Back to Languages

Azerbaijani - Chapter 13 - Ar-Rad

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Ar-Rad 13:1

Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur’an) haqdır, lakin insanların (Məkkə musriklərinin) əksəriyyəti (ona) inanmaz

Verse 2 — Surah Ar-Rad 13:2

Gorduyunuz goyləri dirəksiz olaraq yuksəldən, sonra ərsi yaradıb hokmu altına alan (ərs uzərində bərqərar olan), muəyyən vaxta (dunyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Gunəsi və Ayı ram edən, butun isləri yoluna qoyan, ayələri mufəssəl izah edən məhz Allahdır. (Butun bu dəlillərdən sonra) Rəbbinizlə qarsılasacagınıza (qiyamət gunu dirilib haqq-hesab ucun huzurunda duracagınıza), bəlkə, inanasınız

Verse 3 — Surah Ar-Rad 13:3

Yeri (insanların və basqa canlıların yasaya bilməsi ucun) dosəyən (uzadıb genəldən), orada mohkəm daglar, caylar yaradan, butun meyvələrdən (erkək-disi, yaxud sirin-acı, turs-meyxos və s. olmaqla) cut-cut yetisdirən, gecəni gunduzlə (gunduzu də gecə ilə) ortub buruyən Odur. Subhəsiz ki, bunda (butun bu deyilənlərdə) dusunən insanlar ucun (Allahın qudrətini və vəhdaniyyətini subut edən) necə-necə dəlillər vardır

Verse 4 — Surah Ar-Rad 13:4

Yer uzundə bir-birinə yaxın (qonsu) qitələr (munbit, qeyri-munbit, sirin-soran, daglıq-aran yerlər, muxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan uzum bagları, əkinlər, saxəli-saxəsiz xurma agacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən ustun tuturuq. Subhəsiz ki, bunda da anlayıb dərk edən insanlar ucun (Allahın qudrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır

Verse 5 — Surah Ar-Rad 13:5

(Ya Rəsulum!) Əgər (musriklərə) təəccublənirsənsə, əsl təəccubləniləsi (əsl təəccub doguran sey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacagıq?” – soyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, ozu də orada əbədi qalacaqlar

Verse 6 — Surah Ar-Rad 13:6

(Musriklər) səni tələsdirib (ozlərinə) yaxsılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan oncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub kecmisdir. Həqiqətən, Rəbbin insanların zulmunə baxmayaraq onlara qarsı mərhəmət sahibidir. Və subhəsiz ki, Rəbbinin cəzası da siddətlidir

Verse 7 — Surah Ar-Rad 13:7

Kafir olanlar: “Məgər ona Rəbbindən bir mo’cuzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (dogru yol gostərən) bir rəhbəri (peygəmbəri) vardır

Verse 8 — Surah Ar-Rad 13:8

Allah hər bir disi məxluqun (bətnində) nə dasıdıgını (oglan, yaxud qız dogacagını), bətnlərin nəyi əskildib, nəyi artıracagını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacagını, dogulacaq usagın saglam və xəstə olacagını, cox, yaxud az yasayacagını) bilir. Hər sey Onun yanında muəyyən bir olcu ilədir. (Hamının ruzisi əzəldən muəyyən edilmisdir. Hər kəsin iste’dadı, qabiliyyəti oz-ozunə artıb-əskilməz. Allahın bilmədiyi hec bir sey yoxdur)

Verse 9 — Surah Ar-Rad 13:9

O, qeybi də, askarı da biləndir, (hər seydən) boyukdur, ucadır! (Allah eyibsizdir, noqsansızdır. Onun hec bir səriki yoxdur)

Verse 10 — Surah Ar-Rad 13:10

Sizdən sozunu gizlədən də, onu acıq deyəndə, gecənin qoynunda gizlənən də, gunduz askar gəzib dolanan da (Allah ucun) eynidir. (Allah kimin nə etdiyini bilir. Hec bir sey Ondan gizli qalmaz)

Verse 11 — Surah Ar-Rad 13:11

(Insan ucun) onu ondən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa oz tovrunu (nəfsində olanları) dəyismədikcə (pozmadıqca), Allah da onun tovrunu (onda olanları, onun əhvalını) dəyisməz. Əgər Allah hər hansı bir qovmə bir pislik yetirmək istəsə, onun qarsısı hec cur alına biməz və Ondan basqa onların hec bir hamisi də olmaz

Verse 12 — Surah Ar-Rad 13:12

Sizə qorxu və umid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yagıs istəmək) məqsədilə simsək gostərən, (yagısla yuklənmis) agır buludları yaradan da Odur

Verse 13 — Surah Ar-Rad 13:13

Goy gurultusu Onun sə’ninə tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu oyub mədh edirlər). O, ildırımlar gondərib (kafirlər) Allah barəsində mubahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası siddətlidir! (Allah yenilməz quvvət sahibidir)

Verse 14 — Surah Ar-Rad 13:14

Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan basqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (butlər, tanrılar onların dualarını əsla esitməzlər). (Musriklərin vəziyyəti quyu ustundə duraraq) agzına su gəlmək ucun iki ovcunu acan (dili və əlləri ilə quyuya isarə edərək ovcunun su ilə dolmasını gozləyən), lakin (quyu hec bir sey anlamadıgı ucun) suyun ona yetismədiyi adamın vəziyyətinə bənzəyir. (Butlər də belədir, cunki onlar gorməz, esitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puc, mə’nasız sozlərdən) basqa bir sey deyildir

Verse 15 — Surah Ar-Rad 13:15

Goylərdə və yerdə kim varsa, (ozləri də), kolgələri də səhər-axsam istər-istəməz Allaha səcdə edər! (Yer uzundəki mo’minlər sidqi-urəkdən, kafirlər və munafiqlər isə urəkdən istəməyərək, lakin dunyada muəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər)

Verse 16 — Surah Ar-Rad 13:16

(Ya Rəsulum!) De: “Goylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarsısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub ozlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (butləri, tanrılarımı) ozunuzə dost (hami) edirsiniz?!” De: “Hec korla gorən (kafirlə mo’min) və ya zulmətlə nur (kufrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (musriklər) Allaha Onun yaratdıgı kimi yaradan səriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər gorundu?!” De: “Allah hər seyin xaliqidir. O birdir, qəhr edəndir (hər seyə gucu yetən, hər seyə qalib gələndir!)”

Verse 17 — Surah Ar-Rad 13:17

Allah goydən bir yagmur endirdi, vadilər oz tutumlarına gorə onunla dolub dasdı. (Sudan əmələ gələn) sel, ustunə cıxan bir kopunu alıb apardı. (Haqq din olan islam insanlara, torpaga həyat verən suya, musriklərin e’tiqadı isə bos kopuyə bənzər). Bəzək seyləri və ya əsya (qab-qacaq) duzəltmək məqsədilə insanların od uzərində qızdırıb əritdikləri (qızıl, gumus və s. filizlərin) ustundə də buna bənzər bir kopuk vardır. Allah haqq ilə batili (sizdən otru) ayırd etmək ucun belə misallar cəkir. Kopuk hec bir sey olmadıgı ucun ucub gedər. Insanlara fayda verən bir sey isə yer uzundə qalar. Allah belə misallar cəkir

Verse 18 — Surah Ar-Rad 13:18

Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peygəmbərinə itaət edənləri) ən gozəl ne’mət (Cənnət) gozləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer uzundə olan hər seyə (butun sərvətə), ustəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq ucun) fidyə verərdilər (lakin kafirlərdən hec bir fidyə qəbul olunmaz). Onları cox pis (cətin) bir haqq-hesab gozləyir (hec bir gunahları bagıslanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir

Verse 19 — Surah Ar-Rad 13:19

(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur’anın) haqq oldugunu bilən kimsə (haqqı gorməyən) korla eyni ola bilərmi? Yalnız agıl sahibləri oyud-nəsihət qəbul edərlər

Verse 20 — Surah Ar-Rad 13:20

O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və’di yerinə yetirir və əhdi pozmurlar

Verse 21 — Surah Ar-Rad 13:21

O kəslər ki, Allahın birləsdirilməsini əmr etdiyi seyləri birləsdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mo’minlərə hormət edir), Rəbbindən və (qiyamət gunu cəkiləcək) pis haqq-hesabdan qorxurlar

Verse 22 — Surah Ar-Rad 13:22

Və o kəslər ki, Rəbbinin razılıgını qazanmaq ucun (bu yolda butun əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və askar xərcləyir, pisliyin qarsısını yaxsılıq etməklə alırlar (pisliyin əvəzində yaxsılıq edirlər) – məhz onları (gozəl) axirət yurdu

Verse 23 — Surah Ar-Rad 13:23

Ozlərinin, həmcinin əməlisaleh ataları, ovrətləri və ovladlarının daxil olacaqları Ədn cənnətləri gozləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara)

Verse 24 — Surah Ar-Rad 13:24

“(Dunyada Allah yolunda butun cətinliklərə) səbr etdiyinizə gorə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gozəldir!” – deyəcəklər

Verse 25 — Surah Ar-Rad 13:25

Allahla əhd bagladıqdan sonra onu pozanlar, Allahın birləsdirilməsini əmr etdiyi seyləri (qohumluq əlaqələrini) qıranlar, yer uzundə fitnə-fəsad torədənlər isə lə’nətə ducar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dunyanın pislikləri) gozləyir

Verse 26 — Surah Ar-Rad 13:26

Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dunya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dunya həyatı (ne’məti) axirət həyatı (ne’məti) ilə muqayisədə cox cuz’i (əhəmiyyətsiz) bir seydir (dunya ne’məti muvəqqəti, axirət ne’məti isə əbədidir)

Verse 27 — Surah Ar-Rad 13:27

Kafir olanlar: “Məgər Rəbbindən ona bir mo’cuzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tovbə edən (Allahın itaətinə qayıdan) səxsi isə Oz hidayətinə (Ozunun dogru yolu olan islam dininə) qovusdurur”

Verse 28 — Surah Ar-Rad 13:28

O kəslər ki, Allaha iman gətirmis və qəlbləri Allahı zikr etməklə aram tapmısdır. Bilin ki, qəlblər (mo’minlərin urəkləri) yalnız Allahı zikr etməklə aram tapar

Verse 29 — Surah Ar-Rad 13:29

Iman gətirib yaxsı islər gorənlərin xos halına! (Onları) gozəl bir sıgınacaq (Cənnət gozləyir)

Verse 30 — Surah Ar-Rad 13:30

(Ya Rəsulum! Səndən əvvəl peygəmbərlər gondərdiyimiz kimi) səni də ozundən əvvəl coxlu ummətlər gəlib-getmis bir ummətə Peygəmbər gondərdik ki, onlar Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur’anı) onlara oxuyasan. De: “O (Rəhman) mənim Rəbbimdir. Ondan basqa hec bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkul etdim. Axır donusum (və ya tovbəm) də yalnız Onadır!”

Verse 31 — Surah Ar-Rad 13:31

Əgər Qur’anla daglar hərəkətə gətirilsə, yaxud yer parcalansa və ya olulər danıssaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə daglar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parcalansa və ya olulər dirilib danıssaydılar, o kitab mutləq bu Qur’an olardı). Butun islər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, butun insanları hidayətə (dogru yola) yonəldərdi? (Və ya mo’minlər kafirlərin iman gətirmələrindən umidlərini uzub bilmədilərmi ki, dogru yolu tutmaq da, ondan cıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ gorə onlara bir bəla uz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: “Ya Rəsulum! Sən oz əshabən və ordunla onların yurdunun yaxınlıgında dayanıb duracaqsan”). Həqiqətən, Allah Oz və’dinə xilaf cıxmaz

Verse 32 — Surah Ar-Rad 13:32

(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peygəmbərlərə də istehza edilmisdi. Mən kafirlərə mohlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmagım necə (də dəhsətli) idi! (Bir gorəydin onlara nə dəhsətli əzab verdim)

Verse 33 — Surah Ar-Rad 13:33

Hər bir kəsin (dunyada yaxsıdan, pisdən) nə qazandıgına nəzarət edən Allah bunu bacarmayan butlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, musriklər goturub) Allaha (curbəcur) səriklər qosdular. (Ya Rəsulum!) De: “Bunlara bir ad verin gorək! (Axı onlar kimdirlər, nəcidirlər?) Yoxsa Allaha yer uzundə (ozunə sərik) bilmədiyi bir seyimi xəbər verirsiniz? Yaxud sozun zahirinə uyub (belə həqiqətdən uzaq seyləri) deyirsiniz? Xeyr, kafirlərə oz hiylələri (iftiraları, Allaha qarsı uydurub duzəltdikləri yalanlar) gozəl gostərildi və onlar (haqq) yoldan dondərildilər. Əslində, Allahın zəlalətə saldıgı kimsəyə dogru yolu gostərən olmaz

Verse 34 — Surah Ar-Rad 13:34

Onlar dunyada əzaba ducar olacaqlar. Axirət əzabı isə daha məsəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz

Verse 35 — Surah Ar-Rad 13:35

Allahdan qorxub pis əməllərdən cəkinənlərə (mo’minlərə) və’d edilən Cənnətin vəsfi belədir: (agacları) altından caylar axar, yeməkləri də, kolgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən cəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir

Verse 36 — Surah Ar-Rad 13:36

Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qur’ana) sevinirlər. (Yəhudilərdən və xacpərəstlərdən sənə qarsı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Qur’anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: “Mənə Allaha ibadət etmək, Ona sərik qosmamaq əmr olunmusdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) də’vət edirəm və mənim axır donusum də yalnız Onadır!” (Məhz Onun huzuruna qayıdacagam)

Verse 37 — Surah Ar-Rad 13:37

(Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur’anı) ərəbcə bir hokm olaraq (insanlar arasında onunla hokm etmək ucun) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur’andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puc arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar)

Verse 38 — Surah Ar-Rad 13:38

(Ya Rəsulum!) Biz səndə əvvəl də Peygəmbərlər gondərdik, onlara zovcələr, ovladlar verdik. Allahın izni olmadıqca hec bir peygəmbər hec bir mo’cuzə gətirə bilməz. Hər dovrun bir kitabı (lovhi-məhfuzda yazılmıs hokmu) var. (Ilahi kitablardan hər birinin oz nazil olma vaxtı var. Bunlar zamanın, dovrun tələbinə və ehtiyacına gorədir)

Verse 39 — Surah Ar-Rad 13:39

Allah (həmin kitabdan) istədiyi seyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hokmu ləgv edib basqası ilə dəyisər və ya onu oldugu kimi saxlayar). Kitabın əsli (lovhi-məhfuz) Onun yanındadır

Verse 40 — Surah Ar-Rad 13:40

Onlara və’d etdiyimizin (əzabın) bir qismini sənə gostərsək də və ya (ondan qabaq) səni oldursək də (Oz dərgahımıza gotursək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təblig etməkdir. Haqq-hesab cəkmək isə Bizə aiddir

Verse 41 — Surah Ar-Rad 13:41

Məgər onlar (kafirlər) Bizim (hokmumuzlə, qudrətimizlə) yer uzunə gəlib onu (muxtəlif) tərəflərindən əskiltdiyimizi (musəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) gormurlərmi? Hokm edən Allahdır. Hec kəs Onun hokmunu dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab cəkəndir

Verse 42 — Surah Ar-Rad 13:42

Onlardan əvvəlkilər də (ummətlər, tayfalar da Allahın peygəmbərinə qarsı) tələ qururdular. Butun hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dunyada) nə qazandıgını (butun yaxsı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dunyanın gozəl aqibətini) kimin olacagını biləcəklər

Verse 43 — Surah Ar-Rad 13:43

(Ya Rəsulum!) Kafirlər: “Sən peygəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (dogruluguma) Allahın və kitabı bilənlərin (Tovratı, Incili bilən mo’min yəhudi və xacpərəstlərin, yaxud Qur’ana bələd olan mo’min musəlmanların və ya lovhi-məhfuzdan xəbərdar olan Cəbrailin) sahid olması yetər!”