Back to Languages

Azerbaijani - Chapter 53 - An-Najm

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah An-Najm 53:1

And olsun batmaqda olan ulduza

Verse 2 — Surah An-Najm 53:2

Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır

Verse 3 — Surah An-Najm 53:3

O, öz istəyi ilə danışmır

Verse 4 — Surah An-Najm 53:4

Bu, ona təlqin edilən bir vəhydir

Verse 5 — Surah An-Najm 53:5

Bunu ona çox qüvvətli olan öy­rət­di –

Verse 6 — Surah An-Najm 53:6

gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü

Verse 7 — Surah An-Najm 53:7

O, ən uca üfüqdə idi

Verse 8 — Surah An-Najm 53:8

Sonra Muhəmmədə yaxın­laşıb aşağı endi

Verse 9 — Surah An-Najm 53:9

O, iki yay uzunluğunda, hətta on­dan da yaxın məsafə­də idi

Verse 10 — Surah An-Najm 53:10

Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi

Verse 11 — Surah An-Najm 53:11

Peyğəmbərin qəlbi gör­dü­yünü ya­lan saymadı

Verse 12 — Surah An-Najm 53:12

İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz

Verse 13 — Surah An-Najm 53:13

Onu bir daha öz sürə­tin­də enər­kən gördü –

Verse 14 — Surah An-Najm 53:14

son həddəki Sidr ağacı­nın yanın­da

Verse 15 — Surah An-Najm 53:15

Məva bağı da onun ya­nındadır

Verse 16 — Surah An-Najm 53:16

O zaman Sidr ağacını bürüyən bürümüşdü

Verse 17 — Surah An-Najm 53:17

Peyğəmbərin gözü ya­yın­madı və həddi aşmadı

Verse 18 — Surah An-Najm 53:18

O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü

Verse 19 — Surah An-Najm 53:19

Siz tapındığınız Lat və Uz­zanı gör­dünüzmü

Verse 20 — Surah An-Najm 53:20

Həmçinin üçüncü olan Mənatı da

Verse 21 — Surah An-Najm 53:21

Məgər oğlanlar sizin, qız­lar Allahındırmı

Verse 22 — Surah An-Najm 53:22

Onda bu ədalətsiz bölgü olardı

Verse 23 — Surah An-Najm 53:23

Onlar sizin və ataları­nı­zın qoy­duqları adlardan başqa bir şey de­yil. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. On­lar yal­nız zənnə və nəfs­lərinin istəklərinə uyar­lar. Halbuki Rəb­bindən onlara doğru yolu göstərən rəh­bər ar­tıq gəl­mişdir

Verse 24 — Surah An-Najm 53:24

Yoxsa insan üçün istə­di­yi hər şey hazırlanmışdır

Verse 25 — Surah An-Najm 53:25

Axirət də, dünya da Alla­hındır

Verse 26 — Surah An-Najm 53:26

Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz

Verse 27 — Surah An-Najm 53:27

Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər

Verse 28 — Surah An-Najm 53:28

Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə ola­raq zən­nə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz

Verse 29 — Surah An-Najm 53:29

Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər

Verse 30 — Surah An-Najm 53:30

Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəb­bin Onun yo­lun­dan azanı da, doğru yolla gedəni də yaxşı ta­nıyır

Verse 31 — Surah An-Najm 53:31

Göylərdə və yerdə nə varsa, Alla­hındır. Bu, Allahın pislik edən­lərə əməl­lərinin cə­zasını verməsi, yaxşılıq edən­ləri isə ən gö­zə­li ilə (Cənnətlə) müka­fatlandırması üçündür

Verse 32 — Surah An-Najm 53:32

Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər. Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. O, si­zi tor­paqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində ruşeym ha­lında olanda da sizi yaxşı ta­nı­yırdı. Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir

Verse 33 — Surah An-Najm 53:33

Gördünmü üz çevirəni

Verse 34 — Surah An-Najm 53:34

malından azacıq verib sonra heç verməyəni

Verse 35 — Surah An-Najm 53:35

Məgər o, qeybi bilirmi ki, bunu görsün

Verse 36 — Surah An-Najm 53:36

Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi

Verse 37 — Surah An-Najm 53:37

Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi

Verse 38 — Surah An-Najm 53:38

Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz

Verse 39 — Surah An-Najm 53:39

İnsan can atdığı şeyə nail olar

Verse 40 — Surah An-Najm 53:40

Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq

Verse 41 — Surah An-Najm 53:41

Sonra da ona bunun əvə­zi tam ve­riləcək!”

Verse 42 — Surah An-Najm 53:42

Son dönüş sənin Rəbbi­nədir

Verse 43 — Surah An-Najm 53:43

Güldürən də, ağladan da Odur

Verse 44 — Surah An-Najm 53:44

Öldürən də, dirildən də Odur

Verse 45 — Surah An-Najm 53:45

O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı –

Verse 46 — Surah An-Najm 53:46

axıdılan bir nütfədən

Verse 47 — Surah An-Najm 53:47

Təkrar diriltmək də Ona aiddir

Verse 48 — Surah An-Najm 53:48

Dövlətli edən də, kasıb edən də Odur

Verse 49 — Surah An-Najm 53:49

Şira ulduzunun da Rəbbi Odur

Verse 50 — Surah An-Najm 53:50

O, əvvəlki Ad tayfasını məhv etdi

Verse 51 — Surah An-Najm 53:51

Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı

Verse 52 — Surah An-Najm 53:52

Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi

Verse 53 — Surah An-Najm 53:53

Alt-üst olmuş kəndləri də O vi­ran qoydu

Verse 54 — Surah An-Najm 53:54

Onların başına gətirdi­yi­ni gətir­di

Verse 55 — Surah An-Najm 53:55

Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən

Verse 56 — Surah An-Najm 53:56

Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır

Verse 57 — Surah An-Najm 53:57

Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı

Verse 58 — Surah An-Najm 53:58

Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz

Verse 59 — Surah An-Najm 53:59

Yəni siz bu Sözə təəccüblənirsiniz

Verse 60 — Surah An-Najm 53:60

Gülürsünüz, heç ağla­mır­sınız

Verse 61 — Surah An-Najm 53:61

Və qəflət içində oynayıb əylənirsiniz

Verse 62 — Surah An-Najm 53:62

Siz Allaha səcdə qılın və Ona iba­dət edin