Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 53 - An-Najm
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah An-Najm 53:1
And olsun batmaqda olan ulduza
Verse 2 — Surah An-Najm 53:2
Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır
Verse 3 — Surah An-Najm 53:3
O, öz istəyi ilə danışmır
Verse 4 — Surah An-Najm 53:4
Bu, ona təlqin edilən bir vəhydir
Verse 5 — Surah An-Najm 53:5
Bunu ona çox qüvvətli olan öyrətdi –
Verse 6 — Surah An-Najm 53:6
gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü
Verse 7 — Surah An-Najm 53:7
O, ən uca üfüqdə idi
Verse 8 — Surah An-Najm 53:8
Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi
Verse 9 — Surah An-Najm 53:9
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi
Verse 10 — Surah An-Najm 53:10
Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi
Verse 11 — Surah An-Najm 53:11
Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı
Verse 12 — Surah An-Najm 53:12
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz
Verse 13 — Surah An-Najm 53:13
Onu bir daha öz sürətində enərkən gördü –
Verse 14 — Surah An-Najm 53:14
son həddəki Sidr ağacının yanında
Verse 15 — Surah An-Najm 53:15
Məva bağı da onun yanındadır
Verse 16 — Surah An-Najm 53:16
O zaman Sidr ağacını bürüyən bürümüşdü
Verse 17 — Surah An-Najm 53:17
Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı
Verse 18 — Surah An-Najm 53:18
O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü
Verse 19 — Surah An-Najm 53:19
Siz tapındığınız Lat və Uzzanı gördünüzmü
Verse 20 — Surah An-Najm 53:20
Həmçinin üçüncü olan Mənatı da
Verse 21 — Surah An-Najm 53:21
Məgər oğlanlar sizin, qızlar Allahındırmı
Verse 22 — Surah An-Najm 53:22
Onda bu ədalətsiz bölgü olardı
Verse 23 — Surah An-Najm 53:23
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir
Verse 24 — Surah An-Najm 53:24
Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır
Verse 25 — Surah An-Najm 53:25
Axirət də, dünya da Allahındır
Verse 26 — Surah An-Najm 53:26
Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz
Verse 27 — Surah An-Najm 53:27
Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər
Verse 28 — Surah An-Najm 53:28
Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz
Verse 29 — Surah An-Najm 53:29
Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər
Verse 30 — Surah An-Najm 53:30
Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır
Verse 31 — Surah An-Najm 53:31
Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür
Verse 32 — Surah An-Najm 53:32
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir
Verse 33 — Surah An-Najm 53:33
Gördünmü üz çevirəni
Verse 34 — Surah An-Najm 53:34
malından azacıq verib sonra heç verməyəni
Verse 35 — Surah An-Najm 53:35
Məgər o, qeybi bilirmi ki, bunu görsün
Verse 36 — Surah An-Najm 53:36
Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi
Verse 37 — Surah An-Najm 53:37
Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi
Verse 38 — Surah An-Najm 53:38
Heç bir günahkar başqasının günah yükünü daşımaz
Verse 39 — Surah An-Najm 53:39
İnsan can atdığı şeyə nail olar
Verse 40 — Surah An-Najm 53:40
Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq
Verse 41 — Surah An-Najm 53:41
Sonra da ona bunun əvəzi tam veriləcək!”
Verse 42 — Surah An-Najm 53:42
Son dönüş sənin Rəbbinədir
Verse 43 — Surah An-Najm 53:43
Güldürən də, ağladan da Odur
Verse 44 — Surah An-Najm 53:44
Öldürən də, dirildən də Odur
Verse 45 — Surah An-Najm 53:45
O, insanlardan və heyvanlardan biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı –
Verse 46 — Surah An-Najm 53:46
axıdılan bir nütfədən
Verse 47 — Surah An-Najm 53:47
Təkrar diriltmək də Ona aiddir
Verse 48 — Surah An-Najm 53:48
Dövlətli edən də, kasıb edən də Odur
Verse 49 — Surah An-Najm 53:49
Şira ulduzunun da Rəbbi Odur
Verse 50 — Surah An-Najm 53:50
O, əvvəlki Ad tayfasını məhv etdi
Verse 51 — Surah An-Najm 53:51
Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı
Verse 52 — Surah An-Najm 53:52
Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi
Verse 53 — Surah An-Najm 53:53
Alt-üst olmuş kəndləri də O viran qoydu
Verse 54 — Surah An-Najm 53:54
Onların başına gətirdiyini gətirdi
Verse 55 — Surah An-Najm 53:55
Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən
Verse 56 — Surah An-Najm 53:56
Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qorxudandır
Verse 57 — Surah An-Najm 53:57
Yaxınlaşan Qiyamət günü yaxınlaşdı
Verse 58 — Surah An-Najm 53:58
Allahdan başqa heç kəs onun qarşısını ala bilməz
Verse 59 — Surah An-Najm 53:59
Yəni siz bu Sözə təəccüblənirsiniz
Verse 60 — Surah An-Najm 53:60
Gülürsünüz, heç ağlamırsınız
Verse 61 — Surah An-Najm 53:61
Və qəflət içində oynayıb əylənirsiniz
Verse 62 — Surah An-Najm 53:62
Siz Allaha səcdə qılın və Ona ibadət edin