Back to Languages

Azerbaijani - Chapter 20 - Ta-Ha

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Ta-Ha 20:1

Verse 2 — Surah Ta-Ha 20:2

Biz Qur’anı sənə məsəqqət cəkməyin ucun nazil etmədik! (Peygəmbər ayaq ustə, barmaqlarının ucunda durub o qədər namaz qılmısdı ki, mubarək qıcları sismisdi)

Verse 3 — Surah Ta-Ha 20:3

(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız oyud-nəsihət olaraq (gondərdik)

Verse 4 — Surah Ta-Ha 20:4

O, yeri və uca goyləri yaradandan (Allahdan) nazil olmusdur

Verse 5 — Surah Ta-Ha 20:5

Rəhman ərsi yaradıb hokmu altına almısdır (ərsə hakimdir)

Verse 6 — Surah Ta-Ha 20:6

Goylərdə və yerdə, onların arasında və torpagın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur

Verse 7 — Surah Ta-Ha 20:7

(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, hec bir fərqi yoxdur). Cunki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq urəklərdən kecən gizli niyyətlərdən də xəbərdardır. Buna gorə də ozunu yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir)

Verse 8 — Surah Ta-Ha 20:8

Allahdan basqa hec bir tanrı yoxdur. Ən gozəl adlar (əsmayi-husna) yalnız Ona məxsusdur

Verse 9 — Surah Ta-Ha 20:9

Musanın hekayəti sənə gəlib catdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib catdı)

Verse 10 — Surah Ta-Ha 20:10

(Musa Sueybi Mədyəndə qoyub anasına və qardasına bas cəkmək ucun zovcəsi ilə birlikdə Misirə gedərkən Tur dagının qərbində yerləsən Tuva vadisində gecə vaxtı bir usagı dunyaya gəlmisdi. Onlar zil qaranlıq gecədə isıqsız qalıb yolu itirmisdilər). O zaman (Musa qarsıda) bir od gorub ailəsinə belə demisdi: “Siz (yerinizdə) durun. Mənim gozumə bir od satasdı. Bəlkə, ondan sizə bir goz gətirdim, yaxud odun yanında bir bələdci tapdım!”

Verse 11 — Surah Ta-Ha 20:11

(Musa) odun yanına yetisdikdə belə bir nida gəldi: “Ya Musa

Verse 12 — Surah Ta-Ha 20:12

Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini cıxart, cunki sən muqəddəs vadidə - Tuvadasan

Verse 13 — Surah Ta-Ha 20:13

Mən səni (peygəmbər) secdim. (Sənə) vəhy olunanı dinlə

Verse 14 — Surah Ta-Ha 20:14

Mən, həqiqətən, Allaham. Məndən basqa hec bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq ucun namaz qıl

Verse 15 — Surah Ta-Ha 20:15

O saat (qiyamət saatı) mutləq gələcəkdir. Mənim onu az qala acmagım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mukafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Ozumdən belə gizlədirəm; və ya: Mən onu Ozumdən basqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, cunki qiyamətin yaxınlasması hər addımda ozunu muxtəlif əlamətlərlə biruzə verir)

Verse 16 — Surah Ta-Ha 20:16

Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan

Verse 17 — Surah Ta-Ha 20:17

Ya Musa! Sag əlindəki nədir?”

Verse 18 — Surah Ta-Ha 20:18

(Musa) dedi: “O mənim əsamdır. Ona soykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, basqa islərdə də karıma gəlir!”

Verse 19 — Surah Ta-Ha 20:19

(Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!”

Verse 20 — Surah Ta-Ha 20:20

(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sur’ətlə surunməyə basladı

Verse 21 — Surah Ta-Ha 20:21

(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki səklinə salacagıq

Verse 22 — Surah Ta-Ha 20:22

Əlini qoltugunun altına qoy ki, əlin (oradan sənin peygəmbərliyinin həqiqiliyinə dəlalət edən) basqa bir mo’cuzə olaraq eyibsiz-qusursuz, agappaq cıxsın (gunəs suası kimi gozqamasdırıcı səfəq sacsın)

Verse 23 — Surah Ta-Ha 20:23

Və Biz də (bununla) sənə ən boyuk mo’cuzələrimizdən (bir necəsini) gostərək

Verse 24 — Surah Ta-Ha 20:24

(Ya Musa! Bu mo’cuzələrlə bir peygəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən, azgınlasıb həddini asmısdır (Allahlıq iddiasına dusmusdur)”

Verse 25 — Surah Ta-Ha 20:25

(Musa) dedi: “Ey Rəbbim! (Peygəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danısmaga cur’ət etmək və bu yolda butun məsəqqətlərə tab gətirə bilmək ucun) koksumu acıb genislət

Verse 26 — Surah Ta-Ha 20:26

Verse 27 — Surah Ta-Ha 20:27

Dilimdəki duyunu ac (pəltəkliyimi gotur) ki

Verse 28 — Surah Ta-Ha 20:28

Sozumu yaxsı anlasınlar

Verse 29 — Surah Ta-Ha 20:29

Və mənə oz ailəmdən bir vəzir (koməkci) ver –

Verse 30 — Surah Ta-Ha 20:30

Verse 31 — Surah Ta-Ha 20:31

Onunla arxamı mohkəmləndir

Verse 32 — Surah Ta-Ha 20:32

Onu isimə ortaq et (ona da peygəmbərlik ver) ki

Verse 33 — Surah Ta-Ha 20:33

Səni cox təqdis edib sə’ninə təriflər deyək

Verse 34 — Surah Ta-Ha 20:34

Və Səni cox zikr edək (daim yada salıb sukr-səna edək)

Verse 35 — Surah Ta-Ha 20:35

Sən, subhəsiz ki, Bizi gorursən!”

Verse 36 — Surah Ta-Ha 20:36

(Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa

Verse 37 — Surah Ta-Ha 20:37

Sənə (bundan əvvəl də) bir dəfə ne’mət bəxs etmisdik

Verse 38 — Surah Ta-Ha 20:38

Anana vəhy olunacaq seyi vəhy etdiyimiz zaman

Verse 39 — Surah Ta-Ha 20:39

(O zaman ki, Mən anana buyurmusdum:) “(Musanı) bir sandıga qoyub caya (Nilə) at. Qoy cay onu sahilə cıxartsın və Mənə də, ona dusmən olan birisi (Fir’on) onu (sudan tapıb) gotursun”. (Ya Musa!) Gozumun qabagında boya-basa catdırılasan deyə, Oz tərəfimdən (insanların urəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim hec vaxt ustundən əskik olmadı. Elə etdim ki, Fir’on ozu, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi)

Verse 40 — Surah Ta-Ha 20:40

O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (sud verəcək) birisini gostərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmagına gorə) gozu aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yasında ikən tayfadan olan bir yəhudi ilə mubahisə edən) bir nəfəri (bir qibtini) vurub oldurdun. Sonra Biz səni (Mədyənə qacırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir cox sınaqlardan kecirtdik (curbəcur bəlalara, mohnətlərə ducar edib hamısından salamat qurtardıq). Illərlə Mədyən əhli icində (Sueybin yanında) qaldın. Sonra da muəyyən olunmus vaxta (qırx yasına) gəlib catdın, Ya Musa

Verse 41 — Surah Ta-Ha 20:41

Və Mən səni Ozumə (peygəmbər) secdim! (Qırx yasına catan kimi sənə peygəmbərlik bəxs edib mo’cuzələrlə Fir’onun yanına gondərdim)

Verse 42 — Surah Ta-Ha 20:42

Sən və qardasın mo’cuzələrimlə gedin və Məni zikr etməkdə zəiflik gostərməyin. (Bu sizin urəyinizə mətanət, dizinizə quvvət verər)

Verse 43 — Surah Ta-Ha 20:43

Fir’onun yanına yollanın. O (allahlıq iddiasına dusməklə), həqiqətən, azgınlasıb həddini asmısdır

Verse 44 — Surah Ta-Ha 20:44

Onunla yumsaq danısın. Bəlkə, oyud-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”

Verse 45 — Surah Ta-Ha 20:45

Onlar: “Ey Rəbbimiz! (Fir’onun mo’cuzə gostərməyimizə hovsələsi catmayıb) bizə siddətli cəza verməsindən və ya azgınlasaraq həddini asmasından (dikbaslıq etməsindən) qorxuruq!” – dedilər

Verse 46 — Surah Ta-Ha 20:46

(Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər seyi) esidirəm və gorurəm

Verse 47 — Surah Ta-Ha 20:47

Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peygəmbəriyik. Israil ogullarını bizimlə gondər (Sama getməklərinə mane olma) və onlara isgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (mo’cuzə ilə) gəlmisik. Haqq yolu tutub gedənlərə salam olsun

Verse 48 — Surah Ta-Ha 20:48

Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peygəmbərləri) yalan hesab edənləri və (haqdan) uz dondərənləri (axirətdə) əzab gozləyir!”

Verse 49 — Surah Ta-Ha 20:49

(Fir’on:) “Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə sorusdu

Verse 50 — Surah Ta-Ha 20:50

(Musa) belə cavab verdi: “Rəbbimiz hər seyə Oz xilqətini verən, sonra da ona dogru yolu gostərəndir!”

Verse 51 — Surah Ta-Ha 20:51

(Fir’on) sorusdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”

Verse 52 — Surah Ta-Ha 20:52

(Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lovhi-məhfuzdadır). Rəbbim (hec bir seydə) xəta etməz və (hec bir seyi) unutmaz!”

Verse 53 — Surah Ta-Ha 20:53

O (boyuk Allah) ki, yer uzunu sizin ucun dosəmis (dosək etmis), orada sizin ucun yollar salmıs, goydən yagmur yagdırmısdır. Biz o yagmurla novbənov bitkilərdən cutlər yetisdirmisik

Verse 54 — Surah Ta-Ha 20:54

(Onlardan nuscanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gorduyumuz bu islərdə) agıl sahibləri ucun (Allahın vəhdaniyyətinə, qudrətinə dəlalət edən) əlamətlər vardır

Verse 55 — Surah Ta-Ha 20:55

Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (oləndən sonra) ora qaytaracaq və (qiyamət gunu) bir daha oradan (dirildib) cıxardacagıq

Verse 56 — Surah Ta-Ha 20:56

Biz, ayələrimizin (dəlillərimizin və mo’cuzələrimizin) hamısını ona (Fir’ona) gostərdik. Lakin (Fir’on) onları yalan sayıb (hec birini) qəbul etmədi

Verse 57 — Surah Ta-Ha 20:57

(Fir’on) dedi: “Ya Musa! Sən sehrinlə bizi oz torpagımızdan (Misirdən) qovub cıxartmaga gəlmisən

Verse 58 — Surah Ta-Ha 20:58

Elədə biz sənə eyni ilə onun kimi bir sehr gostərəcəyik. Bizimlə oz aranda bir vaxt tə’yin et. Nə biz, nə də sən və’dimizə xilaf cıxmayaq. Bu (ikimizə də) əlverisli bir yerdə olsun!” (Gorək kim-kimə qalib gələcək)

Verse 59 — Surah Ta-Ha 20:59

(Musa) dedi: “Sizə verilən və’də sizin bayram gununuz və camaatın (bir yerə) toplasacagı gunorta vaxtıdır!”

Verse 60 — Surah Ta-Ha 20:60

(Bu sohbətdən sonra) Fir’on donub getdi, nəhayət, butun hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yıgıb (və’d olunmus vaxtda həmin yerə) gəldi

Verse 61 — Surah Ta-Ha 20:61

Musa onlara (sehrbazlara) dedi: “(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naumid olar (muradına catmaz)”

Verse 62 — Surah Ta-Ha 20:62

Onlar (bu Musa hec sehrbaza oxsamır; əgər qalib gəlsək, hec; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) oz aralarında oz isləri barədə mubahisə edir və xəlvətcə pıcıldasırdılar

Verse 63 — Surah Ta-Ha 20:63

Onlar (uzun-uzadı mubahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar oz sehrləri ilə sizi yurdunuzdan qovub cıxartmaq və sizin ən gozəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-əsrafınızı oz tərəflərinə cəkmək) istəyirlər

Verse 64 — Surah Ta-Ha 20:64

Ona gorə də butun hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gun qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetisəcəkdir!)”

Verse 65 — Surah Ta-Ha 20:65

Onlar dedilər: “Ya Musa! (Ozun sec). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq

Verse 66 — Surah Ta-Ha 20:66

O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri uzundən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı ustə) surunur

Verse 67 — Surah Ta-Ha 20:67

Musanın canına qorxu dusdu. (O qorxdu ki, camaat sehrlə mo’cuzə arasında fərq qoya bilməyib iman gətirməsin)

Verse 68 — Surah Ta-Ha 20:68

Biz ona belə buyurduq: “Qorxma, ustun gələcək mutləq sənsən

Verse 69 — Surah Ta-Ha 20:69

Sag əlindəki əsanı yerə tulla, onların duzub qosduqlarını (butun kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların duzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) basqa bir sey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə catmaz!”

Verse 70 — Surah Ta-Ha 20:70

(Musa əsasını yerə atan kimi o bir əjdahaya donub sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbul-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar

Verse 71 — Surah Ta-Ha 20:71

O (Fir’on) dedi: “Mən sizə izin verməmisdən əvvəl siz ona iman gətirdiniz, cunki o, əslində sizə sehr oyrədən boyuyunuzdur. (Hec eybi yoxdur). Mən də sizin əl-ayagınızı carpaz kəsdirib xurma agaclarının kotuklərindən asacagam. Onda hansımızın (mən Fir’onun, yoxsa Musanın Allahının) əzabının daha siddətli və daha surəkli oldugunu biləcəksiniz!”

Verse 72 — Surah Ta-Ha 20:72

(Sehrbazlar) dedilər: “Biz hec vaxt səni bizə gələn bu acıq mo’cuzələrdən və bizi yaradandan ustun tutmayacagıq. Indi nə hokm edəcəksənsə, et. Sən ancaq bu dunyada hokm edə bilərsən

Verse 73 — Surah Ta-Ha 20:73

Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi gunahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məsgul olmagımıza) gorə bagıslasın/ Allah (sən Fir’ondan) daha xeyirli və (Onun gunahkarlara verəcəyi əzab) daha baqidir!”

Verse 74 — Surah Ta-Ha 20:74

Kim Rəbbinin huzuruna gunahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gozləyir. O, orada nə olər, nə də yasayar. (Cəhənnəm əhli nə olu kimi olu, nə də diri kimi diridir, əbədi əzaba ducar olub bir gun gorməz)

Verse 75 — Surah Ta-Ha 20:75

Kim (Rəbbinin huzuruna) yaxsı əməllər etmis bir mo’min kimi olaraq gələrsə, belələrini ən yuksək dərəcələr gozləyir –

Verse 76 — Surah Ta-Ha 20:76

Əbədi qalacaqları, (agacları) altından caylar axan Ədn cənnətləri. Bu, (gunahlardan) pak olanların (təmizlənənlərin) mukafatıdır

Verse 77 — Surah Ta-Ha 20:77

(Izzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola cıx, (əsanı suya vurmaqla) onlar ucun dənizdə quru bir yol ac. (Fir’onun) sizə yetisməsindən qorxma, (suya qərq olmaqdan da) əndisəyə dusmə!”

Verse 78 — Surah Ta-Ha 20:78

Fir’on oz ordusu ilə onları tə’qib etdi, daniz də (sahə qalxan dalgaları ilə) onları (onun əsgərlərini) culgayıb qərq etdi, ozu də necə

Verse 79 — Surah Ta-Ha 20:79

Fir’on (mənəm sizin ən boyuk rəbbiniz, deyərək) oz tayfasını yoldan cıxartdı və (onları) dogru yola aparmadı

Verse 80 — Surah Ta-Ha 20:80

Ey israil ogulları! Sizi dusməninizdən (Fir’onun əlindən) xilas etdik. (Tovratın nazil olması ucun) sizə Tur dagının sag tərəfini və’d buyurduq. Sizə (goydən) qudrət halvası və bildircin endirdik

Verse 81 — Surah Ta-Ha 20:81

Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi asmayın (israfcılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana sər’i qayda uzrə komək gostərin), yoxsa qəzəbimə ducar olarsınız. Qəzəbimə ducar olan isə mutləq ucuruma dusub bədbəxt (cəhənnəmlik) olar

Verse 82 — Surah Ta-Ha 20:82

Subhəsiz ki, Mən həm də tovbə edib iman gətirəni yaxsı islər gorub, sonra da dogru yolu tutanı cox bagıslayanam

Verse 83 — Surah Ta-Ha 20:83

(Allah buyurdu:) “Ya Musa! Səni oz camaatından (Tur dagına getdiyin yetmis kisidən) ayırıb (bu məqama) tələsdirən nə idi?”

Verse 84 — Surah Ta-Ha 20:84

(Musa) belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, huzuruna tələsdim!”

Verse 85 — Surah Ta-Ha 20:85

(Allah:) “Səndən sonra ummətini imtahana cəkdik. Samiri onları yoldan cıxartdı (buzova sitayis etdilər)”, - deyə buyurdu

Verse 86 — Surah Ta-Ha 20:86

Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ummətim! Məgər Rəbbiniz (Tovratı nazil etmək, kecmis gunahlarınızı bagıslamaq, goydən qudrət halvası və bildircin endirmək haqqında) sizə gozəl bir və’d verməmisdimi? Yoxsa (mənim sizdən ayrılmagımdan) uzun bir muddət kecdi? (Nə tez hər seyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz və’də xilaf cıxdınız?”

Verse 87 — Surah Ta-Ha 20:87

Onlar dedilər: “Biz sənə verdiyimiz və’də oz ixtiyarımızla xilaf cıxmadıq. Amma biz (Fir’on) tayfasının (bir bayram gunu əmanət olaraq aldıgımız) zinətlərindən ibarət agır bir yuklə yuklənmisdik. Onları (“əmanətə xəyanət haramdır”-deyərək gunahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (ozundə olan bəzək seylərini oda) atdı”

Verse 88 — Surah Ta-Ha 20:88

(Oda atılmıs qızıl-gumus əridikdən sonra Samiri cuxurun icində) onlara boyurən bir buzov heykəli (duzəldib) cıxartdı. (Samiri və onun yoldan cıxartdıgı bir necə kisi) dedilər: “(Ey Israil ogulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmusdur”. (Musa heykəli itirmis, onu axtarıb tapmaqdan otru Tur dagına getmisdir)

Verse 89 — Surah Ta-Ha 20:89

(Məgər bu cansız heykələ sitayis edənlər) buzovun onların hec bir sozunə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadıgını gormurdulərmi?! (Nə boyuk cəhalət)

Verse 90 — Surah Ta-Ha 20:90

Harun isə bundan (Musa Tur dagından qayıtmamısdan) əvvəl onlara belə demisdi: “Ey ummətim! Siz bununla (hansınızın əqidəcə mohkəm, hansınızın səkkak oldugunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana cəkildiniz. Sizin Rəbbiniz, subhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”

Verse 91 — Surah Ta-Ha 20:91

Onlar: “Musa (Tur dagından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayis etməkdən əl cəkməyəcəyik!” – deyə cavab vermisdilər

Verse 92 — Surah Ta-Ha 20:92

(Musa ummətinin yanına qayıtdıqdan sonra) dedi: “Ya Harun! Onların (haqq yoldan) azdıqlarını gorduyun zaman sənə nə mane oldu ki

Verse 93 — Surah Ta-Ha 20:93

(Mo’minləri də goturub) arxamca gəlmədin? (Mənə bu barədə hec bir xəbər vermədin, yaxud mənim yolumla gedərək butə tapınanları danlayıb onlara qarsı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan basqasına ibadət edənlərlə bir yerdə yasamagı ozunə nə cur rəva bildin?)”

Verse 94 — Surah Ta-Ha 20:94

(Harun) belə cavab verdi: “Ey anam oglu! Sacımdan, saqqalımdan tutma. (Saqqalımı, basıma yolma). Dogrusu, sənin: “Israil ogulları arasına ayrılıq saldın, sozumə baxmadın!” – deyəcəyindən qorxdum

Verse 95 — Surah Ta-Ha 20:95

(Musa:) “Ey Samiri! Sənin (bu pis, əcaib isi gorməkdə) məqsədin nə idi?” – deyə sorusdu

Verse 96 — Surah Ta-Ha 20:96

(Samiri) belə cavab verdi: “Mən (Israil ogularının) gormədiklərini (Cəbraili) gordum (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elcisinin) ləpirindən (Cəbrailin atının ayagı dəydiyi yerdən) bir ovuc torpaq goturdum və onu (caladakı od icində əriyən bəzək seylərinə) atdım (o da donub boyurən bir buzov oldu). Beləcə, oz nəfsim məni bu isə sovq etdi”. (Nəfsim bu isi mənə xos gostərdi, mən də ona uydun)

Verse 97 — Surah Ta-Ha 20:97

(Musa) dedi: “Cıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Hec kəs səni dindirməyəcək, sufrəsinə buraxmayacaq, səninlə alıs-veris etməyəcək. Hec kəslə unsiyyət etməyib tamamailə təcrid olunmus bir vəziyyətdə yasayacaqsan. Dəhsət səni buruyəcək). Hələ səni əsla qacıb canını qurtara bilməyəcəyin daha bir və’də (qiyamət gunu) gozləyir. Indi tapınıb durdugun tanrına (butunə) bax. Biz onu yandıracaq, sonra da (kulunu) dənizə atacagıq

Verse 98 — Surah Ta-Ha 20:98

Sizin tanriniz ancaq O Allahdır ki, Ondan basqa hec bir tanrı yoxdur. O, elm (Oz əzəli elmi) ilə hər seyi ehtiva etmisdir!”

Verse 99 — Surah Ta-Ha 20:99

(Ya Rəsulum!) Kecmisin xəbərlərinin (olub kecənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Oz dərgahımızdan (insanların dusunub dasınması, ibrət alması ucun) Qur’an da vermisik

Verse 100 — Surah Ta-Ha 20:100

Hər kəs ondan uz dondərsə, subhəsiz ki, qiyamət gunu agır bir gunaha yuklənəcəkdir

Verse 101 — Surah Ta-Ha 20:101

Belələri (o gunah yukunun) altında (yuku ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət gunu onların dasıyacagı yuk necə də pisdir

Verse 102 — Surah Ta-Ha 20:102

Surun (ikinci dəfə) calınacagı və gunahkarları (qorxudan, yaxud susuzluqadan) gozləri gom-goy goyərmis (və ya gozləri kor olmus, uzləri qapqara qaralmıs) halda məhsərə gətirəcəyimiz gun

Verse 103 — Surah Ta-Ha 20:103

Onlar oz aralarında pıcıldasıb bir-birinə: “(Dunyada) cəmi on gun qaldınız!” deyəcəklər

Verse 104 — Surah Ta-Ha 20:104

Biz onların nə danısacaqlarını da yaxsı bilirik. Onların ən agıllısı: “(Dunyada) cəmisi bir gun qaldınız!” – deyəcək

Verse 105 — Surah Ta-Ha 20:105

(Ya Rəsulum!) Səndən daglar (qiyamət gunu dagların nə cur olacagı) haqqında sorusarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq

Verse 106 — Surah Ta-Ha 20:106

Dumduz (hamar) bir yer edəcək (hec bir sey bitməyən qupquru torpaq halına salacaq)

Verse 107 — Surah Ta-Ha 20:107

Və sən orada hec bir enis-yoxus (əyrilik, kələkoturluk) gorməyəcəksən!”

Verse 108 — Surah Ta-Ha 20:108

O gun insanlar (qəbirlərindən qalxıb) hec bir basqa tərəfə meyl etmədən carcının (hamını məhsərə cagıran Israfilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarsısında səslər kəsiləcək, yalnız pıcıltı esidəcəksən

Verse 109 — Surah Ta-Ha 20:109

O gun Rəhmanın izin verdiyi və soz danısmagına razı oldugu kəslərdən basqa hec kimin səfaəti fayda verməz

Verse 110 — Surah Ta-Ha 20:110

(Rəbbin) onların kecmisini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və gunahları, dunyada və axirətdə aqibətlərinin necə olacagını Oz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz

Verse 111 — Surah Ta-Ha 20:111

(O gun) uzlər (butun insanlar) əzəli, əbədi olan (məxluqatın hər isini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir gorkəm alar. Zulmə (gunaha) yuklənən (Allaha sərik qosan, kufr edən) ziyana dusub mətləbinə yetisməz (umidsizliyə ugrayar)

Verse 112 — Surah Ta-Ha 20:112

Mo’min olub yaxsı islər gorən kəs isə nə zulmə mə’ruz qalmaqdan, nə də (mukafatının) əskilməsindən qorxar

Verse 113 — Surah Ta-Ha 20:113

(Ya Rəsulum!) Biz onu (sənə gondərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (curbəcur misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən cəkinsinlər, yaxud (onu oyud-nəsihətlərindən) ibrət alsınlar! (Qur’an onlara oyud-nəsihət versin)

Verse 114 — Surah Ta-Ha 20:114

Həqiqi hokmdar olan Allah (hər seydən) ucadır! (Musriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peygəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumaga tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de

Verse 115 — Surah Ta-Ha 20:115

Dogrusu, bundan əvvəl Adəmə də (Seytana uymamagı) tovsiyə etmisdik. Lakin o (tovsiyəmizi) unutdu və Biz onda (əhdi qorumaga) əzm (səbat) gormədik

Verse 116 — Surah Ta-Ha 20:116

Bir zaman mələklərə: “Adəmə (tə’zim, hormət məqsədilə) səcdə edin!” – deyə buyurmusduq. Iblisdən basqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qacırtdı

Verse 117 — Surah Ta-Ha 20:117

Biz də belə dedik: “Ey Adəm! Bu (Iblis) sənin də, ovrətinin də dusmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən cıxartmasın, yoxsa (ey Adəm!) məsəqqətə dusub bədbəxt olarsan! (Gecə-gunduz əziyyət cəkib oz əlinin zəhməti ilə yasamaga məcbur olarsan)

Verse 118 — Surah Ta-Ha 20:118

Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, cılpaq olmaq nədir bilməzsən

Verse 119 — Surah Ta-Ha 20:119

Sən orada susamaq nədir, gunəsin hərarətindən əziyyət cəkmək nədir, onu da bilməzsən!”

Verse 120 — Surah Ta-Ha 20:120

(Allahın butun bu xəbərdarlıgından sonra) Seytan ona (Adəmə) vəsvəsə edib (pıcıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə hec vaxt olməyəcəyin və həmisə Cənnətdə yasayacagın) əbədiyyət agacını və kohnəlib xarab olmayacaq (fənaya ugramayacaq) bir mulku gostərimmi?”

Verse 121 — Surah Ta-Ha 20:121

(Adəm və Həvva) ondan (həmin agacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri gorundu. Onlar (lut bədənlərinə) cənnət agaclarının yarpaqlarından yapısdırmaga basladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən cıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan cıxdı. Qadagan olunmus agacın meyvəsindən yemək hec də onu Cənnətdə əbədi qalmaq arzusuna catdırmadı, əksinə, Həvva ilə birlikdə yer uzunə endirildi)

Verse 122 — Surah Ta-Ha 20:122

Sonra Rəbbi (tovbə etdirməklə) onu secdi (Ozunə yaxınlasdırdı), tovbəsini qəbul buyurdu və dogru yola muvəffəq etdi

Verse 123 — Surah Ta-Ha 20:123

(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz Iblisə və nəslinə, Iblis də sizə və nəslinizə) dusmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə dogru yolu gostərən bir rəhbər (kitab, yaxud peygəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dunyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar

Verse 124 — Surah Ta-Ha 20:124

Hər kəs Mənim oyud-nəsihətimdən (Qur’andan) uz dondərsə, guzəranı daralar (yaxud qəbir evində siddətli əzaba ducar olar) və Biz qiyamət gunu onu məhsərə kor olaraq gətirərik!”

Verse 125 — Surah Ta-Ha 20:125

O belə deyər: “Ey Rəbbim! Nə ucun məni məhsərə kor olaraq gətirdin, halbuki mən (dunyada hər seyi) gorurdum!”

Verse 126 — Surah Ta-Ha 20:126

(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (mo’cuzələrimiz, qudrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (ozunu gorməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gun eləcə də sən unudulacaqsan!”

Verse 127 — Surah Ta-Ha 20:127

Biz (Allaha sərik qosmaqla, kufr etməklə) həddi asanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, subhəsiz ki, daha siddətli, daha surəklidir

Verse 128 — Surah Ta-Ha 20:128

Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları necə-necə nəsilləri məhv etdik? Həqiqətən, bunda (kecmis ummətlərin giriftar oldugu musibət və fəlakətlərdə) agıl sahibləri ucun ibrətlər vardır

Verse 129 — Surah Ta-Ha 20:129

Əgər Rəbbindən (bu ummətin əzabının axirətə saxlanılması haqda) oncə bir soz (hokm) və (lovhi-məhfuzda bu kafirlərin əzabı ucun əzəldən) muəyyən edilmis bir vaxt olmasaydı, subhəsiz ki, (dunyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi

Verse 130 — Surah Ta-Ha 20:130

(Ya Rəsulum! Elədə Məkkə musriklərinin) dediklərinə səbr et. Gunəs dogmamısdan və batmamısdan əvvəl Rəbbinə sukur edib sə’ninə tə’riflər de (subh və əsr namazlarını qıl), gecənin bir və’dəsində (axsam və gecə saatlarında) və gunorta radələrində də Rəbbini oyub təqdis et (sam, gecə və gunorta namazlarını qıl) ki, (bunun muqabilində Allahın səni boyuk savaba, yuksək dərəcələrə, yaxud ummətin ucun səfaətə nail etməsindən) razı (xoshal) olasan

Verse 131 — Surah Ta-Ha 20:131

(Kafirlərin) bə’zi zumrələrini sınamaq ucun onlara dunya həyatının zinəti olaraq verdiyimiz mal-dovlətə rəgbət gozu ilə baxma! (Gozunu dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (surəklidir, əbədidir)

Verse 132 — Surah Ta-Ha 20:132

Əhlinə (əhli-beytə və ummətinə) namaz qılmagı əmr et, ozun də ona (namaza) səbirlə davam et (yaxud məisət cətinliklərinə doz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gozəl) aqibət təqva sahiblərinindir (muttəqilərindir)

Verse 133 — Surah Ta-Ha 20:133

(Kafirlər) dedilər: “Nə ucun o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peygəmbər olmasına dəlalət edən) bir mo’cuzə gətirmir?” Məgər (Qur’anda) onlara əvvəlki (ilahi) kitablarda (kecmis ummətlərin həyatına, kufrləri uzundən ducar olduqları musibətlərə dair) olanların bəyanı (yaxud acıq-askar dəlili) gəlmədimi

Verse 134 — Surah Ta-Ha 20:134

Əgər Biz onları (Məkkə musriklərini) bundan (Peygəmbər və Qur’an gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət gunu) mutləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə ucun zəlil və rusvay olmazdan əvvəl bizə bir peygəmbər gondərmədin ki, Sənin ayələrinə (hokmlərinə) tabe olaydıq

Verse 135 — Surah Ta-Ha 20:135

(Ya Rəsulum!) De: “Hamı (axirət) gozləməkdədir, siz də gozləyin. (Qiyamət gunu) dogru yol sahiblərinin kimlər (biz, yoxsa siz) oldugunu və kimin haqq yolu tapdıgını (hidayətə yetisdiyini) biləcəksiniz!”