Back to Languages

Azerbaijani - Chapter 85 - Al-Buruj

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Buruj 85:1

And olsun bürclər sahibi olan göyə

Verse 2 — Surah Al-Buruj 85:2

And olsun və’d olunmuş günə (qiyamət gününə)

Verse 3 — Surah Al-Buruj 85:3

And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki

Verse 4 — Surah Al-Buruj 85:4

(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər

Verse 5 — Surah Al-Buruj 85:5

O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı

Verse 6 — Surah Al-Buruj 85:6

O zaman onlar (xəndəklərin) kənarında oturub

Verse 7 — Surah Al-Buruj 85:7

(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər

Verse 8 — Surah Al-Buruj 85:8

Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar

Verse 9 — Surah Al-Buruj 85:9

O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir

Verse 10 — Surah Al-Buruj 85:10

Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir

Verse 11 — Surah Al-Buruj 85:11

İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)

Verse 12 — Surah Al-Buruj 85:12

Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir

Verse 13 — Surah Al-Buruj 85:13

Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur

Verse 14 — Surah Al-Buruj 85:14

(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur

Verse 15 — Surah Al-Buruj 85:15

Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur

Verse 16 — Surah Al-Buruj 85:16

O, istədiyini edəndir

Verse 17 — Surah Al-Buruj 85:17

(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı

Verse 18 — Surah Al-Buruj 85:18

Fir’on və Səmud (ordularının)

Verse 19 — Surah Al-Buruj 85:19

Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər

Verse 20 — Surah Al-Buruj 85:20

Onların bütün ixtiyarı Allahın əlindədir

Verse 21 — Surah Al-Buruj 85:21

Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır

Verse 22 — Surah Al-Buruj 85:22

O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz)