Back to Languages

Azerbaijani - Chapter 45 - Al-Jathiyah

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Jathiyah 45:1

Verse 2 — Surah Al-Jathiyah 45:2

Kitabın (Qur’anın) nazil edilməsi yenilməz quvvət, hikmət sahibi (olan Allah) tərəfindəndir

Verse 3 — Surah Al-Jathiyah 45:3

Həqiqətən, goylərdə və yerdə mo’minlər ucun ibrətlər vardır

Verse 4 — Surah Al-Jathiyah 45:4

Sizin yaradılısınızda və (Allahın yer uzunə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar ucun (Allahın birliyinə, qudrət və əzəmətinə, qiyamət gununun haqq olmasına dəlalət edən) əlamətlər vardır

Verse 5 — Surah Al-Jathiyah 45:5

Gecə və gunduzun bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək ucun goydən yagıs yagdırmasında, onun vasitəsilə yeri olumundən (quruduqdan) sonra diriltməsində və kuləkləri (muxtəlif tərəflərə) yonəltməsində agılla dusunənlər ucun (Allahın hər seyə qadir olmasını subut edən) dəlillər vardır

Verse 6 — Surah Al-Jathiyah 45:6

(Ya Peygəmbər!) Bunlar Allahın ayələridir (qudrət nisanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə dogru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanırlar

Verse 7 — Surah Al-Jathiyah 45:7

Yalana dadanmıs, gunaha duskun hər kəsin vay halına

Verse 8 — Surah Al-Jathiyah 45:8

O, Allahın ayələrini ozunə oxundugunu esidir, sonra guya onları esitmirmis kimi (Allahın əmrinə qarsı) təkəbbur gostərərək (kufrundə) israr edib durur. (Ya Peygəmbər!) Beləsinə siddətli bir əzabla mujdə ver

Verse 9 — Surah Al-Jathiyah 45:9

O, ayələrimizdən bir sey oyrənib bildiyi zaman onu laga qoyur. Məhz belələri (qiyamət gunu) alcaldıcı bir əzaba ducar olacaqlar

Verse 10 — Surah Al-Jathiyah 45:10

Qarsıda (oləndən sonra) onları Cəhənnəm gozləyir. Nə qazandıqları dunya malı, nə də Allahdan basqa dost tutduqları (ibadət etdikləri butlər) onlara bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar boyuk bir əzaba ducar olacaqlar

Verse 11 — Surah Al-Jathiyah 45:11

Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri cox siddətli, agrılı-acılı bir əzab gozləyir

Verse 12 — Surah Al-Jathiyah 45:12

Gəmilərin Onun əmri ilə dənizdə uzməsi və sizin də Onun lutfundən (orada) ruzi axtarmanız ucun dənizi sizə ram edən Allahdır! Bəlkə, sukur edəsiniz

Verse 13 — Surah Al-Jathiyah 45:13

Goylərdə və yerdə nə varsa, hamısını oz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda dusunən bir qovm ucun ibrətlər vardır

Verse 14 — Surah Al-Jathiyah 45:14

(Ya Peygəmbər!) Iman gətirənlərə de ki, Allah etdiyi əməllərə gorə hər hansı bir qovmun cəzasını (ozu) versin deyə, Allahın (əzab) gunlərindən qorxmayanları (əzab gunlərinə, qiyamətə inanmadıqları ucun gozləməyənləri) bagıslasınlar! (Bu ayənin hokmu sonralar cihad haqqındakı ayə ilə ləgv edilmisdir)

Verse 15 — Surah Al-Jathiyah 45:15

Kim yaxsı bir is gorsə, xeyiri ozunə, kim də bir pislik etsə, zərəri ozunə olar! Sonra siz oz Rəbbinizə dogru qaytarılacaqsınız

Verse 16 — Surah Al-Jathiyah 45:16

And olsun ki, Biz Israil ogullarına Kitab, hikmət (Tovratda olmayan hokmlər, yaxud mubahisəli məsələləri ədalətlə həll etmək bacarıgı) və peygəmbərlik əta etmis, onlara pak ne’mətlərdən ruzi vermis və onları aləmlərə (zəmanələrindəki bəsər ovladına) ustun etmisdik

Verse 17 — Surah Al-Jathiyah 45:17

Onlara din isində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peygəmbər gondəriləcəyi barədə) acıq-askar dəlillər vermisdik. Onlar yalnız (tovhid, dini əmrlərin busbutun həqiqət oldugu haqda) ozlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) uzundən (dində) ixtilafa dusdulər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət gunu onların arasında hokm edəcəkdir

Verse 18 — Surah Al-Jathiyah 45:18

Sonra (ya Rəsulum!) səni də dində səriət sahibi (bir səriət uzrə qaim) etdik. Sən ona (o səriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa ozunu məhvə ducar edərsən! Peygəmbər mə’sum oldugu ucun Muhəmməd əleyhissəlama gondərilən bu əmrlər əslində onun ummətinə aiddir)

Verse 19 — Surah Al-Jathiyah 45:19

Subhəsiz ki, onlar Allahdan gələcək bir seyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə muttəqilərin dostudur

Verse 20 — Surah Al-Jathiyah 45:20

Bu (Qur’an) insanlar ucun bəsirət gozu, (axirətə) tam yəqinliklə inanan bir qovm ucun də hidayət (dogru yolu gostərən rəhbər) və mərhəmətdir

Verse 21 — Surah Al-Jathiyah 45:21

Yoxsa dunyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxsı islər gorənlərlə bir tutacagımızı, onların həyatlarının və olumlərinin eyni olacagını guman edirlər?! Onlar nə pis muhakimə yurudurlər! (Dunyada naz-ne’mət icində yasayan kafirlər: “Əgər qiyamət gunu, axirət dogrudursa, Allah bizə orada da firavan həyat bəxs edəcəkdir!” – deyirlər. Xeyr, onların axirət həyatı cox pis olacaq, əzab icində kecəcəkdir. Dunyada aldıqları ləzzət, axirətdə burunlarından tokuləcəkdir. Gozəl axirət həyatı yalnız dunyada Allah, din yolunda məsəqqətlərə dozmus mo’minlərə məxsusdur)

Verse 22 — Surah Al-Jathiyah 45:22

Allah goyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandıgı nə isə onun muqabilində əvəz (qarsılıq) gorməsi ucun yaratmısdır. Və onlara hec bir haqsızlıq edilməyəcəkdir. (Yaxsı əməl sahibinə mukafat veriləcək, pislik edən də oz pisliyi muqabilində cəzalandırılacaqdır)

Verse 23 — Surah Al-Jathiyah 45:23

(Ya Peygəmbər!) Nəfsini ozunə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamısdan gələcəkdə kafir olacagını bildiyi ucun) yoldan cıxartdıgı, qulagını və qəlbini mohurlədiyi, gozunə də pərdə cəkdiyi kimsəni gordunmu? Allahdan basqa kim onu dogru yola sala bilər?! Məgər dusunub ibrət almırsınız? (Haqqı bildiyi halda kufr edənin cəzası, haqqı bilmədən, cahilliyi uzundən kufr edənin cəzasından daha agırdır. Cunki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz)

Verse 24 — Surah Al-Jathiyah 45:24

(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dunya həyatımızdan basqa hec bir həyat yoxdur; oluruk və dirilirik (biri olur, digəri anadan olur; biz oluruk, ovladlarımız, nəslimiz isə yasayır); bizi oldurən ancaq dəhrdir (zamanın gərdisi, omur muddətidir; yasa dolub qocalmagımızdır). Bu barədə onların hec bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər seyi zamanın, vaxtın boynuna yıxmaq dogru deyildir, cunki butun canlı və cansız məxluqat kimi zamanın ozunu də yaradan Allahdır)

Verse 25 — Surah Al-Jathiyah 45:25

(Qiyamətə dair) ayələrimiz onlara acıq-askar oxundugu (soyləndiyi) zaman onların dəlili: “Əgər dogru deyirsinizsə, (vəfat etmis) atalarımızı (dirildib) gətirin gorək!” – deməkdən basqa bir sey deyildir

Verse 26 — Surah Al-Jathiyah 45:26

(Ya Pegəmbər!) De: “Allah sizi dirildir, sonra oldurur. Sonra da sizi qiyamət gunu (dirildib) bir yerə yıgacaqdır. Ona (qiyamətə) hec bir səkk-subhə yoxdur, lakin insanların coxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılısından cox asan oldugunu) bilməz!”

Verse 27 — Surah Al-Jathiyah 45:27

Goylərin və yerin hokmu ancaq Allahın əlindədir. Qiyamət qopacagı gun – məhz o gun batil danısanlar (Allaha iftira yaxanlar) ziyana ugrayacaqlar

Verse 28 — Surah Al-Jathiyah 45:28

(Ya Peygəmbər! O gun) hər umməti diz cokmus (yaxud bir yerə yıgılmıs) gorəcəksən. Hər ummət oz (əməl) dəftərinə tərəf cagırılacaqdır. (Onlara belə deyiləcəkdir:) “Bu gun sizə (dunyada) etdiyiniz əməllərin əvəzi (mukafatı və ya cəzası) veriləcəkdir

Verse 29 — Surah Al-Jathiyah 45:29

Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmısıq!”

Verse 30 — Surah Al-Jathiyah 45:30

Iman gətirib yaxsı əməl edənlərə gəldikdə, Rəbbi onları Oz mərhəmətinə (Cənnətə) qovusduracaqdır. Bu, acıq-askar qurtulusdur (ugurdur)! (Bundan yaxsısı ola bilməz)

Verse 31 — Surah Al-Jathiyah 45:31

Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dunyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmaga, iman gətirməyə) təkəbbur gostərdiniz və gunahkar bir tayfa oldunuz

Verse 32 — Surah Al-Jathiyah 45:32

(Sizə:) “Allahın (oluləri dirildəcəyi barədəki) və’di haqdır və o saata (qiyamətin qopacagına) hec bir səkk-subhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (guman) oldugu qənaətindəyik. Biz (qiyamətin qopacagına) əmin deyilik!” – deyə cavab verdiniz

Verse 33 — Surah Al-Jathiyah 45:33

(O gun dunyada etdikləri) pis əməllərinin cəzası onların gozunə gorunəcək və istehza etdikləri (əzab) onları saracaqdır

Verse 34 — Surah Al-Jathiyah 45:34

(Onlara belə) deyiləcəkdir: “Siz bu gununuzə qovusacagınızı (dunyada) unutdugunuz kimi, Biz də bu gun sizi unudacagıq (əbədi əzab icində buraxacagıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmaga) komək edənlər də olmayacaqdır

Verse 35 — Surah Al-Jathiyah 45:35

Bu (əzab) ona gorədir ki, siz Allahın ayələrini laga qoyurdunuz; dunya həyatı sizi aldatmısdı!” Bu gun onlar (Cəhənnəmdən) cıxarılmayacaq və onlardan (Allahı razı salan) hec bir uzrxahlıq (tovbə də) qəbul olunmaycaqdır

Verse 36 — Surah Al-Jathiyah 45:36

(Və’dinə sadiq qalaraq mo’min bəndələrinə verdiyi ne’mətlərə və kafirləri, azgınları ducar etdiyi əzaba gorə) goylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun

Verse 37 — Surah Al-Jathiyah 45:37

Goylərdə və yerdə boyukluk (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz quvvət sahibi, hikmət sahibidir