Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 69 - Al-Haqqah
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Haqqah 69:1
Haqq olan qiyamət
Verse 2 — Surah Al-Haqqah 69:2
Nədir qiyamət
Verse 3 — Surah Al-Haqqah 69:3
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi)
Verse 4 — Surah Al-Haqqah 69:4
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar
Verse 5 — Surah Al-Haqqah 69:5
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi
Verse 6 — Surah Al-Haqqah 69:6
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu
Verse 7 — Surah Al-Haqqah 69:7
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər
Verse 8 — Surah Al-Haqqah 69:8
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi
Verse 9 — Surah Al-Haqqah 69:9
Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər
Verse 10 — Surah Al-Haqqah 69:10
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı
Verse 11 — Surah Al-Haqqah 69:11
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq
Verse 12 — Surah Al-Haqqah 69:12
Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın
Verse 13 — Surah Al-Haqqah 69:13
Sur bircə dəfə üfürüləcəyi
Verse 14 — Surah Al-Haqqah 69:14
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman
Verse 15 — Surah Al-Haqqah 69:15
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır
Verse 16 — Surah Al-Haqqah 69:16
Və (göy) süst düşüb parçalanacaqdır
Verse 17 — Surah Al-Haqqah 69:17
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır
Verse 18 — Surah Al-Haqqah 69:18
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır
Verse 19 — Surah Al-Haqqah 69:19
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun
Verse 20 — Surah Al-Haqqah 69:20
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”
Verse 21 — Surah Al-Haqqah 69:21
Bundan belə o, xoş güzəran içində
Verse 22 — Surah Al-Haqqah 69:22
Yüksək bir Cənətdə olacaqdır
Verse 23 — Surah Al-Haqqah 69:23
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər)
Verse 24 — Surah Al-Haqqah 69:24
(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”
Verse 25 — Surah Al-Haqqah 69:25
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi
Verse 26 — Surah Al-Haqqah 69:26
Hesabımın nə olduğunu bilməyəydim
Verse 27 — Surah Al-Haqqah 69:27
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim)
Verse 28 — Surah Al-Haqqah 69:28
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi)
Verse 29 — Surah Al-Haqqah 69:29
Mülküm (səltənətim) də məhv olub getdi!”
Verse 30 — Surah Al-Haqqah 69:30
(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın
Verse 31 — Surah Al-Haqqah 69:31
Sonra da Cəhənnəmə atın
Verse 32 — Surah Al-Haqqah 69:32
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın
Verse 33 — Surah Al-Haqqah 69:33
Çünki o, böyük olan Allaha inanmırdı
Verse 34 — Surah Al-Haqqah 69:34
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı
Verse 35 — Surah Al-Haqqah 69:35
Bu gün bax burda onun yaxın bir dostu yoxdur
Verse 36 — Surah Al-Haqqah 69:36
İrindən başqa bir yeməyi də yoxdur
Verse 37 — Surah Al-Haqqah 69:37
Onu ancaq günahkarlar yeyər!”
Verse 38 — Surah Al-Haqqah 69:38
And içirəm gördüklərinizə
Verse 39 — Surah Al-Haqqah 69:39
Və görmədiklərinizə ki
Verse 40 — Surah Al-Haqqah 69:40
Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür
Verse 41 — Surah Al-Haqqah 69:41
O, şair sözü deyildir! Nə az inanırsınız
Verse 42 — Surah Al-Haqqah 69:42
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz
Verse 43 — Surah Al-Haqqah 69:43
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir
Verse 44 — Surah Al-Haqqah 69:44
Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi
Verse 45 — Surah Al-Haqqah 69:45
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)
Verse 46 — Surah Al-Haqqah 69:46
Sonra onun şah damarını qopardardıq
Verse 47 — Surah Al-Haqqah 69:47
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz
Verse 48 — Surah Al-Haqqah 69:48
Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir
Verse 49 — Surah Al-Haqqah 69:49
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik
Verse 50 — Surah Al-Haqqah 69:50
Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər)
Verse 51 — Surah Al-Haqqah 69:51
Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir
Verse 52 — Surah Al-Haqqah 69:52
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et