Back to Languages

Azerbaijani - Chapter 23 - Al-Muminun

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Muminun 23:1

Həqiqətən, mo’minlər nicat tapmıslar! (Cənnətə nail olmaqla mətləblərinə catıb əbədi səadətə qovusmuslar)

Verse 2 — Surah Al-Muminun 23:2

O kəslər ki, namazlarında (hər seyi unudaraq ruhən və cismən yalnız Allaha) mut’i olub (Ona) boyun əyərlər! (Allahın qarsısında kicilərlər)

Verse 3 — Surah Al-Muminun 23:3

O kəslər ki, laglagıdan (luzumsuz seylərdən, qadagan olunmus əməllərdən) uz dondərərlər

Verse 4 — Surah Al-Muminun 23:4

O kəslər ki, zakat verərlər

Verse 5 — Surah Al-Muminun 23:5

O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar

Verse 6 — Surah Al-Muminun 23:6

Ancaq zovcələri və cariyələri istisna olmaqla. Onlar (zovcələri və cariyələri ilə gorəcəkləri bu isdən otru) qınanmazlar

Verse 7 — Surah Al-Muminun 23:7

Bundan artıgını isyəyənlər (halaldan harama addayaraq) həddi asanlardır (Allahın əmrini pozanlardır)

Verse 8 — Surah Al-Muminun 23:8

O mo’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapsırılmıs əmanətə xəyanət etməz, verdikləri sozu yerinə yetirərlər)

Verse 9 — Surah Al-Muminun 23:9

Namazlarına riayət edərlər (həmisə vaxtlı-vaxtında namaz qılarlar)

Verse 10 — Surah Al-Muminun 23:10

Onlardır (bilin) varis olanlar –

Verse 11 — Surah Al-Muminun 23:11

Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar

Verse 12 — Surah Al-Muminun 23:12

Biz, həqiqətən, insanı tərtəmiz (suzulmus) palcıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm ovladını isə suzulmus xalis palcıqdan – nutfədən xəlq etdik)

Verse 13 — Surah Al-Muminun 23:13

Sonra onu (Adəm ovladını) nutfə halında mohkəm bir yerdə (ana bətnində) yerləsdirdik

Verse 14 — Surah Al-Muminun 23:14

Sonra nutfəni laxtalanmıs qana cevirdik, sonra laxtalanmıs qanı bir parca ət etdik, sonra o bir parca əti sumuklərə dondərdik, sonra sumukləri ətlə ortduk və daha sonra onu bambasqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gozəli olan Allah nə qədər (uca, nə qədər) uludur

Verse 15 — Surah Al-Muminun 23:15

(Belə bir yaradılısdan) sonra siz mutləq oləcəksiniz

Verse 16 — Surah Al-Muminun 23:16

Sonra siz qiyamət gunu yenidən dirildiləcəksiniz

Verse 17 — Surah Al-Muminun 23:17

And olsun ki, Biz sizin ustunuzdə yeddi yol (goy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)

Verse 18 — Surah Al-Muminun 23:18

Biz goydən lazımi qədər yagmur endirdik və onu yerdə (dənizdə, cayda, gollərdə və quyularda) saxladıq. Biz, sozsuz ki, onu aparmaga da (yox etməyə də) qadirik

Verse 19 — Surah Al-Muminun 23:19

Sonra sizin ucun onunla (o su ilə) xurma və uzum bagları yaratdıq. Sizin ucun orada bir cox meyvələr vardır ki, onlardan yeyirsiniz

Verse 20 — Surah Al-Muminun 23:20

(Sizin ucun həmcinin mənsə e’tibarilə) Sina dagından cıxan bir agac da (yaratdıq ki), o, yeyənlər ucun zeytun və (corəyin ustunə yaxılan, xorəyə qatılan) yag bitirər

Verse 21 — Surah Al-Muminun 23:21

Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin ucun bir ibrət vardır. Biz onların qarınlarında olandan (suddən) sizə icirdirik. Onlarda sizin ucun daha bir cox mənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tukundən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz

Verse 22 — Surah Al-Muminun 23:22

Həm onların, həm də gəmilərin ustundə (bir yerdən basqa yerə) dasınırsınız

Verse 23 — Surah Al-Muminun 23:23

Həqiqətən, Biz Nuhu oz qovmunə peygəmbər gondərdik. O belə dedi: “Ey qovmum! Allaha ibadət edin. Sizin Ondan basqa (ibadət edəcək) hec bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”

Verse 24 — Surah Al-Muminun 23:24

(Nuh) qovmunun kafir bascıları (tabeciliyində olanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. (Peygəmbərlik iddiası ilə) sizə boyukluk etmək istəyir. Əgər Allah (Ondan basqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peygəmbər olaraq insan deyil) mələklər gondərərdi. Biz bunu (Nuhun təblig etdiyi tovhidi) ulu babalarımızdan (kecmis ummətlərdən) esitməmisik

Verse 25 — Surah Al-Muminun 23:25

Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmusdur). Hələ bir muddət gozləyin!” (Ya sagalıb xəstəlikdən xilas olar, bir də belə seylər danısmaz; ya da olub gedər, canımız qurtarar)

Verse 26 — Surah Al-Muminun 23:26

(Nuh onların bu sozlərindən və iman gətirməyəcəklərindən mə’yus olub) belə dedi: “Ey Rəbbim! Onların məni yalancı hesab etməklərinə qarsı mənə komək et!”

Verse 27 — Surah Al-Muminun 23:27

Biz (Nuha) belə vəhy etdik: “Gozlərimiz onundə (nəzarətimiz altında) və vəhyimiz uzrə (sənə oyrədəcəyimiz kimi) gəmini duzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadıgı (təndirdən və ya yer uzundən, yaxud gəminin qazanından su qaynayıb dasdıgı) zaman hər heyvandan biri erkək, biri disi olmaqla bir cut, həmcinin əleyhinə (olumunə) əvvəlcədən hokm verilmis kimsələr istisna olmaqla, (qalan) ailə uzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zulm (kufr) edənlər barəsində Mənə muraciət etmə (onların bagıslanmasını Məndən iltimas etmə). Cunki onlar suya qərq olacaqlar

Verse 28 — Surah Al-Muminun 23:28

Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de

Verse 29 — Surah Al-Muminun 23:29

Həmcinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mubarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sıgınacaq verənlərin ən yaxsısısan!”

Verse 30 — Surah Al-Muminun 23:30

Subhəsiz ki, bunda (insanlar ucun) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, musibət gondərməklə bəndələrimizi) imtahana cəkirik

Verse 31 — Surah Al-Muminun 23:31

Onlardan sonra basqa bir nəsil (Ad tayfasını) yaratdıq

Verse 32 — Surah Al-Muminun 23:32

Onlara ozlərindən bir peygəmbər (Hudu) gondərdik. (O, tayfasına dedi:) “Allaha ibadət edin. Sizin ondan basqa (ibadət edəcək) hec bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”

Verse 33 — Surah Al-Muminun 23:33

Tayfasının kafir olan, axirətə qovusacaqlarını (qiyamət gunu dirilib haqq-hesab ucun Allahın huzurunda duracaqlarını) yalan hesab edən və dunyada ne’mət verdiyimiz ə’yan - əsrafı (tabeciliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, icdiyinizdən icir. (O nə cur peygəmbər ola bilər)

Verse 34 — Surah Al-Muminun 23:34

Əgər siz ozunuz kimi adi bir insana itaət etsəniz, subhəsiz ki, ziyana ugrayarsınız. (Adi bir bəsərə aldanıb dunyada san-sohrətinizi, ad-sanınızı itirərsiniz)

Verse 35 — Surah Al-Muminun 23:35

O sizə olub torpaq və sur-sumuk olduqdan sonra (qəbirlərinizdən dirildilib) cıxarılacagınızımı və’d edir

Verse 36 — Surah Al-Muminun 23:36

Və’d olundugunuz sey cox uzaqdır, cox uzaq! (Bu, qeyri-mumkundur)

Verse 37 — Surah Al-Muminun 23:37

Bizim həyatımız yalnız bu dunyadadır. (Birimiz) olur, (birimiz) dirilirik. (Birimiz dunyaya gəlir, birimiz dunyadan gedirik). Biz (oləndən sonra bir daha) dirildiləcək deyilik

Verse 38 — Surah Al-Muminun 23:38

Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

Verse 39 — Surah Al-Muminun 23:39

(O peygəmbər) belə dedi: “Ey Rəbbim! Onlar məni yalancı hesab etmələrinə qarsı mənə komək et!”

Verse 40 — Surah Al-Muminun 23:40

(Allah) buyurdu: “Bir azdan pesman olacaqlar!”

Verse 41 — Surah Al-Muminun 23:41

(Bir az sonra) həqiqətən, qorxunc (tukurpədici) bir səs onları burudu. Biz onları (sel ustundəki) saman copunə dondərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun

Verse 42 — Surah Al-Muminun 23:42

Onlardan sonra basqa-basqa nəsillər (Saleh, Lut və Sueyb tayfalarını) yaratdıq

Verse 43 — Surah Al-Muminun 23:43

Hec bir ummət oz əcəlini (olum, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər

Verse 44 — Surah Al-Muminun 23:44

Sonra bir-birinin ardınca (ummətlərə) peygəmbərlər gondərdik. Hər ummətə oz peygəmbəri gəldikcə onu yalancı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə dondərdik. Iman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun

Verse 45 — Surah Al-Muminun 23:45

Sonra Musanı və qardası Harunu ayələrimizlə və (vəhdaniyyətimizi subut edən) acıq-askar bir dəlillə gondərdik

Verse 46 — Surah Al-Muminun 23:46

Fir’onun və onun ə’yan-əsrafının yanına. Onlar (iman gətirməyi) təkəbburlərinə sıgısdırmayıb ozlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları Israil ogullarına əzab-əziyyət verməkdə davam etdilər)

Verse 47 — Surah Al-Muminun 23:47

(Fir’on və ə’yan-əsrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz ozumuz kimi iki adi insana imanmı gətirəcəyik?”

Verse 48 — Surah Al-Muminun 23:48

Beləliklə, onları yalancı saydılar və nəticədə məhvə ducar edilənlərdən oldular

Verse 49 — Surah Al-Muminun 23:49

Həqiqətən, Biz Musaya kitabı (Tovratı) verdik ki, bəlkə, (Israil ogulları) dogru yola yonəlsinlər

Verse 50 — Surah Al-Muminun 23:50

Məryəm oglunu (Isanı) və (bakirə) anasını (qudrətimizdən yaranmıs) bir mo’cuzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləsdirdik

Verse 51 — Surah Al-Muminun 23:51

(Muxtəlif zamanlarda ayrı-ayrı ummətlərə gondərdiyimiz peygəmbərlərə belə buyurduq:) “Ey peygəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxsı islər gorun! (Vacib və konullu ibadətləri həm zahirən, həm də gizli, həmisə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm

Verse 52 — Surah Al-Muminun 23:52

Bu (tovhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”

Verse 53 — Surah Al-Muminun 23:53

Amma (ummətlər) oz dinini aralarında parcalayıb firqə-firqə oldular (muxtəlif məzhəblərə ayrıldılar). Hər firqə oz dininə sevinir. (Oz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)

Verse 54 — Surah Al-Muminun 23:54

(Ya Rəsulum!) Sən onları bir muddət (əcəlləri catana qədər) oz sasqınlıqları icində burax

Verse 55 — Surah Al-Muminun 23:55

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dunyada) verdiyimiz var-dovlət və ovladla

Verse 56 — Surah Al-Muminun 23:56

Biz onların yaxsılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dunyada istədiklərini verib tədriclə onları əzaba yaxınlasdırmagımızı, az sonra qəflətən baslarının ustunu alacagımızı dusunmurlər)

Verse 57 — Surah Al-Muminun 23:57

Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər

Verse 58 — Surah Al-Muminun 23:58

Rəbbinin ayələrinə inanlar

Verse 59 — Surah Al-Muminun 23:59

Rəbbinə sərik qosmayanlar

Verse 60 — Surah Al-Muminun 23:60

Urəkləri Rəbbinin huzuruna qayıdacaqlarından qorxuya dusub verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər –

Verse 61 — Surah Al-Muminun 23:61

Məhz onlar yaxsı islər gorməyə tələsər (bir-biri ilə yarısar) və bu islərdə (basqalarından) ondə gedərlər

Verse 62 — Surah Al-Muminun 23:62

Biz hec kəsi gucu catmayan isi gorməyə vadar etmərik. (Hər kəsi yalnız quvvəsi catdıgı qədər yukləyərik. Namazı ayaq ustə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə gorə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı soyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zulm olunmaz

Verse 63 — Surah Al-Muminun 23:63

Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət icindədir). Onların bundan basqa (Allaha xos getməyən) ayrı isləri də vardır ki, elə onları edib durarlar (kufr edib gunaha batarlar)

Verse 64 — Surah Al-Muminun 23:64

Nəhayət, onların naz-ne’mət icində yasayan bascılarını əzabla yaxaladıgımız zaman (Bədr vurusu gunu) fəryad edib imdad diləyərlər

Verse 65 — Surah Al-Muminun 23:65

(Onlara belə deyirlər:) “Yalvarıb-yaxarmayın, bu gun Bizdən sizə hec bir komək yetisməz!”

Verse 66 — Surah Al-Muminun 23:66

Ayələrimiz sizə oxundugu zaman arxa cevirirdiniz (onları yalan hesab edib inanmırdınız)

Verse 67 — Surah Al-Muminun 23:67

(Kə’bə əhlisiniz, sizə hec bir sey olmaz, deyə iman gətirməyi) ozunuzə sıgısdırmayıb gecələr toplanaraq (Qur’an və Peygəmbər barəsində) agzınıza gələni deyirdiniz (yaxud onlardan uz dondərirdiniz)

Verse 68 — Surah Al-Muminun 23:68

Məgər (musriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında dusunub dasınmırlarmı? Yaxud onlara ulu babalarına (kecmis ummətlərinə) gəlməyən bir sey gəldi? (Onlar Qur’anın, Peygəmbərin haqq oldugunu niyə anlamırlar? Məgər ulu babalarına Ibrahim, Ismail, Musa kimi peygəmbərlər gəlmədimi? Yaxud onlara Tovrat, Suhuf kimi kitablar nazil olmadımı)

Verse 69 — Surah Al-Muminun 23:69

Yoxsa oz Peygəmbərini tanımadılar və buna gorə onu inkar edirlər

Verse 70 — Surah Al-Muminun 23:70

Yaxud: “Onda divanəlik var?” – dedilər. Xeyr, Peygəmbər onlara haqqla (Qur’anla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoslamır

Verse 71 — Surah Al-Muminun 23:71

Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), goylər, yer və onlarda olanlar (butun məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarısıb nizamı pozulardı). Xeyr, Biz (musriklərə) onlar ucun oyud-nəsihət (və Peygəmbər oz qovmlərindən oldugu ucun sərəf olan Qur’anı) gətirdik, onlar isə ozlərinə edilən oyud-nəsihətdən (və sərəflərindən) uz dondərirlər

Verse 72 — Surah Al-Muminun 23:72

Yoxsa (Ya Rəsulum!) sən onlardan (oz peygəmbərliyinə, haqqı təblig etdiyinə gorə) bir muzd (ucrət) istəyirsən? Rəbbinin əcri (dunyada verdiyi ruzi, axirətdə verəcəyi mukafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxsısıdır

Verse 73 — Surah Al-Muminun 23:73

Əslində sən onları dogru yola (islam dininə) də’vət edirsən

Verse 74 — Surah Al-Muminun 23:74

Axirətə inanmayanlar isə dogru yoldan sapanlardır

Verse 75 — Surah Al-Muminun 23:75

Əgər Biz onlara rəhm edib dusdukləri musibətdən qurtarsaq, onlar sasqın vəziyyətdə yenə də azgınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq uz vermisdi. Məkkə musrikləri Peygəmbərin yanına gedib bu bəladan qurtarmaları ucun Allaha dua etməyi xahis etmisdilər. Peygəmbərin duasından sonra Məkkədə bolluq olmus, camaatın guzəranı tamamilə yaxsılasmısdı. Bunun muqabilində Peygəmbərə iman gətirmək əvəzinə, musriklər ona verdikləri əzab-əziyyəti daha da gucləndirmisdilər)

Verse 76 — Surah Al-Muminun 23:76

Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə oz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər)

Verse 77 — Surah Al-Muminun 23:77

Nəhayət, onların uzunə bir əzab qapısı acdıgımız (Bədr vurusunun musibətinə ducar etdiyimiz) zaman dərhal umidsizliyə qapıldılar (dilləri-agızları quruyub, mat-məəttəl qaldılar)

Verse 78 — Surah Al-Muminun 23:78

Sizə qulaq, goz və urək verən Odur. Siz (Allahın ne’mətlərinə) cox az sukur edirsiniz

Verse 79 — Surah Al-Muminun 23:79

Sizləri yer uzundə yaradıb torədən (yer uzunə yayıb səpələyən) Odur. Siz (qiyamət gunu) Onun huzuruna cəm ediləcəksiniz

Verse 80 — Surah Al-Muminun 23:80

Dirildən də, oldurən də Odur. Gecə və gunduzu bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qudrətini, ibadətə butlərin deyil, məhz Onun layiq oldugunu) dərk etmirsiniz

Verse 81 — Surah Al-Muminun 23:81

Xeyr, onlar da əvvəlkilərin (kecmis ummətlərin) dedikləri kimi dedilər

Verse 82 — Surah Al-Muminun 23:82

(Kecmis ummətlər) belə demisdilər: “Məgər biz olub torpaq və sur-sumuk olduqdan sonra bir də dirildiləcəyik?”

Verse 83 — Surah Al-Muminun 23:83

Həqiqətən, bizə də, atalarımıza da oncə bu (dirilmə) və’d olunmusdu. Bu, qədimlərin (kecmis ummətlərin) əfsanələrindən (uydurmalarından) basqa bir sey deyildir

Verse 84 — Surah Al-Muminun 23:84

(Ya Rəsulum! Bu musriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin gorək) bu yer və yer uzundə olanlar (butun məxluqat) kimindir?”

Verse 85 — Surah Al-Muminun 23:85

Onlar mutləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmaga qadir olan kəsin oləndən sonra onları yenidən dirildə biləcəyini) dusunmursunuz?”

Verse 86 — Surah Al-Muminun 23:86

De: “Yeddi (qat) goyun Rəbbi, o (boyuk) əzəmətli ərsin Rəbbi (sahibi) kimdir?”

Verse 87 — Surah Al-Muminun 23:87

(Musriklər) mutləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?”

Verse 88 — Surah Al-Muminun 23:88

De: “Əgər bilirsinizsə, (bir deyin gorək) hər seyin hokmu əlində olan, (istədiyini) himayə edən, amma Ozunun himayəyə ehtiyacı olmayan kimdir?”

Verse 89 — Surah Al-Muminun 23:89

Onlar mutləq: “(Bu qudrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Seytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cur (aldanılıb) dondərilirsiniz

Verse 90 — Surah Al-Muminun 23:90

Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, subhəsiz ki, yalancıdırlar

Verse 91 — Surah Al-Muminun 23:91

Allah (Ozunə) hec bir ovlad goturməmisdir. (Nə Isa Onun oglu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qudrətindən yaranmıs məxluqatlardır). Onunla yanası (ibadət ediləcək) hec bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hec bir tanrı əlahiddə oz yaratdıqları ilə gedər, (oz məxluqatını ayırıb aparar) və onların bir qismi (dunyadakı padsahlar kimi) digərinə ustun olmaga calısardı. Allah musriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır

Verse 92 — Surah Al-Muminun 23:92

O, qeybi də, askarı da bilir. Allah (musriklərin) Ona qosdugu səriklərdən cox ucadır

Verse 93 — Surah Al-Muminun 23:93

(Ya Rəsulum!) De: “Ey Rəbbim! Əgər (musriklərə) və’d etdiyin əzabı mənə gostərəcəksənsə

Verse 94 — Surah Al-Muminun 23:94

Onda məni zalım tayfanın icində qoyma, ey Rəbbim!” (“Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldıgın kəslərlə bir yerdə et!”)

Verse 95 — Surah Al-Muminun 23:95

(Ya Rəsulum!) Biz onlara və’d etdiyimizi (əzabı) sənə gostərməyə, əlbəttə, qadirik

Verse 96 — Surah Al-Muminun 23:96

Sən pisliyi yaxsılıqla dəf et! (Gozəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (musriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sozləri) daha yaxsı bilirik

Verse 97 — Surah Al-Muminun 23:97

Və de: “Ey Rəbbim! Mən seytanların vəsvəsələrindən Sənə sıgınıram

Verse 98 — Surah Al-Muminun 23:98

Onların yanımda olmalarından (islərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!”

Verse 99 — Surah Al-Muminun 23:99

Nəhayət, (musriklərdən) birinin olumu gəlib catdıgı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dunyaya) qaytar

Verse 100 — Surah Al-Muminun 23:100

Bəlkə, (indiyə qədər) zay etdiyim omrum muqabilində yaxsı bir is gorum! (Yaxud, bu gunə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi bos (faydasız) bir sozdur. Onların onundə dirilib (haqq-hesab ucun Allahın huzurunda) duracaqları gunə (qiyamət gununə) qədər maneə (oldukdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır

Verse 101 — Surah Al-Muminun 23:101

Sur calınacagı gun artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən sorusub hal-əhval tutarlar. (Qiyamət gunu hec bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə oz hayında olar)

Verse 102 — Surah Al-Muminun 23:102

Məhz tərəziləri agır gələnlər (dunyada yaxsı əməlləri cox olanlar) nicat taparlar

Verse 103 — Surah Al-Muminun 23:103

Tərəziləri yungul gələnlər (dunyada coxlu gunah qazananlar) isə ozlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar

Verse 104 — Surah Al-Muminun 23:104

Cəhənnəm odu onların uzunu yandırar. Onlar orada (ust dodaqları baslarının tən ortasına, alt dodaqları isə gobəklərinə qədər uzanaraq) disləri agarmıs vəziyyətdə durarlar

Verse 105 — Surah Al-Muminun 23:105

(Onlara deyilər:) “Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”

Verse 106 — Surah Al-Muminun 23:106

Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə caldı və biz haqq yoldan azan bir camaat olduq

Verse 107 — Surah Al-Muminun 23:107

Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan cıxart! Əgər bir də (Sənin xosuna gəlməyən pis islərə) qayıtsaq, subhəsiz ki, zalım (ozumuz ozumuzə zulm etmis) olarıq”

Verse 108 — Surah Al-Muminun 23:108

(Allah) buyurar: “Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə hec bir sey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)”

Verse 109 — Surah Al-Muminun 23:109

Cunki bəndələrimdən bir zumrə (mo’minlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bagısla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxsısısan!” – deyirdilər

Verse 110 — Surah Al-Muminun 23:110

Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, laglagı basınızı o qədər qatmısdı ki) Məni yada salmagı belə sizə unutdurmusdu. Siz (istehza ilə) onlara gulurdunuz

Verse 111 — Surah Al-Muminun 23:111

Həqiqətən, Mən səbr etdiklərinə gorə onları mukafatlandırdım. Onlar nicat tapanlardır (ugura yetənlərdir)!”

Verse 112 — Surah Al-Muminun 23:112

(Allah qiyamət gunu kafirlərə) belə buyuracaqdır: “Yer uzundə necə il qaldınız?”

Verse 113 — Surah Al-Muminun 23:113

Onlar: “Bir gun, bir gundən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) sorus!” – deyə cavab verəcəklər

Verse 114 — Surah Al-Muminun 23:114

Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) cox az qaldınız! (Dunya həyatı axirət həyatı ilə muqayisədə olduqca qısadır)

Verse 115 — Surah Al-Muminun 23:115

Yoxsa sizi əbəs yerə yaratdıgımızı və (qiyamət gunu dirilib haqq-hesab ucun) huzurumuza qaytarılmayacagınızı guman edirdiniz?”

Verse 116 — Surah Al-Muminun 23:116

Həqiqi hokmdar olan Allah (hər seydən) ucadır. Ondan basqa hec bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərsin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peygəmbərlərə gələn vəhy ərsdən nazil oldugu ucun o kərimdir)

Verse 117 — Surah Al-Muminun 23:117

Kim Allahla yanası basqa bir tanrıya ibadət edərsə - bunun ucun isə onun hec bir dəlili yoxdur – (qiyamət gunu) onun cəzasını Rəbbi ozu verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar

Verse 118 — Surah Al-Muminun 23:118

(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bagısla və rəhm et! (Ummətimin gunahlarından kec, tovbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxsısısan