Mominlərin imanı ustunə iman artırmaq ucun onların qəlbinə rahatlıq gondərən Odur. Goylərin və yerin orduları Allahındır. Allah hər seyi biləndir, hikmət sahibidir
Bu ona gorədir ki, Allah momin kisiləri və momin qadınları icində əbədi qalacaqları, agacları altından caylar axan cənnətlərə daxil etsin və onların gunahlarından kecsin. Bu, Allah yanında boyuk muvəffəqiyyətdir
Həm də ona gorədir ki, Allah Ozu barəsində pis fikirdə olan munafiq kisi və munafiq qadınlara, musrik kisi və musrik qadınlara əzab versin. Onların pis niyyəti ozlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmusdur. Allah onları lənətləmis və onlar ucun Cəhənnəm hazırlamısdır. Ora nə pis donus yeridir
Biz belə etdik ki, siz Allaha və Onun Elcisinə iman gətirəsiniz, ona komək edəsiniz, onun hormətini saxlayasınız və gecə-gunduz Allahı tərifləyəsiniz
Sənə beyət edənlər Allaha beyət etmis olurlar. Allahın əli onların əllərinin ustundədir. Kim əhdini pozsa, ancaq oz əleyhinə pozmus olar. Kim də Allahla bagladıgı əhdinə sadiq qalsa, Allah ona boyuk mukafat verər
Geri qalan bədəvilər sənə: “Var-dovlətimiz və ailələrimiz bizi doyusə getməkdən yayındırdı. Allahdan bizim ucun bagıslanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi isin qarsısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır
Dogrusu, siz elə zənn edirdiniz ki, Peygəmbər və mominlər hec vaxt oz ailələrinə qayıtmayacaqlar. Bu, seytan tərəfindən qəlbinizdə bəzədilmisdi. Siz pis fikrə dusub məhvə məhkum adamlar oldunuz
Siz Xeybərə qənimətləri goturməyə getdiyiniz zaman Hudeybiyyə sulhundən geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sozunu dəyisdirmək istəyirlər. De: “Siz hec vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin ucun belə demisdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar cox az anlayanlardır
Geri qalan bədəvilərə de: “Siz cox quvvətli bir tayfaya qarsı doyusməyə cagırılacaqsınız. Siz ya onlarla doyusəcəksiniz, ya da onlar musəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gozəl bir mukafat verər. Yox, əgər daha əvvəl uz dondərdiyiniz kimi uz dondərsəniz, O sizə agrılı-acılı bir əzab verər”
Doyusə getməməkdə kora, colaga, bir də xəstəyə gunah yoxdur. Kim Allaha və Onun Elcisinə itaət etsə, Allah onu agacları altından caylar axan cənnətlərə daxil edər. Kim də uz dondərsə, ona agrılı-acılı bir əzab verər
Mominlər Hudeybiyyədə agac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mukafatlandırdı
Allah sizə goturəcəyiniz coxsaylı qənimətlər vəd etdi. O, bunları sizə tezliklə verdi və insanların əllərini sizdən cəkdi ki, bu, mominlərə bir ibrət olsun və sizi dogru yola yonəltsin
Sizi onların uzərində qələbə calmaga muvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan cəkən Odur. Allah sizin nə etdiklərinizi Gorəndir
O kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib catmaga qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadıgınız momin kisiləri və momin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından gunaha batmaq təhlukəsi ilə qarsılasmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Oz mərhəmətinə qovusdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən secilsəydilər, Biz onlardan kafir olanlara agrılı-acılı bir əzab verərdik
Kafirlər oz qəlbində təkəbburluyə – cahillik lovgalıgına qapıldıqları zaman Allah Oz Elcisinə və mominlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sozunu vacib buyurdu. Onların buna daha cox haqqı var idi və ona layiq idilər. Allah hər seyi bilir
Allah Oz Elcisinin həqiqət kimi gorduyu yuxusunu gercəyə cevirdi. Allah qoysa, siz əmin-amanlıqla, baslarınızı qırxdırmıs, bəziləriniz də saclarını qısaltmıs halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq – Məkkəyə girməzdən əvvəl sizə yaxın bir qələbə də bəxs edəcək
Muhəmməd Allahın Elcisidir. Onunla birlikdə olanlar kafirlərə qarsı sərt, oz aralarında isə mərhəmətlidirlər. Sən onları ruku edən, səcdəyə qapanan, Allahdan lutf və razılıq diləyən gorərsən. Əlamətləri isə uzlərində olan səcdə izidir. Bu onların Tovratdakı vəsfidir. Incildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cucərtisini uzə cıxarıb onu quvvətləndirmis, o da getdikcə qalınlasıb govdəsi ustundə sax duraraq əkinciləri heyran etmisdir. Allah mominlərin sayını artırır, ozlərini də quvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxsı islər gorənlərə bagıslanma və boyuk bir mukafat vəd etmisdir