Gorduyunuz goyləri dirəksiz yuksəldən, sonra da Ərsə ucalan, muəyyən vaxta qədər goydə hərəkət edən gunəsi və ayı əmrinə tabe edən Allahdır. O, isləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarsılasacagınıza yəqinliklə inanasınız
Yeri dosəyən, orada mohkəm daglar, caylar yaradan və butun meyvələrdən cut-cut yetisdirən də Odur. O, gunduzu gecə ilə ortub buruyur. Həqiqətən də, bunda dərin dusunən adamlar ucun dəlillər vardır
Yer uzundə bir-birinə yaxın muxtəlif munbitli torpaq sahələri, uzum bagları, əkinlər, saxəli-saxəsiz xurma agacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə gorə onların birini digərindən ustun edirik. Dogrudan da, bunda basa dusən adamlar ucun dəlillər var
Əgər təəccublənirsənsə, onların: “Dogrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacagıq?” sozunə təəccublən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar
Musriklər səni yaxsılıqdan oncə pisliyə – əzabın gəlməsinə tələsdirirlər. Halbuki onlardan əvvəl necə-necə ibrətamiz cəzalar olub kecmisdir. Həqiqətən, Rəbbin insanların zalımlıgına baxmayaraq tovbə edənləri bagıslayır. Sozsuz ki, Rəbbinin cəzası siddətlidir
Hər bir disinin bətnində nə dasıdıgını, bətnlərin nəyi əskildib, nəyi artıracagını (usagın doqquz aydan tez yaxud gec dogulacagını) Allah bilir. Onun yanında hər seyin muəyyən olcusu var
Allahın əmri ilə insanın həm onundə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyismədikcə, Allah da onlarda olanı dəyisməz. Əgər Allah hər hansı bir qovmə pislik etmək istəsə, hec nə onun qarsısını ala bilməz. Onların Ondan basqa ixtiyar sahibi yoxdur
Goy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar gondərib istədiyini vurur. Onlar Allah barəsində mubahisə edirlər. Halbuki O, siddətli cəza verəndir
Haqq cagırıs yalnız Onadır. Musriklərin Ondan basqa cagırdıqları isə, onlara hec bir seylə cavab vermirlər. Onlar agzına su catsın deyə uzaqdan iki ovcunu suya acan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb icməyincə su onun agzına catan deyil. Dogrusu, kafirlərin duası azgınlıqdan basqa bir sey deyil
De: “Goylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub ozlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı ozunuzə dost tutursunuz?” De: “Korla gorən eyni ola bilərmi? Yaxud zulmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdıgı kimi yaradan səriklər tapdılar və bu yaradılıs onlara bənzər gorundu? De: “Hər seyi yaradan Allahdır. O Təkdir, hər seyə Qalib gələndir”
O, goydən su endirir və vadilər olculərinə uygun oz məcralarından dasaraq sel olub axır. Sel də uzə cıxmıs kopuyu goturub aparır. Bəzək seyləri və ya basqa əsyalar duzəltmək ucun insanların odda qızdırıb əritdikləri seylərin ustundə də buna bənzər kopuk olur. Allah haqqa və batilə belə misallar cəkir. Kopuk yox olub gedir, insanlara fayda verən seylər isə yerində qalır. Budur Allahın cəkdiyi misallar
Rəbbinin dəvətini qəbul edənlər ucun ən gozəl nemət – Cənnət hazırlanmısdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer uzundə olan var-dovlətin hamısı, ustəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq ucun onu mutləq fidyə verərdilər. Onlarla dəhsətli bir haqq-hesab cəkiləcəkdir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yataqdır
O kəslər ki, Allahın qovusdurulmasını əmr etdiyi seyləri qovusdurur (qohumluq və qardaslıq əlaqələrini mohkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan cəkinirlər
O kəslər ki, Rəbbinin Uzunu diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və askar xərcləyir və pisliyi yaxsılıqla dəf edirlər. Onlar ucun Axirət yurdu –
əməlisaleh ataları, zovcələri və ovladları ilə birlikdə daxil olacaqları Ədn cənnətləri hazırlanmısdır. Mələklər butun qapılardan onların yanına daxil olub deyəcəklər
Allahla əhd bagladıqdan sonra onu pozan, Allahın qovusdurulmasını əmr etdiyi seyləri kəsən və yer uzundə fitnə-fəsad torədənlərə gəlincə, onlar ucun lənət və pis yurd vardır
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dunya həyatı ilə sevinirlər. Halbuki dunya həyatı axirətlə muqayisədə kecici bir zovqdur
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir mocuzə endirilməyib?” De: “Subhəsiz ki, Allah istədiyini sapdırır. Tovbə edib Ona uz tutan kimsəni isə dogru yola yonəldir”
Beləliklə, Biz səni ozundən əvvəl necə-necə ummətlər gəlib getmis bir ummətə gondərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan basqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkul edir və Ona uz tutub tovbə edirəm”
Əgər oxunan bir kitabla daglar hərəkətə gətirilsəydi və ya onunla yer parcalansaydı və yaxud da onun sayəsində olulər danıssaydılar, o kitab yenə bu Quran olardı. Lakin butun islər Allaha məxsusdur. Iman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, butun insanları dogru yola yonəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə gorə kafir olanlara musibət uz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlıgında dayanacaqdır. Subhəsiz ki, Allah vədinə xilaf cıxmaz
Səndən əvvəlki elcilərə də istehza edilmisdi. Mən kafirlərə mohlət verdim, sonra isə onları yaxaladım. Gorəydin onları cəzalandırmagım necə oldu
Hər kəsin qazandıgını qoruyub saxlayan Allah, buna qadir olmayan butlər kimi ola bilərmi? Musriklər isə Allaha səriklər qosurlar. De: “Onların adlarını soyləyin! Yoxsa siz Allaha yer uzundə bilmədiyi seyləri yaxud bos sozlərimi xəbər verirsiniz?” Dogrusu, kafirlərə oz hiylələri gozəl gostərildi və onlar dogru yoldan cıxarıldılar. Allah kimi azdırsa, onu dogru yola yonəldən olmaz
Muttəqilərə vəd edilmis Cənnətin vəsfi belədir; onun agacları altından caylar axar və onun yeməkləri də, kolgəsi də daimidir. Muttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur
Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də var ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona sərik qosmamaq əmr edilmisdir. Mən sizi yalnız Ona ibadət etməyə cagırıram və qayıdısım da yalnız Onadır!”
Beləliklə biz Quranı ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar
Biz səndən əvvəl də elcilər gondərdik və onlara zovcələr və ovladlar verdik. Hec bir elci Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var
Biz onlara vəd etdiyimizin bir qismini sənə gostərsək və ya ondan oncə səni oldursək, bil ki, sənin ohdənə dusən ancaq təblig etməkdir. Haqq-hesab cəkmək isə Bizə aiddir
Məgər kafirlər Bizim, yer uzunə gəlib onu bəzi tərəflərindən azaltdıgımızı (musəlmanların ixtiyarına verdiyimizi) gormurlərmi? Allah istədiyi kimi hokm verir. Onun hokmunu ləgv edən olmaz. O, tez haqq-hesab cəkəndir
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki butun hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandıgını bilir. Kafirlər Axirət yurdunun kimin olacagını biləcəklər