Back to Languages

Azerbaijani - Chapter 102 - At-Takathur

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah At-Takathur 102:1

(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki

Verse 2 — Surah At-Takathur 102:2

Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)

Verse 3 — Surah At-Takathur 102:3

Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz

Verse 4 — Surah At-Takathur 102:4

Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz

Verse 5 — Surah At-Takathur 102:5

Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)

Verse 6 — Surah At-Takathur 102:6

(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz

Verse 7 — Surah At-Takathur 102:7

Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz

Verse 8 — Surah At-Takathur 102:8

Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız