Back to Languages

Azerbaijani - Chapter 100 - Al-Adiyat

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Adiyat 100:1

And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara

Verse 2 — Surah Al-Adiyat 100:2

And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara

Verse 3 — Surah Al-Adiyat 100:3

And olsun sübh çağı hücum edən atlara

Verse 4 — Surah Al-Adiyat 100:4

And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara

Verse 5 — Surah Al-Adiyat 100:5

Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki

Verse 6 — Surah Al-Adiyat 100:6

İnsan öz Rəbbinə qarşı çox nankordur

Verse 7 — Surah Al-Adiyat 100:7

Və o özü də buna şahiddir

Verse 8 — Surah Al-Adiyat 100:8

Həqiqətən, insan var-dövlətə çox hərisdir

Verse 9 — Surah Al-Adiyat 100:9

Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı

Verse 10 — Surah Al-Adiyat 100:10

Ürəklərdə olanlar faş ediləcəyi zaman

Verse 11 — Surah Al-Adiyat 100:11

Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)