Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 51 - Adh-Dhariyat
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Adh-Dhariyat 51:1
(Toz-torpağı) sovurub-dağıdan küləklərə
Verse 2 — Surah Adh-Dhariyat 51:2
Yağış yüklü buludlara
Verse 3 — Surah Adh-Dhariyat 51:3
Asanlıqla üzüb gedən gəmilərə
Verse 4 — Surah Adh-Dhariyat 51:4
Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki
Verse 5 — Surah Adh-Dhariyat 51:5
Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır)
Verse 6 — Surah Adh-Dhariyat 51:6
Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür
Verse 7 — Surah Adh-Dhariyat 51:7
(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki
Verse 8 — Surah Adh-Dhariyat 51:8
(Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz)
Verse 9 — Surah Adh-Dhariyat 51:9
Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər)
Verse 10 — Surah Adh-Dhariyat 51:10
Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin)
Verse 11 — Surah Adh-Dhariyat 51:11
O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar
Verse 12 — Surah Adh-Dhariyat 51:12
Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar
Verse 13 — Surah Adh-Dhariyat 51:13
O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir
Verse 14 — Surah Adh-Dhariyat 51:14
(Mələklər onlara deyəcəklər:) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!”
Verse 15 — Surah Adh-Dhariyat 51:15
Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar
Verse 16 — Surah Adh-Dhariyat 51:16
Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər
Verse 17 — Surah Adh-Dhariyat 51:17
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar
Verse 18 — Surah Adh-Dhariyat 51:18
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər
Verse 19 — Surah Adh-Dhariyat 51:19
Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi
Verse 20 — Surah Adh-Dhariyat 51:20
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır
Verse 21 — Surah Adh-Dhariyat 51:21
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz
Verse 22 — Surah Adh-Dhariyat 51:22
Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır)
Verse 23 — Surah Adh-Dhariyat 51:23
Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir
Verse 24 — Surah Adh-Dhariyat 51:24
(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı
Verse 25 — Surah Adh-Dhariyat 51:25
Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi
Verse 26 — Surah Adh-Dhariyat 51:26
O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi
Verse 27 — Surah Adh-Dhariyat 51:27
Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi
Verse 28 — Surah Adh-Dhariyat 51:28
(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər
Verse 29 — Surah Adh-Dhariyat 51:29
(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)”
Verse 30 — Surah Adh-Dhariyat 51:30
Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər
Verse 31 — Surah Adh-Dhariyat 51:31
(Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?”
Verse 32 — Surah Adh-Dhariyat 51:32
Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik
Verse 33 — Surah Adh-Dhariyat 51:33
Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik)
Verse 34 — Surah Adh-Dhariyat 51:34
(Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”
Verse 35 — Surah Adh-Dhariyat 51:35
Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri çıxartdıq
Verse 36 — Surah Adh-Dhariyat 51:36
Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq
Verse 37 — Surah Adh-Dhariyat 51:37
Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır)
Verse 38 — Surah Adh-Dhariyat 51:38
Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir’onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik
Verse 39 — Surah Adh-Dhariyat 51:39
O, bütün ə’yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): “Bu sehrbazdır, yaxud da dəlidir!” – demişdi
Verse 40 — Surah Adh-Dhariyat 51:40
Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü)
Verse 41 — Surah Adh-Dhariyat 51:41
Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik
Verse 42 — Surah Adh-Dhariyat 51:42
O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi
Verse 43 — Surah Adh-Dhariyat 51:43
Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: “Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!” – deyilmişdi
Verse 44 — Surah Adh-Dhariyat 51:44
Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu
Verse 45 — Surah Adh-Dhariyat 51:45
Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər)
Verse 46 — Surah Adh-Dhariyat 51:46
Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər
Verse 47 — Surah Adh-Dhariyat 51:47
Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik)
Verse 48 — Surah Adh-Dhariyat 51:48
Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik)
Verse 49 — Surah Adh-Dhariyat 51:49
Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız
Verse 50 — Surah Adh-Dhariyat 51:50
(Ya Rəsulum! Bu insanlara de:) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm
Verse 51 — Surah Adh-Dhariyat 51:51
Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
Verse 52 — Surah Adh-Dhariyat 51:52
(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər
Verse 53 — Surah Adh-Dhariyat 51:53
Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər
Verse 54 — Surah Adh-Dhariyat 51:54
(Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin)
Verse 55 — Surah Adh-Dhariyat 51:55
Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir
Verse 56 — Surah Adh-Dhariyat 51:56
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım
Verse 57 — Surah Adh-Dhariyat 51:57
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm
Verse 58 — Surah Adh-Dhariyat 51:58
Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır
Verse 59 — Surah Adh-Dhariyat 51:59
Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər
Verse 60 — Surah Adh-Dhariyat 51:60
Və’d olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına