Back to Languages

Azerbaijani - Chapter 87 - Al-Ala

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Ala 87:1

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de

Verse 2 — Surah Al-Ala 87:2

O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı

Verse 3 — Surah Al-Ala 87:3

O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi

Verse 4 — Surah Al-Ala 87:4

O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı

Verse 5 — Surah Al-Ala 87:5

Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi

Verse 6 — Surah Al-Ala 87:6

(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan

Verse 7 — Surah Al-Ala 87:7

Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir

Verse 8 — Surah Al-Ala 87:8

Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik

Verse 9 — Surah Al-Ala 87:9

(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver

Verse 10 — Surah Al-Ala 87:10

(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir

Verse 11 — Surah Al-Ala 87:11

Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır

Verse 12 — Surah Al-Ala 87:12

(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir

Verse 13 — Surah Al-Ala 87:13

Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır)

Verse 14 — Surah Al-Ala 87:14

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır

Verse 15 — Surah Al-Ala 87:15

O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar

Verse 16 — Surah Al-Ala 87:16

Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz

Verse 17 — Surah Al-Ala 87:17

Halbuki axirət daha xeyirli və daha baqidir

Verse 18 — Surah Al-Ala 87:18

Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur

Verse 19 — Surah Al-Ala 87:19

İbrahimin və Musanın kitablarında