Biz Qur’anı sənə məsəqqət cəkməyin ucun nazil etmədik! (Peygəmbər ayaq ustə, barmaqlarının ucunda durub o qədər namaz qılmısdı ki, mubarək qıcları sismisdi)
(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, hec bir fərqi yoxdur). Cunki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq urəklərdən kecən gizli niyyətlərdən də xəbərdardır. Buna gorə də ozunu yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir)
(Musa Sueybi Mədyəndə qoyub anasına və qardasına bas cəkmək ucun zovcəsi ilə birlikdə Misirə gedərkən Tur dagının qərbində yerləsən Tuva vadisində gecə vaxtı bir usagı dunyaya gəlmisdi. Onlar zil qaranlıq gecədə isıqsız qalıb yolu itirmisdilər). O zaman (Musa qarsıda) bir od gorub ailəsinə belə demisdi: “Siz (yerinizdə) durun. Mənim gozumə bir od satasdı. Bəlkə, ondan sizə bir goz gətirdim, yaxud odun yanında bir bələdci tapdım!”
O saat (qiyamət saatı) mutləq gələcəkdir. Mənim onu az qala acmagım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mukafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Ozumdən belə gizlədirəm; və ya: Mən onu Ozumdən basqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, cunki qiyamətin yaxınlasması hər addımda ozunu muxtəlif əlamətlərlə biruzə verir)
Əlini qoltugunun altına qoy ki, əlin (oradan sənin peygəmbərliyinin həqiqiliyinə dəlalət edən) basqa bir mo’cuzə olaraq eyibsiz-qusursuz, agappaq cıxsın (gunəs suası kimi gozqamasdırıcı səfəq sacsın)
(Musa) dedi: “Ey Rəbbim! (Peygəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danısmaga cur’ət etmək və bu yolda butun məsəqqətlərə tab gətirə bilmək ucun) koksumu acıb genislət
(O zaman ki, Mən anana buyurmusdum:) “(Musanı) bir sandıga qoyub caya (Nilə) at. Qoy cay onu sahilə cıxartsın və Mənə də, ona dusmən olan birisi (Fir’on) onu (sudan tapıb) gotursun”. (Ya Musa!) Gozumun qabagında boya-basa catdırılasan deyə, Oz tərəfimdən (insanların urəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim hec vaxt ustundən əskik olmadı. Elə etdim ki, Fir’on ozu, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi)
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (sud verəcək) birisini gostərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmagına gorə) gozu aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yasında ikən tayfadan olan bir yəhudi ilə mubahisə edən) bir nəfəri (bir qibtini) vurub oldurdun. Sonra Biz səni (Mədyənə qacırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir cox sınaqlardan kecirtdik (curbəcur bəlalara, mohnətlərə ducar edib hamısından salamat qurtardıq). Illərlə Mədyən əhli icində (Sueybin yanında) qaldın. Sonra da muəyyən olunmus vaxta (qırx yasına) gəlib catdın, Ya Musa
Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peygəmbəriyik. Israil ogullarını bizimlə gondər (Sama getməklərinə mane olma) və onlara isgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (mo’cuzə ilə) gəlmisik. Haqq yolu tutub gedənlərə salam olsun
Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peygəmbərləri) yalan hesab edənləri və (haqdan) uz dondərənləri (axirətdə) əzab gozləyir!”
(Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lovhi-məhfuzdadır). Rəbbim (hec bir seydə) xəta etməz və (hec bir seyi) unutmaz!”
O (boyuk Allah) ki, yer uzunu sizin ucun dosəmis (dosək etmis), orada sizin ucun yollar salmıs, goydən yagmur yagdırmısdır. Biz o yagmurla novbənov bitkilərdən cutlər yetisdirmisik
(Onlardan nuscanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gorduyumuz bu islərdə) agıl sahibləri ucun (Allahın vəhdaniyyətinə, qudrətinə dəlalət edən) əlamətlər vardır
Elədə biz sənə eyni ilə onun kimi bir sehr gostərəcəyik. Bizimlə oz aranda bir vaxt tə’yin et. Nə biz, nə də sən və’dimizə xilaf cıxmayaq. Bu (ikimizə də) əlverisli bir yerdə olsun!” (Gorək kim-kimə qalib gələcək)
Musa onlara (sehrbazlara) dedi: “(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naumid olar (muradına catmaz)”
Onlar (bu Musa hec sehrbaza oxsamır; əgər qalib gəlsək, hec; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) oz aralarında oz isləri barədə mubahisə edir və xəlvətcə pıcıldasırdılar
Onlar (uzun-uzadı mubahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar oz sehrləri ilə sizi yurdunuzdan qovub cıxartmaq və sizin ən gozəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-əsrafınızı oz tərəflərinə cəkmək) istəyirlər
Ona gorə də butun hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gun qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetisəcəkdir!)”
O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri uzundən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı ustə) surunur
Sag əlindəki əsanı yerə tulla, onların duzub qosduqlarını (butun kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların duzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) basqa bir sey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə catmaz!”
(Musa əsasını yerə atan kimi o bir əjdahaya donub sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbul-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar
O (Fir’on) dedi: “Mən sizə izin verməmisdən əvvəl siz ona iman gətirdiniz, cunki o, əslində sizə sehr oyrədən boyuyunuzdur. (Hec eybi yoxdur). Mən də sizin əl-ayagınızı carpaz kəsdirib xurma agaclarının kotuklərindən asacagam. Onda hansımızın (mən Fir’onun, yoxsa Musanın Allahının) əzabının daha siddətli və daha surəkli oldugunu biləcəksiniz!”
(Sehrbazlar) dedilər: “Biz hec vaxt səni bizə gələn bu acıq mo’cuzələrdən və bizi yaradandan ustun tutmayacagıq. Indi nə hokm edəcəksənsə, et. Sən ancaq bu dunyada hokm edə bilərsən
Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi gunahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məsgul olmagımıza) gorə bagıslasın/ Allah (sən Fir’ondan) daha xeyirli və (Onun gunahkarlara verəcəyi əzab) daha baqidir!”
Kim Rəbbinin huzuruna gunahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gozləyir. O, orada nə olər, nə də yasayar. (Cəhənnəm əhli nə olu kimi olu, nə də diri kimi diridir, əbədi əzaba ducar olub bir gun gorməz)
(Izzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola cıx, (əsanı suya vurmaqla) onlar ucun dənizdə quru bir yol ac. (Fir’onun) sizə yetisməsindən qorxma, (suya qərq olmaqdan da) əndisəyə dusmə!”
Ey israil ogulları! Sizi dusməninizdən (Fir’onun əlindən) xilas etdik. (Tovratın nazil olması ucun) sizə Tur dagının sag tərəfini və’d buyurduq. Sizə (goydən) qudrət halvası və bildircin endirdik
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi asmayın (israfcılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana sər’i qayda uzrə komək gostərin), yoxsa qəzəbimə ducar olarsınız. Qəzəbimə ducar olan isə mutləq ucuruma dusub bədbəxt (cəhənnəmlik) olar
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ummətim! Məgər Rəbbiniz (Tovratı nazil etmək, kecmis gunahlarınızı bagıslamaq, goydən qudrət halvası və bildircin endirmək haqqında) sizə gozəl bir və’d verməmisdimi? Yoxsa (mənim sizdən ayrılmagımdan) uzun bir muddət kecdi? (Nə tez hər seyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz və’də xilaf cıxdınız?”
Onlar dedilər: “Biz sənə verdiyimiz və’də oz ixtiyarımızla xilaf cıxmadıq. Amma biz (Fir’on) tayfasının (bir bayram gunu əmanət olaraq aldıgımız) zinətlərindən ibarət agır bir yuklə yuklənmisdik. Onları (“əmanətə xəyanət haramdır”-deyərək gunahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (ozundə olan bəzək seylərini oda) atdı”
(Oda atılmıs qızıl-gumus əridikdən sonra Samiri cuxurun icində) onlara boyurən bir buzov heykəli (duzəldib) cıxartdı. (Samiri və onun yoldan cıxartdıgı bir necə kisi) dedilər: “(Ey Israil ogulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmusdur”. (Musa heykəli itirmis, onu axtarıb tapmaqdan otru Tur dagına getmisdir)
(Məgər bu cansız heykələ sitayis edənlər) buzovun onların hec bir sozunə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadıgını gormurdulərmi?! (Nə boyuk cəhalət)
Harun isə bundan (Musa Tur dagından qayıtmamısdan) əvvəl onlara belə demisdi: “Ey ummətim! Siz bununla (hansınızın əqidəcə mohkəm, hansınızın səkkak oldugunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana cəkildiniz. Sizin Rəbbiniz, subhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”
(Mo’minləri də goturub) arxamca gəlmədin? (Mənə bu barədə hec bir xəbər vermədin, yaxud mənim yolumla gedərək butə tapınanları danlayıb onlara qarsı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan basqasına ibadət edənlərlə bir yerdə yasamagı ozunə nə cur rəva bildin?)”
(Samiri) belə cavab verdi: “Mən (Israil ogularının) gormədiklərini (Cəbraili) gordum (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elcisinin) ləpirindən (Cəbrailin atının ayagı dəydiyi yerdən) bir ovuc torpaq goturdum və onu (caladakı od icində əriyən bəzək seylərinə) atdım (o da donub boyurən bir buzov oldu). Beləcə, oz nəfsim məni bu isə sovq etdi”. (Nəfsim bu isi mənə xos gostərdi, mən də ona uydun)
(Musa) dedi: “Cıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Hec kəs səni dindirməyəcək, sufrəsinə buraxmayacaq, səninlə alıs-veris etməyəcək. Hec kəslə unsiyyət etməyib tamamailə təcrid olunmus bir vəziyyətdə yasayacaqsan. Dəhsət səni buruyəcək). Hələ səni əsla qacıb canını qurtara bilməyəcəyin daha bir və’də (qiyamət gunu) gozləyir. Indi tapınıb durdugun tanrına (butunə) bax. Biz onu yandıracaq, sonra da (kulunu) dənizə atacagıq
(Ya Rəsulum!) Kecmisin xəbərlərinin (olub kecənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Oz dərgahımızdan (insanların dusunub dasınması, ibrət alması ucun) Qur’an da vermisik
Surun (ikinci dəfə) calınacagı və gunahkarları (qorxudan, yaxud susuzluqadan) gozləri gom-goy goyərmis (və ya gozləri kor olmus, uzləri qapqara qaralmıs) halda məhsərə gətirəcəyimiz gun
O gun insanlar (qəbirlərindən qalxıb) hec bir basqa tərəfə meyl etmədən carcının (hamını məhsərə cagıran Israfilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarsısında səslər kəsiləcək, yalnız pıcıltı esidəcəksən
(Rəbbin) onların kecmisini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və gunahları, dunyada və axirətdə aqibətlərinin necə olacagını Oz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz
(O gun) uzlər (butun insanlar) əzəli, əbədi olan (məxluqatın hər isini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir gorkəm alar. Zulmə (gunaha) yuklənən (Allaha sərik qosan, kufr edən) ziyana dusub mətləbinə yetisməz (umidsizliyə ugrayar)
(Ya Rəsulum!) Biz onu (sənə gondərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (curbəcur misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən cəkinsinlər, yaxud (onu oyud-nəsihətlərindən) ibrət alsınlar! (Qur’an onlara oyud-nəsihət versin)
Həqiqi hokmdar olan Allah (hər seydən) ucadır! (Musriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peygəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumaga tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de
Biz də belə dedik: “Ey Adəm! Bu (Iblis) sənin də, ovrətinin də dusmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən cıxartmasın, yoxsa (ey Adəm!) məsəqqətə dusub bədbəxt olarsan! (Gecə-gunduz əziyyət cəkib oz əlinin zəhməti ilə yasamaga məcbur olarsan)
(Allahın butun bu xəbərdarlıgından sonra) Seytan ona (Adəmə) vəsvəsə edib (pıcıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə hec vaxt olməyəcəyin və həmisə Cənnətdə yasayacagın) əbədiyyət agacını və kohnəlib xarab olmayacaq (fənaya ugramayacaq) bir mulku gostərimmi?”
(Adəm və Həvva) ondan (həmin agacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri gorundu. Onlar (lut bədənlərinə) cənnət agaclarının yarpaqlarından yapısdırmaga basladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən cıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan cıxdı. Qadagan olunmus agacın meyvəsindən yemək hec də onu Cənnətdə əbədi qalmaq arzusuna catdırmadı, əksinə, Həvva ilə birlikdə yer uzunə endirildi)
(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz Iblisə və nəslinə, Iblis də sizə və nəslinizə) dusmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə dogru yolu gostərən bir rəhbər (kitab, yaxud peygəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dunyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar
Hər kəs Mənim oyud-nəsihətimdən (Qur’andan) uz dondərsə, guzəranı daralar (yaxud qəbir evində siddətli əzaba ducar olar) və Biz qiyamət gunu onu məhsərə kor olaraq gətirərik!”
(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (mo’cuzələrimiz, qudrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (ozunu gorməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gun eləcə də sən unudulacaqsan!”
Biz (Allaha sərik qosmaqla, kufr etməklə) həddi asanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, subhəsiz ki, daha siddətli, daha surəklidir
Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları necə-necə nəsilləri məhv etdik? Həqiqətən, bunda (kecmis ummətlərin giriftar oldugu musibət və fəlakətlərdə) agıl sahibləri ucun ibrətlər vardır
Əgər Rəbbindən (bu ummətin əzabının axirətə saxlanılması haqda) oncə bir soz (hokm) və (lovhi-məhfuzda bu kafirlərin əzabı ucun əzəldən) muəyyən edilmis bir vaxt olmasaydı, subhəsiz ki, (dunyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi
(Ya Rəsulum! Elədə Məkkə musriklərinin) dediklərinə səbr et. Gunəs dogmamısdan və batmamısdan əvvəl Rəbbinə sukur edib sə’ninə tə’riflər de (subh və əsr namazlarını qıl), gecənin bir və’dəsində (axsam və gecə saatlarında) və gunorta radələrində də Rəbbini oyub təqdis et (sam, gecə və gunorta namazlarını qıl) ki, (bunun muqabilində Allahın səni boyuk savaba, yuksək dərəcələrə, yaxud ummətin ucun səfaətə nail etməsindən) razı (xoshal) olasan
(Kafirlərin) bə’zi zumrələrini sınamaq ucun onlara dunya həyatının zinəti olaraq verdiyimiz mal-dovlətə rəgbət gozu ilə baxma! (Gozunu dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (surəklidir, əbədidir)
Əhlinə (əhli-beytə və ummətinə) namaz qılmagı əmr et, ozun də ona (namaza) səbirlə davam et (yaxud məisət cətinliklərinə doz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gozəl) aqibət təqva sahiblərinindir (muttəqilərindir)
(Kafirlər) dedilər: “Nə ucun o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peygəmbər olmasına dəlalət edən) bir mo’cuzə gətirmir?” Məgər (Qur’anda) onlara əvvəlki (ilahi) kitablarda (kecmis ummətlərin həyatına, kufrləri uzundən ducar olduqları musibətlərə dair) olanların bəyanı (yaxud acıq-askar dəlili) gəlmədimi
Əgər Biz onları (Məkkə musriklərini) bundan (Peygəmbər və Qur’an gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət gunu) mutləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə ucun zəlil və rusvay olmazdan əvvəl bizə bir peygəmbər gondərmədin ki, Sənin ayələrinə (hokmlərinə) tabe olaydıq
(Ya Rəsulum!) De: “Hamı (axirət) gozləməkdədir, siz də gozləyin. (Qiyamət gunu) dogru yol sahiblərinin kimlər (biz, yoxsa siz) oldugunu və kimin haqq yolu tapdıgını (hidayətə yetisdiyini) biləcəksiniz!”