Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 77 - Al-Mursalat
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Mursalat 77:1
And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə)
Verse 2 — Surah Al-Mursalat 77:2
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə)
Verse 3 — Surah Al-Mursalat 77:3
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara
Verse 4 — Surah Al-Mursalat 77:4
And olsun (haqla batili) ayıranlara
Verse 5 — Surah Al-Mursalat 77:5
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara
Verse 6 — Surah Al-Mursalat 77:6
(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki
Verse 7 — Surah Al-Mursalat 77:7
Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır
Verse 8 — Surah Al-Mursalat 77:8
Ulduzlar sönəcəyi
Verse 9 — Surah Al-Mursalat 77:9
Göy yarılacağı
Verse 10 — Surah Al-Mursalat 77:10
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı)
Verse 11 — Surah Al-Mursalat 77:11
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman
Verse 12 — Surah Al-Mursalat 77:12
(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
Verse 13 — Surah Al-Mursalat 77:13
(Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
Verse 14 — Surah Al-Mursalat 77:14
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü
Verse 15 — Surah Al-Mursalat 77:15
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 16 — Surah Al-Mursalat 77:16
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi
Verse 17 — Surah Al-Mursalat 77:17
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq
Verse 18 — Surah Al-Mursalat 77:18
Biz günahkarlarla belə rəftar edirik
Verse 19 — Surah Al-Mursalat 77:19
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 20 — Surah Al-Mursalat 77:20
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı
Verse 21 — Surah Al-Mursalat 77:21
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq
Verse 22 — Surah Al-Mursalat 77:22
Müəyyən bir vaxta qədər
Verse 23 — Surah Al-Mursalat 77:23
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz
Verse 24 — Surah Al-Mursalat 77:24
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 25 — Surah Al-Mursalat 77:25
Məgər Biz yeri məskən etmədikmi
Verse 26 — Surah Al-Mursalat 77:26
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar)
Verse 27 — Surah Al-Mursalat 77:27
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik
Verse 28 — Surah Al-Mursalat 77:28
O gün vay halına (bu ne’mətləri) yalan sayanların
Verse 29 — Surah Al-Mursalat 77:29
(O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə
Verse 30 — Surah Al-Mursalat 77:30
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
Verse 31 — Surah Al-Mursalat 77:31
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar
Verse 32 — Surah Al-Mursalat 77:32
O (hər biri) bir saray boyda qığılcımlar saçar
Verse 33 — Surah Al-Mursalat 77:33
O (qığılcımlar), sanki sarı dəvə sürükləridir
Verse 34 — Surah Al-Mursalat 77:34
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 35 — Surah Al-Mursalat 77:35
Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər
Verse 36 — Surah Al-Mursalat 77:36
Onlara üzr istəməyə izin də verilməz
Verse 37 — Surah Al-Mursalat 77:37
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 38 — Surah Al-Mursalat 77:38
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür
Verse 39 — Surah Al-Mursalat 77:39
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək
Verse 40 — Surah Al-Mursalat 77:40
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 41 — Surah Al-Mursalat 77:41
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında
Verse 42 — Surah Al-Mursalat 77:42
İstədikləri meyvə içində olacaqlar
Verse 43 — Surah Al-Mursalat 77:43
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için
Verse 44 — Surah Al-Mursalat 77:44
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
Verse 45 — Surah Al-Mursalat 77:45
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 46 — Surah Al-Mursalat 77:46
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir)
Verse 47 — Surah Al-Mursalat 77:47
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 48 — Surah Al-Mursalat 77:48
Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar
Verse 49 — Surah Al-Mursalat 77:49
O gün vay halına (qiyaməti) yalan sayanların
Verse 50 — Surah Al-Mursalat 77:50
(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar