Sizin yaradılısınızda və (Allahın yer uzunə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar ucun (Allahın birliyinə, qudrət və əzəmətinə, qiyamət gununun haqq olmasına dəlalət edən) əlamətlər vardır
Gecə və gunduzun bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək ucun goydən yagıs yagdırmasında, onun vasitəsilə yeri olumundən (quruduqdan) sonra diriltməsində və kuləkləri (muxtəlif tərəflərə) yonəltməsində agılla dusunənlər ucun (Allahın hər seyə qadir olmasını subut edən) dəlillər vardır
(Ya Peygəmbər!) Bunlar Allahın ayələridir (qudrət nisanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə dogru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanırlar
O, Allahın ayələrini ozunə oxundugunu esidir, sonra guya onları esitmirmis kimi (Allahın əmrinə qarsı) təkəbbur gostərərək (kufrundə) israr edib durur. (Ya Peygəmbər!) Beləsinə siddətli bir əzabla mujdə ver
Qarsıda (oləndən sonra) onları Cəhənnəm gozləyir. Nə qazandıqları dunya malı, nə də Allahdan basqa dost tutduqları (ibadət etdikləri butlər) onlara bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar boyuk bir əzaba ducar olacaqlar
(Ya Peygəmbər!) Iman gətirənlərə de ki, Allah etdiyi əməllərə gorə hər hansı bir qovmun cəzasını (ozu) versin deyə, Allahın (əzab) gunlərindən qorxmayanları (əzab gunlərinə, qiyamətə inanmadıqları ucun gozləməyənləri) bagıslasınlar! (Bu ayənin hokmu sonralar cihad haqqındakı ayə ilə ləgv edilmisdir)
And olsun ki, Biz Israil ogullarına Kitab, hikmət (Tovratda olmayan hokmlər, yaxud mubahisəli məsələləri ədalətlə həll etmək bacarıgı) və peygəmbərlik əta etmis, onlara pak ne’mətlərdən ruzi vermis və onları aləmlərə (zəmanələrindəki bəsər ovladına) ustun etmisdik
Onlara din isində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peygəmbər gondəriləcəyi barədə) acıq-askar dəlillər vermisdik. Onlar yalnız (tovhid, dini əmrlərin busbutun həqiqət oldugu haqda) ozlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) uzundən (dində) ixtilafa dusdulər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət gunu onların arasında hokm edəcəkdir
Sonra (ya Rəsulum!) səni də dində səriət sahibi (bir səriət uzrə qaim) etdik. Sən ona (o səriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa ozunu məhvə ducar edərsən! Peygəmbər mə’sum oldugu ucun Muhəmməd əleyhissəlama gondərilən bu əmrlər əslində onun ummətinə aiddir)
Subhəsiz ki, onlar Allahdan gələcək bir seyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə muttəqilərin dostudur
Yoxsa dunyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxsı islər gorənlərlə bir tutacagımızı, onların həyatlarının və olumlərinin eyni olacagını guman edirlər?! Onlar nə pis muhakimə yurudurlər! (Dunyada naz-ne’mət icində yasayan kafirlər: “Əgər qiyamət gunu, axirət dogrudursa, Allah bizə orada da firavan həyat bəxs edəcəkdir!” – deyirlər. Xeyr, onların axirət həyatı cox pis olacaq, əzab icində kecəcəkdir. Dunyada aldıqları ləzzət, axirətdə burunlarından tokuləcəkdir. Gozəl axirət həyatı yalnız dunyada Allah, din yolunda məsəqqətlərə dozmus mo’minlərə məxsusdur)
Allah goyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandıgı nə isə onun muqabilində əvəz (qarsılıq) gorməsi ucun yaratmısdır. Və onlara hec bir haqsızlıq edilməyəcəkdir. (Yaxsı əməl sahibinə mukafat veriləcək, pislik edən də oz pisliyi muqabilində cəzalandırılacaqdır)
(Ya Peygəmbər!) Nəfsini ozunə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamısdan gələcəkdə kafir olacagını bildiyi ucun) yoldan cıxartdıgı, qulagını və qəlbini mohurlədiyi, gozunə də pərdə cəkdiyi kimsəni gordunmu? Allahdan basqa kim onu dogru yola sala bilər?! Məgər dusunub ibrət almırsınız? (Haqqı bildiyi halda kufr edənin cəzası, haqqı bilmədən, cahilliyi uzundən kufr edənin cəzasından daha agırdır. Cunki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz)
(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dunya həyatımızdan basqa hec bir həyat yoxdur; oluruk və dirilirik (biri olur, digəri anadan olur; biz oluruk, ovladlarımız, nəslimiz isə yasayır); bizi oldurən ancaq dəhrdir (zamanın gərdisi, omur muddətidir; yasa dolub qocalmagımızdır). Bu barədə onların hec bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər seyi zamanın, vaxtın boynuna yıxmaq dogru deyildir, cunki butun canlı və cansız məxluqat kimi zamanın ozunu də yaradan Allahdır)
(Ya Pegəmbər!) De: “Allah sizi dirildir, sonra oldurur. Sonra da sizi qiyamət gunu (dirildib) bir yerə yıgacaqdır. Ona (qiyamətə) hec bir səkk-subhə yoxdur, lakin insanların coxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılısından cox asan oldugunu) bilməz!”
(Ya Peygəmbər! O gun) hər umməti diz cokmus (yaxud bir yerə yıgılmıs) gorəcəksən. Hər ummət oz (əməl) dəftərinə tərəf cagırılacaqdır. (Onlara belə deyiləcəkdir:) “Bu gun sizə (dunyada) etdiyiniz əməllərin əvəzi (mukafatı və ya cəzası) veriləcəkdir
Iman gətirib yaxsı əməl edənlərə gəldikdə, Rəbbi onları Oz mərhəmətinə (Cənnətə) qovusduracaqdır. Bu, acıq-askar qurtulusdur (ugurdur)! (Bundan yaxsısı ola bilməz)
Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dunyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmaga, iman gətirməyə) təkəbbur gostərdiniz və gunahkar bir tayfa oldunuz
(Sizə:) “Allahın (oluləri dirildəcəyi barədəki) və’di haqdır və o saata (qiyamətin qopacagına) hec bir səkk-subhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (guman) oldugu qənaətindəyik. Biz (qiyamətin qopacagına) əmin deyilik!” – deyə cavab verdiniz
(Onlara belə) deyiləcəkdir: “Siz bu gununuzə qovusacagınızı (dunyada) unutdugunuz kimi, Biz də bu gun sizi unudacagıq (əbədi əzab icində buraxacagıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmaga) komək edənlər də olmayacaqdır
Bu (əzab) ona gorədir ki, siz Allahın ayələrini laga qoyurdunuz; dunya həyatı sizi aldatmısdı!” Bu gun onlar (Cəhənnəmdən) cıxarılmayacaq və onlardan (Allahı razı salan) hec bir uzrxahlıq (tovbə də) qəbul olunmaycaqdır
(Və’dinə sadiq qalaraq mo’min bəndələrinə verdiyi ne’mətlərə və kafirləri, azgınları ducar etdiyi əzaba gorə) goylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun