Insanlar arasında eləsi də var ki, hec bir biliyi olmadan basqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini laga qoymaq ucun bos-bos sozləri satın alır. Məhz onları alcaldıcı bir əzab gozləyir
Ayələrimiz onlara oxundugu zaman sanki ona esitmirmis, qulaqlarında tıxac varmıs kimi təkəbburlə uz cevirər. Sən belələrini agrılı-acılı bir əzabla mujdələ
O, goyləri gorə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamıs, yer sizi silkələməsin deyə, orada mohkəm daglar qurmus və ora curbəcur heyvanlar yaymısdır. Biz goydən yagmur yagdırıb orada curbəcur gozəl bitkilər bitirdik
Biz Logmana hikmət verdik: “Allaha sukur et! Kim sukur etsə, ozu ucun sukur etmis olar. Kim nankor olsa, bilsin ki, Allah onun sukrunə mohtac deyil, Tərifəlayiqdir”
Biz insana ata-anasının qaygısına qalmagı əmr etdik. Anası onu bətnində gundən-gunə zəiflədiyinə baxmayaraq dasımısdır. Onun suddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə sukur et! Axır donus Mənədir
Əgər onlar bilmədiyin bir seyi Mənə sərik qosmagın ucun səni məcbur etməyə cəhd gostərsələr, onlara guzəstə getmə! Dunyada onlarla gozəl davran. Mənə uz tutanların yolu ilə get! Sonra isə donusunuz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm
Logman dedi: “Oglum! Gorduyun is bir xardal dənəsi agırlıgında olsa da, bir qayanın icində, yaxud goylərdə və ya yerin dibində olsa da, Allah onu askar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır
Oglum! Namaz qıl, yaxsı islər gorməyi əmr et, pis isləri qadagan elə. Basına gələn cətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir
Məgər Allahın goylərdə və yerdə olanları sizə ram etdiyini, Ozunun askar və gizli nemətlərini sizə bol-bol verdiyini gormursunuzmu? Insanlar arasında eləsi də vardır ki, hec bir biliyi, dogru yol gostərəni və nur sacan bir kitabı olmadan Allah barəsində mubahisə edir
Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər seytan onları Cəhənnəm odunun əzabına dogru surukləyirsə, onda necə olsun
Kafirlərin kufr etməsi səni kədərləndirməsin. Onların donusu Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kokslərdə olanları bilir
Əgər sən onlardan: “Goyləri və yeri kim yaratmısdır?”– deyə sorussan, onlar hokmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların coxu bunu bilmir
Əgər yer uzundəki butun agaclar qələm olsaydı, dəniz də murəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sozləri qurtarmazdı. Həqiqətən, Allah Qudrətlidir, Hikmət sahibidir
Məgər Allahın gecəni gunduzə, gunduzu də gecəyə qatdıgını, muəyyən olunmus vaxtadək hərəkət edən gunəsi və ayı qoydugu qanunlarına ram etdiyini, ustəlik Allahın nə etdiklərinizdən xəbərdar oldugunu gormursənmi
Onun dəlillərinin bəzisini sizə gostərməkdən otru dənizdə gəmilərin Allahın neməti sayəsində uzduyunu gormursunuzmu? Subhəsiz ki, bunlar səbirli olanlar və sukur edənlər ucun bir ibrətdir
Dagların saldıgı kolgələr kimi dalgalar onları culgadıgı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya cıxartdıqda isə aralarından bəziləri kufrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin ovlada, ovladın da valideynə hec bir fayda verə bilməyəcəyi gundən cəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dunya sizi casdırmasın, hiyləgər seytan da sizi Allahın əzabından arxayınlasdırıb tovlamasın
Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yagısı O yagdırır və bətnlərdə olanı O bilir. Hec kəs sabah nə qazanacagını bilə bilməz; hec kəs harada oləcəyini də bilməz. Allah isə, subhəsiz ki, hər seyi biləndir, hər seydən xəbərdardır