54] Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

[55] Rəbbinizə acizanə, həm də giz­li­cə dua edin! Şübhəsiz ki, O, həddi aşan­ları sevmir

[56] Yer üzü islah olunduq­dan sonra, orada fəsad törət­mə­yin. Alla­ha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mər­həməti yaxşılıq edənlərə yaxındır

[57] Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müj­dəçi ola­raq göndərən Odur. Nə­ha­yət, o küləklər ağır bulud­ları daşıyar­kən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur en­di­­rir və bu­nun vasi­təsi ilə hər cür meyvə yetişdi­ri­rik. Biz ölüləri də belə diril­də­cə­yik. Bəlkə, düşünüb ibrət alasınız

[58] Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar çox çətinliklə yetişər. Biz ayələri şü­kür edən bir qövmə beləcə izah edirik

[59] Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Ey qöv­müm! Alla­ha iba­dət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Mən si­zə üz verəcək Bö­yük gü­nün əzabın­dan qor­xuram”

[60] Xalqının zadəganları de­di­lər: “Hə­qiqətən də, biz səni açıq-ay­dın azğınlıq için­də gö­rürük!”

[61] O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. La­kin mən aləmlərin Rəb­bi tə­rə­fin­dən gön­dərilmiş bir elçi­yəm

[62] Mən Rəbbimin mənə vəhy et­diklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayə­sində sizin bil­mə­dik­lərinizi bili­rəm

[63] Allahdan qorxub bəlkə mər­həmə­tə nail olasınız deyə, sizi qor­xutmaq üçün öz ara­nızdan olan bir kişinin va­si­təsi ilə Rəb­bi­ni­zin sizə öyüd-nə­si­hət vermə­sinə heyrətmi edir­siniz?”

[64] Kafirlər onu yalançı he­sab etdilər. Biz onu və onunla birlik­də gəmidə olan­ları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adam­lar idilər

[65] Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Allaha ibadət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Yoxsa qorxmursu­nuz?”

[66] Qövmünün kafir zadə­gan­ları de­dilər: “Biz səni səfeh sayı­rıq və həqi­qə­tən də, səni yalançı­lardan hesab edi­rik!”

[67] O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. La­kin mən aləmlərin Rəbbi tərə­findən göndərilmiş bir elçi­yəm

[68] Mən Rəbbimin vəhy et­diyi hökm­lərini sizə təbliğ edi­rəm. Mən sizin eti­barlı nəsi­hət­çinizəm

[69] Yoxsa sizi qorxutmaq üçün öz ara­nızdan olan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizin si­zə öyüd-nəsihət vermə­si­nə hey­­rətmi edir­si­niz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xə­ləf­lər tə­yin etdi və sizi xilqətcə daha qüv­vətli etdi. Allahın nemətlərini xa­tır­la­yın ki, bəlkə nicat tapa­sınız”

[70] Onlar dedilər: “Yanı­mı­za gəlmi­sən ki, atalarımızın iba­dət et­diklərini buraxıb tək Alla­ha iba­dət edək? Əgər doğru da­nı­şan­lar­dansansa, bizə vəd et­diyin əzabı gətir”

[71] Hud dedi: “Artıq Rəbbi­nizdən si­zə əzab və qəzəb ye­tişdi. Siz özünüzün və ataları­nızın uydurduqları adlar ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onlar barəsində heç bir də­lil nazil et­məmişdir. Gözlə­yin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm”

[72] Biz onu və onunla bir­lik­də olan­la­­rı Öz mərhəməti­miz­lə xi­las etdik. Ayə­lərimizi ya­lan hesab edənlərin isə kö­kü­nü kəsdik. On­lar iman gə­tirən de­yildi­lər

[73] Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa mə­budunuz yox­dur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qaya­dan çı­xart­dığı bu dişi dəvəsi sizin üçün bir mö­cüzədir. Onu buraxın Alla­hın tor­pa­ğında otlasın. Ona bir pis­lik et­məyin, yoxsa sizi ağ­rı­lı-acılı bir əzab yaxalayar

[74] Xatırlayın ki, Allah sizi Ad qöv­mün­dən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzən­lik­lə­rin­də qəsr­lər tikir, dağ­larda evlər yonur­su­nuz. Alla­hın nemətlərini ya­da salın, yer üzün­də fəsad ya­ya­raq pis işlər gör­məyin”

[75] Onun qövmünün təkəb­bür­lü za­də­ganları öz araların­dan iman gətirən zəiflərə de­dilər: “Siz Sale­hin öz Rəbbi tə­rəfindən gön­dəril­diyini bilir­si­nizmi?” Onlar dedi­lər: “Həqi­qətən, biz onun­la gön­­dərilən­ hər şeyə inanırıq”

[76] Təkəbbür göstərən baş­çı­lar de­di­lər: “Həqiqətən, biz si­zin inan­dığı­nızı inkar edirik”

[77] Onlar dişi dəvənin diz və­tə­rini kəs­dilər və beləlik­lə də Rəb­bi­nin əm­rin­dən çıxıb: “Ey Saleh! Əgər sən göndə­ri­lən el­çilərdən­sən­sə, bizə vəd etdiyin əza­bı gətir”– dedilər

[78] Onları dəhşətli bir sar­sıntı yaxa­ladı və onlar öz evlə­rində üzüqoylu düşüb qaldı­lar

[79] Saleh onlardan üz çe­vi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­min mənə vəhy etdiyi hök­münü sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. La­kin siz nə­sihət verənləri sev­mirsiniz”

[80] Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə de­miş­di: “Siz­dən əvvəl aləmlər­dən heç kə­sin etmədiyi iyrənc əmə­li sizmi edə­cəksiniz

[81] Siz, qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Hə­qiqə­tən, siz, həddi aş­mış adam­larsınız”

[82] Onun qövmünün ca­va­bı: “Onları yurdunuzdan çıxa­rın. Axı on­lar tə­miz­liyə can atan adam­lardır”– deməkdən baş­qa bir şey ol­ma­mışdı

[83] Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. O, ge­ri­də qalan­lardan ol­du

[84] Biz onun qövmünün üstünə daş­lar­­dan ya­ğış yağdırdıq. Bir gör gü­nah­kar­ların aqi­bəti necə oldu

[85] Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudunuz yox­dur. Rəbbi­niz­dən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əş­ya­la­rını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu, sizin üçün daha xeyir­lidir

[86] Hər yolun başında otu­rub Allaha iman gətirənləri hə­də­lə­yib Onun yo­lun­dan sap­dır­mayın və onu əyri göstər­mə­yə çalış­ma­yın. Xatırlayın ki, siz az idi­niz, O sizi çoxaltdı. Bir görün fəsad tö­rə­dən­lərin aqi­bəti necə oldu

[87] Əgər aranızdan olan bir dəs­tə­niz mə­nim­lə göndərilənə inan­­mış, bir dəstə­niz isə inanma­mışsa, Allah aramızda hökm verə­nə­dək sə­bir edin. Axı O, ha­kim­lərin ən yaxşı­sıdır”

[88] Onun qövmünün təkəb­bür­lü za­də­ganları dedilər: “Ey Şu­eyb! Ya biz hök­mən səni də, səninlə birlikdə iman gə­tirən­lə­­ri də yur­dumuzdan çıxara­caq, ya da siz bizim dinimizə dönə­cək­si­niz”. Şu­eyb dedi: “Hətta nifrət etmiş olsaq belə

[89] Allah bizi sizin dini­niz­dən xilas et­dikdən sonra biz ye­nə də ona qayıtsaq, Allaha qar­şı yalan uydurmuş olarıq. Rəb­bi­miz Allah is­təməyincə bizim ona dönməyi­miz olacaq bir şey deyildir. Rəb­­bi­miz elmi ilə hər şeyi əhatə et­miş­dir. Biz Allaha təvəkkül etmi­şik. Ey Rəb­bi­miz! Bizimlə qövmümüz arasında əda­lətlə hökm ver. Axı Sən hökm ve­rən­lərin ən yax­şı­sısan.”

[90] Onun qövmünün kafir za­­dəganları dedilər: “Əgər Şu­ey­bin ar­dınca get­sə­niz, siz müt­ləq zi­yana uğrayanlardan olar­sı­nız”

[91] Onları dəhşətli bir sar­sın­tı yaxa­ladı və onlar öz ev­lə­rin­də üzü­qoylu düşüb qaldılar

[92] Şueybi yalançı sayanlar, san­ki ora­da yaşamamışdılar. Şu­ey­bi yalançı sa­yanların özləri ziyana uğrayanlardan oldular

[93] Şueyb onlardan üz çevi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­­min mənə vəhy etdiyi hökm­lərini sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. Ka­fir tay­fadan ötrü mən necə heyi­fsi­lə­nə bilə­rəm?”

[94] Biz hansı bir ölkəyə pey­­ğəmbər göndərdiksə, onun əha­li­sini sı­xın­tıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyə­lər

[95] Sonra pisliyi yaxşılıqla əvəz et­dik. Nəhayət onlar fira­vanlıq içində ya­şayarkən: “Ata­larımıza da belə qıtlıq və bol­luq üz ver­miş­di”– dedilər. Biz də on­ları heç özləri də hiss et­mədən qəf­lə­tən ya­xaladıq

[96] Əgər o ölkələrin əhalisi iman gə­tirib Allahdan qorxsay­dı, əl­bət­tə, Biz on­ların üstünə göy­dən və yerdən bə­rə­kət qa­pı­­larını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri yalançı hesab et­di­lər. Biz də on­ları qa­zandıq­ları gü­nahlara görə əzab­la yaxa­ladıq

[97] Məgər o ölkələrin əha­li­si əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yatar­kən gəl­məyəcə­yin­dən əmin idilərmi

[98] Ya da o ölkələrin əhalisi əza­bı­mı­zın onlara səhər-səhər, on­lar əylənər­kən gəlməyəcə­yin­dən əmin idilərmi

[99] Yaxud onlar Allahın hiy­­lə­sindən ehtiyat etmirdilərmi? Alla­hın hiy­lə­sin­dən yalnız zi­yana uğ­rayanlar ehtiyat et­məz­lər

[100] Məgər yer üzünün keç­miş sakin­lərindən sonra ona va­ris olan­lara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da gü­nah­la­rı üzündən müsibətə dü­çar edər, qəlblərinə möhür vurar­dıq və on­lar da eşitməz­dilər

[101] Bu, o ölkələrdir ki, on­ların əh­valatlarından bəzisini sənə söy­ləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gə­tir­dilər. Onlar isə da­ha öncə yalan he­sab et­diklərinə görə iman gə­tir­mədilər. Allah ka­firlə­rin qəlb­lərini beləcə möhürləyir

[102] Onların əksəriyyətini və­­də xi­laf çıxan gördük. On­ların ço­xu­­nu gü­nahkar gördük

[103] Onlardan sonra Musa­nı möcü­zələrimizlə Firon və onun əyan­larına elçi göndər­dik. On­lar isə bunu inkar et­di­lər. Bir gör fə­sad törədənlərin aqibəti necə oldu

[104] Musa dedi: “Ey Firon! Həqi­qə­tən, mən aləmlərin Rəb­bi tə­rə­findən göndərilmiş bir el­çi­yəm

[105] Mənim borcumdur ki, Allah ba­rəsində yalnız həqi­qə­ti de­yim. Mən Rəb­binizdən si­zə açıq-aydın dəlillər gə­tir­mi­şəm. Elə isə İs­rail oğullarını mə­­nim­lə göndər”

[106] Firon dedi: “Əgər mö­cü­zə gətir­misənsə və doğru da­nışan­lar­dansansa, onu göstər!”

[107] Musa əsasını yerə atdı və o, dər­hal açıq-aşkar bir ilan oldu

[108] Əlini qoynundan çı­xart­dı və o, ba­xanlar üçün ağap­paq par­laq bir əl oldu

[109] Firon qövmünün əyan­ları dedi­lər: “Həqiqətən, bu, bilikli bir sehr­baz­dır

[110] O sizi yurdunuzdan çı­xartmaq istəyir. Elə isə təkli­finiz nə­dir?”

[111] Onlar dedilər: “Onu və qar­da­şı­nı gözlət və şəhərlərə sehr­baz­ları top­la­yan adamlar göndər ki

[112] bilikli sehrbazların ha­mı­­sını sənin yanına gətir­sin­lər”

[113] Sehrbazlar Fironun ya­nına gəlib dedilər: “Əgər qalib gəl­sək, doğru­dan­mı bizim üçün mükafat olacaq?”

[114] Firon dedi: “Bəli, siz mə­nə yaxın adamlardan olacaq­­sı­nız”

[115] Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əli­miz­də­ki­ləri ataq!”

[116] Musa dedi: “Siz əvvəl atın!” On­lar əllərindəkiləri at­dıq­da, in­san­ların göz­lərini sehr­ləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər

[117] Biz Musaya: “Əsanı ye­rə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çev­rilib onların düzəlt­dikləri şeyləri uddu

[118] Artıq haqq üzə çıxdı, on­ların et­dikləri isə batil oldu

[119] Sehrbazlar orada məğ­lub oldular və rüsvay olaraq geri dön­dülər

[120] Sehrbazlar səcdəyə qa­pan­dılar

[121] Onlar dedilər: “Aləm­lərin Rəb­binə iman gətirdik –

[122] Musa və Harunun Rəb­binə!”

[123] Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gətir­di­niz? Şübhəsiz ki, bu, şə­hərdə qur­du­ğu­nuz bir hiy­lədir ki, əhalisini oradan çı­xa­rasınız. Tez­liklə biləcəksi­niz

[124] Əllərinizi və ayaqla­rı­nızı çarpaz kəsəcək, sonra da ha­mı­nı­zı çarmıxa çə­kəcəyəm”

[125] Onlar dedilər: “Şübhə­siz ki, biz Rəbbimizə qayıda­cağıq

[126] Sən sadəcə, Rəb­bimi­zin möcü­zələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə biz­dən intiqam alırsan. Ey Rəb­bimiz! Bi­zə çoxlu səbir ver və bi­zi mü­səlman olaraq öldür”

[127] Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qöv­mü­nü bu­ra­xırsan ki, yer üzün­də fəsad törətsinlər, həm səni, həm də sənin məbud­la­rı­nı bir kənara atsınlar”. Firon de­di: “Biz hök­mən onların oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa ma­lik olan bizik”

[128] Musa öz qövmünə de­di: “Allah­dan kömək diləyin və səbir edin. Şüb­həsiz ki, yer üzü Alla­hındır. O, qul­la­rından is­tə­­diyini yer üzünün varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”

[129] Onlar dedilər: “Sən bi­zə pey­ğəm­bər gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da bizə əziyyət verildi”. Musa de­di: “Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­nizi məhv edib sizi yer üzünün varis­ləri tə­yin etsin, sonra da necə hə­rəkət edə­cə­yi­ni­zə baxsın”

[130] Biz Firon xalqını qu­raq­lıq illəri­nə və məhsul qıt­lığına mə­ruz qoyduq ki, bəlkə dü­şü­nüb ibrət alsınlar

[131] Onlara bir yaxşılıq üz ve­rəndə: “Bu, bizə məxsus­dur!”– de­yərdilər. On­lara bir pislik üz verdikdə isə, Musa və onunla bir­likdə olanları uğur­suzluq əla­məti sayardılar. Əs­lində onla­rın uğur­suzluğu Allah yanın­dadır, la­kin onla­rın çoxu bunu bilmir

[132] Kafirlər dedilər: “Sən bi­zi sehr­lə­mək üçün nə qədər mö­cü­zə gətirsən də, biz sənə inanan de­yilik!”

[133] Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tu­fan, çə­yirt­kələr, bit­lər, qurba­ğalar və qan göndərdik. On­lar isə təkəb­bür­lük göstərdilər və gü­nahkar bir tayfa oldular

[134] Əzab onları bürü­dük­də dedilər: “Ey Musa! Bizim üçün Rəb­binə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı biz­dən so­vuşdur­san, biz hökmən sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərəcəyik”

[135] Biz çatacaqları müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda isə, dərhal əhdi poz­dular

[136] Ayələrimizi inkar edib onlar­dan qafil olduqlarına gö­rə Biz o tay­fa­dan in­tiqam alaraq onları dənizdə qərq et­dik

[137] Musa ilə olan zəif qöv­mü isə yer üzünün xeyir-bə­rə­kət ver­di­yimiz şərq və qərb böl­gələrinə varislər təyin etdik. Sə­bir et­dik­lə­ri­nə görə Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki gözəl Sözü ye­rinə yet­di. Biz Firon və onun xal­qı­nın qur­duqlarını və tikib ucaltdıq­la­rı­nı darma­da­ğın etdik

[138] Biz İsrail oğullarını də­nizdən ke­­çirtdik və onlar öz büt­lə­ri­nə tapınan bir qövmə rast gəl­dilər. Onlar dedilər: “Ey Musa! On­la­rın məbudları ol­duğu ki­mi, bi­zim üçün də bir məbud düzəlt”. Mu­­sa de­di: “Hə­qi­qətən, siz cahil bir tayfasınız

[139] Şübhəsiz ki, bunların eti­qad et­dikləri əqidə məhvə məh­kum­dur, gör­dükləri işlər isə ba­tildir”

[140] Mu­sa dedi: “Allah sizi aləm­lərdən üs­tün etdiyi bir halda, mən si­zin üçün Allah­dan baş­qa məbudmu axtaraca­ğam?”

[141] Bir zaman Biz sizi Fi­ro­nun tə­rəfdar­larından xilas et­dik. On­lar sizə ağır əzablar ve­rir, oğ­lan uşaq­larınızı öl­dü­rür, qadınla­rı­nı­zı isə sağ bura­xır­dı­lar. Bunda sizin üçün Rəb­biniz tərə­fin­dən bö­yük bir sınaq var idi

[142] Biz Musaya otuz gecə­lik vədə ver­dik və buna on ge­cə də əla­və etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Mu­sa qardaşı Ha­runa dedi: “Xalqımın içə­ri­sin­də məni əvəz et, on­la­rı islah et və fəsad törədən­lərin yoluna uyma!”

[143] Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı. Musa dedi: “Ey Rəb­bim! Özünü mənə göstər, Sənə baxım”. Allah de­di: “Sən məni gö­rə bilməz­sən. Lakin bu dağa bax. Əgər o, öz ye­rin­də qala bilsə, sən də Məni gö­rəcəksən”. Rəb­bi dağa görün­dük­də onu par­ça-parça etdi. Musa da bayı­la­raq yerə səril­di. Özünə gəl­dik­də isə dedi: “Sən pak və mü­qəd­dəs­sən! Sənə tövbə etdim və mən iman gətirənlərin bi­rin­ci­si­yəm!”

[144] Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlə­rim­lə və sə­ninlə da­nış­mağımla sə­ni se­çib insanlardan üstün et­dim. Elə isə sə­nə verdiyimi gö­tür və şükür edənlərdən ol!”

[145] Biz onun üçün lövhə­lərdə hər şeydən öyüd-nəsihət və hər şeyin təf­si­latını yazdıq və dedik: “Bunları möhkəm tut və xalqına da onun ən yax­şı­sın­dan tutmağı əmr et! Mən sizə fasiq­lərin yur­dunu göstə­rəcəyəm

[146] Haqsız olaraq yer üzün­də tə­kəb­bürlük göstərənləri ayə­lə­rim­dən uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də on­lara inanmazlar. Onlar doğ­ru yolu görsələr, ora yö­nəl­məz, az­ğın­lıq yolunu görsələr, onu özlərinə yol se­çər­lər. Bu ona görədir ki, onlar ayə­lə­ri­mi­zi in­kar edir və onlara məhəl qoy­mur­du­lar”

[147] Ayələrimizi və axirətə qo­vuş­ma­ğı yalan sayanların əməl­lə­ri puç ol­du. Məgər on­lar yalnız et­dikləri bu əməllərə görə cəzalan­dı­rıl­mayacaq­lar­mı

[148] Musanın ardınca qöv­mü öz zinət əşyalarından bö­yü­rən bir buzov hey­kə­li dü­zəltdi. Məgər bu heykəlin on­larla da­nışmadı­ğı­nı, onlara düz yol gös­tər­mə­di­yini görmür­dü­lərmi? Buna bax­ma­ya­raq ona mə­bud kimi sitayiş edib zalım­lar­dan ol­dular

[149] Onların əlləri yanlarına düş­dük­də (tutduqları işə görə peş­man olduq­da) və haqq yol­dan azdıqlarını gördükdə: “Əgər Rəb­bi­miz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziya­na uğra­yan­lar­dan olarıq”– de­dilər

[150] Musa qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dıq­da dedi: “Mən­dən son­ra necə də yaramaz işlər gör­mü­sünüz! Rəb­binizin əmrini qa­baq­lamaq is­tədiniz?” Musa löv­hə­ləri tulladı və qardaşının ba­şın­dan yapışıb özünə tə­rəf çəkdi. Qardaşı dedi: “Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldü­rə­cəkdi. Məni rüsvay et­məklə düşmən­ləri sevindirmə. Məni za­lım­lara tay tut­ma”

[151] Musa dedi: “Ey Rəb­bim! Məni və qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur. Sən rəhm edənlərin ən rəhm­li­sisən!”

[152] Həqiqətən, buzova si­ta­yiş edən­lə­rə öz Rəbbindən bir qə­zəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxan­ları be­lə cəzalandırırıq

[153] Yaramaz işlər görüb sonra bu­nun ardından tövbə edib iman gəti­rən­lərə gəlincə, şübhəsiz ki, Rəbbin bun­dan sonra Bağış­la­­yan­dır, Rəhmli­dir

[154] Musanın qəzəbi sakit­lə­şdikdə löv­hələri götürdü. Ora­dakı yazılarda Rəbbindən qorxan­lar üçün hidayət və mər­həmət var idi

[155] Musa Bizim təyin et­di­yi­miz vaxt üçün tayfasından yetmiş ki­şi seçdi. On­ları zəl­zə­lə yaxala­dıqda o dedi: “Ey Rəb­bim! Əgər is­tə­səydin, bun­dan əvvəl on­ları da, məni də məhv edərdin. Özü­müz­dən olan sə­fehlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Bu, yalnız Sə­nin sınağındır. Sən onunla istədiyini az­ğınlığa aparır, is­tə­­diyini də doğru yola yö­nəl­dir­sən. Sən bizim Himayə­çi­mizsən! Bi­zi bağışla və bizə rəhm et! Axı Sən ba­ğış­la­yanla­rın ən yax­şısı­san

[156] Bizim üçün bu dün­ya­da da yax­şı­lıq yaz, axirətdə də. Həqi­qə­tən, biz, Sənə üz tut­duq!” Allah dedi: “İstədi­yi­mi əza­bı­ma düçar edi­rəm. Mərhə­mə­tim isə hər şeyi əhatə edir. Mən onu Allah­dan qor­xan, zə­kat verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam

[157] O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır”

[158] De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur. O həm diril­dir, həm də öl­dü­rür. Elə isə Allaha və Onun El­çisinə – yazıb-oxu­maq bil­mə­yən, həm də Allaha və Onun kəlmələri­nə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yö­nə­lə­si­niz”

[159] Musanın qövmündən elə bir ca­maat var ki, haqq ilə in­san­ları doğru yola yönəl­dir və onun sayəsində əda­lətlə hökm ve­rir­lər

[160] Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Mu­sadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. On­dan on iki çeşmə qay­nayıb çıx­dı. Hər qəbilə özü­nün su içəcəyi ye­ri bildi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlara manna və bil­dirçin endir­dik, özlərinə də: “Sizə ruzi kimi ver­di­yi­miz pak şey­lər­­dən yeyin!”– de­dik. On­lar Bizə zülm etmədilər, ancaq özləri öz­lə­ri­nə zülm etdilər

[161] Bir zaman onlara de­yil­­mişdi: “Bu kənddə sakin olun və ora­da olan nemət­lərdən bə­yəndiyiniz yerlərdə ye­yin. “Bi­zi bağış­la!”– deyin və qapıdan Allaha səcdə edə­rək daxil olun ki, sizin gü­nah­larınızı bağış­la­yaq. Biz yaxşı işlər görən­lərə mükafat­larını ar­tı­ra­rıq”

[162] Onlardan haqsızlıq edən­­lər öz­lə­rinə deyilən sözü baş­qası ilə dəyişdilər. Etdikləri haq­sızlığa görə Biz onlara göy­dən əzab gön­dərdik

[163] Onlardan dəniz sahi­lin­də yerlə­şən kənd barəsində xə­bər al! O vaxt on­lar şənbə gü­nü üçün qoyulmuş qadağanı po­zurdular. Şən­bə günü onla­rın balıq­ları üzə çıxaraq onla­rın ya­nı­na axışır, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­mir­di­lər. Günah et­dik­lə­rinə görə Biz onları beləcə sına­yırdıq

[164] O zaman onlardan bir dəstə de­di: “Allahın məhv edə­cəyi və ya şid­dət­li əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nə­si­hət verirsiniz?” On­lar de­dilər: “Bu, Rəbbiniz ya­nında üzrxah­lıq et­mək üçün­dür. Bəlkə, onlar pis əməl­lər­dən çəkinələr!”

[165] Onlar özlərinə edilmiş xəbər­dar­lığı unutduqları za­man Biz pis əməl­ləri qadağan edən kimsələri xilas etdik, haq­sızlıq edənləri isə itaətdən çıxdıq­la­rına görə dəhşətli bir əzabla yaxa­ladıq

[166] Özlərinə qoyulan qa­da­ğanı poz­duqları zaman Biz onlara: “Mənfur mey­munlar olun!”– dedik

[167] O zaman Rəbbin on­la­ra Qi­ya­mət gününədək ağır əzab ve­rə­cək kim­sələr göndə­rəcəyini bildirdi. Doğ­rudan da, sənin Rəb­bin tez cəza ve­rən­dir. Hə­qiqətən də, O, Bağışla­yan­dır, Rəhmli­dir

[168] Biz onları yer üzündə üm­mət­lə­rə böldük. İçəri­lərin­də həm əmə­lisaleh olanlar, həm də belə olmayanlar var. Biz onları yax­şı­lıq və pisliklə sına­dıq ki, bəlkə doğru yola dö­nə­lər

[169] Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. On­lar bu fani dün­ya malını alıb: “Biz bağışlanaca­ğıq!”– deyir­dilər. On­la­ra buna bənzər mən­fə­ətlər yenə də gəlsəydi, onu da alardılar. Mə­gər Allah barə­sin­də haqdan başqa bir şey söylə­məyəcəklərinə dair onlar­dan Kitabda yazılmış əhd alın­ma­mış­dı­mı? Halbuki on­lar Ki­tab­da olanları oxu­yub öy­rən­miş­di­lər. Axirət yurdu müttə­qi­lər üçün daha xeyirlidir. Məgər an­la­mır­sınız

[170] Kitabdan möhkəm ya­pı­şanlara və namaz qılanlara gə­lincə, Biz islah edən­lərin mükafatını puç etmə­rik

[171] Bir zaman dağı yerin­dən qo­pa­rıb onların başı üstü­nə bu­lud kimi qal­dırmışdıq və onlar da elə zənn etmiş­di­lər ki, dağ on­la­rın üstünə düşə­cək. Biz onlara: “Sizə verdiyimiz­dən möh­kəm ya­pı­şın və için­dəkiləri xa­tırlayın ki, bəlkə, qorxasınız!”– demişdik

[172] Bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların tö­rəmələrini çı­xarmış və: “Mən sizin Rəbbiniz de­yi­ləm­mi?”– de­yə on­ları özlərinin əleyhinə şa­hid tutmuşdu. Onlar: “Bəli, biz şahid ol­­duq!”– demişdilər. Bu ona gö­rədir ki, siz Qiyamət gü­nü: “Biz bun­dan xəbərsiz idik!”– deməyə­siniz

[173] Yaxud: “Atalarımız biz­dən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməl­lə­rə görə məhv edəcəksən?”– demə­yə­si­niz

[174] Biz ayələri beləcə izah edi­rik ki, bəlkə haqq yola qa­yıdalar

[175] Onlara ayələrimizi ver­di­­yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıx­dı, şeytanın təqibinə məruz qaldı, axırda da az­mışlardan oldu

[176] Biz istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucal­dardıq. La­kin o, dünya­ya meyl saldı və öz istəyi­nə uydu. Onun misalı itin misalına bən­­zə­yir; onu qov­san da dilini çı­xardıb ləh­lə­yər, qovmasan da. Ayələri­mizi ya­lan he­sab edən­lərin məsəli be­lədir. Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə fi­kir­lə­şələr

[177] Ayələrimizi yalan sa­yıb özlərinə zülm edən adamlar ba­rə­sin­dəki məsəl necə də pis­dir

[178] Allah kimə hidayət ve­rirsə, doğ­ru yolda olan da odur. Kim­ləri də az­dı­rırsa, ziyana uğ­rayanlar da məhz onlar­dır

[179] Biz Cəhənnəm üçün bir çox cin­lər və insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla an­la­mazlar; gözləri var, onunla gör­məz­lər; qulaqları var, onun­la eşit­məzlər. Onlar heyvan ki­mi­dirlər, hət­ta daha çox az­ğın­lıq­dadırlar. Qafil olanlar da məhz onlardır

[180] Ən gözəl adlar Allahın­dır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barə­sində haqdan sapanları tərk edin. Onlar et­dik­ləri əməllərin cəzasını alacaqlar

[181] Yaratdıqlarımız içəri­sin­də elə bir ümmət də var ki, haqq ilə doğru yola aparır və bu­nun sayəsində əda­lət­lə hökm edir­lər

[182] Ayələrimizi yalan sa­yan­­ları, öz­lərinin də bilməyə­cəkləri bir yerdən tədricən tov­layıb məhvə aparacağıq

[183] Mən onlara möhlət ve­rə­cəyəm. Şübhəsiz ki, Mənim hiyləm sar­sıl­maz­dır

[184] Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir də­lilik yox­dur. O ancaq qorxu­dan və bəyan edən bir Peyğəm­bərdir

[185] Məgər onlar göylərin və yerin səl­tənətinə, Allahın ya­rat­­dı­ğı hər şeyə, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tir­mir­lərmi? Bundan sonra hansı sö­zə inana­caqlar

[186] Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah on­ları öz az­ğınlıqları içə­risində sərgərdan dolaşan və­ziy­yətdə tərk edər

[187] Səndən o Saat barəsin­də soru­şurlar ki, nə vaxt qopa­caq? De: “Bu haq­da bilgi an­caq Rəb­bimə aiddir. Qopaca­ğı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O si­zə qəf­lətən gələ­cək­dir”. Sanki onu bilir­mişsən ki­mi səndən soru­şur­lar. De: “Bu haqda bilgi ancaq Allaha aid­dir. Lakin insanların ço­xu bu­nu bilmir”

[188] De: “Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda, nə də bir zə­rər yetirmə­yə qadir deyiləm. Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxu­dan və müjdə­lə­yənəm”

[189] Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahat­lıq tap­sın deyə ondan onun zöv­cəsini yaradan Odur. Adəm öv­ladı zöv­cəsini ağuşuna aldıqda o, yün­gül bir yüklə yükləndi (ha­milə qal­dı) və bir müddət onu bətnində gəzdir­di. Zövcəsi ağır­laşdığı za­man hər ikisi özləri­nin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad ver­sən, əlbəttə, şükür edən­lərdən ola­rıq”– deyə dua etdilər

[190] Allah onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi şey­də Ona şərik qoşmağa başladılar. Allah isə on­la­rın qoş­duqları şə­rik­lər­dən ucadır

[191] Onlar heç bir şey yarat­mayan, öz­ləri xəlq edilmiş olan şey­lə­ri Allaha şərik qoşurlar

[192] Allahdan qeyri ibadət etdikləri nə onlara yar­dım edə bi­lər, nə də özlərinə kö­mək edə bilərlər

[193] Siz onları doğru yola ça­ğır­sa­nız, sizin ardınızca gəl­məz­lər. Onları ça­ğırsanız da, sussanız da sizin üçün fərqi yoxdur

[194] Allahdan savayı çağır­dıq­larınız da sizin kimi qullar­dır. Əgər doğru de­yirsinizsə, çağırın onları, sizə cavab ver­sinlər

[195] Məgər onların ayaqla­rı­mı var, onunla yerisinlər? Yox­sa on­ların əllə­ri­mi var, onunla tutsun­lar? Yoxsa onla­rın göz­lərimi var, onunla gör­sünlər? Yoxsa onların qulaqla­rımı var, onunla eşit­sin­lər? De: “Çağırın şəriklərinizi! Son­ra mənə qarşı hiylə qurun və mənə heç möh­lət də verməyin

[196] Həqiqətən, mənim hi­ma­yəda­rım Kitabı nazil edən Allah­dır. O, əmə­li­sa­lehlərə hi­mayəçilik edir

[197] Ondan savayı çağırdıq­la­rınız nə sizə yardım edə bi­lər, nə də özlərinə kö­məkçi ola bi­lərlər”

[198] Siz onları doğru yola ça­ğır­sa­nız, eşitməzlər. Onları sənə ba­xan gö­rürsən, halbuki onlar görmürlər

[199] Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahil­lər­dən üz döndər

[200] Əgər şeytandan sənə bir vəs­və­sə gəlsə, Allaha sığın. Şüb­həsiz ki, O, hər şeyi eşidəndir, hər şeyi bilən­dir

[201] Allahdan qorxanlara şey­tandan bir vəsvəsə toxun­duğu za­man Allahı xa­tırlayar və dər­hal gerçəyi görərlər

[202] Şeytanlar öz qardaşla­rın­da az­ğın­lığı artırarlar. Sonra da on­lar­dan əl çəkməzlər

[203] Sən onlara möcüzə gə­tir­mədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduray­dın?”– deyərlər. De: “Mən yal­­­nız Rəb­bim­dən mənə vəhy olu­­nan­lara tabe oluram. Bunlar Rəbbinizdən gə­lən aşkar də­lil­lər, iman gətirən bir qövm üçün doğru yolu gös­tə­rən rəh­bər və mərhəmətdir”

[204] Quran oxunduğu za­man onu din­ləyin və susun ki, bəl­kə sizə rəhm olunsun

[205] Səhər-axşam ürəyində yal­va­ra­raq və qorxaraq, səsini qal­dır­ma­dan Rəbbini yad et və qafil­lərdən olma

[206] Rəbbinin hüzurunda olan mə­ləklər Ona ibadət et­məkdə tə­­kəbbürlük göstərmir, Onu tə­rif­ləyir və yalnız Ona səcdə edir­lər

əl-Ənfal

Surah 8

[1] Səndən qənimətlər haq­qın­da so­ru­şurlar. De: “Qəni­mət­­lər Alla­ha və Pey­ğəmbərə aid­dir”. Elə isə Allahdan qor­xun və ara­nız­da­kı müna­sibət­ləri düzəl­din. Əgər mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna itaət edin

[2] Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri onlara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvəkkül edər

[3] namaz qılar və Bizim on­lara ver­di­yimiz ruzidən Allah yo­lun­da xərclə­yər­lər

[4] Məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün Rəbbi ya­nın­da də­rə­cələr, bağış­lan­ma və bolluca ruzi vardır

[5] Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə get­mək üçün evindən çıxartdı. Hal­buki bu, möminlərdən bir dəs­tənin xo­şu­na gəlmirdi

[6] Haqq bəlli olduqdan son­ra belə onun barəsində səninlə mü­ba­hisə edir­di­lər, sanki göz­ləri baxa-baxa ölümə sü­rük­lə­nir­dilər

[7] O vaxt Allah sizə, iki dəs­tə­dən bi­ri­nin – karvanın və ya­xud ka­fir­lərin qo­şu­nunun sizin ol­acağını vəd edirdi. Siz si­lah­sız dəs­tənin si­zin olmasını ar­zu­la­yır­dınız. Allah isə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək və kafir­lərin kökü­nü kəs­mək istəyirdi

[8] O bununla günahkarların xoşuna gəlməsə də, haqqı ger­çək­ləş­dir­mək və batili puç et­mək istəyirdi

[9] O vaxt siz Rəbbinizdən kö­mək di­ləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­cə­yəm”– deyə du­anızı qəbul etmişdi

[10] Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz ra­hat­lıq tap­sın deyə belə etdi. Qə­lə­bə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Qüd­rət­lidir, Hikmət sahibidir

[11] O zaman Allah Öz tərə­fin­dən bir təskinlik olsun de­yə, sizə yüngül bir mür­gü gön­dər­miş, göydən sizin üzə­ri­nizə yağmur en­dir­mişdi ki, onunla sizi təmiz­ləsin, şeytanın vəsvə­səsini sizdən uzaq etsin, qəlbi­nizi möhkəmlən­dirsin və onun­la qədəmlərinizi sa­bit etsin

[12] O zaman Rəbbin mə­lək­lərə: “Mən sizinləyəm! İman gə­ti­rən­ləri güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə qorxu sa­la­ca­­ğam. On­la­rın boyunlarını vu­­run və bar­maqlarının ha­mı­sını kə­sin!”– deyə vəhy etmiş­di

[13] Bu, onların Allaha və Onun El­çi­sinə qarşı çıxmala­rı­na görə­dir. Allaha və Onun El­çisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər

[14] Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odu­nun əzabı da hazır­lanmışdır

[15] Ey iman gətirənlər! Ka­fir­lərlə dö­yüş meydanında qar­­şılaş­sa­nız, arxanızı onlara çe­vir­məyin

[16] Daha bir döyüş əməliy­yatı keçir­mək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də onlara arxa çe­vi­rər­sə, Allahın qəzə­binə dü­çar olar. Onun gedəcəyi yer Cə­hənnəm­dir. Ora necə də pis dö­nüş yeridir

[17] Onları siz öldürmədi­niz, Allah onları öldürdü. Düşmən­lə­rin gözünə bir ovuc torpaq at­dı­­ğın zaman sən at­madın, Allah atdı ki, mö­minləri Öz tə­rə­fin­dən yaxşı bir sınaqdan ke­çirt­sin. Həqiqətən, Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir

[18] Bax belə! Həqiqətən də, Allah ka­firlərin hiyləsini zəif­lədər

[19] Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir

[20] Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna itaət edin, eşit­diyiniz halda on­dan üz dön­dər­məyin

[21] Eşitmədikləri halda: “Eşit­­dik!” de­yənlər kimi olma­yın

[22] Şübhəsiz ki, Allah ya­nın­da canlıla­rın ən pisi haqqı an­la­ma­yan karlar və lallardır

[23] Əgər Allah onlarda bir xe­yir ol­du­ğunu bilsəydi, əlbət­tə, on­la­ra eşit­di­rər­di. Əgər on­lara eşit­dirsəydi belə, yenə də üz çevi­rə­rək dönərdilər

[24] Ey iman gətirənlər! Pey­ğəmbər si­zi, həyat verəcək şey­lərə ça­ğır­dığı za­man Allahın və Peyğəmbərinin çağı­rı­şına ca­vab verin. Bi­lin ki, Allah in­san­la onun qəlbi arasındadır (onun istəyinə çat­ma­sına mane ola bilər) və siz Onun hüzu­runa toplanacaqsınız

[25] Elə bir bəladan qorxun ki, o, siz­lərdən təkcə zalım olan­lara üz verməz (hamınızı bürü­yər). Bilin ki, Allah şid­dətli cəza ve­rən­dir

[26] Yadınıza salın ki, bir za­man siz az idiniz, yer üzündə zəif sa­yılırdınız; kafir adamla­rın sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə sığınacaq ver­di, Öz köməyi ilə sizi qüv­vətləndirdi və si­zə pak ruzilər­dən verdi ki, bəlkə şükür edə­siniz

[27] Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna xəyanət­karlıq gös­tər­məyin və bilə-bilə ara­nız­dakı əmanətlərə də xə­ya­nət et­mə­yin

[28] Bilin ki, var-dövlətiniz də, öv­lad­la­rınız da ancaq bir imta­han­dır. Böyük mükafat isə Allah yanındadır

[29] Ey iman gətirənlər! Əgər Allah­dan qorxsanız, O sizə haqla na­haqqı ayırd etmə ba­carığı ve­rər, günah­ları­nız­dan keçər və sizi ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir

[30] Bir zaman kafirlər səni həbs et­mək, öldürmək və ya yurdun­dan qovmaq üçün sənə qarşı hiylə qururdular. On­lar hiylə iş­lət­di­lər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır

[31] Ayələrimiz onlara oxun­duğu za­man deyərlər: “Artıq eşit­dik. İstəsək, biz də buna bən­zərini deyə bilərik. Bu, keç­­miş­­də­ki­lə­rin əf­sanələrindən baş­qa bir şey de­yildir”

[32] O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəl­miş bir haqdırsa, onda üstü­müzə göy­dən daş yağdır və ya bizə ağrılı-acı­lı bir əzab gön­dər”– de­mişdilər

[33] Sən onların arasında ol­du­ğun hal­da Allah onlara əzab ver­mə­yəcək. Bağış­lanmalarını dilə­dikləri zaman da Allah on­lara əzab verən deyildir

[34] Onlar Məscidulharamın xid­mət­çi­ləri olmadıqlarına bax­­ma­ya­­raq mömin­ləri oraya bu­raxmadıq­ları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçi­ləri yalnız müt­təqilərdir. Lakin on­la­rın çoxu bunu bilmir

[35] Onların müqəddəs Evin yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Küfr etdiyinizə görə dadın əza­bı

[36] Şübhəsiz ki, kafir olan­lar insan­la­rı Allah yolundan sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, sonra bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə məğlub ediləcək­lər. Ka­fir olanları Cə­hənnəmə top­la­ya­caqlar ki

[37] Allah murdarı pakdan ayır­sın, murdarları bir-birinin üs­tü­nə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yer­ləş­dirsin. Zi­ya­na uğrayanlar da məhz onlardır

[38] Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-ke­çən­lər on­lara ba­ğış­la­nar. Yox, əgər küfrə qayıtsalar, əvvəl­ki­lərin ba­şına gə­lən aqibəti göz­ləsinlər

[39] Fitnə aradan qalxana qə­dər və din tamamilə yalnız Alla­ha həsr edilənə­dək onlarla vu­ruşun! Əgər şirkə son qoy­sa­lar, bilsinlər ki, Allah onların et­dik­lərini görür

[40] Əgər onlar üz döndər­sə­lər, bilin ki, Allah sizin Hima­yədarı­nız­dır. O, nə gözəl Hi­ma­yədar, nə gözəl Yardım­çı­dır

[41] Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəs­tə­nin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir

[42] O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir

[43] O zaman Allah yuxun­da sə­nə on­ları az göstərdi. Əgər on­­la­rı sənə çox gös­tərsəydi, ruh­dan dü­şər­ və döyüş barə­sində bir-biri­niz­lə müba­hisə edərdi­niz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olan­­ları bilir

[44] O vaxt qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onları si­zin gö­zü­nüzə az gös­tərdi, sizi də onların gözündə azalt­dı ki, olacaq işi ye­rinə yetirsin. Bü­tün iş­lər Allaha qayıdır

[45] Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapa­sı­nız

[46] Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə müba­hi­sə et­məyin, yox­sa ruhdan dü­şər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edən­lər­lə­dir

[47] Yurdlarından təkəbbür­lə, özlərini camaata göstərmək üçün çıxan və insan­ları Allah yo­lun­dan sapdıran kəslər ki­mi olma­yın. Allah onların əməl­lə­rini hər tərəf­dən əhatə etmiş­dir

[48] O zaman şeytan onların əməl­lə­ri­ni özlərinə gözəl­ gös­tə­rib: “Bu gün in­san­lardan heç kəs sizə qalib gələ bil­məz. Axı mən sizə yar­dım edən bir qon­şu­yam!”– demişdi, iki dəstə bir-birini gör­dük­də isə geri çə­ki­lib: “Mən siz­dən uza­ğam. Mən sizin görmədik­lə­ri­ni­zi görü­rəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir!”– de­mişdi

[49] O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedi­lər: “Bun­ları öz din­ləri aldat­dı!” Kim Allaha təvəkkül etsə, bil­sin ki, Allah Qüdrət­lidir, Hikmət sahibidir

[50] Kaş sən kafirləri mələk­lər onların canını alarkən görəy­din. Mə­ləklər onla­rın üzünə və yanla­rına vura-vura de­yir­dilər: “Dadın yan­dırıcı odun əzabı­nı

[51] Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir. Yoxsa Allah qul­larına zülm edən de­yildir”

[52] Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Alla­hın ayə­lərini inkar etdilər, Allah da on­ları gü­nahlarına görə ya­xa­ladı. Şübhəsiz ki, Allah Qüv­vətlidir, cə­za­lan­dırması da şid­dətlidir

[53] Bu, ona görədir ki, bir ca­maat nəfs­lərində olanı də­yiş­­mə­yin­cə, Allah da onlara ver­diyi neməti dəyişən de­yil­dir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi bilən­dir

[54] Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Biz də on­ları günah­la­rı­na görə məhv etdik. Firon nəs­lini dənizdə qərq et­dik. On­la­rın ha­mısı zalım idi

[55] Şübhəsiz ki, Allah ya­nın­da can­lı­ların ən pisi kafir olan­lar­dır. Onlar iman gətir­məzlər

[56] Onlar əhd bağladığın kim­sələrdir ki, sonra hər dəfə öz əhd­lə­rini pozur və heç nə­dən çəkin­mirlər

[57] Əgər döyüşdə onları ya­xa­lasan, on­ları cəzalan­dırmaq­la ar­xa­­larında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsın­lar

[58] Əgər bir qövmün əhdi po­za­cağı ilə xəyanət etməsin­dən qorx­san, sən də on­lara onu poz­duğunu bil­dir. Şübhəsiz ki, Allah xa­in­lə­ri sevmir

[59] Qoy kafirlər əzabdan qa­ça bilə­cək­lərini zənn etmə­sin­lər. Çün­ki onlar ondan yaxa qurtara bilməzlər

[60] Düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz, lakin Allahın bil­diyi kimsələri qor­xudasınız. Allah yolunda nə xərc­lə­səniz, əvəzi sizə tam ödə­ni­lər və sizə zülm edilməz

[61] Əgər onlar sülhə meyl etsə­lər, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidən­dir, Biləndir

[62] Əgər onlar səni aldat­maq istəsə­lər, bil ki, sənə Allah ye­tər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüv­vətlən­dirdi

[63] Allah onların qəlblərini bir­ləş­dir­di. Əgər sən yer üzün­də olan­ların ha­mı­sını sərf et­səy­din belə, onların qəlb­lə­ri­ni bir­ləş­dirə bil­məzdin. Lakin Allah on­la­rı birləş­dirdi. Həqiqətən, O, Qüdrət­li­dir, Hikmət sahibidir

[64] Ey Peyğəmbər! Sənə və sənin ar­dın­ca gedən mö­min­lə­rə Allah kifayət edər

[65] Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Əgər ara­nızda iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər; əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar anla­ma­yan adam­lardır

[66] İndi Allah sizin yükü­nü­zü yün­gülləşdirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi. Əgər ara­nızda yüz sə­birli kişi olsa, kafir­lər­dən iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah səbir edən­lər­lədir

[67] Peyğəmbərə yer üzündə çoxlu ka­fir qırmayınca əsir gö­tür­mək yaraşmaz. Siz dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə axi­rə­ti qazanmağınızı istə­yir. Allah Qüdrətlidir, Hikmət sahibidir

[68] Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab to­xunardı

[69] Ələ keçirdiyiniz qəni­mət­­ləri ha­lal və təmiz olaraq yeyin və Allahdan qor­xun. Hə­qi­qə­tən, Allah Bağışlayandır, Rəhmli­dir

[70] Ey Peyğəmbər! Əliniz­də olan əsir­lərə de: “Əgər Allah qəl­bi­niz­də xe­yir olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir”

[71] Əgər əsirlər sənə xəya­nət etmək istəsələr, bilin ki, on­lar bun­dan əvvəl Allaha xəya­nət et­mişdi­lər. Allah mömin­lərə on­ların öh­də­sindən gəl­məyə im­kan ver­mişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir

[72] Həqiqətən, iman gəti­rən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsar – məhz onlar bir-birinin dost­la­rı­­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, on­lar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­si­niz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir qövm əleyhinə yardım istisna ol­maq­la, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür

[73] Kafirlər də bir-birinə dost­­durlar. Əgər siz bir-birinizə yar­dımçı olma­sanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər

[74] İman gətirən, hicrət edən və Allah yolunda cihad edən­lər və sığınacaq ve­rib kö­mək­lik gös­tərənlər – məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün ba­ğış­lanma və bolluca ruzi var­dır

[75] Sonradan iman gətirən­lər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kita­bı­na gö­rə bir-bi­ri­nə varis olmağa daha ya­xın­dırlar. Həqiqətən, Allah hər şe­yi bi­lir

ət-Tövbə

Surah 9

[1] Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin po­zul­ması barədə bir xəbər­darlıq­dır

[2] Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir

[3] Bu, Allah və Onun Elçisi tə­rəfin­dən ən böyük həcc günü in­san­lara Alla­­hın və Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Əgər tövbə etsəniz, bu si­zin üçün xe­yirli olar. Yox əgər üz döndərsə­niz, bilin ki, siz Allah­­dan yaxa qurtara bil­mə­yəcək­si­niz. Kafirləri ağrılı-acılı bir əzabla müj­də­lə

[4] Saziş bağladıqdan sonra onu poz­mamış və sizin əleyhi­nizə heç kəsə yar­dım göstər­mə­miş müşrik­lər istisnadır. On­­lar­la olan mü­qa­vilənizi, müd­dəti bi­tənədək yerinə yetirin. Həqi­qətən, Allah müt­təqi­ləri sevir

[5] Haram aylar bitdikdə müş­­riklərə harada rast gəlsəniz, on­ları öl­dü­rün, əsir tutun, mü­ha­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər tövbə et­sə­lər, namaz qılıb zəkat ver­sə­lər, on­ları sər­bəst buraxın. Çünki Allah Bağış­layandır, Rəhmli­dir

[6] Əgər müşriklərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür

[7] Məscidulharamın ya­nın­da sa­ziş bağ­ladığınız kəslər istis­na ol­maqla müş­riklərin Allah və Onun Elçisi yanında nə əh­di ola bi­lər? Nə qədər ki, onlar si­zinlə düzgün davranır, siz də onlarla düz­gün davranın. Hə­qi­qətən, Allah müt­tə­qiləri se­vir

[8] Necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət et­məz­lər. Onların qəl­bin­də nifrət ol­du­ğu halda, dildə sizi ra­zı sal­mağa çalışarlar. On­ların çoxu fa­siq­lər­dir

[9] Onlar Allahın ayələrini ucuz qiy­mətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş ne­cə də pisdir

[10] Onlar möminlərlə mü­na­­si­bətdə nə qohumluq əlaqə­si­nə, nə də əhdə ria­yət etmir­lər. Onlar həddi aşanlardır

[11] Əgər tövbə etsələr, na­maz qılıb zə­kat versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Biz ayələri bilən adamlara be­lə­cə izah edirik

[12] Əgər kafir başçılar əhd bağ­la­dıq­dan sonra andlarını po­zub di­­ni­ni­zə böhtan atsalar, onlarla vuru­şun, çün­ki onlar anda əhə­miy­yət verməzlər. Bəlkə, küfrdən əl çəkələr

[13] Məgər siz andlarını po­zan, Pey­ğəm­bəri öz yurdundan qov­maq fikrində olan, özləri də sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla vuruşmaya­caq­sı­nız? Mə­gər onlardan qor­xur­su­nuz? Əgər mö­­min­si­niz­sə, daha çox Allahdan qorxmalı­sı­nız

[14] Onlarla vuruşun ki, Allah sizin əl­lə­rinizlə onlara əzab ver­sin, onları rüs­vay etsin, sizə on­la­rın üzərində qələbə çaldır­sın, mö­min camaatın qəlbini se­vin­dirsin

[15] və möminlərin qəlbin­dən qəzəbi si­lib aparsın. Allah is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir

[16] Yoxsa elə hesab edir­si­niz ki, Allah sizlərdən cihad edən­ləri, Allah­dan, Onun Elçi­sin­dən və möminlərdən başqa­sını öz­lərinə sir­daş tutmayan­ları sı­na­madan siz sərbəst bu­raxı­lacaq­sı­nız? Allah nə etdik­lərinizdən xəbərdardır

[17] Müşriklər küfr etdiklə­ri­ni bil­dik­ləri halda, onlara Alla­hın məs­cidlərini abadlaş­dır­maq ya­ra­maz. Onların əməl­ləri pu­ça çıx­mış­­dır. Onlar Odda əbə­di qalacaqlar

[18] Allahın məscidlərini yal­­nız Allaha və Axirət gününə iman gə­tirən, namaz qılan, zə­kat verən və Allahdan başqa heç kəsdən qorx­mayanlar abad­laşdırar. Ola bilsin ki, onlar doğ­ru yolla ge­dən­lər­dən ol­sunlar

[19] Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha və Axi­rət gü­nünə iman gə­tirib Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Alla­hın ya­nın­da bərabər sayıl­mırlar. Allah zalım qövmü doğru yola yönəlt­məz

[20] İman gətirib hicrət edən və Allah yolunda öz malı və ca­nı ilə cihad edən­lərin Allah ya­nında ən yüksək də­rə­cə­ləri var­dır. Məhz onlar nicat tapan­lar­­dır

[21] Rəbbi Öz tərəfindən on­ları bir mər­həmət, razılıq və içəri­sin­də onlar üçün tükən­məz ne­mətlər olan cən­nətlərlə müjdə­lə­yir

[22] Onlar orada əbədi qala­caq­lar. Şüb­həsiz ki, ən böyük müka­fat Allah yanındadır

[23] Ey iman gətirənlər! Əgər ata­la­rı­nız və qardaşla­rı­nız küf­rü imandan üs­tün sayır­larsa, on­ları dost tut­mayın. Siz­lər­dən onları dost tutanlar zalım­lar­dır

[24] De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”

[25] Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız

[26] Sonra Allah Öz Elçisinə və mö­min­lərə əminlik nazil et­di, gö­rə bilmə­di­yiniz döyüş­çülər gön­dərdi və kafir­lə­rə əzab verdi. Bu­­dur kafirlərin cə­zası

[27] Bundan sonra isə Allah istədi­yi­nin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhm­lidir

[28] Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Əgər kasıb­lıqdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, Öz lüt­fündən bəxş etməklə sizi var­landırar. Həqi­qə­tən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[29] Kitab verilənlərdən Alla­ha və Axi­rət gününə iman gə­tir­mə­yən, Allahın və Onun El­çi­sinin haram buyurduğunu ha­ram say­ma­yan və həqiqi din olan İs­lama etiqad etmə­yənlər­lə, zəlil günə qa­­lıb öz əlləri ilə cizyə verməyə məcbur olun­caya qədər vuruşun

[30] Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər

[31] Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır

[32] Onlar ağızları ilə Alla­hın nu­runu söndürmək istəyir­lər. Allah isə buna yol verməz, ka­firlərin xoşuna gəlməsə də, O, Öz nu­runu tamamlayar

[33] Müşriklərin xoşuna gəl­mə­sə də, İslamı bütün dinlər­dən üs­tün etmək üçün Öz El­çi­sini doğru yol göstəricisi və haqq din ilə gön­dərən Odur

[34] Ey iman gətirənlər! Elm adamlarından və rahiblərdən ço­xu in­san­ların mal­larını haqsız ola­raq yeyir və onları Allah yo­lundan dön­dərirlər. Qızıl-gü­müş yı­ğıb onları Allah yo­lun­da sərf etmə­yən­lə­ri ağrılı-acılı bir əzabla müjdələ

[35] O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir

[36] Həqiqətən, Allah yanın­da ayla­rın sayı on ikidir. Bunu da Allah göy­lə­ri və yeri yarat­dığı gündə Kitaba yaz­mışdır. Bunlar­dan dördü haram aylar­dır. Doğru din budur. Odur ki, bu ay­larda özünüzə zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah müt­təqilər­lədir

[37] Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz

[38] Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda dö­yüşə çıxın!”– de­yil­dikdə yeri­nizdə qaxı­lıb qalırsınız? Ol­ma­ya, axirətdən daha çox dünya hə­yatından razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirətlə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir

[39] Əgər döyüşə çıxmasa­nız, Allah sizi ağrılı-acılı bir əzaba dü­çar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zə­rər yetirə bilməz­si­niz, çünki Allah hər şeyə qa­dirdir

[40] Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir

[41] Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, ma­lınız və ca­nınızla Allah yolunda ci­had edin! Biləsiniz ki, bu si­zin üçün da­ha xeyirlidir

[42] Əgər səfəriniz gəlir gəti­rən və yüngül bir yürüş ol­say­dı, on­lar mütləq sənin ardınca ge­dərdilər. Lakin əziy­yətli yol onlara çə­tin gəldi. Onlar: “Əgər taqətimiz ol­saydı, biz də si­zin­lə bəra­bər çı­xar­dıq!”– deyə Alla­ha and içəcək­lər. Onlar öz­lə­ri­ni həlak edirlər. Çünki Allah on­ların yalançı olduq­larını bilir

[43] Allah səni bağışlasın! Doğ­ru da­nışanlar sənə bəlli ol­mamış, yalançıları da tanıma­mış nə üçün onlara cihaddan yayınmağa izin verdin

[44] Allaha və Axirət günü­nə iman gə­tirənlər Allah yolunda mal­ları və can­­ları ilə cihad et­mək üçün səndən izin istə­məz­­lər. Allah müttəqiləri tanı­yır

[45] Ancaq Allaha və Axirət gü­nünə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər dö­yüşə get­məmək məqsədilə sən­dən izin istə­yir­lər. Onlar öz şüb­hə­ləri için­də tərəddüd edir­lər

[46] Əgər onlar döyüşə çıx­maq istə­səy­dilər, mütləq ona hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların döyüşə getməsini istə­mə­di və on­la­rı saxladı. Onlara: “Evdə otu­ranlarla bərabər, siz də oturun!”– de­yildi

[47] Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işi­niz­də qa­rışıqlığı ar­tırar və sizi fit­nəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə on­lara qulaq asanlar da var. Allah za­lım­ları ta­nı­yır

[48] Onlar əvvəllər də fitnə­kar­lıq et­məyə çalışmış və sə­nin əley­hi­nə hiylələr qur­muş­dular. Axır ki, haqq öz yerini tap­dı və onlar istə­mədikləri hal­da Alla­hın hökmü qələbə çal­dı

[49] Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır

[50] Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir mü­sibət üz versə: “Biz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!”– deyər və sevinə-se­vinə çıxıb ge­dərlər

[51] De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”

[52] De: “Doğrudanmı siz biz­­lərə iki uğurdan – qələbədən və ya şə­hidlikdən birinin yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar et­mə­sini gözləyi­rik. Siz gözləyin; şüb­hə­siz ki, biz də sizinlə birlikdə gözlə­yirik”

[53] De: “İstər könüllü, istər­sə­niz də könülsüz xərcləyin, on­suz da sizdən qə­bul olun­ma­­ya­caq. Çünki siz fasiq bir qövm oldu­nuz!”

[54] Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o ma­ne olur ki, onlar Allaha və Onun Elçi­sinə küfr edir, na­maza tən­bəl­lik­lə qalxır və mallarını kö­nülsüz xərc­ləyirlər

[55] Onların nə malları, nə də övlad­ları səni heyrətləndir­mə­sin. Allah bun­larla dünya həya­tında onlara əzab ver­mək və onların kafir olaraq canlarının çıxmasını istəyir

[56] Onlar sizinlə həmrəy ol­duq­larına and içirlər. Halbuki onlar sizdən de­yil­lər. Əs­lin­də, onlar qorxaq adam­lar­dır

[57] Əgər onlar bir sığınacaq və ya dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən ora yönələr­di­lər

[58] Onlardan elələri də var ki, sədə­qələrlə bağlı sənə nöq­san tu­tur­lar. Bun­dan onlara bir şey çatsa, razı qalar, bir şey çat­masa, dər­hal qəzəblənərlər

[59] Kaş ki, onlar Allahın və Onun El­çisinin onlara verdi­yi­nə ra­zı qalıb: “Allah bizə ye­tər. Allah da bizə Öz lütfün­dən ve­rəcək, Onun Elçisi də. Hə­qi­qə­tən də, biz Allaha rəğ­bət bəs­lə­yi­rik”– de­yəy­dilər

[60] Zəkatlar Allah tərəfin­dən bir fərz olaraq yalnız yox­sul­lara, ka­sıblara, onu yığıb pay­layanlara, qəlbləri İslam di­ninə isinişdirilə­cək kimsələrə, kölə­lərin azad olun­masına, borclu­lara, Allah yo­lun­da cihad edən­lərə və müsafirlərə məx­­sus­dur. Allah hər şeyi biləndir, hikmət sahibidir

[61] Onlardan elələri də var ki, Pey­ğəm­bərə əziyyət verib: “O hər sözü eşidən bir qulaq­dır!”- deyir­lər. De: “O, sizin üçün ancaq xe­yirli sözlər eşi­dir. O, Alla­ha iman gətirir, mö­min­lərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəh­mət­dir”. Allahın Elçisinə əziy­yət ve­rən­lər üçün isə ağrılı-acılı bir əzab var­dır

[62] Sizi razı salmaq üçün yanı­nızda Allaha and içirlər. Əgər mö­mindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları da­ha yaxşıdır

[63] Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çı­xan­lar üçün içində əbədi qa­la­caq­ları Cəhənnəm odu var­dır? Bu isə böyük rüsvayçı­lıq­dır

[64] Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”

[65] Onlardan nə üçün is­tehza etdiklərini soruşsan, deyərlər: “Biz sa­dəcə boş-boş danışıb za­rafatla­şırdıq!” De: “Allaha, Onun ayələ­ri­nə və Onun Elçi­sinə is­teh­zamı edirsiniz

[66] Üzrxahlıq etməyin! İman gə­tir­dik­dən sonra artıq kafir ol­du­nuz”. Siz­lər­dən bir qismini ba­ğışlasaq da, digər­lə­ri­nə gü­nah­kar ol­duqlarına görə əzab ve­rərik

[67] Münafiq kişilər və mü­na­fiq qa­dınlar bir-birinin tayı­dır­lar. On­lar in­sanları pis işlər görməyə vadar edir, yaxşı əməl­lərə qa­da­ğa qoyur və xə­sis­lik göstərirlər. On­lar Allahı unut­dular. Allah da on­ları unutdu. Həqiqətən, mü­nafiq­lər günah­kardırlar

[68] Allah münafiq kişilərə, mü­nafiq qadınlara və kafirlərə içəri­sində əbədi qalacaqları Cə­hən­nəm odu vəd etmiş­dir. Bu onlara ki­fa­yət edər! Allah on­lara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır

[69] Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır

[70] Məgər onlara özlə­rin­dən əvvəl­ki­lərin – Nuh qövmü­nün, Ad və Sə­mud tayfaları­nın, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və alt-üst edil­miş kən­din – Lut tay­fa­sı­nın xəbər­ləri gəlib çatma­yıb­? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, la­kin onlar özləri öz­lə­rinə zülm edir­dilər

[71] Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edəcəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Hik­mət sahibidir

[72] Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları cən­nətlər və Ədn cənnətlə­rində gözəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğurdur

[73] Ey Peyğəmbər! Kafir­lər­lə və mü­nafiqlərlə vuruş. On­larla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora nə pis dö­nüş yeridir

[74] Allaha and içirlər ki, na­la­­yiq söz­lər deməyiblər. Onlar küfr danışmış, İslamı qə­bul etdik­dən sonra kafir olmuş və bacara bil­mədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Alla­hın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına gö­­rədir. Əgər tövbə etsələr, onlar üçün xe­yir­li olar. Əgər üz dön­dər­sələr, Allah on­ları dünyada da, axi­rətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə on­la­rın nə bir dos­tu, nə də bir kömək­çisi var­dır

[75] Onlardan: “Əgər Allah Öz lüt­fündən bizə bəxş etsə, əl­bəttə, biz sə­də­qə verər və əmə­lisaleh­lərdən ola­rıq!”– deyə Alla­ha əhd edənləri də var­dır

[76] Allah Öz lütfündən on­lara ver­dik­də isə xəsislik edə­rək üz çe­virib getdi­lər

[77] Allaha verdikləri vədə xi­laf çıx­dıq­larına və yalan söy­lə­dik­lə­­rinə görə Allah da on­ların qəlb­lərinə Onunla qar­şı­la­şa­caq­ları gü­nədək nifaq saldı

[78] Məgər anlamırdılar ki, Allah on­ların sirlərindən də, xəl­vəti danı­şıq­la­rın­dan da agah­dır və Allah qeybləri bi­lən­dir

[79] Möminlərdən könüllü su­­rətdə sə­dəqə verənlərə və çə­tin­­lik­lə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xə­rə­yə qo­yan­la­rı, Allah məsxərəyə qoya­caq­dır. Onları ağrılı-acılı bir əzab gözlə­yir

[80] Onların bağışlanması üçün dua et­sən də, etməsən də, hətta on­lar üçün yet­miş dəfə bağış­lan­ma diləsən belə, Allah on­la­rı əsla bağışlamayacaqdır. Çün­ki on­lar Allahı və Onun Elçisini inkar et­di­lər. Allah günahkar insanları doğru yo­la yö­nəlt­məz

[81] Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və: “Bu istidə döyüşə çıx­mayın!”– de­dilər. De: “Cəhən­nəm odu bun­dan da hərarət­li­dir!” Kaş an­la­yaydılar

[82] Qoy onlar etdikləri gü­nah­ların cə­zası olaraq az gü­lüb çox ağ­lasınlar

[83] Əgər Allah səni onlar­dan bir züm­rənin yanına gön­dərsə və on­lar dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mə­nimlə döyüşə çıx­maya­caq və mənimlə birlik­də heç bir düş­­mən­lə vuruşma­ya­caqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalanlarla bə­ra­bər, siz də ev­də oturun!”

[84] Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qıl­ma, qəbrinin başında da dur­ma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günah­kar ola­raq öldülər

[85] Onların nə malları, nə də övladları səni təəccüblən­dir­mə­sin. Allah bunlarla, bu dün­ya­da onlara əzab vermək və on­la­rın kafir ola­raq canlarının çıx­ma­sını istəyir

[86] “Allaha iman gətirin və Onun El­çisi ilə birlikdə cihad edin!”– deyə bir su­rə nazil edil­dikdə onların var-dövlətə ma­lik olanları sən­dən icazə istə­yib de­dilər: “Bizi burax evdə otu­ranlarla bir­likdə qa­laq!”

[87] Onlar arxada qalanlarla birgə ol­ma­ğa razılaşdılar. On­la­rın qəl­blərinə mö­hür vu­rul­du. Buna görə də onlar haq­qı anla­maya­caq­lar

[88] Lakin Allahın Elçisi və onunla birgə iman gətirənlər mal­ları və canları ilə cihad et­dilər. Onlar üçün nemətlər ha­zırlanmış­dır. Məhz onlar uğur qaza­nan­lardır

[89] Allah onlar üçün ağac­la­rı altından çaylar axan, için­də əbədi qalacaqları cən­nətlər hazır­lamışdır. Bu, bö­yük uğurdur

[90] Bədəvilərdən üzrlü ol­duq­larını id­dia edənlər evdə qal­maq üçün onlara ica­zə verilsin deyə gəldilər. Allaha və Onun Elçi­sinə ya­lan danışanlar isə evdə oturdu­lar. Onlardan kafir olan­lara ağ­rılı-acılı bir əzab üz ve­rəcəkdir

[91] Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə aciz­lərə, xəstələrə və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən­lərə evdə qal­maq­da heç bir gü­nah yoxdur. Yaxşı işlər gö­rən­ləri dan­la­mağa əsas da yox­dur. Allah Ba­ğış­la­yandır, Rəhm­li­dir

[92] Miniklə təmin edəsən de­yə sənin yanına gəldikdə: “Si­zin üçün minik ta­pa bilmi­rəm”– de­diyin zaman cihad üçün xərc­lə­mə­yə bir şey tapa bil­mə­dik­lə­rindən ötrü kədərlə­nib göz­ləri dol­muş hal­da geri dö­nən­lərin də heç bir günahı yoxdur

[93] Yalnız varlı olduqları halda evdə qal­maq üçün sən­dən icazə al­mağa gə­lən­lər dan­lan­malıdır­lar. Onlar arxada qa­lan­lar­la birgə dal­dalanmağa ra­zı­laş­dılar. Allah on­ların qəlbini möhürlə­mişdir. Məhz bu sə­bəb­dən onlar özləri­nin aqi­bətini bil­məz­lər

[94] Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir

[95] Yanlarına qayıtdığınız za­man on­lardan əl çəkəsiniz de­yə qar­şınızda Alla­ha and içə­cəklər. Siz onlardan üz dön­də­rin. Çünki on­lar murdardırlar. Qa­zandıqları günahların cəzası olaraq gedəcəkləri yer Cəhən­nəm olacaqdır

[96] Qarşınızda and içəcək­lər ki, onlar­dan razı qalasınız. Siz on­lar­dan razı ol­sa­nız da, Allah fasiq qövmdən razı qal­maz

[97] Bədəvilər kafirlik və mü­nafiqlik ba­xımından daha be­tər, Alla­hın Öz El­çi­sinə nazil et­diyi qanunları bilməməyə da­ha meyl­li­dir­lər. Allah hər şeyi biləndir, hikmət sahibidir

[98] Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədi­yini itki sa­yır və sizə bir bəd­bəxtlik üz verməsini gözləyir. Bəd­bəxt­lik on­la­rın öz başlarına gələ­cək. Allah hər şeyi eşidəndir, bi­ləndir

[99] Bədəvilərdən eləsi də var­dır ki, Alla­ha və Axirət gü­nü­nə ina­nır, xərc­lə­diyini Allah ya­nında yaxınlıq və Pey­ğəm­bə­rin du­ala­rı­na nail olmaq üçün va­sitə sayır. Həqiqətən də, bu, on­lar üçün ya­xınlaşmağa bir vasi­tədir. Allah onları Öz mər­hə­mətinə qo­vuş­du­­ra­caq­dır. Hə­qi­qətən, Allah Bağış­layan­dır, Rəhm­lidir

[100] Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur

[101] Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sın­da mü­nafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə on­la­rı tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə əzab ve­rəcəyik. Sonra isə böyük bir əzaba qay­tarı­la­caqlar

[102] Digərləri isə günahla­rı­nı etiraf et­dilər. Onlar yaxşı bir əməl­lə başqa bir pis əməli qa­rışdırdılar. Ola bilsin ki, Allah on­la­rın töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layan­dır, Rəhm­li­­dir

[103] Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir

[104] Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­li­dir

[105] De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”

[106] Döyüşə getməyənlər­dən baş­qaları da var ki, onlar Alla­hın ix­tiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lə­ri­ni qəbul edəcək. Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[107] Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sı­na təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qar­şı müharibə edən kim­səni göz­ləmək üçün məs­cid tikənlər, əl­bət­tə: “Biz yax­şı­lıq­dan başqa bir şey is­tə­mə­dik”– deyə and içə­cək­lər. Allah şa­hid­dir ki, onlar yalan­çıdırlar

[108] Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qu­rulmuş məscid, əl­bət­tə, içində namaz qılmağın üçün daha la­yiq­dir. Orada təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da təmiz­lə­nən­ləri sevir

[109] Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs da­ha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və onun­la birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz

[110] Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lə­rində bir şübhə olaraq qa­la­caq­dır. Allah hər şeyi biləndir, hikmət sahibidir

[111] Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqa­bilin­də, on­ların can­la­rını və malla­rı­nı sa­tın almışdır. Çünki on­lar Allah yo­lunda vuruşub öldü­rür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İn­cil­də və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Allahdan da­ha yaxşı əh­di­ni ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə gö­rə sevinin. Məhz bu, böyük uğurdur

[112] Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görmə­yi buyu­rub pis əməl­ləri qada­ğan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o mö­min­ləri müj­də­lə

[113] Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları müsəlmanlara bəlli ol­duq­dan son­ra, onlarla qohum olsa­lar belə, Peyğəmbərə və mö­min­lərə on­lar üçün bağışlan­ma di­lə­mək yaraşmaz

[114] İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sa­dəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düş­mən olduğu ona bəl­li olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran hə­lim bir kim­sə idi

[115] Allah bir qövmü doğru yola yö­nəltdikdən sonra haram olan şeylər­dən on­ları xəbərdar etmə­yincə on­la­rı hə­min yoldan az­dırmaz. Həqiqə­tən, Allah hər şe­yi bilir

[116] Həqiqətən, göylərin və yerin mül­kü Allaha məxsus­dur. O həm di­ril­dir, həm də öl­dürür. Si­zin Allahdan baş­qa nə bir hima­yə­da­rınız, nə də bir kö­məkçiniz var

[117] Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarın da əvvəlcə töv­bəsini qə­bul et­di, son­ra da on­ları ba­ğışladı. Çünki Allah on­lara qar­şı çox şəf­qət­li­dir, rəhm­lidir

[118] Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­li­yi­nə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sı­xılmış və yə­qin bilmişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sı­ğın­maq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peş­man olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir

[119] Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şan­lar­la bir­likdə olun

[120] Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz

[121] Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fat­lan­dır­­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məs­rəf, keç­dik­lə­ri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın

[122] Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər

[123] Ey iman gətirənlər! Ya­­xınlı­ğı­nız­da­kı kafirlərlə vuru­şun. Qoy onlar siz­də sərtlik gör­sünlər. Bilin ki, Allah müt­­­təqilər­lədir

[124] Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, han­sı­nızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lərə gəl­dik­­də isə, o surə onla­rın ima­nını artırır və onlar bir-bir­lərini müj­də­­lə­yirlər

[125] Qəlbində xəstəlik olan­lara gə­lin­cə, o surə onların mur­dar­lı­ğı üstünə bir murdarlıq da artırır və onlar kafir o­la­raq ölürlər

[126] Onlar ildə bir və ya iki dəfə fə­la­kətə uğradıqlarını gör­mür­lərmi? Ye­nə də tövbə et­mir, ibrət almırlar

[127] Bir surə nazil edildiyi za­man on­­lar: “Sizi kimsə gö­rür­mü?”– deyə bir-bir­lərinə ba­xır, sonra da üz çevirib ge­dir­lər. An­la­mayan bir qövm ol­duq­larına görə Allah onların qəlbləri­ni iman­dan məh­­rum et­mişdir

[128] Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir

[129] Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur. Mən Ona tə­vək­kül etdim. O, bö­yük Ərşin Rəbbi­dir!”

Yunus

Surah 10

[1] Əlif. Ləm. Ra. Bu, hik­mətli Kitab­ın ayələridir

[2] İçərilərindən bir adama: “İn­sanla­rı qorxut və iman gəti­rən­lə­ri müjdələ ki, özlərinin Rəb­bi yanında onların etdik­ləri yax­şılıq­la­rın mükafatı var­!”– de­yə vəhy etməyimiz insanlara qə­ribə­mi gö­rün­dü? Kafirlər: “Söz­­süz ki, bu, açıq-aşkar bir sehr­bazdır!”– de­di­lər

[3] Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, son­ra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız

[4] Ha­mı­nı­zın dönüşü Ona­dır. Bu, Allahın haqq olan və­didir. O, məx­luqu ilk də­fə ya­radır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməl­lər edən­ləri əda­lətlə müka­fat­landırsın. Ka­firlərə gə­lin­cə, küfr etdiklə­rinə görə on­lar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazır­lan­mışdır

[5] Günəşi işıqlı, ayı nurlu edən, il­lə­rin sayını və hesabı bi­ləsiniz de­yə ona mənzillər (səf­hələr) müəy­yən edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən adam­lara belə izah edir

[6] Doğrudan da, gecə ilə gün­düzün bir-birini əvəz etməsin­də, Allahın göylərdə və yerdə yarat­dıqlarında Allahdan qor­xan adam­lar üçün dəlillər var­dır

[7] Şübhəsiz ki, Bizimlə qar­şı­laşa­caq­la­rına ümid etməyən­lər, dün­ya həya­tın­dan razı qa­lıb onun­la rahatlıq tapan­lar və ayələ­ri­miz­dən xəbərsiz olan­ların –

[8] məhz onların qazandıq­la­rı günah­la­ra görə gedəcəkləri yer Oddur

[9] İman gətirib saleh əməl­lər edən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər. Nəim cən­nətlərində onların ayaq­ları al­tından çay­lar axar

[10] Onların oradakı duası: “Alla­hım! Sən pak və müqəd­dəs­sən!”, orada bir-birlərini sa­lamlaması: “Salam!” sözü və dualarının so­nu: “Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsusdur!” söz­ləri olacaq

[11] Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi ki­mi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı. Bi­zim­lə qarşı­la­şacaqlarına ümid et­mə­yənləri isə azğınlıqları için­də sər­gər­dan do­laşan vəziy­yətdə tərk edərik

[12] İnsana bəla üz verdikdə uzanan­da da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuş­dur­duqda isə san­ki ona üz vermiş bəla­dan ötrü Bizi çağırmamış kimi keçib ge­dər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi

[13] Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri on­la­ra açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına gö­rə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq

[14] Sonra onların ardınca si­zi yer üzün­də xələflər etdik ki, gö­rək necə davranacaq­sı­nız

[15] Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz is­təyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­na­na tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əza­bından qorxu­ram”

[16] De: “Əgər Allah istə­səy­di, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin ara­nızda ya­şa­mışam. Məgər bil­mirsiniz?”

[17] Allaha qarşı yalan uy­du­­randan və ya Onun ayələrini ya­lan hesab edən­dən daha za­lım kim ola bilər? Doğ­ru­dan da, günah­kar­lar nicat tapmaz­lar

[18] Onlar Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda ve­rə bilmə­yənlərə iba­dət edir və: “Onlar Allah yanında bizim şə­fa­ət­çi­lərimizdir!”– de­yir­lər. De: “Yoxsa Allaha göy­lərdə və yer­də bil­mə­diyi bir şeyimi xəbər verir­si­niz?” Allah onların qoşduqları şə­rik­lər­dən uzaqdır və ucadır

[19] İnsanlar vahid bir üm­mət idilər, sonra ixtilafa düş­dülər. Əgər Rəbbin tə­rəfindən əzəl­dən bir Söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barə­sin­də ara­la­rında dərhal hökm ve­ri­lərdi

[20] Onlar deyirlər: “Niyə ona Rəb­bin­dən bir möcüzə endi­ril­mə­yib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­lik­də göz­ləyənlər­dənəm”

[21] İnsanlara üz verən bəla­dan sonra onlara bir mərhə­mət dad­dır­dığımız za­man ayə­ləri­mizə qarşı hiyləgərlik et­mə­yə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şüb­həsiz ki, elçi­lərimiz mələklər qurdu­ğu­nuz hiylələri ya­zır­lar

[22] Sizi quruda və dənizdə hərə­kət etdirən Odur. Siz gə­mi­lərdə oldu­ğu­nuz, gəmilər də içində­ki­ləri xoş bir küləklə apar­­dığı və onlar buna sevin­dikləri za­man bir­dən fırtına qo­par və dalğalar hər yan­dan onların üs­tünə gələr. Dal­ğala­rın onları bürüyəcəyini yəqin et­dikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyər­lər: “Əgər bizi bundan xilas etsən, əlbət­tə, şükür edən­lər­dən olarıq”

[23] Allah onları xilas etdik­də isə dər­hal haqsız olaraq yer üzün­də azğınlıq edərlər. Ey in­sanlar! Azğınlığınız yal­nız si­zin öz əley­hi­nizədir. Bunlar dün­ya həyatının keçici zövqlə­ri­dir. Sonra isə dö­nü­şünüz Bizə ola­caq, Biz də nə etdik­ləriniz ba­rədə sizə xəbər ve­rə­cəyik

[24] Dünya həyatının misalı göy­dən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sa­yə­sində insanların və hey­van­ların yediyi yer bitkiləri bir-bi­rinə qatışır. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb rövnəq­ləndiyi və onun sakin­ləri onun məh­sulunu yığma­ğa qa­dir ol­duq­larını güman et­dikləri za­man gecə yaxud gündüz əm­ri­miz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndə­rərik ki, san­ki dünən heç bol məh­­sulu olmamışdı. Biz ayələri düşü­nən bir qövm üçün belə­cə izah edirik

[25] Allah əmin-amanlıq yur­duna – Cən­nətə çağırır və istə­di­yini doğru yola yönəldir

[26] Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cən­nət, üstəlik də Allahı gör­mək) vardır. Onların üzü­nü nə bir qu­bar, nə də bir zillət bü­rüyər. Onlar Cənnət sakin­ləri­dir­lər və onlar ora­da əbədi qa­lacaq­lar

[27] Pis işlər görənlərə isə pis­­liyin cə­zası onun misli qədər ve­ri­lər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üz­ləri sanki zülmət gecənin par­çalarına bü­­rün­müş­dür. On­lar Od sakinləridir­ və onlar orada əbədi qalacaqlar

[28] O gün onların hamısını bir yerə toplayacaq, sonra da müş­rik­lərə: “Siz də, şərik­ləri­niz də öz yeri­nizdə qalın!”– de­yə­cəyik. Biz on­ları ayıraca­ğıq. Onla­rın şə­rikləri deyəcək­lər: “Siz bizə iba­dət et­mirdiniz

[29] Bizimlə sizin aranızda Alla­hın şa­hid olması yetər. Doğ­ru­dan da biz si­zin ibadəti­niz­dən xəbər­siz idik”

[30] Orada hər kəs keç­mişdə tö­rətdiklərinin acısını çəkə­cək­dir. On­lar Allaha – öz­lərinin həqiqi Hima­yə­da­rı­na qaytarılacaq­ və uydur­duq­ları bütlər on­lardan uzaqlaşıb qeyb ola­caqlar

[31] De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kim­dir? Ölüdən diri çıxaran, di­ri­dən də ölü çıxaran kimdir? İş­ləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”

[32] O sizin Haqq Rəbbiniz olan Allah­dır. Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər? Siz necə də haqdan dön­dəri­lir­siniz

[33] Beləliklə, fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbinin Sö­zü doğru çıx­dı

[34] De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə ya­rat­sın, öldükdən sonra onu əvvəlki halına qay­tarsın?” De: “Məx­lu­qu ilk də­fə Allah yaradır, öldük­dən sonra onu əvvəlki halına qay­tarır. Siz necə də haq­dan dön­dərilirsiniz!”

[35] De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəl­dən bir kimsə var­mı?” De: “Allah Öz qullarını haqqa yö­nəldir. Elə isə de­yin görək haq­qa yö­nəl­dən kəs arxasınca ge­dilməyə daha çox la­yiq­dir, yox­sa özünə doğru yol gös­tə­ril­mə­yincə onu tapa bilmə­yən kəs? Sizə nə olub? Necə mü­hakimə edir­si­niz?”

[36] Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn hə­qiqəti heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir

[37] Bu Quran Allahdandır, On­dan baş­qası tərəfindən uy­durula bilməz. La­kin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəb­bi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­ma­yan kitabları mü­fəssəl izah edəndir

[38] Yoxsa: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danı­şır­sı­nız­sa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, ki­mi ba­carırsı­nızsa, köməyə çağı­rın!”

[39] Xeyr! Onlar elmini qav­raya bil­mədikləri və hələ yo­zumu on­lara gəl­məmiş Quranı yalan hesab etdilər. On­lardan əv­vəlkilər də yalan hesab et­miş­di­lər. Bir gör zalım­ların aqi­bəti necə oldu

[40] İçərilərində bu Qurana ina­nan­lar da var, ona inanma­yan­lar da. Rəb­bin fit­nə-fəsad törə­dənləri daha yaxşı ta­nıyır

[41] Əgər səni yalançı hesab et­sələr, de: “Mənim əməlim mə­nə, sizin əmə­li­niz isə sizə aid­dir. Siz mənim etdiyim əməl­­dən uzaqsı­nız, mən də sizin et­­di­yi­niz əməl­lərdən uzağ­am”

[42] Onlardan səni dinləyən­lər də var­dır. Məgər karlara – əgər an­lamır­lar­sa – sənmi eşit­di­rəcəksən

[43] Onlardan sənə baxanlar da var­dır. Məgər korları – əgər gör­mürlərsə – sənmi doğru yo­la yö­nəl­dəcəksən

[44] Həqiqətən, Allah insan­la­ra əsla zülm etməz, lakin in­san­lar öz­ləri öz­lə­rinə zülm edər­lər

[45] Allah onları bir yerə top­la­yacağı gün, sanki dünyada və yaxud qəbirdə gün­düzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini ta­nı­yacaqlar. Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar doğru yola yönələn deyillər

[46] Onlara vəd etdiyimiz əza­bın bə­zisini sənə göstərsək və ya­xud da gös­tərmədən öncə səni öldürsək, yenə də onların dö­nüşü Bi­zə­dir. Həm də Allah on­ların nə etdiklərinə Şahiddir

[47] Hər ümmətin bir elçisi var­dır. El­çiləri gəldikdə onla­rın ara­sında əda­lət­lə hökm ve­rilər və onlara zülm edil­məz

[48] Kafirlər deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”

[49] De: “Allahın istədiyin­dən başqa, mən özümə nə bir zə­rər, nə də bir xeyir verməyə qa­di­rəm. Hər ümmətin bir əcə­li var­dır. On­ların əcəli gəldiyi za­man bircə saat belə nə yu­ba­nar, nə də qa­ba­ğa keçə bilər­lər”

[50] Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə, ya­xud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər

[51] Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cək­siniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yir­diniz!”

[52] Sonra zalımlara deyilə­cək­dir: “Da­dın əbədi əzabı! Mə­gər siz ancaq qazandığınız gü­nahlara görə cəzalan­dı­rıl­mır­sı­nızmı?”

[53] Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bə­li, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz ondan ya­xa qurtara bil­mə­yə­cək­siniz”

[54] Əgər zalım olan hər kəs yer üzün­də olanların hamısına sa­hib olsaydı, müt­ləq onu əzab­­dan qur­tarmaq üçün fid­yə ve­rər­di. On­lar əzabı gördükdə də­rin­dən peşman olarlar. Onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara zülm edilməz

[55] Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Bilin ki, Alla­hın vədi haq­dır, lakin onların çoxu bu­nu bilmir

[56] O, həm dirildir, həm də öl­dürür. Siz yalnız Ona qayta­rıla­caq­sınız

[57] Ey insanlar! Rəbbiniz­dən sizə bir öyüd-nəsihət, köks­lər­də ola­na bir şəfa, möminlərə doğru yol göstəricisi və mər­hə­mət gəl­miş­dir

[58] De: “Bunlar Allahın lütfü və mər­hə­məti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, on­ların yığ­dıq­la­rın­dan da­ha xeyir­li­dir

[59] De: “Allahın sizə nazil et­diyi ru­zi barədə söyləyin gö­rüm, onun bir qis­mini haram, bir qis­mini isə halal say­dı­nız”. De: “Allah­mı sizə izin verdi, yox­sa Allaha iftira yaxırsınız?”

[60] Allaha qarşı yalan uy­du­­ranların Qiyamət günü barədə fi­kir­ləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütf­kardır, la­kin on­la­rın çoxu şükür etmir

[61] Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, siz nə iş gör­sə­niz, ba­şı­nız ona qarışar­kən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qə­dər bir şey Rəbbindən gizli qal­maz. Bundan da­ha ki­çiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuz­da) ol­­masın

[62] Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər

[63] Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar

[64] Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır. Alla­hın kəlmələri əsla dəyişil­məz. Bu, böyük uğurdur

[65] Onların sözləri səni kə­dər­­lən­dir­məsin. Çünki qüdrət bütün­lüklə Allaha məxsusdur. O, Eşidən­dir, Biləndir

[66] Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Alla­hı qoyub başqa şərik­lərə yalvaranlar nəyin ar­dın­ca ge­dirlər? On­lar yal­nız zənnə uyur və ancaq yalan uydu­rurlar

[67] Gecəni rahatlanmanız üçün yara­dan, gündüzü də ru­zi qa­zan­­manız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşi­dən adamlar üçün dəlillər vardır

[68] Onlar: “Allah Özünə öv­lad gö­tür­müşdü!”– dedilər. O, pak­dır, mü­qəd­dəsdir! O, heç nəyə möhtac deyil. Göy­lər­də və yerdə nə varsa, Onun­dur. Buna aid sizdə heç bir də­lil yoxdur. Niyə Alla­ha qarşı bil­mədiklərinizi söy­ləyir­siniz

[69] De: “Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduranlar nicat tap­maz­lar”

[70] Onlar bir müddət dün­ya­da fay­da­lanar; sonra onların dö­nüşü Bizə olar. Sonra da küfr etdiklə­rinə görə onlara şiddətli əzab dad­dı­rarıq

[71] Onlara Nuhun əh­vala­tı­nı oxu. Bir zaman o, öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət ver­məyin

[72] Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istə­mirəm. Mə­nim mükafatım ancaq Allahdadır. Mənə mü­səlman­lar­dan olmaq əmr edil­­mişdir”

[73] Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla bir­lik­də gəmidə olanları xilas etdik, onları yer üzünə xə­ləflər təyin et­dik. Ayələrimizi yalan he­sab edənləri isə suda batır­dıq. Bir gör qor­xudulanların aqibəti necə oldu

[74] Sonra onun arxasınca el­çi­ləri öz ümmətlərinə göndər­dik. El­çilər onlara açıq-aydın də­lillər gətirdilər. Onlar isə öncə yalan he­sab etdiklərinə iman gə­tirmədi­lər. Biz həddi aşanla­rın qəlb­lə­ri­ni beləcə mö­hürlə­yirik

[75] Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyan­larının yanına açıq-aydın də­lilləri­mizlə elçi gön­dər­dik, la­kin onlar tə­kəb­bürlük göstər­dilər. On­lar günahkar bir tayfa idilər

[76] Onlara Bizim tərəfimiz­dən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehr­dir!”– dedilər

[77] Musa dedi: “Əcəba, sizə haqq gəl­dikdə: “Bu sehr­dir­mi?”– de­yirsiniz? Hal­buki sehr­bazlar uğur qazan­maz­lar”

[78] Onlar dedilər: “Gəlmisi­niz ki, bizi atalarımızın tut­du­ğu yol­dan dön­də­rə­siniz və yer üzündə böyüklük et­mək ikini­zə qalsın? Biz sizə iman gəti­rən deyilik”

[79] Firon dedi: “Bütün bi­lik­li sehr­baz­ları yanıma gətirin!”

[80] Sehrbazlar gəldikdə Mu­sa onlara dedi: “Nə atacaqsı­nızsa, atın!”

[81] Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Si­zin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çı­xara­caq. Çünki Allah fitnə-fə­sad törə­dənlərin işini düzəlt­məz”

[82] Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haq­qı bər­qərar edəcək

[83] Firon və onun əyan­ları tə­rə­fin­dən özlərinə işgəncə ve­rilə­cə­yin­dən qor­xa­raq Musaya öz qövmündən yalnız az­saylı bir nəsil iman gətirdi. Həqiqə­tən də, Firon yer üzündə qəd­dar hakim və həd­di aşan­lar­dan idi

[84] Musa dedi: “Ey qöv­müm! Əgər Allaha iman gətirmiş­si­nizsə və mü­səl­man olmuşsu­nuzsa, Ona təvəkkül edin!”

[85] Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım qövmün əlində sınağa çəkmə

[86] Və bizi Öz mərhəmə­tin­lə kafir qövmün əlindən qur­tar!”

[87] Biz Musaya və onun qar­daşına: “Camaatınız üçün Mi­sir­də evlər hazır­layın, evlə­ri­ni­zi na­mazgah edin və na­maz qı­lın. Mö­min­ləri müjdələ!”– deyə vəhy et­dik

[88] Musa dedi: “Ey Rəbbi­miz! Sən Firona və onun əyan­larına dün­ya hə­ya­tında zinət və mal-dövlət bəxş etdin. Ey Rəb­bimiz! On­lar insanları Sə­nin yolun­dan sapdırırlar. Ey Rəb­bimiz! Onların mal-döv­lə­tini məhv et, qəlblərini də sərt­ləş­dir ki, ağrılı-acılı əzabı gör­mə­yincə iman gətirməsinlər”

[89] Allah dedi: “Hər ikini­zin duası qə­bul olundu. Dəvəti­niz­də möh­kəm olun və nadan­la­rın yo­luna uymayın!”

[90] Biz İsrail oğullarını də­niz­dən ke­çirtdik. Firon və onun qo­şu­nu zülm və düşmənçilik məqsə­dilə onları təqib et­dilər. Nəhayət Fi­ron dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdik­lə­rin­dən başqa məbud olmadığına inan­dım. Mən də müsəlman­lar­da­nam!”

[91] Firona deyildi: “İndimi? Sən ki əv­vəllər asilik etmiş və fəsad tö­rə­dən­lər­dən olmuş­dun

[92] Bu gün sənin bədənini xilas edə­cə­yik (sahilə çıxara­cağıq) ki, səndən son­ra gələn­lərə ibrət ola­san”. Hə­qi­qə­tən də, insanların ço­xu ayələrimiz­dən xə­bər­sizdir

[93] Biz İsrail oğullarını gö­zəl bir yur­da sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlə­rinə elm gələnə qə­dər ixtilafa düş­mədilər. Şübhə­siz ki, Rəbbin, ixtilafa düşdük­ləri şey barə­sin­də Qi­yamət gü­nü onların arasında hökm ve­rəcəkdir

[94] Əgər sənə nazil etdiyi­mizə şübhə edirsənsə, səndən əvvəl Ki­tab oxu­yan­lardan so­ruş. Rəb­bindən sənə haqq gəl­mişdir. Odur ki, şübhə edən­lərdən ol­ma

[95] Allahın ayələrini yalan sa­yan­lar­dan da olma, yoxsa zi­yana uğra­yan­lar­dan olarsan

[96] Həqiqətən, sənin Rəbbi­nin Sözü özlərinin əleyhinə doğ­ru çıx­mış kim­sə­lər iman gə­tir­məzlər

[97] Onlara ayələrin hamısı gəl­sə be­lə, ağrılı-acılı əzabı gör­mə­yin­cə, iman gətir­məzlər

[98] Əzab gəldiyi an, Yunu­sun qöv­mün­dən başqa, iman gə­ti­rib ima­nı özü­nə fayda verən bir məm­ləkət əhli olub­mu? Yu­nu­sun qöv­mü iman gətirəndə on­lardan dünya həyatında rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara müəy­yən vaxta qə­dər fani nemətlərdən fay­da­lan­maq imkanı verdik

[99] Əgər Rəbbin istəsəydi, yer üzün­də olanların hamısı iman gətirərdi. İn­sanları mö­min olmağa sənmi məcbur edə­cək­sən

[100] Allahın icazəsi olma­dan heç kəs iman gətirə bil­məz. Allah an­lama­yan­la­rı qə­zəbə uğ­radar

[101] De: “Görün göylərdə və yerdə nə­lər var”. Lakin iman gə­tir­məyən adam­­lara dəlillər və xə­bərdarlıqlar heç bir fayda vermir

[102] Yoxsa onlar özlərindən əvvəl gə­lib-gedənlərə üz ver­miş əzablı gün­lə­rin bənzəri­ni­mi göz­ləyirlər? De: “Göz­lə­­yin! Şübhəsiz ki, mən də sizinlə bir­likdə gözləyən­lərdənəm”

[103] Sonra elçilərimizi və mö­min­ləri xilas edərik. Mömin­ləri xi­las etmək Bizə vacibdir

[104] De: “Ey insanlar! Di­ni­mə şəkk edirsinizsə, bilin ki, mən Allah­dan baş­qa tapındıq­larınıza deyil, canınızı ala­caq Allaha iba­dət edirəm. Mənə mö­minlərdən olmaq əmr edil­mişdir”

[105] Sən hənif olaraq üzünü dinə tə­rəf çevir və müşrik­lər­dən ol­ma

[106] Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, za­lım­lar­dan olar­san

[107] Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir

[108] De: “Ey insanlar! Rəb­binizdən sizə haqq gəlmişdir. Kim doğ­ru yolla getsə, xeyri onun özünə dəyər, kim az­ğın­lığa düşsə, zi­yanı da onun öz əley­hinə olar. Mən sizi qoru­yan deyiləm”

[109] Sənə nazil edilən vəhy­lərə tabe ol və Allah Öz hök­münü ve­rənə qədər səbir et. O, hökmran­ların ən yaxşısıdır

Hud

Surah 11

[1] Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləşdirilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır

[2] Bu ona görədir ki, Allah­dan baş­qa­sına ibadət etməyə­siniz. Hə­qi­qətən, mən Onun tə­rəfindən sizi xəbərdar edən və müjdələ­yə­nəm

[3] Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­­yən olun­muş vaxtadək gö­zəl gün-gü­zə­ran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər On­dan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rə­cək əzəmətli günün əza­bın­dan qorxuram

[4] Siz Allahın hüzuruna qa­yı­­da­caq­sı­nız. O, hər şeyə qa­dir­dir

[5] Baxın, onlar ürək­lərin­də­ki küfrü ört-basdır edirlər ki, Allah­dan gizlən­sin­lər. Doğ­ru­su, onlar libaslarına bürün­­dük­də belə, Allah onların gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, kökslərdə olan­ları bilir

[6] Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin. Allah on­ların qərar tutduqları yeri də, qorunub sax­­la­nıl­dıq­la­rı yeri də bilir. Bunla­rın ha­mısı açıq-aydın Yazı­da­dır (Lövhi-məh­­fuz­dadır)

[7] Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzə­rində ikən, göyləri və yeri altı gündə ya­ra­dan Odur. Əgər sən: “Siz ölən­dən son­ra di­ri­ləcəksiniz!”– de­sən, kafir olan­lar: “Bu, açıq-aydın bir sehrdir!”– deyər­lər

[8] Əgər onlara gələcək əzabı mü­əy­yən vaxtadək gecik­dir­sək: “Onu saxla­yan nədir?”– deyə­cək­lər. Xəbəriniz ol­sun ki, əzab on­la­ra gəldiyi gün onu heç nə onlar­dan dəf edə bilmə­yə­cək və is­tehza et­dikləri o əzab onları bürüyə­cək­dir

[9] Əgər insana Özümüzdən bir mər­həmət daddırsaq, son­ra da ondan onu geri alsaq, o, na­ümid və nankor olar

[10] Əgər başına gələn mü­sibət­dən son­ra, ona firavanlıq dad­dır­saq: “Bə­la­lar məndən so­vuşdu!”– deyər və sevi­nib lov­ğalıq edər

[11] Səbir edib yaxşı işlər gö­rənlər is­tisnadır. Məhz onlar üçün ba­ğış­lan­ma və böyük bir mükafat vardır

[12] Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onun­­la bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəh­yin bir hissəsini tərk edəcək­sən və buna görə köksün darala­caq. Sən ancaq qorxudansan. Allah isə hər şe­yi Qoruyandır

[13] Yoxsa onlar: “Muhəm­məd onu özün­­dən uydurdu?!”– de­yir­lər. De: “Əgər doğ­­ru danı­şır­­sı­nızsa, ona bənzər uy­du­rul­muş on su­rə də siz gətirin və Allah­­dan başqa, kimi ba­ca­rır­sınızsa, kö­məyə ça­ğı­rın!”

[14] Əgər sizə cavab vermə­sə­lər, bilin ki, o ancaq Allahın elmi ilə nazil ol­muş­dur və Ondan başqa ibadətə layiq olan məbud yox­dur. Siz mü­səlman olacaqsı­nızmı

[15] Kim dünya həyatını və onun bər­bəzəyini istəyirsə, on­lara əməllərinin əvə­zini orada tam verərik və onlar ora­da zə­rər çək­məz­lər

[16] Onlar, axirətdə özləri üçün od­dan başqa heç bir şeyi ol­ma­yan kim­sə­lərdir. Onların dün­yada gör­dükləri iş­lər boşa çı­xar və tut­duq­ları əməllər puç olar

[17] Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ar­dınca Ondan bir şahid (Cəb­rail) gələn, ondan da əv­vəl rəh­bər və mər­hə­mət olmuş Musa­nın Kitabı­nı təsdiqlədiyi kimsə ka­firə tay ola bilərmi? Müsəlman­lar Qurana iman gəti­rir­lər. Onu in­kar edən firqələrin vəd olun­duğu yer oddur. Sənin isə Qu­rana heç bir şüb­hən olmasın. Çün­ki bu, sə­nin Rəbbindən gə­lən haqdır, lakin insan­ların ço­xu bu­na inanmır

[18] Allaha qarşı yalan uydu­­ran kəs­dən daha zalım kim ola bi­lər? Onlar Rəb­binin hüzu­ru­na gətirilə­cək və şa­hid­lər: “Bun­lar Rəb­binə iftira yaxan­lar­dır”– deyəcəklər. Allahın lənəti ol­sun za­lım­lara

[19] O kəslər ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və Axi­rəti inkar edirlər

[20] Onlar yer üzündə Allah­dan yaxa qurtara bilməyəcək­lər. On­la­­rın Allah­dan başqa hi­ma­yədarları da yoxdur. On­la­rın əzabı qat-qat artırılar. Çünki on­lar haqqı eşidə bilmirdilər və gör­mürdülər

[21] Onlar özlərini ziyana uğ­ra­darlar. Uydur­duqları bütlər isə on­lardan qeybə çəkilib ge­dər

[22] Şübhə yoxdur ki, axirət­də ən çox ziyana uğrayanlar da on­lardır

[23] Sözsüz ki, iman gətirib saleh əməl­lər edənlər və Rəb­binə bo­yun əyən­lər Cənnət sa­kinləri­dir­. Onlar ora­da əbədi qalacaqlar

[24] Bu iki zümrənin halı kor­la karın, görənlə eşidənin ha­lı­na bən­zəyir. On­la­rın halı eyni ola bilərmi? Məgər düşü­nüb ibrət al­mır­sınız

[25] Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Həqi­qə­tən, mən sizin üçün açıq-aydın xə­bər­dar edən bir elçiyəm

[26] Allahdan başqasına iba­dət et­mə­yin! Mən sizi yaxala­yacaq mə­şəqqət gü­nünün əza­bından qor­xuram”

[27] Onun qövmünün kafir za­dəgan­ları dedilər: “Biz səni özü­müz kimi sa­­dəcə bir insan hesab edir və içimizdən ancaq dü­şün­cə­­siz olan ən rəzil adam­la­rın sənə qoşulduğunu görü­rük. Həm­çi­nin sizin bizdən üs­tün olduğunuzu da gör­mürük. Əksinə, biz sizi ya­lançı he­sab edirik”

[28] Nuh dedi: “Ey qövmüm! Bir de­yin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə is­ti­nad edirəmsə, O da Öz tə­rə­­findən mə­nə gözünüzə görün­məyən bir mərhəmət bəxş edib­sə, onda necə ol­­sun? Yoxsa siz onu gör­mək istəməyib kor qal­dı­ğınız bir halda, biz sizi ona inan­­mağa məc­bur­mu edəcə­yik

[29] Ey qövmüm! Mən buna görə siz­dən var-dövlət istə­mi­rəm. Mənim mü­kafatım an­caq Allaha aiddir. Mən iman gə­tirən­ləri qo­van deyiləm. Çünki onlar Rəbbi ilə qarşı­laşa­caqlar. Lakin mən si­zin cahil adam­lar olduğunuzu görürəm

[30] Ey qövmüm! Əgər on­la­rı qov­sam, məni Allahdan kim qo­ru­ya bilər? Məgər düşünüb ibrət almırsınız

[31] Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor bax­dı­­ğınız kəs­lərə demi­rəm ki, Allah onlara əsla xe­yir vermə­yəcək­. Onların canında nə­lər ol­du­ğunu Allah daha yax­şı bilir. Əks təq­dirdə, sözsüz ki, mən zalımlardan olar­dım”

[32] Onlar dedilər: “Ey Nuh! Sən bi­zimlə mübahisə etdin və mü­ba­hisəmizi də çox uzatdın. Əgər doğru danışanlar­dan­san­sa, bizə vəd etdiyin əzabı gə­tir”

[33] O dedi: “Onu istəsə, an­caq Allah sizə gətirəcək və siz də on­dan yaxa qur­tara bilmə­yəcək­siniz

[34] Əgər Allah sizi azdır­maq istə­yir­sə, mən sizə nəsihət ver­mək istəsəm be­lə, nəsihətim sizə fayda verməz. O si­zin Rəb­biniz­dir və Ona da qayta­rı­la­caqsı­nız”

[35] Yoxsa onlar: “Muhəm­məd onu özün­dən uydurdu!”– de­yir­lər. De: “Əgər mən onu özüm­dən uydurmuşamsa, gü­na­hım özü­mə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uza­ğam”

[36] Nuha belə vəhy olundu: “Qöv­mün­dən, daha əvvəl iman gə­tirənlər is­tisna olmaqla artıq heç kəs iman gə­tir­məyəcək. Elə isə on­ların etdikləri əməl­lərə görə kədərlənmə

[37] Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda ba­tırılacaqlar”

[38] Nuh gəmini düzəldir, qöv­münün zadəganları isə hər dəfə ya­nından keç­dikcə onu ələ salır­dılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də si­zi, siz bizi ələ saldı­ğınız kimi ələ sala­ca­ğıq

[39] Siz rüsvayedici əzabın ki­mə gələ­cəyini və daimi əza­bın ki­mə üz verə­cə­yini mütləq bi­lə­cək­siniz”

[40] Nəhayət, əmrimiz gəl­di­yi və tən­dir qaynayıb daşdığı za­man Biz Nuha dedik: “Hey­vanların hər növündən bir cüt, ba­rə­­lə­rin­də söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gə­­ti­rən­ləri gəmiyə min­dir”. Lakin, onunla bir­likdə az adam iman gə­tirmişdi

[41] Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhm­lidir”

[42] Gəmi onları dağlar kimi dal­ğalar içə­risində apardığı za­man Nuh kə­nar­da duran oğlu­nu səs­ləyib dedi: “Oğ­lum! Bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma!”

[43] O dedi: “Məni sudan qo­ru­yacaq bir dağa sığınaca­ğam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bil­­məz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda bo­ğu­lanlardan oldu

[44] Sonra deyildi: “Ey yer, su­yunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: “Məhv olsun zalım adamlar!”

[45] Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin Hakimisən!”

[46] O dedi: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən ol­ma­mağı tövsiyə edirəm”

[47] O dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram”

[48] Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan üm­mət­lərə Bizim bəxş etdiyi­miz əmin-amanlıq və bərə­kət­lər­lə gəmidən en! Özlərinə bir müd­dət gü­zəran verəcəyimiz, sonra da Öz tərə­fi­miz­dən ağrılı-acılı bir əzaba düçar edə­­cə­yimiz üm­mətlər də ola­caq­dır”

[49] Bunlar, sənə vəhy yolu ilə bildir­di­yimiz qeyb xəbərlə­rin­dən­­dir. Bundan əv­vəl onla­rı nə sən, nə də sənin qöv­mün bi­lirdi. Sə­bir et! Şübhəsiz ki, gözəl aqibət müttəqi­lərindir

[50] Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Alla­ha ibadət edin. Sizin Ondan başqa mə­bu­­dunuz yox­dur. Siz ancaq iftira yaxır­sı­nız

[51] Ey qövmüm! Mən bu­nun əvəzinə sizdən heç bir müka­fat is­tə­mirəm. Mə­nim müka­fa­tım an­caq məni yaradan­dadır. Məgər an­la­mırsınız

[52] Ey qövmüm! Rəbbiniz­dən bağış­lan­ma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gü­cü­nü­zü daha da artırsın. Gü­­nah­karcasına üz çevirmə­yin”

[53] Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din, biz də sə­nin sözün­lə məbudlarımızı tərk edən deyi­lik. Biz sə­nə inanmırıq

[54] Biz ancaq onu deyə bi­lə­rik ki, bə­zi məbudlarımız səni bə­la­ya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən si­zin şərik qoşduqlarınız­dan uzağam

[55] Ondan başqa tapındıq­la­rı­nızın ha­mı­sından uzağam. Ha­mı­lıqla mənə qarşı hiy­lə qurun və mənə heç möhlət də ver­­mə­yin

[56] Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir)

[57] Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çat­dır­dım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bil­məzsi­niz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”

[58] Əmrimiz gəldikdə Hu­du və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mərhə­mə­timizlə xi­­las etdik və onları ağır bir əzab­dan qur­tar­dıq

[59] Bu, Ad qövmü idi! On­lar Rəb­bi­nin ayələrini inkar et­di­lər, Onun elçi­lə­rinə asi oldu­lar və hər bir inadcıl təkəb­bür sa­hibinin əm­rinə uydular

[60] Onları həm bu dünya­da, həm də Qi­yamət günündə lə­nət tə­qib edə­cək­dir. Həqi­qə­tən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qöv­mü Ad

[61] Səmud qövmünə də qar­daşları Salehi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. O sizi torpaq­dan ya­ratdı və sizi orada sakin et­di. Elə isə on­dan bağışlanma di­lə­yin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, çağırışa cavab verəndir”

[62] Onlar dedilər: “Ey Sa­leh! Sən bun­dan əvvəl içərimizdə ümid edilən bir kim­sə idin. Doğ­rudan­mı atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin biz­lə­ri dəvət etdi­yin əqi­də barəsində şübhə doğu­ran şəkk içindəyik”

[63] O dedi: “Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət bəxş edib­sə, onda necə olsun? Əgər Allaha asi ol­sam, məni On­dan kim qo­ruya bilər? Siz mənə zi­yandan baş­qa bir şey artır­ma­ya­caq­sınız

[64] Ey qövmüm! Allahın qa­ya­dan çı­xartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzə­dir. Bu­raxın onu Allahın torpa­ğında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab ya­xa­layar”

[65] Onlar dəvə­nin diz vətə­rini kəs­di­lər. Saleh dedi: “Yur­du­nuz­da üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəd­dir”

[66] Əmrimiz gəldikdə Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından qur­tar­dıq. Həqiqətən, Rəbbin Qüv­vət­lidir, Qüdrət­li­dir

[67] Zülm edənləri isə qor­xunc bir səs yaxaladı və onlar öz evlə­rində üzü­qoy­lu düşüb qaldılar

[68] Sanki orada heç yaşa­ma­mış­dılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü

[69] Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi

[70] İbrahim mələklərin ye­mə­yə əl vur­madıqlarını gördük­də onlar onun xoşu­na gəl­mədi və onların yanında canına qor­xu düşdü. On­­lar dedilər: “Qorx­ma! Həqiqə­tən, biz Lut qöv­münə göndəril­mi­şik”

[71] Onun arvadı pərdə arxa­­sında dur­muşdu. O, güldü. Biz onu İs­haqla, İs­haqın ardınca da Yaqubla müjdələdik

[72] O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca ki­şi ol­duğu halda do­ğa bilə­rəmmi? Doğrusu, bu, təəccüblü bir şey­dir”

[73] Onlar dedilər: “Allahın əm­rinə təəccübmü edirsən? Ey ev əh­li! Allahın rəhməti və bə­rəkəti sizin üstünüzdə ol­sun! Hə­qi­qə­tən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”

[74] İbrahimdən qorxu çəkil­dikdə və ona müjdə gəldikdə Lut qöv­mü ba­rə­sində Bizimlə müba­hisə etməyə baş­la­dı

[75] Həqiqətən, İbrahim hə­lim, Allaha çox yalvaran və Ona üz tu­tan bir kəs idi

[76] Mələklər dedilər: “Ey İb­ra­him! Bu mübahi­sədən əl çək. Çünki Rəb­binin əm­ri artıq gəl­mişdir və onlara qarşısı­alın­maz bir əzab gə­lə­cəkdir”

[77] Elçilərimiz Lutun yanı­na gəl­dik­də, onlara görə kə­dər­ləndi, ürə­yi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi

[78] Qövmü yüyürərək onun yanına gəl­di. Onlar əvvəllər də ya­ra­maz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında məni rüs­vay et­məyin! Məgər aranızda ağıl­lı bir kişi yoxdur?”

[79] Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehti­yacı­mız yoxdur. Nə istədiyi­mizi də yəqin ki, bilirsən”

[80] O dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəy­dim!”

[81] Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçi­ləriyik. On­lar əsla sənə zə­rər yetirə bil­məz­lər. Gecənin bir vax­tın­da ar­va­dın­dan başqa bütün ailən­lə yola düş. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­ya baxmasın. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­tı səhərdir. Məgər səhər ya­xın deyilmi?”

[82] Əmrimiz gəldikdə ora­nın altını üs­tünə çevirdik və odda biş­miş gil­ daş­la­rı ar­dıcıl olaraq onların üstünə yağ­dır­dıq

[83] O daşlara Rəbbinin ya­nın­da işarə qoyulmuşdur. On­lar za­lım­lardan da uzaq deyil­dir

[84] Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Ölçünü və çə­kini əs­kiltmə­yin. Mən sizi bol­­luq için­də görü­rəm və qor­xu­ram ki, başınıza hər şeyi bü­rü­yən gü­­nün əzabı gələ

[85] Ey qövmüm! Ölçüyə və çəkiyə əda­lətlə tam riayət edin, in­san­ların mal­larını əksik ver­mə­yin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin

[86] Əgər möminsinizsə, bi­lin ki, Alla­hın saxladığı nemət­lər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyi­ləm”

[87] Onlar dedilər: “Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri mə­bud­lardan, ya­xud mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən vaz keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllısan”

[88] O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam

[89] Ey qövmüm! Qoy mə­nimlə olan ixtilafınız, Nuh qöv­mü­nün, yaxud Hud qövmü­nün, yaxud Saleh qövmünün başına gə­lən­lərin eynisini sizin də ba­şı­nıza gətirməsin. Lut qöv­mü də siz­dən uzaq deyildir”

[90] Rəbbinizdən bağışlan­ma diləyin, sonra Ona tövbə edin. Hə­qi­qətən, Rəb­bim Rəhmlidir, Sevəndir, həm də Se­vi­ləndir

[91] Onlar dedilər: “Ey Şueyb! Dedik­lərinin çoxunu anlamı­rıq. Biz səni ara­mızda zəif gö­rü­rük. Əgər qəbilən ol­ma­­saydı, səni daş­qa­laq edərdik. Sən bi­zim üçün heç də böyük bir adam de­yil­sən”

[92] O dedi: “Ey qövmüm! Mə­gər mə­nim qəbiləm sizin üçün Allah­dan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şüb­həsiz ki, Rəb­bim sizin nə et­dik­ləri­nizi əhatə edir

[93] Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüs­vay­edici əza­bın kimə gələ­cə­yini və kimin ya­lan­çı oldu­ğunu tez­lik­lə biləcəksiniz. Göz­lə­yin! Şübhəsiz ki, mən də si­zinlə bir­lik­də göz­lə­yirəm”

[94] Əmrimiz gəldikdə Şuey­bi və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mər­hə­mətimizlə xi­las etdik. Zülm edənləri isə qorxunc səs ya­xaladı və onlar öz ev­lə­rində üzüqoylu düşüb qaldılar

[95] Sanki orada heç yaşa­ma­­­­mışdılar. Səmud qövmü məhv ol­du­ğu kimi Məd­yən qövmü də məhv olsun

[96] Biz Musanı möcüzələri­mizlə və ay­dın bir dəlillə elçi gön­dər­dik –

[97] Firon və onun əyan­la­rı­na. Əyanlar isə Fironun əmrinə tabe ol­du­lar. Hal­bu­ki Fironun əmri doğru yol göstərən əmr de­yildi

[98] Firon Qiyamət günü öz qövmü­nün qabağına düşüb on­ları Oda apara­caq. Girəcəkləri yer nə pis yerdir

[99] Onları həm burada, həm də Qi­yamət günündə lənət tə­qib edə­cəkdir. Onlara verilən pay nə pis paydır

[100] Bu, sənə söylədiyimiz məm­lə­kət­lər haqqında heka­yət­lə­rin bəzisidir. On­lardan izi qalanı da var, yerlə yek­san olanı da

[101] Biz onlara zülm etmə­dik, lakin onlar özləri özlərinə zülm et­dilər. Rəb­binin əmri gəl­dikdə Allahdan başqa ça­ğır­dıqları bütlər onları heç nədən qur­tara bilmədi­. Bütlər on­ların ancaq tələ­fatını ar­tırdı

[102] Rəbbin, haqsızlıq edən məm­lə­kətləri yaxaladığı za­man be­lə yaxalayır. Onun yaxala­ma­sı həqiqətən də, üzü­cü­dür, şid­dət­li­dir

[103] Həqiqətən, bunlarda axi­rət əza­bın­dan qorxanlar üçün bir ib­rət vardır. Bu, insanların bir yerə toplanacağı bir gün­dür. Bu, həm də, hamının şahid ola­cağı bir gün­dür

[104] Biz onu sadəcə müəy­yən olun­muş vaxtadək təxirə sal­mı­şıq

[105] Qiyamət gəldiyi gün Alla­hın izni olmadan heç kəs danışa bil­məz. On­lar­dan kimi bədbəxt, kimi də xoşbəxt ola­caq

[106] Bədbəxtlərə gəlincə, on­lar Od içə­risində qalacaqlar. On­lar ora­da zarıya­caq və bağıra­caqlar

[107] Rəbbinin istədiyi istis­na olmaqla, göylər və yer dur­duq­ca on­lar orada əbədi qa­la­caqlar. Həqi­qətən, Rəbbin is­tə­diyini edən­dir

[108] Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəb­bi­nin istədiyi is­tisna olmaq­la, göy­lər və yer durduqca on­lar orada əbə­di qalacaqlar. Bu, tü­kən­məz bir sovqatdır

[109] Onların nəyə ibadət et­dik­lərinə şübhə etmə. Onlar da ata­la­­rının əv­vəl­lər ibadət etdi­yi kimi ibadət edirlər. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam verəcəyik

[110] Biz Musaya Kitab ver­dik, lakin onun barəsində də ixtilaf düş­dü. Əgər Rəbbin tə­rəfindən əzəldən bir Söz ol­ma­­saydı, arala­rın­da dərhal hökm ve­ri­lərdi. Hə­qiqətən, onlar Qu­ran ba­rə­sin­də də şübhə do­ğuran şəkk içində­dirlər

[111] Şübhəsiz ki, Rəbbin on­la­rın hər birinə əməllərinin əvə­­zini tam verə­cək­dir. Şübhəsiz ki, Allah onların nə etdik­lə­rin­dən xəbər­dar­dır

[112] Sənə əmr edildiyi kimi sən də, sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olun. Həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür

[113] Zalımlara meyl etmə­yin, yoxsa sizə od toxunar. Si­zin Allah­­dan başqa dostları­nız yoxdur. Sonra sizə kömək də olun­maz

[114] Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır

[115] Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mü­ka­fatını puç etməz

[116] Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar

[117] Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o öl­kəni haq­sız yerə məhv etməz

[118] Əgər Rəbbin istəsəydi, in­sanları vahid bir ümmət edər­di. Am­ma onlar elə hey ixti­laf­da­dırlar

[119] Yalnız Rəbbinin rəhm etdiyi şəxs­lərdən başqa. Allah on­ları bunun üçün yaratdı. Rəb­bi­nin: “Mən Cəhən­nə­mi bütün gü­nahkar cin­lər və insanlarla dol­du­racağam!” Sözü yerinə yetə­cək

[120] Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­yi­ni möh­kəm­ləndirək. Bu ayələrdə sənə hə­qi­qət, mö­min­lərə də öyüd-nəsi­hət və xatır­latma vəhy edil­miş­dir

[121] İman gətirməyənlərə de: “Əli­niz­dən gələni edin, biz də edə­cəyik

[122] Gözləyin! Biz də gözlə­yirik”

[123] Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir

Yusuf

Surah 12

[1] Əlif. Ləm. Ra. Bu, açıq-ay­dın Kita­bın ayələridir

[2] Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz

[3] Biz bu Quranı sənə vəhy et­məklə sənə ən gözəl heka­yə­ti da­nı­şırıq. Hal­buki, sən bun­dan əvvəl xəbərsiz olan­lardan idin

[4] Bir zaman Yusuf atasına demişdi: “Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların mənə səcdə etdiyini gör­düm”

[5] O dedi: “Oğlum! Yuxunu qardaş­larına danışma, yoxsa sə­nə hiylə qurar­lar. Həqiqətən, şeytan insanın açıq-ay­dın düş­mənidir

[6] Beləcə, Rəbbin səni seçə­cək, sənə yu­xuları yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə və Yaqub nəs­linə də tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin hər şeyi biləndir, hikmət sahibidir”

[7] Sözsüz ki, Yusuf və onun qar­daş­la­rının hekayətində soru­­şan­lar üçün ib­rət­lər vardır

[8] Bir vaxt onun qardaşları de­dilər: “Biz bütöv bir dəstə ol­ma­ğı­mı­za bax­mayaraq Yusuf və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Aydın görü­nür ki, atamız aşkar bir yanlışlıq için­də­dir

[9] Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizə məhəbbət bəslə­sin və bundan sonra siz əməlisa­lehlərdən olasınız”

[10] Onlardan biri dedi: “Yu­sufu öl­dür­məyin! Əgər ona qar­şı hök­mən nə isə etmək is­təyir­si­nizsə, onda onu bir qu­yuya atın ki, karvanlardan biri onu gö­türsün!”

[11] Onlar dedilər: “Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Həqiqə­tən də, biz ona xeyir arzulayırıq

[12] Sabah onu bizimlə gön­dər­sən, bir qədər əylənib oy­na­­yar. Biz onu mütləq qoruya­rıq!”

[13] O dedi: “Onu aparma­ğı­nız məni narahat edər. Həm də qor­xu­ram ki, si­zin başınız oyu­na qarışıb onu nəza­rət­siz qoy­duqda, canavar onu yesin”

[14] Onlar dedilər: “Biz bü­töv bir dəstə olduğumuz hal­da ca­na­var onu yesə, onda biz ziyana uğrayarıq”

[15] Qardaşları onu aparıb qu­­yuya at­maq qərarına gəl­dikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri ba­rə­sində gözləmə­dik­ləri bir halda xəbər verəcək­sən”

[16] Onlar axşam ağlaya-ağ­laya ata­la­rının yanına gəlib

[17] dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qo­yub yarışmaq üçün getmiş­dik. Canavar da onu yedi. Əl­bəttə, biz doğru danışsaq da, sən bi­zə ina­nan deyilsən”

[18] Qardaşları onun köynə­yi­nə saxta qan ləkəsi sürtüb gə­tir­di­lər. Yaqub de­di: “Xeyr, sizi öz nəfsi­niz bu işə vadar et­miş­dir. Mənə gö­zəl səbir gə­rəkdir. Söylədiklə­rinizin müqa­bilində Allah­dan kö­mək dilə­mək la­zımdır”

[19] Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi

[20] Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər

[21] Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir

[22] Yusuf yetkin çağına çat­dıq­da Biz ona mühakimə yü­rütmək ba­carığı və elm verdik. Biz yaxşı iş görənləri belə mü­kafatlan­dırı­rıq

[23] Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi

[24] Qadın ona meyl etmişdi. Əgər Yu­suf Rəbbinin dəlilini gör­mə­səydi, o da ona meyl edər­di. Beləcə, Biz pisliyi və çirkin əməli on­dan uzaqlaş­dır­dıq. Hə­­qi­qətən, o, Bizim se­çil­miş qul­ları­mız­dan­dır

[25] Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”

[26] Yusuf dedi: “O məni yol­dan çı­xartmaq istəyirdi”. Qa­dı­nın ailə­­sindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön­dən cırılıbsa, qadın doğru deyir, o isə yalançılar­dandır

[27] Yox əgər onun köynəyi ar­xadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlar­dandır”

[28] Qadının əri onun köy­nə­yi­nin ar­xadan cırıldığını gör­dükdə de­di: “Şüb­həsiz ki, bu sizin qadın hiylələ­riniz­dən­dir. Həqiqətən də, sizin hiyləniz bö­yükdür

[29] Yusuf, sən bundan – bu işi açıb da­nışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağış­lanma dilə. Çünki sən, günah iş­lət­mi­sən”

[30] Şəhərdəki qadınlar dedi­lər: “Za­dəgan kişinin arvadı ca­van kö­ləsini yol­dan çıxart­maq istəyir. Ehtiras onu coş­dur­muş­dur. Biz onu aşkar bir azğınlıq için­də gö­rürük”

[31] Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”

[32] Qadın dedi: “Barəsində məni qı­nadığınız oğlan bax bu­dur! Mən onu yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər əm­ri­mi yerinə ye­tir­məsə, əlbəttə ki, zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır”

[33] Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların mə­ni sövq et­dik­ləri işi gör­mək­dən daha xoşdur. Əgər bu qa­dınların hiy­ləsini məndən uzaq etməsən, mən onlara meyl edər və ca­hil­lər­dən olaram”

[34] Rəbbi onun duasını qə­bul etdi və onların hiyləsini on­dan uzaq etdi. Hə­qiqətən, O, Eşidən­dir, Biləndir

[35] Bu qədər dəlilləri gör­dük­dən son­ra, yenə də onu bir müd­dət zindana salmaq qəra­rına gəl­dilər

[36] Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”

[37] O dedi: “Sizə veriləcək ye­mək gəl­məmişdən əvvəl mən bu­nun yo­zu­munu sizə bildirə­rəm. Bu, Rəbbimin mənə öy­rətdiklə­rin­dəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən adamların di­nindən uzaqlaşmışam

[38] Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe ol­dum. Hər hansı bir şeyi Alla­ha şərik qoşmaq bizə ya­raş­maz. Bu, Alla­hın bizə və bütün in­san­la­ra olan lütfüdür, lakin insanların ço­xu şükür etmir

[39] Ey mənim zindan yol­daş­larım! Ay­rı-ayrı tanrılar yax­şı­dır, yox­sa Tək olan, hər şeyə Qalib gələn Allah

[40] Ondan başqa ibadət et­dik­ləriniz sizin və atalarınızın qoy­duğunuz ad­lardan baş­qa bir şey deyildir. Allah on­la­ra dair heç bir dəlil nazil et­mə­mişdir. Hökm yal­nız Allahın­dır. O əmr et­miş­dir ki, yalnız Ona ibadət edəsiniz. Doğ­ru din budur, lakin in­san­la­rın çoxu bu­nu bilmir

[41] Ey mənim zindan yol­daş­larım! Sizdən biriniz öz ağa­­sına şə­rab süzəcək, digəriniz isə çar­mıxa çəkiləcək və quş­lar onun başın­dan dimdikləyib yeyə­cək­lər. Haq­qında fitva soruşduğunuz işə qabaqca­dan qərar veril­mişdir”

[42] Yusuf onlardan edamdan qurtula­ca­ğını yə­qin etdiyi kimsəyə de­di: “Ağa­nın ya­nında məni ya­da sal!” Lakin şeytan ona Yu­sufu ağası­nın yadına sal­mağı unut­durdu və o, zindanda bir neçə il də qal­dı

[43] Padşah dedi: “Mən yu­xuda yeddi arıq inəyin yeddi kök inə­yi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qə­dər də qu­ru­su­nu gördüm. Ey zadə­ganlar! Əgər yuxu yoza bilirsinizsə, yu­xumun yozu­mu­­nu mənə bildirin”

[44] Onlar dedilər: “Bunlar qar­maqarı­şıq yuxulardır. Biz belə yu­xu­ların yo­zu­munu bil­mi­rik”

[45] O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xa­tır­la­ya­raq de­di: “Mən sizə onun yozu­munu bil­dirə­rəm. Bircə məni Yu­sufun yanına gön­də­rin!”

[46] O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”

[47] Yusuf dedi: “Yeddi il ba­cardığınız qədər əkin. Biçdiyi­nizi isə, yeyəcəyiniz az bir miq­dar is­tisna olmaqla, sünbüldə saxlayın

[48] Sonra bunun ardınca, to­xumluq sax­layacağınız az bir miq­dar istisna ol­maqla, əvvəl­cədən həmin illər üçün tə­da­rük gördü­yü­nüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək

[49] Bunun ardınca da elə bir il gə­lə­cək ki, onda insanlara bol ya­­ğış ve­ri­lə­cək və onlar çoxlu meyvə şirəsi sıxa­caq­lar”

[50] Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”

[51] Padşah qadınlara dedi: “Yu­sufu yoldan çıxartmaqla nə məq­səd gü­dür­dünüz?” Onlar de­dilər: “Allah uzaq eləsin! Biz onun haq­­qında pis bir şey bil­mirik”. Zadəgan ki­şi­nin ar­va­dı dedi: “İn­di haqq bəlli ol­du. Onu mən yoldan çıxart­maq istə­yirdim. Hə­qi­­qətən də, o, doğru danışan­lar­dan­dır

[52] Bu etiraf ona görədir ki, ərim ya­nımda olmadıqda ona xə­ya­nət etmə­di­yimi və Allahın xain­lərin hiylələrinə yol ver­mə­diyini bil­sin

[53] Mən özümə bəraət qa­zan­dırmıram. Çünki, Rəbbimin rəhm et­diyi kəs istisna olmaq­la, nəfs adama pis işləri əmr edər. Həqi­qə­tən, Rəbbim Bağış­layan­dır, Rəhm­­lidir”

[54] Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi

[55] Yusuf dedi: “Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”

[56] Beləliklə, Yusufa yer üzün­də hökm­ranlıq verdik. O, istə­diyi yerdə qala bilərdi. Biz is­tədiyi­mizə mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsirgəmirik

[57] İman gətirənlər və müt­təqi olan­lar üçün, əlbəttə, axi­rət mü­ka­fatı daha xeyirlidir

[58] Yusufun qardaşları Mi­sirə gəlib onun yanına daxil ol­du­lar. Yu­suf on­la­rı tanıdı, on­lar isə onu tanımadılar

[59] Yusuf onların ərzaq yük­lə­rini ha­zırlayarkən dedi: “Ata­bir qar­daşınızı yanıma gəti­rin! Məgər görmürsü­nüz­ ki, mən ölçü­yə tam riayət edirəm və mən qonaq­pərvərlərin ən yax­şısıyam

[60] Əgər onu yanıma gətir­mə­səniz, mənim yanımda si­zin üçün bir qab belə ərzaq ve­ril­məyəcək, özünüz də mənə ya­xınlaşmayın”

[61] Onlar dedilər: “Ona gö­rə atasını razı salmağa çalı­şa­rıq. Biz əl­bət­tə, bunu edərik”

[62] O, öz xidmətçilərinə de­di: “On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onu başa düş­sünlər və ola bilsin ki, qayıt­sınlar”

[63] Onlar atalarının yanına qa­yıt­dıq­da dedilər: “Ey ata­mız! Da­ha bizə ər­zaq verilmə­yəcək. Ölçüb ərzaq almaq üçün qar­da­şı­mızı bi­zimlə birlikdə gön­dər. Şüb­həsiz ki, biz onu qoruya­ca­ğıq”

[64] O dedi: “Daha öncə qar­da­şını si­zə etibar etdiyim kimi, heç onu sizə eti­bar edə bilə­rəm­mi? Allah daha yaxşı qo­ru­yur. O, rəhm­lilərin ən rəhmli­si­dir”

[65] Onlar yüklərini açdıqda ver­dik­lə­ri mallarının da özlə­ri­nə qay­ta­rıl­dı­ğı­nı görüb dedi­lər: “Ey atamız! Bizə daha nə lazım­dır ki? Budur, sərmayə­miz özü­müzə qaytarılıb. Biz ailəmizi ər­zaq­la tə­min edər, qar­daşı­mı­zı qoruyar və bir dəvə yükü ar­tıq ərzaq ala­rıq. Bu isə satın al­dığımızın az bir miq­darıdır”

[66] Yaqub dedi: “Əhatə olunub ça­­rəsiz qal­manız istisna olmaq­la, onu yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə onu si­zinlə gön­dərməyəcəyəm”. On­lar and içdikdə Yaqub dedi: “Allah söy­lə­dik­lərimizə Vəkil­dir”

[67] O dedi: “Ey oğullarım! Şə­hərə bir qapıdan girməyin, ay­rı-ay­rı qapılardan girin. Alla­hın ira­dəsinə qarşı isə heç bir şeylə sizə fay­da verə bilmə­rəm. Hökm yal­nız Allahındır. Mən ancaq Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də ancaq Ona təvəkkül et­sin­lər”

[68] Atalarının onlara əmr et­diyi yer­lər­dən daxil olmaları­nın Alla­h ya­nın­da onlar üçün heç bir faydası olmadı, lakin bu, Ya­qu­bun nəf­sindəki bir istək idi ki, onu da yerinə ye­tirdi. Hə­qi­qətən də, o, elm sa­hibi idi, çün­ki onu Biz öy­rət­miş­dik. Lakin insanların ço­xu bunu bil­mir

[69] Onlar Yusufun yanına daxil ol­duqda o, qardaşını bərk-bərk qucaq­la­yıb dedi: “Mən sə­nin qar­da­şınam. On­la­rın tut­duq­ları iş­lə­rə görə kədər­lənmə”

[70] Yusuf onları azuqə ilə tə­min edər­kən qardaşının yü­kü­nün içi­nə bir pi­ya­lə qoydu. Son­ra bir carçı qışqırıb dedi: “Ey karvan əh­li! Siz oğrusu­nuz!”

[71] Qardaşlar onlara tərəf dö­­nüb: “Nə itirmisiniz?”– de­di­lər

[72] Onlar dedilər: “Padşa­hın piya­lə­sini itirmişik. Onu gəti­rənə bir dəvə yü­kü ərzaq veri­ləcək”. Carçı: “Mən buna za­mi­nəm!”– dedi

[73] Onlar dedilər: “Allaha and ol­sun! Siz bilirsiniz ki, biz bu yer­lərə fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və biz oğ­ru da de­yi­lik”

[74] Onlar dedilər: “Əgər ya­lan­çısı­nız­sa, onda onun cəzası nə­dir?”

[75] Qardaşlar dedilər: “Onun cəzası – it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünün kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz za­lımları be­lə cəzalan­dırırıq”

[76] O, qardaşının yükündən əv­vəl on­ların yüklərini axtar­mağa baş­ladı, sonra da piya­lə­ni qarda­şının yükündən çı­xart­dı. Biz Yu­su­fa belə bir tədbir öy­rətdik. Allahın istəyi olma­saydı, padşa­hın qa­nunlarına gö­rə, o, qar­daşını tu­tub öz ya­nın­da sax­laya bilməzdi. Biz is­tə­di­yimiz kəsi dərəcə-dərəcə yük­səl­di­rik. Hər bilik sahi­bin­dən də üstün bir bilən vardır

[77] Onlar dedilər: “Əgər piyaləni o oğur­la­yıb­sa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində giz­lə­dib onlara açıb söy­ləmədi və öz-özünə: “Siz daha pis mövqedə­siniz. Allah si­zin nə de­diyinizi çox yaxşı bilir”– dedi

[78] Onlar dedilər: “Ey hökm­dar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi gö­tür. Həqiqətən, Biz səni yaxşı adam he­sab edirik”

[79] O dedi: “Allah eləməsin ki, xurcununda malımızı tapdığı­mız kəs­dən başqa­sı­nı tutub sax­layaq. Onda biz zalımlar­dan ola­rıq”

[80] Ondan ümidlərini kəs­dik­də məs­lə­hətləşmək üçün bir kə­na­ra çəkildilər. Onların bö­yü­yü dedi: “Atanızın sizə Allaha and iç­dir­məsi, bundan əvvəl də Yusufa qarşı haqsız­lıq etdi­yi­niz yadı­nız­dadırmı? Atam mə­nə izin vermə­yin­cə və ya mə­nə aid Allah hökm ver­mə­yincə, mən bu yerdən ayrıl­maya­ca­ğam. O, hökm ve­rən­lərin ən yaxşısıdır

[81] Atanızın yanına qayıdın və de­yin: “Ey atamız! Oğlun oğur­luq etdi. Biz ancaq bildi­yi­miz şeyə şahidlik et­dik. Biz qeybi bi­lən­lər deyilik

[82] Olduğumuz kənddən və bir­likdə gəl­diyimiz karvandan so­ruş. Biz, hə­qi­qətən də, doğ­ru danı­şırıq”

[83] Yaqub dedi: “Xeyr, si­zin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gə­rəkdir. Ola bilsin ki, Allah on­ların ha­mı­sını mənə qay­tarsın. Həqi­qə­tən də, O, Biləndir, Hikmət sahibidir”

[84] Yaqub onlardan üz dön­dərdi və: “Heyif Yusufdan!”– dedi. Kə­dərdən onun gözlə­ri­nə ağ gəldi. O, dərdini öz içində saxlayırdı

[85] Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada sal­maqla axır­da ya əldən dü­şəcək, ya da öləcəksən”

[86] O dedi: “Mən dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm və Allahdan nazil olan vəhy sayə­sin­də sizin bilmədik­lərinizdən agah olu­ram

[87] Ey oğullarım! Yusufdan və qar­da­şın­dan xəbər tutmaq üçün yo­la dü­şün, Alla­hın mər­həmə­tin­dən ümidinizi üz­mə­yin. Alla­hın mərhə­mə­tin­dən ancaq kafir adamlar ümid­lərini üzərlər”

[88] Onlar Yusufun yanına gir­dikdə dedilər: “Ey hökm­ sahibi! Biz və ailəmiz fə­lakətə uğ­ra­mı­şıq. Bir az mal gətir­mi­şik. Bizə bunların əvə­zində ölçünü tam elə və bizə sədəqə ver. Şüb­hə­siz ki, Allah sə­də­qə ve­rən­ləri mükafatlan­dı­rar”

[89] O dedi: “Siz nadanlı­ğı­nız döv­rün­də Yusufa və qar­da­şına nə­lər et­di­yiniz yadınız­da­dırmı?”

[90] Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yu­sufam, bu da qar­da­şımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir et­sə, bilsin ki, Allah yaxşı iş gö­rənlərin mü­kafatını puç etməz”

[91] Onlar dedilər: “Allaha and olsun ki, Allah səni biz­dən üs­tün tutmuşdur. Biz isə gü­nahkar ol­muşuq”

[92] Yusuf dedi: “Bu gün siz qınanıl­ma­yacaqsınız. Allah si­zi ba­ğış­lasın! O, rəhm edən­lə­rin ən rəhmlisidir

[93] Bu köynəyimi aparıb ata­­mın üzü­nə atın, gözləri açıl­sın. Son­ra da bütün ailənizlə bir­lik­də yanıma gəlin”

[94] Karvan Misir torpağın­dan ayrı­lan­da ataları dedi: “Mən, hə­qi­qə­tən də, Yu­sufun qo­xu­sunu hiss edirəm. Bircə mə­ni ağılsız say­ma­yaydınız”

[95] Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köh­nə yan­lışlığından əl çəkmə­mi­sən”

[96] Müjdəçi gəlib köynəyi onun üzü­nə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə de­məmiş­dimmi ki, mən Allah­dan gələn vəhy sayəsində sizin bil­mədikləri­nizi bilirəm?”

[97] Onlar dedilər: “Ey ata­mız! Allah­dan bizim günahla­rımızın ba­ğışlan­ma­sı­nı dilə. Doğrudan da, biz günahkar olmuşuq”

[98] O dedi: “Mən Rəbbim­dən sizin üçün bağışlanma di­lə­yə­cə­yəm. Həqi­qə­tən, O, Bağış­la­yan­dır, Rəhmlidir”

[99] Onlar Yusufun yanına gəl­dikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Mi­sirə daxil olun!”

[100] O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi. Onlar ha­mısı onun qarşısında səcdə et­dilər. O dedi: “Atacan! Bu, çox­dankı yu­xumun yozumu­dur. Rəbbim onu gerçəkləş­dirdi. O mənə lütf etdi. O məni zindan­dan çıxart­dı və şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra sizi səhradan yanı­ma gə­tirdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyinə qarşı lütf­kardır. Hə­qiqətən, O, Biləndir, Hikmət sahibidir

[101] Ey Rəbbim! Sən mənə haki­miy­yət verdin və mənə yu­xu­la­rı yozmağı öyrətdin. Ey göy­ləri və yeri yaradan! Sən dün­yada da, axirətdə də mənim Himayədarım­san. Mənim ca­nı­mı mü­səlman ki­mi al və mə­ni əməlisalehlərə qovuşdur”

[102] Bunlar sənə vəhy yolu ilə bil­dir­diyimiz qeyb xəbərlə­rin­dən­dir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən on­la­rın yanında deyildin

[103] Sən nə qədər çox is­tə­sən də, in­san­ların əksəriyyəti iman gə­tirən de­yil­dir

[104] Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmir­sən. Bu Quran aləm­lər üçün ancaq bir öyüd-nəsihətdir

[105] Göylərdə və yerdə neçə-neçə də­lillər vardır ki, in­sanların ço­xu onların yanın­dan üz çevirib keçirlər

[106] Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir

[107] Məgər onlar Allahın hər şeyi bü­rü­­yən əzabının onları qap­lamayacağına və ya özləri də hiss etmədən o Saatın on­la­ra qəf­lə­tən gəlməyəcəyinə əmin­dirlər­mi

[108] De: “Bu, mənim yolum­dur. Mən və mənə tabe olan­lar, mö­tə­bər dəlillərə əsasən, in­san­­ları Allaha tərəf çağırırıq. Allah pakdır, mü­qəddəsdir. Mən də müş­riklərdən deyiləm”

[109] Biz səndən əvvəl də məm­ləkət əhlindən yalnız öz­lə­rinə vəhy etdiyi­miz kişi­lər­dən elçi göndər­dik. Məgər müş­­rik­lər yer üzün­də gəzib dolaşıb öz­lərindən əvvəlki­lərin aqibə­ti­nin necə ol­du­ğunu görmür­lər? Əlbəttə, Axirət yurdu Allah­­dan qorxanlar üçün daha xe­­yir­li­dir. Məgər anlamırsınız

[110] Elçilər hər dəfə ümidlə­ri­ni itir­dik­də və özlərinin ya­lan­çı he­sab edil­dik­lə­rini gü­man et­dikdə köməyimiz onlara gəlir və is­tə­di­yi­miz kəs də nicat ta­pır­dı. Gü­nahkar tayfadan əza­bı­mız əsla dəf olun­maz

[111] Onların rəvayətlərində ağıl sa­hibləri üçün bir ibrət var­dır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özün­dən əv­vəl­ki­ləri təsdiqlə­yən və hər şeyi müfəssəl izah edən­dir; iman gə­ti­rən bir camaat üçün hidayət və mərhə­mətdir

ər-Rəd

Surah 13

[1] Əlif. Ləm. Mim. Ra. Bun­lar Kitab­ın ayələridir. Rəbbin­dən sə­nə nazil edilən həqi­qət­dir, lakin in­sanların çoxu buna inanmır

[2] Gördüyünüz göyləri di­rək­siz yük­səldən, sonra da Ərşə uca­lan, müəyyən vaxta qədər göydə hərə­kət edən günəşi və ayı əmrinə ta­be edən Allahdır. O, iş­ləri yoluna qoyur və ayə­lərini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşaca­ğı­nı­za yə­qinliklə inanasınız

[3] Yeri döşəyən, orada möh­kəm dağ­lar, çaylar yaradan və bü­tün meyvə­lər­dən cüt-cüt ye­tişdi­rən də Odur. O, gün­düzü gecə ilə ör­tüb bürüyür. Həqi­qə­tən də, bun­da dərin düşü­nən adamlar üçün dəlillər vardır

[4] Yer üzündə bir-birinə ya­xın müx­tə­lif münbitli torpaq sa­hələri, üzüm bağ­ları, əkinlər, şa­xəli-şa­xəsiz xurma ağac­ları var­dır. On­lar ey­ni su ilə suva­rılır. Lakin Biz yeyilməsinə görə on­la­rın birini di­gə­rin­dən üstün edi­rik. Doğru­dan da, bun­da ba­şa dü­şən adamlar üçün də­lil­lər var­

[5] Əgər təəccüblənirsənsə, on­ların: “Doğrudanmı biz tor­paq ol­duqdan son­ra yenidən ya­ra­dıla­cağıq?” sözünə tə­əc­cüblən. Onlar Rəbbini inkar edən­lər­dir. Onlar boyunlarında qandallar olan­lar­dır. Onlar Od sakin­ləri­dirlər və onlar ora­da əbədi qala­caq­lar

[6] Müşriklər səni yaxşılıq­dan öncə pisliyə – əzabın gəl­məsinə tə­ləs­dirirlər. Halbuki onlardan əv­vəl neçə-neçə ibrə­ta­miz cə­za­lar olub keçmişdir. Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir

[7] Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cüzə en­di­ril­məyib?” Sən ancaq xə­bərdar edənsən. Hər qöv­mün bir yol­gös­tərəni var

[8] Hər bir dişinin bətnində nə daşı­dı­ğı­nı, bətnlərin nəyi əs­kil­dib, nəyi artı­ra­cağını (uşa­ğın doqquz aydan tez yaxud gec doğulaca­ğı­nı) Allah bilir. Onun ya­nında hər şeyin müəyyən ölçüsü var­

[9] Allah qeybi və aşkarı bi­lən­dir, Bö­yükdür, Ucadır

[10] Aranızdan sözü gizlə­dən­lər də, onu açıq deyənlər də, ge­cə gizlənib, gündüz gə­zib do­la­nanlar da Allah üçün ey­ni­dir­lər

[11] Allahın əmri ilə insanın həm önün­də, həm də arxa­sın­da daim onun­la birlikdə olub onu qoruyan mələklər vardır. Həqi­qə­tən də, insanlar nəfs­lə­rin­də olanı dəyişmədikcə, Allah da on­larda ola­nı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pis­lik etmək is­tə­sə, heç nə onun qar­şısını ala bilməz. On­ların On­dan başqa ixti­yar sa­hibi yox­dur

[12] İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəs­lə­yə­siniz deyə sizə şimşək gös­tərən və yağışla dolu ağır bu­lud­ları var edən Odur

[13] Göy gurultusu həmd edə­rək Ona təriflər deyir. Mələk­lər də Onun qor­xu­sundan tə­rif­lər deyirlər. Allah ildırımlar gön­də­rib is­tə­di­­yini vurur. Onlar Allah barəsində mübahisə edir­lər. Hal­buki O, şid­dətli cəza ve­rəndir

[14] Haqq çağırış yalnız Ona­dır. Müş­riklərin Ondan başqa çağır­dıqları isə, on­lara heç bir şeylə cavab vermirlər. Onlar ağ­zına su çat­sın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Hal­buki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan de­yil­. Doğ­ru­su, kafirlərin duası az­ğın­lıq­dan başqa bir şey de­yil­

[15] Göylərdə və yerdə olan məx­luq­lar da, onların kölgə­lə­ri də sə­hər-axşam istər-istə­məz Allaha səcdə edir

[16] De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”

[17] O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar

[18] Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır

[19] Rəbbindən sənə nazil edi­lənin haqq olduğunu bilən kim­sə, kora bən­zəyə bilərmi? Bun­dan ancaq ağıl sa­hib­ləri ibrət alarlar

[20] O kəslər ki, Allaha ver­dik­ləri sö­zü yerinə yetirir və əhdi poz­murlar

[21] O kəslər ki, Allahın qo­vuş­du­rul­masını əmr etdiyi şey­ləri qo­vuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möh­­kəm­lədir), Rəb­bin­dən qorxur və pis haqq-hesabdan çəkinirlər

[22] O kəslər ki, Rəbbinin Üzü­nü di­ləyərək səbir edir, namaz qı­lır, onlara verdiyimiz ruzi­dən gizli və aşkar xərc­ləyir və pis­liyi yax­şılıqla dəf edirlər. On­lar üçün Axirət yurdu –

[23] əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər

[24] “Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!”

[25] Allahla əhd bağladıq­dan sonra onu pozan, Allahın qo­vuş­du­rulmasını əmr etdiyi şey­ləri kəsən və yer üzündə fitnə-fəsad tö­rə­dənlərə gəlincə, on­lar üçün lənət və pis yurd var­dır

[26] Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür

[27] Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cü­zə en­di­ril­məyib?” De: “Şüb­hə­siz ki, Allah istədiyini sap­dı­rır. Tövbə edib Ona üz tutan kim­səni isə doğru yola yö­nəl­dir”

[28] Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır

[29] İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran və gö­zəl qayı­dış yeri hazırlan­mışdır

[30] Beləliklə, Biz səni özün­dən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir üm­­mətə gön­dərdik ki, onlar Mərhə­mətli Allahı inkar et­dik­ləri halda, sə­nə vəhy et­di­yimizi onlara oxu­yasan. De: “O, mə­nim Rəb­bim­dir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yal­nız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”

[31] Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz

[32] Səndən əvvəlki elçilərə də isteh­za edilmişdi. Mən ka­fir­lə­rə möh­lət ver­dim, sonra isə on­ları yaxaladım. Gö­rəydin on­ları cə­za­landırmağım necə ol­du

[33] Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz

[34] Onlara dünya həyatında əzab var­dır. Axirət əzabı isə da­ha mə­şəqqətlidir. Onları Allah­dan qoruyan olmaz

[35] Müttəqilərə vəd edilmiş Cən­nə­tin vəsfi belədir; onun ağac­la­rı altından çaylar axar və onun yeməkləri də, köl­gəsi də daimidir. Müt­təqilərin aqi­bəti budur. Kafir­lərin aqibəti isə Oddur

[36] Kitab verdiyimiz kəslər sə­nə na­zil edilənə sevinirlər. Firqə­lər arasında elə­si də var­ ki, onun bir qismini in­kar edirlər. De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir. Mən sizi yalnız Ona ibadət etmə­yə çağı­rıram və qayı­dışım da yalnız Onadır!”

[37] Beləliklə biz Qu­ranı ərəb­cə bir qa­nun olaraq nazil et­dik. Əgər sənə gələn bu elmdən son­ra onların istəklə­rinə tabe ol­san, sə­ni Allahdan nə bir hi­mayə edən, nə də bir qoruyan olar

[38] Biz səndən əvvəl də el­çilər gön­dərdik və onlara zöv­cələr və övladlar ver­dik. Heç bir elçi Alla­hın izni olma­dan bir ayə gətirə bil­məzdi. Hər vaxtın bir yazısı var

[39] Allah bu yazıdan istə­di­yini silər, istədiyini də sabit sax­layar. Ki­tabın anası da Onun yanın­dadır

[40] Biz onlara vəd etdiyimi­zin bir qismini sənə göstərsək və ya on­dan öncə səni öldür­sək, bil ki, sənin öhdənə dü­şən an­caq təbliğ et­məkdir. Haqq-he­sab çəkmək isə Bizə aiddir

[41] Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəf­lə­rin­dən azalt­dığı­mızı (müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi) gör­mür­lər­mi? Allah istədiyi kimi hökm verir. Onun hök­münü ləğv edən ol­maz. O, tez haqq-hesab çəkəndir

[42] Onlardan əvvəlkilər də hiylə qur­dular. Halbuki bütün hiy­lə­lər Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Ka­fir­lər Axi­rət yurdunun kimin ola­ca­ğını bilə­cəklər

[43] Kafirlər deyirlər: “Sən gön­dəril­miş elçi deyilsən!” De: “Mə­nim­lə sizin aranızda Alla­hın və Kitabı bilən kim­sə­nin şahid ol­ma­sı yetər.”

İbrahim

Surah 14

[1] Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır

[2] O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Gi­riftar olacaqları şid­dətli əzab­dan dolayı vay kafirlərin ha­lı­na

[3] O kəslər ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yo­lundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər

[4] Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Hikmət sahibidir

[5] Biz Musanı möcüzələri­miz­lə gön­dərib ona: “Xalqını qa­ran­lıq­dan nura çı­xart və Al­lahın günlə­rini onların ya­dı­na sal”- dedik. Şüb­həsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır

[6] O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”

[7] O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”

[8] Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”

[9] Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”

[10] Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”

[11] Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. La­kin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy mö­minlər ancaq Alla­ha təvək­kül etsinlər

[12] Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”

[13] Kafir olanlar öz elçilə­ri­nə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də on­lara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

[14] və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rum­da dur­maqdan qor­xan­lar və təhdidimdən çə­kinən­lə­rə aiddir”

[15] Elçilər qələ­bə istədilər. Hər bir inad­­kar dikbaş da zi­yana uğ­ra­dı

[16] Qabaqda onu Cə­hən­nəm göz­lə­yir; orada ona irinli su içir­di­lə­cək

[17] O bunu qurtum-qurtum içə­cək, amma onu uda bilmə­yəcək­dir. Ona hər yandan ölüm gələ­cək, lakin o, ölmə­yə­cəkdir. Bunun ardınca da ağır bir əzab gələ­cək

[18] Rəbbini inkar edənlərin misalı – onların əməlləri, qa­sır­ğalı bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir. On­lar gör­dük­ləri işlərə görə sa­vab qazan­maz­lar. Dərin azğın­lıq da elə bu­dur

[19] Allahın göyləri və yeri haq­q ilə ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər

[20] Bu, Allah üçün çətin de­yildir

[21] Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”

[22] İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır

[23] İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq

[24] Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir

[25] O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar

[26] Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­mə­yən pis bir ağaca bən­zə­yir

[27] Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər

[28] Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xal­qı­nı həlak yurduna sü­rüklə­yənləri görmürsənmi

[29] Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir

[30] Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”

[31] İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara ver­di­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər

[32] O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­di­rib onunla sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi, əm­ri ilə dənizdə üz­mək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çay­ları sizə ram etdi

[33] Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi

[34] O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur

[35] Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maq­dan uzaq­laş­dır

[36] Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, mən­dəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhm­lisən

[37] Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fi­zə olu­nan Evinin yaxınlı­ğın­da, heç bir bitki olmayan bir vadi­də sakin et­dim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə be­lə etdim. İn­san­la­rın bir qis­mi­nin qəlbini on­lara meylli et və on­lara növbənöv məh­sul­lar­dan ru­zi ver ki, bəlkə şükür etsinlər

[38] Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nə­yi aş­ka­ra çıxart­dı­ğı­mızı bilir­sən. Nə yerdə, nə də göydə heç bir şey Allah­dan gizli qalmaz

[39] Qoca vaxtımda mənə İs­maili və İshaqı bəxş edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bim duaları qəbul edəndir

[40] Ey Rəbbim! Məni də, nəs­limdən olanları da namaz qı­lan et! Ey Rəbbi­miz! Duamı qəbul elə

[41] Ey Rəbbimiz! Haqq-he­sab günü məni, valideynlərimi və mö­minləri ba­ğışla!”

[42] Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə on­ları cəza­landırmağı göz­lərin bə­rələ qala­cağı gü­nə saxlayır

[43] O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caq – qor­xu­dan bütün başqa duyğu­lardan xali ola­caq­

[44] İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­lə­cəkdir: “Məgər əvvəllər siz dün­yadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz

[45] Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. On­la­ra nələr et­diyimiz si­zə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”

[46] Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Alla­ha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yil­

[47] Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Hə­qiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir

[48] O gün yer başqa bir yer­lə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar

[49] O gün günahkarları zən­­cir­lənmiş görəcəksən

[50] Onların paltarları qat­ran­dan ola­caq, üzlərini də alov bürü­yə­­­cək

[51] Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir

[52] Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar

əl-Hicr

Surah 15

[1] Əlif. Ləm. Ra. Bunlar Ki­ta­bın və açıq-aydın Quranın ayə­lə­ri­dir

[2] Kafirlər mütləq müsəl­man olma­la­rını arzulayacaq­lar

[3] Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər

[4] Məhv etdiyimiz hər bir di­yarın mə­lum bir yazısı var idi (hə­lak ola­caq­la­rı vaxt əv­vəl­cə­dən müəyyən edil­miş­di)

[5] Heç bir ümmət öz əcəlini nə qa­baq­laya bilər, nə də yu­bada bi­lər

[6] Kafirlər dedilər: “Ey özü­nə Zikr na­zil edilən kəs! Doğru­dan da, sən də­li­sən

[7] Əgər doğru danışanlar­dan­­sansa, nə­­yə görə dediyinə şa­hid­lik edə bilən mə­lək­ləri bizə gə­tir­mirsən?”

[8] Biz mələkləri ancaq haq­qı bərqərar etmək üçün endiri­rik. O za­man kafirlərə möhlət ve­ril­məz

[9] Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq

[10] Biz səndən öncə də əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik

[11] Onlara elə bir elçi gəl­məzdi ki, ona istehza etmə­sin­lər

[12] Beləcə, Biz küfrü gü­nah­karların qəl­binə yeridirik

[13] Onlar hələ də Qu­rana inan­mır­lar. Halbuki əv­vəlkilərin ba­şı­na gə­lənlər on­lara bəllidir

[14] Əgər onlara göydən bir qapı aç­saydıq və onlar dayan­ma­dan oraya qalx­saydılar

[15] yenə də inanmayıb: “Göz­lərimiz du­manlanmış, daha doğ­­ru­su biz sehr­lən­mi­şik”– deyər­dilər

[16] Biz səmada bürclər ya­rat­dıq və onu baxanlar üçün bəzədik

[17] Onları qo­vulmuş hər bir şeytan­dan qoruduq

[18] Ancaq şeytanlardan kim göy əh­li­nin danışıqlarına xəl­vət­cə qu­laq assa, onu yandırıb ya­xan alov təqib edər

[19] Biz yeri döşədik, orada möh­kəm dağlar yerləşdirdik və ora­da hər şey­dən lazım oldu­ğu qədər yetişdirdik

[20] Orada həm sizin üçün, həm də si­zin ruzi vermədik­lə­riniz üçün do­la­nı­şıq vasitələri yaratdıq

[21] Elə bir şey yoxdur ki, onun xə­zi­nələri Bizdə olmasın. Biz onu ancaq mü­əyyən öl­çü­də endiririk

[22] Biz küləkləri dölləndi­ri­ci – bulud­larda su əmələ gəti­rən, bit­ki­lə­ri toz­lan­dıran bir vasitə ki­mi göndərdik, göy­dən yağ­mur yağdı­rıb onu sizə içirt­dik. Belə ol­ma­saydı, siz onu yığıb saxla­ya bil­məz­diniz

[23] Şübhəsiz ki, Biz həm di­ril­dir, həm də öldürürük və hər şeyə va­ris olan da Bizik

[24] Həqiqətən, sizdən əvvəl gəlib-ge­dənləri də bilirik, son­ra kim­lərin gələ­cə­yini də bili­rik

[25] Həqiqətən, Rəbbin onla­rı bir yerə toplayacaq. Çünki O, hikmət sahibidir, hər şeyi bilən­dir

[26] Biz insanı başqa şəklə düş­müş qara palçıqdan, toxun­duq­da sax­sı kimi səs çıxaran quru gildən yaratdıq

[27] Cinləri isə daha öncə qız­mar alovdan yaratmışdıq

[28] Bir zaman Rəbbin mə­lək­lərə de­di: “Mən başqa şəklə düş­müş qara pal­çıqdan, toxun­duqda saxsı kimi səs çıxa­ran qu­ru gildən in­san yarada­cağam

[29] Mən ona biçim verib Öz ruhum­dan üfürdüyüm zaman siz ona səcdə edin!”

[30] Mələklərin hamısı ona səcdə etdi­lər

[31] Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında ol­maq­dan imtina etdi

[32] Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər ara­sın­da de­yilsən?”

[33] İblis dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, to­xun­duqda sax­sı kimi səs çı­xa­ran quru gildən yarat­dı­ğın in­sana səc­də etmək mənə ya­raş­maz!”

[34] Allah dedi: “Oradan çıx! Artıq sən qo­vuldun

[35] Haqq-hesab gününə qə­dər sənə lənət olacaqdır”

[36] İblis dedi: “Ey Rəbbim! Onların di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”

[37] Allah dedi: “Sən möhlət verilən­lər­dənsən

[38] Ancaq məlum vaxtın gü­­nünə qə­dər”

[39] İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə on­lara pis işləri gözəl göstərib onların ha­mı­sını az­dıracağam

[40] Yalnız Sənin seçilmiş, ix­laslı qul­la­rından başqa”

[41] Allah dedi: “Bu, Mənə tə­­rəf gə­ti­rib çıxaran düz yoldur

[42] Şübhəsiz ki, qullarım üzə­rində sə­nin heç bir hökmün yox­dur. Yalnız sənə uyan az­ğın­lar­dan başqa”

[43] Həqiqətən, Cəhənnəm on­la­rın ha­mısına vəd olunmuş yer­dir

[44] Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olun­muşdur

[45] Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar

[46] Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!”

[47] Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar

[48] Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar

[49] Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm

[50] Əzabım isə ağrılı-acılı əzab­dır

[51] Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver

[52] O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi

[53] Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər

[54] İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?”

[55] Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!”

[56] İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?”

[57] İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?”

[58] Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik

[59] yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik

[60] Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik”

[61] Elçilər Lut əhlinin ya­nı­na gəl­dik­də

[62] o dedi: “Siz yad adam­lar­sınız!”

[63] Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik

[64] Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq

[65] Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın”

[66] Biz ona vəhy etdik ki, sübh çağı on­ların kökü kəsi­lə­cək

[67] Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər

[68] Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin

[69] Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!”

[70] Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?”

[71] O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!”

[72] Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər

[73] Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı

[74] Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq

[75] Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır

[76] Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar

[77] Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır

[78] Əykə əhli də zalım idi

[79] Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi

[80] Hicr əhli də elçiləri ya­lançı saydı

[81] Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər

[82] Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar

[83] Onları sübh çağı qor­xunc səs ya­xaladı

[84] Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di

[85] Biz göyləri, yeri və on­la­rın ara­sında olanları yalnız haqq ola­raq yarat­dıq. O Saat mütləq gələ­cəkdir. Odur ki, Sən onları gö­zəl tərzdə bağışla

[86] Həqiqətən, Rəbbin Yara­dan­dır, Bi­ləndir

[87] Biz sənə təkrarlanan yed­di ayə­ni və əzəmətli Quranı verdik

[88] Onların bəzi təbəqələ­ri­nə verdi­yimiz fani dünya ma­lı­na gö­zü­nü dik­mə, onlara görə kədər­lənmə, mömin­lər­lə yum­şaq davran

[89] və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!”

[90] Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik

[91] Onlar Quranı hissələrə böl­dülər (bir qisminə inanıb, digər qis­mini inkar etdilər)

[92] Rəbbinə and olsun ki, Biz onların hamısından soruşa­ca­ğıq –

[93] törətdikləri əməllər barə­sində

[94] Sənə buyurulanı açıq-aş­kar bə­yan et və müşriklərdən üz çe­vir

[95] Sözsüz ki, istehza edən­lərə qarşı Biz sənə yetərik

[96] O kəslər ki, Allaha baş­qa məbudu şə­rik qoşurlar. Onlar tez­lik­lə biləcəklər

[97] Biz onların dediklərin­dən sənin qəl­binin daraldığını bi­lirik

[98] Sən həmd-səna ilə Rəb­bini təriflə və səcdə edən­lər­dən ol

[99] Sənə ölüm gələnədək Rəb­binə iba­dət et

ən-Nəhl

Surah 16

[1] Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini is­təmə­yin. Allah müş­riklərin Ona qoşduqları şəriklərdən uzaq­dır və uca­dır

[2] Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: “Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!”

[3] Allah göyləri və yeri ger­çək yarat­mışdır. O, müş­riklə­rin qoş­duqları şə­riklərdən ucadır

[4] Allah insanı nütfədən ya­rat­dı. O isə açıq-aşkar mübahi­səçi­yə çevrildi

[5] Mal-qaranı da O yaratdı. On­larda sizin üçün bə­dəninizi isti sax­la­yan yun ge­yim və baş­qa faydalar var­dır. Həmçi­nin onlar­dan yeyirsiniz

[6] Mal-qaranı axşam töv­ləyə qay­tar­dıqda, səhər çölə burax­dıq­da onlara baxıb fərəh­lənir­siniz

[7] Onlar yüklərinizi, özünü­zün çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Həqi­qə­tən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir

[8] Atları, qatırları və uzun­qu­laqları sizə həm minik, həm də zi­nət olsun de­yə Allah ya­ratdı. O, sizin hələ bilmədiyi­niz bir çox şey­lə­ri də yaradır

[9] Doğru yol göstərmək Al­laha aid­dir. Əyri yollar da var­dır. Əgər O is­tə­səydi, sizin ha­mınızı doğru yola yö­nəl­dərdi

[10] Göydən su endirən Odur. Bu, həm sizin içməyi­niz, həm də içində mal-qaranızı otar­dığınız otların bitməsi üçün­dür

[11] Allah onunla sizin üçün dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bunda düşünən bir qövm üçün də­lil­lər vardır

[12] O, gecəni və gündüzü, gü­nəşi və ayı sizə xidmət et­mə­yə yö­nəlt­di. Ul­duz­lar da Onun əm­ri ilə ram edilmişdir. Sözsüz ki, bun­lar­da anlayan insanlar üçün əla­mətlər vardır

[13] Yer üzündə sizin üçün ya­ratdığı müxtəlif rəngli şey­ləri də si­zə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün də­lillər vardır

[14] O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür

[15] O, sizi silkələməsin de­yə, yer üzün­də möhkəm dağ­lar və düz­gün səmt gö­türəsi­niz deyə, çaylar və yollar ya­ratdı

[16] Əlamətlər yaratdı. İn­san­lar ul­duz­lar vasitəsilə də get­dik­ləri yo­lu müəy­yənləşdirirlər

[17] Heç yaradan da yarada bil­mə­yən kimi ola bilərmi? Dü­şü­nüb ibrət götürməyəcək­si­niz­mi

[18] Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir

[19] Allah sizin gizli saxla­dıq­larınızı da, aşkara çıxart­dıq­la­rı­nızı da bilir

[20] Allahdan başqa tapındıq­ları büt­lər heç bir şey yarada bil­məz­lər. Çünki onlar özləri yaradıl­mışlar

[21] Onlar ölüdürlər – diri de­yillər və nə vaxt dirildilə­cək­lə­rini də bilmirlər

[22] Sizin məbudunuz Tək olan İlah­dır. Axi­rətə inanma­yan­la­rın qəlbləri haqqı in­kar edir. Öz­ləri də təkəbbürlüdürlər

[23] Şübhə yoxdur ki, Allah on­ların gizli saxladıqlarını da, aşka­ra çıxart­dıq­larını da bilir. Həqi­qətən də, O, təkəb­bürlü olanları sev­mir

[24] Onlardan: “Rəbbiniz pey­ğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keç­mişdəkilərin nağıl­ları­dır!”– deyərlər

[25] Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir

[26] Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi

[27] Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyə­cək: “Haqqında mü­bahisə et­di­yiniz şə­riklərim harada­dır?” Elm ve­rilmiş kimsələr deyə­cək­lər: “Şübhəsiz ki, bu gün kafir­lərə rüs­vay­çılıq və əzab üz ve­rə­cək!”

[28] Mələklər özlərinə zülm edən kim­sələrin canlarını aldıq­ları za­man onlar bo­yun əyib: “Biz heç bir pislik et­mir­dik!”– deyə­cəklər. On­­la­ra belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr et­diyinizi bi­lir

[29] Elə isə içində əbədi qa­la­cağınız Cəhənnəmin qapıla­rına gi­rin! Təkəb­bürlülərin qa­lacağı yer necə də pisdir!”

[30] Müttəqilərə: “Allah nə nazil etmiş­dir?”– deyildikdə, onlar: “Xe­yir nazil et­mişdir!”– deyərlər. Bu dünyada xeyirli iş­lər görənlər üçün gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Axirət yur­du isə daha xe­yir­li­dir. Müt­tə­qi­lərin yurdu necə də gö­zəldir

[31] Onlar ağacları altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır

[32] O kəslər ki, tər-təmiz ol­duqları halda, mələklər onla­rın ca­nı­nı alıb de­yirlər: “Sizə sa­lam olsun! Əməllərinizə görə Cənnətə gi­rin!”

[33] Yoxsa kafirlər mələklə­rin onların yanına gəlməsindən və ya­xud Rəbbi­nin əmrinin (Qiyamət gününün) gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? On­lardan əvvəlki­lər də be­lə etmiş­dilər. Allah onlara zülm etmədi, la­kin onlar özləri özlərinə zülm edir­di­lər

[34] Onlara törətdikləri əməl­lə­rin pis cəzası nəsib oldu və is­teh­za etdikləri əzab onları ağu­şuna aldı

[35] Müşriklər dedilər: “Əgər Allah is­təsəydi, biz də, ataları­mız da Ondan baş­qa heç nəyə ibadət etməz və Onun izni ol­madan heç nəyi haram say­maz­dıq!” Bəli, on­lardan əvvəl­kilər də eynilə dav­ran­mışdılar. Məgər elçilərin vəzi­fə­si ancaq açıq-aydın təbliğ et­mək de­yil­mi

[36] Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu

[37] Sən onların doğru yola gəl­məsinə nə qədər çalışsan da, bil ki, Allah az­dır­dığı kimsələri doğru yola yönəltməz və on­lara kö­mək edən də olmaz

[38] Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir

[39] Allah ölüləri dirildəcək­dir ki, ixti­laf­da olduqları şey­ləri on­lara bildirsin və kafir­lər də özlə­rinin yalançı olduqlarını dərk et­sinlər

[40] Biz bir şeyi yaratmaq is­tə­dik­də, ona ancaq: “Ol!”– de­yirik, o da olur

[41] Zülmə uğradıldıqdan son­ra Allah yolunda hicrət edən­ləri dün­ya­da gözəl bir məs­kəndə sakin edəcəyik. Axi­rət mü­kafatı isə da­ha böyük­dür. Kaş bi­ləy­dilər

[42] Onlar səbirli olanlar və an­caq Rəbbinə təvəkkül edən­lərdir

[43] Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz ki­şiləri el­çi gön­dərmiş­dik. Əgər bilmirsi­nizsə, Zikr əh­lindən so­­­ruşun

[44] Biz onları aydın dəlillər və ki­tab­larla göndərdik. Sənə də Zikri nazil etdik ki, insan­lara, on­lara nazil olanı izah edə­sən və bəlkə on­lar fikirləşələr

[45] Alçaq hiylələrə əl atan­lar Allahın onları yerə batır­ma­yaca­ğı­na və yaxud gözləmə­dik­ləri bir yerdən əzabın on­la­ra gəlməyə­cə­yi­nə əmindir­lər­mi

[46] Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxala­ma­ya­ca­ğınımı dü­şünürlər? Axı onlar Allahdan yaxa qur­tara bil­məyə­cək­lər

[47] Yaxud vahimə içində ol­duqları halda Allahın onları ya­xa­la­mayaca­ğını­mı düşünür­lər? Hə­qiqətən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir

[48] Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşa­hidə etmə­yib­lərmi? Onların köl­gələri müti surətdə Allaha səc­də edərək sağa-sola əyilir

[49] Göylərdə və yerdə olan­la­rın ha­mısı, heyvanlar da, mə­ləklər də təkəb­bür göstər­mə­dən Allaha səcdə qılırlar

[50] Onlar özlərinin fövqün­də olan Rəb­bindən qorxur və on­lara əmr olu­nanları yerinə yeti­rirlər

[51] Allah: “İki məbuda sita­yiş etmə­yin! O, yalnız Tək bir İlah­dır. Yalnız Mən­dən qor­xun!”– dedi

[52] Göylərdə və yerdə nə var­sa, Onun­dur. Din də daim Ona məx­susdur. Siz Allahı qo­yub başqasın­danmı qor­xur­su­nuz

[53] Sizə verilən nemətlərin ha­mısı Allahdandır. Sonra sizə bəla gəl­diyi za­man ancaq Ona yalva­rırsınız

[54] Bəlanı sizdən sovuşdur­duq­dan son­ra sizlərdən bəzilə­ri Rəb­bi­nə şərik qoşur

[55] Onlar Bizim onlara ver­di­yimiz ne­­mətlərə nan­korluq etsin­lər deyə belə edir­lər. Hə­ləlik əy­lənin! Tezliklə biləcək­siniz

[56] Onlar özlərinə verdiyi­miz ruzi­dən heç nə dərk et­mək qabi­liyyətində ol­mayanlara pay ayı­rırlar. Allaha and ol­sun ki, atdı­ğı­nız iftiralara görə müt­ləq sorğu-sual olunacaqsınız

[57] Onlar qızları Allaha aid edir­lər. O, pak və müqəddəs­dir. Öz­lərinə isə is­tədik­lərini məx­sus edirlər

[58] Onlardan birinə qızı ol­ması ilə müjdə verildikdə hik­kə­sin­dən üzü qap­qara qaralır

[59] Verilən bəd xəbər ucba­tın­dan ca­maatdan gizlənir. Bil­mir nə et­sin, körpə­ni rüsvay­çı­lıq içində saxlasınmı, yoxsa onu torpağa göm­sün? Onların ver­dik­ləri qərar necə də pisdir

[60] Yaramaz sifət axirətə inan­ma­yan­lara xasdır. Ən Uca sifət isə Allaha məx­susdur. O, Qüd­rət­lidir, Hikmət sahibidir

[61] Əgər Allah insanları et­dikləri zülmə görə cəza­lan­dır­say­dı, yer üzün­də heç bir can­lını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möh­lət ve­­rir. Onların əcəlinin çatdığı an bir­cə saat belə nə yubanar, nə də tezləşə bilər

[62] Onlar özlərinin xoş­lama­dıq­ları qız­ları Allaha aid edir­lər. Dil­­ləri də yalan­dan ən gö­zəl aqibətin onların olacağını söy­ləyir. Şüb­hə­siz ki, od onlar üçün ha­zır­lanmış­dır və onlar orada tərk olu­na­­caq­lar

[63] Allaha and olsun ki, sən­dən əvvəl də ümmətlərə elçilər gön­dərmişdik. Şey­tan isə o ka­fir ümmətlərin əməl­lərini öz­lə­rinə gö­zəl­ gös­tərmişdi. Şeytan bu gün də onların dos­tu­dur. Onlar üçün ağrılı-acılı bir əzab vardır

[64] Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixti­laf­da olduqları şeyləri bə­yan edə­sən və bu, mömin adamlar üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun

[65] Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır

[66] Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içən­lə­rin boğazından rahat ke­çən təmiz süd içirdirik

[67] Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır

[68] Rəbbin bal arısına belə vəhy et­di: “Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör

[69] Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır

[70] Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Siz­lər­dən bəziləri vax­tilə bildiyi şey­ləri unutsun deyə öm­rü­nün ən rəzil ça­ğı­na çatdırılacaq. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hər şeyə qa­dir­dir

[71] Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər

[72] Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər

[73] Müşriklər Allahı qoyub on­lara göy­lərdə və yerdə olan ruzi­dən heç bir şey verməyən və buna gücləri çatmayan büt­lərə ibadət edirlər

[74] Heç kəsi Allaha oxşat­ma­yın. Hə­qiqətən, Allah bilir, siz isə bil­mirsiniz

[75] Allah, heç bir şeyə gücü çat­ma­yan və başqasının malı olan bir kölə ilə, dərgahı­mız­dan özünə verdiyimiz gözəl ru­zi­dən gizli və aşkar xərcləyən kim­sə­ni məsəl çəkdi. Heç on­lar eyni ola bilər­lər­mi? Həmd Allaha məxsus­dur, lakin onla­rın çoxu bunu bilmir

[76] Allah eləcə də iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, heç bir şeyə gücü çat­mır və öz ağasına bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz. Məgər doğru yolda olub əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə belə bir adam ey­ni ola bilərmi

[77] Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəl­mə­si bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qa­dirdir

[78] Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığı­nız bir halda çıxart­dı, sizə qu­laq, göz və ürək verdi ki, bəl­kə şükür edə­si­niz

[79] Məgər onlar Allaha tabe olub ha­vada uçan quşları gör­mür­lər­mi? Onları havada sax­layan ancaq Allahdır. Həqi­qə­tən, bunda iman gətirən insan­lar üçün dəlil­lər vardır

[80] Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın də­rilərindən istər səfərə çıxdı­ğınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asan­lıqla apara biləcəyiniz çadır­lar, üstəlik də on­­ların yunundan, tiftiyindən və tükün­dən müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları və başqa şey­lər dü­zəltdi

[81] Allah, yaratdıqları şey­lər­­dən sizin üçün kölgələr əmə­lə gə­tir­di, dağ­larda sizin üçün ma­ğa­ralar saldı, sizi istidən qo­ru­yacaq pal­tarlar və döyüşdə mü­ha­fi­zə edə­cək zirehli ge­yimlər düzəltdi. Be­ləcə, Allah Öz ne­mətini sizə tamam­layır ki, bəl­kə müsəlman ola­sı­nız

[82] Əgər üz çevirsələr, bil ki, sənin və­zifən ancaq aşkar təb­liğ etməkdir

[83] Onlar Allahın neməti haq­qında bil­dikləri halda, sonra­dan onu inkar edir­lər. Onların ço­xu kafirdir

[84] Hər ümmətdən bir şa­hid gön­də­rə­cəyimiz gün, kafirlərə üzr­xahlıq etməyə izin verilmə­yəcək və üzr diləmələri də tə­ləb olun­ma­ya­caqdır

[85] Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngül­ləş­di­riləcək, nə də onlara möhlət veriləcək

[86] Müşriklər Allaha qoş­duq­la­rı şərik­lə­rini gördükdə de­yə­cək­lər: “Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!” Büt­lər isə on­la­ra: “Şübhəsiz ki, siz ya­lançı­sı­nız!”– deyə ca­vab qay­taracaq­lar

[87] O gün müşriklər Allaha təs­lim ol­duq­larını bildirəcək və uy­dur­duqları büt­lər onlardan uzaq­laşıb qeyb ola­caq­lar

[88] Kafir olub insanları Allah yolundan sapdıranlara törət­dik­lə­ri fitnə-fəsada görə əzab üs­tündən əzab artıra­cağıq

[89] O gün hər ümmətə özlə­rin­dən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirə­cə­yik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğ­ru yol gös­təricisi, mərhəmət və müjdə ola­raq na­zil etdik

[90] Həqiqətən, Allah əda­lət­li olmağı, yaxşılıq etməyi və qo­hum­­la­ra haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər tö­rət­məyi və azğın­lıq etmə­yi isə qadağan edir. O si­zə öyüd-nəsihət ve­rir ki, bəlkə düşünüb ibrət ala­sınız

[91] Allahla bağladığınız əh­də sadiq olun; möhkəm and iç­dik­dən sonra and­larınızı poz­ma­yın. Çünki siz Allahı özü­nü­zə zamin etmi­siniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir

[92] İpliyini möhkəm əyir­dik­­dən sonra onu açıb sökən qa­dın ki­mi olmayın. Bir camaat di­gər bir camaatdan sayca və ma­lca daha çox olduğu üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə müt­ləq bildi­rəcəkdir

[93] Əgər Allah istəsəydi, si­zi vahid bir ümmət edərdi. La­kin O, istədiyini az­dırır, istə­di­yini də doğru yola yönəl­dir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız

[94] Andlarınızı aranızda hiy­lə vasi­tə­si­nə çevirməyin. Yox­sa aya­ğınız möh­kəm dayanmış ikən sü­rüşər və insanları Allah yolun­dan döndərdiyinizə görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də böyük bir əzab ha­zırlanar

[95] Allahla bağladığınız əh­di ucuz qiy­mətə satmayın. Əgər bi­lir­­sinizsə, Allah yanında olan savab sizin üçün daha xe­yir­li­dir

[96] Sizdə olan nemətlər tü­kə­nəcək, Allah yanında olan nemət­lər isə daim qala­caq­dır. Sə­birli olanlara etdik­ləri yaxşı əməl­lərə gö­rə müka­fatlarını ve­rə­cəyik

[97] Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq

[98] Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sı­ğın

[99] Şübhəsiz ki, şeytanın, iman gə­ti­rib yalnız öz Rəbbinə təvək­kül edənlər üzərində heç bir hökm­ranlığı yoxdur

[100] Onun hakimiyyəti yal­nız onu özünə dost tutanlar və Alla­ha şərik qo­şanlar üzərin­də­dir

[101] Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən an­caq bir ifti­ra­çısan!”– deyir­lər. Halbuki Allah nə na­zil et­diyini daha yaxşı bilir. Xeyr! On­la­rın çoxu bunu bilmir

[102] De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir”

[103] Biz onların: “Quranı ona bir in­san öyrədir!”– de­dik­lə­ri­ni bi­lirik. Onla­rın istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu isə açıq-aydın ərəb dilidir

[104] Allahın ayələrinə inan­ma­yan­la­rı, əlbəttə ki, Allah doğ­ru yo­la yönəlt­məz və onlar üçün ağrılı-acılı bir əzab var­dır

[105] Yalanı ancaq Allahın ayə­lərinə inanmayanlar uydu­rurlar. Məhz onlar­dır yalan­çı­lar

[106] Qəlbi imanla sabit qal­dığı halda haqqı danmağa məc­bur edi­lən kəslər is­tisna ol­maq­la, kim iman gətirdikdən sonra Allahı in­kar etsə və qəlbini küf­rə açsa, Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır

[107] Bu ona görədir ki, on­lar dünya həyatını axirətdən üs­tün tu­turlar. Həm də Allah ka­firləri doğru yola yönəltmir

[108] Bunlar o kəslərdir ki, Allah on­ların qəlbinə, qulaqla­rına və göz­lərinə möhür vur­muşdur. Onlar əsl qafil­dir­lər

[109] Heç şübhəsiz ki, zi­ya­na uğra­yan­lar da onlardır

[110] Sınağa çəkildikdən son­ra hicrət edənləri, daha sonra cihad edib çətin­lik­lə­rə dözən­lə­ri, bun­lar­dan sonra əlbəttə, Rəb­bin Bağış­­la­yandır, Rəhmli­dir

[111] O gün hər kəs öz ca­nı­nı qurtar­mağa çalışacaq, hər kəsə et­di­yi əməl­lə­rin əvəzi tam verilə­cək və onlara zülm edil­məyə­cəkdir

[112] Allah təhlükəsizlik və əmin-aman­lıq içində olan bir diyarı (Mək­­kə­ni) məsəl çəkir. Ona öz ruzisi hər yer­dən bol-bol gəlirdi. La­kin o diyarın əha­lisi Allahın nemətlərinə nan­korluq etdi, Allah da onları et­dikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü

[113] Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu ya­lan­çı say­dı­lar. Buna gö­rə də zülm et­dikləri zaman əzab onları ya­xaladı

[114] Allahın sizə verdiyi ha­lal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsi­nizsə, Onun nemətinə şükür edin

[115] O sizə ancaq ölü hey­va­nı, qanı, donuz ətini və Allah­dan baş­qa­sı üçün kəsilən hey­vanı haram etmişdir. Hər kəs harama meyl etmə­dən və həd­di aş­madan bun­lardan yemə­yə məcbur olarsa, ona günah gəl­məz. Həqiqətən, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir

[116] Dilinizin uydurduğu ya­lana əsa­sən: “Bu halaldır, o ha­ram­dır!”– demə­yin, çünki Alla­ha qarşı ya­lan uydur­muş olur­sunuz. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar nicat tap­maz­lar

[117] İndi onlar az bir mən­fə­ət əldə et­mişlər, axirətdə isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir

[118] Sənə xəbər verdiyimiz şey­ləri da­ha öncə yəhudilərə də ha­ram etmişdik. Biz onlara zülm et­mədik, lakin onlar özləri öz­lə­­rinə zülm edirdilər

[119] Şübhəsiz ki, Rəbbin, avam­lıq­la­rı üzündən pis iş gö­rən, on­dan sonra tövbə edib öz­lərini islah edənləri, bütün bun­lar­dan son­ra, əlbəttə ki, Rəb­bin ba­ğış­layacaq və rəhm edəcək

[120] Həqiqətən, İbrahim Alla­ha mü­ti, hənif bir rəhbər idi. O, müş­riklərdən deyil­di

[121] O, Allahın nemətlərinə şü­kür edən idi. Allah onu seç­miş və doğru yola yönəlt­miş­di

[122] Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axi­rətdə də əmə­lisalehlər­dən­dir

[123] Sonra sənə belə vəhy et­dik: “Hə­nif İb­rahimin dininə ta­be ol. O, müşrik­lər­dən deyil­di”

[124] Şənbə günü ancaq o gü­nün barə­sində ixtilafa düşən­lərə va­cib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ix­tilafa düş­dük­lə­ri şey barəsində onla­rın arasında hökm verəcəkdir

[125] İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şüb­həsiz ki, Rəb­bin azğınlığa dü­şənləri də, doğru yolda olan­la­rı da yaxşı tanı­yır

[126] Günahkarı cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyir­lidir

[127] Səbir et! Sənin səbrin an­caq Allah­dandır. Onlara gö­rə kə­dər­lənmə və qurduqları hiy­lələr­dən ötrü də sıxılma

[128] Həqiqətən də, Allah On­dan qor­xanlar və yaxşı işlər gö­rən­lər­lədir

əl-İsra

Surah 17

[1] Dəlillərimizdən bəzisini Pey­ğəmbə­rə göstərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və müqəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir

[2] Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən baş­qa­­sını özü­nü­zə hi­mayədar gö­türmə­yin!”– deyə o Ki­tabı doğ­ru yol gös­təricisi etdik

[3] Ey Nuhla birlikdə gəmidə daşı­dıq­larımızın nəsli! Nuh, doğ­ru­dan da, Bizə min­nətdar olan bir qul idi

[4] Biz Kitabda İsrail oğul­la­rına: “Siz yer üzündə iki dəfə fəsad tö­rə­də­cək­ və ol­duq­ca təkəbbür göstərə­cəksi­niz”– deyə xəbər ver­dik

[5] İki fəsaddan birincisinin vaxtı gəl­diyi zaman üstünüzə qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar yur­dunuzda gə­zib dola­şıb sizi ax­ta­rır­dılar. Bu, yerinə yetirilmiş bir vəd idi

[6] Sonra sizə onların üzə­rin­də yeni­dən qələbə qazandır­dıq, var-dövlət və oğullarla sizə yar­dım etdik və sizin sa­yınızı ço­xaltdıq

[7] Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əley­hinizə etmiş olursunuz. So­nuncu vədin vaxtı gələndə, üzü­nü­zü qara etsinlər, birinci dəfə Qüd­sdəki məscidə girdik­ləri ki­mi yenə də ora gir­sinlər və ələ keçirdikləri hər şeyi dar­­ma­da­ğın etsinlər de­yə düşmən­lərinizi üs­­tü­nüzə göndərdik

[8] Ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər siz fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də sizi cə­za­landırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün bir zin­dan etdik

[9] Həqiqətən, bu Quran in­san­ları ən doğru yola yönəldir və yax­şı işlər gö­rən mömin­lərə, öz­ləri üçün böyük mü­ka­fat olacağı ilə müjdə verir

[10] Axirətə iman gətirmə­yən­lər üçün isə ağrılı-acılı bir əzab ha­zır­lamışıq

[11] İnsan özünə xeyir dilə­di­yi kimi, şər də diləyir. Doğ­ru­su, in­san tələsən­dir

[12] Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf di­lə­yə­siniz, il­lə­rin sayını və he­sabı biləsiniz deyə ge­cə­nin əla­mətini si­lib gündüzün işıqlı əla­mətini gətirdik. Biz hər şeyi təf­silatı ilə izah et­dik

[13] Biz hər bir insanın əmə­lini öz boy­nundan asdıq. Qi­ya­mət gü­­nü isə açıq vəziy­yət­də qarşısına qoyulan kita­bı ona gös­tə­rə­cə­yik

[14] Kitabını oxu! Bu gün sə­nə özün-özünü hesaba çək­mə­yin ye­tər

[15] Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim az­ğın­lı­ğa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir gü­nah­kar baş­qa­sının günahını da­şı­maz. Biz elçi gön­dər­məmiş heç kəsə əzab ver­mərik

[16] Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-ca­lal için­də yaşayan sakinlərinə Alla­ha itaət etməyi əmr edərik. On­lar isə ora­da günah işlər gö­rər­lər. Be­ləcə, o məmləkə­tin ba­rə­sindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik

[17] Biz Nuhdan sonra neçə-neçə nə­sli məhv etdik. Rəb­bi­nin, qullarının günahlarını bil­məsi və görməsi kifa­yət­dir

[18] Kim gəldi-gedər dün­ya­nı istəsə, orada ona – di­lə­di­yi­miz kim­səyə is­tə­di­yi­miz şeylə­ri dər­hal verərik. Sonra isə onu qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda girəcəyi Cə­hənnəmə ata­rıq

[19] Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar

[20] Biz hamıya – onlara da, bun­lara da Rəbbinin nemətin­dən ve­ri­rik. Rəbbi­nin neməti heç kəsə qadağan deyil

[21] Bax gör dünyada onla­rın birini di­gərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üs­tün­lüklər var­

[22] Allahla yanaşı başqa mə­buda iba­dət etmə, yoxsa qınanmış və başlı-başına buraxılmış vəziyyətdə qalarsan

[23] Rəbbin yalnız Ona iba­dət etməyi və ata-ana ilə yaxşı dav­ran­­mağı buyur­muşdur. Əgər onların biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına do­larsa, onlara: "Uf!" belə demə, üstlərinə qış­qır­ma və onlara xoş söz söylə

[24] Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının al­tı­na al və: “Ey Rəbbim! On­lar məni körpəliyimdən tər­bi­yə edib bö­yütdük­ləri kimi, Sən də onlara rəhm et!”– de

[25] Rəbbiniz ürəklərinizdə olan­ları çox yaxşı bilir. Əgər əmə­li­sa­leh olsanız, bilin ki, hə­qiqətən də, O, tövbə edənləri Ba­ğış­la­yan­dır

[26] Qohum-əqrəbaya da, yox­sula da, mü­safirə də haqqını ver. La­kin malını lazım olma­yan yerə sərf etmə

[27] Həqiqətən, israfçılar şey­tan­ların qardaşlarıdır. Şeytan isə Rəb­binə qarşı nankordur

[28] Əgər sən Rəbbindən di­lə­diyin mər­həməti umaraq on­ların üzü­nə bax­mırsansa (imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə), onda on­lara xoş söz de

[29] Əlini nə qoynunda giz­lət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də is­rafçı). Yoxsa qı­nanmış və peşman və­ziy­yətdə qalarsan

[30] Həqiqətən, Rəbbin istə­di­yi­nin ru­zisini bol edər, istə­di­yinin­ki­ni də azal­dar. Şübhə­siz ki, O, Öz qullarını tanıyır və görür

[31] Yox­sulluq qorxusundan uşaq­la­rınızı öldürməyin. Axı on­la­rın da, sizin də ruzinizi Biz veri­rik. Onları öldür­mək, hə­qi­qətən də, böyük günahdır

[32] Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yol­dur

[33] Allahın, öldürülməsini ha­ram bu­yur­duğu şəxsi haqsız yerə öl­dürməyin. Kim haqsız yerə öldü­rülmüşsə, artıq onun varisinə ix­ti­yar vermişik (is­tə­sə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qan­bahası alar). Lakin o da qisas al­dıqda həddi aşmamalıdır. Çün­ki ona artıq kömək olunmuşdur

[34] Yetim həddi-büluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd ba­rə­sində sor­ğu-sual oluna­caq­

[35] Ölçdükdə ölçüyə tam ria­yət edin, çəkdikdə düzgün tə­rə­zi ilə çə­kin. Bu, da­ha xeyirli və nəticə baxımından daha yax­şı­dır

[36] Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­

[37] Yer üzündə təkəbbürlə gəz­mə. Çün­ki sən nə yeri yara bilər, nə də yük­sələrək dağlara çata bilərsən

[38] Bütün bu qadağan edil­miş pis əməl­lər, Rəbbinin xo­şuna gəl­məyən şey­lərdir

[39] Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa qınanmış və qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san

[40] Doğrudanmı Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rüb?! Siz, həqiqətən də, olduqca ya­ramaz söz danışır­sınız

[41] Biz bu Quranda dinin eh­kamlarını izah etdik ki, onlar dü­şü­nüb ibrət al­sın­lar. Lakin bu, on­ların yalnız nifrətini ar­tırır

[42] De: “Əgər müşriklərin söy­lədikləri kimi Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, onlar Ərş Sahibinin yanına çat­maq üçün yol ax­ta­rardılar”

[43] Allah müşriklərin söylə­dik­lərin­dən çox uzaq və çox ucadır

[44] Yeddi göy, yer və on­lar­da olan­lar Ona təriflər deyir. Elə bir şey yox­dur ki, həmd ilə Ona tərif deməsin, la­kin siz on­ların tə­ri­fi­ni anlamazsınız. Hə­qiqətən, O, Hə­lim­dir, Bağış­la­yandır

[45] Sən Quran oxuduğun za­man sə­ninlə Axirətə inanma­yan­la­rın arasına gözə­görün­məz pərdə çəkərik

[46] Quranı anlamasın­lar de­yə, Biz on­ların qəlblərinə örtük­lər çək­dik, qulaq­ları­na da tıxac vurduq. Sən Quranda Rəb­bi­nin Tək Allah ol­duğunu yada sal­dı­ğın zaman on­lar bu dəvətə nifrət edərək ar­xa­la­­rını çevirib gedərlər

[47] Onlar səni dinlədikləri za­man nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söh­bət edər­kən o zalımların: “Siz ancaq sehr­lən­miş bir adama uyur­sunuz”– dediklərini Biz çox yaxşı bi­li­rik

[48] Gör sənin üçün necə pis məsəllər çəkdilər. Onlar azdı­lar və ar­tıq doğru yolu tapa bil­mə­yəcəklər

[49] Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyü­müz za­man yeni bir məxluq kimi diril­diləcəyikmi?”

[50] De: “İstər daş olun, istər dəmir

[51] və ya sizə nəhəng görü­nən bir məxluq olun, yenə də Allah si­zi di­riltmə­yə qadirdir”. On­lar deyəcəklər: “Bizi hə­yata kim qay­ta­ra­caq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə baş­la­rını yır­ğa­la­yıb: “Bəs bu nə vaxt ola­caq­?”– deyə­cək­lər. De: “Bəlkə də, ya­xın za­man­da oldu!”

[52] O gün Allah sizi çağıra­caq. Siz də Ona həmd edərək çağırı­şı­na cavab ve­rəcək və dün­yada çox az qaldığınızı gü­man edəcək­si­niz

[53] Qullarıma de ki, ən gö­zəl sözləri danışsınlar. Çünki şeytan onların ara­sı­na ədavət sala bilər. Həqiqətən, şeytan in­sanın açıq-ay­dın düşmənidir

[54] Rəbbiniz sizi çox yaxşı ta­nıyır. İstəsə, sizə rəhm edər, is­təsə, sizə əzab ve­rər. Biz səni on­lara qoruyan gön­dər­mə­mi­şik

[55] Rəbbiniz göylərdə və yer­də olan­ları çox yaxşı tanı­yır. Biz pey­ğəm­bər­lə­rin bəzi­sini di­gərlə­rindən üstün etdik və Da­vuda Zə­bur verdik

[56] De: “Allahdan başqa mə­bud say­dıq­larınızı çağırın. On­lar bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qa­dir deyillər”

[57] Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə vəsilə ax­tarırlar, Onun rəh­mə­tini umurlar, əzabından qor­xur­lar. Həqiqətən, Rəbbinin əza­bın­dan qo­run­maq gə­rəkdir

[58] Elə bir məmləkət yox­dur ki, Qi­yamət günündən əv­vəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar et­mə­yək. Bu, Ki­tabda yazıl­mışdır

[59] Bizim möcüzələr gön­dər­­məkdən vaz keçməyimizə sə­bəb an­caq əvvəl­ki­lə­rin onları yalan hesab etmələri idi. Sə­mud tay­fa­sı­na açıq-aydın möcüzə ki­mi bir dişi dəvə verdik, lakin on­lar ona zülm etdilər. Biz mö­cü­zələri yal­nız qor­xutmaq üçün göndəririk

[60] Bir zaman Biz sənə: “Rəb­bin in­sanları əhatə etmiş­dir”– de­miş­dik. Me­racda sənə gös­tər­­diyimiz mənzərəni və Qu­ran­da lə­nət­lən­miş ağacı in­sanlar üçün yalnız bir imtahan etdik. Biz on­ları qor­xu­du­ruq, bu isə onlarda ancaq böyük bir az­ğın­lığı daha da ar­tı­rır

[61] Bir zaman mələklərə: “Adə­mə səc­də edin!”– demiş­dik. İb­lis­dən başqa ha­mısı səc­də etdi. O dedi: “Mən Sənin pal­çıqdan ya­rat­dı­ğınamı səcdə edə­cə­yəm?!”

[62] İblis dedi: “Məndən üs­tün tut­du­ğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət ver­sən, az bir qis­min­dən başqa onun bü­tün nəslini özü­mə ram edə­cəyəm”

[63] Allah buyurdu: “Çıx get! On­lar­dan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhən­nəm ola­caqdır

[64] Onlardan gücün çatdığı kim­sə­lə­ri səsinlə günaha təhrik et, atlı və pi­ya­danı onların üs­tünə yerit, mallarına və övlad­larına şə­rik ol, onla­ra vədlər ver. Şübhə­siz ki, şeytan onlara ancaq yalan vəd­lər verər

[65] Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Qo­ru­yan olaraq Rəbbin yetər”

[66] Lütfünə nail olasınız de­yə də­nizdə gəmiləri sizin üçün hə­rə­­kətə gə­tirən Rəbbi­nizdir. Həqiqə­tən, O sizə qarşı rəhm­lidir

[67] Sizə dənizdə bir fəlakət üz ver­di­yi zaman Ondan baş­qa ta­pın­dıq­larınız sizdən uzaq­la­şar. O sizi xilas edib qu­ru­ya çıxartdıqda isə üz döndərir­si­niz. Hə­qiqətən, insan nankor­dur

[68] Allahın sizi quruda yerə batır­ma­yacağına, yaxud üstü­nü­zə daş-kəsəkli tufan gön­dər­məyə­cə­yinə əminsinizmi? Son­ra sizi qo­ru­yan da tapa bilməz­siniz

[69] Yoxsa sizi bir daha də­ni­zə qay­ta­rıb üstünüzə qasırğa gön­dər­məyə­cə­yinə və kafir ol­duğunuza görə dənizdə sizi ba­tır­ma­ya­ca­ğı­na əminsiniz? Son­ra buna görə Biz­dən inti­qam alan bir nə­fər be­lə tapa bil­məz­siniz

[70] Biz Adəm oğullarını hör­mətli etdik, onları quruda və də­niz­də minik üstündə da­şıdıq, on­lara pak ruzilər ver­dik və onları ya­rat­dıq­larımızın ço­xun­dan xeyli üstün elədik

[71] O gün bütün insanları öz baş­çı­la­rı ilə birlikdə çağıra­cağıq. O zaman kita­bı sağ əlinə verilən kimsələr öz kitab­la­rını sevinclə oxu­yacaq və onlara xur­ma çəyirdə­yindəki lif qədər zülm edilmə­yə­cəkdir

[72] Bu dünyada kor olan kəs axi­rət­də də kor olacaq və üs­tə­lik haqq yol­dan daha çox aza­caqdır

[73] Müşriklər səni, sənə vəhy etdi­yi­mizdən az qala döndərə­cək­di­lər ki, Qu­randan başqa bir şeyi Bizə aid edəsən. Belə ol­duğu hal­da onlar səni özlərinə dost tutacaqdılar

[74] Əgər Biz səni dinində sa­bit sax­la­masaydıq, əlbəttə, az­ca da ol­sa onlara meyl edə­cək­din

[75] Belə olacağı təqdirdə sə­nə hə­ya­tın və ölümün əza­bını ikiqat daddı­rar­dıq. Sonra Bizə qarşı özünə bir köməkçi də ta­pa bilməz­din

[76] Müşriklər az qala səni bu torpaq­dan sıxışdırıb çıxa­ra­caq­dı­lar. Lakin sə­ni qovduqdan sonra özləri də orada an­caq az bir müd­dət qala bilərdilər

[77] Səndən əvvəl göndərdi­yi­miz el­çi­lərə qarşı da belə dav­ran­mış­lar. Sən Bi­zim qayda-qa­nun­larımızda heç bir də­yi­şik­lik tapa bil­məzsən

[78] Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur

[79] Gecənin bir vaxtı oya­nıb sənə əlavə buyrulmuş təhəc­cüd na­ma­zında Qu­ran oxu. Ola bil­sin ki, buna görə Rəb­bin səni tə­ri­fə­la­yiq bir məqama yük­səlt­sin

[80] De: “Ey Rəbbim! Məni da­xil ola­cağım yerə yaxşılıqla daxil et; məni çı­xa­cağım yer­dən də yax­şılıqla çıxart. Öz tə­rə­fin­dən mə­nə yardım edən bir də­lil ver”

[81] De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puç­luğa məh­kumdur!”

[82] Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayə­lər na­zil edirik. Bu ayələr za­lım­ların ancaq ziyanını artırır

[83] İnsana nemət verdiyi­miz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər to­xun­duqda isə məyus olar

[84] De: “Hər kəs öz xasiy­yə­tinə görə iş görər. Rəbbiniz isə ki­min doğru yol­da oldu­ğunu daha yaxşı bilir”

[85] Səndən ruh haqqında so­ru­şurlar. De: “Ruh Rəbbimin əm­rin­dən­dir. Sizə yalnız az bir bilik verilmişdir”

[86] Əgər istəsəydik, sənə vəhy etdi­yimizi qəlbindən silib aparar­dıq. Sonra bundan dola­yı Bizə qarşı özünə hi­ma­yəçi tapa bil­məz­din

[87] Ancaq Rəbbinin mərhə­mə­ti sayə­sində bunu etmədik. Doğru­dan da Onun sənə olan lütfü bö­yükdür

[88] De: “Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər”

[89] Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah et­dik. La­kin insanların ço­xu yal­nız küfrü seçdi

[90] Onlar dedilər: “Bizə yer­dən bir bu­laq çıxarmayınca sə­nə iman gətir­məyə­cəyik

[91] və ya ortasından şırıl-şı­rıl çaylar axıdacağın xurma və üzüm ba­ğın ol­mayınca

[92] yaxud, iddia etdiyin ki­mi, göyü par­ça-parça üstü­mü­zə yağ­dır­ma­yınca; və ya Allahı və mə­ləkləri qarşımıza gətir­məyincə

[93] yaxud qızıldan bir evin ol­ma­yın­ca; və ya göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir ki­tab en­dir­mə­sən, göyə qalx­ma­ğına da inanmaya­ca­ğıq”. De: “Rəbbim pak və mü­qəd­dəsdir! Mən isə yalnız elçi gön­dəril­miş bir insanam”

[94] İnsanlara doğru yol gös­təricisi gəl­diyi zaman on­la­rın iman gə­tirməsinə ancaq: “Allah bir insanımı el­çi göndər­di?”– demələ­ri ma­ne oldu

[95] De: “Əgər yer üzündə arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, onlara göy­dən bir mələk elçi göndə­rər­dik”

[96] De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. Hə­qiqə­tən, O, qulların­dan Xəbər­dardır, nə etdik­ləri­ni Gö­rəndir”

[97] Allah kimi doğru yola yö­nəl­dir­sə, o, doğru yoldadır. Kimi az­dı­rırsa, on­lara Ondan başqa dost­lar tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə top­laya­ca­ğıq. On­ların gedəcəkləri yer Cə­hən­nəmdir. Onun alovu azal­dıqca onlar üçün alovu artıra­cağıq

[98] Bu, ayələrimizi inkar et­diklərinə və: “Məgər biz sür-sü­­mük və ovuntu ol­du­ğumuz hal­da yeni bir məxluq olaraq di­rildilə­cə­yik?”– dediklərinə gö­rə onla­rın cəzasıdır

[99] Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah on­lar kimisini də yarat­mağa qadirdir? Allah onlar üçün elə bir əcəl mü­əyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yox­dur. Zalımlar isə küfrdən baş­qa bir şey qəbul etmədilər

[100] De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib ol­say­dı­nız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”

[101] Biz Musaya doqquz aş­kar möcü­zə verdik. İsrail oğul­ların­dan soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sə­nin ovsun­lan­dığını zənn edirəm”– demişdi

[102] Musa dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göy­lərin və yerin Rəb­bi, açıq-aş­kar mö­cüzə olaraq endirdi. Mən isə, ey Fi­ron, sənin məhv olacağını yəqin bilirəm”

[103] Firon onları bu yerdən qovub çı­xartmaq istədi. Biz isə onu və onunla bir­­likdə olanla­rın hamısını dənizdə ba­tırdıq

[104] Bundan sonra İsrail oğul­larına: “Bu yerdə yaşayın! Axi­rət vədi gəlib yetişdiyi za­man sizin hamınızı məhşərə gə­tirə­cəyik”– de­dik

[105] Biz Quranı haqq ola­raq nazil et­dik, o da haqq ola­raq nazil oldu. Səni də ancaq müj­də verən və xəbərdar edən bir elçi kimi gön­dərdik

[106] Quranı insanlara aram­la oxu­ya­san deyə, Biz onu his­sə­lərə ayırıb təd­riclə nazil et­dik

[107] De: “İstər ona inanın, is­tərsə də inanmayın. Doğru­dan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxundu­ğu za­man üzüstə səc­də­yə qapa­nır

[108] və: “Rəbbimiz pak və mü­qəd­dəsdir! Rəbbimizin və­di müt­ləq yerinə yetəcəkdir!”– deyirlər

[109] Onlar üzüqoylu düşüb ağ­layır və bu ayələr onların ita­ətini ar­tırır

[110] De: “İstər Allah deyib ça­ğırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə ça­ğırsanız da, hər halda ən gözəl adlar Ona məx­sus­dur”. Na­mazını nə uca səs­lə, nə də pıçıltı ilə qıl. Bunların ara­sında or­ta bir yol tut

[111] De: “Özünə heç bir öv­lad gö­tür­məyən, mülkündə heç bir şə­ri­ki ol­ma­yan, aciz qalma­maq­dan ötrü Özünə kö­mək edə­cək heç bir dos­ta möhtac olma­yan Allaha həmd olsun!” Onu tərif­lə­yərək uca tut

əl-Kəhf

Surah 18

[1] Kitabı Öz quluna nazil edən və on­da heç bir nöqsana yol ver­məyən Allaha həmd ol­sun

[2] Allah, Öz tərəfindən gə­lə­cək şid­dətli bir əzabla günah­karları qor­xut­maq, yaxşı işlər görən mö­min­ləri gözəl mü­ka­fata nail ola­caq­ları ilə müjdə­ləmək üçün bu Kitabı dop­doğ­ru şəkildə nazil et­di

[3] Möminlər orada əbədi qa­la­caq­lar

[4] Kitabı həm də: “Allah Özü­nə övlad götürmüşdür!”– de­yən­ləri qorxutmaq üçün na­zil etdi

[5] Bu haqda nə onların, nə də ata­la­rının heç bir biliyi yox­dur. Ağız­larından çıxan söz necə də ağırdır. Onlar yalan­dan başqa bir şey danışmırlar

[6] Onlar bu Kitaba inan­mır­lar deyə, arxalarınca kədərlə­nib özü­nü həlakmı edə­cəksən

[7] Biz yer üzündə olan bü­tün şeyləri ona bəzək et­dik ki, in­san­lar­dan hansı­nın əməlcə da­ha gözəl oldu­ğunu sınaq­dan keçirək

[8] Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qup­qu­ru bir torpağa döndə­rə­rik

[9] Yoxsa sən mağara və Rə­qim əhli­nin möcüzələrimiz­dən ən qə­ri­bəsi ol­du­ğunumu gü­man edirsən

[10] Bir zaman gənclər ma­ğa­raya sığı­nıb: “Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– de­miş­dilər

[11] Biz mağarada onların qu­laq­la­rını illərlə qapalı saxla­dıq (on­ları yu­xu­ya verdik)

[12] Sonra iki dəstədən han­sının on­ların mağarada qaldıq­ları müd­də­ti daha düzgün he­sabladıqlarını bilmək üçün on­ları oyat­dıq

[13] Biz onların əhvalatını sə­nə olmuş bir həqiqət kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş gənc­lər idi. Biz də on­la­rın hi­da­yə­tini artırdıq

[14] Onlar kafir hökmdarın qar­şısında durub: “Rəbbimiz göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa mə­buda iba­dət et­mə­yə­cə­yik. Əks halda ol­duqca böyük bir küfr danış­mış ola­rıq!”– de­yər­kən onla­rın qəl­binə qüvvət verdik

[15] Cavanlardan biri o biri­lə­rinə dedi: “Bi­zim bu xalqı­mız Allah­dan başqa mə­budlar qə­bul etdi. Bəs nə üçün onlar bu büt­lərə dair bir dəlil gə­tir­mə­di­lər? Allaha qar­şı ya­lan uydu­randan daha zalım kim ola bi­lər

[16] Madam ki, siz onları və Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz, onda mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin və işi­nizdə sizin üçün fayda ha­zır­lasın

[17] Orada olsaydın günəşin doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəl­diyi­ni, bat­dığı zaman isə onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini görərdin. Bu, Alla­hın də­lillə­rindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən bir yaxın adam tapa bilməzsən

[18] Onlar yatmış ikən sən on­ları oyaq hesab edərdin. Biz on­ları sağa-sola çe­virirdik. On­ların iti isə girəcəkdə qabaq pən­cələrini uza­dıb yatmışdı. Əgər sən onları görsəydin, dö­nüb onlardan qa­çar­­­dın və dəh­şət səni bürüyərdi

[19] Beləcə onları oyatdıq ki, nə baş ver­diyini bir-birindən so­ru­şub öyrənsin­lər. Onlardan biri: “Burada nə qədər qal­dı­nız?”– dedi. Bə­­zi­ləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedi­lər. Di­gərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir. Bi­ri­nizi bu gümüş pulunuzla şə­hə­rə gön­dərin. Qoy baxsın ən tə­­miz yemək han­sıdırsa, ondan sizə azuqə gə­tirsin. Am­ma eh­ti­yat­lı ol­sun və sizin barənizdə heç kəsi duyuq salmasın

[20] Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz din­lərinə dön­dərərlər. Onda siz heç vaxt nicat tapa bilməz­si­niz!”

[21] Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və o Saatın (Qiyamət gününün) gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər

[22] Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma

[23] Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə

[24] Ancaq: “Əgər Allah is­tə­sə!” (“in­şallah”- de!) Unut­du­ğun za­man Rəbbi­ni yada salıb: “Ola bilsin ki, Rəb­bim məni haq­qa bun­dan daha yaxın olan bir yola yönəltsin”– de

[25] Onlar mağarada üç yüz il, üstə­lik doqquz il də qaldı­lar

[26] De: “Onların nə qədər qal­dıqla­rı­nı Allah daha yaxşı bilir. Göy­lə­rin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl gö­rür, necə də yaxşı eşi­dir! On­la­rın Ondan başqa heç bir hima­yə­darı yox­dur. Allah Öz hökmünə heç kəsi şərik et­məz!”

[27] Rəbbinin Kitabından sə­nə vəhy olunanları oxu. Onun kəl­mə­lərini heç kəs dəyişdirə bil­məz. Ondan başqa heç bir sı­ğına­caq ta­pa bilməz­sən

[28] Səhər və axşam çağı Rəb­binin Üzünü diləyərək Ona dua edən­lər­lə bir­likdə özünü sə­bir­li apar. Dünyanın bər­bə­zəyini istə­yə­rək nəzərlərini yoxsul­lar­dan çevirmə. Qəlbini Bizi an­maq­dan xə­bərsiz etdiyi­miz, nəf­sinin istək­lərinə uyan və işləri səmərəsiz olan bir kim­sə­yə ita­ət etmə

[29] De: “Haqq Rəbbiniz tə­rə­fin­dəndir. Kim istəyir inan­sın, kim də istəyir inan­masın”. Biz zalım­lar üçün elə bir Od ha­zırlamışıq ki, onun divar­ları onları əhatə edəcəkdir. Onlar kömək dilə­dik­də əridilmiş me­tal kimi üzlərini qovuran bir su ilə kömək ediləcək­dir. Nə pis içki, necə də pis məs­kəndir

[30] İman gətirib yaxşı əməl­lər edən­lərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik

[31] Məhz onlar üçün ağac­la­rı altın­dan çaylar axan Ədn cən­nətləri hazırlan­mışdır. Onlar ora­da qızıl bilərziklərlə bəzə­di­lə­cək, taf­ta­dan və atlazdan yaşıl paltarlar geyə­cək və orada taxt­la­rın üs­tündə dir­səklənə­cək­lər. Nə gözəl mü­ka­fat, necə də gözəl məskəndir

[32] Onlara iki kişinin əhva­la­tını mə­səl çək. Bunların bi­rinə iki üzüm bağı ve­rib onları xur­ma­lıqlarla əhatə etdik və ara­larında əkin saldıq

[33] Hər iki bağ öz barını ver­di və bu bardan heç bir şey əs­kil­mə­di. Biz də onların ara­sın­dan bir çay axıtdıq

[34] Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söh­bət edərkən ona: “Mən sər­vətcə səndən daha zən­gin və adamla­rıma gö­rə səndən daha qüvvət­liyəm!”– dedi

[35] O özünə zülm edərək ba­ğına daxil olub dedi: “Bunun nə vaxt­sa yox ola bi­ləcəyini dü­şün­mürəm

[36] O Saatın (Qiyamət gününün) gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim olacaq!”

[37] Onunla söhbət edən yol­daşı isə dedi: “Səni torpaqdan, son­ra nütfədən yaratmış, daha sonra səni kişi qiya­fə­si­nə sal­mış Rəb­bi­nə küfr­mü edirsən

[38] Lakin Allah mənim Rəb­bim­dir və mən heç kəsi Rəb­bi­mə şə­rik qoşmaram

[39] Bağına girdiyin zaman: “Maşal­lah (Allahın istədiyi­dir)! Qüv­vət yalnız Allaha məx­sus­dur!”– deməli deyil­din­mi? Əgər var-döv­lətcə və övladca məni özün­dən kasıb sayırsansa

[40] ola bilsin ki, Rəbbim mə­nə sənin bağından daha yax­şı­sını ver­sin, sənin bağına isə göy­dən bir bəla göndərsin və o, ha­mar bir ye­rə dönsün

[41] Yaxud suyu çəkilib get­sin və bir də onu axtarıb tapa bilmə­yə­sən!”

[42] Beləcə, onun bağının məh­sulu bir anda məhv edildi. O, ba­ğı­nı belə görüb ora qoy­duğu xərcə görə peşmançılıq çək­məyə və əllərini bir-birinə vurmağa baş­ladı. Bağın talvar­ları uçulub dar­madağın olmuşdu. O dedi: “Kaş Rəb­bimə heç kəsi şərik qoşma­yay­dım!”

[43] Allahdan başqa ona yar­dım edə biləcək dostlar yox idi və o da öz-özü­nə kömək edə bilməzdi

[44] Belə hallarda kömək et­mək an­caq Haqq olan Allaha məx­sus­dur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur

[45] Onlara dünya həyatını məsəl çək. Bu dünya həyatı göy­dən gön­dərdiyimiz yağışa bən­zər. Yer­dəki bitkilər onunla qa­rışıb ye­ti­şər, sonra isə külə­yin sovu­rub apardığı quru çör-çö­pə dönər. Allah hər şeyə qadir­dir

[46] Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir

[47] O gün Biz dağları hərə­kətə gə­ti­rəcəyik. O vaxt yerin düm­düz olduğu­nu görəcək­sən. Biz hamını bir yerə top­laya­caq, on­lar­dan heç birini kənara bu­raxmayacağıq

[48] Onlar Rəbbinin hüzu­run­da səf-səf duracaqlar. Biz de­yə­cəyik: “Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi gəl­diniz. Amma siz elə güman edir­di­niz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyə­cə­yik”

[49] Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz

[50] Bir zaman Biz mələk­lə­rə: “Adəmə səcdə edin!”– de­mişdik. İb­lisdən başqa ha­mısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əm­rinə boyun əy­mədi. Onlar sizin düşməni­niz olduğu halda, siz Mə­ni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Za­lımlar üçün bu necə də yarıtmaz bir mü­badilədir

[51] Mən onları nə göylərin və yerin yaradılışına, nə də öz­lə­ri­nin yara­dı­lı­şı­na şahid et­mə­dim. Mən başqalarını yol­dan çıxaranları Özümə kö­məkçi tut­mu­ram

[52] O gün Allah müşriklərə: “İddia et­diyiniz şəriklərimi ça­ğı­rın!”– deyəcək. Müşriklər on­ları çağıracaq, lakin onlar ca­vab ver­mə­yə­cək­lər. Biz müş­rik­­lərlə büt­lə­rin arasına həlakedici bir yarğan sa­la­rıq

[53] Günahkarlar atəşi görən kimi ora­ya düşəcəklərini yə­qin edə­cək və ora­dan qaçmağa bir yer tapa bil­məyə­cəklər

[54] Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah et­dik. İnsan isə ən çox müba­hisə edəndir

[55] İnsanlara doğru yol gös­təricisi gəldiyi zaman onla­rın iman gə­tirmələ­rinə və Rəbbin­dən bağışlanma di­ləmə­lərinə səbəb yalnız əv­­vəlkilərin ba­şı­na gələn­lərin onların da başına gəl­məsini, yaxud da gözləri gö­rə-görə əza­bın gə­lib onlara ye­tişməsini gözləmə­lə­ri ma­­ne ol­du

[56] Biz elçiləri yalnız müjdə verən­lər və xəbərdarlıq edən­lər ki­mi gön­də­ririk. Kafir­lər isə ba­til dəlilləri ilə haqqı ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Mənim ayə­lərimə və xə­bər­dar olun­duqları şeylərə is­tehza edirlər

[57] Rəbbinin ayələri yadına salı­nar­kən onlardan üz döndə­rən, əv­vəl­cə öz əl­ləri ilə etdik­ləri gü­nahlarını unudan adam­­dan daha za­lım kim ola bilər? Qu­ranı anla­masın­lar deyə, Biz onların qəl­binə ör­tük­lər çək­dik, qulaqlarına da tı­xac vurduq. Sən onları doğru yo­la ça­ğır­san da, onlar heç vaxt doğru yola gəl­­məzlər

[58] Rəbbin Bağışlayandır, mər­həmət sahibidir. Əgər Allah onla­rı qazan­dıqları günahlara görə cəza­landırsaydı, onların əzabını tez­ləş­dirərdi. Lakin on­­ların öz vaxtı var. Əzab gə­ləcəyi vaxt onlar heç bir sığına­caq tapa bilməyəcəklər

[59] Budur haqsızlıq etdik­ləri zaman məhv etdiyimiz məm­lə­kət­lər. Biz onla­rı məhv et­mək üçün vaxt müəyyən et­miş­dik

[60] Bir zaman Musa öz xid­mətçisinə belə demişdi: “Mən iki də­ni­zin qovuş­du­ğu yerə ça­­tana qədər, yaxud uzun il­lər sərf edənə qə­dər səfə­rimə da­vam edə­cə­yəm”

[61] Hər ikisi o dənizlərin qo­vuş­duğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unut­dular. Balıq isə dənizdə su­yun altı ilə yol alıb getdi

[62] Onlar dənizlərin qovuş­du­ğu yerdən çıxıb getdikdə Musa öz xid­mətçisinə: “Nahar ye­mə­yimizi gətir. Biz bu sə­fə­ri­miz­də lap əl­dən düşdük”– dedi

[63] Xidmətçi dedi: “Qaya­nın yanında gizləndiyimiz vaxt ya­dına gəlirmi? O zaman mən ba­lığı unutdum. Doğrusu, onu xa­tırla­mağı mə­nə yalnız şeytan unut­durdu. Balıq dirilib qəribə bir şə­kil­də də­niz­də yol tutub getmiş­dir”

[64] Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar

[65] Onlar orada Öz tərə­fi­miz­dən mər­həmət bəxş etdi­yimiz və elm öyrət­di­yimiz qulla­rı­mız­dan bi­rinə rast gəldi­lər

[66] Musa ona dedi: “Sənə öyrə­dilmiş doğru yolu göstə­rən elm­dən mənə öyrət­mək şərtilə sənin arxanca gələ bilə­rəm­mi?”

[67] Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bil­məz­sən

[68] Axı sən səbəbini bilmə­di­yin bir şeyə necə səbir edə bi­lər­sən?”

[69] Musa dedi: “İnşallah, sə­birli ol­duğumu görəcəksən. Sə­nin heç bir əm­rindən çıxma­ya­cağam”

[70] Xızır dedi: “Əgər mənə tabe ola­caqsansa, özüm sənə bir xə­bər bildir­mə­­yincə mən­dən heç bir şey haqqında so­ruş­ma”

[71] Sonra hər ikisi yola dü­zəlib get­dilər. Nəhayət gəlib gə­miyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gə­midə olan­la­rı suya qərq et­mək üçünmü onu deşdin? Doğ­ru­su, günahı bö­yük olan bir iş gör­dün”

[72] Xızır dedi: “Mən demə­dimmi ki, sən mənim yanımda səbir edə bil­məz­sən?”

[73] Musa dedi: “Unut­du­ğum bir şey­dən ötrü məni qınama və öz işimdə məni çətinliyə sal­ma!”

[74] Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”

[75] Xızır dedi: “Sənə demə­dimmi ki, mənim yanımda sə­bir edə bil­məzsən?”

[76] Musa dedi: “Əgər bun­dan sonra səndən bir şey ba­rə­sində so­ruş­sam, da­ha mənə yol­daş olma. Sən artıq mənim di­ləyəcəyim so­­nuncu üzrxah­lığa çat­dın”

[77] Yenə yola düzəldilər. Nə­ha­yət, bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeməyə bir şey istədi­lər. Camaat onları ye­məyə qo­naq etmək istəmədi. Onlar orada da­ğılmaq istəyən bir di­var gör­dü­lər. Xızır onu dü­zəlt­di. Musa dedi: “Əgər is­tə­səy­din, bunun mü­qa­bilində zəhmət haqqı alardın”

[78] Xızır dedi: “Bu, mənim­lə sənin aran­da ayrılıqdır. Sə­bir edə bil­mədiyin şey­lərin yo­zu­munu sənə xəbər verə­cə­yəm

[79] Gəmiyə gəlincə, o, də­niz­də çalışan kasıb adamlara məx­sus idi. Mənim onu korla­ma­ğı­mın sə­bəbi, onların önün­də hər bir ya­rar­lı gəmini zorla ələ ke­çirən hökm­darın olması idi

[80] Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşa­ğın bö­yü­yəndə onları az­ğın­lığa və küfrə sürük­lə­mə­sin­dən qorx­duq

[81] Biz istədik ki, onların Rəb­bi onun əvəzində onlara on­dan da­ha təmiz və da­ha mər­hə­mət­li olan başqa bir övlad versin

[82] Divara gəldikdə isə, o, şə­hərdəki iki yetim oğlanın idi. Al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası əmə­li­saleh adam ol­muşdur. Rəbbin on­ların həddi-buluğa çatmala­rını və Rəb­bin­dən bir mərhə­mət olaraq öz xəzi­nə­lə­rini ta­pıb çıxartmalarını is­tə­di. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Sənin səbir edə bilmə­di­­yin şeylərin yozumu budur!”

[83] Səndən Zülqərneyn ba­rə­sin­də so­ruşurlar. De: “Onun barə­sin­də si­zə bir əhvalat da­nışa­cağam”

[84] Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şe­yin yolunu ona öyrətdik

[85] O, yer üzündə gəzib do­laş­maq üçün səfərə çıxdı

[86] Nəhayət, günəşin qürub etdiyi yerə gə­lib çatdıqda onu qa­ra pal­çıq­lı bir yerdə batan gör­dü. Zülqərneyn onun ya­nın­da bir tay­fa­ya rast gəldi. Biz bu­yur­duq: “Ey Zülqər­neyn! Sən ya onları cə­za­lan­dırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

[87] O dedi: “Zülm edə­ni cəzalan­dıracağıq. Sonra o, Rəb­bi­nə qayta­rıla­caq. O da ona ağır bir əzab verə­cək­

[88] İman gətirib yaxşı iş gö­rən kim­səyə isə ən gözəl mü­kafat ve­rilə­cək. Biz ona əm­ri­mizdən asan olanı buyura­cağıq”

[89] Sonra o, yoluna davam etdi

[90] Nəhayət, günəşin doğ­duğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qar­şı heç bir örtük ya­rat­mamışdıq

[91] Bax belə! Biz onun ba­şına gələn­lərin hamısından xə­bər­da­rıq

[92] Sonra o, yenə yoluna da­­vam etdi

[93] Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərə­fində az qala söz anlamayan bir tayfaya rast gəldi

[94] Onlar dedilər: “Ey Zül­qər­neyn! Yəcuc və Məcuc tay­fa­ları yer üzündə fitnə-fəsad tö­rədirlər. Bəlkə biz sənə xə­rac verək, sən də bi­zimlə onların ara­sın­da bir sədd düzəl­də­sən?”

[95] O dedi: “Rəbbimin mə­nə əta et­di­yi mülk daha yax­şı­dır. Gə­lin öz qüv­və­niz­lə mə­nə kö­mək edin, mən də sizinlə on­ların ara­sın­da möhkəm bir sədd çə­kim

[96] Mənə dəmir parçaları gə­­tirin!” Nəhayət, dağın iki ya­nı ara­sını dəmir parçaları ilə dol­durduqda: “Körükləyin!”– de­di. Də­mir közərən kimi: “Gə­ti­rin mə­nə, onun üstünə ərimiş mis tö­küm!”– de­di

[97] Yəcuc və Məcuc tayfa­la­rı nə səd­din üstünə çıxa bil­di­lər, nə də onu dəlib keçə bil­dilər

[98] Zülqərneyn dedi: “Bu, Rəb­bim­dən olan bir mərhəmət­dir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcək­dir. Rəb­bi­min vədi həqiqətdir”

[99] O gün Yəcuc və Məcuc tay­­falarını axışıb bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sur üfü­rülən kimi məxluqatın ha­mı­sı­nı bir yerə top­layarıq

[100] O gün Biz Cəhənnəmi ka­firlərə aşkar göstərərik

[101] O kəslərə ki, gözləri Məni an­maqdan qapali idi, (ayə­lə­rim­dən üz döndərərdilər), özləri də eşidə bilmir­dilər

[102] Olmaya, kafirlər Məni qo­yub qul­larımı özlərinə dost tu­ta­caq­­la­rını güman edirdilər? Həqiqətən, Biz Cə­hənnəmi ka­firlər üçün mən­zil hazırla­mı­şıq

[103] De: “Sizə əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­lar ba­rə­sində xəbər verimmi

[104] O kəslər haqqında ki, on­ların dünya həyatındakı səy­ləri bo­şa çıx­mış­dır. Çünki on­lar özlü­yündə yaxşı işlər gör­dükləri gü­ma­nında idilər

[105] Onlar Rəbbinin ayələ­rini və Onun­la qarşılaşacaqla­rını in­kar edən, buna görə də bütün əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü Biz onlara əhə­miyyət ver­mə­yəcəyik”

[106] Kafir olduqlarına, ayə­lə­rimi və elçilərimi lağlağıya qoy­duq­larına görə onların cə­zası Cəhən­nəmdir

[107] İman gətirib saleh əməl­lər işləyənlərin məskəni isə Fir­dovs cən­nətləri olacaq

[108] Onlar orada əbədi qa­la­caq, ora­nı başqa bir yerə də­yiş­mək is­tə­­məyə­cək­lər

[109] De: “Əgər Rəbbimin Söz­lərini yazmaq üçün dəniz mü­rək­kəb olsaydı və bir o qə­dər də ona əlavə etsəydik be­lə, Rəb­bimin Söz­ləri qurtar­ma­dan ön­cə dənizin suyu qur­tarardı”

[110] De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!”

Məryəm

Surah 19

[1] Kəf. Hə. Yə. Ayn. Sad

[2] Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya göstərdiyi mər­hə­mə­ti­nin yada sa­lınma­sıdır

[3] Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib

[4] demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam

[5] Mən özümdən sonra gə­lən qo­hum­larımdan bəzisinin dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki

[6] o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!”

[7] Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!”

[8] O dedi: “Ey Rəbbim! Zöv­cəm son­suz bir qadın ikən, özüm də qocalığın son həd­din­də ol­du­ğum halda necə mə­nim övla­dım ola bilər?”

[9] Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”»

[10] O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət müəy­yən et”. Allah bu­yur­du: “Əla­mətin budur ki, sən sağlam ikən üç gecə adam­­lar­la danış­maya­caq­san!”

[11] O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”

[12] Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– de­yə vəhy etdik. Biz ona uşaq ikən hik­mət bəxş etdik

[13] Üstəlik Öz tərəfimizdən bir şəf­qət və paklıq da bəxş et­dik. O, müttəqi idi

[14] Həm də ata-anasına qar­şı qayğı­keş idi; lovğa və asi de­yildi

[15] Doğulduğu gün də, ölə­cəyi gün də, yenidən dirildilə­cəyi gün də ona sa­lam olsun

[16] Kitabda Məryəmi də ya­da sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir ye­rə çəkilmiş

[17] və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuş­du. Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu

[18] Məryəm dedi: “Mən sən­dən Mər­həmətli Allaha sığını­ram! Əgər müttə­qisən­sə, mənə to­xunma”

[19] Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş et­mək üçün Rəbbinin el­çi­siyəm”

[20] Məryəm dedi: “Mənə bir insan to­xunmadığı və özüm də zi­na­kar olma­dı­ğım halda, necə mənim övladım ola bi­lər?”

[21] Mələk dedi: «Bu belədir, la­kin Rəbbin buyurdu: “Bu, Mə­nim üçün asandır. Biz onu in­sanlar üçün bir mö­cüzə və Öz tə­rə­fi­miz­dən bir mərhəmət edə­cəyik. Bu, hökmü verilmiş bir iş­dir”»

[22] Məryəm uşağa qaldı və bət­nin­də­ki ilə birlikdə gedib uzaq bir yerə çə­kil­di

[23] Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləy­dim və birdə­fə­lik unudul­aydım!”

[24] Məryəmin aşağı tərəfin­dən (İsa və ya Cəbrail) onu səs­ləyib de­di: “Qəm ye­mə, Rəb­bin sənin ayağının altından bir bu­laq axıtdı

[25] Xurma ağacının gövdə­sini özünə tərəf silkələ ki, üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün

[26] Ye, iç, gözün aydın ol­sun! Əgər insanlardan kimisə gör­sən, de: “Mən Mərhəmətli Alla­ha oruc tut­mağı nəzir etmi­şəm. Odur ki, bu gün heç kimlə da­nış­maya­cağam”»

[27] Məryəm körpəni quca­ğı­na alıb öz tayfasının yanına gə­tirdi. On­lar dedi­lər: “Ey Mər­yəm! Sən yaramaz (və ya gö­rünməmiş) bir iş tutdun

[28] Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di”

[29] Məryəm uşağı göstərdi. On­lar de­dilər: “Beşikdə olan körpə ilə necə da­nışaq?”

[30] Körpə dil açıb dedi: “Hə­qi­qətən də, mən Allahın qulu­yam! O mə­nə Kitab verdi və məni pey­ğəmbər etdi

[31] Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi

[32] Həm də məni anama qar­şı qay­ğı­keş etdi; məni lovğa və bəd­bəxt etmədi

[33] Doğulduğum gün də, ölə­cəyim gün də, yenidən diril­di­lə­cə­yim gün də mənə salam ol­sun!”

[34] Barəsində şübhəyə düş­dük­ləri haqq söz olan Məryəm oğlu İsa budur

[35] Allaha övlad götürmək ya­raş­maz. O, pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq “Ol!”– de­yər, o da dərhal olar

[36] İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də si­zin Rəb­bi­niz­dir. Elə isə yal­nız Ona ibadət edin! Düz yol da bu­dur”

[37] Sonra firqələrin ara­sın­da ziddiy­yət düşdü. Böyük gü­nü gö­rə­cək kafir­lərin vay ha­lı­na

[38] Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər

[39] Sən onları işin bitmiş ola­cağı peş­mançılıq günü ilə qor­xut! İn­di onlar hə­lə qəflətdə­dirlər və iman gətir­mirlər

[40] Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sa­hib çı­xacağıq. On­ların qayı­dışı Bizə olacaqdır

[41] Kitabda İbrahimi də xa­tırla! Hə­qiqətən, o, sadiq insan və pey­ğəmbər idi

[42] Bir zaman o, atasına de­mişdi: “Atacan! Nə üçün eşit­məyən, gör­mə­yən və sənə heç bir faydası olmayan bir şeyə si­tayiş edir­sən

[43] Atacan! Həqiqətən, sənə gəl­mə­yən bir elm mənə gəl­miş­dir. Ar­xamca gəl ki, səni doğ­ru yola yönəldim

[44] Atacan! Şeytana ibadət etmə! Hə­qiqətən, şeytan Mər­həmətli Allaha çox asi ol­du

[45] Atacan! Qorxuram ki, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­sun və be­ləcə, şey­tana yoldaş olasan”

[46] Atası dedi: “Sən mənim məbud­larımdan üzmü çevi­rir­sən, ey İbrahim?! Əgər buna son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol!”

[47] İbrahim dedi: “Sənə sa­lam olsun! Mən Rəbbimdən sənin üçün bağış­lan­ma diləyə­cəyəm. Həqiqə­tən, O mənə qarşı çox lütf­kardır

[48] Mən sizi və Allahdan başqa si­ta­yiş etdiyiniz bütləri tərk edir və öz Rəb­bimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua et­mək­lə heç vaxt bəd­bəxt olmayım”

[49] İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik

[50] Biz onlara öz mərhəmə­ti­mizdən əta etdik və gələcək nə­sil­lər hə­mişə yada salsın deyə on­lara yaxşı ad qismət elədik

[51] Kitabda Musanı da xa­tır­la! Həqi­qətən o, seçilmiş bir el­çi və peyğəmbər idi

[52] Biz Musanı sağ tərə­fin­də­ki Tur da­ğının yaxınlığından ça­ğır­dıq və onunla danı­şıb onu özü­müzə yaxın etdik

[53] Biz Öz mərhəmətimiz­dən ona qardaşı Harunu da bir pey­ğəm­bər ola­raq bəxş etdik

[54] Kitabda İsmaili də xa­tır­la! Həqi­qətən, o öz vədinə sa­diq idi. O, bir elçi və pey­ğəm­bər idi

[55] O öz ailəsinə namaz qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin ri­zasını qazan­mışdı

[56] Kitabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi

[57] Biz onu yüksək bir mə­qama ucaltdıq

[58] Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır

[59] Onların arxasınca nama­zı bura­xıb şəhvətə uyan bir nə­sil gəl­­di. Onlar ziyana uğra­ya­caqlar

[60] Ancaq Allaha tövbə edib iman gə­tirənlər və saleh əməllər edən­lərdən baş­qa! Onlar Cən­nətə daxil olacaq və heç bir haq­sız­lı­ğa məruz qalmaya­caq­lar

[61] Bu Cənnət Mərhəmətli Allahın Öz qul­la­rına vəd etdiyi və on­la­rın gör­mədikləri Ədn cən­nətləridir. Onun vədi mütləq ye­rinə ye­tə­cək­dir

[62] Onlar orada boş sözlər deyil, an­caq: “Salam!” eşidə­cək­lər. Ora­da səhər-axşam on­la­rın ruzisi ola­caqdır

[63] Qullarımızdan olan müt­tə­qilər üçün miras edəcəyimiz Cən­nət budur

[64] Mələklər dedi: “Biz dün­ya­ya ancaq sənin Rəbbinin əmri ilə eni­rik. Önü­müz­də, arxa­mız­da və onların arasında nə var­sa, Ona məxsusdur. Rəb­bin unu­dan de­yildir”

[65] O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyır­san­mı

[66] İnsan soruşar: “Doğru­dan­mı mən öldükdən sonra qə­­birdən diri çıxar­dıla­cağam?”

[67] Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən ya­rat­dı­ğı­mı­zı xatırlamır­mı

[68] Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı diz üstə çökmüş halda Cə­hən­nəmin ət­rafına yerləşdi­rə­cə­yik

[69] Sonra hər firqədən Mər­həmətli Allaha ən çox asi olanı çı­xar­da­­cağıq

[70] Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq

[71] İçinizdən hər kəs oraya va­rid ola­caqdır. Bu, Rəbbinin əzəl­dən müəyyən et­diyi qəti bir qərardır

[72] Sonra Biz müttəqiləri od­dan xilas edəcək, zalımları isə orada diz üstə çök­müş halda tərk edəcəyik

[73] Onlara açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə de­yərlər: “Bu iki firqədən hansının məqa­mı da­ha yaxşı, məc­lisi daha gö­zəl­dir?”

[74] Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə on­lar­dan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik

[75] De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər”

[76] Allah doğru yolda olan­ların doğ­ru­luğunu artırar. Əbə­di qa­lan yaxşı əməl­lər isə Rəb­bi­nin ya­nında savab ba­xı­mın­dan daha xe­yirli, aqibətcə da­ha yax­şıdır

[77] Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad ve­ri­lə­cək­!”– deyən ada­mı gördünmü

[78] Olmaya, o, qeybdən xə­bər­dardır, yoxsa Mərhəmətli Allah­dan vəd almış­dır

[79] Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq

[80] Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək­dir

[81] Müşriklər Allahdan baş­qa məbud­lar qəbul etdilər ki, on­lara kö­mək ol­sunlar

[82] Xeyr! Qiyamət günü o məbudlar onla­rın ibadətini inkar edə­cək və onların əleyhinə çı­xa­caq­lar

[83] Məgər kafirlərin üstünə on­ları günaha sövq edən şey­tanları gön­dər­di­yimizi gör­mür­sənmi

[84] Odur ki, onlardan ötrü əzab dilə­məyə tələsmə. Biz on­la­rın gün­lə­rini bir-bir sayırıq

[85] O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hör­mət­li nü­mayən­dələr kimi toplayarıq

[86] Günahkarları isə Cəhən­nə­mə su­samış olduqları halda qo­vub apa­rarıq

[87] Mərhəmətli Allahdan əhd almış kəslər­dən başqaları şə­fa­ət et­­məyə qadir ol­mazlar

[88] Kafirlər: “Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!”– de­dilər

[89] Siz olduqca pis bir iş tut­dunuz

[90] Bundan az qaldı göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub uçsun –

[91] Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görə

[92] Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz

[93] Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa an­caq bir qul ki­mi gə­ləcək

[94] Allah onları hesablamış və bir-bir saymış­dır

[95] Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək

[96] İman gətirib yaxşı işlər gö­rənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlb­lərdə bir sev­gi ya­radacaq

[97] Biz Quranı sənin di­linlə asan­laş­dırdıq ki, onunla müt­tə­qi­lə­rə müjdə verəsən və inad­karlara xəbər­darlıq edəsən

[98] Biz onlardan əvvəl neçə-neçə nə­sli məhv etdik. Heç on­lar­dan ki­min­sə mövcudlu­ğu­nu hiss edir və yaxud on­lar­dan bir hə­nir­ti eşidirsənmi

Ta Ha

Surah 20

[1] Ta. Ha

[2] Biz Quranı sənə ona görə nazil et­mədik ki, əziyyətə dü­şə­sən

[3] Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi gön­dərdik

[4] O, yeri və uca göyləri ya­ra­dan Allah tərəfindən nazil ol­muş­dur

[5] Mərhəmətli Allah Ərşə ucaldı

[6] Göylərdə, yerdə, onların ara­sında və torpağın altında nə var­sa, Ona məx­susdur

[7] Sən ucadan danışsan da, da­nış­ma­san da, fərqi yoxdur. Çün­ki Allah sirri də, bundan daha gizli olanı da bilir

[8] Allah! Ondan başqa iba­dətə layiq olan məbud yoxdur. Ən gö­zəl adlar Ona məxsusdur

[9] Musanın əhvalatı sənə gə­lib çat­dımı

[10] O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gör­düm. Bəlkə, on­dan sizə bir köz gətirdim, ya da odun ya­nın­da bir bələdçi tapdım!”

[11] Oda yaxınlaşdıqda bir səda gəl­di: “Ey Musa

[12] Həqiqətən, Mən sənin Rəb­binəm. Başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs Tuva va­disindəsən

[13] Mən səni seçmişəm. Sə­nə vəhy olunanı dinlə

[14] Həqiqətən, Mən Alla­ham! Məndən başqa heç bir məbud yox­­dur. Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namaz qıl

[15] Həmin Saat hökmən gə­lə­cək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlə­di­rəm

[16] Qoy ona inanmayan və nəf­sinin istəklərinə uyan bir kəs sə­ni ondan ya­yındırmasın, yox­sa məhv olarsan

[17] Sağ əlindəki nədir, ey Musa?”

[18] Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onun­la qo­yunlarıma yarpaq silkələ­yirəm. Bu, mənim üçün başqa işlərə də ya­rayır”

[19] Allah buyurdu: “At onu yerə, ey Musa!”

[20] Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sü­rün­mə­yə başladı

[21] Allah buyurdu: “Götür onu, qorx­ma! Biz onu əvvəlki halına qay­ta­raca­ğıq

[22] Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi lə­kə­siz, ağap­paq çıxsın

[23] Belə etdik ki, sənə ən bö­yük mö­cüzələrimizdən bir ne­çə­sini gös­tərək

[24] Fironun yanına get! Çün­ki o, həd­dini aşmışdır”

[25] Musa dedi: “Ey Rəbbim! Köksü­mü açıb genişlət

[26] İşimi yüngülləşdir

[27] Dilimdəki düyünü aç ki

[28] sözümü anlasınlar

[29] Mənə öz ailəmdən bir kö­məkçi ver –

[30] Qardaşım Harunu

[31] Onun sayəsində mənim gü­cümü artır

[32] Onu işimə ortaq et (ona da pey­ğəmbərlik ver) ki

[33] Sənə çoxlu təriflər deyək

[34] və Səni çox zikr edək

[35] Şübhəsiz ki, Sən bizi gö­rürsən!”

[36] Allah buyurdu: “Dilədi­yin sənə verildi, ey Musa

[37] Sənə bir dəfə də mərhə­mət gös­tərmişdik

[38] O vaxt ki, anana vəhy olu­nacaq şeyi belə vəhy etdik

[39] “Onu bir sandığa qoyub çaya bu­rax ki, çay onu sahilə at­sın və həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün”. Göz­üm önündə boya-başa çatdı­rılasan deyə, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında məhəbbət oyatdım

[40] O zaman bacın gedib ca­maata de­yirdi: “Sizə onun qay­ğı­sına qa­lacaq bi­risini göstə­rim­mi?” Beləliklə, gözü ay­dın ol­sun və qəm ye­məsin deyə, sə­ni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nə­fə­ri öldür­dün. O vaxt Biz səni qəm-qüs­sədən qurtardıq. Biz səni çə­tin sınaqlardan keçirtdik. Sən il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da müəy­yən olun­muş məqama gəlib çatdın, ey Musa

[41] Mən səni Özümə pey­ğəm­­bər seç­dim

[42] Sən və qardaşın möcü­zələ­rimlə gedin və Məni zikr etməkdə zə­iflik gös­tərməyin

[43] Fironun yanına gedin. Çün­ki o, həddini aşmışdır

[44] Onunla yumşaq danı­şın. Bəlkə, öyüd-nəsihət qəbul et­sin, ya­xud qorx­sun!”

[45] Onlar dedilər: “Ey Rəb­bi­miz! Biz, onun bizə şiddətli cəza ver­mə­sin­dən və ya həd­dini aşma­sından qorxuruq”

[46] Allah buyurdu: “Qorx­ma­yın, çün­ki Mən sizinləyəm, eşi­di­rəm və gö­rü­rəm

[47] Onun yanına gedib de­yin: “Biz sənin Rəbbinin elçi­lə­riyik. İs­rail oğul­la­rını bizim­lə göndər və onlara əziyyət ver­mə. Biz sənin ya­nına Rəb­bin­dən də­lillə gəlmi­şik. Doğru yol­la gedənlərə salam ol­sun

[48] Bizə vəhy edildi ki, əzab, haqqı ya­lan sayıb üz dön­də­rən­lərə ve­rilə­cək­dir!”

[49] Firon dedi: “Rəbbiniz kim­dir, ey Musa?”

[50] Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, son­ra da ona doğru yolu gös­tə­rən­dir!”

[51] Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”

[52] Musa dedi: “Onlar haq­qın­dakı bil­gi Rəbbimin yanın­da olan bir Kitab­da­dır. Rəb­bim nə xəta edir, nə də unu­dur!”

[53] O, yer üzünü sizin üçün beşik et­miş, orada sizin üçün yol­lar sal­mış və göydən su en­dir­miş­dir. Biz onunla cür­bəcür bitkilər­dən cüt-cüt yetişdirdik

[54] Onlardan həm özünüz ye­yin, həm də heyvanlarınızı yem­lə­yin. Həqiqətən, bunlarda ba­şa düşənlər üçün dəlil­lər var­dır

[55] Biz sizi torpaqdan yarat­dıq. Sizi ora qaytaracaq və bir daha ora­dan çı­xardacağıq

[56] Biz dəlillərimizin hamı­sını Firona göstərdik. O isə bu də­lil­ləri ya­lan sayıb qəbul et­mə­di

[57] Firon dedi: “Sən öz seh­rinlə bizi öz torpağımızdan qo­­vub çı­xart­mağamı gəlmisən, ey Musa

[58] Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizim­lə öz aran­da gö­rüş vaxtı təyin et. Nə biz, nə də sən və­də xilaf çıxma­yaq. Bu hamımız üçün mü­nasib bir yerdə olsun”

[59] Musa dedi: “Görüş vax­tınız bay­ram günü, camaatın bir yerə top­laşacağı səhər vax­tıdır!”

[60] Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələ­rini (sehr­bazlarının hamısını) toplayıb gəldi

[61] Musa onlara dedi: “Vay ha­lınıza! Allaha qarşı yalan uy­dur­ma­yın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğra­yar

[62] Fironun adamları öz ara­la­rında iş­lə­ri barəsində mü­ba­hisə edib xəlvətcə söh­bət et­di­lər

[63] Onlar dedilər: “Bu ikisi, doğ­ru­dan da, sehrbazdır. On­lar öz sehr­ləri ilə sizi torpa­ğı­nız­dan qo­vub çıxartmaq və si­zin ən gözəl yo­lunu­zu aradan gö­tür­mək istə­yirlər

[64] Odur ki, bütün hiylə­lə­rinizi cəm­ləşdirib meydana dəs­tə-dəs­tə gəlin. Bu gün qə­ləbə çalan xilas olacaqdır”

[65] Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlində­kini at, ya da birinci atan biz olaq!”

[66] Musa dedi: “Yox, siz atın!” Sehr­bazlar əllərindəki­ləri yerə atan ki­mi sehr­ləri sayə­sin­də ona elə gəldi ki, onların kən­dirləri və ço­maq­ları hərəkətə gə­lib sürünür

[67] Musanın ürəyi xoflandı

[68] Biz dedik: “Qorxma, qa­lib gələn mütləq sən ola­caq­san

[69] Sağ əlindəkini yerə at, on­ların qurduqlarını udsun. On­ların qur­duqları sadəcə sehr­baz hiylə­sidir. Sehrbaz isə, hara ge­dirsə-get­sin, uğur qazan­maz”

[70] Sehrbazlar səcdəyə qa­panıb de­di­lər: “Biz Harunun və Mu­sa­nın Rəbbinə iman gə­tir­dik!”

[71] Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gə­tirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Mən si­zin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək, özünüzü də xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm. Onda han­sı­mı­zın əza­bı­nın daha şid­dət­li və daha sü­rəkli ol­duğunu bilə­cəksi­niz!”

[72] Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlil­lər­dən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm ve­rə­­cəksənsə, ver. Sən ancaq bu dün­yada hökm verə bilərsən

[73] Həqiqətən, biz Rəbbi­mi­zə iman gətirdik ki, O bizi gü­nahla­rı­mıza və sənin bizi məc­bur etdir­diyin sehrə görə ba­ğışlasın. Alla­hın mükafatı daha xeyir­li, cəzası isə daha sü­rək­li­dir!”

[74] Kim Rəbbinin hüzuruna gü­nah­kar kimi gələrsə, cəhən­nəm­lik olar. O, orada nə ölər, nə də yaşayar

[75] Kim Onun hüzuruna yax­şı əməl­lər etmiş bir mömin ki­mi gə­lər­sə, on­la­ra ən yüksək də­rə­cələr nəsib olar –

[76] ağacları altından çaylar axan Ədn cən­nətləri. Onlar orada əbədi qalarlar. Bu, günahlar­dan təmizlənənlərin mükafa­tı­dır

[77] Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx, əsanı suya vur­maqla onlar üçün də­niz­də quru yol aç. Düşmənin si­zə çat­ma­sın­dan qorxma, çə­kin­mə!”– de­yə vəhy etdik

[78] Firon öz ordusu ilə on­ları təqib etdi və dəniz onları qap­la­yıb batırdı

[79] Firon öz xalqını azğın­lığa sürük­lədi və onlara doğru yol gös­tər­mədi

[80] Ey İsrail oğulları! Biz si­zi düşmə­ninizdən xilas etdik. Sizə sağ tə­rəfiniz­dəki Tur dağının ya­nına gəlmə­yi­niz üçün vədə ver­dik. Sizə göy­­dən manna və bil­dirçin en­dirdik

[81] Sizə verdiyimiz ruzilə­rin təmi­zin­dən yeyin və bunda həddi aş­ma­yın, yoxsa sizə qə­zəbim tu­tar. Qəzəbimə gəlmiş kimsə isə bəd­bəxt olar

[82] Mən, həqiqətən də, töv­bə edib, iman gətirib yaxşı iş­lər gö­rən, sonra da doğru yolu tutanları bağışlayıram

[83] Allah buyurdu: “Səni öz qövmün­dən ayrılmağa tələsdi­rən nə idi, ey Mu­sa?”

[84] Musa dedi: “Onlar da ar­xamca gə­lirlər. Məndən razı qa­la­san deyə, Sə­nin yanına tə­ləs­dim, ey Rəbbim!”

[85] Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Sa­mi­ri onları yoldan çı­xartdı”

[86] Musa qəzəbli, kədərli halda qöv­münün yanına qayı­dıb de­di: “Ey qöv­müm! Mə­gər Rəbbiniz sizə gözəl bir vəd vermə­miş­di­mi? Doğru­danmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini istəyib mənə verdi­yiniz vədə xilaf çıxdınız?”

[87] Onlar dedilər: “Biz sənə verdi­yi­miz vədə öz ixtiyarı­mız­la xi­laf çıxma­dıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yük­lər­lə yüklənmiş­dik. Biz onları oda atdıq. Həmçinin Sa­miri də onu oda atdı”

[88] Samiri onlar üçün bö­yü­rən bir buzov heykəli dü­zəlt­di. Bu­zo­va məftun olanlar: “Si­zin də məbudunuz, Musanın da məbudu bu­­dur. Lakin o bunu unut­muş­dur”– dedilər

[89] Məgər bu heykəlin on­lara heç bir cavab vermədiyini, on­lara nə bir zərər, nə də bir fay­da ver­məyə qadir olma­dı­ğını gör­mür­dü­lər­mi

[90] Bundan əvvəl Harun on­lara de­mişdi: “Ey qövmüm! Siz bu­nunla an­caq sınağa çə­kil­di­niz. Həqiqətən, sizin Rəb­biniz Mər­hə­mət­li Allahdır. Mənə ta­be olun və əmrimə itaət edin!”

[91] Onlar: “Musa yanımıza qa­yıt­ma­yınca biz ona sitayiş et­mək­dən əl çək­məyəcəyik!”– de­dilər

[92] Musa dedi: “Ey Harun! On­ların azdıqlarını gördüyün za­man sənə nə mane oldu ki

[93] ardımca gəlmədin? Əm­ri­mə qar­şımı çıxdın

[94] Harun dedi: “Ey ana­mın oğlu! Saqqalımdan, saçımdan tut­ma. Doğ­ru­su, mən sənin: “İs­rail oğul­larını bir-bi­rindən ayır­dın, sö­zü­mə baxma­dın!”– de­yəcəyindən qorxdum

[95] Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”

[96] O dedi: “Mən onların gör­mədik­lərini gördüm. Mən o el­çi­nin ləpi­rin­dən (Cəbrailin atı­nın ayağı dəydiyi yer­dən) bir ovuc tor­paq gö­türdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim mə­ni buna sövq etdi”

[97] Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!”– de­məli olacaqsan. Səni həm də qur­tu­la bilmə­yə­cəyin əzab gü­nü göz­ləyir. Sən sitayiş etdiyin məbu­duna bax. Biz onu yan­dı­racaq, sonra da dənizə sovu­ra­cağıq

[98] Sizin məbudunuz yalnız Özün­dən başqa heç bir haqq mə­bud ol­ma­yan Allah­dır. O, elm ilə hər şeyi əhatə edir”

[99] Beləcə, olub-keçmiş əh­va­latlar­dan sənə danışırıq. Ar­tıq sə­nə Öz tərə­fimiz­dən Zikr vermişik

[100] Ondan üz döndərənlər Qi­yamət günü ağır bir günah yükü da­şıyacaqlar

[101] Onlar bu vəziyyətdə əbədi qala­caqlar. Qiyamət gü­nü on­la­rın daşı­yaca­ğı yük nə pis yük ola­caqdır

[102] O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyər­miş halda bir yerə top­la­yacağıq

[103] Onlar öz aralarında pı­çıl­daşıb deyəcəklər: “Dünyada cəmi on gün qal­dınız!”

[104] Biz onların nə deyə­cək­lərini də yaxşı bilirik. On­ların ən ağıl­lısı: “Dün­yada cə­misi bir gün qaldınız!”– de­yə­cək

[105] Səndən dağlar haq­qın­da soru­şurlar. De: “Rəbbim on­­ları da­ğıdıb ha­vaya sovu­racaq

[106] oranı boş düzəngaha çe­­virəcək­dir

[107] Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcək­sən”

[108] O gün insanlar heç bir yana meyl etmədən carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Mər­hə­mətli Allahın qarşısında səslər kəsilə­cək və sən yalnız pıçıltı eşi­də­cək­sən

[109] O gün Mərhəmətli Alla­hın izin verdiyi və söz demə­si­nə ra­zı ol­duğu şəxs­lər­dən baş­qa heç kimin şəfaəti fayda ver­mə­yə­cək­dir

[110] Allah onların gələcə­yi­ni də, keç­mişini də bilir. On­la­rın el­mi isə Onu ehtiva edə bil­məz

[111] O gün üzlər əbə­di Ya­şa­yan, yara­dılanların Qəyyu­mu olan Allah qar­şısın­da zəlil görkəm alacaq. Günaha ba­tan­lar isə zi­ya­na uğrayacaqlar

[112] Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa mə­ruz qalmaqdan, nə də savabının əksilməsindən qorx­arlar

[113] Beləliklə, Biz onu ərəb­cə Quran olaraq nazil et­dik. Biz ora­da təhdidləri dönə-dönə açıq­ladıq ki, bəlkə, onlar pis əməllə­rindən çə­kinsinlər və ya ibrət al­sınlar

[114] Haqq Hökmdar olan Allah uca­dır! Onun ayələrinin vəhyi sə­nə ta­mam­lanmayınca Qu­ranı oxumağa tələsmə və: “Ey Rəbbim! El­mimi artır!”– de

[115] Biz bundan əvvəl Adəm­lə də əhd bağlamışdıq. Lakin o, əh­di unutdu və Biz onda əzm gör­mədik

[116] Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demiş­dik. İb­lis­dən başqa ha­mısı səc­də etdi. O, səcdə etməkdən im­ti­na etdi

[117] Biz dedik: “Ey Adəm! Bu, həm sə­nin, həm də zövcə­nin düş­mə­nidir. O sizi Cən­nət­­dən çıxart­masın, yoxsa bəd­bəxt olarsan

[118] Sən orada nə ac qala­caq, nə də çılpaq olacaqsan

[119] Sən orada nə susa­ya­caq, nə də bürküdən əziyyət çəkə­cək­sən!”

[120] Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbə­diy­yət ağa­cını və tü­kənmə­yəcək bir mülkü göstərimmi?”

[121] İkisi də ondan yedilər və ayıb yerləri özlərinə görün­dü. On­lar üstlə­ri­nə Cənnət ağacla­rı­nın yarpaqların­dan ört­məyə baş­la­dı­lar. Beləliklə, Adəm Rəb­­binə asi olub səhv yol tutdu

[122] Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yo­la yönəltdi

[123] Allah buyurdu: “Bir-bi­ri­nizə düş­­mən kəsilərək ha­mı­nız bu­radan ye­rə enin. Mən­dən sizə doğru yol gös­təri­cisi gəl­di­yi za­man hər kəs Mə­nim doğ­ru yol göstərən bə­lədçimin ar­dınca get­sə, nə yo­lunu azar, nə də bəd­bəxt olar

[124] Kim Mənim Zikrimdən üz dön­dərsə, onun güzəranı sı­xın­tı­lı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzuru­mu­za gətirə­cə­yik”

[125] O deyəcək: “Ey Rəb­bim! Mən dün­yada görürdümsə, indi nə üçün məni məhşərə kor ola­raq gə­tir­din?”

[126] Allah deyəcək: “Elədir! Çünki sə­nə ayələrimiz gəldi, sən isə onları unut­dun. Bu gün də sən beləcə unudu­la­caq­san!”

[127] Biz həddi aşanı və Rəb­bi­nin ayələrinə inanmayanı be­lə cə­za­lan­dırı­rıq. Axirət əzabı isə, daha şiddətli və daha sürək­li­dir

[128] Onlardan əvvəl öz məs­kənlə­rin­də gəzib dolaşan ne­çə-neçə nə­sli məhv etmə­yi­miz onlara dərs olma­dı­mı? Həqi­qə­­tən, bun­da ağıl sahibləri üçün ibrətlər vardır

[129] Əgər Rəbbin tərəfin­dən əvvəl­cə­dən vəd edilmiş Söz və mü­əyyən edil­miş bir vaxt ol­ma­saydı, əzab onları dər­hal ya­xala­yar­dı

[130] Onların dediklərinə sə­bir et. Gü­nəş doğmamışdan və bat­ma­mış­dan əv­vəl Rəbbini həmd-səna ilə təriflə, gecə­nin bəzi saat­la­rında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qa­la­san

[131] Kafirlərdən bəzisini sı­na­­maq üçün onlara dünya hə­ya­tının bərbəzəyi kimi ver­di­yi­miz şey­lərə gözünü dikmə. Rəb­bi­nin verdiyi ruzi daha xeyirli və daha sürəklidir

[132] Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə ye­ri­nə ye­tir. Biz sən­dən ruzi istə­mi­rik, əksinə sənə ruzi verən Bi­zik. Gözəl aqi­bət təqvaya bağ­lı­dır

[133] Kafirlər: “Nə üçün o, Rəb­bindən bizə bir dəlil gətir­mir?”– de­dilər. Mə­gər onlara əvvəlki səhifələrdə olanların açıq-ay­dın də­li­li çatmadımı

[134] Əgər Biz onları bun­dan əvvəl (Muhəmməd pey­ğəmbər və Quran gəl­məzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəb­bimiz! Nə üçün bi­zə bir pey­ğəmbər gön­dərmədin ki, biz də zə­lil və rüsvay ol­mazdan əvvəl Sə­nin ayələrinə tabe olaq?”

[135] De: “Hamı gözləyir, siz də göz­lə­yin. Tezliklə siz kimin doğ­ru yol sahibi olduğunu və kimin haqq yola yönəl­di­yini bilə­cək­siniz!”

əl-Ənbiya

Surah 21

[1] İnsanların hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onlar hə­lə də qəflət içində iman­dan üz çevirirlər

[2] Onlara öz Rəbbindən is­tənilən bir yeni xəbərdarlıq gəl­dikdə, ona istehza edərək, qu­laq asmazlar –

[3] qəlbləri qəflət içində qal­dığı hal­da. Zalımlar öz arala­rında xəl­vətcə pıçıl­da­şıb de­yir­lər: “Məgər bu sizin kimi adi bir insan de­yil­mi? Gözünüz gö­rə-görə sehrəmi inanacaq­sı­nız?”

[4] Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bi­lir. O, Eşi­dən­dir, Biləndir!”

[5] Onlar dedilər: “Bunlar qar­ma­qarı­şıq yuxulardır! Xeyr, o bu­nu özün­dən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələr kimi bizə də bir möcüzə gətirsin”

[6] Onlardan əvvəl məhv et­diyimiz məm­ləkətlərdən heç biri iman gətir­mə­mişdi. İndi bunlarmı iman gətirə­cək­lər

[7] Biz səndən əvvəl də öz­lə­rinə vəhy nazil etdiyimiz an­caq ki­şi­lər gön­dər­miş­dik. Əgər bil­mirsinizsə, Zikr əhlin­dən so­ruşun

[8] Biz onları yemək yemə­yən bir vü­cud etmədik. Onlar əbədi də deyildilər

[9] Sonra isə, onlara verdiyi­miz vədi yerinə yetirdik. Biz həm on­ları, həm də istə­diyi­miz kəsləri xilas edib, həddi aşan­ları məhvə uğ­ratdıq

[10] Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düş­mürsünüz

[11] Biz zalım olan neçə-neçə məm­lə­kəti məhv edib, sonra başqa xalqlar ya­ratdıq

[12] Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaç­mağa baş­la­dılar

[13] “Qaçmayın! İçində ol­du­ğunuz xoş güzərana və yurd­ları­nı­za qayı­dın. Ola bilsin ki, soruşulasınız”

[14] Onlar: “Vay halımıza! Biz, doğ­rudan da zalım olmu­şuq”– de­yirdilər

[15] Biz onları yanmış küləşə dön­də­rənəcən fəryad qoparır­dılar

[16] Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün ya­rat­mamışıq

[17] Əgər Biz Özümüzə əy­lən­cə dü­zəltmək fikrində ol­say­dıq, onu mütləq Öz yanımızda olanlardan hazırla­yar­dıq. La­kin Biz bu­nu et­mə­dik

[18] Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işi­ni bi­ti­rər. Bir an­da batilin yox olub getdiyini görərsiniz. Alla­ha aid etdiyi­niz sifətlərə görə vay halınıza

[19] Göylərdə və yerdə kim­lər varsa, hamısı Allahındır. Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar

[20] Onlar gecə-gündüz, usan­madan Onun şəninə təriflər de­yir­lər

[21] Yoxsa müşriklər özlərinə yerdə ölü­ləri diriltməyə qadir olan tan­rılarmı qə­bul etdilər

[22] Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dikləri sifətlərdən uzaqdır

[23] Allah gördüyü işlər ba­rə­də soru­şulmaz; onlar isə so­ru­şu­la­caq­lar

[24] Məgər müşriklər Ondan başqa mə­bud­laramı tapın­mış­lar? De: “Sübu­tu­nuzu göstə­rin! Budur mənimlə olan­la­rın zikri və mən­dən öncəkilərin zik­ri”. Lakin onların çoxu əsl həqi­qəti bil­mir və ondan üz çevi­rirlər

[25] Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək

[26] Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır

[27] Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər

[28] Allah onların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsirlər

[29] Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq

[30] Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar

[31] Yerin onları yırğalama­masından ötrü orada möhkəm dağlar ya­ratdıq. Onlar istədik­lə­ri yerə gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq

[32] Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə ora­dakı də­lil­lərimizdən üz çevi­rir­lər

[33] Gecəni, gündüzü, günə­şi və ayı yaradan Odur. On­la­rın hər bi­ri öz orbi­tində üzür

[34] Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib et­mə­dik. Mə­gər sən öləcəksən, on­lar həmişəlik qalacaqlar

[35] Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız

[36] Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edə­rək bir-birinə: “Si­zin tanrıları­nıza tənə vuran budur­mu?”– deyirlər. Məhz onlar Mər­hə­mət­li Allahın öyüd-nəsihətini in­kar edirlər

[37] İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin

[38] Onlar: “Əgər doğru de­yir­sinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər

[39] Kaş ki, kafirlər üzlərin­dən və kü­rəklərindən onları sa­racaq alovdan qa­ça bilməyə­cəkləri və onlara heç bir kö­məyin edil­mə­yə­cə­yi vaxtın gə­ləcəyini biləydilər

[40] Yox, Qiyamət onlara göz­ləmədikləri bir halda gələ­cək və on­la­rı hey­rətə sa­lacaq­dır. On­lar onun qarşısını ala bil­mə­yə­cəklər və on­lara heç aman da ve­rilməyəcəkdir

[41] Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi

[42] De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər

[43] Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər

[44] Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər

[45] De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər

[46] Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər

[47] Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik

[48] Biz Furqanı müttəqilər­dən ötrü bir nur və öyüd-nəsi­hət ki­mi Musaya və Haruna ver­mişdik

[49] O müttəqilər ki, öz Rəb­bindən Onu görmədikləri hal­da qor­xur və gələ­cək o Saatdan lərzəyə gəlirlər

[50] Bu, nazil etdiyimiz mü­barək bir Zikrdir. Siz onu in­karmı edir­si­niz

[51] Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş et­mişdik. Biz onu tanıyır­dıq

[52] Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi

[53] Onlar: “Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!”– de­di­lər

[54] İbrahim dedi: “Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın bir azğın­lıq için­də­siniz”

[55] Onlar dedilər: “Sən bizə haqq gətir­mi­sən, yoxsa oyunbaz­lardan­san?”

[56] İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm

[57] Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra büt­lə­rinizə bir kələk gələcə­yəm!”

[58] Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yal­nız on­la­rın ən iri­sini saxladı ki, bəlkə, ona müraciət edə­lər

[59] Onlar dedilər: “Mə­bud­la­rımızı kim bu kökə salıb? Şüb­həsiz ki, o, zalım­lar­dandır!”

[60] Bəziləri: “İbrahim deyi­lən bir gən­cin onları pislədi­yini eşit­mi­şik”– de­dilər

[61] Digərləri də: “Onu ca­ma­atın gözü qabağına gətirin ki, şa­hid­lik etsinlər”– dedilər

[62] Onlar dedilər: “Məbud­la­rımızı sən­mi bu kökə saldın, ey İb­ra­him?”

[63] İbrahim dedi: “Xeyr, bu­nu on­la­rın bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, öz­lərindən soruşun”

[64] Onlar öz-özlərinə müra­ciətlə: “Hə­qiqətən də, siz za­lım­sı­nız”– de­dilər

[65] Sonra yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: “Axı sən bi­lir­sən ki, bunlar da­nış­mırlar”

[66] İbrahim dedi: “Elə isə Alla­hı qo­yub sizə heç bir fayda və zə­rər verə bil­məyən bütlə­rəmi tapınırsınız

[67] Tfu sizə də, Allahdan baş­qa ta­pındıqlarınıza da! Do­ğru­dan­mı, siz dərk etmirsiniz?”

[68] Onlar dedilər: “Əgər İbrahimdən əvəz çıxmaq istəyir­siniz­sə, onu yan­dırın ki, məbud­la­rı­nı­za kömək edəsiniz”

[69] Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik

[70] Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, lakin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq

[71] Biz onu da, Lutu da za­lımlardan xilas edib aləmlər üçün bə­rə­kət verdi­yi­miz yerə gətir­dik

[72] Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əmə­li­sa­leh insanlar etdik

[73] Biz Öz hökmümüzlə on­ları doğru yolu göstərən rəh­bərlər et­dik. Onlara xeyirli iş­lər görməyi, namaz qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar yalnız Bizə ibadət edirdilər

[74] Lutu da yada sal! Biz ona hökm­ranlıq və elm bəxş et­dik, onu çir­kin iş­lər görən bir məm­lə­kət­dən xilas etdik. Həqi­qə­tən, on­lar pis, fasiq bir qövm idi­lər

[75] Biz onu Öz mərhəməti­mizə qo­vuşdurduq. O, həqiqə­tən, əmə­lisa­leh­lər­­dən idi

[76] Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun du­ası­nı qəbul et­miş, onu və onun ailəsini böyük qəm-qüs­sədən qur­tar­mış­dıq

[77] Biz onu ayələrimizi ya­lan hesab edən bir qövmdən mü­dafiə et­dik. Doğ­rudan da on­lar pis bir qövm idi. Odur ki, Biz onların ha­mı­sı­nı suda ba­tırdıq

[78] Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik

[79] Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik

[80] Biz Davuda sizi döyüşdə təhlü­kə­lər­dən mühafizə etmək üçün zi­reh­lər düzəltməyi öy­rət­dik. Heç siz şükür edirsi­niz­mi

[81] Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik

[82] Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq

[83] Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”

[84] Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik

[85] İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər

[86] Biz onları mərhəməti­mi­zə qovuş­durduq. Onlar, hə­qi­qətən, əməli­saleh­lər­dən idilər

[87] Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”

[88] Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik

[89] Zəkəriyyanı da yada sal! Bir za­man o yalvarıb demişdi: “Ey Rəb­bim! Məni tənha bu­raxma. Sən varislərin ən xeyirxahısan!”

[90] Biz onun duasını qəbul et­dik, ona Yəhyanı bəxş etdik və zöv­cəsini ona uşaq doğ­mağa qa­dir etdik. Həqiqətən, onlar yax­şı iş­lər görməyə tə­ləsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bi­zə müti qullar idilər

[91] İsmətini qoruyan Mər­yə­mi də ya­da sal! Biz ona Öz ru­hu­muz­dan Cəb­rail vasitə­silə üfür­dük, onu və onun oğ­lunu aləm­lərə bir mö­cüzə etdik

[92] Həqiqətən, bu, vahid bir din ola­raq sizin hamınızın dini­niz­dir. Mən də si­zin Rəbbini­zəm. Elə isə Mənə ibadət edin

[93] Lakin onlar özlərinə məx­sus dini öz aralarında par­çala­yıb dəs­tələrə ay­rıldılar. Onla­rın ha­mısı Bizim hüzu­ru­muza qa­yı­da­caq­lar

[94] Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq

[95] Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onla­rın əha­lisi bir daha bu dün­yaya qayıtma­ya­caqlar

[96] Nəhayət, Yəcuc və Mə­cuc səddi açıl­dığı və onlar tə­pə­lərdən axı­şıb gəl­dikləri zaman

[97] haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələcək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!”

[98] Ey kafirlər! Siz və Allah­dan başqa tapındıqlarınız Cə­hənnəm odunusu­nuz. Siz müt­ləq ora girəcəksiniz

[99] Əgər bunlar məbud ol­say­dılar, ora girməzdilər. Hal­buki ha­mısı orada əbə­di qala­caq

[100] Onlar orada inildəyəcək və heç nə eşitməyə­cəklər

[101] Əzəldən ən gözəl aqi­bət yazıl­mış insanlara gəldikdə isə, on­lar Od­dan uzaqlaşdırıl­mış olacaqlar

[102] Onlar onun xışıltısını belə eşit­məyəcəklər. Onlar ürək­lə­ri­nin istə­di­yi şeylər arasında əbədi qalacaqlar

[103] Ən böyük dəhşət on­la­rı kədər­ləndirməyəcək. Mələk­lər on­la­rı qarşı­layıb: “Bu sizə vəd olunmuş gü­nünüz­dür!”– deyəcəklər

[104] O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik

[105] Biz Zikrdən (Lövhi-məh­fuz­da­kı yazıdan) sonra nazil et­di­yi­miz ki­tab­larda da yazmış­dıq ki, yer üzünə Mə­­nim əməli­sa­leh qul­la­rım varis ola­caqlar

[106] Həqiqətən, bunda iba­dət edən­lər üçün bir bildiriş vardır

[107] Səni də aləmlərə ancaq bir rəh­mət olaraq göndərdik

[108] De: “Mənə belə vəhy olu­nur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz mü­səlman ol­acaqsınızmı?”

[109] Əgər onlar üz döndər­sələr, de: “Mən bu dini sizə ol­duğu ki­mi təbliğ et­dim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq ol­du­ğu­nu bilmirəm

[110] Söz yoxdur ki, Allah açıq de­yi­lən sözü də, sizin giz­lədib sax­la­dıqla­rı­nızı da bilir

[111] Mən isə bilmirəm, bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və mü­əyyən müddət ər­zində bu dün­yada faydalan­ma­ğınız üçündür”

[112] Peyğəmbər dedi: “Ey Rəb­bim! Mənimlə kafirlər ara­sında əda­lət­lə hökm ver! Sizin aid et­diyiniz sifətlərə qarşı an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləmək lazımdır”

əl-Həcc

Surah 22

[1] Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­

[2] Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir

[3] İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haq­qında müba­hi­sə edir və hər bir asi şeytana itaət edir

[4] Onun haqqında belə ya­zılmışdır; kim şeytanla dostluq etsə, şey­tan onu doğru yoldan çıxardıb alovlu Odun əza­bına sürükləyər

[5] Ey insanlar! Yenidən di­ri­ləcə­yini­zə şübhə edirsinizsə, bi­lin ki, hə­qiqətən də, Biz sizi tor­paqdan, sonra nütfədən, sonra lax­ta­lan­mış qandan, da­ha son­ra tam bir şəklə salınmış və ya salın­ma­mış bir parça ətdən ya­ratdıq ki, qüd­rə­ti­mizi sizə bə­yan edək. Bətnlərdə is­­tədi­yi­mizi müəyyən bir vaxt ərzində sax­layırıq. Sonra sizi oradan uşaq kimi çı­xardırıq ki, yetkinlik ça­ğına yetişəsiniz. Sizdən kimisi yet­­kinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rə­za­lətli dövrünə çatdırılır ki, vax­tilə bildiyi şey­ləri unutsun. Sən yer üzünü cansız gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, hə­rəkətə gə­lib qaba­rır və cür­bə­cür gözəl bitkilər biti­rir

[6] Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir

[7] Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir

[8] İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol gös­təricisi və nur saçan bir kitabı olmadan Allah haqqın­da mü­ba­hi­sə edir

[9] O, başını təkəbbürlə o yan-bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay ola­caq, Qi­yamət günü isə Biz ona Cə­hən­nəm məşəqqətini nəsib edə­cə­yik

[10] Ona deyiləcəkdir: “Bu, əv­vəllər öz törətdiyin əməllə­rin əvə­zi­dir, yoxsa Allah qul­larına əsla zülm edən deyil­dir”

[11] İnsanlardan eləsi də var­ ki, Alla­ha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz dön­də­rib küfrə qayıdar. O adam dün­yanı da iti­rər, axi­rəti də. Ger­çək zərər də elə bu­dur

[12] O, Allahı tərk edərək özü­nə nə zə­rər, nə də xeyir verə bil­mə­yənə yal­varır. Dərin az­ğınlıq da elə budur

[13] Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır

[14] Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istə­di­yi­ni edər

[15] Kim Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə kö­mək göstər­mə­yəcəyi güma­nın­dadırsa, qoy yuxa­rı­ya – evi­nin tavanına bir ip salıb boy­nu­na keçirsin, sonra da ayağını yerdən üz­sün və gör­sün ki, onun bu hiyləsi, qə­zəbinə sə­bəb olduğu Allahın bu kömə­yinə mane ola bilərmi

[16] Beləcə, Biz Quranı açıq-aydın ayə­lər kimi nazil etdik. Allah is­tədiyi kəsi doğru yola yönəldir

[17] Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir

[18] Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər

[19] Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir

[20] Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir

[21] Onlar üçün dəmir top­puzlar da hazırlanmışdır

[22] Onlar hər dəfə oradan çıx­maq, qəmdən qurtarmaq is­tə­dik­də yeni­dən oraya qayta­rı­la­caq və onlara: “Dadın odun əza­bını!”– de­yiləcəkdir

[23] Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Onlar orada qızıl bilərzik­lərlə və incilərlə bəzədiləcək, li­bas­ları da ipək­dən olacaqdır

[24] Onlar gözəl kəlamlar öy­rənməyə nail olmuş və Tə­rifə­layiq Alla­hın yolu­na yönəldil­mişlər

[25] Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq

[26] Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan ve­rib: “Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə!”– de­miş­dik

[27] İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər

[28] Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din

[29] Sonra həcc ayinlərini ta­mamla­sın­lar, nəzirlərini ye­rinə çat­dır­sınlar və qə­dim Evi təvaf etsinlər

[30] Bax belə! Hər kim Alla­hın haram buyurduqlarına hör­mət et­sə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxu­nanlardan baş­qa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin

[31] ancaq tək Allaha ibadət edən­lər­dən və Ona şərik qoş­ma­yan­lardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göy­dən dü­şər, quş­lar onu alıb aparar, ya­xud külək onu sovurub uzaq bir yerə atar

[32] Bax belə! Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlb­lə­rin təqvasın­dandır

[33] Qurbanlıq hey­vanlarda si­zin üçün müəyyən bir vaxta qədər mən­fəət var­dır. Sonra onların kəsi­ləcə­yi yer qədim Evin yaxınlı­ğın­dadır

[34] Biz hər bir ümmət üçün qurban­gah müəyyən etdik ki, Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları qurban kəsər­kən Allahın adı­nı çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona ita­ət edin. Sən müti olanlara müjdə ver

[35] o kəslərə ki, Allah anıl­dığı za­man qəlbləri qorxuya dü­şər, baş­ları­na gələ­nlərə səbir edər, namaz qılar və on­lara ver­di­yimiz ru­zidən Allah yolunda xərc­lə­yərlər

[36] Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayin­lə­rin­dən et­dik. Onlarda si­zin üçün xeyir vardır. Onları səf-səf dü­zül­müş halda kəsər­kən Allahın adını çəkin. Böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, aza qane olan kasıba və dilənçiyə də yedir­din. Qur­banlıq hey­van­ları sizə beləcə ram etdik ki, bəlkə şü­kür edə­siniz

[37] Onların nə əti, nə də qa­nı, Allaha çatmaz. Ona yal­nız sizin təq­va­nız ça­tar. Sizi doğru yola yönəlt­di­yinə görə Onu uca tu­ta­sı­nız deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Sən yaxşılıq edənləri müj­dələ

[38] Şübhəsiz ki, Allah iman gəti­rən­ləri mühafizə edir. Hə­qi­qə­tən, Allah heç bir nankor xaini sevmir

[39] Kafirlərin vuruşa baş­la­dı­ğı insan­lara, o kafirlərlə vu­ruş­mağa ica­zə ve­ril­mişdir. Çünki onlar zülmə məruz qal­mışlar. Şübhəsiz ki, Allah on­lara kö­mək etməyə qadirdir

[40] Onlar ancaq “Rəbbimiz Allah­dır”– dediklərinə görə haq­sız ye­rə yurd­larından çıxa­rıl­dı­lar. Əgər Allah in­san­ların bə­zi­lərini di­gər­ləri ilə dəf et­mə­səy­di, içərisində Allahın adı çox zikr olunan hüc­rələr, kilsələr, sinaqoqlar və məscid­lər da­ğı­lıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yar­dım edər. Şübhəsiz ki, Allah Qüv­vət­li­dir, Qüd­rət­lidir

[41] Əgər onlara yer üzündə hökm­ran­lıq versək, onlar na­maz qı­lar, zəkat ve­rər, yaxşı iş­lər gör­məyi əmr edib, pis iş­lər gör­məyi qa­dağan edərlər. Bü­tün işlərin aqibəti Allaha aid­dir

[42] Əgər səni yalançı saysa­lar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Sə­mud tayfa­ları da elçiləri yalançı say­mış­dı

[43] İbrahim tayfası da, Lut xalqı da

[44] Mədyən əhli də elçi­ləri ya­lançı say­mışdı. Musa da ya­lan­çı sa­yıl­mışdı. Mən kafir­lərə möh­lət verdim, sonra on­ları əzabla ya­xa­la­dım. Mənim onları in­kar etməyimin necə olduğunu bir gö­rəydin

[45] Neçə-neçə şəhər ol­muş­dur ki, əhalisi zülm edər­kən Biz on­ları məhv etdik. İndi onlar özülünə qədər uçul­muş­dur. Ne­çə-ne­çə tərk edilmiş qu­yu və neçə-neçə boş qal­mış qəsr də var­dır

[46] Məgər onlar yer üzündə gəzib dolaşaraq zalım­ların aqi­bəti­ni qəl­bləri ilə dü­şü­nüb, qulaqları ilə eşit­mirlər? Axı əslində gözlər deyil, köks­lərdəki qəlb kor olur

[47] Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir

[48] Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir

[49] De: “Ey insanlar! Mən si­zə yal­nız açıq-aydın xə­bər­dar­lıq edə­nəm

[50] İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ru­zi hazır­lan­mışdır

[51] Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhən­nəm sakin­ləridirlər

[52] Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir

[53] Belə edər ki, şeytanın giz­li təl­qi­ni­ qəlbində xəstəlik olan­lar və qəlbi sərt olan in­sanlar üçün bır sınaq vasitəsinə çev­rilsin. Həqiqə­tən, zalımlar uzaq bir ayrılıq içindədirlər

[54] Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər

[55] Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üs­tünü ala­nadək, ya­xud səmərə­siz bir günün əzabı onlara gə­lib yeti­şə­nə­dək, Quran barə­sin­də şəkk-şübhə içində qa­larlar

[56] O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar

[57] Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir

[58] Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır

[59] Allah onları razı qala­caq­ları yerə daxil edə­cəkdir. Hə­qi­qə­tən, Allah hər şeyi bi­lən­dir, həlimdir

[60] Bax belə! Hər kim özü­nə verilən cəza kimi cəza ver­sə, sonra ye­nə də haq­sızlığa mə­ruz qalsa, bilsin ki, Allah ona müt­ləq kömək edəcəkdir. Həqi­qə­tən, Allah əfv edəndir, Bağış­layandır

[61] Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir

[62] Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür

[63] Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır

[64] Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir

[65] Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir

[66] Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur

[67] Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san

[68] Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə et­di­yinizi da­ha yax­şı bilir

[69] İxtilaf etdiyiniz məsə­lə­lər barə­sində Allah sizə Öz hök­mü­nü Qiyamət günü verə­cək­dir”

[70] Məgər bilmirsən ki, Allah göy­də və yerdə olanları bilir? Hə­qi­qə­tən, bu, Yazıda möv­cud­dur. Şübhəsiz ki, bu, Allah üçün asan­dır

[71] Onlar Allahı qoyub, haq­qında heç bir dəlil nazil edil­məyən və üstəlik öz­lərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Za­lım­la­ra kömək edən olmaz

[72] Kafirlərə açıq-aydın ayə­lərimiz oxun­duqda sən onla­rın üzün­də nifrət görərsən. Onlar az qalırlar ki, ayələ­ri­mi­zi on­la­ra oxu­yanların üstünə cum­sun­lar. De: “Sizə bundan daha pi­sini xə­bər verim­mi? Bu, Cə­hən­nəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayı­dış ye­ridir!”

[73] Ey insanlar! Sizə bir mə­səl çəki­lir. Onu dinləyin. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bir mil­çək belə yarada bil­məz­lər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər mil­çək on­lar­dan bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. İs­tə­yən də aciz qalar, istənilən də

[74] Onlar Allahı lazımınca qiymət­lən­dirmədilər. Şübhəsiz ki, Allah Qüv­vətlidir, Qüdrət­lidir

[75] Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir

[76] Allah onların keçmişini və gələ­cə­yini bilir. Bütün işlər Alla­ha qayıdır

[77] Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın, Rəb­binizə iba­dət edə­rək yaxşı işlər görün ki, bəlkə nicat ta­pasınız

[78] Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır

əl-Muminun

Surah 23

[1] Möminlər, həqiqətən də, ni­cat tap­mışlar

[2] o kəslər ki, namazlarında mü­tidir­lər

[3] o kəslər ki, sözbazlıq­dan qaçır­lar

[4] o kəslər ki, zəkat ve­rirlər

[5] o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar

[6] zövcələri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna gö­rə heç qı­nanmazlar

[7] Bundan artığına can atan­lar isə həd­di aşanlardır

[8] O mömin kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar

[9] O kəslər ki, namazlarını öz vaxt­larında qılırlar

[10] Məhz onlar – varis olan­lardır

[11] O kəslər ki, Firdovs cən­nətinə va­ris olacaqlar; onlar ora­da əbə­di qalacaqlar

[12] Həqiqətən, Biz insanı pal­çıq cöv­hərindən yaratdıq

[13] Sonra nütfə halında möh­kəm yerdə yerləşdirdik

[14] Sonra nütfədən lax­talanmış qan ya­ratdıq; sonra o qan­dan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sü­mük­lər yarat­dıq; sonra da sümük­ləri ət ilə ört­dük; sonra da onu başqa bir məx­luq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

[15] Şübhəsiz ki, bundan son­ra siz mütləq öləcəksiniz

[16] Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz

[17] Biz sizin üstünüzdə yed­di göyü yaratdıq. Məx­luqatı­mız­dan da xəbərsiz olmamı­şıq

[18] Biz göydən lazımi qədər su endi­rib onu yerdə saxladıq. Şüb­həsiz ki, Biz onu yox edə də bilərik

[19] Sonra həmin su ilə xur­ma ağac­la­rı­nı və üzüm bağ­la­rını si­zin üçün yetişdir­dik. Si­zin üçün ora­da yediyiniz çox­lu meyvə­lər var­­dır

[20] Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir

[21] Həqiqətən, ev heyvanla­rın­da da sizin üçün ibrət var. Biz on­la­rın bət­nin­də olandan sizlərə içirdirik. Sizin üçün on­larda baş­qa faydalar da var. Üs­təlik on­lardan yeyirsiniz də

[22] Siz həm o heyvanlarla, həm də gə­milər ilə daşınır­sı­nız

[23] Həqiqətən, Biz Nuhu öz qövmü­nə elçi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur. Mə­gər qorx­mur­­su­nuz?”

[24] Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik

[25] Bu ancaq cinli bir adam­dır. Odur ki, ona münasibətdə bir müd­dət göz­lə­yin!”

[26] O dedi: “Ey Rəbbim! On­la­rın məni yalançı sayma­sına qarşı mə­­nə kömək et!”

[27] Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar

[28] Sən yanında olanlarla bir­likdə gəmiyə mindiyin za­man de: “Bizi za­lım qövmdən xilas edən Allaha həmd ol­sun!”

[29] Həmçinin de: “Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!”

[30] Şübhəsiz ki, bunda ib­rət­lər var­dır. Həqiqətən, Biz qul­la­rı­mı­zı beləcə sı­nağa çəkirik

[31] Onlardan sonra isə baş­qa bir nəsil yaratdıq

[32] Onlara da özlərindən bir elçi gön­dərdik. O dedi: “Alla­ha iba­dət edin! Si­zin ondan başqa heç bir məbudunuz yox­dur. Məgər qorx­mursunuz?”

[33] Qövmünün kafir olan, Axi­rətə qo­vuşacaqlarını yalan hesab edən və dün­ya hə­ya­tın­da firavan­lıq nəsib et­di­yimiz za­də­ganları de­dilər: “O sizin kimi sa­dəcə bir insandır. Yedi­yinizdən o da ye­yir, içdiyiniz­dən o da içir

[34] Əgər siz özünüz kimi adi bir in­sana itaət etsəniz, müt­ləq zi­ya­na uğra­yarsınız

[35] O sizə ölüb torpağa və sür-sü­mü­yə çevrildikdən son­ra diril­di­lib yeni­dən çıxarılaca­ğı­nızımı vəd edir

[36] Sizə vəd olunan şey hə­qi­qətdən çox uzaqdır, çox uzaq

[37] Dünya həyatımızdan baş­qa heç bir həyat yoxdur; ölüb di­ri­li­­rik (birimiz ölür, di­gə­ri­miz ana­dan olur) və biz di­ril­mə­yə­cəyik

[38] Bu, ancaq Allaha iftira ya­xan bir adamdır. Biz ona inanan de­yilik”

[39] O dedi: “Ey Rəbbim! On­la­rın mə­ni yalançı sayma­sına qarşı mə­nə kö­mək et!”

[40] Allah dedi: “Onlar tez­lik­lə peş­man olacaqlar!”

[41] Onları qaçılması müm­kün olma­yan qorxunc bir səs yaxa­la­dı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun za­lım adamlar

[42] Onlardan sonra başqa-başqa nə­sil­lər yaratdıq

[43] Heç bir ümmət öz əcə­li­ni nə qa­baq­laya bilər, nə də yu­ban­dı­rar

[44] Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar

[45] Sonra Musanı və qar­da­şı Harunu ayələrimizlə və açıq-ay­dın bir dəlillə göndərdik –

[46] Fironun və onun əyan­la­rı­nın ya­nına. Onlar isə təkəb­bürlük gös­tərdilər. Çünki on­lar özlərini yüksək tutan adam­­lar idilər

[47] Onlar dedilər: “Bunların tay­fası bizə kölə olduğu halda, biz özü­müz ki­mi iki adama inana­cağıq?”

[48] Beləliklə, onları yalançı say­dılar və həlak edilənlərdən ol­du­lar

[49] Biz Musaya Kitab ver­dik ki, bəl­kə onlar doğru yola yönəl­sin­lər

[50] Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik

[51] Ey elçilər! Halal nemət­lər­dən ye­yin və yaxşı işlər gö­rün! Mən, həqi­qə­tən, sizin nə etdiklə­rinizi bilirəm

[52] Həqiqətən, bu, vahid bir din ola­raq sizin dininizdir. Mən də si­zin Rəbbi­nizəm. Elə isə Mən­dən qorxun

[53] Lakin ümmətlər özlərinin dini­ni ara­la­rında parçalayıb fir­qə­­lə­rə bö­­lün­dülər. Hər firqə özün­də olana sevinir

[54] Sən onları bir müddət öz cəhaləti içində burax

[55] Yoxsa günahkarlar elə he­sab edir­lər ki, onlara var-döv­lət və öv­lad ver­məklə

[56] onlara yaxşılıq etməyə tə­ləsirik? Xeyr, onlar bu işin fər­­qinə var­mırlar

[57] Həqiqətən, Rəbbinin qor­xu­sun­dan əsim-əsim əsənlər

[58] Rəbbinin ayələrinə iman gətirən­lər

[59] Rəbbinə şərik qoşma­yan­lar

[60] Rəbbinə qayıdacaqlar de­yə ye­rinə yetirməli olduq­la­rını qəlb­ləri qor­xa-qor­xa yerinə ye­tirənlər –

[61] Məhz onlar yaxşı işlər gör­məyə tələsər və bu işlərdə öndə ge­dər­lər

[62] Biz hər kəsi yalnız qüv­və­si çat­dığı qədər yükləyirik. Ya­nı­mız­da haq­qı deyən bir Ki­tab var­dır. Onlara zülm olun­maz

[63] Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır

[64] Nəhayət, onların cah-ca­lal içində yaşayanlarını əzab­la ya­xa­la­dığı­mız za­man fəryad qo­pa­rarlar

[65] Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiy­yən, Biz si­zə heç bir köməklik gös­tərmə­yəcəyik!”

[66] Ayələrim sizə oxunur­du, siz isə arxa çevirirdiniz

[67] Həm də Kəbə ilə tə­kəb­bürlük edir, gecələr toplanıb ya­ra­maz söz­lər danı­şırdınız

[68] Məgər kafirlər bu Söz haq­qında düşünmür­lər­mi? Yaxud on­la­­ra ulu baba­­larına gəl­mə­yən bir şey gəldi

[69] Yoxsa onlar özlərinə gön­dərilmiş Elçini tanımayıb buna gö­rə də onu in­kar edirlər

[70] Yaxud: “O cinlidir?”– de­yir­lər. Xeyr, o elçi onlara haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu haqqı xoşlamır

[71] Əgər haqq onların nəfs­lə­rinin is­təklərinə tabe olsaydı, göy­lər, yer və on­larda olanlar fəsada uğrayardı. Doğru­su, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə öz­lərinə verilən Zikrdən üz döndə­rir­lər

[72] Yoxsa sən onlardan bir mü­kafat istəyirsən? Rəbbinin müka­fa­tı daha xe­yirlidir. O, ru­zi verən­lərin ən yaxşı­sı­dır

[73] Sən, həqiqətən də, on­la­rı doğru yola çağırırsan

[74] Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar

[75] Əgər Biz onlara rəhm edib düş­dükləri bəladan xilas etsək, on­lar ye­nə öz azğın­lıqları içində sərgərdan gə­zə­cəklər

[76] Biz onları əzabla yaxa­la­dıq, onlar yenə öz Rəbbinə bo­yun əy­mədilər, Ona yal­va­rıb-yaxar­ma­dılar

[77] Nəhayət, şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız zaman dərhal ümidsizliyə qa­pıldılar

[78] Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şü­kür edir­si­niz

[79] Sizi yer üzündə yerləş­di­rən Odur. Siz Onun hüzu­runa top­la­na­caq­sınız

[80] Dirildən də, öldürən də Odur. Ge­cə ilə gündüzün bir-birini əvəz et­məsi Ona aiddir. Məgər bunu anla­mır­sı­nız

[81] Xeyr, onlar da əvvəlki üm­mətlərin dedikləri kimi de­dilər

[82] Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük ol­duq­dan sonra diril­di­ləcəyik?”

[83] Bu dirilmə həm bizə, həm də əv­vəl­lər atalarımıza vəd olun­muş­du. Bu, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən başqa bir şey de­yil

[84] De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?”

[85] Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­mırsıniz?”

[86] De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?”

[87] Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?”

[88] De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?”

[89] Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?”

[90] Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar

[91] Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır

[92] O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır

[93] De: “Ey Rəbbim! Əgər on­lara vəd olunanı mənə gös­tərə­cək­sən­sə

[94] məni zalım adamların için­də qoy­ma, ey Rəbbim!”

[95] Sözsüz ki, Biz onlara vəd etdi­yi­mizi sənə göstər­məyə qa­di­rik

[96] Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri da­ha yaxşı bilirik

[97] De: “Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən Sənə sı­ğını­ram

[98] Onların mənə yaxınlaş­ma­la­rın­dan Sənə sığınıram, ey Rəb­bim!”

[99] Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar

[100] Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır

[101] Sur üfürüləcəyi gün on­la­rın ara­larında qohumluq əla­qəsi ol­ma­yacaq və onlar bir-bi­rindən hal-əhval tutma­ya­caq­lar

[102] O gün məhz tərəziləri ağır gə­lənlər nicat tapacaqlar

[103] Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar

[104] Od onların üzünü yan­dı­racaq və onlar orada qıc ol­muş və­ziy­yətdə qala­caqlar

[105] Məgər Mənim ayələ­rim sizə oxun­­murdumu, siz də on­ları ya­lan he­sab etmirdi­nizmi

[106] Onlar deyəcəklər: “Ey Rəb­bi­miz! Bədbəxtliyimiz bizə üs­tün gəldi və biz doğru yol­dan azan bir camaat ol­duq

[107] Ey Rəbbimiz! Bizi ora­dan çıxart! Əgər bir də günah iş­lərə qa­yıtsaq, həqi­qətən də, za­lım olarıq”

[108] Allah buyuracaq: “Ora­da alçal­mış vəziyyətdə qalın və Mə­nə heç nə demə­yin

[109] Həqiqətən, qullarım­dan bir züm­rə var idi ki, onlar: “Ey Rəb­bimiz! Biz iman gətirdik. Bi­zi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısı­san!”– deyir­dilər

[110] Siz isə onları məsxə­rə­yə qoyur­dunuz. Sonda bu məs­xərə Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz onlara gü­lürdünüz

[111] Bu gün Mən səbir et­dik­lə­rinə görə onları mükafat­lan­dır­dım. Şübhə­siz ki, uğur qa­zananlar da onlardır!”

[112] Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– de­yə so­ruşa­caq

[113] Onlar: “Bir gün yaxud bir gün­dən də az qaldıq. Sən günləri sa­yan­lar­dan soruş”– de­yəcəklər

[114] Allah deyəcək: “Siz ora­da çox az qaldınız. Kaş bunu bi­ləy­di­niz

[115] Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız?”

[116] Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir

[117] Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar

[118] De: “Ey Rəbbim, ba­ğış­la və rəhm et! Sən rəhm edən­lə­rin ən yax­şı­sısan!”

ən-Nur

Surah 24

[1] Bu, Bizim nazil edib sizə vacib bu­yurduğumuz bir surə­dir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, dü­şü­nüb ibrət ala­sı­nız

[2] Zinakar qadının və zina­kar kişi­nin hər birinə yüz çu­buq vu­run. Əgər Allaha və axi­rət gü­­nü­nə inanırsınızsa, Alla­hın di­ninə gö­rə onlara yazığı­nız gəl­məsin. Qoy mö­minlər­dən bir dəstə on­la­rın əzabına şahid ol­sun

[3] Zinakar kişi ancaq zina­kar və ya müşrik bir qadınla evlə­nə bilər. Zina­kar qadın da yal­nız zi­nakar və ya müş­rik bir kişiyə ərə ge­də bi­lər. Mömin­lərə isə bu, ha­ram edilmişdir

[4] İsmətli qadınları zinada gü­nah­lan­dırıb, sonra dörd şa­hid gə­tir­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir

[5] Bundan sonra tövbə edib özlərini islah edənlərdən baş­qa. Şüb­həsiz ki, Allah Bağış­la­yan­dır, Rəhmlidir

[6] Arvadlarını zinada gü­nah­landırıb öz­lərindən başqa şa­hid­ləri ol­mayanların hər biri­nin şahid­liyi, özünün doğru da­nı­şanlardan ol­masına dair dörd dəfə Allahı şahid tutması

[7] beşinci dəfə isə: “Əgər ya­lan da­nı­şanlardandırsa, Allah ona lə­nət eləsin!”– deməsidir

[8] Qadının da ərinin yalan da­nışan­lardan olduğuna dair dörd də­fə Allahı şahid tutması cəzanı ondan dəf edər

[9] Beşinci dəfə: “Əgər ər doğ­ru danı­şanlardandırsa, Allah o qa­dı­na lənət elə­sin!”– demə­li­dir

[10] Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah töv­bə­ləri qəbul edən və Müd­rik olma­saydı, yalan danı­şanlar Allahın lə­nə­tinə gələr­dilər

[11] Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir. Onu özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, bu sizin üçün xe­yirlidir. O dəstə­dən olan hər bir şəx­sin qa­zan­dığı günahın cəzası vardır. İçə­rilərindən gü­nahın böyü­yünü öz üstü­nə gö­türəni isə böyük bir əzab göz­ləyir

[12] Nə üçün siz bunu eşitdi­yi­niz za­man mömin kişilər və qa­dın­lar bir-bi­ri­ləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­­tandır!”– demə­dilər

[13] Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Ma­dam ki, şa­hid gə­tirmədilər, deməli, on­lar Allah ya­nında əsl yalan­çı­­dırlar

[14] Əgər Allahın dünyada və axirət­də sizə lütfü və mərhə­məti ol­ma­saydı, dedi-qodula­rı­nıza görə sizə böyük bir əzab toxu­nardı

[15] O zaman siz bunu dili­ni­zə gəti­rir, bilmədiyiniz sözü da­nışır və onu əhə­miyyətsiz bir şey he­sab edirdiniz. Hal­buki bu, Allah ya­­nında çox böyük günahdır

[16] Nə üçün siz onu eşit­di­yiniz za­man: “Bizə bunu da­nış­maq ya­­raşmaz. Ey Allah! Sən pak və mü­qəddəssən! Bu, çox böyük bir böh­tandır!”– de­mə­diniz

[17] Əgər möminsinizsə, bi­lin ki, Allah sizə bir daha buna bən­zər şeyləri tək­ra­rən etmə­mə­yi­nizi nəsihət edir

[18] Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hik­mət sahibidir

[19] Möminlər barəsində iy­rənc şayi­ələ­rin yayılmasını is­təyənlər üçün dün­ya­da və axi­rətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bil­mir­si­niz

[20] Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah şəf­qət­li və rəhm­li ol­masaydı, yaydı­ğınız şayiələrə görə sizi məhv edərdi

[21] Ey iman gətirənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə getsə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah hər şeyi eşidəndir, hər şeyi bi­ləndir

[22] Qoy aranızda olan fəzi­lət və sər­vət sahibləri qohum­lara, mis­kin­lərə və Allah yo­lun­da hic­rət edənlərə heç bir şey ver­mə­yə­cək­lərinə and iç­mə­sin­lər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Alla­­hın sizi ba­ğış­la­masını istə­mirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir

[23] Murdar əməldən xəbəri ol­mayan is­mətli mömin qa­dın­la­rı zi­na­da günah­landıranlar dün­yada və axirətdə lənə­tə düçar olarlar. On­ları böyük bir əzab göz­ləyir –

[24] o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barə­sin­də onların əley­hinə şə­hadət verəcəkdir

[25] O gün Allah onlara öz­lə­rinə la­yiq cəzanı tam verəcək və on­lar Allahın Aydın Haqq oldu­ğunu biləcəklər

[26] Murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər. Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar. On­la­rı bağışlanma və bolluca ruzi göz­ləyir

[27] Ey iman gətirənlər! Öz­gə evlərə icazə almadan və on­ların sa­kin­lərinə sa­lam vermə­dən gir­məyin. Bu sizin üçün daha yax­şı­dır. Bəlkə, düşünüb ibrət ala­­sınız

[28] Əgər orada heç kəsi tap­masanız, sizə izin veril­məyin­cə ora­ gir­məyin. Sizə: “Qa­yı­dın!”– deyilsə, qayıdın. Bu si­zin üçün da­ha təmiz­dir. Allah nə et­diklə­rinizi bilir

[29] İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir

[30] Mömin kişilərə de ki, ha­rama bax­ma­yıb gözlərini aşağı dik­sin­lər və cin­siy­yət üzv­lə­ri­ni zi­nadan qorusunlar. Bu on­lar üçün da­ha təmiz olar. Şüb­həsiz ki, Allah onların nə et­dik­lərindən xə­bər­dar­dır

[31] Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər; ör­tüklərini ya­xalarının üs­tü­nə sal­sınlar; zi­nət­lərini ərlərindən, ya­xud ata­la­rından, yaxud ərlərinin atala­rından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, ya­xud öz müsəl­man qadınla­rın­dan, yaxud sahib olduqları kö­lə­lər­dən, yaxud ehti­rasını itir­miş kişi xidmət­çilərdən, ya­xud qa­dın­la­rın çılpaqlığını hələ an­lamayan uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər; gizlətdik­ləri zi­nət əşyaları bilinsin deyə ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Hamı­nız Allaha tövbə edin ki, bəlkə nicat tapa­sınız

[32] Aranızdakı subay ki­şi­lə­ri və ərsiz qadınları, əməli­sa­leh kölə və kənizləri­nizi ev­ləndi­rin. Əgər onlar kasıbdırlar­sa, Allah öz lüt­fü ilə on­ları varlı edər. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir

[33] Qoy evlənməyə imkanı ol­mayan­lar, Allah Öz lütfü ilə on­la­rı var­lan­dı­rana qədər, is­mətlərini qorusunlar. Sa­hib ol­duğunuz kö­lə­lərdən özü­nün azad olmasına dair sizdən ya­zılı mək­tub istə­yən­lə­rə, – əgər onlarda bir xeyir gö­rür­sü­nüzsə – is­tə­dik­ləri məktubu ya­zıb ve­rin. Alla­hın sizə verdiyi mal­dan onlara da verin. Əgər kə­niz­ləriniz is­mətlərini qoru­maq istəsələr, fa­ni dünya malı əl­də edə­cək­si­niz deyə onları zina­karlı­ğa məc­bur etmə­yin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edil­dik­dən sonra Allah onları ba­ğış­layar və onlara rəhm­ edər

[34] Biz sizə açıq-aydın ayə­lər, sizdən əvvəl gəlib-gedən­lər barə­sin­də məsəl­lər və müt­təqilər üçün öyüd-nəsihət na­zil etdik

[35] Allah göylərin və yerin nu­rudur. Onun möminlərin qəl­bində olan nuru, içində çıraq olan bir taxçaya bənzə­yir; o çıraq şüşənin için­dədir, şüşə isə, san­ki inci kimi bir ulduzdur. O çı­raq təkcə şər­qə və ya təkcə qər­bə aid edilmə­yən daim günəş şüa­ları altında qalan mü­barək zey­tun ağacın­dan yandı­rılır. Onun yağı, özü­nə od to­xun­­masa da, sanki işıq sa­çır. Bu, nur üs­tün­də nurdur. Allah istə­di­yini Öz nuruna yönəldir. Allah in­san­lar üçün məsəllər çəkir. Allah hər şe­yi biləndir

[36] Bu nur Allahın, tikilib ucal­dıl­ma­sına və içində Öz adı­nın zikr edilməsinə izin ver­di­yi evlərdədir. Mömin kişilər ora­da səhər-ax­­şam Ona təriflər de­yirlər

[37] O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar

[38] Bu ona görədir ki, Allah onları, et­dikləri əməllərin ən gö­zəli ilə müka­fat­landırsın, on­lara olan lütfünü artırsın. Allah istə­diyinə he­sab­sız ruzi verir

[39] Kafirlərin əməlləri səh­ra­dakı ilğı­ma bənzəyir ki, su­sa­mış kim­sə onu su hesab edər. Ona ya­xınlaşdıqda isə onun heç nə ol­du­­ğunu görər. O öz ya­nında Allahı tapar. O da onun cəzasını ve­rər. Allah tez haqq-hesab çəkəndir

[40] Yaxud onların əməlləri ən­gin də­nizdəki qaranlığa bən­zə­yir. Onu bir dal­ğa, onun üs­tün­dən də başqa bir dal­ğa örtər; onun da üs­tündə bir bu­lud var­; bir-biri­nin üstündə olan qa­ran­lıqlar! İn­san əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz

[41] Məgər göylərdə və yer­də olan­la­rın, həm də qanad açıb uçan quşların Allaha tərif­lər dediklə­rini görmür­sən­mi? Hər biri öz du­asını və həmd-səna­sı­­nı bilir. Allah onların nə etdik­lərini bi­lir

[42] Göylərin və yerin mül­kü Allaha məxsusdur. Dönüş də Alla­ha­dır

[43] Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra on­ları bir-bi­ri­nə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağ­mur çıx­dığını görürsən. Allah göy­dən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Son­ra da onunla istədi­yi­ni vu­rur, istə­diyindən də onu uzaq edir. Bu­ludların şimşə­yinin pa­rıl­tı­sı az qalır ki, gözləri kor etsin

[44] Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bun­da bəsirət sa­hibləri üçün bir ibrət var

[45] Allah hər bir canlını su­dan ya­rat­mışdır. Onlardan bə­zisi qar­nı üstə sü­rü­nür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şüb­hə­siz ki, Allah hər şeyə qadirdir

[46] Biz açıq-aydın ayələr na­zil et­dik. Allah istədiyini doğ­ru yo­la yö­nəl­dir

[47] Münafiqlər: “Allaha və Pey­ğəm­bərə iman gətirdik, itaət et­dik!”– deyir­lər. Bundan son­ra isə onlardan bir dəs­tə üz çe­virir. On­lar mömin deyillər

[48] Aralarında hökm ver­mək üçün Allaha və Onun Elçisinə çağı­rıldıqları za­man on­lardan bir dəstə üz çevirir

[49] Onlar haqlı olsaydılar, ita­ət edib onun yanına gələr­dilər

[50] Onların qəlbində xəstə­lik­mi var? Yoxsa onlar şübhə­yə­mi dü­şüb­lər? Ya da Allahın və Onun Elçisinin onlara haq­sız­lıq edə­cək­lərin­dən qorxur­lar? Xeyr, məhz onlar zalım­dırlar

[51] Aralarında hökm ver­mək üçün Allaha və Onun Elçisi­nə ça­ğı­rıldıqda mö­min­lə­rin sözü ancaq: “Eşi­di­rik və ita­ət edi­rik!”– de­mə­ləridir. Ni­cat ta­panlar da məhz on­lardır

[52] Allaha və Onun Elçisinə itaət edən­lər, Allahdan qorxub çə­kinən­lər – məhz onlar uğur qaza­nanlardır

[53] Münafiqlər Allaha çox möh­kəm and içdilər ki, əgər sən on­la­ra əmr etsən, onlar mütləq dö­yüşə çıxacaqlar. De: “And iç­mə­yin! İta­əti­niz bəllidir. Şüb­hə­siz ki, Allah nə etdikləri­niz­dən xəbər­dar­dır”

[54] De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir

[55] Allah sizlərdən iman gə­ti­rib yax­şı işlər görənlərə vəd et­miş­dir ki, özlə­rindən əvvəl­ki­ləri varislər etdiyi kimi on­la­rı da yer üzü­nün varisləri edə­cək, mömin­lər üçün Özü­nün bəyən­di­yi dinini möh­kəm­lən­dirəcək və onla­rın qor­xu­sunu sonra əminliklə əvəz edə­cəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mə­nə şə­rik qoş­mur­lar. Bun­dan son­ra küfr edənlər – məhz onlar fa­siq­­lərdir

[56] Namaz qılın, zəkat ve­rin və Pey­ğəmbərə itaət edin ki, sizə rəhm edil­sin

[57] Kafirlərin yer üzündə Allah­dan yaxa qurtara bilə­cək­lərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş ye­ri­dir

[58] Ey iman gətirənlər! Sa­hib oldu­ğunuz kölələr və həddi-bu­lu­ğa çatma­yanlar ya­nınıza gir­mək istədikdə qoy üç vaxtda siz­dən izin is­tə­sinlər: sübh na­ma­zından əvvəl, gü­norta palta­rı­nızı çı­xartdı­ğı­nız za­man və ge­cə namazından sonra. Bu sizin çılpaq ola bilə­cə­yi­niz üç vaxt­dır. Qalan vaxt­larda bir-biri­ni­zin yanına ica­zəsiz gir­mək­də nə sizə, nə də onlara heç bir gü­nah gəlməz. Allah ayələri si­zə belə izah edir. Allah hər şeyi bilən­dir, hikmət sahibidir

[59] Sizin uşaqlar da həddi-buluğa ça­tanda qoy özlə­rin­dən əv­vəl­kilər yanınıza girmək üçün izin istədikləri kimi izin istə­sinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hikmət sahibidir

[60] Ərə getməkdən ümidini üz­müş yaşlı qadınlara ayıb yer­lə­ri­ni gös­tər­mə­dən hicabla­rını soyunma­sında günah yox­dur. Lakin bu­nu etməmək on­lar üçün daha xeyir­lidir. Allah hər şeyi eşidən­dir, hər şeyi bilən­dir

[61] Kora, ço­lağa, bir də xəs­təyə günah gəlməz. Si­zin özü­nüzə də öz evləriniz­də, yaxud ata­­larınızın evlərində, yaxud ana­la­rı­nı­zın ev­lərində, yaxud qar­daşla­rınızın ev­lə­rində, ya­xud bacı­ları­nı­zın evlə­rində, ya­­xud əmilərinizin evlərin­də, ya­xud bi­biləri­nizin ev­lərin­də, ya­xud dayı­ları­nı­zın evlərində, ya­xud xalalarınızın evlə­rin­də, ya­xud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostları­nızın ev­lə­rində ye­mək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, ya­xud ay­rı-ayrılıqda yemək ye­mə­yi­niz­də də sizə heç bir günah gəl­məz. Ev­­lərə daxil ol­duğu­nuz zaman özü­nüzü Allah tərə­fin­dən müba­rək və çox xoş bir sa­lamla salam­layın. Allah ayə­lə­rini sizə belə izah edir ki, başa düşəsiniz

[62] Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kim­sə­lərdir. On­lar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda on­dan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, söz­süz ki, Allaha və Onun Elçisinə iman gətirənlər­dir. Əgər onlar bə­zi işləri üçün səndən izin istəsələr, onlardan istə­di­yin kəsə izin ver və onlar üçün Allah­dan bağışlanma di­lə. Həqiqətən, Allah Ba­ğış­la­­yan­dır, Rəhmlidir

[63] Peyğəmbəri, öz ara­nız­da bir-biri­nizi çağırdığınız kimi ça­ğır­mayın. Allah sizin aranız­dan daldalanaraq xəlvətcə çı­xıb ge­dən­­ləri bilir. Qoy onun əm­rinə qar­şı çıxanlar başlarına bir bə­la gəl­mə­sindən, yaxud özlə­ri­nə ağrılı-acılı bir əzab üz ver­məsindən qorx­sunlar

[64] Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. O sizin nə əməl sahibi olduğu­nuzu və qullarının Onun hüzu­runa qay­ta­rı­la­caq­ları günü bilir. Allah onlara nə etdiklərini bil­dirə­cək­. Allah hər şeyi bilir

əl-Furqan

Surah 25

[1] Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

[2] Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir

[3] Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər

[4] Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər

[5] Onlar: “Bu, keçmişdəki­lə­rin nağıl­la­rıdır. O bunları baş­qasına yaz­dır­mış­dır. Bunlar sə­hər-axşam onun özünə oxu­­nur”– dedilər

[6] De: “Onu göylərdə və yer­də olan sirləri bilən Allah nazil et­miş­dir. Həqi­qətən, O, Ba­ğış­layandır, Rəhmlidir!”

[7] Onlar dedilər: “Bu necə el­çidir ki, yemək yeyir, bazar­ları gə­zib do­laşır? Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mə­lək göndərilmədi

[8] Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğı olmadı?” Zalımlar: “Siz an­caq sehr­lən­miş bir adamın ar­dınca gedirsiniz”– dedilər

[9] Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan az­dı­lar və bir daha o yolu tapa bilməyəcəklər

[10] İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağac­ları altın­dan çaylar axan cən­nətlər yara­dan, sə­nin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

[11] Lakin onlar Qiyamət Sa­atını da ya­lan saydılar. Biz də onu ya­lan sayan­lar­dan ötrü yan­dırıb-yaxan bir od ha­zırladıq

[12] Onlar Cəhənnəm odunu uzaq mə­safədən gördükdə be­lə, onun necə qə­zəblə qay­na­ma­sını duyacaq və xışıltısı­nı eşi­də­cək­lər

[13] Onlar əlləri boynunda bağlı hal­da Cəhənnəmin dar bir ye­ri­nə atıldıqları za­man ölüm di­ləyəcəklər

[14] Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər is­təyin!”

[15] De: “Bu yaxşıdır, yoxsa müt­təqi­lərə bir mükafat və dö­nüş ye­ri olaraq vəd edilən Əbə­diyyət cən­nəti?”

[16] Onlardan ötrü orada is­tə­dikləri hər şey vardır. Onlar orada əbə­di qa­la­caqlar. Bu, sə­nin Rəbbinin Öz öhdə­si­nə gö­türdüyü və ye­rinə yetirilməsi ar­zu olunan bir vəddir

[17] O gün Allah onları və on­ların Allahdan başqa sitayiş et­dik­lə­rinin ha­mısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qul­larımı haqq yol­dan sizmi azdırdınız, yoxsa on­lar öz­ləri az­dı­lar?”

[18] Onlar deyəcəklər: “Sən pak və mü­qəddəssən! Sənin əvə­zinə özümü­zə başqa hima­yə­dar­lar götürmək bizə ya­raş­maz. La­kin Sən onlara və ataları­na o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çı­xart­dılar və məhvə məhkum olun­muş bir zümrəyə çev­ril­di­lər”

[19] Kafirlərə deyiləcək: “On­lar sizin dediklərinizi yalan hesab et­di­lər. Artıq siz nə əzabı özü­nüz­dən dəf edə bilər, nə də başqa bir əla­c tapa bilərsiniz. Zülm edən­lə­ri­ni­zə böyük bir əzab dad­dı­racağıq”

[20] Səndən öncəki elçiləri­miz də ye­mək yeyər, bazarları gə­zib do­lanar­dı­lar. Sizin bəzi­lə­ri­nizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Gö­rəndir

[21] Bizimlə qarşılaşacaqla­rı­nı güman etməyənlər dedilər: “Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi gör­mü­rük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yan­karlıq etdilər

[22] Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­. Mələklər deyəcəklər: “Cənnətə girmə­yi­niz qa­da­ğan­dır, qadağan!”

[23] Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik

[24] Həmin gün Cənnət sa­kin­lərinin qalacağı yer daha lə­ta­fət­li və istirahət edəcəyi yer da­ha gözəl olacaq

[25] Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə en­di­riləcək­

[26] Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Alla­ha məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaq

[27] Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cək­: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim

[28] Vay halıma! Kaş ki, fi­lan­kəslə dost olmayaydım

[29] Çünki Zikr mənə çat­dıq­dan son­ra o məni ondan uzaq­laş­dır­dı”. Hə­qi­qətən, şeytan in­sanı tənha qoyub qaçan­dır

[30] Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk et­di!”– de­yəcək

[31] Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düş­mən etdik. Doğ­ru yol gös­təricisi və yardımçı olaraq Rəb­bin sənə ye­tər

[32] Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv na­zil olmadı?” Biz onu sənin qəl­bini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah et­dik

[33] Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona ca­vab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək

[34] Üzüstə sürüklənib Cə­hən­nəmə top­lanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir

[35] Həqiqətən, Kitabı Mu­sa­ya Biz ver­dik və qardaşı Ha­ru­nu da ona köməkçi etdik

[36] Onlara: “Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına ge­din!”– dedik. Sonra Biz o tay­fanı yerli-dibli yox et­dik

[37] Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda ba­tırdıq və onları insan­lar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zır­la­mışıq

[38] Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik

[39] Biz onların hamısına mə­səllər çək­­dik və onların ha­mı­sını büs­bütün məhv etdik

[40] Məkkə müşrikləri bəla yağ­muru düşüb viran qalmış şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onlar onu görmə­miş­­di­lər? Xeyr, on­lar öldükdən son­ra di­rilməyə inanmırlar

[41] Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs

[42] Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar

[43] Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən

[44] Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar

[45] Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik

[46] Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq

[47] Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur

[48] Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki

[49] onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək

[50] Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di

[51] Əgər istəsəydik, hər kən­də qorxu­dan bir peyğəmbər gön­də­rər­dik

[52] Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bu Qu­ran­la böyük bir cihad et

[53] Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur

[54] Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir

[55] Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir

[56] Biz səni ancaq müjdə ve­rən və xəbərdarlıq edən kimi gön­dər­dik

[57] De: “Mən bunun əvə­zi­nə sizdən heç bir mükafat istə­mi­rəm. Tək­cə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tut­sun­lar”

[58] Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir

[59] O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş

[60] Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar

[61] Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

[62] Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur

[63] Mərhəmətli Allahın qul­la­rı o kəs­lərdir ki, onlar yer üzün­də tə­vazökar­lıqla gə­zər, cahil­lər onlara söz atdqda: “Sa­­lam!”– deyib keçərlər

[64] Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda ke­çi­rərlər

[65] Onlar deyərlər: “Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir

[66] Həqiqətən, ora nə pis məs­kən, ne­cə də pis iqamət­gah­dır!”

[67] Onlar mallarını xərclə­dik­də nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar

[68] Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar

[69] Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar

[70] Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir

[71] Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar

[72] Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər

[73] Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar

[74] Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

[75] Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar

[76] Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır

[77] De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”

əş-Şuəra

Surah 26

[1] Ta. Sin. Mim

[2] Bunlar aydın Kitabın ayə­ləridir

[3] Onların iman gətirmə­di­yinə görə özünü həlakmı edə­cəksən

[4] Biz istəsəydik, göydən on­lara elə bir əlamət göndə­rərdik ki, onun önün­də başları itaət­karlıqla əyilərdi

[5] Mərhəmətli Allahdan on­lara elə bir ayə gəlməz ki, on­dan üz çe­virməsinlər

[6] Onlar ayələri uydurma say­dılar. Məs­xərəyə qoyduqla­rı­nın xə­bəri onlara ye­tişəcək

[7] Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdi­yimizi gör­mür­lər

[8] Həqiqətən də, bunda bir əlamət var. Lakin onların ək­sə­riy­yəti mö­min olmadı

[9] Bəli, sənin Rəbbin Qüd­rətlidir, Rəhm­lidir

[10] Bir zaman Rəbbin Mu­saya de­mişdi: “Get o zalım qöv­mün –

[11] Firon xalqının yanına! Onlar qorx­murlarmı?”

[12] Musa dedi: “Ey Rəbbim! Qor­xu­ram ki, onlar məni ya­lançı he­sab edə­lər

[13] belə olduqda ürəyim sı­xı­lar, dilim də söz tutmaz. Buna görə Ha­runa da vəhy göndər

[14] Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öl­dü­rə­cəklərindən qorxu­ram”

[15] Allah dedi: “Xeyr, bu müm­kün de­yil! İkiniz də möcü­zə­lə­ri­miz­lə onların yanına ge­din! Şübhəsiz ki, Biz də sizin­ləyik, hər şeyi eşi­dirik

[16] Fironun yanına gedib de­yin: “Biz aləmlərin Rəbbinin el­çi­lə­ri­yik

[17] İsrail oğullarını bizimlə göndər!”

[18] Firon dedi: “Biz səni kör­pə ikən himayəmizə alıb böyütmə­dik­mi? Sən öm­rünün bəzi illərini bizimlə ya­şamadınmı

[19] Elədiyin pis əməli də elə­din. Doğ­rudan da, sən bir nan­kor­san!”

[20] Musa dedi: “Mən onu edəndə na­dan olmuşam

[21] Mən sizdən qorxduğum üçün ya­nı­nızdan qaçıb get­dim. Am­ma son­ra­dan Rəbbim mə­nə hökmranlıq verdi və məni el­çi­lər­dən et­di

[22] Başıma qaxdığın o ne­mə­tin də İs­rail oğullarını özünə kölə et­məyindir”

[23] Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?”

[24] Musa dedi: “Əgər yə­qin­liklə ina­nırsınızsa, bilin ki, O, göylə­rin, yerin və onların ara­sında olanların Rəbbidir!”

[25] Firon ətrafındakılara de­di: “Onun nə danışdığını eşit­mir­si­niz­mi?”

[26] Musa dedi: “O sizin də, ulu baba­larınızın da Rəbbi­dir!”

[27] Firon dedi: “Sizə gön­də­rilmiş bu elçi, sözsüz ki, dəli­dir!”

[28] Musa dedi: “Əgər anla­yır­sınızsa, bilin ki, O, şərqin, qər­bin və bunların arasında olan­ların Rəbbidir!”

[29] Firon dedi: “Əgər mən­dən baş­qa­sına sitayiş etsən, sə­ni məh­busların ya­nına ata­ram!”

[30] Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

[31] Firon dedi: “Əgər doğru danı­şan­lardansansa, göstər onu!”

[32] Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çev­rildi

[33] Əlini qoynundan çıxar­dan kimi o, baxanların gözü qa­ba­ğın­da ağap­paq nur saçan bir əl oldu

[34] Firon ətrafındakı zadə­ganlara de­di: “Həqiqətən də, bu, bi­lik­li bir sehr­bazdır

[35] O öz sehri ilə sizi torpa­ğınızdan çıxartmaq istəyir. Nə təklif edir­siniz?”

[36] Onlar dedilər: “Onu qar­daşı ilə bir qədər gözlət və şə­hə­r­lə­rə adam yığanlar gön­dər ki

[37] bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”

[38] Beləliklə, sehrbazlar bəl­li bir gü­nün müəyyən edilmiş vax­tın­da toplan­dı­lar

[39] Camaata deyildi: “Siz də yığışırsı­nızmı

[40] Əgər sehrbazlar qalib gəl­sələr, ola bilsin ki, biz də on­la­ra ta­be olaq”

[41] Sehrbazlar gələn kimi Fi­rona de­di­lər: “Əgər qalib gəl­sək, bi­zə mükafat ve­riləcəkmi?”

[42] Firon dedi: “Bəli! Belə ola­cağı təq­dirdə sizi özümə yaxın adam­lardan edə­cəyəm”

[43] Musa onlara dedi: “Nə ata­caqsı­nızsa, atın!”

[44] Onlar iplərini və əsa­ları­nı ye­rə atıb: “Fironun qüdrə­ti­nə and ol­sun ki, biz qalib gə­lə­cəyik!”– dedilər

[45] Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şey­ləri ud­du

[46] Sehrbazlar səcdəyə qa­pan­dılar

[47] və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

[48] Musanın və Harunun Rəb­binə!”

[49] Firon dedi: “Mən sizə izin vermə­mişdən əvvəl siz ona iman­mı gə­tir­di­niz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Tez­liklə biləcəksi­niz! Mən sizin əllərinizi və ayaq­la­rınızı çar­paz kəs­dirib ha­mınızı çar­mıxa çəkdi­rə­cəyəm”

[50] Onlar dedilər: “Zərər yox, biz on­suz da öz Rəbbi­mizə qa­yı­da­cağıq

[51] Biz Firon xalqı arasın­dan ilk iman gətirənlər ol­duğu­mu­za gö­rə Rəbbi­miz­dən günah­la­rımızı bağışlayacağını umu­ruq”

[52] Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx. Çünki siz tə­qib oluna­caq­sı­nız”– deyə vəhy etdik

[53] Firon şəhərlərə əsgər top­layanlar göndərdi

[54] O dedi: “Bunlar kiçik bir dəstədir

[55] Onlar bizi qəzəbləndir­mişlər

[56] Biz hamımız ayıq-sayıq olmalı­yıq”

[57] Biz o zalım tay­fanı bağ­lar­dan və çeşmələrdən çıxartdıq

[58] xəzinələrdən və gözəl yerlərdən də qovduq

[59] Beləcə, Biz İsrail oğul­la­rını o yer­lərə varis etdik

[60] Günəş üfüqdən qalxar­kən Firon öz əsgərləri ilə on­ları təqib et­mə­yə başladı­lar

[61] İki dəstə bir-birini gö­rün­cə Musa­nın səhabələri: “Biz ya­­xa­la­nacağıq!”– de­dilər

[62] Musa dedi: “Xeyr, Rəb­bim mə­nim­lədir. O mənə doğ­ru yol gös­tərə­cək­!”

[63] Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu

[64] O birilərini də ora ya­xın­laşdır­dıq

[65] Musa və onunla birlikdə olan­la­rın hamısını xilas etdik

[66] O birilərini isə suya qərq etdik

[67] Şübhəsiz ki, bu heka­yətdə bir ibrət vardır. Lakin onların çoxu iman gə­tir­mə­di

[68] Həqiqətən, sənin Rəbbin Qüdrət­lidir, Rəhmlidir

[69] Onlara İbrahimin əh­va­latını da oxu

[70] Bir zaman o öz atasına və tayfa­sına: “Nəyə ibadət edir­si­niz?”– demiş­di

[71] Onlar dedilər: “Biz büt­lə­rə iba­dət edir və onlara tapın­maq­da davam edi­rik”

[72] O dedi: “Onlara yalvar­dığınız za­man sizi eşidirlərmi

[73] Yaxud sizə xeyir və ya zərər ve­rirlərmi?”

[74] Onlar dedilər: “Xeyr, am­ma biz öz atalarımızın belə et­dik­lə­ri­ni gör­dük”

[75] O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü –

[76] həm siz, həm də ulu ba­balarınız

[77] Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir

[78] O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir

[79] O Rəbb ki, məni yedirdir və içir­dir

[80] O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir

[81] O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir

[82] O Rəbb ki, Haqq-hesab günü xə­talarımı bağışlayaca­ğı­nı On­dan umu­ram

[83] Ey Rəbbim! Mənə hik­mət ver və məni əməlisalehlə­rə qo­vuş­dur

[84] Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yax­şı ad qis­mət elə

[85] Məni Nəim bağının va­rislərin­dən et

[86] Atamı bağışla! Çünki o, azmış­lar­­dandır

[87] Onların dirildiləcəyi gün məni rüsvay etmə

[88] O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda ver­ər

[89] Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa!”

[90] Cənnət müttəqilərə ya­xın­laşdı­rı­lar

[91] Cəhənnəm də azğınlara göstəri­lər

[92] Onlara deyilər: “Hanı si­zin ibadət etdikləriniz –

[93] Allahdan başqa pənah apar­dıqla­rı­nız? Onlar sizə kö­mək edə bilərlər­mi, ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?”

[94] Onlar azğınlarla birlik­də Cəhən­nə­mə atılarlar

[95] İblisin bütün əsgərləri də, həmçinin

[96] Onlar orada höcətləşə­rək deyər­lər

[97] “Allaha and olsun ki, biz açıq-ay­dın azğınlıq içində idik –

[98] o vaxt ki, biz sizi aləm­lərin Rəb­binə tay tuturduq

[99] Bizi ancaq günahkarlar azdırdı

[100] İndi isə bizim nə şə­fa­ət­çi­ləri­miz

[101] nə də bizə canıyanan bir dos­tu­muz var

[102] Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olar­dıq!”

[103] Şübhəsiz ki, bunda bir ibrət var­dır. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi

[104] Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

[105] Nuh tayfası da elçiləri yalançı saydı

[106] O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorx­mur­su­nuz

[107] Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir el­çi­yəm

[108] Allahdan qorxun və mə­nə itaət edin

[109] Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

[110] Allahdan qorxun və mə­nə itaət edin!”

[111] Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu hal­da biz sənə ina­narıqmı?”

[112] Nuh dedi: “Mən on­la­rın nə et­dik­lərini bilmirəm

[113] Onların haqq-hesabı yal­nız Rəb­bimə aiddir. Kaş başa dü­şəy­di­niz

[114] Mən iman gətirənləri qovan de­yiləm

[115] Mən yalnız açıq-aşkar bir qor­xudanam”

[116] Onlar dedilər: “Ey Nuh! Əgər də­vətinə son qoymasan, müt­ləq daşqalaq ediləcəksən”

[117] Nuh dedi: “Ey Rəbbim! Qöv­müm məni yalançı hesab etdi

[118] Mənimlə onların ara­sın­da qəti hökm ver, məni və mə­nimlə bir­lik­də olan möminləri əzabdan qurtar!”

[119] Biz onu və onunla bir­likdə olan­ları yüklü gəmidə xi­las et­dik

[120] Yerdə qalanları isə su­ya qərq et­dik

[121] Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi

[122] Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

[123] Ad tayfası da elçiləri yalançı saydı

[124] O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorx­mur­su­nuz

[125] Həqiqətən, mən sizin üçün eti­bar etməli olduğunuz bir el­çi­yəm

[126] Allahdan qorxun və mə­nə itaət edin

[127] Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

[128] Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurur­sunuz (hündür bi­nalarmı tikir­siniz)

[129] Sanki əbədi qalacaq­sı­nız deyə qalalarmı tikir­siniz

[130] Bir kəsi yaxaladığınız za­man qəd­dar hökmdar kimi ya­xa­la­yır­sı­nız

[131] Allahdan qorxun və mə­nə itaət edin

[132] Bildiyiniz nemətləri si­zə verən­dən qorxun

[133] O sizə heyvanat və oğul-uşaq ver­di

[134] üstəlik bağlar və çeş­mə­lər də əta etdi

[135] Mən sizə üz verəcək bö­yük gü­nün əzabından qor­xu­ram”

[136] Onlar dedilər: “Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün birdir

[137] Bu, yalnız və yalnız əv­vəlkilərin adətidir

[138] Biz əzaba düçar olan da deyi­lik”

[139] Onlar onu yalançı say­dılar. Biz də onları məhv et­dik. Şüb­hə­siz ki, bun­da bir ibrət var. Lakin onların əksə­riy­yəti iman gə­tir­mədi

[140] Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

[141] Səmud tayfası da elçi­ləri yalan­çı saydı

[142] O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmur­su­nuz

[143] Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

[144] Allahdan qorxun və mə­nə itaət edin

[145] Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fatım ancaq aləm­lərin Rəbbinə aiddir

[146] Məgər siz burada olan­ların için­də sərbəst buraxıla­caq­sı­nız

[147] Bağlar və bulaqlar için­də

[148] əkinlər və yumşaq mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qa­lacaqsınız

[149] Dağlardan məharətlə ev­lər yo­nub düzəldəcəksiniz

[150] Allahdan qorxun və mə­nə itaət edin

[151] Həddi aşanların əmri­nə tabe ol­mayın

[152] Onlar yer üzündə fə­sad törədir və özlərini günahdan tə­miz­lə­mirlər”

[153] Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən

[154] Sən də bizim kimi an­caq bir in­sansan. Əgər doğru da­nı­şan­lar­dan­san­sa, bizə bir möcüzə göstər”

[155] Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz)

[156] Ona heç bir pislik et­mə­yin, yox­sa böyük günün əzabı sizi ya­xalayar”

[157] Onlar dəvə­nin diz və­tə­rini kəs­dilər, sonra da peş­man ol­du­lar

[158] Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət var­dır. La­kin onların əksəriy­yəti yenə iman gətirmədi

[159] Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

[160] Lut tayfası da elçiləri yalançı saydı

[161] O vaxt qardaşları Lut onlara de­di: “Məgər qorx­mur­sunuz

[162] Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

[163] Allahdan qorxun və mə­nə itaət edin

[164] Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

[165] Doğrudanmı siz insan­lar içində ancaq kişilərlə ya­xın­lıq edir

[166] və Rəbbinizin sizin üçün yarat­dığı qadınlarınızı tərk edir­si­niz? Siz, hə­qiqətən də, həddi aşan adamlarsı­nız”

[167] Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoyma­san, müt­ləq qovu­lan­lardan ola­caq­san!”

[168] O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm

[169] Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”

[170] Biz onu və onun bütün ailəsini xilas etdik

[171] Geridə qalanlar arasın­dakı yaşlı qadından başqa

[172] Sonra da o birilərini yerlə yeksan etdik

[173] Biz onların üstünə daş­lardan ya­ğış yağdırdıq. Qorxu­dulan­la­rın yağışı nə yaman imiş

[174] Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi

[175] Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

[176] Əykə əhli də elçiləri ya­lançı saydı

[177] O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz

[178] Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

[179] Allahdan qorxun və mə­nə itaət edin

[180] Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

[181] Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın

[182] Düz tərəzi ilə çəkin

[183] İnsanların əşyalarını ək­sik ver­məyin və yer üzündə fə­sad ya­ya­raq pis işlər gör­mə­yin

[184] Sizi və əvvəlki nəsilləri Yara­dan­dan qorxun!”

[185] Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən

[186] Sən də bizim kimi an­caq bir in­sansan. Biz səni yalan­çı­lar­dan biri he­sab edirik

[187] Əgər doğru danışan­lar­dan­san­sa, göyün bir parça­sını üs­tü­mü­zə en­dir”

[188] Şueyb dedi: “Rəbbim si­zin nələr etdiyinizi daha yaxşı bi­lir”

[189] Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi

[190] Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi

[191] Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

[192] Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir

[193] Onu sadiq ruh Cəb­rail endir­di –

[194] sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan

[195] Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi

[196] Şübhəsiz ki, o, keçmiş üm­mət­lə­rin kitablarında da xa­tır­la­nır

[197] Məgər İsrail oğulların­dan olan alimlərin onu bilmə­lə­ri bun­lar üçün bir dəlil de­yil­mi

[198] Əgər Biz onu ərəb ol­ma­yan­lar­dan birinə nazil et­səy­dik

[199] və o, bunu onlara oxu­saydı, ye­nə də ona iman gətir­məz­di­lər

[200] Biz küfrü günahkar­la­rın qəlbinə belə salarıq

[201] Onlar ağrılı-acılı əzabı gör­məyə­nə­dək ona inanmaz­lar

[202] O əzab onlara özləri də hiss et­mədən qəflətən gələcək­

[203] Onlar deyəcəklər: “Bi­zə möhlət veriləcəkmi?”

[204] Yenədəmi əzabımızın tez gəl­mə­sini istəyirlər

[205] Bilirsənmi, əgər onlara illərcə fi­ravanlıq nəsib etsək

[206] sonra vəd olunduqları əzab on­la­ra yetişsə

[207] onlara nəsib olmuş fi­ra­vanlıq, əzabımızı onlardan dəf edə bil­məz

[208] Biz heç bir kəndi onu xə­bərdar edənlər olmadan məhv et­mə­dik

[209] Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün gön­dər­dik. Biz əsla zalım olma­mışıq

[210] Quranı şeytanlar endir­mədi

[211] Onlar buna layiq deyil­lər və heç bunu bacarmazlar da

[212] Çünki onlar vəhyə qu­laq asmaq­dan kənar edilmiş­dilər

[213] Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yox­sa əzaba düçar edilən­lər­dən olarsan

[214] Ən yaxın qohumlarını qorxut

[215] Sənə tabe olan mömin­ləri qana­dının altına al (onlara qarşı tə­vazö­kar ol)

[216] Əgər onlar sənə asi ol­sa­lar, de: “Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz əməl­lərdən uza­ğam!”

[217] Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et

[218] O səni namaza du­ran­da da gö­rür

[219] səcdə edənlər içində hə­rəkət edəndə də

[220] Həqiqətən də, O, Eşi­dəndir, Bi­ləndir

[221] Şeytanların kimə nazil olduq­la­rını sizə xəbər ve­rim­mi

[222] Onlar hər bir yalançıya və gü­nahkara nazil olarlar

[223] Şeytanlar vəhydən eşit­diklərini ka­­­hinlərə təlqin edir­lər. Hal­bu­ki onların ək­səriyyəti ya­lançıdır

[224] Şairlərə gəldikdə isə, on­lara an­caq azmışlar uyar

[225] Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gə­zir (hər möv­zu­da şer uydurur)

[226] və etmədikləri şeylərdən danışırlar

[227] Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsız­lığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalım­lar isə qayıdacaqları yeri mütləq bilə­cəklər

ən-Nəml

Surah 27

[1] Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir

[2] Möminlərə doğru yol gös­təricisi və müjdədir

[3] O kəslərə ki, namaz qılır, zəkat ve­rir və axirətə qətiy­yət­lə ina­nırlar

[4] Həqiqətən, Axirətə iman gətirmə­yənlərin bəd əməllərini on­la­ra yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar azğın­lıq­ları üzün­dən heç nə an­lamadan yer üzün­də veyllənirlər

[5] Bunlar əzabı ağır olacaq kimsə­lər­dir. Axirətdə ən çox ziyana uğ­raya­caq kəslər də elə onlardır

[6] Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san

[7] Bir zaman Musa öz ailə­si­nə: “Mən, doğrudan da, bir od gör­düm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gə­ti­rim ki, qı­zı­n­a­sınız”– de­mişdi

[8] Musa oraya gəlib çatanda ona ni­da gəldi: “Odun için­də­ki də, ət­rafın­da­kı da mübarək­dir­lər. Aləmlərin Rəbbi olan Allah pak və mü­qəddəsdir

[9] Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm

[10] Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını gör­dük­də dö­nüb qaç­dı və geriyə də dön­mədi. Allah dedi: “Ey Musa! Qorx­ma! Elçilər Mənim hüzu­rumda qorxmazlar

[11] Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yax­şılıq edərsə, bil­sin ki, Mən Ba­ğışlayanam, Rəhmliyəm

[12] Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıx­sın. Fi­ro­­na və onun tayfasına gön­dərilən doqquz möcü­zə­dən bi­ri budur. Hə­qi­qətən, onlar fa­siq bir tayfadır!”

[13] Möcüzələrimiz onlara aş­kar şə­kildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedi­lər

[14] Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu

[15] Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!”

[16] Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”

[17] Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər

[18] Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər”

[19] Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!”

[20] Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur

[21] O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm”

[22] Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm

[23] Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm

[24] Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər

[25] Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər

[26] Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur”

[27] Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan

[28] Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

[29] Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı

[30] O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə

[31] Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”»

[32] Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.”

[33] Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!”

[34] Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər

[35] Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar

[36] Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz

[37] Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”

[38] Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?”

[39] Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!”

[40] Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

[41] Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?”

[42] Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”

[43] Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi

[44] Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!”

[45] Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi elçi göndərdik. Onlar isə bir-biri ilə müba­rizə aparan iki fir­qə­yə bölündülər

[46] O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pis­li­yə tə­ləsir­siniz? Nə üçün Allah­dan bağışlanmağınızı di­lə­mir­­siniz? Ola bil­sin ki, sizə rəhm olu­na”

[47] Onlar dedilər: “Biz sə­nin və sə­nin­lə birlikdə olanların uc­ba­tın­dan uğur­suz­luğa uğra­dıq”. Saleh dedi: “Sizin uğur­suz­lu­ğunuz Allah yanında­dır. Siz sı­na­ğa çəkilən bir qövmsü­nüz”

[48] Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fə­sad törə­dir, yaxşı işlər görmürdülər

[49] Onlar dedilər: “Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik”

[50] Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər

[51] Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik

[52] Haqsızlıqları üzündən vi­ran qal­mış evləri də budur. Hə­qi­qə­tən, bun­da bilən adam­lar üçün ibrət var

[53] İman gətirib Allahdan qor­xanları isə xilas etdik

[54] Lutu da yada sal. Bir za­man o öz qövmünə demişdi: “Gö­zü­nüz görə-gö­rə murdar işmi görəcəksiniz

[55] Siz qadınları qoyub şəh­vətlə ki­şi­lərəmi yaxınlaşacaqsınız? Yox, siz cahil bir qövmsünüz!”

[56] Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du

[57] Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik

[58] Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş

[59] De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız

[60] Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər

[61] Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər

[62] Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz

[63] Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır

[64] Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”

[65] De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər

[66] Həm də onların elmi axi­rəti qav­rayıb dərk edə bil­məz. Üs­tə­lik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”

[67] Kafirlər dedilər: “Məgər biz və ata­larımız torpağa qa­rış­dıq­dan sonra qəbirlərdən çı­xar­dılacağıq

[68] Bu dirilmə həm bizə, həm də əv­vəllər atalarımıza vəd olun­muş­du. Bu, keçmişdəki­lə­rin uydurduğu əfsanələ­r­dən başqa bir şey deyil”

[69] De: “Yer üzündə gəzib dolaşın və görün günah­karla­rın aqi­bə­ti necə ol­muş­dur”

[70] Onlara görə kədərlənmə və qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma

[71] Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər

[72] De: “Ola bilsin ki, tələ­sik istə­di­yiniz şeyin bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır”

[73] Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, la­kin on­ların əksə­riy­yəti naşükür­dür­

[74] Şübhəsiz ki, sənin Rəb­bin onların qəlblərinin gizli sax­la­dıq­la­rını və onla­rın aşkar et­diklərini bilir

[75] Göydə və yerdə elə bir giz­li şey yoxdur ki, açıq-aydın Ya­zı­da (Lövhi-məh­fuzda) ol­ma­sın

[76] Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin ço­xu­nu anlatmaq­dadır

[77] Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir

[78] Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir

[79] Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan

[80] Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən

[81] Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən

[82] O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər

[83] Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər

[84] Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?”

[85] Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər

[86] Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır

[87] Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir

[88] Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır

[89] Hər kim yaxşı əməllə gəl­sə, ona da­ha yaxşısı (Cən­nət) ve­ri­lər. Onlar o gün dəh­şətli qorxu hissindən uzaq olar­lar

[90] Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de­yilər: “Mə­gər siz an­caq etdi­yi­niz əməllərə görə cəzalan­dı­rıl­mırsınız?”

[91] De: “Mənə ancaq bu şə­hərin (Mək­kənin) Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. O şəhər ki, Rəbbim onu toxunulmaz buyur­muş­dur. Hər şey yalnız Onun­dur. Mənə əmr olunub ki, müsəl­man olum

[92] və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğ­ru yol­da olmuş olar. Haqq yoldan azana isə be­lə de: “Mən ancaq xə­bərdar edənlər­də­nəm!”

[93] De: “Həmd, Alla­ha məxsusdur! O Öz dəlillərini sizə gös­tə­rə­cək, siz də onları tanıyacaq­sı­nız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”

əl-Qəsəs

Surah 28

[1] Ta. Sin. Mim

[2] Bu, açıq-aydın Kitabın ayə­ləridir

[3] Biz sənə, iman gətirən in­sanlar üçün, Musa ilə Fironun əh­va­la­tı­nı ol­duğu kimi oxuya­cağıq

[4] Həqiqətən, Firon yer üzün­də təkəb­bürlük göstərib onun əha­li­sini zümrə­lərə bölmüşdü. Firon onlardan bir züm­rəni zə­if­lədir, on­ların oğlan uşaqları­nı öldürür, qadınlarını isə sağ bu­raxırdı. Hə­qi­qətən, o, fitnə-fəsad törədənlərdən idi

[5] Biz istədik ki, həmin yer­də aciz qa­lanlara mərhəmət göstə­rək, onları öndə gedənlər və varislər edək

[6] yer üzündə onlara hökm­ranlıq bəxş edək, Firona, Ha­ma­na və onların əsgərlərinə qor­xub çəkindikləri şeyi gös­tərək

[7] Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorx­duq­da isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sə­nə qay­ta­­racaq və onu elçi­lə­ri­mizdən biri edəcəyik”– deyə vəhy etdik

[8] Fironun ailəsi onu tapıb gö­tür­dü­ ki, axırda onlara düş­mən və başlarına bəla ol­sun. Hə­qiqətən, Firon, Haman və on­la­rın əs­gər­ləri günahkar idi­lər

[9] Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sə­nin üçün gözay­dın­lı­ğıdır. Onu öl­dürməyin. Ola bilsin ki, o bizə bir fay­da verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonu­nu bilmirdilər

[10] Musanın anasının ürəyi boş qal­mışdı (övlad dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü). Əgər Biz, və­dimizə ina­nan­lar­dan olsun deyə, onun qəl­binə səbir ver­məsəydik, az qa­la gör­düyü işi açıb bildi­rə­cəkdi

[11] Anası onun bacısına: “Onun da­lınca get!”– dedi. O da heç ki­mə hiss et­dirmədən kə­nardan Musaya göz qoyur­du

[12] Daha öncə Biz ona öz ana­sından başqa bütün süd ana­la­rı­nın döşü­nü əmməyi qadağan etmişdik. Musa­nın ba­cısı dedi: “Si­zin üçün onun qay­ğı­sına qalacaq və ona qarşı xe­yirxah ola­caq bir ailəni sizə gös­tərimmi?”

[13] Beləliklə, Biz onu öz ana­sına qay­tardıq ki, gözü ay­dın ol­sun, kədər­lən­məsin və Alla­hın vədinin haqq oldu­ğu­nu bil­sin. La­kin onla­rın çoxu bunu bil­mir

[14] Musa yetkinləşib kamil­lik döv­rü­nə çatdıqda Biz ona hökm­ran­lıq (pey­ğəm­bərlik) və elm əta etdik. Biz xe­yir­xah iş­lər görənləri be­lə mükafat­lan­dı­rı­rıq

[15] O, şəhərə əhalisi xəbər­siz ikən da­xil oldu və orada bir-biri ilə vu­ruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düş­mənlə­rindən idi. Tə­rəfdar­la­rından olan kəs onu düş­məninə qar­şı köməyə ça­ğır­dı. Musa onu vurub öl­dür­dü və: “Bu, şeytan əmə­lindəndir. Həqi­qə­tən, o, haqq yoldan az­dı­ran açıq-aydın bir düş­mən­dir!”– dedi

[16] Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı. Həqiqətən, O, Bağışla­yan­dır, Rəhm­li­dir

[17] Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara ar­xa olmayacağam!”

[18] Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­dən dü­nən onu kö­məyə çağıran kəs yenə fər­yad qopa­rıb onu kö­məyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yo­lunu az­mışın biri­sən!”– dedi

[19] Musa ikisinin də düş­mə­ni olan kəsi (misirlini) ya­xa­la­maq is­tə­dikdə o dedi: “Ey Mu­sa! Sən dünən birini vu­rub öl­dürdüyün ki­mi, məni də öl­dür­mək­mi istəyirsən? Sən yer üzün­də ancaq bir zülm­kar ol­maq is­təyirsən. Sən islah edən­lərdən olmaq istə­mir­sən”

[20] Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!”

[21] Musa qorxu içində ətra­fa baxa-baxa oradan çıxıb: “Ey Rəb­bim! Məni zalım adamla­rın əlindən qurtar!”– de­di

[22] O, Mədyən tərəfə yol­la­ndı və: “Ola bilsin ki, Rəbbim mə­nə doğ­ru yolu gös­tərsin!”– de­di

[23] O, Mədyən sulağına gə­lib çatan­da quyunun yanında hey­van­larına su verən adamlar gör­dü. Onların yaxın­lı­ğında da qo­yun­la­rını o biri heyvanlar­dan geri çə­kən iki qız görüb: “Sizə nə olub?”– de­di. Onlar dedi­lər: “Ço­banlar heyvanlarını sürüb apar­mamış biz qo­­yunla­rımıza su verə bilmirik. Ata­mız da çox qoca­dır”

[24] Musa onların yerinə qo­yunlara su verdi, sonra da köl­gəyə çə­ki­lib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xey­rə eh­ti­ya­cım var!”

[25] Bir qədər sonra qızlar­dan biri utana-utana onun yanına gə­lib de­di: “Atam bi­zim yeri­mi­zə qoyunları sulamağının haq­qını ödə­mək­dən ötrü səni ça­ğı­rır”. Mu­sa onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda o dedi: “Qorxma! Sən za­lım adam­ların əlin­dən xilas ol­mu­san!”

[26] Qızlardan biri dedi: “Ata­can! Onu muzdla işə götür, çünki o, muzd­la işə götür­dük­lərinin ən yaxşısı, güclü və eti­barlı ola­nı­dır”

[27] Şueyb dedi: “Səkkiz il mə­nə işlə­mək şərti ilə qızla­rım­dan bi­ri­ni sənə ərə vermək istəyi­rəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Mən sənə əziyyət vermək is­tə­­mi­rəm. Allah qoy­sa mənim əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən”

[28] Musa dedi: “Bu, ikimi­zin ara­sın­da olan razılıqdır. Bu iki müd­dət­dən han­sını başa çat­dırsam, mənə qarşı haqsız­lıq ol­mamalıdır. Allah da dedi­yi­mizə Vəkildir!”

[29] Musa müddətini başa vu­rub ailəsi ilə birlikdə yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: “Da­ya­nın! Mən bir od gör­düm. Mən ondan sizə bir xəbər və ya bir köz gə­ti­rə­rəm ki, qızına­sınız”

[30] Musa oraya gəlib çat­dıq­da sağ tərə­findəki vadinin ya­xın­lı­ğın­da olan müba­rək yer­də­ki ağac tərəfdən ona nida gəl­di: “Ey Mu­sa! Aləm­lə­rin Rəbbi olan Allah Mənəm

[31] Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını görüb, ge­ri­yə belə bax­ma­dan dönüb qaç­mağa başladı. Allah dedi: “Ey Musa! Ya­xın gəl, qorx­ma! Sən əmin-amanlıqda olanlardan­san

[32] Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qor­xu keçib get­sin deyə əlini özünə sıx. Bu, Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Hə­qiqətən, on­lar fasiq adam­lar­dır”

[33] Musa dedi: “Ey Rəbbim! Mən on­lardan birini öldürmü­şəm, qor­xuram ki, onlar da mə­ni öldürələr

[34] Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, de­dik­lərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlik­də göndər. Mən, həqiqətən də, on­ların məni yalançı sayacaq­larından qor­xu­ram”

[35] Allah dedi: “Biz səni qar­daşınla qüv­vətləndirəcək, iki­nizə də dəlil verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Möcüzələri­miz sa­yə­sin­də siz və sizə tabe olan­lar mütləq qalib gə­ləcəksiniz”

[36] Musa onların yanına açıq-aydın dəlillərimizlə gəl­dikdə on­lar: “Bu an­caq uydu­rulmuş bir sehrdir. Biz ulu ba­baları­mızdan be­lə bir şey eşitmə­mi­şik”– dedilər

[37] Musa dedi: “Rəbbim Öz tərəfin­dən kimin doğru yolu gös­tə­rən rəhbər gətirdiyini və Axi­rət yurdu­nun kimə nə­sib olaca­ğını da­ha yaxşı bilir. Şüb­həsiz ki, zalımlar nicat tap­maz­lar!”

[38] Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün palçı­ğın üzə­rində od qa­la və bir qüllə düzəlt ki, Musanın məbudu­nun yanı­na qal­xım. Mən, hə­qi­qə­tən də, onu yalançı­lardan hesab edirəm

[39] Firon və onun əsgərləri yer üzün­də haqsız yerə təkəb­bür gös­tərdilər və elə güman etdilər ki, hüzurumuza qay­ta­rıl­ma­ya­caq­lar

[40] Biz də onu və onun əs­gər­lərini tu­tub dənizə atdıq. Bax gör za­lım­ların aqi­bəti necə oldu

[41] Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kö­­mək edilməyəcəkdir

[42] Bu dünyada onları lənə­tə düçar etdik. Qiyamət günü isə on­lar Allahın rəhmətindən qo­vulmuş kimsələrdən ola­caqlar

[43] Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar

[44] Biz Musaya əmri yerinə yetir­mə­yi tapşırdıqda sən da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din

[45] Lakin Biz Musadan sonra neçə-neçə nəsil yarat­dıq və on­lar uzun ömür sürdü­lər. Sən Mədyən sakinləri ara­sında olub ayə­lə­rimizi onlara oxu­mur­dun. Lakin elçiləri Biz göndəririk

[46] Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında de­yil­din. Lakin səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı xəbər­dar edəsən deyə, Rəbbin­dən bir mər­hə­mət ola­raq səni pey­ğəmbər göndərdik ki, bəlkə, dü­şünüb anlayalar

[47] Özlərinin etdikləri əməl­lərə görə onlara bir müsibət üz ver­dik­də: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər gön­dərmədin ki, biz də Sənin ayə­lərinə tabe olub möminlərdən olaq?”– demə­səy­dilər, səni pey­ğəmbər göndərməzdik

[48] Bizim tərəfimizdən on­lara haqq gəldikdə onlar: “Nə üçün Mu­saya veri­lənin bən­zə­ri ona da verilmədi?”– de­dilər. Məgər on­lar daha öncə Musa­ya veriləni inkar etməmiş­di­lər­mi? Onlar de­miş­dilər: “Bir-bi­rini dəs­təkləyən iki sehr (Töv­rat və Quran)!” Həm­çinin de­mişdi­lər: “Biz heç birinə inan­mırıq!”

[49] De: “Əgər doğru deyir­si­nizsə, Allah tərəfindən elə bir Kitab gə­tirin ki, bu ikisindən daha doğru yol gös­tərən bir rəh­bər olsun və mən də ona ta­be olum!”

[50] Əgər sənə cavab vermə­sələr, bil ki, onlar nəfslərinin is­tək­lə­ri­nə uymuş­lar. Allah­dan bir doğru yol göstəricisi gəl­məyincə öz nəf­sinin is­təyinə uyan­dan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yö­nəltməz

[51] Biz Sözü onlara çatdır­dıq ki, dü­şünüb ibrət alsın­lar

[52] Qurandan əvvəl özlərinə Kitab ver­diyimiz kəslər ona iman gə­tirirlər

[53] Onlara Quran oxundu­ğu zaman: “Biz ona iman gətir­dik. O, hə­qi­qətən də, Rəbbimizdən olan haqdır. Biz on­dan əvvəl də mü­səl­man idik!”– deyir­lər

[54] Səbir etdiklərinə görə on­lara mü­kafatları ikiqat veri­lə­cək. On­lar pis­li­yi yaxşı­lıqla dəf edir və özlərinə ver­di­yi­miz ru­zi­dən Allah yolunda xərclə­yir­lər

[55] Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bi­zim əməl­lərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam ol­sun! Biz cahillərə qo­şul­maq istəmirik!”– deyirlər

[56] Şübhəsiz ki, sən istədi­yi­ni doğru yola yönəldə bil­məz­sən. Am­ma Allah istədi­yini doğ­ru yola yönəldir. O, doğ­ru yolda olan­la­rı daha yaxşı tanıyır

[57] Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir

[58] Biz xoş güzəranı ilə qür­rələnən neçə-neçə şəhəri məhv et­dik. Bu­dur onların yurdları. Özlərindən sonra bə­zilərindən başqa ora­da heç kəs sakin ol­madı. Onlara Biz varis olduq

[59] Sənin Rəbbin şəhərlər­dən ən mü­hüm olanına, özlə­rinə ayə­lə­ri­­mizi oxu­yan bir elçi gön­dərməmiş o şəhərləri məhv et­mədi. Biz yal­­nız əhalisi zalım olan şəhərləri məhv etdik

[60] Sizə verilən hər şey an­caq dünya həyatının keçici zövqü və onun bərbə­zəyidir. Allah ya­nında olanlar isə daha xeyirli və daha sü­rəklidir. Məgər anlamırsınız

[61] Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dün­ya həya­tının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət gü­nü Cəhənnəmə gə­tiriləcək kimsə ilə eyni ola bilər

[62] O gün Allah onları çağı­rıb deyə­cəkdir: “İddia etdi­yi­niz şə­rik­lərim ha­radadırlar?”

[63] Barələrində Sözün ger­çək­ləşə­cə­yi kimsələr deyəcək­lər: “Ey Rəb­bimiz! Bunlar bi­zim azdırdığımız kimsələrdir. Özümüz az­dı­ğı­mız kimi on­ları da az­dırdıq. Biz onlardan uzaq­laşıb Sənə üz tu­tu­ruq. Doğ­ru­su, onlar bizə ibadət et­mir­di­lər”

[64] Müşriklərə: “Şərikləri­nizi çağı­rın!”– deyiləcək. Müş­riklər on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar əza­bı gö­rə­cək­lər. Yaxşı olardı ki, onlar doğru yolla get­miş olay­dı­lar

[65] O gün Allah onları ça­ğırıb: “El­çi­lərə nə cavab verdi­niz?”– de­yəcək

[66] O gün xəbərlər onlar­dan gizli qa­lacaq. Onlar bir-bi­rin­dən heç bir şey soruşa bil­məyəcəklər

[67] Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, nicat ta­panlardan olsun

[68] Rəbbin istədiyini yara­dır və istə­diyini də peyğəmbər se­çir. On­la­rın isə seç­məyə haqqı yoxdur. Allah pakdır, müqəd­dəsdir və on­la­rın qoşduqları şə­riklərdən ucadır

[69] Sənin Rəbbin onların qəl­binin həm gizli saxladıqlarını, həm də aşkar etdik­lərini bilir

[70] O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız

[71] De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qi­ya­mə­tə qə­dər uzat­sa, Allah­dan başqa hansı məbud sizə bir işıq gətirə bi­lər? Məgər eşit­mir­si­niz?”

[72] De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qi­ya­mə­tə qədər uzatsa, Allah­dan başqa hansı məbud din­cəl­di­yi­niz ge­cə­ni sizə gətirə bilər? Mə­gər görmürsünüz?”

[73] O, Öz mərhəməti ilə si­zin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincə­lə­si­niz və gündüzü Onun lütfündən ruzi axta­rası­nız. Bəl­kə, şükür edə­siniz

[74] O gün Allah onları ça­ğı­rıb: “İd­dia etdiyiniz şəriklə­rim ha­ra­da­dır­lar?”– deyəcək­dir

[75] Biz hər ümmətdən bir şa­hid çı­xar­dacaq və: “Dəlili­ni­zi gə­ti­rin!”– deyə­cəyik. Onlar bi­lə­cəklər ki, haqq yalnız Alla­ha məxsus­dur. Uydur­duqları büt­lər isə onları qoyub gedə­cək­lər

[76] Həqiqətən, Qarun Musa ilə həm­tayfa idi. Amma onlara qar­şı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir

[77] Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünya­dakı nə­sibini də unutma. Allah sənə yaxşılıq etdiyi ki­mi, sən də baş­qa­la­rı­na yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah fit­nə-fəsad törədən­ləri sevmir”

[78] Qarun dedi: “Bu mənə ancaq mən­də olan biliyə görə ve­ril­miş­dir”. Mə­gər o bilmirdi ki, Allah ondan əv­vəlki nəsil­lər­dən, on­dan daha qüvvətli və daha çox var-dövlət yığan kəs­ləri məhv et­miş­dir? Günah­kar­lar öz günah­ları barəsində sor­ğu-sual olun­maz (üz­lə­rindən tanınarlar)

[79] Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dün­ya hə­ya­tı­nı ar­zula­yanlar de­di­lər: “Kaş ki, Qaruna veri­lə­nin bən­zəri bizə də veriləydi! Hə­qiqə­tən, o, böyük qismət sa­hi­bidir”

[80] Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yax­şı əməl edən kim­sə üçün Allahın mükafatı daha xeyirlidir. Bu­na isə yalnız sə­bir edənlər nail olarlar”

[81] Biz onu öz evi ilə bir­lik­də yerə ba­tırdıq. Allaha qarşı ona kö­mək edə bi­lə­cək hava­darları yox idi. Və özü də özü­nə kömək edə bil­mədi

[82] Dünən onun yerində ol­mağı ar­zulayanlar ertəsi gün de­yir­di­lər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ru­zini ar­tırar da, azaldar da. Əgər Allah bizə lütf etmə­səydi, bizi də yerə ba­tırardı. Ah, de­mək ka­fir­lər nicat tap­ma­yacaq­larmış!”

[83] Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fit­nə-fəsad törət­mək istəmə­yən­lərə nəsib edirik. Gözəl aqibət müt­tə­qi­­lərindir

[84] Kim Qiyamət günü yaxşı əməl gə­tirsə, ona bundan daha yax­şısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq et­dik­ləri əməllərin cə­za­sı veri­lər

[85] Quranı sənə nazil edib va­cib bu­yu­ran Allah qayıdaca­ğın ye­rə (Məkkəyə, yaxud Axi­rət yurduna) səni mütləq qay­ta­ra­caqdır. De: “Rəb­bim kimin hi­dayət gətirdiyini və kimin açıq-aydın az­ğın­lıq için­də ol­duğunu yaxşı bilir”

[86] Sən bu Kitabın sənə na­zil ola­ca­ğı­na ümid etmirdin. Bu an­caq Rəbbindən bir mər­hə­mətdir. Odur ki, heç vaxt ka­fir­lə­rə arxa ol­ma

[87] Allahın ayələri sənə na­zil edil­dikdən sonra muğayat ol ki, on­lar səni bu ayələrdən dön­dərməsinlər. Sən Rəb­binə də­vət et və müş­riklərdən olma

[88] Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan baş­qa iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaq­. Hökm Onundur və siz Ona qayta­rılacaqsınız

əl-Ənkəbut

Surah 29

[1] Əlif. Ləm. Mim

[2] İnsanlar elə güman edir­lər ki, tək­cə: “İman gətirdik!”– de­mə­lə­ri ilə on­lardan əl çəkilə­cək və onlar imtahan edilmə­yə­cək­lər

[3] Biz onlardan öncəkiləri də sınaq­dan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, ya­lan­çıları da aşkara çıxarda­caq

[4] Yoxsa yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlə­ri­ni xi­las edəcək­lə­rini zənn edir­lər? Onlar nə yarıtmaz dü­şün­cələrə da­lır­lar

[5] Kim Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın müəy­yənləşdir­diyi zaman hökmən gələcək­. O, Eşi­dən­dir, Biləndir

[6] Cihad edən məhz özü üçün etmiş olar. Alla­hın aləm­lə­rə qə­tiyyən ehtiyacı yox­dur

[7] İman gətirərək yaxşı əməl edən­lərin, əlbəttə ki, təq­sir­lə­rin­dən keçərik və onları et­dik­ləri əməllərdən daha üs­tün olanı ilə mü­kafatlandırarıq

[8] Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr, onlara gü­zəş­tə getmə. Dönüşünüz Mənə ola­caq, Mən də bütün etdik­lə­riniz barədə sizə xəbər verə­cə­yəm

[9] İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qo­vuş­du­ra­ca­ğıq

[10] İnsanlar arasında: “Alla­ha iman gətirdik!”– de­yənləri də var­. Amma Allah yolun­da əziyyətə məruz qal­dıq­da in­sanların fit­nəsini Alla­hın əzabı ilə eyni tuturlar. Əgər Rəbbin­dən bir zəfər gəl­miş olsa, müt­ləq: “Biz də sizinlə idik!”– de­yərlər. Məgər Allah hər kəsin köksündəkiləri ən yaxşı bilən deyilmi

[11] Allah iman gətirənləri də, mü­nafiqləri də aşkar edə­cəkdir

[12] Kafirlər möminlərə: “Bi­zim yolu­muzla gedin, günah­la­rınızı öz üstü­mü­zə götü­rək”– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının al­tı­na girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar

[13] Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər

[14] Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əl­li il az bir müddət ər­zində onların arasında qal­dı. Tufan onları zülm etdikləri za­man yaxaladı

[15] Biz onu və gəmidə olan­ları xilas edib bu möcüzə ilə aləm­lə­rə ibrət dərsi verdik

[16] İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Alla­ha ibadət edin və Ondan qorxun! Heç bilir­siniz­mi bu sizin üçün nə qə­dər xeyirlidir

[17] Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uy­du­rur­su­nuz. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini Allahdan di­ləyin, Ona iba­dət edin və Ona şükür edin. Siz ancaq Ona qay­tarılacaqsınız”

[18] Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalq­lar da öz pey­ğəmbərlərini ya­lançı saymışdılar. Pey­ğəm­bə­rin vəzi­fəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ et­mək­dir

[19] Məgər onlar Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, son­ra da on­ları yeni­dən yara­dacağını görmür­lər­? Həqi­qə­tən, bu, Allah üçün asan­dır

[20] De: “Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yarat­dı­ğına baxın. Sonra Allah ölüləri dirildə­cək­. Allah hər şeyə qadirdir

[21] O, istədiyinə əzab verir, istə­diyi­nə də rəhm edir. Siz yalnız Ona qay­ta­rılacaqsınız

[22] Siz nə yerdə, nə də göy­də Ondan gizlənib yaxa qurtara bil­mə­yəcəksiniz. Allahdan baş­qa sizin nə bir hima­yəda­rı­nız, nə də bir yardımçınız olacaq”

[23] Məhz Mə­nim mərhə­mətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır

[24] Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yan­dı­rın!”– demə­ləri oldu. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, bunda mömin adam­lar üçün ibrətlər var

[25] İbrahim dedi: “Siz ara­nız­da ancaq dünya həyatına bəs­lə­di­yi­niz vurğun­lu­ğa görə Alla­hı qoyub bütlərə pərəstiş et­di­niz. Sonra isə Qiyamət günü bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yar­dım edə bilən kəslər də tapa bil­məyə­cəksi­niz”

[26] Lut ona iman gətirdi. İb­rahim de­di: “Mən Rəbbimin ya­nına (əmr etdiyi Şam diya­rına) hicrət edirəm. Həqi­qə­tən, O, Qüd­rət­li­dir, Hikmət sahibidir”

[27] Biz ona İshaqı və Yə­qu­bu ba­ğış­ladıq. Onun nəslinə pey­ğəm­bərlik və Kitab bəxş etdik. Dünyada onun müka­fatı­nı ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­salehlərdən olacaqdır

[28] Lutu da xatırla! Bir za­man o öz qövmünə belə de­mişdi: “Doğ­rudan da, siz özü­nüzdən əvvəlki aləmlərdən heç kəsin et­mə­di­yi iyrənc bir iş tu­tursunuz

[29] Doğrudanmı, siz şəhvətlə kişi­lərə yaxınlaşır, yol kəsir və məclislə­ri­nizdə bir-bi­rinizlə murdar işlər görür­sü­nüz?” Qöv­münün ca­vabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bi­zə Allahın əza­bını gətir!”– de­mə­ləri oldu

[30] Lut dedi: “Ey Rəbbim! Fitnə-fə­sad törədən qövmün əley­hi­nə mənə kömək et!”

[31] Elçilərimiz İbrahimə müj­də gə­tirdikləri zaman dedi­lər: “Biz bu şə­hə­rin sakinlərini məhv edəcəyik. Həqi­qə­tən, ora­nın sa­kinləri za­lım­lardır”

[32] İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz ora­da ki­min oldu­ğu­nu yaxşı bili­rik. Biz onu da, onun ailə­si­ni də mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalan­lar­dan ola­­caq”

[33] Elçilərimiz Lutun yanı­na gəl­dik­də o, onlara görə kədər­ləndi və ürəyi sı­xıldı. Onlar de­dilər: “Qorxma və kə­dərlən­mə! Biz səni və sə­nin ailəni xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə qa­lan­lar­dan olacaq

[34] Biz günah əməllər törət­diklərinə görə bu şəhərin sa­kin­lə­ri­nin üstünə göy­dən əzab endirəcəyik”

[35] Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-ay­dın bir əlamət saxladıq

[36] Mədyən əhalisinə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”

[37] Onlar isə onu yalançı say­dılar. Bu­na görə də onları qor­xunc səs­li bir zəl­zə­lə yaxa­ladı və onlar öz evlərin­də üzü­qoy­lu düşüb qal­dılar

[38] Ad və Səmud qövmünü də məhv etdik. Bu, onların məskən­lərin­dən si­zə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstə­rib onları haqq yoldan çıxart­dı. Halbuki onlar gözüaçıq adam­lar idilər

[39] Qarunu, Fironu və Ha­manı da məhv etdik. Həqiqə­tən, Musa on­lara ay­dın dəlillər gə­tirdi. Onlar isə yer üzün­də tə­kəbbürlük et­di­lər və axırda əza­bı­mızdan qaça bilmədilər

[40] Biz hər birini öz güna­hı­na görə yaxaladıq. Onlardan ki­mi­si­nin üstünə qasırğa ilə bir­gə daşlar göndərdik, kimi­si­ni qor­xunc səs ya­xaladı, ki­misini yerə ba­tırdıq, kimisini də suya qərq etdik. Allah on­­lara zülm etmirdi, onlar ancaq özləri öz­lərinə zülm edir­dilər

[41] Allahdan başqasını öz­lə­rinə dost tutanların aqibəti özü­nə yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Kaş ki, biləy­di­lər

[42] Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yal­vardıq­larını bilir. O, Qüdrətlidir, Hikmət sahibidir

[43] Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə an­caq hə­qi­qəti dərk edən adamlar anlayarlar

[44] Allah göyləri və yeri ger­çək olaraq yaratmışdır. Həqi­qə­tən, bun­da mö­min­lər üçün bir ibrət var

[45] Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir

[46] İçərilərindən zülm edən­­lər istisna olmaqla Kitab əhli ilə ən gö­zəl tərzdə mübahisə edin və deyin: “Biz həm özü­müzə na­zil ola­na, həm də sizə nazil ola­na iman gətirdik. Bi­zim də ilahımız, si­zin də ilahınız təkdir. Biz yalnız Ona təslim olanlarıq.”

[47] Beləcə, bu müqəddəs Ki­ta­bı sə­nə na­zil et­dik. Kitab ver­di­yi­miz şəxs­lər də ona iman gə­tirirlər. Onla­rın ara­sın­da Qu­ra­na iman gə­tirənlər var. Bi­zim ayə­lə­ri­mizi ancaq kafirlər inkar edirlər

[48] Sən bundan əvvəl nə bir Kitab oxu­ya bilir, nə də onu əlin­lə yaza bi­lirdin. Belə ol­say­dı, batilə uyanlar şübhəyə dü­şər­di­lər

[49] Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi ancaq za­lımlar inkar edir­lər

[50] Onlar dedilər: “Bəs nə üçün Rəb­bindən ona möcüzə nazil ol­ma­dı?” De: “Möcü­zə­lər yalnız Allah yanın­dadır. Mən isə ancaq açıq-ay­dın xə­bər­darlıq edə­nəm”

[51] Onlara oxunan Kitabı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­

[52] De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. O, göy­lərdə və yerdə olan­ları bilir. Batilə inanıb Alla­ha küfr edənlər – məhz onlar zi­ya­na uğrayanlardır”

[53] Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək

[54] Onlar səndən əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri bürü­yə­cək

[55] O gün əzab onları başla­rının üs­tündən və ayaqlarının al­tın­dan əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllə­rin cə­za­sı­nı dadın!”

[56] Ey mömin qullarım! Şüb­həsiz ki, Mənim bu yerim ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin

[57] Hər kəs ölümü dada­caq. Son­ra da Bizə qaytarıla­caq­sınız

[58] İman gətirib saleh əməllər edən­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar əbədi olaraq ora­­da qalacaqlar. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəl­dir

[59] O kəslər ki, səbirli ol­muş və yal­nız öz Rəbbinə tə­vəkkül et­miş­lər

[60] Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir

[61] Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndərilirlər

[62] Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir

[63] Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd, Alla­ha məxsusdur!” Lakin on­ların çoxu bunu başa düşmür

[64] Bu dünya həyatı əylən­cə və oyundan başqa bir şey deyil. Axi­rət yurdu isə əsl həyatdır. Kaş ki, bi­ləydi­lər

[65] Onlar gəmiyə mindik­lə­ri zaman, dini yalnız Allaha məx­sus edə­rək, Ona yalvarır­lar. Allah onları xilas edib qu­ruya çıxaran ki­mi, yenə də Ona şərik qo­şurlar

[66] Bu ona görədir ki, Bizim onlara ver­diyimiz nemətlərə nan­kor­luq etsin­lər və hələlik əy­lənsinlər. Amma tezliklə bi­lə­cəklər

[67] Məgər onlar, ətrafların­da­kı in­san­lar yaxalandıqları hal­da, Mək­kəni on­lar üçün mü­qəd­dəs, təhlükəsiz bir yer et­di­yi­mizi gör­mür­lərmi? Onlar ba­tilə inanıb Allahın ne­mətini in­karmı edirlər

[68] Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur

[69] Uğrumuzda cihad edən­ləri müt­ləq Öz yolumuza yö­nəldə­cə­yik. Şüb­həsiz ki, Allah saleh əməl sahib­lə­ri­lədir

ər-Rum

Surah 30

[1] Əlif. Ləm. Mim

[2] Rumlular məğlub edildi­lər

[3] ən aşağı və ya ən yaxın bir yer­də. Lakin onlar öz məğ­lu­biyyət­lə­rin­dən sonra qələbə ça­lacaqlar

[4] bir neçə il ərzində. Əv­vəl də, son­ra da hökm Alla­hındır. O gün mömin­lər se­vi­nəcəklər

[5] Allahın köməyi ilə. O, is­tədiyinə kömək edir. O, Qüd­rətlidir, Rəhm­lidir

[6] Budur Allahın vədi. Allah Öz və­di­nə xilaf çıxmaz. Amma in­san­ların ək­səriyyəti bunu bil­mir

[7] Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər

[8] Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir

[9] Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər

[10] Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu

[11] Allah məxluqatı əvvəlcə heçdən ya­radır, öldürdükdən son­ra onu yenidən dirildir. Bun­dan sonra isə siz Ona qay­ta­rı­la­caq­sınız

[12] O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər

[13] Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər

[14] Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar

[15] İman gətirib yaxşı işlər görən­lə­rə gəlincə isə, onlar Cən­nət bağ­ça­la­rın­da şadlıq içində olacaqlar

[16] Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sa­yan­lar isə əzaba giriftar edi­lə­cəklər

[17] Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin

[18] Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin

[19] O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız

[20] Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız

[21] Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır

[22] Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır

[23] Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır

[24] Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır

[25] Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız

[26] Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir

[27] Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir

[28] O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik

[29] Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz

[30] Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir

[31] Tövbə edərək Ona üz tu­tun, On­dan qorxun, namaz qı­lın və şə­rik qo­şanlardan ol­ma­yın

[32] O kəslərdən ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir

[33] İnsanların başına bir bə­la gəldiyi zaman Rəbbinə üz tu­tub Ona yalvarır­lar. Sonra O, Özündən onlara bir mər­hə­mət daddıran ki­mi, onlardan bir dəs­tə Rəbbinə şərik qoşur

[34] Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nan­kor­luq etsin­lər. Hələlik əy­lənin! Tezliklə biləcək­si­niz

[35] Məgər Biz onlara müş­rik olma­la­rını söyləyən bir dəlil gön­dər­mişik

[36] İnsanlara mərhəmət gös­tərdikdə ona sevinərlər. Öz əl­ləri ilə et­dikləri günahlara gö­rə onlara bir bəla üz ver­dikdə isə dərhal ümid­lərini üzərlər

[37] Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır

[38] Qohum-əqrəbaya, yox­su­la və mü­safirə onlara çata­caq haq­qı­nı ver! Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün bu daha xe­yir­li­dir. Uğur qa­zananlar da məhz onlar­dır

[39] İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır

[40] Sizi yaradan, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi di­rildəcək məhz Allahdır. Şərikləriniz içə­ri­sin­də bun­lar­dan, heç olmasa, birini edə bilən varmı? O, pak­dır və müşrik­lə­rin Ona şərik qoş­duq­la­rın­dan ucadır

[41] İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar

[42] De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi”

[43] Qarşısıalınmaz gün Allah tərə­fin­dən göndərilməmişdən əv­vəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bö­lü­nə­cək­lər

[44] Kim küfr edərsə, küfrü öz əley­hi­nə olar. Yaxşı iş gö­rənlər isə öz­ləri üçün Cənnətdə yer hazırlamış olarlar

[45] Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir

[46] Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir

[47] Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi

[48] Buludları qaldıran kü­lək­ləri Allah­dır göndərən. Allah sə­ma­da onları is­tə­diyi kimi ya­yıb topa-topa edir. Sən on­lar­dan yağış tö­kül­düyünü gö­rür­sən. Allah onu qullarından istə­diyi kim­sə­lə­rə en­di­rən kimi on­lar sevinirlər

[49] Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümid­siz idilər

[50] Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir

[51] Əgər Biz bir külək gön­dərsək və onlar əkini saralmış gör­sə­lər, bundan sonra mütləq nankorluq etməyə başla­yarlar

[52] Şübhəsiz ki, sən nə ölü­lə­rə haqqı, nə də üz çevirib ge­dən kar­lara çağırışı eşitdirə bil­məz­sən

[53] Sən korları da düşdük­ləri zəla­lət­dən çıxarıb düz yola sala bil­­məzsən. Sən haqqı yal­nız və yalnız müsəlman olub ayə­lərimizə iman gətirənlərə eşit­dirə bilərsən

[54] Sizi zəif bir şeydən ya­radan, zəif­likdən sonra sizə qüv­vət ve­­rən, qüv­vətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istə­diyini ya­radır. O, Biləndir, Qadirdir

[55] O Saatın (Qiyamətin) gəldiyi gün gü­nahkar­lar dünyada bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar dünyada da haqdan belə üz dön­də­rir­di­lər

[56] Bilik və iman nəsib edil­miş kim­sələr isə deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz”

[57] Həmin gün zalımlara bə­hanələri fayda verməyəcək və on­lar­dan töv­bə et­mələri tələb olunmayacaq

[58] Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onla­ra bir möcüzə gə­tirsən, kafir olanlar müt­ləq: “Siz an­caq yalan uyduranlar­sı­nız!”– deyəcəklər

[59] Allah haqqı bilməyən­lə­rin qəlbini belə möhürlə­yir

[60] Sən səbirli ol! Həqiqə­tən də, Alla­hın vədi haqdır. Qoy axi­rə­tə yəqin­lik­lə inanma­yan­lar səni qeyri-ciddi olma­ğa – din­dən dön­mə­yə sövq etmə­sinlər

Loğman

Surah 31

[1] Əlif. Ləm. Mim

[2] Bu, hikmətli Kitabın ayə­ləridir

[3] Xeyirxah əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir

[4] O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiy­yət­lə ina­nırlar

[5] Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır

[6] İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir

[7] Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ

[8] İman gətirib yaxşı işlər gö­rənlər üçün Nəim cən­nətləri ha­zır­lan­mış­dır

[9] Onlar orada əbədi qala­caqlar. Alla­hın vədi haqdır. O, Qüd­rət­lidir, Hikmət sahibidir

[10] O, göyləri görə biləcə­yi­niz bir di­rək olmadan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möhkəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağmur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik

[11] Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan başqaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­dədirlər

[12] Biz Loğmana hikmət ver­dik: “Allaha şükür et! Kim şü­kür et­sə, özü üçün şükür et­miş olar. Kim nankor ol­sa, bil­sin ki, Allah onun şükrünə möhtac de­yil, Tərifəlayiqdir”

[13] Bir zaman Loğman öz oğluna nə­sihət edərək demiş­di: “Oğ­lum! Allaha şərik qoş­ma. Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!”

[14] Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir

[15] Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm

[16] Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlı­ğın­da olsa da, bir qaya­nın içində, yaxud göylərdə və ya yerin di­bin­də olsa da, Allah onu aş­kar edər. Həqiqətən, Allah Lətifdir, Xə­bər­dardır

[17] Oğlum! Namaz qıl, yax­şı işlər gör­məyi əmr et, pis iş­lə­ri qa­da­ğan elə. Ba­şına gə­lən çə­tinliklərə səbir et. Həqi­qə­tən, bu, əzm tə­ləb edən əməl­lər­dən­dir

[18] İnsanlardan təkəbbürlə üz çevir­mə, yer üzündə lovğa-lovğa gə­zib dolanma. Hə­qiqətən, Allah heç bir özündən razını, özü­nü öyəni sevmir

[19] Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çir­kin səs uzun­qulaq səsidir”

[20] Məgər Allahın göylərdə və yerdə olanları sizə ram et­diyini, Özü­nün aş­kar və gizli nemətlərini sizə bol-bol ver­di­yini gör­mür­sü­nüz­mü? İnsan­lar ara­sında eləsi də vardır ki, heç bir biliyi, doğ­ru yol gös­tə­rəni və nur saçan bir kitabı ol­ma­dan Allah barəsində mü­ba­hisə edir

[21] Onlara: “Allahın nazil et­diyinə itaət edin!”– deyil­dik­də, on­lar: “Yox! Biz əcdadımı­zın getdiyi yolu tutub ge­dəcə­yik!”– de­yər­lər. Əgər şeytan onları Cə­hənnəm odunun əza­bına doğru sü­rük­lə­yir­sə, onda necə olsun

[22] Muhsin olub özünü Alla­ha təslim edən kəs ən möh­­kəm dəs­təkdən yapış­mış olar. Bütün işlərin sonu Allaha qa­yı­dır

[23] Kafirlərin küfr etməsi sə­ni kədər­lən­dirməsin. Onların dö­nü­şü Bizə ola­caq. Biz də on­lara etdikləri əməllər ba­rədə xə­bər ve­rə­cə­yik. Həqi­qətən, Allah kökslərdə olanları bilir

[24] Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik

[25] Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmış­dır?”– de­yə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onla­rın çoxu bunu bilmir

[26] Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Allah Zən­gin­dir, Tərifə­layiqdir

[27] Əgər yer üzündəki bü­tün ağaclar qələm olsaydı, də­niz də mü­rəkkəb olub ardından ona yeddi dəniz də qatıl­say­dı, yenə də Allahın Sözləri qur­tar­maz­dı. Həqiqətən, Allah Qüd­rətli­dir, Hik­mət sahibi­dir

[28] Sizi yaratmaq və dirilt­mək ancaq bir adamı ya­rat­maq və di­rilt­mək kimi­dir. Həqiqə­tən, Allah Eşidəndir, Görən­dir

[29] Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qat­dı­ğı­nı, müəy­yən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoy­du­ğu qanunlarına ram etdi­yi­ni, üstəlik Allahın nə et­diklə­rinizdən xə­­bərdar ol­du­ğu­nu görmür­sənmi

[30] Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa iba­dət etdikləri isə batil büt­lər­dir. Həqiqətən, Allah Ən Uca­dır, Ən Bö­yük­dür

[31] Onun dəlillərinin bəzi­si­ni sizə göstərməkdən ötrü də­nizdə gə­milərin Allahın nemə­ti sayəsində üzdü­yünü gör­­mür­sü­nüzmü? Şüb­həsiz ki, bunlar sə­birli olanlar və şükür edən­lər üçün bir ib­rət­dir

[32] Dağların saldığı kölgə­lər kimi dal­ğalar onları çul­ğadığı za­man onlar dini məhz Allaha məxsus edərək Ona yal­va­rar­lar. Allah on­ları xilas edib quru­ya çı­xartdıqda isə ara­la­rından bəzilə­ri küfrlə iman arasında or­ta yol tutar. Bizim ayə­lərimizi yalnız nan­kor xain­lər inkar edərlər

[33] Ey insanlar! Rəbbiniz­dən qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir fay­da verə bilmə­yə­cəyi gün­dən çə­kinin. Hə­qiqə­tən, Allahın və­di haqdır. Qoy bu fani dün­ya sizi çaşdırma­sın, hiylə­gər şeytan da sizi Alla­hın əza­bından arxayınlaşdırıb tov­la­ma­sın

[34] Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır

əs-Səcdə

Surah 32

[1] Əlif. Ləm. Mim

[2] Şübhə yoxdur ki, bu Ki­tabı aləm­lərin Rəbbi olan Allah nazil et­mişdir

[3] Yoxsa onlar: “Muhəmməd bunu özün­­dən uy­­durmuş­dur!”– de­yirlər. Xeyr, o, Rəb­bin­dən nazil olan bir haqdır ki, sən­dən öncə xə­bərdar edən peyğəmbər gəl­mə­­miş bir xalqı xə­bər­dar edə­sən. Bəlkə də, on­lar doğru yola yönələlər

[4] Göyləri, yeri və onların arasın­da­kıları altı gündə yara­dan, son­ra da Ər­şə ucalan Allah­dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaət­çiniz var. Məgər düşünüb ibrət götür­mə­yə­cək­si­niz

[5] O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız il­lərdən min ilə bərabər olan bir gündə Ona doğ­ru yüksəlir

[6] Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur

[7] Hansı ki, yaratdığı hər şe­yi gözəl biçimdə yaratmış, in­sanı ilk ola­raq pal­çıqdan xəlq etmiş

[8] sonra onun nəslini bir damla də­yərsiz sudan əmələ gətirmiş

[9] sonra onu düzəldib müəy­yən şəklə salmış və ona Öz ru­hun­dan üfürmüş, sizə qulaq­lar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz

[10] Onlar deyirlər: “Biz tor­pağın için­də yox olandan son­ra ye­ni­dən­mi yara­dı­lacağıq?” Doğ­rusu, onlar öz Rəbbi ilə qarşı­la­şa­caq­la­rını inkar edirlər

[11] De: “Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!”

[12] Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin

[13] Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək

[14] Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı

[15] Ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara xatır­la­narkən təkəb­bür göstərmədən səcdəyə qa­panır, Rəb­bi­nə həmd-səna ilə təriflər deyirlər

[16] Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər

[17] Etdikləri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­ri­nə se­vinc gəti­rə­cək nələr sax­landığını heç kəs bilmir

[18] Məgər möminlə fasiq ey­nidirmi? Onlar eyni ola bil­məz­lər

[19] İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Mə­va cən­nətlərində əbədi ziyafət gözləyir

[20] Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir

[21] Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar

[22] Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq

[23] Biz Musaya Kitab ver­mişdik. Sən onunla görüşə­cə­yinə şüb­hə etmə. Biz onu İsrail oğullarına doğru yol gös­tə­rən rəhbər et­miş­dik

[24] Səbir etdiklərinə və ayə­lərimizə yəqinliklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yolu göstərən rəh­bərlər təyin et­miş­dik

[25] Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər ba­rə­sin­də Qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­dir

[26] Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar

[27] Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər

[28] Onlar: “Əgər doğru da­nışanlar­dansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər

[29] De: “Hökm günü kafir­lərə iman­ları fayda verməyə­cək və on­lara möh­lət də veril­məyəcəkdir”

[30] Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da göz­lə­yir­lər

əl-Əhzab

Surah 33

[1] Ey Peyğəmbər! Allahdan qorx, ka­firlərə və münafiqlərə itaət et­mə. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hikmət sahibidir

[2] Rəbbindən sənə vəhy olu­nana tabe ol! Həqiqətən, Allah nə et­dik­lərinizdən xəbərdar­dır

[3] Allaha təvəkkül et! Alla­hın Qo­ru­yan olması sənə yetər

[4] Allah bir adamın daxilin­də iki ürək yaratmamışdır. Allah ana­ya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi ana­ları­nız et­mə­miş, oğulluğa gö­tür­dük­lə­ri­nizi də oğullarınız etmə­mişdir. Bun­lar si­zin dili­ni­zə gə­tirdi­yiniz yalan söz­lər­dir. Allah isə haqqı de­yir və doğ­ru yola yönəl­dir

[5] Oğulluğa götürdüyünüz uşaq­ları öz atalarının adları ilə ça­ğı­rın. Bu, Allah yanında da­ha əda­lət­li­dir. Atalarını ta­nı­ma­sa­nız, on­lar si­zin din qardaşla­rı­nız və yaxın­larınızdır. Səh­vən etdiyiniz əməl­lər­də sizə heç bir günah yox­dur. Lakin qəl­bini­zin qəsdlə etdiyi iş­lər­dən ötrü sizə günah var. Allah Bağış­la­yandır, Rəhm­lidir

[6] Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır

[7] Bir zaman Biz peyğəm­bərlərdən əhd almışdıq; səndən də, Nuh­dan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa­dan da! Biz onlar­dan möh­kəm bir əhd almışdıq

[8] Belə etmişik ki, Allah doğ­ru danışan­lardan doğruluq­ları ba­rə­də soruşsun, ka­fir­lər üçün isə ağrılı-acılı bir əzab ha­zırlasın

[9] Ey iman gətirənlər! Alla­hın sizə gös­tərdiyi iltifatını xa­tır­la­yın. O za­man ki, düşmən or­dusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üs­tü­nə külək və görmədiyiniz qo­şunlar gön­dər­miş­dik. Allah si­zin nə etdiyinizi görür

[10] O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfi­niz­dən üs­tü­nüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bə­rəlmiş, ürəklər xirt­dəyə çatmış və siz də Allah barəsində zənnə qapıl­mış­dınız

[11] Orada möminlər imta­hana çəkil­miş və güclü sarsın­tıya mə­ruz qalmış­dılar

[12] O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bi­zə ancaq ya­lan vəd vermişdir”– deyir­di­lər

[13] Onlardan bir dəstə de­miş­di: “Ey Yəsrib əhli! Siz mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Geri qayıdın!” İçərilərin­dən bir qismi isə: “Ev­lərimiz nəzarətsiz qalıb”– deyərək Pey­ğəmbərdən izin istə­yir­di. Hal­buki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq is­tə­yir­di­lər

[14] Əgər Mədinənin hər tə­rəfindən üst­lərinə hücum edil­səydi, son­ra da on­lardan fitnə törətmək (imandan dön­mək) tələb olun­say­dı, onu mütləq edər və cüzi şey istisna olmaq­la bunda ləngi­məz­dilər

[15] Baxmayaraq ki, onlar bun­dan əv­vəl cihaddan boyun qa­çır­ma­yacaqlarına dair Allaha söz vermişdilər. Onlar Alla­ha ver­dik­lə­ri sözə görə sorğu-sual olu­nacaqlar

[16] De: “Əgər ölməkdən və ya öldü­rülməkdən qaçırsı­nız­sa, bu qaçmağın sizə əsla faydası olmaz. Belə olduğu təq­dirdə siz an­caq əcəliniz çatana qədər çox az bir müddət ər­zin­də gün-gü­zə­ran gö­rəcəksiniz”

[17] De: “Əgər Allah sizə bir pislik et­mək istəyərsə, sizi On­dan kim qoruya bi­lər? Ya da si­zə bir yaxşılıq etmək is­tə­sə, Ona kim ma­ne ola bilər?” On­lar öz­lə­ri üçün Allahdan başqa nə bir hi­ma­yə­çi, nə də bir yar­dımçı tapa bilər­lər

[18] Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qar­daş­larına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar na­dir hallarda dö­yü­şə qatılırlar

[19] Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldik­də, ölüm ayağında bayılan adam kimi, dönüb sənə bax­dıq­larını gö­rür­sən. Qorxu keçib getdik­də isə qənimətdə xəsislik edib acı dil­lə­ri ilə səni sancırlar. On­lar iman gətir­məmiş­lər. Allah da onların əməl­lərini puç et­miş­dir. Bu, Allah üçün asan­dır

[20] Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər

[21] Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir

[22] Möminlər müttəfiqləri (düşmən dəstələrini) gör­dükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söy­lə­miş­lər!”– dedilər. Bu on­ların yal­nız imanını və itaətini artırdı

[23] Möminlərin içərisində Alla­ha et­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlardan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər

[24] Bu ona görədir ki, Allah doğru da­nışanları doğruluqla­rına gö­rə mükafat­lan­dırsın, mü­na­fiqlərə də ya istəsə əzab versin, ya da on­ların tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir

[25] Allah kafirləri qəzəbli ol­duqları halda geri qaytardı və onlar heç bir xeyrə nail ol­ma­dılar. Döyüşdə Allah mö­min­lərə kifayət et­di. Allah Qüv­vət­li­dir, Qüdrətlidir

[26] Allah Kitab əhlindən müt­təfiqlərə yardım edənləri öz qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz on­la­rın bir qis­mi­ni öldürür, bir qis­mi­ni də əsir götürürdünüz

[27] Allah sizi onların yerlə­rinə, yurd­larına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir

[28] Ey Peyğəmbər! Zövcə­lərinə de: “Əgər siz dünya hə­yatını və onun bər­bəzəyini is­təyirsinizsə, gəlin sizi dünya ma­lıyla məmnun edib gö­zəl tərzdə sər­bəst buraxım

[29] Yox, əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu is­tə­yir­si­niz­sə, bilin ki, Allah ara­nızdan yaxşı işlər görənlər üçün böyük bir mü­ka­fat hazırla­mış­dır”

[30] Ey Peyğəmbərin zövcə­ləri! Siz­lərdən hər kim açıq-aş­kar bir çir­kin iş görsə, onun əza­bı ikiqat artar. Bu, Allah üçün asandır

[31] Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq

[32] Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın

[33] Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir

[34] Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah Lütf­kardır, hər şeydən Xəbərdar­dır

[35] Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır

[36] Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür

[37] Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­

[38] Allahın Peyğəmbərə ha­lal buyur­duğu bir şeydə ona heç bir gü­nah gəl­məz. Öncə gə­lib-gedənlər haqqında da Alla­hın qayda-qa­nunu belə idi. Alla­hın əmri əzəldən müəyyən edil­miş bir hökm­dür

[39] Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər

[40] Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir

[41] Ey iman gətirənlər! Alla­hı çox-çox yada salın

[42] Səhər-axşam Onun şəni­nə təriflər deyin

[43] Sizi zülmətlərdən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yir­lər. Allah mö­min­lərə qarşı Rəhm­lidir

[44] Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır

[45] Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik

[46] Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik

[47] Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır

[48] Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir

[49] Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın

[50] Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir

[51] Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, is­tədiyini də öz yanına ala bilərsən. Özün­­dən ayır­dıq­la­rın­dan hansı birini ye­nidən öz yanına almaq istə­sən sə­nə heç bir gü­nah olmaz. Bu, onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir. Allah qəl­­bi­nizdə olan­ları bilir. Allah hər şeyi bi­lən­dir, həlimdir

[52] Bundan sonra başqa qa­dınlarla evlənmək, gö­zəllikləri səni hey­ran etsə də, onları baş­qa qadınlarla dəyişmək sənə halal de­yil­dir. Sahib olduğun ca­ri­yələr isə istisnadır. Allah hər şeyə nə­zarət edən­dir

[53] Ey iman gətirənlər! Sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib ye­məyin hazırlan­masını da gözləməyin. Lakin dəvət olun­duqda gi­rin və ye­mək yedik­dən sonra bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Pey­ğəmbəri narahat edir və o sizdən uta­nır. Allah isə sözün açığını sizə bəyan et­mək­dən utanmır. Pey­ğəm­bə­rin zöv­cələ­rin­dən bir şey is­tədik­də, pərdə arxasından istəyin. Bu həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Sizə Allahın El­çisini na­razı salmaq, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yolve­ril­məz­dir. Hə­qi­qə­tən, bu, Allah ya­nında böyük günahdır

[54] Bir şeyi aşkara çı­xarsanız da, gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir

[55] Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacı­la­rı­nın oğulları, müsəlman qadınların, sa­hib ol­duq­ları kə­niz­ləri ya­nında hicab geyməmələrində heç bir günah yox­dur. Ey qa­dın­lar, Allahdan qorxun! Şüb­həsiz ki, Allah hər şeyə şa­hid­dir

[56] Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın

[57] Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dün­yada, həm də Axi­rətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırla­mış­dır

[58] Mömin kişiləri və mö­min qadın­ları etmədikləri bir işdən öt­rü günah­landıranlar, sözsüz ki, öz üzərlərinə böh­tanla bəra­bər açıq-aydın ağır bir günah gö­türmüşlər

[59] Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qa­dın­la­rına de ki, naməhrəm ya­nında çarşabları ilə örtün­sün­lər. Bu on­la­rın tanınması və on­lara əziyyət verilməməsi üçün daha müna­sib­dir. Allah Bağış­layandır, Rəhmlidir

[60] Əgər münafiqlər, qəlbi xəs­tə olan­lar və şəhərdə pis şa­yiələr ya­yan­lar öz ya­ra­maz əməllərinə son qoy­ma­sa­lar, səni onlara qar­şı çıx­mağa çağı­ra­rıq. Son­ra onlar orada ar­tıq səninlə an­caq qısa bir müd­dət ərzində qonşu­luq edər və

[61] lənətlənmiş halda qalar­lar. Harada ələ keçsələr, yaxa­la­nıb aman­sızcasına öl­dürü­lər­lər

[62] Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunla­rında heç bir dəyişiklik tapa bil­məzsən

[63] Camaat sənə o Saat (Qiyamət günü) ba­rə­də sual verir. De: “Onu yal­nız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaş­mışdır

[64] Həqiqətən, Allah kafir­lə­ri lənət­ləmiş və onlar üçün yan­dırıb-ya­xan Od hazırla­mışdır

[65] Onlar orada əbədi qala­caq, özlə­ri­nə nə bir himayəçi, nə də bir yardımçı tapa bil­mə­yəcəklər

[66] Üzləri odda o yan-bu ya­na dön­dəriləcəyi gün onlar de­yə­cək­lər: “Kaş biz Allaha iba­dət edəydik, Onun Elçi­si­nə ita­ətkar olay­dıq!”

[67] Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və bö­yük­ləri­mizə ita­ət etdik, on­lar da bizi haqq yoldan az­dır­dılar

[68] Ey Rəbbimiz! Onları iki­qat əziy­yətə sal və onları müd­hiş bir lə­nətə mə­ruz qoy!”

[69] Ey iman gətirənlər! Mu­sanı in­ci­dən şəxslərə oxşama­yın. Allah onu on­ların dedik­lə­rindən təmizə çıxartdı. O, Alla­hın ya­nın­da çox ehti­ram edi­lən şəxsdir

[70] Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nı­şın ki

[71] O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­la­sın. Kim Allaha və Onun El­çi­sinə itaət etsə, böyük bir uğur qa­zanar

[72] Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. Lakin insan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir

[73] Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları, müş­rik kişiləri və müşrik qa­dınları cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Bağış­la­yandır, Rəhmlidir

Səba

Surah 34

[1] Həmd, göylərdəkilərin və yer­də­kilərin ha­mısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsus­dur. O, Hikmət sahibidir, Xə­bərdardır

[2] O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, ora­ya qal­xanı da bilir. O, Rəhm­lidir, Bağışlayandır

[3] Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”

[4] Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görən­ləri mü­ka­fat­landırsın. Məhz on­lar üçün bağış­lan­ma və bollu­ca ruzi var­dır

[5] Ayələrimizi qüvvədən sal­mağa cəhd göstərənləri isə ən pis, ağ­rılı-acılı əzab gözləyir

[6] Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər

[7] Kafirlər dedilər: “Çürü­yüb parça-parça olduqdan sonra ye­ni­dən yara­dı­lacağınızı xəbər verən bir kişini sizə gös­tə­rək­mi

[8] Əcəba, o, Allahın əleyhi­nə yalanmı quraşdırır, bəlkə on­da di­va­nəlik var?” Xeyr! Axi­rətə inanmayanlar əzaba dü­çar ola­caq, də­rin bir azğınlıq içində qa­la­caqlar

[9] Məgər onlar göydə və yer­də qar­şı­larına və arxalarına bax­mır­larmı? Əgər istəsək, on­ları yerə batırar və yaxud gö­yün bir par­çasını onların ba­şına en­di­rərik. Şübhəsiz ki, bunda töv­bə edib Alla­­ha qayı­dan hər bir qul üçün ibrət vardır

[10] Biz Davuda Özümüz­dən bir lütf bəxş etdik və buyur­duq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər de­yin!” Biz dəmi­ri onun üçün yumşaltdıq

[11] Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları to­xu­duq­da ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm”

[12] Səhər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi. On­lardan hər kim, Süleymana itaət et­mə­yib əm­rimizdən çıxır­dısa, onu Cə­hən­nəm oduna düçar edir­dik

[13] Cinlər onun üçün istə­diyi qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qa­zan­lar dü­zəl­dir­di­lər. Ey Davud nəsli! Bu ne­mətlərə şükür edin! Qullarımdan şükür edə­n azdır

[14] Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar

[15] Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağda, digə­ri də sol­da olan iki bağça var idi. Onlara: “Rəbbinizin ru­zi­sin­dən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışla­yan Rəbb!”– de­yil­miş­di

[16] Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik

[17] Nankorluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nan­kordan başqasını cəza­landırarıqmı

[18] Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz məmləkətlər ara­sın­da ay­dın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada ge­diş-gəliş ya­rat­mışdıq. “Ora­lar­da ge­cələr və gündüzlər ar­xa­yın gəzib dola­şın!”– de­­miş­dik

[19] Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar

[20] İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalanları ona tabe oldular

[21] Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz an­caq axirətə ina­nanla ona şəkk gətirən kimsələri ayırd et­mək üçün şeytana belə bir für­sət verdik. Sənin Rəbbin hər şe­yi mü­ha­fi­zə edəndir

[22] De: “Allahdan başqa mə­bud say­dıqlarınızı çağırın”. On­lar nə göy­lərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şə­rikliyi yox­dur və on­lar­dan Alla­ha yardımçı olanı da yoxdur

[23] Onun qarşısında, izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Nəhayət, mələklərin qəlbin­dən qorxu ke­çib get­dikdə onlar: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, di­gər­lə­ri isə: “Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!”– deyə cavab verərlər

[24] De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”

[25] De: “Siz bizim etdiyimiz günah­la­ra görə sorğu-sual edil­mə­yə­cəksiniz, biz də sizin et­diklərinizə görə sorğu-sual edil­mə­yə­cə­yik”

[26] De: “Rəbbimiz hamımızı bir ara­ya cəmləşdirib sonra da ara­­mızda əda­lətlə hökm verə­cək. O, ən ədalətli Hakim­dir, Bi­lən­dir”

[27] De: “Ona qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr! O, Qüd­rətli, Müdrik Allahdır!”

[28] Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir

[29] Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər

[30] De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yu­bada, nə də tez­ləş­dirə bilərsiniz”

[31] Kafirlər dedilər: “Biz nə bu Qu­rana, nə də bundan əv­vəl­ki­lə­rə əs­la inanmaya­cağıq!” Kaş sən o zalımları öz Rəbbi­nin hü­zu­run­da sax­lanılıb bir-bi­ri­nə söz qaytardıqları anda görəydin. Zə­if­lər, özlərini yüksək tutan­lara deyəcəklər: “Əgər siz ol­ma­saydınız, biz iman gəti­rər­dik”

[32] Özlərini yüksək tutan­lar da zəiflərə belə de­yə­cək­lər: “Si­zə doğ­ru yol gös­tə­ri­cisi gəldikdən sonra sizi on­dan bizmi ya­yın­dırdıq? Xeyr, siz özünüz günahkar idiniz”

[33] Zəiflər özlərini yüksək tutan­lara deyəcəklər: “Xeyr! İşi­niz gecə-gün­düz hiy­lə qurmaq idi. Siz bizə Allahı in­kar etməyi və Ona şəriklər qoş­mağı əmr edirdiniz”. Onlar əzabı gör­dük­də peş­­mançılıq hissini gizlə­dərlər. Kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar ancaq etdikləri əməllərə görə cəza­lan­dırılarlar

[34] Biz hansı bir məmləkətə xəbər­darlıq edən peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sakinləri ona sa­dəcə ola­raq: “Biz sizinlə gön­də­ri­lənləri inkar edirik!”– dedilər

[35] Onlar: “Bizim mal-döv­lətimiz də, övladlarımız da da­ha çox­dur və bizə əzab veril­mə­yəcək”– dedilər

[36] De: “Həqiqətən, Rəbbim istə­di­yi­nin ruzisini bol edər, istə­di­yi­ninkini də azaldar. Lakin insanların çoxu bunu bil­mir”

[37] Sizi bizə yaxınlaşdıra bi­ləcək nə var-dövlətiniz, nə də oğul-uşa­ğınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər is­tis­nadır. Məhz onların müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq və onlar Cən­nət­dəki mənzillərində asudə yaşa­yacaqlar

[38] Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba gi­riftar edi­ləcəklər

[39] De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, is­tədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər. O, ruzi verən­lərin ən yaxşısıdır!”

[40] O gün Allah onların ha­mısını toplayacaq, sonra da mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar si­zəmi ibadət edirdilər?”

[41] Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Xeyr, onlar cinlərə iba­dət edir­dilər. Ək­səriyyəti də məhz on­lara iman gətirmişdi”

[42] Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bi­lər­si­niz. Biz za­lımlara: “Da­dın yalan saydığınız Cə­hən­nəm əzabını!”– de­yəcəyik

[43] Ayələrimiz onlara açıq-aydın oxun­­duğu zaman: “Bu ancaq si­zi ata­la­rınızın ibadət et­diklərindən dön­dər­mək istə­yən bir adam­­dır!”– deyərlər. On­lar: “Bu, uydurulmuş yalan­dan başqa bir şey de­yil­!”– de­yər­lər. Ka­firlərə haqq gəl­dikdə onun ba­rəsində: “Bu yal­nız açıq-aydın bir sehrdir!”– deyərlər

[44] Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab ver­mə­miş­dik və sən­dən əvvəl də onlara bir xə­bərdarlıq edən gön­dər­məmişdik

[45] Onlardan əvvəlkilər də el­çiləri­mi­zi yalançı hesab et­miş­dilər. Müş­riklər onlara ver­dik­lərimizin onda birini belə əldə etməmişlər. La­kin onlar Mə­nim el­çilərimi yalançı say­dılar. Görəy­din, Mə­nim on­ları həlak etməyim necə oldu

[46] De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir”

[47] De: “Mən sizdən bir haqq istə­mi­şəmsə, onu sizin üçün is­tə­mi­şəm. Mə­nim haqqım an­caq Allahdan olacaq. O, hər şeyə Şa­hid­dir”

[48] De: “Rəbbim haqqı en­dirir. O, qeybləri biləndir”

[49] De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xa­rar, nə də onu qaytara bilər”

[50] De: “Əgər mən haqq yol­dan çıx­sam, öz əleyhimə çıx­mış ola­ram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəb­bimin mənə nazil et­diyi vəhyə görə­dir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”

[51] Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər

[52] Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər

[53] Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər

[54] Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər

əl-Fatir

Surah 35

[1] Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir

[2] Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir

[3] Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz

[4] Əgər onlar səni yalançı he­sab et­sələr, bil ki, səndən əv­vəl də el­çilər ya­lançı hesab olun­muşdu. Bütün işlər an­caq Alla­ha qay­ta­rı­la­­caqdır

[5] Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dün­ya sizi al­datmasın, tovlayan şeytan da sizi yol­dan çıxartmasın

[6] Şübhəsiz ki, şeytan sizin düşmə­ni­nizdir, siz də onu düş­mən sa­yın. O öz tərəf­darlarını Od sakini olmağa ça­ğırır

[7] Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gəti­rib yax­şı işlər gö­rən­lər üçün isə bağışlanma və böyük bir mü­kafat ha­zır­lanmışdır

[8] Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir

[9] Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz on­ları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla can­landırı­rıq. Ölülərin dirildilməsi də belə olacaqdır

[10] Kim qüdrət sahibi olmaq istəsə, bil­sin ki, qüdrət bütün­lüklə an­caq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu ucal­dan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edən­ləri şid­dət­li bir əzab göz­ləyir. Onların qur­duq­ları hiylə­lər də boşa çı­xa­caq­dır

[11] Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır

[12] İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür

[13] O, gecəni gündüzə, gün­düzü də gecəyə qatır. O, gü­nə­şi və ayı ram et­mişdir. Onların hər biri müəyyən olun­muş vax­tadək hə­rə­kət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onun­dur. Sizin On­dan başqa yalvar­dıqla­rı­nız xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər

[14] Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz

[15] Ey insanlar! Siz Allaha möh­tacsı­nız. Allah isə Zəngin­dir, Tə­ri­fə­layiqdir

[16] Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gəti­rər

[17] Bu, Allah üçün çətin de­yil

[18] Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yü­kü­nü daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, o yük­dən heç nə da­şın­maz. Sən an­caq Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və na­maz qılanları xəbərdar edir­sən. Kim günah­lardan tə­miz­lə­nir­sə, öz xe­yri­nə təmiz­lənmiş olur. Qa­yı­dış də ancaq Allahadır

[19] Kor ilə görən eyni de­yil­

[20] zülmətlərlə nur da

[21] kölgə ilə bürkü də eyni deyil

[22] Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən

[23] Sən ancaq qorxudub xə­bərdar edənsən

[24] Həqiqətən, Biz səni haq­la müjdə verən və xə­bər­dar edən ola­raq gön­dər­dik. Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın

[25] Əgər onlar səni yalançı hesab et­sələr, bil ki, onlardan əv­vəl­ki­lər də elçi­ləri yalançı he­sab etmişdilər. Halbuki elçi­ləri onlara ay­dın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər

[26] Sonra Mən haqqı inkar edənləri ya­xaladım. Görəydin Mənim on­ları həlak etmə­yim necə oldu

[27] Məgər Allahın göydən yağmur endirdiyini və onunla müx­tə­lif rəngli meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi? Dağ­larda da müx­təlif rəngli – ağ, qır­mızı və tünd qara cı­ğır­lar əmələ gə­tirdik

[28] İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəng­li olan­ları vardır. Allahdan Öz qulları ara­sın­da ancaq alimlər qor­xarlar. Həqi­qətən, Allah Qüdrətlidir, Ba­ğış­layandır

[29] Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki

[30] Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın. Hə­qiqətən, O, Bağış­la­yandır, şü­kürün əvə­zini verəndir

[31] Sənə vəhy etdiyimiz Ki­tab, özün­dən əvvəlkiləri təs­diq­ləyici ki­mi gələn haqdır. Hə­qi­qətən, Allah Öz qulların­dan Xə­bərdardır, Gö­rəndir

[32] Sonra, Kitabı qullarımız içəri­sin­dən seçdiklərimizə mi­ras et­dik. Onlar­dan kimisi özü­nə zülm edər, kimisi or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə yax­şı işlərdə öndə gedər. Bö­yük lütf də bu­dur

[33] Onlar Ədn cən­nətlərinə da­xil ola­caq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır

[34] Onlar deyəcəklər: “Qəm-qüssəni biz­dən uzaq edən Alla­ha həmd ol­sun! Həqiqətən, Rəb­bi­miz Bağışlayandır, şü­kürün əvə­zini ve­rəndir

[35] Öz lütfü ilə bizi əbədi iqa­mət­gahda yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verəcək, nə də bir üz­gün­lük to­xu­na­caq­dır!”

[36] Kafirləri isə Cəhənnəm odu göz­ləyir. Orada nə öldü­rül­məz­lər ki, ölüb canları qur­tarsın, nə də bu odun əzabı on­lar üçün yün­gül­ləşdi­rilər. Biz hər bir kafiri belə cəza­lan­dı­rı­rıq

[37] Onlar orada fəryad qo­parıb yal­varacaqlar: “Ey Rəb­bimiz! Bi­zi buradan çıxart ki, əv­vəllər etdiyimiz əməlləri de­yil, yaxşı əməl­lər edək”. On­lara de­yilə­cək: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünə bilə­cə­yi qədər uzun ömür ver­mə­dik­mi? Sizə qorxudub xə­bər­dar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kö­­mək edən olmaz”

[38] Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. O, köks­lərdə olanları da bilir

[39] Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz

[40] De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər

[41] Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub sax­layır. Əgər tərpənsə­lər, Ondan başqa onları heç kəs tutub sax­la­ya bilməz. Həqi­qə­tən də, O, Həlimdir, Bağışla­yandır

[42] Onlar Allaha çox möh­kəm and içdilər ki, özlərinə qorxudan bir pey­ğəm­bər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda ola­caq­lar. Onlara qor­xu­dan peyğəmbər gəldikdə isə bu, onların an­caq nifrətini artırdı

[43] Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən

[44] Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? On­lar ki bun­lardan da­ha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola bi­ləcək heç bir şey yoxdur. Həqi­qə­tən, O, hər şeyi bi­ləndir, hər şeyə Qa­dir­dir

[45] Əgər Allah insanları et­dikləri gü­nahlara görə dərhal cə­za­lan­dır­saydı, yer üzündə bir canlını belə sağ burax­maz­dı. Lakin Allah onla­ra müəyyən vaxta­dək möhlət verir. Vaxt­ları çatanda isə hər kəsə öz əmə­linə görə cəza, yaxud mükafat ve­rə­cəkdir. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür

Ya Sin

Surah 36

[1] Ya. Sin

[2] And olsun hikmətli Qu­ra­na

[3] Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən

[4] doğru yoldasan

[5] Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki

[6] ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən

[7] Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər

[8] Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır

[9] Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər

[10] Sən onları qorxutsan da, qor­xut­masan da, onlar üçün ey­ni­dir, iman gə­tirməyəcəklər

[11] Sən ancaq Zikrə tabe olub Mərhə­mətli Allahı görmədən On­dan çəkinən şəxsi qorxuda bi­lər­sən. Beləsini bağış­lanma və çox gö­zəl bir mükafatla müj­də­lə

[12] Həqiqətən, ölüləri diril­dən, onla­rın bu dünyada törət­dik­lə­ri­ni və tərk et­diklə­rini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın Yazıda (Löv­hi-məh­fuz­da) qey­də al­mışıq

[13] Sən onlara o zaman el­çi­lər gəl­miş şəhər sakinlərini mi­sal çək

[14] O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər

[15] Onlar dedilər: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız. Mər­həmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz an­caq yalan da­nışır­sınız”

[16] Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik

[17] Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”

[18] Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”

[19] Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”

[20] Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay ca­ma­at! Elçilərin ardınca gedin

[21] Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin

[22] Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim

[23] Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər

[24] Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram

[25] Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”

[26] Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki

[27] Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”

[28] Biz ondan sonra xalqı­nın üstünə göydən heç bir qoşun göndər­mədik və heç göndərən də deyildik

[29] Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar bir­dən sö­­nüb get­di­lər

[30] Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona is­­tehza et­məsinlər

[31] Məgər onlar özlərindən əvvəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­mizi və on­ların bir daha geriyə – bunların ya­nı­na qayıt­madığını gör­mürlərmi

[32] Hamısı bir yerdə Bizim hüzuru­muza gətiriləcəklər

[33] Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər

[34] Biz orada xurma bağları və üzüm­lüklər yaratdıq, bulaq­lar qay­na­dıb çı­xartdıq ki

[35] onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən ye­sin­lər. Bəs onlar şükür etmə­yə­cəklərmi

[36] Yerin bitirdiklərindən, in­sanların öz­lərindən və bilmə­dik­lə­rin­dən bütün cüt­ləri ya­ra­dan Allah pakdır, müqəd­dəs­dir

[37] Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayı­rıb çı­xaran kimi onlar zül­mət içində qalırlar

[38] Günəş də özünün qaldı­ğı yerə axıb gedir. Bu, Qüdrət­li, Bi­lən Allahın əzəli hökmüdür

[39] Ay üçün də mənzillər mü­əyyən etmişik. Nəhayət, o təd­ricən dö­nüb xur­ma ağacının qu­rumuş budağı kimi əyri olur

[40] Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. On­ların hər biri öz orbiti ilə üzüb gedir

[41] Onların nəslini yüklü gə­midə da­şımağımız da onlar üçün bir dəlildir

[42] Biz onlar üçün buna bən­zər daha neçə-neçə minik vasi­təsi ya­ratdıq

[43] Əgər istəsək, onları suya qərq edə­rik. Onda nə onların im­da­dına çatan olar, nə də on­lar xilas ola bilərlər

[44] Yalnız Bizim onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək, gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır

[45] Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər

[46] Onlara öz Rəbbinin ayə­lərindən elə bir ayə gəlmir ki, ondan üz döndər­məsinlər

[47] Onlara: “Allahın sizə ver­diyi ruzi­dən sərf edin!”– de­yil­dik­də, ka­firlər mö­minlərə de­yir­lər: “Allahın istədiyi təq­dir­də ye­dir­də­cəyi kim­səni bizmi ye­dir­dəcəyik? Siz ancaq açıq-aydın azğınlıq için­dəsiniz”

[48] Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yə soruşur­lar

[49] Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlə­rini ya­xa­la­yacaq bir tük­ür­pə­dici səsi gözləyirlər

[50] Onlar nə bir vəsiyyət et­məyə qa­dir olacaq, nə də ailə­lə­rinin ya­nına qayı­da bilə­cək­lər

[51] Sur ikinci dəfə üfürülən kimi on­lar dərhal qəbirlərdən çıxıb Rəb­binə tə­rəf axışacaqlar

[52] Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyirlərmiş”

[53] Bircə dəhşətli səs qopan kimi on­ların hamısı hüzuru­muza gə­tiri­ləcək­lər

[54] O gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə an­caq etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir

[55] Həqiqətən də, O gün Cənnət əhli nemətlər içində səfa sürər

[56] Onlar zövcələri ilə bir­likdə köl­gə­liklərdə taxtlara söy­kə­nə­cək­lər

[57] Orada onlar üçün mey­və­lər və is­tədikləri hər şey vardır

[58] Üstəlik Rəhmli Rəbb on­lara: “Sa­lam” deyəcək

[59] “Bu gün möminlərdən ay­rılın, ey günahkarlar

[60] Ey Adəm övladları! Mə­gər Mən si­zə buyurmadımmı ki, şey­tana ibadət etməyin, o si­zin açıq-aydın düş­məni­nizdir

[61] Mənə ibadət edin? Doğ­ru yol bu­dur

[62] Artıq şeytan içərinizdən bir çox­larını yoldan çıxart­mış­dır. Mə­gər dərk etmirdiniz

[63] Bu, sizə vəd edilmiş Cə­hənnəm­dir

[64] Kafir olduğunuza görə bu gün orada yanın!”

[65] Bu gün onların ağızla­rı­na möhür vurarıq. Qazandıq­ları gü­nah­lar barə­sin­də onların əlləri Bizimlə danışar, ayaq­ları da şəhadət ve­rər

[66] Əgər istəsəydik, onların gözlə­ri­ni kor edərdik və onda on­lar düz yolla getməyə çalı­şar­dılar. Amma necə görə bi­lər­di­lər

[67] Əgər istəsəydik, onları yerlərin­də­cə elə eybəcər hala sa­lar­dıq ki, nə irə­li gedə, nə də geri qayıda bilərdilər

[68] Kimə uzun ömür veri­riksə, onu xilqətcə tərsinə çevi­ririk. Mə­gər başa düşmürlər

[69] Biz Muhəmmədə şeir öy­rət­mədik, bu ona heç ya­raşmaz da. Bu an­caq öyüd-nəsihət və aydın Qurandır ki

[70] diri olanları qorxutsun və ka­fir­lər barəsindəki söz ger­çək­ləş­sin

[71] Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib ol­duq­la­rı mal-qa­ranı Öz əlləri­miz­lə yaratmışıq

[72] Yaratdıqlarımızı öz isti­fadələrinə verdik ki, bəzilərin­dən mi­nik kimi ya­rarlansınlar və bəzilərini də yesinlər

[73] Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi

[74] Bir çarə tapmaları üçün müşrik­lər Allahdan başqa mə­bud­lar qəbul et­di­lər

[75] Amma məbudlar onlara heç bir kö­mək edə bilməzlər. Hər­çənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir

[76] Onların sözü səni kə­dər­ləndir­mə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkar etdiklərini bilirik

[77] Məgər insan onu nütfə­dən yarat­dı­ğımızı görmür? Bu­dur, o in­di açıq-aş­kar müba­hi­sə edir

[78] O Bizə bir məsəl çəkdi, lakin ya­ra­dılışını unutdu. O de­di: “Çü­rü­müş sü­mükləri kim dirildə bilər?”

[79] De: “Onları ilk dəfə ya­radan Allah Özü dirildə­cək­. O, hər bir məxlu­quna yaxşı bə­ləddir

[80] O sizin üçün yaşıl ağac­dan od əmələ gətirdi. Budur, siz indi on­dan od yandırır­sınız”

[81] Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq et­mək qüdrətinə malik olmaz­mı?! Şübhəsiz ki, O, Yara­dan­dır, Bi­lən­dir

[82] Bir şeyi yaratmaq istə­dik­də ona təkcə: “Ol!” deyər, o da olar

[83] Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəs­dir. Siz ancaq Onun hüzuruna qaytarı­la­caq­sınız

əs-Saffat

Surah 37

[1] And olsun göylərdə və yer­də səf-səf duranlara

[2] imansızları qətiyyətlə qo­vanlara

[3] və Zikri oxuyanlara

[4] Həqiqətən, sizin məbu­du­nuz Tək­dir

[5] O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir

[6] Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik

[7] və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik

[8] Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar

[9] və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir

[10] Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər

[11] Kafirlərdən soruş ki, on­la­rı ya­rat­maq çətindir, yoxsa Bi­zim baş­qa ya­rat­dıqlarımızı? Biz ki onları yapışqan kimi palçıq­dan ya­rat­dıq

[12] Sən onlara təəccüb edir­sən, onlar isə səni ələ salırlar

[13] Onlara xatırlatdıqda dü­şü­nüb ib­rət almırlar

[14] Bir möcüzə gördükdə isə ona is­tehza edir

[15] və deyirlər: “Bu ancaq açıq-ay­dın bir sehrdir

[16] Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildik­dən son­ra diril­di­ləcəyikmi

[17] Ya da atalarımızmı di­ril­diləcəklər?”

[18] De: “Bəli, özü də, zəlil günə qal­mış olduğunuz halda di­ril­di­lə­cək­siniz”

[19] Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib gör­mə­yə baş­la­yacaqlar

[20] Günahkarlar deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür!”

[21] Onlara deyiləcək: “Bu, ya­lan say­dı­ğınız fərqləndirmə gü­nü­dür!”

[22] Mələklərə belə əmr olu­na­caq: “Top­layın bir yerə za­lım­la­rı, on­la­rın yol­daş­larını və iba­dət etdiklərini –

[23] Allahdan başqa. Onları Cəhən­nəm yoluna yönəldin

[24] Onları dayandırın, çün­ki onlar sor­ğu-sual olunacaq­lar”

[25] Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?”

[26] Bəli, onlar bu gün baş əyəcəklər

[27] Onlar bir-birinə üz tutub soru­şa­caqlar

[28] Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz”

[29] Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz

[30] Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz

[31] Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq

[32] Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik”

[33] Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar

[34] Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik

[35] Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir

[36] və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?”

[37] Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di

[38] Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız

[39] Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız

[40] Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır

[41] Məhz onlar üçün müəy­yən bir ruzi vardır –

[42] Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək –

[43] Nəim cən­nətlərində

[44] Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar

[45] Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­

[46] Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab

[47] O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar

[48] Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­

[49] Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər

[50] Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar

[51] Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi

[52] O deyirdi: “Sən də ina­nanlar­dan­san

[53] Məgər biz öldükdən, tor­pağa çev­rilib sür-sümük ol­duq­dan son­ra haqq-hesaba çəkilib cəzalandı­rıla­cağıq?”

[54] O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?”

[55] O boylanıb yoldaşını Cə­hən­nə­min ortasında görəcək

[56] və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edə­cək­din

[57] Əgər Rəbbimin lütfü ol­masaydı, mən də Cəhənnəmə gə­ti­ri­lən­lər­dən olar­dım

[58] Doğrudanmı biz bir da­ha ölmə­yəcəyik –

[59] ilk ölümümüzdən başqa? Doğru­danmı biz heç vaxt əza­ba dü­çar olma­ya­­cağıq?”

[60] Həqiqətən, bu, böyük uğurdur

[61] Qoy çalışanlar bunun üçün ça­lış­sınlar

[62] Ziyafət üçün bu yaxşı­dır, yoxsa zəqqum ağacı

[63] Biz onu zalımlar üçün bir sınaq etdik

[64] O, Cəhənnəmin lap di­bindən bi­tib çıxan bir ağacdır

[65] Onun meyvəsi şeytanla­rın baş­la­rı kimidir

[66] Günahkarlar ondan ye­yib qarın­ları­nı dolduracaqlar

[67] Sonra da üstündən onla­rı qaynar su ilə qatışdırılmış bir içki göz­ləyir

[68] Sonra onlar mütləq Cə­hənnəmə qaytarılacaqlar

[69] Həqiqətən, onlar ata-ba­balarını az­mış gördülər

[70] özləri də tez-tələsik on­la­rın izini tutub getdilər

[71] Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düş­müşdü

[72] Artıq Biz onlara xəbərdar edən peyğəm­bərlər göndərmişdik

[73] Bax gör xəbərdar edi­lən­lərin aqi­bəti necə oldu

[74] Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

[75] Nuh Bizə yalvarıb ya­xar­dı. Biz çağırışa necə də gözəl ca­vab ve­­rənik

[76] Biz onu və ailəsini bö­yük sıxın­tı­dan qurtardıq

[77] Təkcə onun nəslini qo­ru­yub sax­ladıq

[78] Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq

[79] aləmlər içərisində Nuha salam olsun

[80] Həqiqətən, Biz yaxşı iş gö­rənləri belə mükafatlan­dı­rı­rıq

[81] Həqiqətən, o Bizim mö­min qulla­rımızdandır

[82] Sonra o birilərini suya qərq et­dik

[83] Həqiqətən, İbrahim onun ardıcıl­larından idi

[84] Bir zaman o, öz Rəbbi­nin yanına pak bir qəlblə gəldi

[85] Onda o, öz atasına və qöv­münə dedi: “Siz nəyə si­tayiş edir­si­­niz

[86] Allahı qoyub uydurma məbudla­rı­mı diləyirsiniz

[87] Aləmlərin Rəbbi barə­sin­də nə düşünürsünüz?”

[88] O, ulduzlara bir nəzər sa­laraq

[89] “Mən xəstəyəm!”– dedi

[90] Onlar ondan üz çevirib çıxıb get­di­lər

[91] O, xəlvətcə onların mə­budlarının yanına gəlib istehza ilə de­di: “Siz bu təam­ları ye­mir­siniz

[92] Sizə nə olub ki, danış­mır­sınız?”

[93] Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi

[94] Bütpərəstlər tələsik onun yanına gəldilər

[95] O dedi: “Siz yonub dü­zəltdiklə­ri­nizəmi sitayiş edir­siniz

[96] Axı sizi də, sizin düzəlt­dik­lərinizi də Allah yarat­mış­dır”

[97] Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu ora­da od­la­yın!”

[98] Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik

[99] O dedi: “Mən Rəbbimə doğru ge­di­rəm. O məni doğru yola yö­nəl­dəcək­”

[100] O dedi: “Ey Rəbbim! Mənə əmə­li­salehlərdən olan öv­lad bəxş et!”

[101] Biz də onu həlim xa­siy­yətli bir oğlan uşağı ilə müj­də­lədik

[102] O, böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çat­dıq­da İb­ra­­him dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə ye­tir. Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən”

[103] Hər ikisi Allahın əm­rinə tabe ol­duqları və İbrahim onu üzüs­tə yerə yıx­dığı zaman

[104] Biz onu çağırıb dedik: “Ey İbra­him

[105] Artıq sən yuxunu təs­diq etdin!” Biz yaxşı iş görənləri belə mü­ka­fat­lan­dırırıq

[106] Həqiqətən də, bu, açıq-aydın bir imtahandır

[107] Biz onun əvəzinə bö­yük bir qur­banlığı fidyə verdik

[108] Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq

[109] İbrahimə salam olsun

[110] Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlan­dırı­rıq

[111] Həqiqətən, o, Bizim mö­min qulla­rımızdandır

[112] Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müj­də verdik

[113] Biz ona və İshaqa bə­rə­kət ver­dik. Hər ikisinin nəs­lin­də yax­şı iş gö­rənləri də var, açıq-aydın özünə zülm edən­ləri də

[114] Biz Musa ilə Haruna da nemət bəxş etdik

[115] Onların hər ikisini və tayfa­la­rı­nı böyük sıxıntıdan qur­tar­dıq

[116] Onlara kömək göstər­dik və on­lar qa­lib gəldilər

[117] Hər ikisinə aydın bir Ki­tab ver­dik

[118] Hər ikisini də doğru yo­la yö­nəltdik

[119] Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­duq

[120] Musaya və Haruna sa­lam ol­sun

[121] Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq

[122] Həqiqətən, onların iki­si də Bi­zim mömin qullarımız­dan­dır

[123] Şübhəsiz ki, İlyas da el­çilər­dən­dir

[124] Bir zaman o öz qöv­mü­nə demişdi: “Məgər qorx­mur­su­nuz

[125] Siz yaradanların ən yax­şısını qo­yub niyə Bələ yal­va­rır­sınız –

[126] həm sizin Rəbbiniz, həm də əc­dadlarınızın Rəbbi olan Alla­hımı tərk edirsiniz?”

[127] Onlar onu yalançı say­dılar. Ona görə də hamısı Cə­hənnəmə gə­tiri­lə­cək­dir

[128] Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

[129] Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq

[130] İlyasinə salam olsun

[131] Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq

[132] Həqiqətən, o Bizim mö­min qul­larımızdandır

[133] Şübhəsiz ki, Lut da el­çi­lər­dən­dir

[134] Bir zaman Biz onu və bütün ai­ləsini xilas etdik

[135] Yalnız geridə qalanla­rın içində olan yaşlı bir qadın­dan baş­qa

[136] Sonra da o birilərini yer­li-dibli yox etdik

[137] Siz həm səhər çağı on­la­rın ya­nından keçirsiniz

[138] həm də axşam çağı. Mə­gər an­la­mırsınız

[139] Yunus da, həqiqətən, el­çilər­dən­dir

[140] Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaçdı

[141] Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan ol­du

[142] O, qınanmağa layiq ol­duqda ba­lıq onu uddu

[143] Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı

[144] balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı

[145] O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çıxartdıq

[146] Və üstünə kölgə salmaq üçün ­qabaq növündən iriyarpaqlı bir bitki bitirdik

[147] Biz onu yüz mindən də daha çox adama peyğəmbər gön­dər­dik

[148] Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik

[149] Kafirlərdən soruş: “Nə­yə görə qız­lar sənin Rəbbinin, oğ­lan­lar isə onların olmalıdır?”

[150] Yoxsa Biz mələkləri di­şi yarat­mı­şıq və onlar da buna şahid olub­lar

[151] Həqiqətən, onlar yalan uydu­rub deyirlər

[152] “Allah doğmuşdur”. Şüb­həsiz ki, onlar yalançıdırlar

[153] Məgər Allah qızları oğ­lanlardan üstünmü tutmuş­dur

[154] Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz

[155] Məgər düşünüb ibrət alma­ya­caqsınız

[156] Yoxsa sizin aydın bir dəliliniz vardır

[157] Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin

[158] Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər

[159] Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır

[160] Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

[161] Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

[162] heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz

[163] Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa

[164] Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır

[165] Həqiqətən, biz səf-səf dururuq

[166] Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik”

[167] Müşriklər deyirdilər

[168] “Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı

[169] biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq”

[170] Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər

[171] Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi

[172] “Həqiqətən, onlara kö­mək gös­tə­riləcək

[173] Bizim ordumuz mütləq qalib gələcək”

[174] Sən bir müddət onlar­dan üz çe­vir

[175] Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər

[176] Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər

[177] Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq

[178] Sən bir müddət onlar­dan üz çe­vir

[179] Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər

[180] Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır

[181] Elçilərə salam olsun

[182] Aləmlərin Rəbbi olan Allaha həmd olsun

Sad

Surah 38

[1] Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun

[2] Kafirlər təkəbbür və ni­faq için­də­dirlər

[3] Biz onlardan öncə də ne­çə-neçə nə­silləri məhv etmişik. Onlar yal­varıb im­dad diləyir­di­lər, lakin artıq qurtulma vaxtı keçmişdi

[4] Kafirlər öz aralarından onlara xə­bərdarlıq edən bir peyğəmbər gəl­di­yi­nə təəccüb edib dedilər: “Bu, yalançı bir sehr­bazdır

[5] O, bütün məbudları bir məbudmu etdi? Həqi­qətən, bu, əcaib bir şeydir”

[6] Onların adlı-sanlı adam­la­rı çıxıb gedərək dedilər: “Gedin öz mə­bud­ları­nız­la səbirlə dav­ranın. Doğrusu, bu siz­dən istə­nilən bir şey­­dir

[7] Biz bunu axırıncı dində də eşit­mə­mişik. Bu, uydurma­dan baş­qa bir şey deyil

[8] Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?” Xeyr, on­lar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, on­lar Mə­nim əzabımı hə­lə dadma­yıblar

[9] Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xə­zinə­lə­ri onlardadır

[10] Ya da, göylərin, yerin və onların arasında olanların üzə­rin­də haki­miy­yət onlaramı ve­rilmişdir? Qoy onda istəni­lən yolla göyə qalxsınlar

[11] Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın edi­lə­cək­

[12] Onlardan əvvəl Nuh qöv­mü, Ad tayfası və dirəklər sahibi Fi­ron da el­çi­ləri ya­lançı say­mış­dı­lar

[13] Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bun­lar əlbir dəstələr idi

[14] Hər biri elçiləri yalançı hesab et­di və Mənim cəzam da ger­çək­ləşdi

[15] Onlar qar­şısıalın­maz tək­cə bir tük­ürpədici səsi gözlə­yir­lər

[16] Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı He­sab­laş­ma günü gəl­məmişdən əvvəl tezliklə ver!”– dedilər

[17] Onların dediklərinə sə­bir et və qüdrətli qulumuz Davu­du ya­dına sal! O, daim Allaha üz tutardı

[18] Biz dağları ona ram et­mişdik. On­lar axşam çağı və səhər onun­la birlikdə Allahın şəninə təriflər deyirdilər

[19] Biz quşları da toplum halda ona ram etmişdik. Ha­mısı daima Alla­ha üz tutardı

[20] Biz onun mülkünü möh­kəm­lən­dirdik, özünə də hik­mət (pey­ğəm­bər­lik) və düzgün qə­rar çıxartmaq qabi­liy­yəti bəxş etdik

[21] Davudun yanında çəki­şən­lərin xə­bəri sənə gəlib çat­dı­mı? O za­man onlar divarı aşıb mə­bədə girdilər

[22] Onlar Davudun yanına daxil ol­duqda Davud onlardan qorx­du. Onlar dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nin haqqını tap­dalamış­dır. Aramızda ədalətlə hökm ver, haqsızlıq et­mə və bizə düz yolu göstər

[23] Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bir­cə qoyunum var­. Bununla belə: “Onu mənə ver!”– de­di və mübahisədə mə­nə üstün gəldi”

[24] Davud dedi: “O sənin qo­yununu öz qoyunlarına qat­maq is­tə­­məklə, sənə qarşı haq­sızlıq etmişdir. Həqiqətən, şə­riklərin çoxu bir-birinin haq­qını tap­da­layar. Yalnız iman gətirib yax­şı işlər gö­rən­lərdən başqa. On­lar isə çox azdır­lar!” Bunları de­dikdən sonra, Da­vud Bizim onu sınağa çəkdiyimizi yəqinləş­di­rərək, Rəbbindən özü­­nün ba­ğışlanmasını dilə­di və səcdəyə qapanıb tövbə etdi

[25] Biz bunu ona bağış­la­dıq. Həqi­qə­tən, o Bizə yaxın olan­lar­dan­dır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır

[26] Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə in­san­lar ara­sında ədalətlə hökm ver, nəfsin istəyinə uy­ma, yoxsa o sə­ni Allahın yo­lun­dan az­dırar. Həqiqətən, Allahın yo­lundan azan­la­rı hesablaşma gününü unut­duq­ları üçün şid­dətli bir əzab göz­lə­yir

[27] Biz göyü, yeri və onların ara­sın­da­kıları nahaq yerə xəlq et­məmişik. Bu, kafirlərin zən­nidir. Vay o kafirlərin Od­dakı halına

[28] Biz heç iman gətirib yax­şı işlər gö­rənləri yer üzündə fit­nə-fə­­sad törə­dən­lərə tay tu­ta­rıq­mı? Ya da Allahdan qor­­xanları gü­nah­karlara tay tuta­rıqmı

[29] Bu mübarək Kitabı, in­sanların onun ayələrini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil et­dik

[30] Biz Davuda Süleymanı bəxş et­dik. O necə də gözəl qul idi! Da­i­ma Allaha üz tutardı

[31] Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir aya­ğı­nın dır­nağını ye­rə vuran, qaçağan atlar göstərildi

[32] Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək ne­mətə olan mə­həb­bəti Rəbbimi zikr etməkdən üstün tutdum – at­lar məni əsr na­mazından ya­yındır­dı”

[33] Süleyman: “Onları yanı­ma qay­ta­rın!”– dedi. O, atların qıç­la­rı­nı və bo­yunlarını vur­ma­ğa başladı

[34] Biz Süleymanı sınağa çə­kib tax­tı­nın üstünə cansız bir cə­səd at­dıq. Sonra o tövbə edib qayıtdı

[35] O dedi: “Ey Rəbbim! Mə­ni ba­ğış­la və mənə elə bir səl­tə­nət ver ki, mən­dən sonra heç kimə nəsib olmasın. Hə­qi­qə­tən, Sən Bəx­şe­dən­sən

[36] Biz də, onun əmri ilə is­tədiyi ye­rə sakitcə əsən küləyi ona ram etdik

[37] Həmçinin şeytanlardan olan müx­təlif nəqşlər vuran bən­na­la­rı, dalğıcları

[38] və başqalarını da zən­cir­lənmiş hal­da ona tabe etdik

[39] və buyurduq: “Bu Bizim hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də səndən haqq-hesab tələb olun­ma­ya­caq­dır”

[40] Həqiqətən, o Bizə yaxın olan­lar­dandır və onun üçün gö­zəl qa­yıdış yeri hazırlanmışdır

[41] Qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbinə yal­va­rıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxun­dur­muş­dur!”

[42] Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

[43] Bizdən bir mərhəmət və ağıl sa­hiblərinə bir ibrət olsun de­yə, ona həm ailə­sini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş et­dik

[44] Biz ona dedik: “Əlinə bir dəstə çu­buq götür və onunla ar­va­dını vur. An­dı­nı pozma”. Hə­qiqətən, Biz onu səbir edən gör­dük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı

[45] Qüdrət və bəsirət sahibi olan qul­larımız İbrahimi, İs­ha­qı və Yə­qubu da yada sal

[46] Biz onları Axirət yur­du­nu sadiq ürəklə andıqlarına gö­rə seç­dik

[47] Həqiqətən, onlar Bizim yanı­mız­da seçilmiş ən yaxşı kim­sə­lər­dən­dirlər

[48] İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların ha­mısı ən yax­şı kim­sələrdəndir

[49] Bu, bir xatırlatmadır. Allah­dan qorxanları gözəl bir qa­yı­dış ye­ri göz­lə­yir –

[50] qapıları onlar üçün açıl­mış Ədn cən­nətləri

[51] Onlar orada taxtlara dir­səklənib çoxlu-çoxlu meyvələr və cən­nətə məxsus içkilər istə­yə­cəklər

[52] Onların yanında gözlə­ri­ni ərin­dən çəkməyən həmya­şıd­ları ola­caq­

[53] Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır

[54] Bəli, bu Bizim verdiyi­miz ne­mətdir. O, tükənməzdir

[55] Bax belə! Şübhəsiz ki, az­ğınları da çox pis qayıdış yeri göz­lə­yir –

[56] içində yanacaqları Cə­hən­nəm. Ora nə pis yataqdır

[57] Bu, qaynar su və irindir. Qoy onu dadsınlar

[58] Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır

[59] Kafirlərin başçılarına de­yi­ləcək: “Bu, sizinlə birlikdə Cə­hən­nə­mə gi­rən dəstə­dir. Baş­çılar de­yəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, onlar odda yana­caqlar”

[60] Tabe olanlar deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qə­rar tutulan yer­dir!”

[61] Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təq­dim edib­sə, onun əzabını odda ikiqat elə!”

[62] Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adam­lar saydı­ğımız kişiləri burada görmürük

[63] Biz onları haqsızcası­na məsxə­rə­yə qoyurduq? Yoxsa, onlar gö­zə dəy­mirlər?”

[64] Şübhəsiz ki, bu – od sa­kinlərinin bir-biri ilə höcətləş­məsi bir hə­qiqətdir

[65] De: “Mən yalnız xəbər­dar edə­nəm. Tək olan, hər şeyə Qalib gə­lən Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”

[66] O, göylərin, yerin və on­ların ara­sında olanların Rəb­bi­dir. O, Qüd­rət­li­dir, Bağışla­yan­dır

[67] De: “O, böyük xəbərdir

[68] Siz isə ondan üz döndə­rirsiniz

[69] Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xə­bə­rim yox idi

[70] Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”

[71] Bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən pal­çıq­dan bir in­san yarada­ca­ğam

[72] Mən ona surət verib Öz ruhum­dan üfürdüyüm zaman ona səc­də edin!”

[73] Mələklərin hamısı bir­lik­də səcdə etdi

[74] yalnız İblisdən başqa! O təkəb­bür göstərdi və kafirlər­dən ol­du

[75] Allah dedi: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma səc­də etməyə ma­ne olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yük­sək tutdun?”

[76] İblis dedi: “Mən ondan daha xe­yirliyəm. Çünki Sən məni od­dan, onu isə palçıqdan yaratdın!”

[77] Allah dedi: “Çıx oradan! Sən artıq rəh­mətimdən qo­vul­muş­san

[78] Haqq-hesab gününə qə­dər lənə­tim sənin üzərində ola­caq­dır!”

[79] İblis dedi: “Ey Rəbbim! Onlar di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”

[80] Allah dedi: “Sən möhlət verilən­lərdənsən –

[81] vaxtı məlum olan günə qədər!”

[82] İblis dedi: “Sənin qüd­rə­tinə and olsun ki, onların ha­mı­sını yol­dan çı­xa­racağam

[83] Təkcə Sənin seçilmiş ix­laslı qul­larından başqa!”

[84] Allah dedi: “Budur haqq! Mən yal­nız haqqı deyirəm

[85] Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dol­­dura­ca­ğam!”

[86] De: “Mən buna görə siz­dən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uy­durmağa çalışmıram

[87] Bu Quran aləmlərə an­caq xatır­latmadır

[88] Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq bilə­cək­si­niz!”

əz-Zumər

Surah 39

[1] Bu Kitab Qüdrətli və Müd­rik Allah­dan nazil edilmişdir

[2] Biz Kitabı sənə bir həqi­qət kimi nazil etmişik. Sən də, dinin yal­nız Alla­ha məxsus ol­duğuna iman gətirərək Ona iba­dət et

[3] Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz

[4] Allah övlad götürmək fik­rində ol­saydı, xəlq etdiklərin­dən hər hansı bi­ri­ni seçərdi. O, pak­dır, müqəd­dəs­dir. O, Tək olan, hər şe­yə Qalib gələn Allah­dır

[5] O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxta­dək hərəkət edir. O, Qüdrət­lidir, Bağışlayandır

[6] Allah sizi tək bir nə­fər­dən yaratdı. Sonra onun özündən zöv­cə­sini yaratdı. O sizdən öt­rü səkkiz cüt heyvan endir­di. O sizi ana­la­rınızın bətnlərində üç zülmət içərisində yaranış ar­dından ya­ra­nı­şa salaraq yara­dır. Bu sizin Rəb­bi­niz olan Allah­dır. Mülk Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə də haqdan döndəri­lir­siniz

[7] Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qulla­rı­nın kafirlik etməsinə razı ol­maz. Əgər şükür et­sə­niz, buna görə siz­dən razı qalar. Heç bir gü­nah­kar başqasının günah yü­kü­nü da­şı­maz. Son­ra Rəbbi­ni­zin yanına qayıdacaq­sınız. O sizə nə etdik­lə­ri­nizi bildirə­cək­. Həqi­qə­tən, O, kökslərdə olanları bilir

[8] İnsana bir zərər toxun­duq­da Rəb­binə üz tutub təkcə Ona yal­va­rır. Sonra Allah Özün­dən insana bir nemət ve­rən­də o, əv­vəl­cə kimə yalvardı­ğını unu­dur və insanları Allahın yolundan çı­xart­maq məqsədilə Ona şə­rik­lər qoşur. De: “Küf­­rünlə bu dün­ya­da bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərin­dən­sən!”

[9] Məgər gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq iba­dət içində ke­çirən, axi­rət­dən həzər edən və Rəbbinin rəh­­mətinə ümid bəs­ləyən kimsə kafirlə eynidirmi? De: “Heç bi­lənlərlə bil­mə­yən­lər ey­ni ola bilər­mi? Bundan ancaq ağıl sa­hibləri düşünüb ibrət alar­lar”

[10] Qullarıma Mənim bu Sö­zü­mü de: “Ey Mənim iman gəti­rən qul­larım! Rəb­binizdən qor­xun! Bu dün­yada yaxşılıq edən­ləri yax­şı­lıq (Cənnət) göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Yal­nız səbir edənlərə mü­kafatları hesabsız verilə­cək­dir”

[11] De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona iba­dət et­mək əmr olunmuşdur

[12] Mənə həm də müsəl­man­ların bi­rincisi olmaq əmr olun­muş­dur”

[13] De: “Rəbbimə asi olsam, o əzə­mətli günün əzabından qor­xa­­ram”

[14] De: “Mən dinimi məhz Allaha məx­sus edərək yalnız Ona iba­dət edi­rəm

[15] Siz də Ondan başqa istə­diyinizə ibadət edin”. De: “Şüb­hə­siz ki, ziyan çə­kənlər Qiya­mət günü özlərini və ailə­lə­rini ziyana uğ­radanlardır. Açıq-aş­kar zi­yan da elə budur!”

[16] Onların üstündə də od­dan tə­bə­qələr, altında da oddan təbə­qə­lər ola­caqdır. Allah Öz qullarını bununla qor­xudur. Ey qul­la­rım! Məndən qorxun

[17] Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müj­də var­dır. Qul­larımı müj­dələ

[18] O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. On­lar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz on­lardır

[19] Haqqında əzab sözü ger­çəkləşmiş kimsəni və Cəhən­nəmdə ola­caq kəsi sənmi xilas edəcəksən

[20] Lakin Rəbbindən qor­xan­ları üst-üstə tikilmiş, altından çay­lar axan otaq­lar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıx­maz

[21] Məgər Allahın göydən yağmur en­dirib onu yer üzün­dəki çeş­mə­lərə axıtdığını gör­mürsənmi? Sonra Allah onunla müxtəlif rəng­li əkinlər yetiş­di­rir. Sonra onlar quruyur və sən on­ları sa­ral­mış görür­sən. Son­ra da Allah on­ları çör-çöpə dön­dərir. Həqiqətən, bun­da ağıl sahibləri üçün ibrət var

[22] Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nu­ra yö­nəlt­di­yi şəxs kafirlə ey­ni ola bilərmi? Qəlbi Alla­hın Zik­rinə qar­şı sərt olanların vay ha­lı­na! Onlar həqiqətən azğınlıq içində­dir­lər

[23] Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və tək­rar­lanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan də­ri­lə­ri ür­pəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yum­şa­lır. Bu, Alla­hın hidayətidir. Onun­la istədi­yini doğru yola yö­nəl­dir. Alla­hın zə­lalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz

[24] Qiyamət gününün dəh­şətli əza­bın­dan üzü ilə qoru­nan kəs mö­minlə ey­nidirmi? Zalım­lara: “Qazandığı­nızı da­dın!”– deyilər

[25] Onlardan əvvəlkilər də peyğəm­bər­ləri yalançı saymış­dı­lar və bu­na görə əzab on­lara gözləmədikləri yerdən gəldi

[26] Allah onlara dünya hə­ya­tında rüs­vayçılığı daddırdı. Axirət əza­bı isə daha böyük­dür. Kaş ki, biləydilər

[27] Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəl­kə, dü­şü­nüb dərk edələr

[28] Biz onlara heç bir qü­suru ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorx­sunlar

[29] Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini mə­səl çəkir. Onlar məsəlcə eyni ola bi­lər­mi? Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir

[30] Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər

[31] Sonra siz Qiyamət günü Rəb­bi­ni­zin yanında mübahisə edə­cək­si­niz

[32] Allaha qarşı yalan uy­du­ran və həqiqət ona bəyan edil­dikdə onu yalan sayan kimsə­dən daha zalım kim ola bi­lər? Məgər Cə­hən­nəmdə kafirlər üçün yer yoxdur

[33] Haqqı gətirən və onu təs­diq edən­lər isə əsl müttə­qi­lər­dir

[34] Onlar üçün Rəbbinin ya­nında di­lədikləri hər şey var­dır. Yax­şı işlər gö­rənlərin mükafatı budur

[35] Beləcə, Allah onların et­dikləri ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını ve­rə­cək­

[36] Məgər Allah Öz qulunu qane et­mirmi? Onlar isə səni On­dan başqaları ilə qorxu­dur­lar. Allahın zəlalətə sal­dı­ğı kim­səyə isə doğ­ru yol göstərən ol­maz

[37] Allahın doğru yola yö­nəltdiyi kim­səni də azdıran ol­maz. Mə­gər Allah Qüdrətli, in­tiqam almağa qadir deyilmi

[38] Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”

[39] De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin, mən də edə­cə­yəm. Siz tezliklə biləcəksi­niz ki

[40] kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar ola­caq­dır”

[41] Biz Kitabı sənə, insanlar üçün zə­ruri olan bir həqiqət ki­mi na­zil etdik. Kim doğru yol­la getsə, xeyri onun özü­nə olar, kim az­ğın­lığa düşsə, zi­yanı onun öz əleyhinə olar. Sən onların müdafiə­çi­si deyilsən

[42] Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə mü­əyyən olunmuş vaxtadək bu­ra­xır. Hə­qiqətən, bun­da ağıl sa­hibləri üçün də­lillər vardır

[43] Yoxsa onlar Allahdan qeyrilə­ri­nimi özlərinə şəfaətçi et­di­lər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey an­lamırlarsa, bəs necə ol­sun?”

[44] De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və ye­rin hökm­ranlığı da Ona məx­susdur. Sonra siz Ona qaytarı­la­caq­sı­nız”

[45] Allah tək olaraq xa­tır­lan­dığı za­man Axirətə inan­ma­yan­ların qəl­bini nif­rət bürü­yür. On­dan qeyriləri yad edil­diyi za­man isə on­lar sevinirlər

[46] De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Alla­hım! Qul­la­rı­nın arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yal­nız Sən ve­rəcəksən!”

[47] Yer üzündə olanların ha­mısı, üstəlik bir o qədər də əla­və, zalımlara məxsus ol­say­dı, onlar mütləq hamısını Qi­yamət gü­nü­nün dəhşətli əza­bından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah­dan on­lara güman etmədikləri bir əzab üz verəcəkdir

[48] Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və is­tehza etdik­ləri əzab onları bürüyəcək

[49] İnsana bir zərər toxun­du­ğu za­man Bizə yalvarır. Sonra Biz ona Özü­müzdən bir nemət verdikdə deyir: “Bu mənə yal­nız özüm­də olan biliyə görə ve­rilmişdir!” Xeyr, bu, bir im­ta­handır, la­kin on­la­rın çoxu bu­nu bilmir

[50] Bunu onlardan əvvəlki­lər də de­mişdilər. Amma qa­zan­dıq­la­rı şey­lər on­lara heç bir fayda vermədi

[51] Onlar etdikləri pis əməl­lərin cəzasına çatdılar. Bun­lar­dan za­lım olan­lara da qazan­dıqları günahların cəzası yeti­şəcək və on­lar qaçıb canla­rını qur­ta­ra bilməyəcəklər

[52] Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istə­diyininkini də azal­dır? Həqiqətən, bunda iman gə­tirən qövm üçün ibrətlər vardır

[53] Qullarıma mənim bu sö­zü­mü de: “Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!”

[54] Əzab sizə gəlməmişdən öncə Rəb­binizə üz tutun və Ona ita­ət edin. Sonra sizə heç bir kömək olunmaz

[55] Əzab sizə fərqinə var­ma­dığınız bir halda qəflətən gəl­mə­miş­dən əv­vəl Rəbbiniz­dən sizə nazil edilən ən gözəl Sözə tabe olun

[56] Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etina­sız­lıq­la­ra görə vay mənim halı­ma! Həqiqətən, mən dinə və dində olan­lara riş­xənd edənlərdən idim!”

[57] Yaxud deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən mütləq müttəqi­lər­dən olardım!”

[58] Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dün­ya­ya qayı­daydım, yaxşı işlər görənlərdən olar­dım!”

[59] Xeyr! Ayələrim sənə gəl­mişdi, sən isə onları yalan say­dın, tə­kəbbür gös­tərdin və ka­firlərdən oldun”

[60] Sən Qiyamət günü Alla­ha qarşı yalan uyduranların üzlə­rini qap­qara gö­rəcəksən. Məgər Cəhənnəmdə təkəb­bür­lülər üçün yer yox­­dur

[61] Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər

[62] Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır

[63] Göylərin və yerin açar­ları Onda­dır. Məhz Allahın ayələrini in­kar edən­lər ziyana uğrayanlardır

[64] De: “Mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edir­si­niz, ey ca­hil­lər?”

[65] Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san

[66] Sən yalnız Allaha ibadət et və şü­kür edənlərdən ol!”

[67] Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır

[68] Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcək. Sonra bir da­ha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar

[69] Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək

[70] Hər kəsə öz əməlinin əvə­zi tam veriləcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir

[71] Kafirlər dəstə-dəstə Cə­hənnəmə sürüklənəcəklər. Nə­hayət, ora çatdıqda onun qapı­ları açılacaq və onun gö­zətçi­lə­ri onlara de­yə­cək­lər: “Məgər öz içə­ri­nizdən Rəbbinizin ayə­lə­ri­ni sizə oxu­yan və sizi bu gü­nü­nüzə qovuşa­ca­ğınızla xə­­bərdar edən elçilər gəlmə­miş­di?” On­lar: “Əlbəttə, gəl­mişdi!”– deyə­cəklər. Lakin əzab Sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi

[72] Onlara: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapı­la­rına gi­rin!”– deyi­lə­cək. Tə­kəb­bürlülərin yeri necə də pis­dir

[73] Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”

[74] Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”

[75] Sən mələklərin, Ərşi əha­tə edərək, Rəbbinə həmd ilə tə­rif­lər de­diklərini gö­rəcək­sən. On­ların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– de­yiləcəkdir

əl-Ğafir

Surah 40

[1] Ha. Mim

[2] Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

[3] Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır

[4] Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər­lər. On­ların şə­hərlərdə gəzib-dolaşmaları səni aldat­masın

[5] Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da el­çi­lə­ri ya­lançı saydılar. Hər ümmət öz elçisini yaxa­la­ma­ğı qəsd edir­di. Onlar həq­iqətin yalan olduğunu sübuta yetir­mək üçün ba­til sözlərlə müba­hisə aparırdılar. Mən də onları yaxaladım. Gö­rəy­din Mə­nim cəzam necə oldu

[6] Kafirlərin od sakinləri ola­cağı ba­rədə Rəbbinin Sözü be­ləcə hə­qiqətə çevrildi

[7] Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər: “Ey Rəbbi­miz! Sən mərhəmətin və el­min­lə hər şe­yi əhatə edirsən. Töv­bə edib Sənin yo­lunla ge­dən­lə­ri bağışla, on­ları Cə­hən­nəm əza­bından qoru

[8] Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələ­rin­dən və nə­sillərin­dən olan əmə­lisalehləri də onlara vəd etdi­yin Ədn cən­nətlərinə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən, Müd­riksən

[9] Onları günahlarının cəza­sını çək­məkdən azad et. O gün Sən ki­mi gü­nahlarının cəzasını çəkməkdən azad et­sən, ona rəhm etmiş olar­san. Məhz bu, böyük uğur­dur”

[10] Kafirlərə belə xitab olu­nacaq: “Siz imana dəvət olu­nar­kən küf­rünüzdə is­rar etdi­yiniz zaman Allahın sizə olan nifrəti indi si­zin özünü­zə olan nif­rəti­nizdən daha böyük idi”

[11] Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürüb, iki dəfə di­rilt­din. Biz öz günahlarımızı etiraf etdik. Od­dan çıxmağa bir yol varmı?”

[12] Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağı­rıl­dı­ğı zaman siz inkar edir­di­niz. Ona şərik qoşulduq­da isə ina­nır­dı­nız. Artıq hökm Uca və Bö­yük Allahındır”

[13] Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar

[14] Kafirlərin xoşuna gəl­mə­sə də, di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin

[15] Ən yüksək dərəcələrin və Ərşin sa­hibi Odur. O Öz əmri ilə vəh­yi qul­la­rından istə­di­yi­nə nazil edir ki, o, insan­ları gö­rüş günü ilə qorxutsun

[16] O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”

[17] Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir

[18] Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar

[19] Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir

[20] Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir

[21] Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı

[22] Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir

[23] Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik –

[24] Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər

[25] Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar

[26] Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”

[27] Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!”

[28] Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz

[29] Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm”

[30] Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram

[31] Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz

[32] Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram

[33] Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz”

[34] Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar

[35] Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir

[36] Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara –

[37] göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu

[38] O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım

[39] Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur

[40] Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar

[41] Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırı­ram, siz isə məni oda çağırır­sı­nız

[42] Siz məni Allahı inkar et­məyə, bilmədiyim bir şeyi Ona şərik qoş­mağa çağırırsınız, mən isə sizi Qüdrətli və Ba­ğışlayan Allaha ça­ğı­rıram

[43] Heç şübhəsiz ki, sizin məni ça­ğırdıqlarınızın nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur. Bizim dö­nü­şümüz Alla­ha­dır. Həddi aşan­lar isə od sakinləridirlər

[44] Sizə dediklərimi mütləq xatır­la­yacaqsınız. Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir.”

[45] Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü

[46] Onları səhər və axşam­üstü oda salırlar. O Saat (Qiyamət) gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın

[47] O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər tə­kəb­bür gös­tə­rənlərə: “Biz si­zin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qur­tara bilərsinizmi?”– deyəcəklər

[48] Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Ar­tıq Allah qullar ara­sında hök­münü vermişdir”– deyəcək­lər

[49] Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!”

[50] Gözətçilər deyəcəklər: “Mə­gər el­çi­ləriniz açıq-aydın də­lil­lər gə­tirmə­miş­dilər?” On­lar: “Əlbəttə gətirmişdilər!”– deyə­cəklər. Gö­zət­çi­lər də: “Elə isə özü­nüz yalvarın!”– deyə­cəklər. Ka­firlərin yal­var­ma­sı isə əbəsdir

[51] Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik

[52] O gün zalımlara üzr di­lə­mələri heç bir fayda ver­mə­yə­cək­. Onları həm lənət, həm də pis yurd gözləyir

[53] Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik –

[54] ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi

[55] Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Günahının ba­ğış­lan­ması­nı di­lə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə tə­riflə

[56] Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir

[57] Həqiqətən, göylərin və yerin ya­radılması insanların ya­ra­dıl­masın­dan daha böyük şeydir. Lakin insanların çoxu bunu bil­mir

[58] Korla görən, iman gəti­rib yaxşı iş­lər görənlərlə pislik edən­lər eyni de­yil. Necə də az düşünüb daşınır­sı­nız

[59] O Saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların əksəriy­yəti buna inanmır

[60] Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər”

[61] Gecəni rahatlanmanız üçün ya­ra­dan, gündüzü ruzi qazan­ma­nız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, la­kin in­sanların ço­xu şü­kür etmir

[62] Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dö­nük çı­xırsınız

[63] Allahın ayələrini inkar edənlər beləcə dönük çıxır­lar

[64] Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır

[65] O, əbədi Yaşayandır, On­dan başqa ibadə­tə layiq olan mə­bud yox­dur. Allaha, dini yalnız Ona məxsus edə­rək, dua edin. Həmd, Aləm­lə­rin Rəbbi Allaha məxsusdur

[66] De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur”

[67] Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız

[68] Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur

[69] Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar

[70] Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər

[71] o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər –

[72] qaynar suya tərəf; sonra odda yandırılacaqlar

[73] Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız –

[74] Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar

[75] “Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir

[76] İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir

[77] Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar

[78] Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar

[79] Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır

[80] Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız

[81] Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz

[82] Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi

[83] Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı

[84] Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər

[85] Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar

Fussilət

Surah 41

[1] Ha. Mim

[2] Bu, Mərhəmətli və Rəhm­li Allah tə­rə­findən nazil edil­miş

[3] ayələri Quran olaraq ərəb­cə müfəs­səl izah edilmiş, an­la­ya bi­lən camaat üçün nəzərdə tu­tulmuş bir Kitabdır

[4] O, həm müjdə verən, həm də xə­bər­dar edəndir. Lakin on­la­rın çoxu üz çe­virib söz eşit­məzlər

[5] Onlar deyirlər: “Sənin bi­zi dəvət et­di­yinə qarşı qəlbi­miz qa­pa­lı­dır, qulaq­la­rımızda tıxac var, bizimlə sənin ara­na pər­də çə­kil­miş­dir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”

[6] De: “Mən də sizin kimi bir insa­nam. Mənə vəhy olunur ki, si­zin mə­bu­dunuz Tək olan İlah­dır. Ona tərəf doğ­ru yol tutun və On­dan bağış­lan­mağı­nızı di­ləyin. Vay müşriklərin halına

[7] O kəslərin ki, zəkat ver­mir və axi­rəti inkar edirlər

[8] İman gətirib yaxşı əməl işlə­yən­lə­ri tükənməz nemətlər göz­lə­yir”

[9] De: “Doğrudanmı siz ye­ri iki gün­də yaradana küfr edir və büt­ləri Ona tay tu­tur­su­nuz? Axı O, aləmlərin Rəb­bi­dir

[10] O, yerin üstündə möh­kəm duran dağlar yerləşdirdi, onu bə­rəkətli etdi və ruzi is­tə­yənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yer­bə­yer etdi

[11] Sonra O, tüstü halında olan göyə tə­rəf yönəlib ona və yerə: “Kö­nüllü su­rət­də və ya məcburi olaraq gəlin əm­ri­mə bo­yun əyin!”– dedi. Onlar: “Kö­nül­lü ola­raq gəldik!”– dedilər

[12] O, iki gündə onları yed­di göy kimi yaratdı və hər gö­yə onun özünə məx­sus vəzifə tap­şırdı. Biz dünya sə­masını qən­dillərlə bə­zə­dik və onu mühafi­zə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzə­li hökmü­dür

[13] Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmudu sa­ran il­dı­rıma bən­zər bir ildı­rı­mın sarsıda biləcə­yin­dən xə­bərdar edirəm”

[14] Onlara önlərindən və ar­xala­rın­dan: “Yalnız Allaha iba­dət edin!”– deyə əmr edən elçi­lər gəlmişdi. Onlar isə: “Əgər Rəb­bimiz is­təsəydi, mələklər en­di­rərdi. Biz sizinlə göndəri­lən­lə­rə inan­mı­rıq!”– demişdi­lər

[15] Ad xalqına gəlincə, on­lar yer üzün­də haqsızcasına tə­kəb­bür gös­tərib: “Bizdən daha qüv­vətli kim ola bilər?”– dedi­lər. Məgər on­ları yaradan Alla­hın onlardan daha qüvvətli ol­du­ğunu gör­mür­dü­lər­mi? Onlar ayələrimizi, sadə­cə, inkar edir­dilər

[16] Biz onlara dünya həya­tında rüs­vay­çılıq əzabını dad­dırmaq üçün uğur­suz gün­lər­də üstlərinə çox soyuq bir kü­lək göndərdik. Axi­rət əzabı isə daha rüs­vay­edicidir. Onlara kö­mək də edilməz

[17] Səmud xalqına gəldikdə isə, Biz on­lara doğru yol gös­tərdik, onlar isə korluğu doğ­ru yoldan üstün tutdular və onları qa­zan­dıq­la­rı günahlar üzün­dən alçaldıcı əzab ildırı­mı yaxa­ladı

[18] İman gətirib Allahdan qor­xanları isə xilas etdik

[19] Allaha düşmən kəsilənlər Cəhən­nə­mə sürüklənib topla­na­caq­la­rı günə qə­dər bir yerdə saxlanacaqlar

[20] Nəhayət, onlar oraya gəl­dikləri za­man qulaqları, göz­lə­ri və də­riləri et­dik­ləri əməllər ba­rəsində onların əley­hinə şa­hid­lik edə­cək­dir

[21] Onlar öz dərilərinə: “Nə üçün əley­himizə şahidlik edir­si­niz?”– deyə­cək­lər. Dəriləri de­yəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi da­nışdırdı. Sizi ilk dəfə O ya­ratmışdır və siz axır­da Ona qay­ta­rı­la­caq­sınız”

[22] Siz qulaqlarınızın, göz­lə­rinizin və dərilərinizin əley­hi­nizə şa­hid olma­sın­dan çəki­nib gizlənmirdiniz. Əksinə, elə zənn edirdi­niz ki, Allah sizin etdi­yi­niz əməllərin çoxunu bil­mir

[23] Sizin öz Rəbbiniz barə­sində bu zən­niniz sizi məhv et­di və siz ziyan çə­kən­lərdən ol­dunuz

[24] Əzaba dözsələr də, on­la­rın yeri od­dur. Onlar mərhə­mət di­lə­sə­lər də, on­lara mərhə­mət göstərilməz

[25] Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara ön­də­ki­lə­ri­ni və ar­xa­dakılarını gö­zəl göstərdilər (dünyanı sev­di­rib, axirəti unut­durdular). On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lər barəsindəki Söz on­lar ba­rə­sində də gerçək ol­du. Hə­qi­qə­tən də, onlar ziyana uğra­dılar

[26] Kafirlər: “Bu Qurana qu­laq as­ma­yın, o oxunarkən hay-küy sa­lın. Bəlkə, qa­lib gələsi­niz”– dedilər

[27] Biz kafirlərə mütləq şid­dətli bir əzab daddıracaq və onları et­dikləri əməl­lə­rin ən pi­si ilə cəzalandıracağıq

[28] Budur Allahın düşmən­lə­rinin cə­zası – Od! Ayələri­mi­zi in­kar etmələri üzün­dən ora­da onları, cəza yeri kimi, əbədi yurd göz­lə­yir

[29] Kafirlər deyəcəklər: “Ey Rəb­bi­miz! Cinlərdən və insan­lar­dan bizi tov­layıb yoldan çı­xardanları bizə göstər ki, biz onları tap­da­ğımız altına salıb yerlə yeksan edək”

[30] Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin

[31] Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­sinizin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır

[32] Bağışlayan və Rəhmli Allah tərə­fin­dən verilən ziyafət kimi”

[33] İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– deyən kəsdən daha gö­zəl söz deyən kim ola bilər

[34] Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar

[35] Bu isə ancaq səbir edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sa­hib­lərinə nə­­sib olur

[36] Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çün­ki O, Eşidəndir, Biləndir

[37] Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsi­niz­sə, onda günəşə və aya səcdə etməyin, on­la­rı yaradan Alla­ha səcdə edin

[38] Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usanmadan Onun şəninə təriflər de­yir­lər

[39] Yer üzünü qupquru gör­məyin də Onun dəlillərindən­dir. Biz yerin üzə­ri­nə su endir­dikdə o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, onu dirildən Allah, ölü­ləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qa­dirdir

[40] Sözsüz ki, ayələrimiz­dən üz dön­də­rənlər Bizdən gizli qal­maz­lar. Onda de­yin görək oda atılan kimsə yaxşıdır, yox­sa Qi­yamət gü­nünə əmin-aman­lıq için­də gələn kimsə? İstədiyi­ni­zi edin! Hə­qi­qə­tən, Allah nə etdik­lərinizi gö­rür

[41] Şübhə yox ki, Zikr on­la­ra gəldiyi zaman onu yalan sa­yanlar cə­zalan­dırı­lacaqlar. Hə­qi­qətən, bu, əzəmətli bir Ki­tab­dır

[42] Nə önündən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir

[43] Sənə ancaq səndən əv­vəlki el­çi­lə­rə deyilənlər deyi­lir. Hə­qi­qə­tən, sənin Rəb­bin ba­ğış­layandır, ağrılı-acılı cəza ve­rən­dir

[44] Əgər Biz onu yad bir dil­də Qu­ran etsəydik, onlar de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir? Yad dil və ərəb peyğəm­bər?!” De: “O, iman gətirənlərə doğ­ru yol göstəri­cisi və şəfadır”. İman gə­tir­məyən­lə­rin isə qu­laq­larında tıxac var. On­lar ona qarşı kordurlar. On­lar sanki uzaq bir yerdən çağı­rılırlar

[45] Biz Musaya da Kitab ver­dik, la­kin onun barəsində ix­ti­laf düş­dü. Əgər sə­nin Rəb­bi­nin öncə buyurduğu Söz ol­ma­­saydı, on­la­rın arasın­da hökm verilmiş olardı. Həqiqətən, ka­firlər onun barə­sin­də anlaşıl­maz bir şübhə içindədirlər

[46] Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara zülm edən deyil

[47] O Saat (Qiyamət) haqqında bilgi yal­nız Ona məxsusdur. Onun xə­bəri ol­madan heç bir meyvə toxu­mundan cücərib çıx­maz, heç bir dişi ha­milə qalmaz və bət­nində daşı­dığı yükü yerə qoy­maz. O gün Allah on­ları ça­ğırıb: “Şəriklərim ha­ra­da­dır?”– deyə­cək. Onlar da: “Biz Sə­nə bildirdik ki, aramızda heç bir şa­hid yox­dur!”– deyə­cək­lər

[48] Əvvəllər tapındıqları büt­­lər onları qoyub gedəcək və on­lar öz­lə­ri üçün bir qurtuluş ye­ri olmadığını yəqin edə­cək­lər

[49] İnsan özünə xeyir dilə­mək­dən usanmaz. Lakin ona bir pis­lik dəysə, mə­yus olub ümidini itirər

[50] Başına gələn bəladan son­ra Özü­müzdən ona bir mər­hə­mət dad­dırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın (Qiyamətin) gə­lə­cəyini güman et­mirəm. Rəbbimə qaytarılsam be­lə, Onun ya­nın­da mənim üçün ən gözəl nemət hazırla­nar!” Biz kafirlərə nə et­dik­lə­rini müt­ləq xəbər verəcək və onlara hök­mən ağır bir əzab dad­dıracağıq

[51] İnsana nemət verdi­yi­miz zaman üz çevirib haqdan uzaq du­rar. Ona bir pislik toxun­duq­da isə uzun-uzadı yalva­rıb-ya­xarar

[52] De: “Bir deyin görək, əgər Quran Allah tərəfin­dən­dirsə, son­ra da siz onu inkar edir­si­nizsə, bunu necə başa düşmək olar?! Elə isə, haqdan uzaq bir ay­rılıq için­də olan kəsdən daha çox azmış kim ola bilər

[53] Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz də­lillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yilmi

[54] Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edir­lər. Həqi­qətən, O, hər şeyi əhatə edir

əş-Şura

Surah 42

[1] Ha. Mim

[2] Ayn. Sin. Qaf

[3] Qüdrətli və Müdrik olan Allah sə­nə və səndən əvvəl­ki­lərə be­lə vəhy edir

[4] Göylərdə və yerdə nə var­sa, Ona məxsusdur. O, Uca­dır, Ulu­dur

[5] Sanki göylərin bir-birinin üstün­dən çatlayıb yarılmasına az qa­lır. Mə­ləklər də Rəbbinə həmd ilə təriflər de­yir və yer­dəkilər üçün bağışlanma dilə­yirlər. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir

[6] Allahdan başqası ilə dost­luq edən­lərə Allah Özü nəza­rət edir. Sən on­la­rın mühafizə­çisi deyilsən

[7] Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhli­ni və onun ət­ra­fındakıları xəbərdar edə­sən, üstəlik, ba­rə­sin­də heç bir şübhə do­ğur­mayan məhşər gününü yad­ları­na sala­san. İn­san­ların bir qismi Cənnətdə, digər qismi isə Od­da olacaq

[8] Əgər Allah istəsəydi, on­ları vahid bir ümmət edərdi. Lakin O, istə­diyini Öz mər­hə­mətinə qovuşdurur. Zalım­la­rın isə nə bir hi­mayəçisi olar, nə də bir yardımçısı

[9] Onlar özlərinə Allahdan başqa hi­mayəçilər götürdülər. Hal­bu­ki, Hi­mayədar ancaq Allahdır. O, ölüləri di­rildir. O, hər şeyə qa­dirdir

[10] İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yal­nız Ona tə­vəkkül edir və yal­nız Ona üz tuturam

[11] Allah göyləri və yeri Ya­radandır. O sizin üçün özü­nüz­dən zöv­cələr, hey­vanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir

[12] Göylərin və yerin açar­ları Ona məxsusdur. O, istədi­yinin ru­zisini bol edər, istədi­yininkini də azaldar. O, hər şeyi bilir

[13] Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər

[14] Onlara məhz elm gəl­dik­dən son­ra, öz aralarındakı pa­xıllıq uc­batından, ixtilafa düş­dülər. Əgər Rəbbindən, mü­əy­yən bir vax­ta­dək Söz verilmiş ol­ma­saydı, onların arasında ar­tıq hökm çı­xarıl­mış olardı. On­lardan sonra Kitaba varis olan­lar da onun barəsində an­laşıl­maz bir şübhə içindədirlər

[15] Buna görə də sən tövhidə dəvət et və sənə əmr olun­du­ğu ki­mi düz yolla get. Onların nəf­s­lərinin istəyinə uyma və de: “Mən Alla­hın nazil etdiyi Ki­ta­ba iman gətirdim. Mənə sizin aranızda əda­lətli olmaq əmr edilmişdir. Allah bizim də Rəb­bimiz, sizin də Rəb­biniz­dir. Bi­zim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aid­dir. Bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Dönüş də yalnız Onadır”

[16] Allahın dəvəti qəbul olun­duqdan sonra Onun barəsində mü­bahi­səyə gi­rişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dün­yada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab göz­ləyir

[17] Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allah­dır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət günü) yaxındır

[18] Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istə­yir­lər. Mö­minlər isə ondan qor­xur və onun həqiqət oldu­ğu­nu bi­lirlər. Şüb­həsiz ki, o Saat barə­sin­də mübahisə edən­lər dərin bir azğınlıq için­də­dirlər

[19] Allah Öz qullarına qarşı Lütf­kar­dır. O, istədiyinə ruzi verir. O, Qüvvət­lidir, Qüdrət­lidir

[20] Biz axirət savabını istə­yənin sa­vabını artırar, dünya qa­zan­cı­nı istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı ol­maz

[21] Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şə­riət qa­nunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz ol­masaydı, ara­la­rındakı iş bitmiş olardı. Həqi­qətən, zalımları ağ­rı­lı-acılı bir əzab gözləyir

[22] Zalımların qazandıqları günahlar özlərinə qarşı çevril­dikdə on­ları bunun qorxusun­dan titrəyən görəcəksən. İman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında məskun­la­şacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər şey ha­zırlanmışdır. Böyük lütf­kar­lıq da elə budur

[23] İman gətirib yaxşı işlər görən qul­larına Allahın müjdə ver­di­yi nemət bu­dur. De: “Mən sizdən bunun əvəzində qo­hum­luq sev­gisindən başqa bir şey is­təmirəm”. Kim bir yaxşılıq et­sə, onun sa­vabını artırarıq. Hə­qiqətən, Allah Ba­ğışlayan­dır, şükrün əvəzini ve­rəndir

[24] Yoxsa onlar sənin ba­rən­də: “O, Allaha qarşı yalan uy­durdu”– de­yir­lər?! Əgər Allah istəsə, sənin qəlbinə möhür vu­rar. Allah ba­ti­li silib yox edər və haqqı Öz sözləri ilə bər­qə­rar edər. Şübhəsiz ki, O, köks­lərdə olanları bilir

[25] Qullarının tövbəsini qə­bul edən, günahları bağışlayan və si­zin nə etdi­yi­nizi bilən Odur

[26] O, iman gətirib yaxşı əməllər edənlərin duasını qə­bul edər və Öz lüt­fünü onlara artı­rar. Kafirlər üçün isə şid­dət­li əzab ha­zır­lan­mışdır

[27] Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzün­də həddi aşardılar. Lakin O, istədiyi şeyi qə­də­rincə gön­dərir. Hə­qiqətən, O, Öz qulla­rından Xəbərdardır, Görəndir

[28] İnsanlar ümidlərini kəs­dikdən sonra yağış endirən və Öz mər­hə­mətini hər yana ya­yan Odur. O, Himayəçidir, Tərifə­layiqdir

[29] Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun də­lil­lərin­dən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə top­la­ma­ğa qadirdir

[30] Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır

[31] Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz

[32] Dənizdə dağlar kimi üzən gə­mi­lər də Onun dəlillərin­dən­dir

[33] Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır

[34] Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar

[35] Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər

[36] Sizə verilən hər bir şey dünya hə­yatının keçici zövqü­dür. Alla­hın ya­nında olan­lar isə daha xeyirli və daha sü­rəklidir. Bunlar iman gətirib öz Rəb­binə təvəkkül edənlər üçün­dür

[37] O kəslər üçün ki, böyük günah­lardan və çirkin əməl­lərdən çə­kinir, qə­zəbləndikləri zaman xətanı bağışla­yır­lar

[38] O kəslər üçün ki, Rəb­bi­nin də­və­tini qəbul edir, namaz qılır, iş­ləri­ barə­də öz arala­rın­da məsləhətləşir, onlara verdi­yi­miz ruzi­dən Allah yolunda xərc­lə­yirlər

[39] O kəslər üçün ki, haq­sız­lığa mə­ruz qaldıqda intiqam alırlar

[40] Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və ba­rış­sa, onun mükafatı Alla­ha aid olar. Həqiqətən, O, za­lımları sev­mir

[41] Haqsızlığa uğradıqdan sonra qi­sas alanlara heç bir mə­zəm­mət olun­maz

[42] Məzəmmət olunmağa an­caq in­san­lara zülm edənlər və yer üzün­də haqsız yerə azğın­lıq edənlər layiqdirlər. Məhz onlar üçün ağ­rılı-acılı əzab var­dır

[43] Hər kim səbir edib ba­ğış­lasa, şüb­həsiz ki, bu məq­sədə uy­ğun işlər­dən­dir

[44] Allah kimi azğınlığa sal­sa, bun­dan sonra onun heç bir hi­ma­yə­çisi ol­maz. Sən za­lım­ları əzabı gördükləri za­man: “Qa­yıt­ma­ğa bir yol yoxdur­mu?”– deyən görəcəksən

[45] Cəhənnəm qarşısına gə­ti­rildikləri zaman sən onların zə­lil­lik­dən başlarını aşağı salıb gözucu gizlin-gizlin bax­dıq­la­rını gö­rə­cək­sən. Möminlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qi­ya­mət günü öz­lə­rini və ailələrini itirən­lərdir”. Həqiqətən, zalımlar da­i­mi əzab içində olacaqlar

[46] Onlara Allahdan başqa kömək edəcək dostlar olma­ya­caq­. Allah ki­mi azğınlığa sal­sa, onun üçün heç bir qur­tuluş yolu ol­maz

[47] Allah tərəfindən qarşısı­alınmaz gün gəlməmişdən əv­vəl Rəb­bini­zin ça­ğırışına ca­vab verin! O gün sizin üçün heç bir sı­ğı­na­caq olma­yacaq və siz gü­nahlarınızı inkar edə bilmə­yə­cəksiniz

[48] Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq təbliğ et­məkdir. Biz insana Öz mərhəməti­miz­dən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə et­dikləri əməllərin ucbatından bir bəd­bəxtlik üz verdikdə isə, in­sa­nın nankor olduğunu görərsən

[49] Göylərdə və yerdə səl­tənət Alla­hındır. O, istədiyini yara­dır; ki­mə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir

[50] Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, is­tə­diyini də sonsuz edir. Hə­qiqətən, O, hər şeyi biləndir, qadirdir

[51] Allah insanla ancaq vəhy­lə və ya pərdə arxasından da­nışır, ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqə­tən, O, Ucadır, Hikmət sahibidir

[52] Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən –

[53] göylərdə və yerdə olan­ların sahi­bi Allahın yoluna. Şübhə­siz ki, bütün işlər Allaha qa­yıdır

əz-Zuxruf

Surah 43

[1] Ha. Mim

[2] Bu aydın Kitaba and ol­sun

[3] Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız

[4] Şübhəsiz ki, o, yanı­mız­da­kı Ana Kitabdandır. O, ucadır, hik­mət­lə dolu­dur

[5] Siz həddi aşan adamlar oldu­ğunu­za görə, Biz Zikri si­zə çat­dır­maqdan vaz keçməli­yik

[6] Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik

[7] Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoy­ma­sınlar

[8] Biz onlardan daha qüv­vətli olanları məhv etdik. Əv­vəlki­lərin aqi­bəti ötüb keçmiş­dir

[9] Əgər sən onlardan: “Göy­ləri və yeri kim yaratmışdır?”– deyə so­ruşsan, mütləq: “On­la­rı Qüdrətli və Bilən Allah ya­rat­mışdır!”– de­yə­cəklər

[10] O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə bilə­siniz

[11] Göydən lazım olduğu qə­dər su endirildi. Biz onunla ölü bir di­yarı di­ril­tdik. Siz də be­ləcə dirildilib çı­xa­rıla­caq­sınız

[12] O, bütün canlıları və bit­ki­ləri cüt ya­ratdı. Mindiyiniz gə­miləri və heyvanları yaratdı ki

[13] onların belinə, yaxud gö­yərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini yada salıb deyə­si­niz: “Bunu bi­zə ram edən Allah pakdır, müqəd­dəs­dir. Yoxsa bi­zim ona gücümüz çatmaz­dı

[14] Şübhəsiz ki, biz Rəbbi­mizə qayı­dacağıq”

[15] Müşriklər Allahın qulla­rın­dan bə­zisini Onun bir his­səsi qə­bul et­dilər (Ona övlad­lar və şəriklər qoşdular). Həqi­qə­tən, insan açıq-aydın nankordur

[16] Yoxsa Allah yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün seçmiş­dir

[17] Onlardan birinə, Mərhə­mətli Allaha aid etdikləri qız uşa­ğı ilə müj­də verilsə, hir­sindən üzü qapqara qaralar

[18] Onlar zinət içində böyü­dülən və çəkişmə zamanı ay­dın da­nı­şa bilməyən qızları­mı Allaha isnad edirlər

[19] Onlar Mərhəmətli Allahın qul­ları olan mələkləri qız he­sab et­dilər. Məgər on­lar mələk­lərin yaradılışının şahidi olub­lar? On­la­rın bu şahidliyi ya­zı­lacaq və buna görə cavab ver­məli olacaqlar

[20] Onlar dedilər: “Əgər Mər­həmətli Allah istəsəydi, biz on­lara iba­dət et­məzdik!” Onların bu haqda heç bir bi­liyi yoxdur. Onlar an­caq yalan danı­şırlar

[21] Bəlkə onlara bundan əv­vəl kitab vermişik və onlar da ona is­tinad edir­lər

[22] Xeyr! Müşriklər: “Biz ata­larımızı bu yolda gördük və biz də on­ların yo­lunu tutub ge­də­cəyik!”– deyirlər

[23] Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər

[24] Peyğəmbər dedi: “Əgər sizə ata­la­rınızın tutduğu o yol­dan da­ha doğ­ru­sunu göstər­səm necə?” Onlar dedilər: “Biz si­zin­lə gön­də­rilənləri inkar edi­rik”

[25] Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sa­yan­la­rın aqibəti necə oldu

[26] Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin ibadət etdikləri­niz­dən uzağam

[27] Yalnız məni yaradan­dan başqa! Şübhəsiz ki, O məni doğru yo­la yönəl­dəcək”

[28] O, bu “lə ilahə illəl­lah” kəl­mə­si­ni öz nəsli ara­sında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə doğru yola qa­yıt­sın­lar

[29] Doğrusu, Mən bunlara da, ata­la­rına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim

[30] Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmı­rıq!”– dedilər

[31] Onlar dedilər: “Nə üçün bu Qu­ran iki şəhərdən (Mək­kə­dən və ya Taif­dən) olan bö­yük bir adama nazil edil­mədi?”

[32] Sənin Rəbbinin mərhə­mətini on­larmı bölüşdürürlər? Biz dün­ya həya­tında onla­rın dolanışıqlarını aralarında bö­lüşdürdük. Bi­ri digəri­ni öz ya­nına iş­çi götürsün deyə, bəzi­lərinin dərəcə­lə­rini di­gərlərin­dən üstün etdik. Sənin Rəb­bi­nin mərhəməti onların yığ­dıq­la­rından daha xeyirlidir

[33] Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çe­vrilmək təh­lü­kəsi ol­masaydı, Mərhəmətli Allahı in­kar edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı da gümüşdən edər­dik

[34] evlərinin qapılarını və söykən­dik­ləri taxtları da

[35] üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya hə­ya­tı­nın keçici zövqüdür. Axirət isə sənin Rəbbinin ya­nında an­caq Allah­dan qorxanlar üçün­dür

[36] Kim Mərhəmətli Allahın zik­rin­dən üz döndərsə, Biz şey­tanı ona cala­yar və o da ona yol­daş olar

[37] Əlbəttə ki, şeytanlar on­ları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edə­r­lər

[38] Nəhayət, o, hüzurumu­za gəldik­də yoldaşına deyər: “Kaş ki, mə­nimlə sə­nin aranda məş­riqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

[39] Onlara deyilər: “Siz haq­sızlıq etdi­yinizə görə bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz!”

[40] Sənmi karlara eşitdirə­cəksən, ya­xud korları və aşkar az­ğın­lıq için­də olanları doğru yola yönəldəcəksən

[41] Biz səni götürüb apar­saq da, yenə onlardan mütləq inti­qam ala­ca­ğıq

[42] Yaxud onlara vəd etdi­yi­mizi sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz çatar

[43] Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan

[44] Doğrusu, bu Quran sə­nin üçün və sənin xalqın üçün bir şə­rəf­dir. Siz sor­ğu-suala tu­tulacaqsınız

[45] Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik

[46] Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun əyanları­nın ya­nı­na gön­dər­dik. Musa de­di: “Mən aləmlərin Rəb­bi­nin elçisiyəm!”

[47] Musa dəlillərimizi onla­ra bəyan edən kimi onlar buna gül­dü­lər

[48] Bizim onlara göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­lər­dən da­ha da üs­tün idi. Biz on­ları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qa­yıdalar

[49] Onlar: “Ey sehrbaz! Sə­nə verdiyi əhd xatirinə Rəb­bi­nə biz­dən ötrü dua et, biz də doğru yola gələk”– dedilər

[50] Biz əzabı onlardan uzaq­laşdıran kimi, sözlərindən dön­dü­lər

[51] Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səl­tə­nə­ti və al­tım­dan axan bu çaylar mənim deyilmi? Məgər görmür­sü­nüz

[52] Ya da mən bu aciz və az qala sö­zünü belə aydın başa sala bil­məyən adam­dan daha üstün deyiləmmi

[53] Nə üçün ona qızıl bilər­ziklər ta­xılmayıb və onunla bir­likdə bir-birinin ardınca mə­lək­lər gəlməyib?”

[54] Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Hə­qi­qə­tən, onlar fasiq adamlar idi­lər

[55] Onlar Bizi qəzəbləndir­dikdə on­lardan intiqam alıb ha­mısını də­nizdə ba­tırdıq

[56] Biz onları sonradan gə­lənlərə sələf və ibrət et­dik

[57] Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü

[58] Onlar dedilər: “Bizim mə­bud­ları­mız yaxşıdır, yoxsa o?” On­lar bunu sə­nə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar hö­cətləşən adamlardır

[59] O, yalnız və yalnız Bi­zim nemət verdiyimiz və İsrail oğul­la­rı­na nümunə etdiyimiz bir quldur

[60] Əgər istəsəydik, yer üzün­də içi­nizdən sizi əvəz edə­cək mə­lək­lər ya­ra­dardıq

[61] Həqiqətən, İsanın yer üzü­nə enmə­si Saatın yaxınlaş­ması­nın əla­məti­dir. Qi­yamətə şəkk et­mə­yin və Mənə tabe olun. Bu, doğru yoldur

[62] Şeytan sizi doğru yoldan döndər­məsin. Şübhəsiz ki, o si­zin açıq-aydın düşmə­niniz­dir

[63] İsa aydın dəlillərlə gəl­diyi za­man dedi: “Mən sizə hik­mət gə­tir­mi­şəm və barə­sində ziddiyyətə düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahdan qorxun və mənə itaət edin

[64] Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Elə isə Ona ibadət edin! Budur düz yol!”

[65] Firqələr öz aralarında ix­tilafa düşdülər. Ağrılı-acılı bir gü­nün əza­bın­dan vay zalımla­rın halına

[66] Onlar özləri də hiss et­mədən o Saatın qəflətən on­la­ra gəl­mə­sin­dən baş­qa bir şey­mi gözləyirlər

[67] O gün müttəqilərdən baş­qa bü­tün dostlar bir-birinə düş­mən kə­silə­cəklər

[68] Ey qullarım! Həmin gün sizə qorxu yox­dur və siz heç kə­dər­lənməyə­cəksiniz də

[69] Siz ayələrimizə iman gə­tirib mü­səlman olmusunuz

[70] Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun

[71] Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq. Ora­da nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq­. Siz ora­da əbədi qalacaq­sınız

[72] Xeyirxah əməllərinizin nə­ticəsi kimi varis olduğunuz Cən­nət budur

[73] Orada sizin üçün bol-bol mey­və­lər var, onlardan ye­yə­cək­siniz

[74] Şübhəsiz ki, günah­kar­lar əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar

[75] Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada na­ümid qa­lacaq­lar

[76] Biz onlara zülm et­mə­dik, lakin onlar özləri zalım idilər

[77] Onlar Cəhənnəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– de­yəcək

[78] Biz sizə haqqı təqdim et­dik, lakin çoxunuz haqqı xoş­la­mır­dı

[79] Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qə­ra­rı Biz veri­rik

[80] Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli da­nışıq­la­rı­nı eşitmi­rik? Xeyr! Yanlarında əməllə­ri­ni ya­zan elçi­lə­ri­miz var

[81] De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olar­dım

[82] Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və on­la­rın Ona aid etdikləri sifət­lərdən uzaqdır!”

[83] Onları burax, qoy vəd olunduq­ları günə qovuşana­dək batil iş­lərə dal­sınlar və bir müd­dət əylənsinlər

[84] Göydə də məbud, yerdə də mə­bud yalnız Odur. O, Hikmət sa­hibidir, Bilən­dir

[85] Göylərin, yerin və onla­rın ara­sın­da olan hər şeyin sa­hibi olan Allah nə qə­dər xeyir­xahdır! O Saat (Qiyamət) haqqında bil­gi Ondadır və siz Onun hü­zu­ru­na qay­tarılacaqsınız

[86] Müşriklərin Onu qoyub yalvar­dıq­ları tanrılar şəfaət ve­rə bil­məz­lər. Mə­nasını bilə­rək haqqa şəhadət verən­lər isə is­tisnadır

[87] Əgər onlardan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər

[88] Peyğəmbər dedi: “Ey Rəb­bim! Bun­lar iman gətirmə­yən adam­lardır!”

[89] Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə bilə­cək­lər

əd-Duxan

Surah 44

[1] Ha. Mim

[2] And olsun bu aydın Ki­taba

[3] Biz onu mübarək bir ge­cədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik

[4] Hər bir hikmətli iş o ge­cədə ayırd edilir –

[5] dərgahımızdan vəhy edi­lən əmr ilə. Həqiqətən, kitab­ları və el­çi­ləri Biz göndəririk –

[6] sənin Rəbbindən mərhə­mət olaraq. Şübhəsiz ki, O, Eşidən­dir, Biləndir

[7] Əgər yəqinliklə inanırsı­nızsa, bilin ki, Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir

[8] Ondan başqa ibadətə layiq olan mə­bud yoxdur. O həm di­ril­dir, həm də öl­dü­rür. O həm sizin Rəbbiniz, həm də əcdad­larınızın Rəb­bi­dir

[9] Lakin onlar şəkkə qapılıb əylə­nir­lər

[10] Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə

[11] O tüstü ki, insanları bü­rüyəcək­. Bu, ağrılı-acılı bir əzab­dır

[12] Onlar: “Ey Rəbbimiz! Bi­zi bu əzab­dan qurtar, biz də iman gə­tirək”– deyəcəklər

[13] Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aş­kar bir peyğəmbər gəl­sə də

[14] onlar ondan üz çevirib: “Öyrə­dilmiş bir dəlidir!”– de­dilər

[15] Biz əzabı bir az sizdən uzaq­laş­dı­rarıq, amma siz yenə az­ğın­lı­ğa qayıda­caqsınız

[16] Kafirləri böyük bir mü­si­bətlə ya­xalayacağımız gün, Biz on­lar­dan inti­qam alacağıq

[17] Biz onlardan əvvəl Firo­nun xal­qını da sınadıq. Onlara möh­tə­rəm bir elçi gəldi

[18] O dedi: “Allahın qulla­rı­nı mənə qaytarın. Həqiqətən, mən si­zin üçün etibarlı bir el­çiyəm

[19] Allaha qarşı təkəbbür gös­tər­mə­yin. Həqiqətən, mən sizə ay­dın bir sü­but gətir­mişəm

[20] Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəb­biniz olan Alla­ha sığınıram

[21] Əgər mənə inanmırsı­nız­sa, onda məndən uzaq olun!”

[22] Sonra o, Rəbbinə yalva­rıb dedi: “Həqiqətən, bunlar gü­nah­kar adamlar­dır!”

[23] Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şüb­hə­siz ki, siz təqib olu­nacaqsınız

[24] Dənizi də sakit burax! Onlar su­da batırılacaq əsgər­lərdir!”

[25] Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər

[26] habelə əkinlər, möhtə­şəm yerlər

[27] və içində həzz aldıqları nemət­lə­ri də qoyub getdilər

[28] Bax belə! Biz o nemət­lərə başqa­la­rını varis etdik

[29] Nə göy, nə də yer on­lar­dan ötrü ağlamadı. Onlara möh­lət də verilmədi

[30] Artıq İsrail oğullarını al­çaldıcı əzabdan qurtardıq –

[31] Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşan­lar­dan idi

[32] Biz İsrail oğulla­rını Öz el­mimizlə aləmlərdən üstün etdik

[33] Onlara içində açıq-ay­dın imtahan olan dəlillər verdik

[34] Bunlar mütləq deyəcək­lər

[35] “Bizim ancaq bircə ölü­mümüz var. Biz bir daha diril­dil­mə­yə­­cəyik

[36] Əgər doğru deyir­siniz­sə, onda atalarımızı dirildib gəti­rin!”

[37] Bunlar yaxşıdır, yoxsa Tubba tay­fası və onlardan əv­vəl­ki­lər? Biz onları məhv et­dik. Çünki onlar günahkar adam­lar idi

[38] Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə ya­rat­madıq

[39] Biz onları haqq olaraq ya­rat­dıq, lakin çoxları bunu bil­mir

[40] Şübhəsiz ki, ayırd etmə günü on­ların hamısı üçün mü­əy­yən olun­muş vaxtdır

[41] O gün dost dosta heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­

[42] Allahın rəhm etdiyi kim­sələrdən başqa! Həqiqətən, O, Qüd­rət­li­dir, Rəhm­lidir

[43] Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı

[44] günahkar adamın yemə­yidir

[45] Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –

[46] qaynar su qaynayan ki­mi

[47] Onu tutub Cəhənnəmin ortasına sürüyün

[48] Sonra əzab vermək üçün başına qaynar su tökün

[49] Dad bu əzabı! Sən ki qüd­rətli və şərəfli idin

[50] Sizin şübhə etdiyiniz əzab budur

[51] Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə –

[52] bağçalarda və çeşmələr başında olacaqlar

[53] Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər

[54] Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik

[55] Onlar orada əmin-aman­lıq içində hər meyvədən istə­yə­cək­lər

[56] Onlar ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Allah on­ları Cəhənnəm əzabından qorumuşdur –

[57] sənin Rəbbinin lütfkar­lı­ğı sayə­sində. Məhz bu, bö­yük uğur­dur

[58] Biz Quranı sənin dilində asan­laş­dırdıq ki, onlar öyüd-nə­si­hət ala bilsin­lər

[59] Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər

əl-Casiyə

Surah 45

[1] Ha. Mim

[2] Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

[3] Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün dəlillər var

[4] Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı can­lılarda qə­ti iman gə­tirmiş in­sanlar üçün neçə-neçə dəlil var

[5] Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə yeri ölümündən son­ra di­rilt­mə­sin­də və küləkləri istə­diyi səmtə yönəltməsində dü­şüncəli insanlar üçün də dəlil­lər var

[6] Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun dəlillərinə dair sözə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar

[7] Vay halına iftiraçının və günah­ka­rın

[8] O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşit­məmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Be­lə­sini ağ­rı­lı-acılı bir əzabla müj­dələ

[9] O, ayələrimizdən bir şey öy­rəndi­yi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab var

[10] Qarşıda onları Cəhən­nəm göz­lə­yir. Nə qazandıqları şey­lər, nə də Allah­dan başqa tut­duqları hima­yə­çi­lər onla­rı əzab­dan qur­ta­ra bilməyəcək­lər. On­ları böyük bir əzab gözləyir

[11] Bu Quran doğru yol gös­təricisidir. Rəbbinin ayə­lərini inkar edən­lə­ri ən pis cəza – ağ­rılı-acılı əzab gözləyir

[12] Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ax­tarmanız üçün dənizi sizin xidmətinizə verən Allah­dır. Bəlkə, şükür edəsiniz

[13] Göylərdə və yerdə olan­ların ha­mısını O, sizin xid­mə­tinizə ver­mişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var­

[14] İman gətirənlərə de ki, Allah, qa­zandıqları günahlara görə hər hansı bir tayfanın cə­zasını versin deyə, Allahın əzab günlərini göz­ləməyən­ləri ba­ğış­la­sın­lar

[15] Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız

[16] Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik

[17] Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək

[18] Sonra sənə də dində şə­riət yolu göstərdik. Sən ona ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma

[19] Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-bi­rinin himayədarı­dır­lar, Allah isə müt­tə­qilərin Himayə­da­rı­dır

[20] Bu Quran insanlar üçün açıq-ay­dın bir dəlil, qəti ina­nanlar üçün isə doğru yol gös­təricisi və mər­hə­mətdir

[21] Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölüm­­lə­­rindən son­ra da iman gə­tirib yaxşı işlər gö­rən­lərlə eyni tuta­ca­ğı­mı­zı güman edir­lər? Nə pis mühakimə yürü­dür­lər

[22] Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək

[23] Nəfsinin istəyini ilahi­ləş­dirən şəx­si gördünmü? Allah əzəli el­mi sayə­sində onu azğın­lığa saldı, qulağı­nı və qəlbini möhürlədi, gö­zünə də pərdə çəkdi. Allah­dan başqa kim onu doğru yola yö­nəl­də bilər? Mə­gər düşünüb anla­mırsınız

[24] Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar

[25] Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi

[26] De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir

[27] Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar

[28] Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­

[29] Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!”

[30] İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir

[31] Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz

[32] Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz”

[33] Onların etdikləri pis əməl­lər öz­lərinin qarşısına çı­xacaq, is­teh­za etdik­ləri əzab onları bü­rüyəcək

[34] və onlara deyiləcək: “Siz bu gününüzlə qarşıla­şa­ca­ğınızı unutduğu­nuz kimi, Biz də bu gün sizi unu­da­ca­ğıq. Si­zin gedəcə­yiniz yer Cəhən­nəm­dir. Sizin köməkçiləriniz də ol­maya­caq­

[35] Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyur­du­nuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxa­rıl­ma­ya­caq və on­lar­dan töv­bə etmələri tələb olunma­yacaq­

[36] Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur

[37] Göylərdə və yerdə bö­yüklük yal­nız Ona məx­sus­dur. O, Qüd­rət­lidir, Hikmət sahibidir

əl-Əhqaf

Surah 46

[1] Ha. Mim

[2] Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

[3] Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları ancaq haqq olaraq və müəyyən bir za­man kəsimi üçün ya­rat­dıq. Ka­firlər isə xə­bərdar edildikləri şeylər­dən üz döndərdilər

[4] De: “Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin”

[5] Allahı qoyub Qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən əşyalara yalvaran kim­sədən daha çox azmış kim ola bilər? Hal­buki o bütlər onların yal­varışından xəbərsizdirlər

[6] İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düş­mən kə­siləcək və onların ibadətini inkar edəcəklər

[7] Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqi­qətin gəl­diyini görüb onu in­kar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– de­yirlər

[8] Yaxud: “O bunu özündən uydur­muş­­dur!” – deyirlər. De: “Əgər mən onu uy­durmu­şam­sa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bil­məz­si­niz. O sizin Quran haqqındakı söz-söh­bət­ləri­nizi daha yaxşı bilir. Mənim­lə si­zin ara­nızda şahid kimi Allah yetər. O, Ba­ğış­la­yandır, Rəhmlidir”

[9] De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olu­na­na tabe olu­ram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

[10] De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür gös­tər­misi­nizsə, zülm et­­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yö­nəlt­məz!”

[11] Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər

[12] Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Ki­tabı var idi. Bu isə za­lımları qor­xut­maq və yaxşı iş görənlərə müjdə ver­mək üçün ərəb di­lin­də nazil edilmiş, əvvəlkiləri təs­diq edən bir Ki­tab­dır

[13] Həqiqətən də: “Rəbbi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tanla­ra heç bir qorxu yoxdur və onlar kədər­lənmə­yəcəklər

[14] Onlar Cənnət əhlidirlər və etdik­ləri əməllərin əvəzi ola­raq ora­da əbədi qalacaqlar

[15] Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə et­dik. Ana­sı onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, o, yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə et­dim. Həqiqətən, mən müsəl­manlardanam!”

[16] Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kim­sələrdir. Bu, onlara ve­rilmiş doğru vəddir

[17] Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nə­sil gəlib-getdiyi hal­da, siz məni qəbirdən çıxarı­la­cağımlamı hə­dələyirsiniz?”– de­yər. On­lar Allahdan yardım di­ləyərək: “Vay sə­­nin halına! İman gətir, Allahın vədi haq­dır!”– deyərlər. O isə: “Bu, keç­miş­də­kilərin əfsanələrindən başqa bir şey deyildir!”– de­yər

[18] Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və in­sanlardan ibarət olan xalq­lar haqqındakı Söz on­ların ba­rəsində də ger­çəkləşmişdir. Hə­qiqətən də, onlar ziyana uğ­ra­yanlardır

[19] Hamının etdiyi əməllərə görə də­rəcələri var ki, Allah on­la­ra əməl­lə­ri­nin əvəzini ver­sin. Onlara əsla zülm edilməz

[20] Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib qur­tar­dı­nız və onlardan zövq al­dı­nız. Bu gün isə siz yer üzündə haqsız ola­raq tə­kəbbür göstər­diyinizə və asi olduğu­nu­za gö­rə alçaldıcı əzab­la cə­za­landırı­la­caq­sınız!”

[21] Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qum­sal təpələrdə ya­şayan tayfasını: “Allah­dan başqasına ibadət et­məyin. Mən si­zə üz verəcək əzə­mətli günün əzabın­dan qor­xu­ram!” deyə xəbərdar et­mişdi

[22] Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan dön­dər­mə­yəmi gəl­din? Əgər doğru danışanlar­dan­sansa, bizə vəd et­di­yi­ni gətir!”

[23] Hud dedi: “Bu haqda bil­gi ancaq Allaha məxsusdur. Mən si­zə yalnız mə­nimlə gön­dərilənləri təbliğ edirəm. La­kin mən sizin ca­hil adamlar ol­du­ğu­nu­zu görürəm”

[24] Nəhayət, o əzabı vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gör­dük­də: “Bu bizə ya­ğış yağdıracaq bulud­dur!”– de­di­lər. Hud de­di: “Xeyr! Bu si­zin tez gəl­məsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir

[25] O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Biz günahkar adam­ları belə cəzalandırırıq

[26] Sizə vermədiyimiz im­kanları Biz onlara vermişdik. Onlara qu­laq, göz və qəlb ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onları ələ sal­dıqları əzab bürüdü

[27] Biz sizin ətrafınızda olan şə­hərlə­ri məhv etdik. Biz ayə­ləri on­lara müx­tə­lif cür izah et­dik ki, bəlkə küfrdən əl çə­kələr

[28] Bəs nəyə görə Allahı qo­yub Ona yaxınlaşmaq məq­sə­dilə ila­hi­ləşdir­dik­lə­ri tanrı­lar onlara kömək etmədi? Ək­si­nə, onlardan uzaq­la­şıb yox oldu­lar. Bu, onların iftiraları və uy­durmalarıdır

[29] Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin ya­nı­na yolladıq. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Su­sun, qulaq asaq!”– dedilər. Qu­ran oxunub qurtardıqdan sonra isə xəbər­dar et­mək məq­sədilə öz tayfalarının yanına qayıtdı­lar

[30] Onlar dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Mu­sadan sonra nazil edilmiş, özün­dən əvvəlkiləri təsdiqlə­yən, haq­qa və düz yola yönəl­dən bir Ki­tab dinlədik

[31] Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!”

[32] Allahın dəvətçisini qə­bul etmə­yən kimsə yer üzün­də Allah­dan yaxa qurtara bil­məz və Ondan başqa onun hima­yəçi dostları da ol­maz. On­lar aş­kar azğınlıq içindədirlər

[33] Məgər onlar göyləri və yeri yara­dan, onları yarat­maq­la yo­rul­ma­yan Allahın ölüləri də diriltməyə qadir ol­duğunu gör­mür­lər­mi? Sözsüz ki, O, hər şeyə qadirdir

[34] Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara: “Mə­gər bu, həqiqət deyilmi?”– de­yiləcək. Onlar: “Bəli, Rəb­bi­mizə and ol­sun ki, hə­qi­qət­dir!”– deyəcəklər. Allah da: “Küfr et­diyinizə görə da­dın əzabı!”– de­yəcək

[35] Elçilərdən möhkəm iradə sahib­lə­rinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. On­lar vəd olun­du­ğu­nu görəcəkləri gün gündüzün bircə saatı qədər qal­dıqlarını sa­na­caqlar. Bu, bir təb­liğdir. Heç fasiq adamlardan başqası məhv edi­lərmi

Muhəmməd

Surah 47

[1] Kafirlərin və insanları Alla­hın yo­lundan sapdıranların əməl­lə­­rini Allah puça çıxar­mış­dır

[2] İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən ger­çək hə­qi­qət kimi Mu­həmmədə nazil edilənə inananların isə Allah gü­nah­la­rından keç­miş və onların vəziyyətini yaxşılaş­dır­mışdır

[3] Bu ona görədir ki, kafir­lər batilə uymuş, iman gəti­rən­lər isə öz Rəb­bin­dən gələn hə­qi­qə­tə bağlanmışlar. Belə­cə, Allah in­sanlara on­lara aid misallar çəkir

[4] Döyüşdə kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman bo­yun­la­rı­nı vurun. Nə­ha­yət, on­ları qırıb zəiflətdikdə əsirlərə bağ­­la­dığınız kən­dirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyə­siz, ya da fid­yə alıb azad edin. Müharibəyə son qo­yula­nadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah is­təsəydi, onlardan dö­yüş­süz də intiqam alar­dı. Lakin O sizi biri-biri­niz­lə sınağa çəkmək üçün belə etdi. Allah Öz yo­lunda öldürülən­lə­rin əməllərini heç vaxt boşa çı­xart­maz

[5] Allah onları doğru yola yönəl­də­cək, onların halını yax­şı­laş­dı­ra­­caq

[6] və onları özlərinə tanıt­mış olduğu Cənnətə daxil edəcək­

[7] Ey iman gətirənlər! Əgər siz Alla­ha (Onun dininə) kö­mək gös­tər­səniz, O da sizə kö­mək göstərər və ayaq­ları­nızı möh­kəm­lə­dər

[8] Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxar­dar

[9] Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət et­dilər, O da onla­rın əməllərini puça çıxartdı

[10] Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? Allah on­ları yerli-dib­li yox etmişdir. Kafir­ləri də buna bənzərləri gözlə­yir

[11] Bu ona görədir ki, Allah mö­min­lərin Himayəçisidir. Ka­fir­lə­rin isə heç bir himayəçisi yoxdur

[12] Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərdə yerləşdirər. Kafirlər isə mü­vəq­qəti ola­raq kef çəkər, heyvan ki­mi yeyib-içərlər. On­ların yeri Oddur

[13] Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı

[14] Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə isti­nad edən kim­sə pis əməli özü­nə gözəl gös­tərilən və öz nəfs­lərinə uyan kim­sə­lər kimi ola bi­lər­mi

[15] Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi

[16] Onların arasında səni din­lə­yən­lər də var. Nəhayət sə­nin ya­nın­dan çıxdıq­da özlərinə elm verilmiş kimsələrə is­tehza ilə de­yər­lər: “O, bayaq nə de­yir­di?” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş, özləri də nəfs­lərinə tabe ol­muş­lar

[17] Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hi­dayətini ar­tırar və on­ları təq­valı olmağa müvəffəq edər

[18] Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlmə­sin­dən başqa bir şeymi göz­ləyirlər? Artıq onun əlamətləri gəl­miş­dir. O Saat on­la­ra gəlib yetiş­diyi za­man ibrət almaları nəyə yara­yar

[19] Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Sən həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qa­dın­ların bağışlan­ma­sını dilə. Allah gə­zib-dolaş­dı­ğınız yeri də, ge­cə­­ləyəcəyiniz məskəni də bilir

[20] Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- de­yirlər. Hök­mü bəlli bir surə na­zil olub orada döyüş yada salı­nan kimi qəl­bində xəstəlik olan­ların sənə ölüm ayağında ba­yı­lan kimsənin ba­xışı ilə bax­dıqlarını gö­rər­sən. Onlar üçün da­ha yaxşı olardı ki

[21] itaət etsinlər və xoş söz söy­ləsin­lər. Cihada qəti əmr ve­rildiyi za­man Allaha sadiq qal­saydılar, əlbəttə ki, on­lar üçün daha yaxşı olar­dı

[22] Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz

[23] Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsə­lərdir

[24] Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlb­lə­ri qıfıllıdır

[25] Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi

[26] Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir

[27] Bəs mələklər onların üz­lərinə və arxalarına vura-vura can­la­rını alanda onların halı necə olacaq

[28] Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı

[29] Yoxsa qəlblərində xəs­tə­lik olan­lar elə hesab edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq

[30] Əgər Biz istəsəydik, on­ları sənə göstərərdik, sən də onları üz­lərin­dəki əlamət­lər­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir

[31] Biz aranızdakı mücahid­ləri və sə­bir edənləri ayırd edib üzə çı­xar­maq üçün sizi mütləq sınayacaq və barə­niz­dəki xə­bər­ləri də yox­layaca­ğıq

[32] Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sap­dı­ran­lar və hidayət yolunu ta­nı­dıqdan sonra Peyğəmbərə qar­şı çıxanlar Alla­ha heç bir zərər vura bilməzlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caq­

[33] Ey iman gətirənlər! Alla­ha və Pey­ğəmbərə itaət edin və əməl­lərinizi puç etməyin

[34] Şübhəsiz ki, kafir olan­ları, insan­ları Allah yolundan sap­dı­ran­ları, sonra da kafir ki­mi ölənləri, Allah heç vaxt ba­ğış­la­ma­ya­caq­

[35] Siz də cihadda zəiflik gös­tər­mə­yin və üstün olduğu­nuz hal­da kafirləri sül­hə ça­ğır­ma­yın! Allah sizinlədir. O si­zin əməllərinizi əs­la əskiltməz

[36] Həqiqətən, dünya həya­tı oyun və əyləncədən başqa bir şey de­yil. Əgər iman gə­tirib Allahdan qorxsanız, O sizə mü­ka­fat­la­rı­nızı verər və siz­dən mal-dövlətinizi istəməz

[37] Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi hal­da, siz xə­sislik gös­tərsəniz, O, kin-küdurətinizi üzə çıxardar

[38] Budur, siz Allah yolun­da malı­nız­dan xərcləməyə də­vət edi­lir­siniz. Ara­nızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, an­caq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­ti­rər

əl-Fəth

Surah 48

[1] Həqiqətən, Biz sənə ay­dın bir zəfər bəxş etdik ki

[2] Allah sənin əvvəlki və sonrakı gü­nahlarını bağışla­sın, sənə olan nemətini tamamla­sın, səni düz yola yönəltsin

[3] və Allah sənə böyük bir qələbə ilə kömək etsin

[4] Möminlərin imanı üstünə iman ar­tırmaq üçün onların qəl­bi­nə rahatlıq gön­dərən Odur. Göylərin və yerin or­du­ları Alla­hındır. Allah hər şeyi biləndir, hikmət sahibidir

[5] Bu ona görədir ki, Allah mömin ki­şiləri və mömin qa­dınları için­də əbədi qalacaq­ları, ağacları altından çaylar axan cən­nətlərə daxil etsin və onların günahlarından keçsin. Bu, Allah ya­nın­da bö­yük müvəffəqiyyətdir

[6] Həm də ona görədir ki, Allah Özü barəsində pis fi­kir­də olan mü­na­fiq kişi və müna­fiq qadınlara, müşrik kişi və müşrik qa­dın­la­ra əzab versin. Onların pis niyyəti özlərini bə­laya salsın! Alla­hın on­lara qə­zəbi tutmuşdur. Allah on­ları lə­nətləmiş və onlar üçün Cə­hən­nəm hazırlamışdır. Ora nə pis dönüş yeri­dir

[7] Göylərin və yerin ordu­la­rı Alla­hındır. Allah Qüdrət­li­dir, Hikmət sahibidir

[8] Həqiqətən, Biz səni şa­hid, müjdəçi və xəbərdarlıq edən elçi ki­mi gön­dər­mişik

[9] Biz belə etdik ki, siz Alla­ha və Onun Elçisinə iman gətirə­si­niz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və ge­cə-gündüz Alla­hı tərifləyə­siniz

[10] Sənə beyət edənlər Alla­ha beyət etmiş olurlar. Allahın əli on­ların əl­lə­ri­nin üstündə­dir. Kim əhdini pozsa, an­caq öz əleyhinə poz­muş olar. Kim də Allahla bağladığı əhdinə sa­diq qalsa, Allah ona böyük mü­kafat verər

[11] Geri qalan bədəvilər sə­nə: “Var-dövlətimiz və ailələ­rimiz bi­zi döyüşə get­məkdən ya­yın­dırdı. Allahdan bizim üçün ba­ğışlanma di­lə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dil­ləri ilə deyir­lər. De: “Əgər Allah sizə bir zərər yetir­mək və ya bir xeyir vermək is­təsə, Onun edə­cəyi işin qarşısını kim ala bi­lər?” Xeyr, Allah sizin nə etdiyinizdən xə­bər­dardır

[12] Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələ­ri­nə qayıtmayacaqlar. Bu, şeytan tə­rə­findən qəlbi­niz­də bəzədil­miş­di. Siz pis fikrə düşüb məhvə məhkum adam­lar ol­dunuz

[13] Kim Allaha və Onun El­çisinə iman gətirməzsə, bilsin ki, Biz ka­firlər üçün od hazır­lamışıq

[14] Göylərin və yerin hökm­ranlığı Allaha məxsusdur. O, is­tə­di­yi­ni bağış­layır, istədiyinə də əzab verir. Allah Bağışla­yandır, Rəhm­li­dir

[15] Siz Xeybərə qənimətləri götür­mə­yə getdi­yiniz zaman Hüdeybiyyə sülhündən geri qa­lanlar: “Qo­yun biz də sizin arxanızca gələk!”– de­yə­cəklər. On­lar Allahın sözünü dəyiş­dirmək istəyirlər. De: “Siz heç vaxt bi­zim ar­xa­mızca gəl­məyəcəksiniz. Allah əvvəldən sizin üçün belə de­miş­dir”. On­lar: “Xeyr, siz bizə həsəd apa­rırsı­nız”– deyəcəklər. Ək­si­nə, onlar çox az anlayanlardır

[16] Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı dö­yüşməyə ça­ğırılacaqsı­nız. Siz ya onlarla döyüşə­cək­­si­niz, ya da on­lar müsəlman ola­caq­lar. Əgər itaət etsəniz, Allah si­zə gözəl bir mü­kafat verər. Yox, əgər daha əvvəl üz döndər­di­yiniz kimi üz dön­dər­səniz, O sizə ağrılı-acılı bir əzab verər”

[17] Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də üz dön­dər­sə, ona ağ­rı­lı-acılı bir əzab verər

[18] Möminlər Hüdeybiyyədə ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı bil­di, on­la­ra mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə müka­fatlan­dır­dı

[19] Üstəlik alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah Qüd­rətlidir, Hikmət sahibidir

[20] Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bun­ları si­zə tez­liklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, mö­minlərə bir ib­rət olsun və sizi doğru yola yö­nəltsin

[21] Ələ keçirə bilmədiyiniz baş­qa qənimətlər də var. Ar­tıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir

[22] Əgər kafirlər sizinlə vu­ruşsalar, mütləq arxaya dönüb qa­çar­lar. Sonra da onlar özlə­ri­nə nə bir hima­yədar, nə də bir yar­dım­çı taparlar

[23] Allahın əzəldən müəy­yənləş­dir­di­yi qayda-qanun belədir. Sən Alla­hın qoyduğu qay­da-qanununda heç vaxt bir dəyişiklik ta­pa bil­məzsən

[24] Sizi onların üzərində qə­ləbə çal­mağa müvəffəq etdik­dən son­ra, Məkkə vadisində on­la­rın əlini sizdən, sizin də əlini­zi on­lar­dan çəkən Odur. Allah si­zin nə etdiklərinizi Görəndir

[25] O kafirlər, sizi Məs­ci­dul-Hə­rama buraxmayan və qur­banlıq hey­van­larını qurban­ga­ha gedib çatmağa qoy­mayan kimsələrdir. Əgər Məkkədə ta­nımadığı­nız mömin kişiləri və mömin qa­dın­ları bil­mədən tap­dalayıb əzmək və on­la­rın uc­batından günaha bat­maq təh­lü­kə­si ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istə­diyini Öz mərhəmətinə qovuş­dursun de­yə buna izin vermədi. Əgər onlar bir-birindən seçil­səydi­lər, Biz on­lardan ka­fir olanlara ağ­rılı-acılı bir əzab ve­rərdik

[26] Kafirlər öz qəlbində tə­kəbbür­lü­yə – cahillik lovğalı­ğı­na qa­pıl­dıqları za­man Allah Öz Elçisinə və möminlərə mə­nəvi rahatlıq na­zil etdi və on­la­ra təq­va sözünü vacib buyurdu. Onların buna da­ha çox haqqı var idi və ona layiq idi­lər. Allah hər şeyi bilir

[27] Allah Öz Elçisinin həqi­qət kimi gördüyü yuxusunu gerçəyə çe­virdi. Allah qoysa, siz əmin-amanlıqla, başla­rınızı qırxdırmış, bə­ziləriniz də saç­la­rı­nı qısaltmış halda və qorx­ma­dan Məs­ci­dul-Hə­ra­ma daxil olacaqsınız. Allah si­zin bilmə­diklərinizi bilir. O, bun­dan qa­baq – Məkkəyə girməz­dən əv­vəl sizə yaxın bir qələbə də bəxş edə­cək

[28] İslamı bütün dinlərdən üstün et­sin deyə Öz Elçisini hi­da­yət­lə və həqiqi dinlə gön­dərən Odur. Şahid olaraq Allah yetər

[29] Muhəmməd Allahın El­çi­sidir. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər. Sən onları rüku edən, səc­dəyə qa­pa­nan, Allahdan lütf və razılıq diləyən gö­rər­sən. Əla­mətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəs­fidir. İn­cildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüv­vətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax du­ra­raq əkinçiləri heyran et­mişdir. Allah mö­minlərin sa­yını artırır, özlərini də qüvvət­ləndirir ki, kafirləri qə­zəblən­dirsin. Allah onlardan iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə ba­­ğışlanma və böyük bir mü­kafat vəd etmiş­dir

əl-Hucurat

Surah 49

[1] Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Rəsulunu qa­baq­lamayın. Allahdan qorxun! Həqiqətən, Allah hər şeyi eşi­­dəndir, hər şeyi bi­lən­dir

[2] Ey iman gətirənlər! Səsi­nizi Pey­ğəmbərin səsin­dən yük­səyə qaldır­mayın və bir-biri­ni­zə müraciət etdiyiniz kimi ona da uca səs­lə müraciət etməyin. Yox­sa, özünüz də hiss etmə­dən əməl­lə­ri­niz hədər gedər

[3] Həqiqətən, Allahın Rəsulu yanında səsini endirənlər o şəxs­lər­dir ki, Allah onların qəl­bini təqva üçün sınağa çək­miş­dir. Onları ba­­ğışlanma və bö­yük mükafat gözləyir

[4] Şübhəsiz ki, səni otaqların arxa­sın­dan səsləyənlərin əksə­riy­yə­ti nə etdik­lə­rini anla­mırlar

[5] Sən onların qarşılarına çı­xanadək səbir etsəydilər, əl­bət­tə, bu, onlar üçün daha yax­şı olardı. Allah Bağış­layan­dır, Rəhmlidir

[6] Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gə­tirsə, onu araş­dırın. Yoxsa bil­mədən bir qövmə pislik edər, sonra da bunun peş­man­çılığını çə­kər­si­niz

[7] Bilin ki, Allahın Rəsulu ara­nız­da­dır. Əgər o, bir çox iş­lər­də si­zə güzəştə get­səydi, çə­tin­liyə düşərdiniz. Lakin Allah si­zə imanı sev­dirmiş, onu qəl­bi­nizə gö­zəl göstərmiş, sizdə küf­rə, günaha və asi ol­mağa qarşı nifrət oyatmışdır. Doğ­ru yolda olanlar da on­lar­dır

[8] Bunlar Allahın lütfü və neməti sa­yəsindədir. Allah hər şeyi bi­ləndir, hikmət sahibidir

[9] Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir

[10] Möminlər, həqiqətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı ba­rış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin

[11] Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­ma­sın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qa­dınları lağa qoy­masınlar. Ola bilər ki, bunlar onlardan daha yax­şı ol­sunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­­ğır­ma­yın. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır

[12] Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi? Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, Rəhm­li­dir

[13] Ey insanlar! Biz sizi kişi və qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır

[14] Bədəvilər: “Biz iman gə­tirdik!”– dedilər. De: “Siz qəl­bən iman gətir­mə­di­niz! Ancaq: “Biz müsəlman olduq!”– de­yin. İman sizin qəlblər­inizə hələ daxil ol­mamışdır. Əgər Allaha və Onun El­çi­si­nə ita­ət etsəniz, O sizin əməllərinizdən heç bir şey əs­kiltməz. Şüb­hə­siz ki, Allah Bağışlayandır, Rəhmlidir!”

[15] Möminlər ancaq Allaha və Onun Rəsuluna iman gətirən, son­ra heç bir şəkk-şübhəyə düş­məyən, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­lər­dir! İmanlarında sadiq olan­lar da məhz on­lar­dır

[16] De: “Siz dininizi Alla­ha­mı öy­rə­dirsiniz?” Halbuki Allah göy­lərdə olan­ları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir

[17] Onlar müsəlman olduq­larına gö­rə sənə minnət qoyur­lar. De: “Müsəl­man olmusu­nuz deyə mənə minnət qoyma­yın! Əgər doğ­ru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi ima­na gə­tir­mək­lə sizə mərhə­mət göstərmişdir!”

[18] Şübhəsiz ki, Allah göy­lərin də, yerin də qeybini bilir. Allah si­zin nə et­diklərinizi gö­rür

Qaf

Surah 50

[1] Qaf. Şərəfli Qurana and olsun

[2] Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir

[3] Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən di­ri­ləcəyik? Bu, əlçat­maz bir qa­yı­dışdır!”

[4] Həqiqətən, Biz yerin on­lardan nə­yi alıb əskiltdiyini bi­lirik. Biz­də hər şeyi qo­ruyan bir Kitab var­dır

[5] Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər

[6] Məgər onlar başları üs­tün­dəki gö­yə baxıb onu necə ya­rat­dı­ğı­mızı və necə bəzədi­yi­mizi görmürlərmi? Orada heç bir yarıq da yox­dur

[7] Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz ox­şayan bit­ki­lərin hər nö­vündən yetişdirdik

[8] Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət ol­sun deyə belə etdik

[9] Biz göydən bərəkətli su endirdik, onunla bağlar və bi­çilən ta­xıl dənələri bitirdik

[10] Eləcə də meyvələri sal­xım-sal­xım asılmış hündür xur­ma ağac­ları bitirdik

[11] Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məm­lə­kə­ti diriltdik. Dirilib qə­birdən çıxmaq da belədir

[12] Onlardan əvvəl Nuh qöv­mü, Rəss əhli, Səmud tayfası elçiləri ya­lançı saydı

[13] Ad qövmü, Firon xalqı, Lut tayfa­sı

[14] Əykə əhli və Tubba qöv­mü – bun­ların hamısı elçiləri ya­lan­çı saydı və Mənim təh­di­dim gerçəkləşdi

[15] Məgər Biz ilk yaradılış­dan zəif­lə­dikmi? Xeyr! Onlar yeni ya­ra­dılış olan dirilmə ba­rə­sində şübhə içindədirlər

[16] İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdi­yini də bi­li­rik. Biz ona şah da­marından da yaxınıq

[17] Sağında və solunda iki mələk otu­rub onun əməllərini qey­də alır

[18] Dediyi elə bir söz yox­dur ki, onu yazmaq üçün ya­nında hazır dur­muş gö­zətçi olmasın

[19] Ölüm bihuşluğu həqiqə­tən gələ­cək. Ey insan! Bu, sənin uzaq qaç­dı­ğın şeydir

[20] Sur üfürüləcək. Bu, vəd olun­muş təhdid günüdür

[21] Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməl­lərinə şa­hidlik edənlə bir­likdə gələcək

[22] Sən bu günün haq­qında qəflət için­də idin. Amma Biz pər­də­ni sənin üzün­dən qal­dır­dıq. Sən bu gün çox yaxşı gö­rürsən!”

[23] Yoldaşı (şahid mələk) de­yəcək­: “Bu yanımdakı ha­zır­dır!”

[24] Allah buyuracaq: “Atın Cə­hənnəmə hər bir inad­cıl kafi­ri

[25] xeyrə mane olanı, az­ğın­laşıb həd­di aşanı, şübhə edəni

[26] başqa bir məbudu Alla­ha tay tu­ta­nı. Atın onu şiddətli əza­bın içinə!”

[27] Dostu şeytan deyə­cək­: “Ey Rəbbimiz! Onu mən yol­dan çı­xart­­ma­dım, əksinə, o özü dərin azğınlıq içində idi!”

[28] Allah deyəcək: “Mə­nim hüzu­rumda höcətləşməyin. Mən əv­vəlcədən sizi xəbərdar etmişdim

[29] Mənim Sözüm dəyiş­məz­dir. Mən bəndələrə zülm edən de­yi­ləm!”

[30] O gün Biz Cəhənnəmə: “Dol­dun­mu?”– deyəcəyik. O isə: “Ye­nə varmı?”– deyəcək­

[31] Cənnət müttəqilərə ya­xın­laş­dırı­lacaq, onlardan uzaq­da ol­ma­ya­­caq

[32] Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Alla­ha üz tu­tan, Onun əmrinə riayət edən

[33] Mərhəmətli Allahdan Onu gör­mə­dən qorxan və Allaha yö­nəl­miş qəlblə gələn kimsələr üçün­dür

[34] Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür

[35] Orada onlar üçün istə­dik­ləri hər şey hazırlanmışdır. Üs­təlik hü­zuru­muz­da bundan da artığı – Allahı gör­mək var­

[36] Biz onlardan əvvəl özlə­rindən daha qüvvətli neçə-ne­çə nəsli məhv etdik. Onlar di­yarbədiyar gəzib dola­şır­dı­lar. Məgər əzab­dan qaçıb qurtara bil­dilərmi?”

[37] Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qu­laq asan kimsə üçün ibrət var

[38] Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi

[39] Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əv­vəl və batma­mış­dan əvvəl Rəb­bini həmd ilə təriflə

[40] Gecənin bir vaxtında və səc­də­lər­dən sonra Onun şə­ni­nə tə­rif­lər de

[41] Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən ça­ğı­ra­caq

[42] O gün onlar bu səsi ger­çəkdən eşidəcəklər. Bu, qəbir­lərdən çıx­ma günü­dür

[43] Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bi­zədir

[44] O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır

[45] Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver

əz-Zariyat

Surah 51

[1] And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə

[2] And olsun yağmur yükü daşıyan­lara

[3] And olsun asanlıqla üzüb gedən­lərə

[4] And olsun işləri paylaş­dı­ranlara

[5] Sizə vəd olunanlar həqi­qət­dir

[6] Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir

[7] And olsun gözəl gö­rü­nü­şü olan səmaya

[8] Sizin sözləriniz ziddiy­yət­li­dir

[9] Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər

[10] Məhv olsun yalançılar

[11] O kəslər ki, cəhalət için­də olan qafillərdir

[12] Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar

[13] O gün onlara odda əzab veri­lə­cək

[14] Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!”

[15] Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar

[16] öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular

[17] Onlar gecələr ibadət edib az ya­tır­dı­lar

[18] Sübh çağı isə bağış­lan­ma diləyir­dilər

[19] Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­

[20] Qəti inananlar üçün yer üzündə dəlillər var

[21] Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz

[22] Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir

[23] Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir

[24] İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı

[25] Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di

[26] O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi

[27] Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di

[28] O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər

[29] Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!”

[30] Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”

[31] İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?”

[32] Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki

[33] onların üstünə gildən daş­lar yağdıraq –

[34] həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!”

[35] Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq

[36] Amma orada bir evdən başqa müsəlman tap­madıq

[37] Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq

[38] Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik

[39] Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di

[40] Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi

[41] Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik

[42] O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di

[43] Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di

[44] Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu

[45] Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı

[46] Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər

[47] Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk

[48] Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz

[49] Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız

[50] De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm

[51] Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”

[52] Beləcə, onlardan əvvəl­kilərə də elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “Sehrbaz­dır, ya da dəlidir!”– deməsin­lər

[53] Onlar bunu bir-birinə və­siyyətmi etmişlər? Xeyr, on­lar həd­di aşan adam­lardır

[54] Artıq onlardan üz dön­dər! Sən bu­na görə qınan­maz­san

[55] Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir

[56] Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım

[57] Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm

[58] Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir

[59] Şübhəsiz ki, zülm edən­ləri həm­taylarının qisməti ki­mi bir qis­mət göz­ləyir. Qoy onlar Məni tələsdirməsinlər

[60] Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin ha­lına

ət-Tur

Surah 52

[1] And olsun Tur dağına

[2] And olsun yazılmış Ki­ta­ba –

[3] nazik dəri üzərində olan Kitaba

[4] And olsun Beytulmə­mura

[5] And olsun yüksək tavana

[6] And olsun alovlanan də­nizə

[7] Rəbbinin əzabı hökmən vaqe ola­caq

[8] Heç nə onun qarşısını ala bilməz

[9] O gün göy şiddətlə sarsı­lacaq

[10] dağlar da hərəkətə gələ­cək

[11] O gün vay halına haqqı yalan sa­yanların

[12] O kəslər ki, yalan ba­taq­lığında əylənirlər

[13] O gün onlar amansız­ca­sına sürü­dülərək Cəhənnəm odu­na atı­lacaqlar

[14] Onlara deyiləcək: “Bu, si­zin yalan saydığınız Cəhən­nəm odu­dur

[15] Bəlkə bu da sehrdir, yoxsa görmür­sünüz

[16] Yanın orada! Dözsəniz də, döz­məsəniz də sizin üçün ey­ni­dir. Sizə an­caq etdiyiniz əməllərin cəzası verilir”

[17] Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar

[18] Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir

[19] Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”

[20] Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik

[21] Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur

[22] Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik

[23] Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək

[24] Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar

[25] Onlar bir-birinə üz tu­tub soru­şa­caqlar

[26] Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq

[27] Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du

[28] Biz əvvəllər Ona dua edirdik. Hə­qiqətən, O, yaxşılıq edən­dir, Rəhmli­dir!”

[29] Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə ka­hin­sən, nə də dəli

[30] Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər

[31] De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”

[32] Yoxsa onların ağılları bu­nu onla­ra əmr edir? Yaxud on­lar az­ğın adam­lardır

[33] Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər

[34] Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər

[35] Bəlkə onlar öz-özünə ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır

[36] Yoxsa onlar göyləri və yeri yara­dıblar? Xeyr, onlar qətiyyən inan­mır­lar

[37] Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır? Yaxud on­lar hökm sahibi­dirlər

[38] Yoxsa onların, üstünə çı­xıb mə­lək­lərin söhbətlərini din­lə­dik­lə­ri bir nərdi­va­nı var­? Onda qoy onların mələk­ləri din­ləyənləri an­la­şıqlı bir dəlil gə­tirsin­lər

[39] Yoxsa qızlar Onun, oğ­lanlar isə sizindir

[40] Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borc­lu qaldıq­la­rı­na görə ağır yük altındadırlar

[41] Yoxsa onlar qeybi bilir və onu ya­zırlar

[42] Yoxsa bir hiylə qurmaq istəyir­lər? Amma kafirlər öz­lə­ri o hiy­lənin qurba­nı olacaqlar

[43] Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah on­la­rın qoşduqları şəriklərdən uzaqdır

[44] Əgər onlar göy parçala­rının düş­düyünü görsələr: “Bu­lud to­pası­dır!”– deyərlər

[45] Sən onları sarsılacaqları günə qo­vuşana qədər tərk et

[46] O gün hiylələri onlara heç bir fay­da verməyəcək və on­la­ra kö­mək gös­tə­rilməyə­cək­

[47] Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazır­lan­mış­dır. Lakin on­ların çoxu bunu bilmir

[48] Sən öz Rəbbinin hök­mü­nə səbir et! Həqiqətən, sən Bi­zim Göz­ləri­miz önündəsən. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et

[49] Gecənin bir vaxtında, bir də ul­duzlar batandan sonra Onun şəninə tə­riflər de

ən-Nəcm

Surah 53

[1] And olsun batmaqda olan ulduza

[2] Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır

[3] O, öz istəyi ilə danışmır

[4] Bu, ona təlqin edilən bir vəhydir

[5] Bunu ona çox qüvvətli olan öy­rət­di –

[6] gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü

[7] O, ən uca üfüqdə idi

[8] Sonra Muhəmmədə yaxın­laşıb aşağı endi

[9] O, iki yay uzunluğunda, hətta on­dan da yaxın məsafə­də idi

[10] Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi

[11] Peyğəmbərin qəlbi gör­dü­yünü ya­lan saymadı

[12] İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz

[13] Onu bir daha öz sürə­tin­də enər­kən gördü –

[14] son həddəki Sidr ağacı­nın yanın­da

[15] Məva bağı da onun ya­nındadır

[16] O zaman Sidr ağacını bürüyən bürümüşdü

[17] Peyğəmbərin gözü ya­yın­madı və həddi aşmadı

[18] O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü

[19] Siz tapındığınız Lat və Uz­zanı gör­dünüzmü

[20] Həmçinin üçüncü olan Mənatı da

[21] Məgər oğlanlar sizin, qız­lar Allahındırmı

[22] Onda bu ədalətsiz bölgü olardı

[23] Onlar sizin və ataları­nı­zın qoy­duqları adlardan başqa bir şey de­yil. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. On­lar yal­nız zənnə və nəfs­lərinin istəklərinə uyar­lar. Halbuki Rəb­bindən onlara doğru yolu göstərən rəh­bər ar­tıq gəl­mişdir

[24] Yoxsa insan üçün istə­di­yi hər şey hazırlanmışdır

[25] Axirət də, dünya da Alla­hındır

[26] Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz

[27] Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər

[28] Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə ola­raq zən­nə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz

[29] Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər

[30] Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəb­bin Onun yo­lun­dan azanı da, doğru yolla gedəni də yaxşı ta­nıyır

[31] Göylərdə və yerdə nə varsa, Alla­hındır. Bu, Allahın pislik edən­lərə əməl­lərinin cə­zasını verməsi, yaxşılıq edən­ləri isə ən gö­zə­li ilə (Cənnətlə) müka­fatlandırması üçündür

[32] Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər. Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. O, si­zi tor­paqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində ruşeym ha­lında olanda da sizi yaxşı ta­nı­yırdı. Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir

[33] Gördünmü üz çevirəni

[34] malından azacıq verib sonra heç verməyəni

[35] Məgər o, qeybi bilirmi ki, bunu görsün

[36] Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi

[37] Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi

[38] Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz

[39] İnsan can atdığı şeyə nail olar

[40] Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq

[41] Sonra da ona bunun əvə­zi tam ve­riləcək!”

[42] Son dönüş sənin Rəbbi­nədir

[43] Güldürən də, ağladan da Odur

[44] Öldürən də, dirildən də Odur

[45] O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı –

[46] axıdılan bir nütfədən

[47] Təkrar diriltmək də Ona aiddir

[48] Dövlətli edən də, kasıb edən də Odur

[49] Şira ulduzunun da Rəbbi Odur

[50] O, əvvəlki Ad tayfasını məhv etdi

[51] Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı

[52] Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi

[53] Alt-üst olmuş kəndləri də O vi­ran qoydu

[54] Onların başına gətirdi­yi­ni gətir­di

[55] Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən

[56] Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır

[57] Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı

[58] Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz

[59] Yəni siz bu Sözə təəccüblənirsiniz

[60] Gülürsünüz, heç ağla­mır­sınız

[61] Və qəflət içində oynayıb əylənirsiniz

[62] Siz Allaha səcdə qılın və Ona iba­dət edin

əl-Qəmər

Surah 54

[1] Qiyamət yaxınlaşdı və ay yarıldı

[2] Onlar bir möcüzə gör­dük­də üz döndərib: “Bu, davam e­dən bir sehrdir” deyirlər

[3] Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin is­tək­lə­ri­nə tabe oldu­lar. Halbuki hər bir iş bərqərar olacaq

[4] Onlara küfrdən çəkin­di­rən neçə-ne­çə xəbər gəlmiş­dir

[5] Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər

[6] Sən də onları tərk et! Car­çının on­ları xoşagəlməz bir şe­yə ça­ğı­ra­cağı gün

[7] onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxacaqlar

[8] Kafirlər carçıya tərəf tə­lə­sərək: “Bu nə çətin bir gün­dür!”– de­yəcəklər

[9] Onlardan əvvəl Nuh qöv­mü el­çi­lə­ri yalançı hesab et­miş­di. On­lar qu­lu­mu­zu yalançı sa­yıb: “O, dəlidir!”– dedilər və ona hədə-qor­xu gəldi­lər

[10] O, Rəbbinə yalvarıb: “Mə­ni üs­tə­lədilər! Mənə kö­mək et!”– de­di

[11] Biz göyün qapılarını ley­san yağışı ilə açdıq

[12] Yeri yarıb bulaqlar qay­natdıq. Göydən tökülən və yer­dən çıxan su­lar əzəl­dən yazıl­mış bir iş üçün bir-birinə qo­vuşdu

[13] Biz onu taxtalardan pər­çimlənib mismarlanmış gəmi­də da­şı­dıq

[14] İnkar edilmiş peyğəm­bə­rə mükafat olaraq o gəmi Göz­ləri­miz önün­də üzüb gedirdi

[15] Biz həmin hadisə­ni nəsillə­rə ibrət üçün saxla­dıq. Amma heç bir ya­da salan varmı

[16] Görəydin Mənim əzabım və qor­xut­mağım necə oldu

[17] Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

[18] Ad qövmü də elçiləri ya­lançı saydı. Görəydin Mənim əzabım və qorxut­ma­ğım necə oldu

[19] Biz uzun sürən uğursuz bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik

[20] O, insanları kökündən çıxar­dıl­mış xurma kötükləri kimi qo­par­dıb atırdı

[21] Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu

[22] Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

[23] Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı

[24] Onlar dedilər: “Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq? On­da biz az­ğınlığa dü­şər və ağılsız iş görmüş ola­rıq

[25] Zikr aramızdan təkcə onamı ve­rildi? Xeyr, o, yalan­çıdır, lov­ğa­dır!”

[26] Sabah onlar kimin ya­lan­çı və lovğa olduğunu müt­ləq bi­lə­cək­lər

[27] Biz onları sınağa çək­mək üçün bir dişi dəvə göndə­rə­cə­yik. On­ların nə edəcək­lərini göz­lə və əziyyətlərinə səbir et

[28] Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!”

[29] Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi

[30] Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu

[31] Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular

[32] Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

[33] Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı

[34] Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik –

[35] Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq

[36] Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar

[37] Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!”

[38] Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di

[39] Elə isə əzabımı və təh­did­lərimi dadın

[40] Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı

[41] Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi

[42] Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq

[43] Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir

[44] Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər

[45] Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq

[46] Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır

[47] Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər

[48] O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək

[49] Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq

[50] Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir

[51] Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı

[52] Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır

[53] Hər bir kiçik və böyük əməl ya­zılmışdır

[54] Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da

[55] qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar

ər-Rəhman

Surah 55

[1] Mərhəmətli Allah

[2] Quranı öyrətdi

[3] İnsanı yaratdı

[4] ona danışmağı öyrətdi

[5] Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir

[6] Otlar (və ya ulduzlar) da, ağaclar da Allaha səcdə edir

[7] Allah göyü ucaltdı və tə­rə­zini qoy­du ki

[8] çəkidə həddi aşmayasınız

[9] Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin

[10] O, yeri məxluqat üçün döşədi

[11] Orada meyvələr və sal­xımlı xur­ma ağacları var

[12] Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də var

[13] Elə isə Rəbbinizin hansı nemət­lə­rini yalan sayırsınız

[14] O, insanı saxsı kimi qu­ru gildən yaratdı

[15] Cinləri də təmiz oddan yaratdı

[16] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[17] Allah iki məşriqin və iki məğribin Rəbbidir

[18] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[19] O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu

[20] Onların arasında maneə var, onu keçə bilməzlər

[21] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[22] Onlardan mirvari və mər­can çıxır

[23] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[24] Dənizdə dağlar kimi, yel­kənləri qaldırılmış halda üzən gə­mi­lər də Onun­dur

[25] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[26] Yer üzündə olan hər kəs ölümə məhkumdur

[27] Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir

[28] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[29] Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi On­dan dilə­yir. O hər gün işdədir

[30] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[31] Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məş­ğul olacağıq

[32] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[33] Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hüdud­larını ya­rıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bi­lərsiniz

[34] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[35] Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis və ya tüstü gön­də­ri­ləcək və siz bir-biri­ni­zə kömək edə bilməyə­cək­siniz

[36] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[37] Göy yarılıb dağ edilmiş yağ, ya­xud ərinmiş qurğuşun ki­mi qıp­qırmızı olacaqdır

[38] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[39] O gün nə insan, nə də cin günahı barəsində sorğu-su­al olun­maya­caq

[40] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[41] Günahkarlar simala­rın­dan tanı­nacaq, kəkillərindən və ayaq­la­rın­dan yaxalanacaqlar

[42] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[43] Budur günahkarların ya­lan he­sab etdikləri Cəhənnəm

[44] Onlar onunla qaynar su arasında dolanacaqlar

[45] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[46] Rəbbinin hüzurunda dur­maqdan qorxan­ları iki cənnət göz­ləyir

[47] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[48] İkisində də növbənöv mey­vələrlə dolu budaqlar var

[49] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[50] İkisində də iki axar bu­laq var

[51] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[52] İkisində də hər meyvə­dən cüt-cüt vardır

[53] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[54] Onlar orada astarları at­lazdan olan döşəklərə dirsək­lə­nə­cək­­lər. Hər iki bağın meyvə­ləri onlara yaxın olacaq­

[55] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[56] Orada gözlərini öz ərlə­ri­nə dik­miş, onlardan əvvəl öz­lərinə heç bir insan və cin to­xunmamış qızlar vardır

[57] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[58] Onlar sanki yaqut və mər­candır­lar

[59] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[60] Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi

[61] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[62] Bu ikisindən başqa daha iki cən­nət də var

[63] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[64] Hər ikisi tünd yaşıldır

[65] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[66] İkisində də fəvvarə vu­ran iki bu­laq var

[67] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[68] İkisində də cürbəcür mey­vələr, xurma ağacları və nar vardır

[69] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[70] Orada xoş xasiyyətli, gö­zəl qızlar var

[71] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[72] Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər var

[73] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[74] Onlardan əvvəl özlərinə heç bir insan və cin toxun­ma­mış qız­lar vardır

[75] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[76] Onlar yaşıl balışlara və gözəl dö­şəkçələrə dirsəklənə­cəklər

[77] Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız

[78] Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qə­dər mü­ba­rək­dir

əl-Vaqiə

Surah 56

[1] Vaqiə qopacağı zaman

[2] onun qopduğunu heç kəs dana bilməz

[3] O, bəzilərini alçaldacaq, bə­zilərini də ucaldacaq

[4] Yer şiddətlə titrədiyi za­man

[5] Dağlar parça-parça olub ovxalan­dığı

[6] və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman

[7] siz üç dəstəyə ayrılacaq­sınız

[8] Sağ tərəf sahibləri. Nə xoş­bəxtdir sağ tərəf sahibləri

[9] Sol tərəf sahibləri. Nə bəd­bəxtdir sol tərəf sahibləri

[10] Xeyirxah işlərdə öndə ge­dənlər, Cən­nətdə də öndə­dirlər

[11] Onlar Allaha yaxın olan­lar

[12] Nəim cən­nətlərində qala­caq kimsələr­dir

[13] Onların çoxu əvvəlki nə­sillərdən

[14] az bir qismi də axırın­cı­lardandır

[15] Onlar bəzənmiş taxtlar üstündə

[16] qarşı-qarşıya əyləşib dir­səklənə­cəklər

[17] Onların ətrafında həmi­şəcavan xidmətçi oğlanlar fır­lana­caq­lar –

[18] çeşmə şərabı ilə dolu ba­dələr, bar­daqlar və qədəhlərlə –

[19] ondan başları ağrımaz və məst ol­mazlar

[20] bəyənib seçdikləri mey­vələr

[21] və istədikləri quş əti ilə hərlənə­cəklər

[22] Onları iri qara gözlü hu­rilər göz­ləyir –

[23] sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər

[24] Bu, onların etdikləri əməl­lərin mü­kafatı olacaq

[25] Onlar orada nə boş söz, nə də gü­naha səbəb olan söh­bət eşi­də­cək­lər

[26] Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər

[27] Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri

[28] Onlar tikansız sidr ağac­ları arasın­da

[29] meyvələri salxım-salxım asılmış banan ağacları altında

[30] uzanmış kölgəliklərdə

[31] daim axan sular kəna­rın­da

[32] çoxlu meyvələr –

[33] tükənməz və qadağan edilməyən meyvələr içində

[34] və hündür döşəklər üs­tündə ola­caqlar

[35] Biz Cənnətdəki qadınları yeni bi­çimdə yaradacağıq

[36] Onları bakirə qızlar edə­cəyik –

[37] ərlərini sevən, həmya­şıd­lar

[38] Bunlar sağ tərəf sahib­lə­ri üçün­dür

[39] Onların çoxu əvvəlki nə­sillərdən

[40] bir qismi də axırıncılar­dandır

[41] Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri

[42] Onlar qızmar yel və qay­nar su içində

[43] qapqara duman kölgə­sin­də ola­caqlar

[44] Bu duman nə sərin, nə də xoşa­gə­ləndir

[45] Onlar bundan əvvəl cah-calal içində idilər

[46] böyük günah işlətmək­də israr edirdilər

[47] və deyirdilər: “Məgər biz ölüb tor­paq və sür-sümük ol­duq­dan sonra yeni­dən diril­diləcəyik

[48] Yaxud bizim əcdadla­rı­mız diril­diləcəklərmi?”

[49] De: “Şübhəsiz ki, əvvəl­kilər də, sonrakılar da

[50] bəlli bir günün müəy­yən vaxtın­da mütləq toplana­caq­lar

[51] Sonra, siz ey doğru yol­dan azanlar, haqqı yalan sayanlar

[52] Siz mütləq zəqqum ağa­cından yeyəcəksiniz

[53] qarınlarınızı onunla dol­dura­caq­sınız

[54] üstündən də qaynar su içəcək­si­niz

[55] Siz onu susamış xəstə də­vələr ki­mi içəcəksiniz”

[56] Bu, onların Haqq-hesab günün­də­ki ziyafətidir

[57] Sizi Biz yaratdıq. Bəs nə üçün di­rildiləcəyinizi təsdiq et­mirsi­niz

[58] Axıtdığınız nütfəni gördünüzmü

[59] Onu siz yaradırsınız, yox­sa Biz

[60] Sizin aranızda ölümü Biz müəy­yən etdik və heç nə Bi­zim qar­şı­mızı ala bil­məz

[61] Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir şəkildə yarat­mağa Bizə mane olan tapıl­maz

[62] Siz ilk yaradılışı bilirsi­niz. Bəs nə üçün dirildiləcə­yiniz barədə dü­şünmür­sünüz

[63] Əkdiyinizi gördünüzmü

[64] Onu siz bitirirsiniz, yox­sa Biz

[65] Əgər Biz istəsəydik, onu bir sa­man çöpünə döndərər, siz də hey­rətə gələrdiniz

[66] və deyərdiniz: “Biz zi­ya­na uğra­dıq

[67] Daha doğrusu nemətlər­dən məh­rum olduq!”

[68] İçdiyiniz suyu gördü­nüz­mü

[69] Onu buluddan siz endi­rirsiniz, yoxsa Biz

[70] Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür et­mir­si­niz

[71] Yandırdığınız odu gör­dünüzmü

[72] Onun ağacını siz yara­dırsınız, yoxsa Biz

[73] Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifa­dəsi üçün yarat­dıq

[74] Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de

[75] Ulduzların batdığı yer­lərə and olsun

[76] Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləy­di­niz

[77] Həqiqətən, bu, ehtirama layiq Qurandır

[78] qorunub saxlanılan Ya­zı­dadır (Lövhi-məhfuzdadır)

[79] Ona yalnız pak olanlar toxunur

[80] O, aləmlərin Rəbbi tərə­findən na­zil edilmişdir

[81] Siz bu kəlamı yalan sa­yırsınız

[82] Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz

[83] Can boğaza yetişdiyi za­man –

[84] həmin an siz can verən adama ba­xırsınız

[85] Biz ona sizdən daha ya­xın olu­ruq, siz isə bunu gör­mür­sü­nüz

[86] Madam ki, siz iddianıza görə haqq-hesab olunmaya­caq­sınız

[87] və doğru danışanlarsı­nız, onda, o canı geri qaytarın

[88] Amma əgər o, Allaha ya­xın olan­lardandırsa

[89] onda rəhmətə, gözəl ru­ziyə və Nəim bağına yetişər

[90] Əgər o, sağ tərəf sahib­lərin­dən­dirsə

[91] ona: “Sağ tərəf sahib­lə­rindən sə­nə salam olsun!”– de­yilə­cək

[92] Yox əgər o, haqqı yalan sayan­lar­dan və doğru yoldan azan­lar­dan­dırsa

[93] onun ziyafəti qaynar su olacaq

[94] özü də Cəhənnəmdə ya­nacaq

[95] Həqiqətən, bu, şübhə do­ğur­ma­yan bir həqiqətdir

[96] Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de

əl-Hədid

Surah 57

[1] Göylərdə və yerdə olan­la­rın hamı­sı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüd­rətlidir, Hikmət sahibidir

[2] Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. O həm di­ril­dir, həm də öl­dürür. O, hər şeyə qadirdir

[3] Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir

[4] Göyləri və yeri altı gündə yara­dan, sonra da Ərşə ucalan Odur. O, yerə gi­rəni də, ora­dan çıxanı da, göydən enəni də, oraya qal­xanı da bilir. Siz ha­rada olsanız belə, O si­zin­lə­dir. Allah sizin nə etdik­lərinizi gö­rür

[5] Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. Bütün işlər an­caq Allaha qaytarıla­caq­

[6] O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, köks­lər­də olanları bilir

[7] Allaha və Onun Rəsuluna iman gə­tirin! Sizin ixtiyarınıza ver­di­yi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mal­la­rın­dan xərcləyənləri bö­yük bir müka­fat gözləyir

[8] Peyğəmbər sizi Rəbbini­zə iman gə­tirməyə çağırdığı hal­da, si­zə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz mö­min­sinizsə, bi­lin ki, artıq O, sizdən əhd almışdır

[9] Sizi zülmətlərdən nura çı­xartmaq üçün Öz quluna açıq-ay­dın ayə­ləri na­zil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəf­qətlidir, rəhm­li­dir

[10] Sizə nə olub ki, malınız­dan Allah yolunda xərcləmir­si­niz? Hal­buki göy­lərin və ye­rin mirası Allahındır. Siz­lər­dən mallarını Məkkənin fət­hindən əvvəl xərc­ləyib döyüşənlər başqaları ilə eyni deyillər. On­la­rın dərəcəsi mallarını fəthdən sonra xərc­lə­yib döyüşənlərdən da­ha üs­tün­dür. Amma Allah onların ha­mı­sına ən gözəl olanı vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır

[11] Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yo­lun­da malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat ar­tır­sın? Onun üçün çox dəyərli bir mükafat da var

[12] O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan cən­nətlərdir. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur

[13] O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyə­cəklər. On­lara deyi­ləcək­: “Geriyə qayıdıb işıq axta­rın!” Onların arasına içə­ri tərə­fində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çə­ki­lə­cək

[14] Münafiqlər onları haray­layıb de­yə­cəklər: “Məgər biz sizinlə bir­likdə de­yil­dikmi?” Möminlər deyəcəklər: “Bəli, la­kin siz öz-özü­nü­zü aldadır­dı­nız, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz, haqqa şüb­hə edir­diniz və Allahın əmri gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı. Tovlayan şeytan Allah barə­sində sizi yaman aldatdı

[15] Bu gün nə sizdən, nə də kafir­lər­dən heç bir fidyə qəbul olun­maz. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”

[16] Möminlərin qəlbinin Alla­hın zikri və haqdan nazil olan ayə­lər üçün yum­şalması, daha öncə özlərinə Kitab ve­ril­miş, uzun bir müd­dət keç­dikdən sonra isə qəlbləri sərtləşmiş, ço­xusu da fasiq ol­muş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı

[17] Bilin ki, Allah torpağı onun ölü­mündən sonra diril­dir. Biz ayə­ləri sizə izah etdik ki, bəlkə anlayasınız

[18] Şübhəsiz ki, sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar və Alla­ha gözəl borc verən­lər üçün əvəzi qat-qat ar­tırı­la­caq. Onlar üçün çox dəyərli bir mükafat da var

[19] Allaha və Onun elçilə­ri­nə iman gətirənlər – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lər isə öz Rəbbi yanında­dır­lar. On­ların öz mü­kafatları və öz nur­ları var. Kafir olub ayə­lə­ri­mizi yalan sa­yan­lara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir

[20] Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-bi­ri­nizin ya­nında öyün­mək, var-dövləti və oğul-uşağı ço­xaltmaq is­tə­yindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Sonra o qu­ru­yur və sən onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axi­rət­­də şiddətli əzab, kimisini də Allah­dan bağışlanma və razı­lıq göz­lə­yir. Dünya həyatı isə al­dadıcı ləzzət­dən başqa bir şey deyil

[21] Rəbbiniz tərəfindən ba­ğışlanma­ğa və genişliyi göyün və ye­rin ge­nişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cən­nətə tələsin. Bu, Allahın lütfüdür, onu istə­di­yinə verər. Allah böyük lütf sahi­bidir

[22] Yer üzündə baş verən və sizin ba­şınıza gələn elə bir mü­si­bət yox­dur ki, Biz onu ya­rat­mamışdan əvvəl o, Ya­zı­da mü­əyyən edil­miş olmasın. Şüb­hə­siz ki, bu, Allah üçün çox asan­dır

[23] Allah bunu əlinizdən çı­xa­na kə­dərlənməyəsiniz və Onun si­zə verdi­yi­nə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özün­dən ra­zını, özünü öyəni sevmir

[24] O kəsləri ki, özləri xə­sis­lik edir, insanlara da xəsislik et­məyi əmr edir­lər. Kim haq­dan üz çevirsə, bilsin ki, Allah, hə­qiqətən də, Zən­gin­dir, Təri­fə­layiqdir

[25] Biz elçilərimizi aydın də­lillərlə göndərdik və onlarla bir­lik­də Kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli ol­sun­lar. Biz özün­də çox böyük qüv­və və insanlar üçün mənfəətlər olan dəmiri də en­dir­dik ki, Allah, Onu görmədən Ona və elçilə­rinə kömək gös­­tə­rən­lə­ri üzə çı­xartsın. Həqiqətən, Allah Qüv­vətlidir, Qüd­rət­li­dir

[26] Biz Nuhu və İbrahimi göndər­dik, peyğəmbərliyi və Kitabı on­ların nəslinə nəsib et­dik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiq­lərdir

[27] Sonra onların ardınca dalbadal el­çilərimizi yolladıq. Sonra Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Ra­hibliyi isə on­lar özlərin­dən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. On­lar bu­nu Allahın razılığını qazanmaq üçün etdi­lər, lakin ona la­zı­­mın­ca ria­yət etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Onla­rın çoxu isə fasiq­lər­dir

[28] Ey iman gətirənlər! Allah­dan qor­xun və Onun elçisinə iman gə­tirin! On­da O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağış­la­yar. Allah Ba­ğış­la­yandır, Rəhm­lidir

[29] Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlin­dədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir

əl-Mucadələ

Surah 58

[1] Əri barəsində səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di. Allah sizin söhbə­tinizi eşi­dir. Hə­qi­qə­tən, Allah Eşi­dən­dir, Görəndir

[2] Sizlərdən öz qadınlarını anaya bən­zədərək özlərinə ha­ram edən­lərin zöv­cə­­ləri onların ana­ları deyillər. Anaları an­caq on­ları doğ­muş qadınlardır. On­lar yaramaz və yalan söz danı­şır­lar. Şüb­hə­siz ki, Allah əfv edən­dir, Bağış­la­yan­dır

[3] Qadınlarını anaya bənzə­dib onları özlə­rinə haram edən, sonra söz­lə­­rini geri gö­türənlər on­lar­la yaxınlıq etməzdən əv­vəl bir kölə azad et­məlidirlər. Bu sizə verilən öyüd-nəsi­hət­dir. Allah nə et­dik­lə­rinizdən xəbərdardır

[4] Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məz­dən əv­­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kimsə alt­mış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir

[5] Allaha və Onun Rəsuluna qarşı çı­xanlar, özlərindən əv­vəl­ki­lə­rin al­çal­dıq­ları kimi al­çaldılacaqlar. Biz artıq açıq-aydın ayələr na­zil etdik. Kafir­ləri alçal­dıcı bir əzab gözləyir

[6] O gün Allah onların ha­mısını di­ril­dəcək və etdikləri əməlləri on­la­ra xə­bər verə­cək. Allah onları hesaba almış, onlar isə et­dik­lə­rini unutmuş­lar. Allah hər şeyə şahiddir

[7] Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildi­yi­ni gör­mür­sən? Üç nəfə­rin ara­sında gedən elə bir xəlvəti söh­bət yox­dur ki, onların dör­dün­cüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bun­dan az, is­tər­sə də çox olsunlar – ha­rada olur­sa olsun­lar, Allah on­larladır. Sonra Qiya­mət günü on­lara nə etdiklərini xə­bər ve­rə­cək­. Allah hər şeyi bilir

[8] Gizli söhbət qadağan edi­ləndən sonra yenə də qadağan olun­muş əmələ qayıdıb günah, düşmənçilik və Pey­ğəm­­bərə qarşı çıx­maq barədə öz arala­rında xısın-xısın danışanları gör­mədin­mi? On­­lar sənin ya­nına gəldikdə səni Alla­hın sa­lam­la­dığı kimi sa­lam­la­mır və öz-öz­lə­rinə: “Bəs niyə Allah bizi de­dik­lə­ri­mizə görə cəza­lan­­dır­mır?”– de­yir­lər. Cə­hən­nəm on­lara yetər. Onlar orada ya­na­caq­lar. Ora necə də pis dönüş ye­ridir

[9] Ey iman gətirənlər! Gizli danışdı­ğınız zaman günah, düş­mən­­çilik və Pey­ğəmbərə qarşı çıxmaq barədə danışma­yın. Yax­şı iş­lər və Allah­dan qorx­maq barədə danışın, hüzuruna top­lanaca­ğı­nız Allahdan qor­xun

[10] Gizli söhbətlər iman gə­tirənləri kədərləndirməyə çalı­şan şey­tan­dandır. Amma Alla­hın izni olmadıqca o, onlara heç bir zə­rər yetirə bilməz. Qoy mömin­lər Allaha təvəkkül et­sinlər

[11] Ey iman gətirənlər! Sizə: “Məc­lis­lərdə yer verin!”– de­yil­dik­də yer verin ki, Allah da sizə geniş yer versin. Ha­belə si­zə: “Qal­xın!”– deyildikdə qal­xın ki, Allah da sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kimsə­lə­rin dərə­cələrini ucaltsın. Allah nə et­dik­ləriniz­dən xəbərdardır

[12] Ey iman gətirənlər! Pey­ğəmbərlə gizli söhbət edəcə­yi­niz za­man bu söh­bətinizdən əv­vəl sədəqə verin. Bu sizin üçün daha xe­yir­li və daha pak­dır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağış­la­yandır, Rəhm­lidir

[13] Məgər siz gizli söhbə­ti­nizdən əv­vəl sədəqə vermək­dən qorx­du­nuz­mu? Əgər siz bunu etməmisinizsə və Allah da töv­bə­ni­zi qəbul edibsə, on­da namaz qılıb zəkat verin, Allaha və Onun El­çi­sinə itaət edin. Allah nə etdikləri­nizdən xə­bər­dardır

[14] Məgər sən, Allahın qə­zəbinə gələn adamlarla dostluq edən­lə­ri görmə­din­mi? Onlar nə sizdəndirlər, nə də on­lar­dan. Onlar bilə-bi­lə yalandan and içirlər

[15] Allah onlar üçün şiddət­li bir əzab hazırlamışdır. On­la­rın et­di­yi əməllər necə də pis­dir

[16] Onlar andlarını özlərinə sipər edib insanları Allah yo­lundan dön­dərdilər. Onları al­çaldıcı bir əzab gözləyir

[17] Allaha qarşı nə malları, nə də öv­ladları onlara heç bir fayda ve­rmə­yəcək. Onlar Cəhənnəm sakinləridir və onlar ora­da əbədi qa­la­caqlar

[18] Allah onların hamısını dirildə­cəyi gün onlar sizə and iç­dik­lə­ri kimi, Ona da and içə­cək və nə isə əldə etdik­lərini güman edə­cək­lər. Əslində, on­lar əsl yalançılardır

[19] Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unut­dur­muş­dur. Onlar şeyta­nın firqəsindəndirlər. Şübhə yox­dur ki, şey­tanın firqəsində­kilər zi­yana uğrayanlardır

[20] Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kim­sə­lər arasında olacaqlar

[21] Allah əzəldən belə yaz­mışdır: “Mən və elçilərim hök­mən qa­lib gələcəyik!” Həqiqə­tən, Allah Qüvvətlidir, Qüdrət­lidir

[22] Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır

əl-Həşr

Surah 59

[1] Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrət­lidir, Hikmət sahibidir

[2] Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri

[3] Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır

[4] Bu, onların Allaha və Onun Rəsuluna qarşı çıxmala­rına gö­rə­dir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şid­dətli cəza ve­rən­dir

[5] Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür

[6] Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir

[7] Allahın Öz Peyğəmbəri­nə kəndlə­rin əhalisindən ver­diyi qə­ni­mətlər Alla­ha, Pey­ğəmbə­rə, onun əqrəbasına, ye­tim­lərə, yox­sul­lara və mü­sa­fir­lərə məx­sus edil­mişdir ki, o mallar ara­nızdakı zən­gin­lə­rin var-döv­lə­ti olub qal­ma­sın. Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir

[8] Qənimət həmçinin yurd­la­rından qo­­vulmuş və malla­rın­­dan məh­rum olun­muş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mər­hə­mətini və razı­lı­ğı­nı qazanmağa can atır, Alla­ha və Onun Rəsuluna kö­mək edirlər. Doğru olanlar da məhz onlardır

[9] Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır

[10] Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!”

[11] Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir

[12] Əgər onlar yurdlarından qovul­salar, münafiqlər onlarla birlik­də çıxıb get­məz, müsəl­manlar onlara qarşı vu­ruşsalar, onlara kö­mək­lik göstərməzlər. Əgər onlara yardım etmiş ol­salar, geri dö­nüb qaçar, sonra da onlara heç bir kömək edilməz

[13] Doğrusu, onlar ürəklə­rində Allah­dan çox sizdən qor­xurlar. Çün­ki onlar anla­mayan adamlardır

[14] Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır

[15] Onlar özlərindən bir az əvvəl əməl­lərinin cəzasını dad­mış, öz­ləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kim­sələrə bən­zə­yir­lər

[16] Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– de­yir. İnsan kafir olan ki­mi: “Mən səndən uzağam. Mən aləmlərin Rəb­bi olan Allah­dan qorxuram!”– deyir

[17] Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Za­lım­la­rın cəzası budur

[18] Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə et­dik­lə­ri­nizdən xəbər­dar­dır

[19] Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir

[20] Cəhənnəm əhli ilə Cən­nət əhli eyni deyillər. Cənnət əhli uğur qaza­nan­lardır

[21] Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr

[22] O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir

[23] O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır

[24] O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir

əl-Mumtəhinə

Surah 60

[1] Ey iman gətirənlər! Mə­nim düş­mənimi də, öz düşmə­ninizi də özü­nü­zə dost tutma­yın! Onlar sizə gələn hə­qi­qəti inkar et­dik­lə­ri halda, siz on­la­ra mehri­banlıq göstərib sirrini­zi açıb de­yir­siniz. Rəb­biniz olan Allaha iman gə­tir­diyiniz üçün onlar Peyğəmbəri və si­zi yur­du­nuzdan qovub çıxardırlar. Əgər siz Mə­nim yolumda və Mə­nim razılığı­mı qa­zanmaq uğrunda cihada çıxmısı­nızsa, onlara giz­lində mehri­ban­lıq gös­tərir­si­niz. Mən sizin gizli saxla­dığınızı da, aş­kar etdi­yi­nizi də bili­rəm. Sizlər­dən kim bunu etsə, doğru yol­­dan sap­mış olar

[2] Əgər onlar sizi ələ keçir­sələr, sizə düşmən kəsilər, əl­ləri və dil­ləri ilə sizə pislik edər və sizin kafir olmanızı istə­yər­lər

[3] Nə qohumlarınız, nə də övladla­rınız sizə bir fayda ve­rə bilər. Qi­­yamət günü Allah sizi bir-birinizdən ayıracaq­. Allah nə et­diklə­ri­nizi görür

[4] İbrahim və onunla bir­lik­də olan­lar­da sizin üçün gözəl bir nü­munə var­. Onlar öz qövmünə dedilər: “Həqi­qətən, biz siz­dən və sizin Allahdan başqa tapın­dığınız şeylərdən uzağıq. Biz si­zi inkar edi­rik. Siz bir olan Allaha iman gəti­rin­cəyə qədər bizimlə si­zin ara­nız­da daim ədavət və nifrət ola­caq­!” Yal­nız İbra­hi­min öz atasına: “Mən sənin üçün müt­ləq bağışlanma diləyə­cə­yəm. Fə­qət Allahdan sənə gələn əza­bı dəf edə bilmərəm!”– de­məsi is­tis­na­dır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə tə­vəkkül edir və yal­nız Sənə üz tutu­ruq. Dönüş də yalnız Sə­nədir

[5] Ey Rəbbimiz! Bizi kafir­lər üçün sınaq etmə. Ey Rəbbi­miz, bi­zi bağışla. Həqi­qətən, Sən Qüdrətlisən, Müd­rik­sən!”

[6] Onlarda sizin üçün – Alla­ha və Axi­rət gününə ümid bəs­lə­yən­lər üçün gözəl nü­munə var. Kim üz dön­dərsə, bilsin ki, Allah Zəngindir, Təri­fə­la­yiq­dir

[7] Ola bilsin ki, Allah sizin­lə ədavət bəslədiyiniz kimsə­lər ara­sın­da dostluq yaratsın. Allah hər şeyə Qadirdir. Allah Bağış­la­yan­dır, Rəhmlidir

[8] Allah din uğrunda sizin­lə vuruş­mayan və sizi öz diya­rı­nız­dan qo­vub çıxartmayan kim­sələrə yaxşılıq etmə­nizi və onlarla in­saf­la dav­ranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olan­ları se­vir

[9] Allah sizə ancaq sizinlə din uğ­run­da vuruşan, sizi di­ya­rı­nız­dan qo­vub çı­xardan və çı­xarılmanıza kömək edən kim­­sələrlə dost­luq et­mənizi qa­da­ğan edir. Onlarla dostluq edən­lər zalım­lar­dır

[10] Ey iman gətirənlər! Mö­min qa­dın­lar hicrət edib sizin ya­nı­nı­za gəldik­ləri zaman on­ları imtahana çəkin. Allah on­ların ima­nı­nı daha yaxşı bilir. Əgər bun­ların mömin olduq­la­rını bilsəniz, on­la­rı kafirlərə qaytarmayın. Nə bunlar onla­ra halaldır, nə də onlar bun­la­ra halaldırlar. Kafirlərin bu qa­dınlara sərf etdiklə­ri mehri öz­lə­ri­nə qaytarın. Hə­min qadın­ların mehr­lərini özlərinə ver­di­yiniz hal­da onlarla evlən­mə­yi­nizdə sizə heç bir günah yox­dur. Kafir qadın­la­­rınızı kəbin altında saxlamayın, sərf etdiyi­niz mehri tələb edin. Qoy on­lar da mömin qadınlara sərf et­dik­ləri mehri sizdən tələb et­sin­­lər. Alla­hın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir

[11] Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin ya­nı­na getsə və siz də kafir­lərlə vuruşub qalib gəl­səniz, ələ ke­çirdiyiniz qə­nimətdən zövcə­ləri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətir­diyiniz Allahdan qor­xun

[12] Ey Peyğəmbər! Mömin qadın­lar Allaha heç bir şərik qoş­ma­ya­­caq­larına, oğurluq və zina etməyə­cək­lərinə, uşaq­la­rını öl­dür­mə­yə­­cəklərinə, əlləri ilə ayaq­ları arasından olanı ya­lanla ört-basdır et­məyə­cəklə­ri­nə (ər­lə­rindən olmayan uşaq­larını onlara isnad et­mə­yəcək­ləri­nə) və heç bir yaxşı işdə sə­nə qarşı çıx­mayacaq­la­rına dair sənə beyət etmək üçün ya­nına gəl­dikləri zaman onların beyə­ti­ni qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqi­qə­tən, Allah Bağış­­la­yandır, Rəhm­lidir

[13] Ey iman gətirənlər! Alla­hın qəzə­binə gəlmiş adamlarla dost­luq etməyin. Kafirlər qə­bir­dəkilərin bir daha dirilə­cə­yinə inan­ma­dıqları kimi Axirət gü­nünə də ümid etmirlər

əs-Saff

Surah 61

[1] Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrətlidir, Hikmət sahibidir

[2] Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri da­nı­şır­sınız

[3] Etməyəcəyiniz şeylərdən danış­ma­ğınız Allah yanında bö­yük nifrə­tlə qarşılanır

[4] Şübhəsiz ki, Allah möh­kəm bir divar kimi səf-səf dü­zülüb Onun yo­lunda vuruşan­ları sevir

[5] Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz

[6] Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər

[7] İslama dəvət edildiyi hal­da, Allaha qarşı yalan uydu­ran­dan da­ha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yö­nəlt­məz

[8] Onlar ağızla­rıyla Allahın nurunu sön­dür­mək is­təyirlər. Hal­bu­ki kafir­lə­rin xoşuna gəlməsə də, Allah Öz nurunu ta­mam­laya­caq

[9] Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur

[10] Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edə­cək bir ti­carəti sizə bil­dirim­mi

[11] Allaha və Onun Rəsuluna iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir

[12] Bu təqdirdə O sizin gü­nahlarınızı bağışlayar və sizi ağacları al­tından çay­lar axan cən­nətlərə və Ədn cən­nətlərindəki gözəl məs­kənlərə da­xil edər. Bu, böyük müvəffə­qiyyətdir

[13] Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kö­mək və ya­xın qə­ləbə. Möminləri bu­nunla müjdələ

[14] Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər

əl-Cumuə

Surah 62

[1] Göylərdə və yerdə olan­ların hamısı Hökmran, Mü­qəd­dəs, Qüd­rət­li, Müd­rik Allahın şəninə təriflər deyir

[2] Savadsızlara özlərindən elçi gön­dərən Odur. Elçi on­la­ra Alla­hın ayələ­rini oxuyar, on­ları pis əməllərdən təmiz­lə­yər, onlara Kita­bı və Hikməti öyrə­dər. Halbuki on­lar əvvəllər açıq-aydın azğınlıq için­də idilər

[3] Allah səni hələ müsəlman­lara qo­şul­mamış başqalarına da elçi gön­dərmişdir. O, Qüd­rət­li­dir, Hikmət sahibidir

[4] Bu, Allahın lütfüdür, onu istədi­yinə verir. Allah böyük lütf sa­hibi­dir

[5] Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz

[6] De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!”

[7] Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır

[8] De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək”

[9] Ey iman gətirənlər! Cü­mə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirli­dir

[10] Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Alla­hın lüt­fü­nü axtarın və Alla­hı çox zikr edin ki, bəlkə nicat ta­pasınız

[11] Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”

əl-Munafiqun

Surah 63

[1] Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar

[2] Onlar andlarını sipər edib insanları Allah yolundan dön­dər­di­lər. Həqiqə­tən, onların tö­rətdikləri əməllər necə də pis­dir

[3] Bu ona görədir ki, onlar iman gə­tirdikdən sonra kafir ol­du­lar. Sonra da onların qəl­binə möhür vuruldu. Artıq on­lar an­la­mır­lar

[4] Sən onlara baxdıqda onların bə­dən quru­luş­ları xoşuna gəlir, danı­şan­da on­ların de­diklərinə qulaq asırsan. Halbuki, on­lar divara söy­kə­dilmiş dirəklər kimidir­lər. Onlar hər bir səs-küyün özlə­rinə qar­şı olduğu­nu sanırlar. Onlar düş­mən­dir­lər. Sən onlar­dan çəkin! Allah onları məhv etsin, necə də haq­dan dön­də­rilirlər

[5] Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən

[6] Sən onlar üçün bağış­lan­ma dilə­sən də, diləməsən də, fərqi yox­dur. Allah onları ba­ğışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yo­la yö­nəlt­məz

[7] Məhz onlar: “Allahın Rəsulu ya­nın­da olanlara bir şey ver­mə­yin ki, da­ğı­lıb get­sin­lər!”– deyirlər. Halbuki göy­lərin və yerin xə­zi­nələri Allahındır, la­kin mü­nafiqlər anlamırlar

[8] Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər

[9] Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır

[10] Sizlərdən birinə ölüm gə­lib: “Ey Rəbbim! Mənə bir az möh­lət ver ki, sə­dəqə verib əməlisalehlərdən olum!”– de­məmişdən əv­vəl sizə verdi­yim ruzi­dən xərcləyin

[11] Allah əcəli çatmışlara əs­la möh­lət verməz. Allah sizin nə etdikləriniz­dən xəbərdardır

ət-Təğabun

Surah 64

[1] Göylərdə və yerdə olan­ların ha­mısı Allahın şəninə tə­riflər de­yir. Hökm Onun­dur, həmd Ona məxsusdur. O, hər şeyə qa­dir­dir

[2] Sizi yaradan Odur. Kimi­niz kafir, kiminiz də mömin­dir. Allah nə etdiklə­rinizi görür

[3] O, göyləri və yeri əda­lət­lə yaratdı, sizə surət verib on­ları gö­zəl şəklə saldı. Dönüş də Onadır

[4] O, göylərdə və yerdə olan­ları bilir. Sizin gizlində və aş­kar­da nə et­di­yinizi də bilir. Allah kökslərdə olanlardan agahdır

[5] Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır

[6] Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, on­lar isə: “Mə­gər bizə bir in­san­mı doğru yol gös­tə­rə­­cək?”– de­yir­di­lər. On­lar küfr edir və üz döndərirdilər. Allahın on­lara eh­tiyacı yox­dur. Allah Zəngin­dir, Tərifə­layiq­dir

[7] Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De: “Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!”

[8] Elə isə Allaha, Onun El­çisinə və nazil etdiyimiz Nura (Qu­ra­na) iman gətirin! Allah nə etdiklərinizdən xəbər­dardır

[9] O gün Allah sizi Top­lan­ma günü­nə cəm edəcək. Hə­min gün qar­şı­lıqlı al­danma günü­dür. Hər kəs Allaha iman gə­ti­rib yaxşı iş­lər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Onlar orada əbədi qa­lacaq­lar. Bu, böyük müvəffəqiyyətdir

[10] Kafir olub ayələrimizi yalan sa­yan­lara gəldikdə isə, onlar Cə­hən­nəm sakinləridir. Onlar orada əbədi qala­caqlar. Ora necə də pis dönüş yeridir

[11] Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yö­nəldər. Allah hər şeyi bilir

[12] Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçi­mizin öh­dəsinə dü­şən yalnız açıq bir təbliğdir

[13] Allah! Ondan başqa iba­də­tə layiq olan mə­bud yoxdur. Qoy mö­minlər yal­nız Allaha təvəkkül etsinlər

[14] Ey iman gətirənlər! Şüb­həsiz ki, zövcələrinizdən və öv­la­dı­nız­dan sizə düşmən olan­lar da vardır. Onlardan özü­nü­zü qo­ru­yun! Lakin on­ları əfv et­sə­niz, günahlarından keçsəniz və bağış­la­sa­nız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir

[15] Həqiqətən, var-dövləti­niz və öv­ladlarınız ancaq bir sınaq­dır. Böyük mü­kafat isə Allah yanındadır

[16] Nə qədər bacarırsınızsa Allah­dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malı­nızdan öz xeyriniz üçün xərc­lə­yin. Nəfsinin tamahından qo­ru­nanlar – məhz onlar nicat tapanlardır

[17] Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yo­lun­da xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi ba­ğış­la­yar. Allah şükürün əvəzi­ni verəndir, həlimdir

[18] Allah qeybi və aşkarı bilən­dir, Qüdrətlidir, Hikmət sahi­bi­dir

ət-Talaq

Surah 65

[1] Ey Peyğəmbər! Qadınları boşadı­ğınız zaman onları göz­ləmə müd­dət­lə­rində boşayın, gözləmə müddətini he­sabla­yın və Rəb­bi­niz olan Allahdan qor­xun. Onları, açıq-aşkar zina­kar­lıq et­mələri is­tisna ol­maqla, öz evlərinizdən qovub çıxart­ma­yın və onlar özləri də çıx­ma­sın­lar. Bu, Allahın qoy­du­ğu hüdud­lar­dır. Allahın qoydu­ğu hü­dud­ları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bil­sin ki, Allah bundan sonra başqa bir hökm versin

[2] Gözləmə vaxtı bitdikdə on­ları şə­riətə müvafiq olaraq sax­layın və yaxud onlardan mü­vafiq qay­dada ayrılın. Ara­nız­dan iki əda­lət­li şahid çağı­rın və Allah üçün şahidlik edin. Allaha və Axirət gü­nünə iman gətirənlərə verilən nəsihət bu­dur. Allahdan qor­xa­na, Allah çıxış yolu göstərər

[3] və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur

[4] Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır. Ha­milə qadınların gözləmə müd­dəti isə onlar ha­miləlikdən azad olana qədər­dir. Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar

[5] Bu, Allahın sizə nazil et­di­yi əmri­dir. Kim Allahdan qor­xarsa, Allah onun günahla­rın­dan keçər və onun mükafa­tını artı­rar

[6] Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin

[7] Var-dövlət sahibi öz va­rına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyin­dən xərcləsin. Allah heç kəsin üzərinə Özü­nün ona verdiyi ne­mətdən artıq yük qoymaz. Allah hər bir çə­tin­lik­dən sonra asanlıq verir

[8] Neçə-neçə məmləkətlər öz Rəbbi­nin və Onun elçilə­rinin əm­ri­nə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib on­ları dəhşətli əzab­lara düçar etdik

[9] Onlar əməllərinin cəzası­nı daddı­lar və aqibətləri ziya­na uğ­ra­maq oldu

[10] Allah onlar üçün şiddət­li əzab hazırladı. Ey iman gə­tir­miş ağıl sahib­ləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmiş

[11] və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir

[12] Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz

ət-Təhrim

Surah 66

[1] Ey Peyğəmbər! Zövcə­lə­ri­ni razı salmağa çalışaraq Alla­hın sə­nə halal et­diyi şeyi nə üçün özünə qadağan edir­sən?! Allah Ba­ğış­la­yan­dır, Rəhm­li­dir

[2] Allah, andlarınızdan kəf­fa­rə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Bi­ləndir, Hik­mət sahibidir

[3] Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr ver­di. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bu­nu Pey­ğəm­bərə aşkar et­dik­də, o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bil­dirdi, digər qis­mindən isə vaz keçdi. Pey­ğəm­bər bunu ona bildir­dik­də zöv­cəsi dedi: “Bunu sənə kim xə­bər verdi?” O dedi: “Bunu mə­nə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”

[4] Əgər ikiniz də Allaha töv­bə etsə­niz, yaxşı olar. Çünki hər iki­ni­zin qəlbi günaha meyl et­mişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəstək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır

[5] Əgər o sizi boşasa, Rəbbi sizin əvə­zinizə ona sizdən da­ha yax­şı zöv­cələr – müsəlman, mö­min, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qa­dın­lar və bakirə qızlar verə bi­lər

[6] Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun! Onun başı üs­tündə Alla­hın onlara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­

[7] Ey kafir olanlar! Bu gün üzr dilə­mə­yin. Siz ancaq etdi­yiniz əməl­lərin cəza­sını çəkə­cəksiniz

[8] Ey iman gətirənlər! Alla­ha səmimi olaraq tövbə edin. Ola bil­sin ki, Rəb­biniz günah­la­rı­nızdan keçsin və sizi, Allah o Pey­ğəm­bə­ri və onunla bir­lik­də iman gə­tirənləri utandır­ma­ya­cağı gün­də, ağacları al­tından çaylar axan cən­nətlərə daxil etsin. Onların nuru ön­lə­rin­dən və sağ tərəflərindən ət­rafa ya­yılacaq. On­lar de­yə­cək­lər: “Ey Rəb­bimiz! Nuru­mu­zu bi­zim üçün tamamla və bi­zi ba­ğışla. Həqiqə­tən, Sən hər şeyə qadirsən!”

[9] Ey Peyğəmbər! Kafirlərə və mü­nafiqlərə qarşı vuruş! On­larla sərt dav­ran! Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora necə də pis dö­nüş yeridir

[10] Allah kafirlərə Nuhun ar­vadı ilə Lutun arvadını misal çək­di. Onlar Bi­zim əməlisaleh qullarımızdan iki qulun ni­kahı altında idi­lər. Onlar ərlərinə xə­yanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bil­mədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda gi­rin!”– de­yildi

[11] Allah iman gətirənlərə isə Firo­nun zövcəsini misal çək­di. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cən­nətdə bir ev tik. Mə­ni Firondan və onun əmə­lindən xilas et. Məni zalım adam­lar­dan qurtar!”– de­mişdi

[12] Həmçinin ismətini qoru­yan İm­ran qızı Məryəmi də mi­sal çək­di. Biz ona Öz ruhu­muz­dan (Cəbrail vasitəsilə) üfür­dük. O, Rəbbinin Söz­lərini və Onun Kitablarını təs­diq et­di və itaət edənlərdən ol­du

əl-Mulк

Surah 67

[1] Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir

[2] Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır

[3] Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi

[4] Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək

[5] Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq

[6] Rəbbinə qarşı çıxanlar Cə­hənnəm əzabına düçar olacaq­lar. Ora nə pis dö­nüş yeridir

[7] Onlar oraya atıldıqda onun dəh­şətli uğultuyla qay­na­dı­ğı­nı eşidə­cəklər

[8] Cəhənnəm, qəzəbindən az qala par­çalansın. Hər dəfə bir dəs­tə oraya atı­larkən Cəhənnə­min gözətçiləri onlardan soru­şa­caq­lar: “Mə­gər sizə xəbər­darlıq edən bir peyğəmbər gəl­məmişdi?”

[9] Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəl­miş­di. Amma biz onu ya­lan­çı sayıb: “Allah heç bir şey na­zil et­mə­yib, siz də ancaq bö­yük bir azğınlıq içindəsiniz”– demişdik

[10] Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq alovlu od sa­kinlərinin içində olmazdıq!”

[11] Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri

[12] Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var

[13] Sözünüzü gizli saxla­sa­nız da, onu açıq desəniz də, fər­qi yox­dur, Allah köks­lərdə olan­ları bilir

[14] Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu hal­da, ola bilərmi ki, O, giz­lində və aşkarda olanları bil­məsin

[15] Yeri sizin ixtiyarınıza ve­rən Odur. Onun hər tərəfin­də gəzin və Allahın ru­zisindən ye­yin. Qayıdış da Onadır

[16] Göydə olan Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi? O za­man yer hərəkətə gəlib titrəyəcək

[17] Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmaya­ca­ğına əminsinizmi? Siz, Mə­nim xəbərdarlığımın necə nəti­cələr verdiyini bi­ləcəksiniz

[18] Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmiş­dilər. Gö­rəydin Mə­nim onları həlak etməyim necə oldu

[19] Məgər onlar başları üzə­rində dəs­tə-dəstə pərvazlanıb uçan, hər­dən də qa­nadlarını yı­ğan quşları görmürlərmi? On­ları havada an­caq Mərhəmətli Allah saxla­yır. Şübhəsiz ki, O, hər şeyi görür

[20] Ya da Mərhəmətli Allah­dan başqa sizə kömək edə bilə­cək qo­şununuz var­mı? Kafir­lər an­caq aldanmaq­dadırlar

[21] Ya da O Öz ruzisini kəs­sə, sizə kim ruzi verə bilər? Xeyr, on­lar təkəb­bür göstər­mək­də və haqdan qaçmaqda davam edirlər

[22] Elə isə üzü üstə sürünə­rək gedən daha doğru yolda­dır, yox­sa düz yolda özü şax ge­dən

[23] De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

[24] De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!”

[25] Onlar deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”

[26] De: “Buna aid bilgi yal­nız Allah yanındadır. Mən isə ancaq xə­bərdar və bəyan edə­nəm!”

[27] Kafirlər əzabın yaxın ol­duğunu gördükdə üzləri eybə­cər gör­kəm ala­caq və on­lara: “Sizin durmadan istədi­yiniz əzab bax bu­dur!”– deyilə­cək

[28] De: “Deyin görüm, əgər Allah məni və mənimlə bir­lik­də olan­ları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz ka­fir­lə­ri ağrılı-acılı əzab­dan kim qurtara bilər?”

[29] De: “O, Mərhəmətli Allah­dır! Biz Ona iman gətirib, Ona tə­vək­kül etmi­şik. Ki­min tam az­ğınlıq içində olduğu­nu tez­liklə bilə­cək­siniz

[30] De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allah­dan başqa kim sizə axar su gətirə bilər?”

əl-Qələm

Surah 68

[1] Nun. And olsun qələmə və qələ­mə alınanlara

[2] Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən

[3] Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır

[4] Həqiqətən də, sən böyük əxlaq sa­hibisən

[5] Sən də görəcəksən, onlar da –

[6] hansınızın dəli olduğunu

[7] Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır

[8] Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə

[9] Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər

[10] İtaət etmə hər tez-tez and içənə, alçağa

[11] qeybət edənə, dedi-qo­du yayana

[12] xeyrə mane olana, həddi aşana, günahkara

[13] daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya –

[14] o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə

[15] Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər

[16] Biz onun burnuna dam­ğa vura­cağıq

[17] Həqiqətən, Biz bağ sa­hib­lərini sı­nağa çəkdiyimiz kimi on­la­rı da sınağa çəkdik. O za­man bağ sahibləri səhər açı­lan­da bağda olan mey­vələri mütləq dərə­cəklərinə and içmişdilər

[18] və heç bir istisna da et­məmiş­di­lər (“inşallah” demə­miş­di­lər)

[19] Onlar yuxuda ikən Rəb­binin əzabı o bağı bürüdü

[20] Bağ yanıb zülmət gecə kimi qap­qara oldu

[21] Onlar səhər qalxdıqda bir-birlə­rini çağırdılar

[22] “Əgər meyvə dərəcək­si­nizsə, ba­ğınıza erkən gedin!”

[23] Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pı­çıl­da­yır­dılar

[24] “Bu gün oraya – yanı­nı­za heç bir kasıb girməsin!”

[25] Onlar bu məqsədlə ka­sıb­­ları bağa buraxmamağa qa­dir ola­caq­la­rını zənn edib erkən getdi­lər

[26] Bağı görəndə isə belə de­dilər: “De­yəsən, biz düz gəl­mə­mi­şik

[27] Xeyr! Biz bu bağın xey­rindən məh­rum olmuşuq!”

[28] Onların ən insaflısı de­di: “Məgər mən sizə Allahın şə­ninə tə­rif­lər söyləyin demədimmi?”

[29] Onlar dedilər: “Rəbbi­miz pakdır, müqəddəsdir! Hə­qi­qə­tən də, biz özü­müzə zülm et­mişik!”

[30] Onlar dönüb bir-birləri­ni qına­mağa başladılar

[31] və dedilər: “Vay halı­mı­za! Biz həddi aşanlarıq

[32] Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yax­şısını ver­sin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”

[33] Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyük­dür! Kaş biləy­dilər

[34] Şübhəsiz ki, müttəqilər üçün Rəb­bi yanında Nə­im cən­nətləri hazırlan­mışdır

[35] Biz heç müsəlmanları gü­nah­kar­lara tay tutarıqmı

[36] Sizə nə olub, necə hökm verir­siniz

[37] Yoxsa sizin elə bir kita­bı­nız var­ ki, üsyankarla itaət­karın ey­ni oldu­ğunu ondan oxu­yursunuz

[38] Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı ya­zıl­mış­dır

[39] Yaxud Bizimlə Qiyamət günü­nə­dək əhd bağlamısınız ki, is­tə­diyiniz hər şey sizin ola­caq

[40] Onlardan soruş ki, kim buna za­min duracaq

[41] Yoxsa onların şərikləri var? Əgər doğru danışır­lar­sa, on­da qoy şə­riklərini gətir­sinlər

[42] Baldır açılacağı və on­lar səcdə­yə çağırılacaqları, la­kin buna qa­dir ola bilməyə­cək­ləri gün –

[43] onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular

[44] Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik

[45] Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür

[46] Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər

[47] Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar

[48] Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi

[49] Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı

[50] Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi

[51] Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər

[52] Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil

əl-Haqqə

Surah 69

[1] Haqq olan Qiyamət

[2] Nədir haqq olan Qiya­mət

[3] Sən nə biləsən ki, nədir haqq olan Qiyamət

[4] Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar

[5] Səmud tayfası qorxunc bir səslə məhv edildi

[6] Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi

[7] Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din

[8] Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi

[9] Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər

[10] Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı

[11] Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq

[12] Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik

[13] Sur bircə dəfə üfürülə­cə­yi

[14] yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –

[15] həmin gün Vaqiə qopa­caq

[16] Göy yarılacaq və həmin gün o, süst olacaqdır

[17] Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq

[18] O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək

[19] Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı

[20] Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”

[21] O, xoşbəxt həyat sürə­cək­ –

[22] uca bir Cənnətdə –

[23] elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq

[24] Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­

[25] Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi

[26] Hesabımdan da xəbərim olma­yaydı

[27] Kaş ilk ölümüm həmi­şəlik olaydı

[28] Var-dövlətim məni əzab­dan qur­tarmadı

[29] Hökmranlığım da məhv olub getdi”

[30] Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin

[31] Sonra da Cəhənnəmə atın

[32] Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun

[33] Çünki o, Böyük Allaha iman gətirmirdi

[34] və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi

[35] Bu gün burada onun üçün bir dost tapılmaz

[36] Qanlı irindən başqa ye­məyi də yoxdur

[37] Onu ancaq günahkarlar yeyər”

[38] And içirəm həm gör­dük­lərinizə

[39] həm də görmədiklə­ri­ni­zə

[40] Bu, möhtərəm bir Elçi­nin sözü­dür

[41] O, şair sözü deyil! Ne­cə də az inanırsınız

[42] O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz

[43] O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir

[44] Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di

[45] Biz onu sağ əlindən ya­xalayar

[46] sonra da şah damarını kəsərdik

[47] İçərinizdən heç kəs buna mane ola bilməzdi

[48] Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir

[49] Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik

[50] Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır

[51] Sözsüz ki, bu Quran əsl həqi­qətdir

[52] Elə isə Böyük Rəbbinin adına tə­riflər de

əl-Məaric

Surah 70

[1] İstəyən kimsə baş verə­cək əzabı istədi –

[2] bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq

[3] O, dərəcələr sahibi olan Allah­dandır

[4] Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar

[5] Sən təmkinlə səbir et

[6] Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər

[7] Biz isə onun yaxın oldu­ğunu gö­rürük

[8] O gün göy əridilmiş me­tal kimi olacaq

[9] Dağlar da didilmiş yuna bənzəyə­cək

[10] Dost dostun halını xə­bər almaya­caq

[11] Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını

[12] həyat yoldaşını və qar­daşını

[13] ona sığınacaq vermiş nəs­lini

[14] və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin

[15] Xeyr! Bu, alovu şölələ­nən Oddur –

[16] başın dərisini sıyırıb çı­xaran bir od

[17] O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

[18] və mal-dövlət yığıb sax­la­yanı

[19] Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır

[20] Ona bir pislik toxun­duqda özün­dən çıxır

[21] bir xeyir nəsib olduqda isə xəsis­lik edir

[22] Namaz qılanlar istis­na­dır

[23] O kəslər ki, namazlarını həmişə qılırlar

[24] O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ –

[25] dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün

[26] O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər

[27] O kəslər ki, Rəbbinin əza­bından qorxurlar

[28] Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil

[29] O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar –

[30] zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar

[31] Bundan artığını istəyən­lər isə həddi aşanlardır

[32] O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar

[33] O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər

[34] Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar

[35] Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq

[36] Sənə doğru tələsən ka­firlərə nə olub belə –

[37] sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar

[38] Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir

[39] Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik

[40] And içirəm məşriqlərin və məğ­riblərin Rəbbinə! Biz doğ­ru­dan da, elə bir qüdrətə malikik ki, –

[41] onları daha yaxşıları ilə əvəz edə bi­lərik. Bunda qarşı­mıza çı­xa bilən ta­pılmaz

[42] Vədə verilmiş günə ça­tanadək on­larla daha işin ol­masın, qoy boş-boş da­nışsınlar və əylənsinlər

[43] O gün, məbudlarına iba­­dətə can atırmışlar kimi onlar qə­bir­lər­dən çıxa­caqlar

[44] O gün onların baxışları yerə diki­ləcək, özlərini də zil­lət bü­rü­yəcək. Budur onla­rın xəbərdar edildikləri gün

Nuh

Surah 71

[1] Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!”

[2] O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm

[3] Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin

[4] Belə etsəniz, O sizin gü­nah­larınız­dan keçər və sizə mü­əy­yən vax­tadək möhlət ve­rər. Hə­qiqətən, Allahın müəy­yən etdiyi vaxt gə­lib çatdıqda əsla təxirə salınmaz. Kaş biləy­diniz!”

[5] O dedi: “Ey Rəbbim, mən xalqımı gecə-gündüz də­vət et­dim

[6] Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı

[7] Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər

[8] Sonra mən onları aşkar­ca­sına də­vət etdim

[9] Sonra mən onlara həm uca səslə, həm də gizlicə bil­dirib

[10] dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır

[11] O, sizin üzərinizə bol-bol yağış gön­dərər

[12] var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar

[13] Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz

[14] Axı O sizi mərhələlərlə yaratdı

[15] Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz

[16] Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir

[17] Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir

[18] Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­

[19] Allah yeri sizin üçün xalı təki dö­şədi

[20] Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”

[21] Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular

[22] Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

[23] və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!”

[24] Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma”

[25] Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar

[26] Nuh dedi: “Ey Rəbbim, kafirlər­dən yer üzündə bir nə­fəri be­lə sağ qoyma

[27] Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər

[28] Ey Rəbbim! Məni, vali­deynlə­ri­mi, evimə mömin ki­mi daxil olan­ları və bütün mömin kişi və qadınları bağışla! Zülm­karların isə ancaq həlakını ar­tır”

əl-Cinn

Surah 72

[1] De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik

[2] O, doğru yola yönəldir. Biz ona inandıq və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşmayacağıq

[3] Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır

[4] Bizim səfehimiz İblis Alla­ha qarşı hədsiz yalanlar danı­şır

[5] Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Alla­h barəsində əsla yalan söyləməzlər

[6] Həqiqətən, insanlardan bə­ziləri cin­lərin bəzilərinə sı­ğı­nır­dı­lar. Bu isə onla­rın azğın­lığını artırırdı

[7] Onlar da siz zənn etdiyi­niz kimi, elə düşünürdülər ki, Allah ölən­ləri di­riltməyə­cək­

[8] Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-ya­xan alov­larla dolu olduğunun şahidi olduq

[9] Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otu­rurduq. Amma kim indi onları dinləmək istə­sə, o, pus­quda göz­lə­yən yandırıb-yaxan alova rast gələr

[10] Biz bilmirik, bununla yer­dəkilərə pislik etmək qəsd edil­miş­dir, yoxsa Rəbbi onları doğ­ru yola yönəltmək is­tə­mişdir

[11] Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar ki­mi ol­ma­yan­ları da var. Biz ay­rı-ayrı yollar tutmuşuq

[12] Biz yəqin etdik ki, yer üzündə Allah­dan yaxa qurtara bil­mə­rik. Göyə qaç­malı olsaq da Onun əzabından yayı­na bil­mə­yə­cə­yik

[13] Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğra­maq­dan qorxar

[14] Sözsüz ki, bizlərdən mü­səlman­lar da var, doğru yoldan sa­pan­lar da. Müsəlman olan şəxslər doğru yol tutan­lardır

[15] Doğru yoldan sapanlar Cə­hənnəm üçün odun olacaq­lar”

[16] Əgər onlar o yolda sabit qalsay­dılar, Biz onlara bol-bol su ve­rərdik

[17] Belə edərdik ki, bununla onları sı­nayaq. Kim öz Rəb­bi­nin zik­rin­dən üz döndərərsə, O, hə­min şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qo­yar

[18] Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etmə­yin

[19] Allahın qulu qalxıb Alla­ha dua etdikdə cinlər az qala onun döv­rəsində bir-birinə ke­çib çəpər yaradırdılar

[20] De: “Mən yalnız öz Rəb­bimə dua edirəm və kimisə Ona şə­rik qoşmu­ram!”

[21] De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yö­nəlt­məyə qadir deyiləm!”

[22] De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bil­məz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm

[23] Mənim əlimdən gələn an­caq Allahı və Onun göndər­dik­lərini təb­liğ et­mək­dir. Kim Alla­ha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qa­la­caqları Cəhənnəm odu ha­zır­lan­mış­dır”

[24] Onlar özlərinə vəd olun­muş əzabı gördükləri zaman ki­min kö­məkçisinin daha zəif və sayca daha az olduğunu bilə­cəklər

[25] De: “Mən sizə vəd olun­muş əza­bın yaxın olduğunu və ya­xud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bil­mirəm

[26] O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz

[27] razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki

[28] hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”

əl-Muzzəmmil

Surah 73

[1] Ey libasına bürünüb ör­tünmüş pey­ğəmbər

[2] Az bir hissəsi istisna ol­maqla ge­cə­lər namaza dur

[3] Gecənin yarısını, yaxud on­dan bir az əskilt

[4] və ya ona artır. Quranı da aramla oxu

[5] Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik

[6] Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq da­ha mü­nasibdir

[7] Şübhəsiz ki, gündüz sə­nin üçün uzun-uzadı işlər var

[8] Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et

[9] O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür

[10] Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş

[11] Məni, ayələrimi yalan sa­yan var-dövlət sahibləri ilə tək bu­rax və onlara bir az möh­lət ver

[12] Həqiqətən, Bizdə onlar üçün qan­dallar və Cəhənnəm ha­zır­lan­mışdır

[13] boğazda tıxanıb keçmə­yən yemək və ağrılı-acılı bir əzab da vardır

[14] O gün yer və dağlar tit­rəyəcək, dağ­lar səpələnən qum tə­pə­si­nə dönə­cək

[15] Həqiqətən, Biz Firona el­çi gön­dərdiyimiz kimi sizə də şa­hid­lik edə­cək elçi gön­dərdik

[16] Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq

[17] Əgər küfr etsəniz, uşaq­ları ağ saç­lı qocalara çevirəcək gün­dən ne­cə qorunacaqsı­nız

[18] O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə ye­tə­cək­

[19] Həqiqətən, bu, bir nəsi­hətdir. Kim istəsə, Rəbbinə tə­rəf yö­nə­lər

[20] Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir

əl-Muddəssir

Surah 74

[1] Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər

[2] Qalx və insanları xə­bər­dar et

[3] Təkcə Rəbbini uca tut

[4] Geyimini təmiz saxla

[5] Pis şeyləri tərk et

[6] Yaxşılığı təmənna məq­sə­dilə etmə

[7] Rəbbin üçün səbir et

[8] Sur üfürülərkən –

[9] Çətin bir gün olacaq

[10] Həmin gün kafirlərə asan olma­ya­caq

[11] Məni yaratdı­ğım kimsə ilə tək burax

[12] Mən ona bolluca var-dövlət ba­ğış­ladım

[13] qayğısına qalan oğullar verdim

[14] və onu hər cür imkan­larla təmin etdim

[15] Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır

[16] Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir

[17] Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm

[18] Çünki o, fikirləşərək qə­rara gəldi

[19] Ona ölüm olsun! Necə qərara gəldi

[20] Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi

[21] Sonra o nəzər saldı

[22] Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü

[23] Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi

[24] və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil

[25] Bu, adi insan kəlamıdır

[26] Mən onu Səqərə sala­ca­ğam

[27] Sən haradan biləsən ki, Səqər nədir

[28] O, kimsəni sağ-salamat bu­rax­maz

[29] dərini yandırıb-yaxar

[30] Onun üzərində on doq­quz gözətçi mələk var

[31] Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır

[32] Xeyr! And olsun aya

[33] And olsun dönüb uzaq­laşan ge­cəyə

[34] And olsun ağarmaqda olan sübh çağına

[35] Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir

[36] həm bəşəriyyət üçün xə­bərdar­lıqdır

[37] həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün

[38] Hər bir kəs qazan­dığı­nın giro­vuna çevrilir

[39] sağ tərəf sahiblərindən başqa

[40] Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar –

[41] günahkarlar barəsində

[42] Sizi Səqərə salan nədir

[43] Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik

[44] Kasıbı da yedizdirməz­dik

[45] Batil sözlər danışanlarla birlikdə biz də danışardıq

[46] və Haqq-hesab gününü yalan hesab edərdik –

[47] ölüm yəqinliyi bizə gə­lə­nə qədər”

[48] Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz

[49] Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər

[50] Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki

[51] ovçulardan yaxud aslan­dan qaçır­lar

[52] Əksinə, onlardan hər bi­ri vəhy olunmuş səhifələrin məhz ona verilmə­sini istəyir

[53] Xeyr! Əksinə, onlar Axi­rətdən qorxmurlar

[54] Xeyr! Bu Quran bir nə­sihətdir

[55] İstəyən onu xatır­layar

[56] Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur

əl-Qiyamə

Surah 75

[1] And içirəm Qiyamət gü­nünə

[2] And içirəm peşmançılıq çə­kən nəfsə

[3] İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik

[4] Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik

[5] Lakin insan bundan sonra da günah etmək fikrindədir

[6] O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur

[7] Gözlər bərələ qalacağı

[8] ay tutulacağı

[9] və günəşlə ayın qovuşa­cağı zaman –

[10] o gün insan deyəcək: “Hara qaçaq?”

[11] Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq

[12] O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq

[13] O gün insana əvvəllər et­diyi və sonraya saxladığı əməl­ləri ba­rədə xəbər veriləcək

[14] Əslində, insan öz əley­hi­nə şahid­lik edəcək –

[15] üzrlü olub-olmadığı bü­tün hal­ları ortaya qoysa da

[16] Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə

[17] Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir

[18] Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə

[19] Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir

[20] Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir

[21] Axirətdən isə uzaqlaşır­sınız

[22] O gün bir çox üzlər parlayacaq

[23] və öz Rəbbinə baxa­caq­dır

[24] O gün bir çox üzlər də tutulub qaralacaq

[25] və yəqin edəcək ki, on­la­ra müsi­bət artıq üz vermişdir

[26] Xeyr, ruh körpücük sü­­müklə­rinə yetişəcəyi zaman

[27] “Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək

[28] Can verən adam dünya hə­yatından ayrıldığını yəqin edə­cəyi

[29] və ayaq ayağa dolaşa­ca­ğı za­man –

[30] o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək

[31] O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı

[32] Haqqı da yalan saydı və üz dön­dərdi

[33] Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi

[34] Vay sənin halına, vay

[35] Yenə də vay sənin halı­na, vay

[36] Bəlkə insan özbaşına qo­yulaca­ğını güman edir

[37] Məgər o, kişi toxumun­dan axıdı­lan bir damla nütfə de­yil­di­mi

[38] Sonra laxtalanmış qan ol­du. Allah onu yaradıb kamil bir gör­kəmə saldı

[39] Ondan da bir cüt kişi və qadın yaratdı

[40] Məgər O, ölüləri dirilt­məyə qadir deyilmi

əl-İnsan

Surah 76

[1] Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir

[2] İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik

[3] Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun

[4] Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq

[5] Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər

[6] Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər

[7] Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar

[8] Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər

[9] və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik

[10] Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!”

[11] Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər

[12] onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar

[13] Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər

[14] Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək

[15] Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq

[16] Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar

[17] Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək

[18] Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır

[19] Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan

[20] Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən

[21] Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­

[22] Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir”

[23] Biz Quranı sənə hissə-hissə aramla nazil etdik

[24] Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə

[25] Səhər-axşam Rəbbinin adını zikr et

[26] Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de

[27] Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar

[28] Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik

[29] Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar

[30] Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir

[31] O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır

əl-Mursəlat

Surah 77

[1] And olsun xeyirlə göndə­rilənlərə

[2] və şiddətlə əsənlərə

[3] And olsun Allahın əmrini yaydıqca yayanlara

[4] haqqı nahaqdan ayırdıqca ayıran­lara

[5] və zikri çatdıranlara –

[6] üzr diləmək və ya qor­xut­maq üçün çatdıranlara

[7] Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq­

[8] Ulduzlar sönəcəyi zaman

[9] Göy yarılacağı zaman

[10] Dağlar dağılacağı zaman

[11] Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt tə­yin edilə­cəyi zaman

[12] deyiləcək: “Bunlara ve­rilmiş möhlət hansı günə qə­dər­dir?”

[13] Cavabında deyiləcək: “Ayırd etmə günü­nədək!”

[14] Sən ayırd etmə gününün nə ol­duğunu bilirsənmi

[15] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[16] Məgər Biz ilk nəsilləri həlak et­mədikmi

[17] Sonrakıları da onlara qa­tacağıq

[18] Biz günah sahibləri ilə belə dav­ranırıq

[19] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[20] Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmə­dikmi

[21] Biz onu etibarlı bir yer­də yerləş­dirmədikmi –

[22] məlum bir vaxta kimi

[23] Biz nütfəni yaratmağa qa­dir olduq. Nə gözəl Qadir olan­lar­ıq Biz

[24] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[25] Məgər Biz yeri məskən et­mə­dikmi –

[26] dirilər və ölülərə

[27] Orada möhkəm daya­nan uca dağ­lar yaratmadıqmı və si­zə şi­rin sulardan içirtmədikmi

[28] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[29] Onlara belə deyiləcək: “Ge­din yalan hesab etdiyiniz Cə­hən­nə­mə

[30] Üç qola ayrılan kölgə­liyə ge­din!”

[31] Ora nə kölgə salır, nə də alovdan qoruyur

[32] Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püs­kü­rür

[33] Onlar sanki sarı dəvə­lər­dir

[34] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[35] Bu, günahkarların danışa bilmə­yəcəkləri bir gündür

[36] Onlara üzrxahlıq üçün izin belə verilməyəcək

[37] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[38] Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafir­lər! Biz həm sizi, həm də əv­vəlkiləri bir yerə cəm etdik

[39] Əgər hiyləniz varsa, Mə­nə qarşı işlədin

[40] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[41] Şübhəsiz ki, müttəqilər kölgəlik­lərdə, çeşmələr başında

[42] və istədikləri meyvələr içində ola­caqlar

[43] Onlara deyiləcək: “Xeyir­xah əməl­lərinizə görə nuşcan­lıqla ye­yin-için

[44] Şübhəsiz ki, Biz yaxşı əməl sahib­lərini belə müka­fat­lan­dı­rı­rıq!”

[45] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[46] Kafirlərə deyiləcək: “Ye­yin və bir az əylənin! Həqiqə­tən, siz gü­nahkarsınız

[47] O gün Qiyaməti yalan sayanla-rın vay halına

[48] Onlara: “Rüku edin!”– de­yildiyi zaman rüku etməzlər

[49] O gün Qiyaməti yalan sayanla­rın vay halına

[50] Onlar bu Qurandan son­ra hansı sözə inana­caqlar

ən-Nəbə

Surah 78

[1] Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar

[2] Böyük bir xəbər barə­sin­də –

[3] elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər

[4] Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər

[5] Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər

[6] Məgər Biz yeri yataq et­mədikmi

[7] Dağları da payalar

[8] Biz sizi cüt yaratdıq

[9] Yuxunuzu da sizin üçün rahatlıq etdik

[10] Gecəni örtük etdik

[11] gündüzü isə ruzi qazan­maq vaxtı

[12] Üstünüzdə yeddi möh­kəm göy qurduq

[13] və çox parlaq bir çıraq ya­ratdıq

[14] Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki

[15] onunla toxum və digər bit­kilər ye­tiş­dirək

[16] habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq

[17] Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir

[18] Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksi­niz

[19] O gün göyün qapıları açılacaq

[20] Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək

[21] Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir

[22] O, həddi aşanların qayı­dacağı yerdir

[23] Onlar orada əsrlər boyu qala­caq­lar

[24] Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar

[25] İçdikləri yalnız qaynar su və irin olacaq –

[26] törətdikləri əməllərinə uy­ğun bir cəza kimi

[27] Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər

[28] Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər

[29] Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq

[30] Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq

[31] Həqiqətən, müttəqilər üçün nicat yeri vardır

[32] Həmçinin bağlar və üzüm­lüklər

[33] dolğun döşlü həmyaşıd qızlar

[34] və ləbələb doldurulmuş qədəhlər də vardır

[35] Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər

[36] Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir

[37] Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar

[38] Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq

[39] O gün, gerçək bir gün­dür. Kim is­təsə öz Rəbbi yanında sı­ğı­na­caq ta­par

[40] Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”

ən-Naziat

Surah 79

[1] And olsun kafirlərin ca­nı­nı zorla alanlara

[2] And olsun möminlərin ca­nını ra­hat­lıqla alan­lara

[3] And olsun göydə üzdükcə üzən­lərə

[4] And olsun ötdük­cə ötən­lərə

[5] And olsun buyruqları ye­rinə ye­ti­rənlərə

[6] O gün lərzəyə gələn lər­zə­lənəcək

[7] onun ardınca təkrar lər­zə­lənəcək

[8] Həmin gün qəlblər qor­xudan tir-tir əsəcək

[9] Bu qəlb sahiblərinin göz­lə­ri zəlil gör­kəm alacaq­

[10] Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halı­mıza dön­dərilə­­cəyik

[11] Sümüklərimiz çürüdük­dən son­ra?”

[12] Onlar dedilər: “Belə ol­duğu halda bu, zərərli bir qa­yı­dış­dır”

[13] O surun üfürülməsi təkcə qorxunc bir səs­dir

[14] O vaxt onlar ləngimədən qəbir­lə­rindən yerin sət­hinə çı­xa­caq­lar

[15] Musanın hadisəsi sənə yetiş­dimi

[16] O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di

[17] “Fironun yanına yollan! O, həd­dini çox aşmışdır

[18] De: “Günahlardan xilas ol­maq is­təyirsənmi

[19] Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?”

[20] Musa ən böyük möcü­zə­ni Firona göstərdi

[21] O isə haqqı yalan sayıb asi oldu

[22] Sonra da üz döndərib fəsad törət­məyə girişdi

[23] O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək

[24] dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!”

[25] Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı

[26] Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var

[27] Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu

[28] onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi

[29] gecəsini qaranlıq edib, səhərini də nurlandırdı

[30] Sonra yeri döşəyib

[31] onda su və otlaq yaratdı

[32] dağları da yerə bərkitdi

[33] Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür

[34] Ən böyük fəlakətin gəl­diyi zaman –

[35] o gün insan törətdikləri­ni xatırla­yacaq

[36] Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­

[37] Kim həddi aşmışsa

[38] dünya həyatını axirətdən üstün bilmişsə

[39] şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir

[40] Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə

[41] həqiqətən, onun gedəcəyi yer Cənnətdir

[42] Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar

[43] Axı sən onu haradan bi­ləsən

[44] Onu kamil bilmək sənin Rəbbinə aiddir

[45] Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən

[46] Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər

Əbəsə

Surah 80

[1] Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –

[2] yanına korun gəldiyinə görə

[3] Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi

[4] və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı

[5] Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə

[6] sən ona diqqət yetirirsən

[7] Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur

[8] Səy göstərib sənin yanına gələn

[9] Allahdan qorxan kimsəyə gəlincə

[10] sən ona məhəl qoymursan

[11] Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir

[12] Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın

[13] Bu Quran kəramətli sə­hi­fələr­də

[14] yüksək və pak səhifələr­də­dir

[15] Bu səhifələr elçilərin əl­lə­rində –

[16] möhtərəm və müti olan­ mələklərin əllə­rindədir

[17] Qoy ölsün kafir insan! O necə də nankordur

[18] Qoy baxıb görsün, Allah onu nədən yaradıb

[19] Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı

[20] Sonra da onun yolunu asanlaş­dırdı

[21] Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi

[22] Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək

[23] Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir

[24] Qoy insan yediyinə diq­qət yetir­sin

[25] Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq

[26] Sonra da yeri çat-çat ya­rıb

[27] orada taxıl yetişdiririk

[28] Habelə üzüm və yonca

[29] zeytun və xurma ağac­la­rı

[30] sıx-sıx bağlar

[31] meyvələr və otlar da bi­tiririk

[32] Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür

[33] Qulaqbatırıcı bir səs gə­ləndə –

[34] o gün insan qaçacaq öz qarda­şından

[35] anasından, atasından

[36] həyat yoldaşından və övladla­rından

[37] O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­

[38] O gün neçə-neçə üzlər par­layacaq

[39] güləcək və fərəhlənə­cək­

[40] O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq

[41] onları zülmət bürüyə­cək­

[42] Məhz onlar kafirlər, gü­nah­kar­lardır

ət-Təkvir

Surah 81

[1] Günəş sarınacağı zaman

[2] ulduzlar soluxub sönəcə­yi zaman

[3] dağlar hərəkətə gətirilə­cə­yi zaman

[4] boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman

[5] vəhşi heyvanlar bir yerə toplanacağı zaman

[6] dənizlər alovlanacağı za­man

[7] hər kəs öz tayına qo­vuş­durulacağı zaman

[8] diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man –

[9] hansı günaha görə öldü­rül­müş­dür

[10] səhifələr açılacağı zaman

[11] göy qopardılacağı zaman

[12] Cəhənnəm alovlandırı­la­cağı za­man

[13] və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman

[14] hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir

[15] And içirəm gecə çıxıb gün­düz batan ulduzlara

[16] seyrə çıxıb gizlənən səy­yarələrə

[17] qaralmaqda olan gecəyə

[18] və açılmaqda olan səhə­rə

[19] Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür

[20] O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir

[21] orada itaət ediləndir, eti­barlı­dır

[22] Sizin dostunuz Muhəm­məd di­vanə deyil

[23] O, Cəbraili aydın üfüqdə gördü

[24] O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil

[25] Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir

[26] Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz

[27] Bu, aləmlərə yalnız bir nəsihətdir –

[28] sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün

[29] Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz

əl-İnfitar

Surah 82

[1] Göy parçalanacağı zaman

[2] ulduzlar səpələnəcəyi za­man

[3] dənizlər daşıb bir-birinə qarışacağı zaman

[4] qəbirlər çevriləcəyi zaman

[5] hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya sax­ladığını biləcək

[6] Ey insan! Səni öz Səxa­vətli Rəbbinə qarşı qoyan nədir

[7] O ki, səni yaradıb kamil­ləşdirdi və sənə gözəl bir surət verdi

[8] Səni istədiyi şəklə saldı

[9] Xeyr! Əksinə, siz Qiya­mə­ti yalan hesab edir­siniz

[10] Həqiqətən, sizin üstü­nüz­də nə­za­rətçilər var –

[11] çox möhtərəm, əməllə­ri­nizi ya­zanlar

[12] Onlar sizin nə etdiklə­ri­nizi bi­lirlər

[13] Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar

[14] Şübhəsiz ki, günahkar­lar da Cə­hənnəmdə olacaqlar

[15] Onlar ora Haqq-hesab günü girə­cəklər

[16] Onlar əsla ondan yayına bilmə­yəcəklər

[17] Sən haradan biləydin ki, Haqq-hesab günü nədir

[18] Doğrudan da, sən hara­dan biləy­din ki, Haqq-hesab günü nə­dir

[19] O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məx­sus olacaq

əl-Mutaffifin

Surah 83

[1] Çəkidə və ölçüdə alda­dan­ların vay halına

[2] O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər

[3] onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar

[4] Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi

[5] Özü də əzəmətli bir gün­də

[6] O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar

[7] Xeyr! Həqiqətən, günah­karların kitabı Siccin­dədir

[8] Sən haradan biləsən ki, Siccin nədir

[9] O, yazılı bir kitabdır

[10] O gün haqqı yalan hesab edən­lərin vay halına

[11] O kəslər ki, Din gü­nünü yalan hesab edir­lər

[12] Amma bunu, həddini aşan gü­nahkardan başqa, heç kəs ya­lan hesab etməz

[13] Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdə­kilə­rin uy­dur­duğu əfsanə­lər­dir!”– deyir

[14] Xeyr! Onların qəlbini qa­zan­dıq­ları günahlar bürü­müş­dür

[15] Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək

[16] Sonra onlar Cəhənnəmə girə­cəklər

[17] Sonra onlara deyiləcək: “Bu­dur sizin yalan hesab et­di­yi­niz Cə­hən­nəm!”

[18] Xeyr! Həqiqətən, yaxşıların ki­tabı İlliyyun­dadır

[19] Sən haradan biləsən ki, İlliyyun nədir

[20] O, elə bir yazılı kitabdır ki

[21] onu yalnız Allaha yaxın olanlar görürlər

[22] Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar

[23] Onlar taxtlar üstündə sey­rə dala­caqlar

[24] Sən onların üzündə səadət parlaqlığı görəcəksən

[25] Onlara möhürlü şərab­dan içirdi­ləcək

[26] Onun möhürü müşk­dür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar

[27] Onun qatışığı təsnim bula­ğın­dandır

[28] O təsnim elə bir bulaqdır ki, on­dan Allaha ya­xın olanlar içər­lər

[29] Doğrudan da, günahkarlar iman gətirənlərə gü­lür­dülər

[30] onların yanından keç­dik­də bir-birinə qaş-göz edirdilər

[31] öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar

[32] möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar az­mış­­lardır!”

[33] Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər

[34] Bu gün isə iman gə­ti­rənlər ka­firlərə güləcəklər

[35] Onlar taxtlar üstündə baxa­caqlar

[36] Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı

əl-İnşiqaq

Surah 84

[1] Göy yarılacağı

[2] və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı zaman

[3] Yer dümdüz ediləcəyi

[4] içindəkiləri kənara atıb bo­şalacağı

[5] və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı za­man

[6] Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan

[7] Kimin kitabı sağ əlinə ve­riləcəksə

[8] o, yüngül sorğu-suala tu­tulacaq

[9] və sevincək öz ailəsinə qa­yıda­caq

[10] Kimin kitabı arxa tərə­fin­dən ve­riləcəksə

[11] o özünə ölüm diləyəcək

[12] və alovlu oda atılacaq­

[13] Sözsüz ki, o, dünyada ikən öz ailə­sində sevinc içində idi

[14] və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmaya­caq

[15] Xeyr! Sözsüz ki, Rəbbi onu gö­rürdü

[16] And içirəm şəfəqə

[17] gecəyə və onun ağuşuna aldıq­larına

[18] bədirlənmiş on dörd ge­cə­lik aya

[19] Siz mütləq haldan-hala keçib də­yişəcəksiniz

[20] Onlara nə olub ki, iman gətir­mirlər

[21] və onlara Quran oxun­duqda səcdə etmirlər

[22] Əksinə, küfr edənlər haq­qı yalan sayırlar

[23] Allah onların nəyi giz­lət­diklərini çox yaxşı bilir

[24] Elə isə onları ağrılı-acılı bir əzab­la müjdələ

[25] iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! On­lar üçün tü­kənməz mükafatlar ha­zırlanmışdır

əl-Buruc

Surah 85

[1] And olsun bürclü göyə

[2] And olsun vədə verilmiş günə

[3] And olsun şahidlik edənə və edi­lənə

[4] Məhv olsun xəndək sahibləri

[5] Odunla alovlandırılmış xəndəklər

[6] Onlar o xəndəklərin başında otu­rub

[7] möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər

[8] Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar

[9] Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir

[10] O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır

[11] Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir

[12] Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir

[13] Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir

[14] Bağışlayan da, Sevən də Odur

[15] Ərşin sahibidir, Şan-şöh­rətlidir

[16] İstədiyini edəndir

[17] Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı

[18] Firon və Səmud qoşun­la­rının

[19] Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar

[20] Allah onları arxadan əha­tə et­mişdir

[21] Bəli, bu şanlı Qurandır

[22] O, mühafizə edilən löv­hədədir

ət-Tariq

Surah 86

[1] And olsun səmaya və ge­cə yolçu­suna

[2] Sən nə bilirsən ki, gecə yolçusu nədir

[3] Bu, qaranlıqları dəlib ke­çən ul­duz­dur

[4] Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olma­sın

[5] Qoy insan nədən yara­dıl­dığına bir baxsın

[6] İnsan axıdılan nütfədən yaradıl­mışdır

[7] Bu nütfə bel və köks sü­mükləri arasından çıxır

[8] Şübhəsiz ki, Allah onu di­rildib qay­tarmağa qadirdir

[9] Sirlərin sınaqdan keçiri­lə­cəyi gün

[10] onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar

[11] And olsun yağmurla qa­yıdan göyə

[12] And olsun növbənöv bit­kilərlə ya­rılan yerə

[13] Həqiqətən, bu, haqqı ba­tildən ayırd edən bir kə­lamdır

[14] O, əyləncə də deyil

[15] Həqiqətən, kafirlər hiylə qururlar

[16] Mən də hiylə qururam

[17] Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver

əl-Əla

Surah 87

[1] Ən Uca Rəbbinin adına təriflər de

[2] O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi

[3] O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi

[4] O Rəbbin ki, otlağı cü­cərt­di

[5] sonra da onu qaralmış sa­ma­na çevirdi

[6] Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan

[7] Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir

[8] Səni ən asan olana mü­vəf­fəq edə­rik

[9] Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat

[10] Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər

[11] Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar

[12] O kimsə ki, Cəhənnəmə atılacaq

[13] O orada nə öləcək, nə də yaşaya bil­əcək

[14] Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır

[15] O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır

[16] Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz

[17] Axirət isə daha xeyirli və daha sürəklidir

[18] Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir –

[19] İbrahimin və Musanın sə­hifələ­rində

əl-Ğaşiyə

Surah 88

[1] Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı

[2] O gün neçə-neçə üzlər zə­lil olub yerə dikiləcək

[3] üzülüb əldən düşəcək

[4] çox qızmar oda girəcək

[5] qaynar çeşmədən içirdi­lə­cək

[6] Onlara daridən başqa bir yemək verilməyəcək

[7] O onları nə doydurar, nə də aclıq­dan xilas edər

[8] O gün neçəsinin üzündə fərəh gö­rü­nəcək

[9] dünyadakı səylərindən məmnun qa­lacaq

[10] uca Cənnətdə olacaq

[11] orada faydasız söz eşit­məyə­cək­

[12] Orada axar çeşmələr var­dır

[13] Orada hündür taxtlar

[14] düzülmüş piyalələr

[15] yan-yana qoyulmuş yas­tıqlar

[16] və döşəmələrə sərilmiş xal­çalar var

[17] Məgər onlar dəvənin ne­cə ya­ra­dıldığını görmürlər

[18] Göyün necə yüksəl­diyi­ni gör­mür­lər

[19] Dağların necə sancıldı­ğı­nı gör­mürlər

[20] Yerin necə döşədildiyini gör­mürlər

[21] Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən

[22] Sən onların üstündə hökm­dar deyilsən

[23] Lakin üz döndərib küfr edəni

[24] Allah ən şiddətli əzabla cəza­lan­dırar

[25] Şübhəsiz ki, onların dö­nüşü Bi­zədir

[26] Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir

əl-Fəcr

Surah 89

[1] And olsun dan yerinə

[2] And olsun on gecəyə

[3] And olsun cütə və təkə

[4] And olsun keçib getmək­də olan gecəyə

[5] Məgər bu andlar ağıl sa­hi­bi üçün kifayət deyilmi

[6] Məgər görmədinmi ki, Rəbbin nə­lər etdi Ad qövmünə

[7] sütunlar sahibi İrəm qəbi­ləsinə –

[8] halbuki, yer üzündə on­lar kimisi xəlq edilməmişdi

[9] Habelə vadidə qayaları yo­nan Sə­mud qövmünə

[10] Eləcə də sütunlar sahibi Firona

[11] Onlar o kəslər idi ki, öl­kələrində həddi aşmış

[12] çoxlu fitnə-fəsad törət­miş­dilər

[13] Rəbbin də onları əzabla qam­çı­ladı

[14] Həqiqətən, sənin Rəbbin nəzarət edir

[15] İnsana gəlincə, Rəbbi onu sına­yıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram gös­tərdi!”– de­yər

[16] Amma onu sınamaq üçün ruzi­sini azaldanda: “Rəbbim mə­ni alçalt­dı!”– deyər

[17] Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsi­niz

[18] kasıbı yedirməyə bir-bi­rinizi təh­rik etmirsiniz

[19] mirası hərisliklə yeyir­si­niz

[20] var-dövləti də hərisliklə sevir­siniz

[21] Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq

[22] sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

[23] və o gün Cəhənnəm gə­ti­riləcək. O gün insan günah­la­rı­nı xa­tır­laya­caq­. Lakin bu xa­tırlamanın ona nə fay­dası

[24] O: “Kaş axirət həyatım üçün əv­vəlcədən hazırlıq gö­rəy­dim!”– deyə­cək­

[25] O gün heç kəs Allahın ver­diyi əzab kimi əzab verə bil­məz

[26] və heç kəs Onun buxov­ladığı kimi buxovlaya bilməz

[27] O gün möminə deyilə­cək­: “Ey ar­xayın olan kəs

[28] Razı qalmış və razılıq qa­zanmış halda öz Rəbbinə tərəf dön

[29] Mənim qullarımın cər­gə­sinə keç

[30] Cənnətimə daxil ol

əl-Bələd

Surah 90

[1] And içirəm bu şəhərə (Məkkəyə)

[2] Sən də o şəhərin saki­ni­sən

[3] And olsun valideynə və onun tö­rəməsinə

[4] Biz insanı çətinlik içində xəlq etdik

[5] O, heç kəsin ona gücü çat­maya­ca­ğınımı güman edir

[6] O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

[7] O, heç kəsin onu görmə­yəcəyi­ni­mi zənn edir

[8] Biz ona iki göz vermə­dikmi

[9] Eləcə də, bir dil və iki dodaq vermə­dikmi

[10] Onu iki yolu – doğru və əyri yolu göstərmə­dikmi

[11] Fəqət o, sərt yoxuşu aşa biləmədi

[12] Sən nə bilirsən ki, sərt yoxuş nədir

[13] O, bir kölə azad et­mək­dir

[14] və ya aclıq günündə möh­taca ye­mək verməkdir –

[15] qohumluğu çatan bir ye­timə

[16] yaxud aclıqdan yerə uzan­mış ka­sıba

[17] Sonra isə iman gəti­rənlərdən, bir-birinə səbir töv­si­yə edən­lərdən və mərhəmət töv­si­yə edən­lərdən olmaqdır

[18] Onlar sağ tərəf sahiblə­ridir

[19] Ayələrimizi inkar edən­lər isə sol tərəf sahibləridir

[20] Onları hər tərəfdən qa­playan bir Od gözləyir

əş-Şəms

Surah 91

[1] And olsun günəşə və onun saç­dığı şəfəqə

[2] And olsun ondan sonra zühur edən aya

[3] And olsun günəşi açıqlığa çıxar­dan gündüzə

[4] And olsun günəşi bürü­yən gecəyə

[5] And olsun göyə və onu qurana

[6] And olsun yerə və onu dö­şəyənə

[7] And olsun nəfsə və onu yaradıb kamilləşdirənə

[8] ona günahları və Allah­dan qorx­mağı təlqin edənə

[9] Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır

[10] Onu günaha batıran isə ziyana uğramışdır

[11] Səmud qövmü öz azğın­lı­ğı üzün­dən Allahın elçisini inkar et­di

[12] Onların ən bədbəxti də­və­ni kəs­məyə qalxdıqda

[13] Allahın elçisi onlara de­di: “Alla­hın bu dişi dəvəsi­nə to­xun­ma­yın və onun su içmə­si­nə mane olmayın!”

[14] Onlar isə peyğəmbəri ya­lançı sa­yıb, dəvə­nin diz və­tə­ri­ni kəs­dilər. On­ların Rəbbi də bu günahlarına görə on­ların ha­mı­sını qı­rıb yerlə yeksan etdi

[15] Allah günahkarlara etdi­yi­nin nəti­cəsindən çəkinməz

əl-Leyl

Surah 92

[1] And olsun yer üzünü zül­mətə bü­rü­məkdə olan gecəyə

[2] And olsun günəşin çıx­ma­sı ilə ay­dınlaşan gün­düzə

[3] And olsun kişini və qa­dı­nı yara­dana

[4] Sizin can atdıqlarınız baş­qa-baş­qadır

[5] Kim haqqını verir və Al­lah­dan qor­xursa

[6] və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə

[7] Biz onu ən asan olana na­il edə­cəyik

[8] Kim də xə­sislik edərək Rəb­binə eh­tiyacı olmadığını gü­man edir­sə

[9] və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini yalan hesab edir­sə

[10] Biz onun üstünə ən çə­tin olanı yükləyəcəyik

[11] Cəhənnəmə düşdükdə var-dövləti ona fayda ver­məyəcək

[12] Şübhəsiz ki, doğru yola yönəlt­mək Bizə aiddir

[13] Sözsüz ki, Axirət də, dün­ya hə­yatı da Bizimdir

[14] Mən sizi alov saçan bir odla qor­xutdum

[15] Ona ancaq ən bədbəxt kimsə girər

[16] O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir

[17] Allahdan ən çox qorxan isə o Od­dan uzaqlaşdırılar

[18] O kimsə ki, malını Allah yolunda verir, günahlardan tə­miz­lə­nir

[19] Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti ol­maz

[20] O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər

[21] O, mütləq razı qalacaq­dır

əd-Duha

Surah 93

[1] And olsun səhərə

[2] And olsun sakitləşən ge­cəyə

[3] Rəbbin nə səni tərk et­di, nə də sənə acığı tut­du

[4] Həqiqətən, Axirət sənə dünya hə­yatından da­ha xeyir­lidir

[5] Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qa­la­caq­san

[6] Məgər O, səni yetim ça­ğın­da qo­ruyub sığınacaq ver­mə­dimi

[7] Səni çaşqın olduğun hal­da doğru yola yönəltmədimi

[8] Kasıb olduğun zaman sə­ni varlan­dırmadımı

[9] Elə isə yetimə xor baxma

[10] Səndən kömək diləyəni qovma

[11] Və Rəbbinin nemətin­dən danış

əl-İnşirah

Surah 94

[1] Məgər Biz sənin üçün kök­sünü aç­­madıqmı

[2] Yükünü səndən götürmə­dikmi

[3] Onlar belini bükürdü

[4] Biz adını sənə görə ucalt­ma­dıq­mı

[5] Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir

[6] Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir

[7] İşlərini qurtaran kimi Al­lah yolunda çalış

[8] Ancaq Rəbbinə üz tut

ət-Tin

Surah 95

[1] And olsun əncirə və zey­tuna

[2] And olsun Sina dağına

[3] And olsun bu təhlükəsiz şə­hərə (Məkkəyə)

[4] Biz insanı ən gözəl su­rət­də ya­rat­dıq

[5] Sonra isə onu aşağı qatla­rın ən aşa­ğısına salacağıq

[6] Yalnız iman gətirib yaxşı iş­lər görənlər istisnadır! Onlar üçün tükənməz müka­fat­ ha­zır­lanmışdır

[7] Bundan sonra dini yalan­ saymağa səni nə məcbur edir

[8] Məgər Allah hakimlərin ən üstünü de­yilmi

əl-Ələq

Surah 96

[1] Yaradan Rəbbinin adı ilə oxu

[2] O, insanı qan laxtasından yaratdı

[3] Oxu! Sənin Rəbbin mü­qa­yisəsiz sə­xavətə malikdir

[4] O, qələmlə yazmağı öy­rət­di

[5] İnsana bilmədiklərini öy­rətdi

[6] Xeyr! İnsan, doğrudan da, həddini aşır –

[7] özünün ehtiyacsız oldu­ğunu zənn etdiyinə görə

[8] Axı son dönüşün Rəb­bi­nədir

[9] Gördünmü o kəsi ki, ma­ne olur –

[10] bir bəndəyə namaz qıl­dı­ğı zaman

[11] Söylə görək, əgər o bən­də doğru yoldadırsa

[12] yaxud Allahdan qorx­ma­ğı əmr edirsə, onda necə olsun

[13] Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz dön­də­rib­sə, on­da necə olsun

[14] Məgər o bilmir ki, Allah görür

[15] Xeyr! Əgər yaramaz əmə­linə son qoy­­ma­sa, Biz onun kə­ki­lin­dən tuta­cağıq –

[16] yalançı, günahkar kəki­lindən

[17] Qoy öz yığnağını ça­ğır­sın

[18] Biz də əzab mələklərini çağıra­cağıq

[19] Xeyr, sən ona qulaq as­ma! Səcdə qıl və Allaha ya­xınlaş

əl-Qədr

Surah 97

[1] Həqiqətən, Biz Qu­ranı Qədr gecə­sində nazil et­dik

[2] Sən haradan biləsən ki, Qədr gecəsi nədir

[3] Qədr gecəsi min aydan xeyirlidir

[4] O gecə Rəbbinin izni ilə mələklər və Ruh Cəbrail hər işə görə ye­rə enirlər

[5] O gecə sübh açılanadək əmin-aman­lıq olur

əl-Bəyyinə

Surah 98

[1] Kitab əhlindən və müş­rik­lərdən inkar edənlər onlara açıq-ay­dın dəlil gəl­mə­yincə küfr­lə­rin­dən əl çəkmədilər

[2] Bu dəlil pak səhifələri oxu­yan Allahın göndərdiyi El­çidir

[3] Onların içində doğru ya­zılar var

[4] Kitab verilənlər onlara yal­nız ay­dın bir dəlil gəldikdən sonra fir­qələrə bölündülər

[5] Halbuki onlara, dini məhz Allaha məxsus edərək, hənif­lər ki­­mi ibadət et­mək, namaz qıl­maq və zəkat vermək əmr olun­muş­du. Doğru din də elə bu­dur

[6] Şübhəsiz ki, Kitab əhlin­dən və müş­riklərdən inkar edənlə­r, içində əbədi qa­la­caqları Cə­­hən­nəm odunda ola­caqlar. On­lar məx­lu­qatın ən pisi­dirlər

[7] İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar məxluqatın ən yax­şılarıdır

[8] Onların Rəbbinin yanın­da­kı mü­ka­fatı ağacları al­tın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları Ədn cən­nətləridir. Allah on­lar­dan ra­zı­dır, onlar da On­dan ra­zı­dır­lar. Bu nemətlər, Rəb­bin­dən qorxan kim­sələrdən ötrü­dür

əz-Zəlzələ

Surah 99

[1] Yer titrəyib lərzəyə gələ­cəyi zaman

[2] Yer öz yükünü bayıra ata­cağı

[3] və insan: “Ona nə olub?”– deyə­cəyi zaman –

[4] həmin gün yer öz əh­va­lat­larını da­­nışacaq

[5] Çünki Rəbbin ona vəhy edəcək

[6] O gün insanlar əməl­ləri­nin onlara göstərilməsi üçün dəs­tə-dəs­tə gələ­cəklər

[7] Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır

[8] Zərrə qədər pislik edən də əvəzini alacaqdır

əl-Adiyat

Surah 100

[1] And olsun tövşüyə-töv­şü­yə ça­pan­lara

[2] And olsun dırnaqları ilə qı­ğılcım çı­xaranlara

[3] And olsun sübh çağı həm­lə edən­lərə ki

[4] hücuma keçib tozanaq qal­dıraraq

[5] qoş­unun içərisinə soxu­lur­lar

[6] Həqiqətən, insan Rəbbinə qarşı ya­man nankordur

[7] Özü də bunun şahididir

[8] Həqiqətən, o, var-dövlətə çox hə­risdir

[9] Məgər o bilmir ki, qə­bir­lərdə olan­lar çıxardılacağı

[10] və kökslərdə olanlar aş­kar edilə­cəyi zaman –

[11] məhz o gün Rəbbi on­lar­dan xə­bərdar ola­caq

əl-Qariə

Surah 101

[1] Qəlbləri qorxuya salan Qariə

[2] Nədir Qariə

[3] Sən nə bilirsən ki, nədir Qariə

[4] O gün insanlar ətrafa sə­pə­lənmiş pərvanələr tək ola­caq­lar

[5] Dağlar isə didilmiş yun görkəmi alacaq

[6] O gün kimin tərəziləri ağır gələrsə

[7] xoşbəxt güzəran sürəcək

[8] Kimin tərəziləri yüngül gə­lərsə

[9] məskəni Haviyə olacaq­

[10] Sən nə bilirsən ki, o Haviyə nədir

[11] O, çox qızmar bir od­dur

ət-Təkasur

Surah 102

[1] Çoxluğa hərisliyiniz ba­şı­nızı o qə­dər qatdı ki

[2] nəhayət, qəbirləri zi­ya­rət etdi­niz

[3] Yox-yox! Siz aqibətinizi hök­mən biləcəksiniz

[4] Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz

[5] Xeyr! Kaş ki, yəqin biləy­di­niz

[6] Siz Cəhənnəmi mütləq gö­rəcək­siniz

[7] Onu həqiqətən öz gözü­nüzlə müt­ləq görəcəksi­niz

[8] Sonra, o gün nemətlər ba­rəsində hökmən sorğu-suala tu­tu­la­caq­sınız

əl-Əsr

Surah 103

[1] And olsun axşam çağına

[2] Həqiqətən, insan ziyan içə­risin­dədir

[3] Yalnız iman gətirib yaxşı işlər gö­rənlər, bir-biri­nə haqqı məs­lə­hət görən­lər­­ və bir-bi­ri­nə səbirli olmağı məsləhət edən­lər­dən baş­qa

əl-Huməzə

Surah 104

[1] Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına

[2] O şəxs ki, mal-dövlət top­layıb onu təkrar-təkrar sayır

[3] və elə güman edir ki, var-dövləti onu əbədi saxlaya­caq­

[4] Xeyr! O, mütləq Hutə­mə­yə atıla­caq

[5] Sən haradan biləsən ki, Hu­təmə nədir

[6] Bu, Allahın qaladığı Od­dur

[7] O Od ki, qalxıb ürəklərə çatacaq

[8] Həqiqətən, bu Od onların üzərində qapanacaq

[9] Özləri də orada yüksək di­rəklərə bağlanmış olacaq­lar

əl-Fil

Surah 105

[1] Rəbbinin fil sahiblərinə nələr etdi­yini görmədinmi

[2] Məgər Rəbbin onların hiy­ləsini do­laşığa salmadımı

[3] Onların üzərinə qatar-qa­tar quşlar göndərdi

[4] O quşlar ki, onların üs­tü­nə odda bişmiş bərk gil­dən daş­lar yağ­dır­dı

[5] Allah onları sanki yeyil­miş əkin yarpağına döndərdi

Qureyş

Surah 106

[1] Qureyşin birliyi xatirinə

[2] onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə

[3] qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər

[4] Allah onlara aclıqdan son­ra yemək verdi və qorxu­dan sonra əmin-amanlıq bəxş etdi

əl-Maun

Surah 107

[1] Dini yalan sayan o kim­sə­ni gör­dünmü

[2] O elə adamdır ki, yetimi qovar

[3] və heç kəsi kasıba əl tut­ma­ğa sövq etməz

[4] Vay halına namaz qılan­la­rın –

[5] o kəslərin ki, onlar na­maz­larında səhlənkardırlar

[6] Onlar riyakardırlar

[7] və az bir şey verməkdən belə im­tina edirlər

əl-Kövsər

Surah 108

[1] Həqiqətən, Biz Kovsəri sə­nə ba­ğışladıq

[2] Sən də Rəbbin üçün na­maz qıl və qurban kəs

[3] Doğrusu, sənə ədavət bəs­ləyənin özü sonsuzdur

əl-Kafirun

Surah 109

[1] De: “Ey kafirlər

[2] Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm

[3] siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz

[4] Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm

[5] siz də mənim ibadət etdi­yimə iba­dət edən deyilsi­niz

[6] Sizin dininiz sizə, mənim dinim də mənədir!”

ən-Nəsr

Surah 110

[1] Allahın köməyi və qələbə gəldiyi zaman

[2] insanların dəstə-dəstə Alla­hın di­ninə girdiklərini gör­dük­də

[3] həmd ilə Rəbbini təriflə və Ondan bağış­lanmağını dilə. Hə­qi­qə­tən, O, töv­bələri qəbul edəndir

əl-Məsəd

Surah 111

[1] Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da

[2] Nə var-dövləti, nə də qa­zandıqları onu qurtara bilmə­yəcək

[3] O, alovlanan oda atıla­caq­

[4] Onun odun şələsi daşı­yan arvadı da

[5] Arvadının boynunda xur­ma lif­lə­rindən kəndir olacaq­

əl-İxlas

Surah 112

[1] De: “O Allah Təkdir

[2] Allah Möhtac deyildir

[3] O, nə doğub, nə də doğulub

[4] Onun bənzəri də yox­dur”

əl-Fələq

Surah 113

[1] De: “Sığınıram sübhün Rəb­binə

[2] Məxluqatının şərindən

[3] çökən zülmətin şərindən

[4] düyünlərə üfürən cadugər qa­dın­la­rın şərindən

[5] və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!”

ən-Nas

Surah 114

[1] De: “Sığınıram insanların Rəb­binə

[2] insanların Hökmdarına

[3] insanların məbuduna

[4] Vəsvəsə verənin, Allahın adı çəki­ləndə isə hövlündən geri çəki­lən şeyta­nın şərindən

[5] O şeytan ki, insanların ürək­lərinə vəsvəsə salır

[6] cinlərdən də olur, insan­lar­dan da!”