Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 75 - Al-Qiyamah
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Qiyamah 75:1
And içirəm qiyamət gününə
Verse 2 — Surah Al-Qiyamah 75:2
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz)
Verse 3 — Surah Al-Qiyamah 75:3
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik
Verse 4 — Surah Al-Qiyamah 75:4
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik
Verse 5 — Surah Al-Qiyamah 75:5
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər
Verse 6 — Surah Al-Qiyamah 75:6
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar
Verse 7 — Surah Al-Qiyamah 75:7
Göz (heyrətdən) bərələcəyi
Verse 8 — Surah Al-Qiyamah 75:8
Ay tutulacağı
Verse 9 — Surah Al-Qiyamah 75:9
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman
Verse 10 — Surah Al-Qiyamah 75:10
Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir
Verse 11 — Surah Al-Qiyamah 75:11
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır
Verse 12 — Surah Al-Qiyamah 75:12
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur
Verse 13 — Surah Al-Qiyamah 75:13
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir
Verse 14 — Surah Al-Qiyamah 75:14
Doğrusu, insan özü-özünə şahiddir
Verse 15 — Surah Al-Qiyamah 75:15
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)
Verse 16 — Surah Al-Qiyamah 75:16
(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə)
Verse 17 — Surah Al-Qiyamah 75:17
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir
Verse 18 — Surah Al-Qiyamah 75:18
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə
Verse 19 — Surah Al-Qiyamah 75:19
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir
Verse 20 — Surah Al-Qiyamah 75:20
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz
Verse 21 — Surah Al-Qiyamah 75:21
Axirəti isə tərk edirsiniz
Verse 22 — Surah Al-Qiyamah 75:22
O gün neçə-neçə üzlər sevinib güləcək
Verse 23 — Surah Al-Qiyamah 75:23
Öz Rəbbinə baxacaqdır
Verse 24 — Surah Al-Qiyamah 75:24
O gün neçə-neçə üzlər tutulub qaralacaq
Verse 25 — Surah Al-Qiyamah 75:25
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır
Verse 26 — Surah Al-Qiyamah 75:26
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi
Verse 27 — Surah Al-Qiyamah 75:27
“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi
Verse 28 — Surah Al-Qiyamah 75:28
(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı
Verse 29 — Surah Al-Qiyamah 75:29
Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman
Verse 30 — Surah Al-Qiyamah 75:30
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)
Verse 31 — Surah Al-Qiyamah 75:31
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı
Verse 32 — Surah Al-Qiyamah 75:32
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi
Verse 33 — Surah Al-Qiyamah 75:33
Sonra da özünü darta-darta ailəsinin yanına getdi
Verse 34 — Surah Al-Qiyamah 75:34
Vay sənin halına, vay
Verse 35 — Surah Al-Qiyamah 75:35
Yenə də vay sənin halına, vay
Verse 36 — Surah Al-Qiyamah 75:36
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq
Verse 37 — Surah Al-Qiyamah 75:37
Məgər o tökülən bir qətrə nütfə deyildimi
Verse 38 — Surah Al-Qiyamah 75:38
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı)
Verse 39 — Surah Al-Qiyamah 75:39
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı
Verse 40 — Surah Al-Qiyamah 75:40
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi