Siz (Allaha sərik qosmaqla) həddi asan bir qovmsunuz deyə, (sizi baslı-basına buraxıb) Qur’anı sizə təblig etməkdən vaz kecməliyikmi?! (Və ya: siz musriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə oyud-nəsihət verməməliyikmi)
Biz onlardan (Məkkə musriklərindən) daha quvvətli olanları məhv etdik. Əvvəlkilərin basına gələnlər (Qur’anda necə yerdə) nəql olunub kecmisdir (bu musrikləri də belə bir cəza gozləyir)
Həqiqətən, əgər onlardan (Məkkə musriklərindən): “Goyləri və yeri kim yaratmısdır?” – deyə sorussan, mutləq: “Onları yenilməz quvvət sahibi olan, (hər seyi) bilən (Allah) yaratmısdır!” – deyə cavab verəcəklər
O Allah ki, goydən bir qədər (sizin ehtiyacınızı odəyə biləcək miqdarda) su endirdi. Biz onunla olu bir məmləkəti dirildirik. Siz də (qiyamət gunu dirildilib qəbirlərinizdən) belə cıxardılacaqsınız
Ona gorə ki, onları minəsiniz, sonra minib oturdugunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, muqəddəsdir! (Əgər Allahın koməyi olmasaydı) bizim onlara gucumuz catmazdı
Amma (musriklər mələklər Allahın qızlarıdır deyə) Ona Oz bəndələrindən ovlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) acıq-askar nasukurdur
Onlar Rəhmanın qulları olan mələkləri disi saydılar. Məgər onlar (mələklərin) yaradılısına sahidmi olmuslar?! Onların bu səhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorgu-sual olunacaqlar
Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sozun həqiqətə nə qədər uygun olması barədə) hec bir biliyi yoxdur. Onlar ancaq yalan danısarlar
(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peygəmbər gondərdiksə, onun naz-ne’mət icində yasayan boyukləri (valıları) sadəcə olaraq: “Biz atalarımızı bir din uzərində gorduk və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər
(Hər peygəmbər oz ummətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayis etdiyini gorduyunuz dindən daha dogrusunu gətirmis olsam necə?!” Onlar: “Biz sizinlə gondərilənləri (səriəti, mo’cuzələri) inkar edirik!” – deyə cavab verdilər
(Ibrahim) onu (la ilahə illallah kəlməsini) oz nəsli arasında həmisəlik qalan bir soz etdi. Bəlkə, (Məkkə musrikləri butpərəstlikdən əl cəkib babaları Ibrahimin dininə) qayıdalar
Onlar dedilər: “Məgər bu Qur’an iki səhərdən (Məkkədən və ya Taifdən) olan boyuk bir adama (ya Vəlid bin Mugirəyə, yaxud da Urvə bin Məs’uda) nazil edilməli deyildimi?”
(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peygəmbərliyini) onlarmı paylasdırırlar?! Dunyada onların dolanacaqlarını (kecinəcəklərini) oz aralarında Biz bolusdurduk. Bir-birlərinə is gordursunlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən ustun tutduq. Sənin Rəbbinin mərhəməti onların yıgdıqlarından (dunya malından) daha yaxsıdır
Əgər insanların (musriklərin cah-calal icində yasadıqlarını gorub cahillikləri uzundən kufrdə birləsəcək) bir tək ummət olmaq ehtimalı (təhlukəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) cıxdıqları nərdivanları gumusdən edərdik
Və (bunlardan əlavə onları) qızıl bəzəklər (icində qərq edərdik, yaxud həmin seyləri qızıldan duzəldərdik). Həqiqətən, butun bunlar fani dunya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən cəkinənlər ucundur
Nəhayət, o, (qiyamət gunu) huzurumuza gəldikdə (oz yanında olan yoldasına) belə deyər: “Kas ki, mənimlə sənin aranda sərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imissən!”
Subhəsiz ki, o (Qur’an) sənin ucun və sənin qovmun ucun sərəfdir (sərəfli bir xatırlama, oyud-nəsihətdir). Siz (qiyamət gunu Allahın əmrlərinə dunyada necə əməl etdiyiniz barədə) mutləq sorgu-sual olunacaqsınız
Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hormətinə Rəbbinə bizdən otru dua et (ki, bizi bəladan qurtarsın). Biz mutləq dogru yola gələcəyik!”
Fir’on oz qovmunə muraciət edib dedi: “Ey qovmum! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu caylar mənim deyilmi?! Məgər (mənim qudrətimi) gormursunuzmu
(Əgər o, dogrudan da, peygəmbərdirsə) onun ustunə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peygəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!”
Beləliklə, (Fir’on) oz qovmunu yelbeyin (yungul) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padsahlıq allahlıga dəlalət etməz və yoxsulluq da peygəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən cıxmıs) fasiq bir qovm idilər
(Ya Rəsulum!) Məryəm oglu (Isa) misal cəkilincə sənin qovmun sevincdən guldu. (Musriklərə xitabən: “Siz və Allahdan basqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar oz cahillikləri uzundən: “Yəhudilər Uzeyrə, xacpərəstlər Isaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də oz butlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər)
Onlar dedilər: “Bizim tanrılarımız yaxsıdır, yoxsa o (Isa)?!” Onlar bunu sənə yalnız (səninlə) mubahisə etmək (cənə-bogaz olmaq) xatirinə dedilər. Subhəsiz ki, onlar hocətləsən (cənə-bogaz olan) bir qovmdurlər
O (Məryəm oglu Isa) ancaq ne’mət (peygəmbərlik) verdiyimiz və (Allahın qudrəti ilə atasız yaradıldıgı ucun) Israil ogullarına ornək (ibrət) etdiyimiz bir bəndədir
Isa acıq-askar mo’cuzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmisəm, həm də ixtilafda oldugunuz bə’zi seyləri (Tovratdakı bir sıra dini hokmləri) izah etmək ucun gəlmisəm. Allahdan qorxun və mənə itaət edin
Amma onların icərisindən cıxan firqələr arasında ixtilaf dusdu (xacpərəstlər: “Isa Allahın ogludur!” – dedilər, yəhudilər isə onun peygəmbərliyini busbutun inkar etdilər). Acı bir gunun (qiyamət gununun) əzabından vay o zulm edənlərin halına
(Cənnətdə) onlar ucun qızıl testlər və qədəhlər icində (yemək-icmək) dolandırılacaqdır. Orada onların urəkləri istəyən və gozlərini oxsayan hər sey olacaqdır. Siz orada əbədi qalacaqsınız
Onlar (Cəhənnəmin gozətcisi Malikə) muraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi oldursun (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmisəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir
Yoxsa onlar elə guman edirlər ki, Biz onların pıcıltılarını və xəlvəti danısıqlarını esitmirik?! Xeyr, yanlarında olan elcilərimiz (onların butun askar və gizli sohbətlərini) yazırlar
Goylərin və yerin, onların arasındakı hər seyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacagını) bilmək Ona məxsusdur. Siz (oləndən sonra) Onun huzuruna qaytarılıb gətiriləcəksiniz
(Musriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında hec bir kəs ucun) səfaət edə bilməzlər. Ancaq haqqa səhadət verənlər (dildə və urəkdə “la ilahə illallah” deyənlər) mustəsnadır. Onlar (dediklərinin haqq oldugunu) bilirlər. (Məhz belələri Allahın izni ilə səfaət edə bilmək sərəfinə nail olacaqlar)
(Ya Peygəmbər!) Onlardan uz cevir və (arada dusməncilik, kin-kudurət olmasın deyə, rastlasdıqda) “Salam!” de. Onlar (kufrləri uzundən baslarına nə gələcəyini) mutləq biləcəklər